Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-34/2023 26.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi, Zərərçəkmiş şəxs : Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Beyləqan şəhərində anadan Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşıdır, ailəli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan,ünvan 1 ünvanda yaşayan, barəsində 06 mart 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Beyləqan şəhəri, 5-ci məhəllədə yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 26 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Beyləqan şəhəri, 5ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətinə hasardan keçməklə qanunsuz daxil olub evin mətbəxinin plastik pəncərəsini əliilə itələyib açaraq pəncərədən evin mətbəxinə qanunsz daxil olaraq əvvəlcədən özü ilə götürdüyü kəlbətin vasitəsilə mətbəxdəki divara bərkidilmiş 1 ədəd 800 manat dəyərində 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Karyer» markalı kondisionerin miss metaldan olan borusunu kəsərək kondisioneri divardan söküb döşəməyə qoymuş, bundan sonra evin qonaq otağına keçərək orada divara bərkidilmiş 1 ədəd 800 manat dəyərində 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Bio General» markalı kondisioneri sökmək üçün divardan aralayıb miss metaldan olan borusunu kəsmək istəyərkən küçədə evin qarşısından keçən yoldan avtomobil səsini eşidib evin sahibinin gəlməsini fikirləşərək yaxalanacağından qorxaraq evi tərk edib evin arxa tərəfindən hasardan keçib küçəyə qaçıb getmiş, bununla da o, Zərərçəkmiş şəxs məxsus cəmi 1600 manat dəyərində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaya yönəlmiş cinayət əməlini özünün iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Zərərçəkmiş şəxs əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsi ilə ona elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, Zərərçəkmiş şəxs tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. 26 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Beyləqan şəhəri, 5-ci məhəllənin küçə yolu ilə evinə gedən zaman küçənin kənarında işıqları sönülü olan və sonradan Atakışiyev Murada məxsus olduğunu bildiyi evi görmüşdür. Həmin evə oğurluq etmək məqsədi ilə daxil olmaq fikrinə düşmüş, bu səbəbdən də öz evinə gedərək kəlbətin götürüb yenidən həmin evin yanına gəlmişdir. Evin çöl qapısı bağlı olduğundan hasarın yanında olan elektrik dirəyinə çıxıb oradan da hasarı aşıb həyətə düşmüş, həyətdə evə yaxınlaşıb evin mətbəxinