Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-33/2023 12.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Məhkəmənin katibi Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Oktemberyan rayonunun Baqaran kəndində anadan olmuş, Beyləqan rayonu, Milabad qəsəbəsində pasport qeydiyyatında olmaqla yaşayan, orta təhsilli, fərdi əməklə məşğul olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, 18 mart 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özünə məxsus Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən yeməkxana kimi işlətdiyi fərdi yaşayış evini fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi təşkil edib, saxlamış, 30 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Şahid2 20 manat pul müqabilində Şahid1 ilə cinsi əlaqədə olub fahişləliklə məşğul olması üçün 10 manat yer pulu alaraq əxlaqsızlıq yuvası kimi təşkil edib saxladığı fərdi yaşayış evinin otağını, yəni mənzil sahəsini Şahid2 fahişləliklə məşğul olmaq üçün vermiş, Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid2 və Şahid1 onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olarkən saxlanılmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Beyləqan rayonu Milabad qəsəbəsində pasport qeydiyyatındadır və ailə üzvləri ilə birlikdə həmin qəsəbədə daimi yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin otaqlarını yeməkxana kimi istifadə edir. O həmin kafedə balıq bişirib satır. 30 yanvar 2023-cü il tarixdə, saat təxminən 13 radələrində o kafedə olan zaman tanımadığı bir nəfər kişi və bir qadın kafeyə gəlmiş, o, həmin şəxslərə yaxınlaşmış və onlar yemək istədiklərini bildirmişlər. Həmin şəxslərə balıq bişirib vermiş, həmin şəxslər yeməyi yeyib bitirdikdən sonra adının sonradan Şahid1 olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq yanında olan qadın, yəni Şahid2 ilə pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirərək, ondan cinsi əlaqədə olmaları üçün pul qarşılığında otaq təşkil etməyini xahiş etmişdir. Pula ehtiyacı olduğu üçün o otaqlardan birində cinsi əlaqədə olmaları üçün Ceyhuna şərait yaratmağa qərar vermiş və Ceyhunu yeməkxananın içərisində olan otaqlardan birinə apararaq, 1 saata 10 manat pul alacağını bildirmişdir. Ceyhun onunla razılaşmış və ona 2 ədəd 5 manatlıq pul əskinası vermişdir. Sonra Ceyhun yemək yedikləri otağa qayıtmış və Şahid2 ilə birlikdə onun göstərdiyi otağa keçmişlər. Ceyhunla Nuranə otağa keçdikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşları yeməkxanaya daxil olmuş və Şahid1la Şahid2 otaqda cinsi əlaqədə olduqlarını aşkar etmişlər. Sonra polis əməkdaşları onlardan şəxsiyyəti təsdiq edən sənəd soruşmuş və kafedə nə səbəbə əxlaqsızlıq yuvası saxlamağının səbəbini soruşmuşlar. O da əməlindən peşman olduğu üçün polislərə heç bir söz deyə bilməmiş və pula ehtiyacı olduğu üçün Şahid1la Şahid2 kafedə cinsi əlaqədə olmaları üçün 10 manat pul qarşılığında onlara otaq verdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları evə baxış aparmışlar və evin digər yataq otağında olan bir ədəd tək lüləli ov tüfəngini və 2 ədəd tir tüfəngini aşkar edib götürmüşlər. Bundan sonra, polis əməkdaşları izahatlarının alınması üçün onları Beyləqan rayon polis şöbəsinə gətirmişlər. O, əvvəllər fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etməmiş və vətəndaşlara cinsi əlaqədə olmaları üçün pul qarşılığında otaq verməmişdir. Şahid1 Şahid2 ilə pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirərək, ondan otaq təşkil etməyini xahiş etdikdə onlara otaq vermək qərarına gəlmiş və otaq vermişdir. Onun yeməkxanada fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etməyi və saxlamağından heç kimin məlumatı olmamışdır. Kafeni özü tək işlədir. Törətdiyi əməli etiraf etmişdir. Hərəkətlərindən səmimi peşimandır. Bir daha bu cür hallara yol verməyəcəkdir. Səmimi peşmanlığını, yaşını və arvadının xərcəng xəstəsi olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, özü rəsmi olaraq elektrik işləyir. Beyləqan rayonu Milabad qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 30 yanvar 2023-cü il tarixdə o əsgərlə görüşmək üçün Beyləqan rayonu, Milabad qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə getməli olmuş və yolu tək getməmək üçün əvvəllər tanıdığı və bir neçə dəfə pul qarşılığında cinsi əlaqədə olduğu Tərtər rayon sakini Şahid2 zəng edib pul qarşılığında onunla Beyləqan rayonuna getməsini və şərait olarsa pul qarşılığında onunla yenə də cinsi əlaqədə olmasını ona bildirmişdir. Nuranə onunla razılaşmış və onun yaşadığı Ağdam rayonuna gəlmişdir. O, Ceyhunla Ağdam rayonunda görüşmüş və Beyləqan rayonu, Milabad qəsəbəsinə gəlmişlər. O, hərbi hissəyə gedib əsgərlə görüşmək istədiyini bildirmiş, lakin həftə içi olduğu üçün onun əsgərlə görüşməyi mümkün olmamışdır. Həmin vaxt nahar vaxtı olduğu üçün o, nahar etmək və sonra geri qayıtmaq qərarına gəlmişdir. Kənd sakinlərindən nahar etmək üçün yeməkxana yeri soruşmuş və ona hərbi hissənin yaxınlığında yerləşən Təqsirləndirilən şəxs işlətdiyi kafeni göstərmişlər. O, Nuranə ilə birlikdə həmin kafeyə getmiş, yeməkxanaya daxil olanda orada bir kişi olduğunu görmüşlər. Həmin kişi onlara yaxınlaşaraq onları əyləşdirmiş və onlar ona yeməkləri sifariş etmişlər. Yeməyi yeyib qurtardıqdan sonra, o, Nuranəyə onunla 20 manat pul qarşılığında cinsi əlaqədə olmasını təklif etmiş və Nuranə onunla razılaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yanına gedib kafedə birgə əyləşdiyi qadınla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirərək, həmin qadınla cinsi əlaqədə olmağı üçün pul qarşılığında ona otaq təşkil etməsini bildirmişdir. Əbülfət onu yeməkxananın digər otağına aparmış və otağı göstərərək 1 saatı 10 manat pul qarşılığında orada qadınla cinsi əlaqədə ola biləcəyini bildirmişdir. O, Əbülfətlə razılaşmış və ona 2 ədəd 5 manatlıq pul əskinası vermişdir. Bundan sonra, o, Nuranənin yanına qayıdıb Nuranəni Əbülfətin ona göstərdiyi otağa aparmışdır. O, Nuranəyə 20 manat pul vermiş və onlar soyunub yatağa uzanmışlar. Onlar Nuranə ilə cinsi əlaqədə olan zaman mülki geyimdə polis əməkdaşları otağa daxil olmuş, onlardan şəxsiyyətlərini təsdiq edən sənəd soruşmuş və kafedə nə səbəbə cinsi əlaqədə olmaqlarını bildirmişlər. O da artıq polislərin Nuranə ilə cinsi əlaqədə olmağını gördüklərini bilmiş, ona görə də, heç bir söz deyə bilməmişdir. Bundan sonra, polis əməkdaşları izahatlarının alınması üçün onları Beyləqan rayon polis şöbəsinə aparmışlar. O, Əbülfətə kafedə birgə əyləşdiyi qadınla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirərək həmin qadınla cinsi əlaqədə olmağı üçün pul qarşılığında ona otaq təşkil etməsini bildirmişdir və Əbülfət 10 manat pul qarşılığında ona həmin otağı vermişdir. O həmin kafeyə ilk dəfə gəlmişdir və əvvəllər orada kiminləsə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs işlətdiyi kafedə pul qarşılığında cinsi əlaqədə olmaları üçün başqa kimlərəsə otaq verib-verməməsi barədə məlumatı yoxdur. O Nuranə ilə kafeyə gedəndə orada onlardan başqa heç kim olmamışdır. Cinsi əlaqədə olduqları otaqda olan yerə sərilmiş döşək, yastıq və yorğanı Əbülfət özü yerə sərmişdir. Belə ki, o Təqsirləndirilən şəxs Nuranə ilə cinsi əlaqədə olmaq üçün otaq istəyən zaman Əbülfət digər otaqda hər şeyin hazır olduğunu bildirərək onu Nuranə ilə cinsi əlaqədə olduğu otağa aparmışdır. O, otağa girəndə döşək, yastıq və yorğan yerə sərilmişdir və hazır vəziyyətdə olmuşdur. İş üzrə Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayonu Milabad qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla arasında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. Şahid1 əvvəllər tanımış, onunla əvvəllər bir neçə dəfə pul qarşılığında cinsi əlaqədə olmuşdur. 30 yanvar 2023-cü il tarixdə o yaşadığı evdə olan zaman Şahid1 ona zəng edərək əsgərlə görüşmək üçün Beyləqan rayonu, Milabad qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə gedəcəyini, tək getmək istəmədiyini, 20 manat pul qarşılığında onunla Beyləqan rayonuna getməyini və şərait olarsa, pul qarşılığında onunla orada yenə də cinsi əlaqədə olmağı ona təklif etmişdir. O, razılaşmış və Ceyhunun yaşadığı Ağdam rayonuna getmiş, onlar Ceyhunla Ağdam rayonunda görüşmüşdür. Ceyhun ona, onunla birgə Beyləqana getməyi üçün 20 manat pul vermiş və Beyləqan rayonunda işlərini qurtardıqdan sonra şərait olarsa pul qarşılığında yenə də onunla cinsi əlaqədə olacağını bildirmişdir. Bundan sonra onlar Beyləqan rayonu, Milabad qəsəbəsinə gəlmişlər. Ceyhun hərbi hissəyə gedib əsgərlə görüşmək istədiyini bildirmiş, lakin həftə içi olduğu üçün Ceyhunun əsgərlə görüşməsi mümkün olmamışdır. Həmin vaxt nahar vaxtı olduğu üçün onlar nahar etmək və sonra geri qayıtmaq qərarına gəlmişlər. Ceyhun kənd sakinlərindən nahar etmək üçün yeməkxana yeri soruşmuş və onlara hərbi hissənin yaxınlığında yerləşən Təqsirləndirilən şəxs işlətdiyi kafeni göstərmişlər. Ceyhunla birlikdə həmin kafeyə getmişdir. Kafeyə daxil olanda orada bir kişi olduğunu görmüşlər. Həmin kişi onlara yaxınlaşaraq əyləşdirmiş və onlar ona yeməkləri sifariş etmişlər. Yeməyi yeyib qurtardıqdan sonra Ceyhun ona 20 manat pul qarşılığında cinsi əlaqədə olmağı təklif etmiş və pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Bundan sonra Elçin onlara yemək verən kişinin, yəni Təqsirləndirilən şəxs yanına gedib onunla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirərək cinsi əlaqədə olmağı üçün pul qarşılığında onlara otaq təşkil etməsini bildirmişdir. Əbülfət Ceyhunu kafenin digər otağına aparmışdır. Təxminən 5 dəqiqə sonra Ceyhun qayıdıb yanına gəlmiş və onunla cinsi əlaqədə olmaq üçün 1 saatı 10 manat pul qarşılığında Əbülfətdən otaq aldığını bildirmiş, bundan sonra, Ceyhun onu Əbülfətin cinsi əlaqədə olmaq üçün verdiyi otağa aparmışdır. Ceyhun cinsi əlaqədə olmaqları üçün ona 20 manat pul vermiş və onlar soyunub yatağa uzanmışlar. O, Ceyhun ilə cinsi əlaqədə olan zaman mülki geyimdə polis əməkdaşları otağa daxil olmuş, onlardan şəxsiyyətlərini təsdiq edən sənəd soruşmuş və kafedə nə səbəbə cinsi əlaqədə olmaqlarını bildirmişlər. O da artıq polislərin Ceyhun ilə cinsi əlaqədə olmağını gördüklərini bilmiş, ona görə də heç bir söz deyə bilməmişdir. Bundan sonra polis əməkdaşları izahatlarının alınması üçün onları Beyləqan rayon polis şöbəsinə aparmışlar. Ceyhun Əbülfətə kafedə onunla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirərək cinsi əlaqədə olmaq üçün pul qarşılığında onlara otaq təşkil etməsini bildirmiş və Əbülfət 10 manat pul qarşılığında onlara həmin otağı vermişdir. O, həmin kafeyə ilk dəfə gəlmiş və əvvəllər orada kiminləsə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs işlətdiyi kafedə pul qarşılığında cinsi əlaqədə olmaları üçün başqa kimlərəsə otaq verib-verməməsi barədə məlumatı yoxdur. Ceyhunla kafeyə gedəndə orada başqa heç kim olmamış, Təqsirləndirilən şəxs işlətdiyi kafedə Şahid1la cinsi əlaqədə olmağı üçün ona heç kim fiziki, psixi təsir göstərməmiş və zor tətbiq etməmişdir. Onu heç kim Ceyhunla cinsi əlaqədə olmağa təhrik etməmiş, pula ehtiyacı olduğu üçün əvvəllər də yaşadığı Tərtər rayonu ərazisində tanımadığı şəxslərlə bir neçə dəfə cinsi əlaqədə olmuşdur. İş üzrə Şahid4 ifadəsində göstərdi ki, o Beyləqan rayon polis şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Beyləqan rayonu, Milabad qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 30 yanvar 2023-cü il tarixdə Beyləqan rayonu, Milabad qəsəbə sakini Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etməsi, saxlaması və bu məqsədlə mənzil sahələri verməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. O bu barədə Beyləqan rayon Polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməyini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Bundan sonra, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə həmkarları Şahid3, Şahid6, Şahid7, Şahid5, onun və Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Əli Hacıyevin iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o əməliyyat qrupunun üzvləri ilə birlikdə Beyləqan rayon Milabad qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus olan yeməkxana kimi istifadə etdiyi fərdi yaşayış evinə gedib baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus yeməkxananın yataq otaqlarından birində Şahid1 ilə Şahid2 cinsi əlaqədə olarkən aşkar etmişlər. Onların cinsi əlaqədə olduqları otaqda yerə döşək sərilmiş, Şahid1la Şahid2 çılpaq şəkildə döşəyin üstünə uzanıb cinsi əlaqədə olmuş və üzərilərində yorğan olmuşdur. Həmin vaxt yeməkxananın sahibi Təqsirləndirilən şəxs da orada olmuş, Təqsirləndirilən şəxs yeməkxanada nə səbəbə cinsi əlaqədə olmaq üçün şərait yaratmağı, əxlaqsızlıq yuvası saxlamağının səbəbi soruşulmuş və o, əməlindən peşman olduğunu bildirərək pula ehtiyacı olduğu üçün Şahid1la Şahid2 yeməkxanada cinsi əlaqədə olmaları üçün 10 manat pul qarşılığında onlara otaq verdiyini bildirmişdir. Bundan sonra, yeməkxanaya baxış keçirilən zaman Şahid1la Şahid2 cinsi əlaqədə olduqları otaqdan sol təırəfdə yerləşən yataq otağında olan çarpayının üzərindən 01 ədəd tək lüləli ov tüfəngi və 02 ədəd tir tüfəngi aşkar edilərək götürülmüşdür. Sonra rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Əli Hacıyev tərəfindən müvafiq sənədləşdirmə aparıldıqdan sonra həmin şəxsləri rayon polis şöbəsinə dəvət edib gətirmişlər. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 tanımır. Onlarla arasında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 polis şöbəsinə dəvət edib gətirərkən hər hansı fiziki güc və ya zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs əxlaqsızlıq yuvası təşkil etməsi barədə ilk dəfədir məlumatı olmuşdur. Daxil olmuş məlumat yoxlanılarkən öz təsdiqi tapmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid6, Şahid7 və Şahid5 məhkəmədə Şahid4 kimi eyni məzmunlu ifadə verdilər. Beləliklə, Təqsirləndirilən şəxs öz etirafı ilə yanaşı, şahid ifadələri, habelə, məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış iş materialları ilə onun tamah məqsədi ilə özünə məxsus Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən yeməkxana kimi işlətdiyi fərdi yaşayış evini fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi təşkil edib, saxlamış, 30 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Şahid2 20 manat pul müqabilində Şahid1 ilə cinsi əlaqədə olub fahişləliklə məşğul olması üçün 10 manat yer pulu alaraq əxlaqsızlıq yuvası kimi təşkil edib saxladığı fərdi yaşayış evinin otağını, yəni mənzil sahəsini Şahid2 fahişləliklə məşğul olmaq üçün verməsi kifayət qədər sübut olunmuşdur. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərara əsasən, müəyyən edilir ki, Şahid2 fahişəliyə cəlb edilməsi faktı üzrə AR CM-nin 243-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində AR İXM-nin 524-cü maddəsi ilə inzibati icraatın başlanması üçün qəbul edilmiş qərarın surəti Beyləqan RPŞ-nin İTB-nə göndərilmiş, Təqsirləndirilən şəxs işlədiyi yeməkxanaya baxış keçirilən zaman, aşkar edilmiş 3 ədəd tüfəngin odlu silah olub-olmaması və Təqsirləndirilən şəxs AR CM-nin 228-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün işin bu hissəsinə dair cinayət işindən material ayrılaraq ayrıca icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan rayon Milabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş, Beyləqan RİHB-nin Milabad qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 167№-li arayışına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs arvadı X3 və övladı X1 ibarət tərkibdə ailə üzvləri vardır. İş materiallarına əlavə edilmiş, Xəstəlik tarixindən çıxarışa (epikriz) (giriş tarixi xx.xx.2022, çıxış tarixi xx.xx.2022-ci il) əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs arvadı X3 “Yumurtalıqların xərçəngi, qaraciyərə, sümüklərə metastaz, Assit” diaqnozu ilə xəstədir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini, yaşını, arvadı X2 “Yumurtalıqların xərçəngi, qaraciyərə, sümüklərə metastaz, Assit” diaqnozu ilə xəstə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsi ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut - “Baxış keçirilməsi haqqında” 30 yanvar 2023-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut - “Baxış keçirilməsi haqqında” 30 yanvar 2023-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat üçün 66 (altmış altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №1(020)-33/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-33/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver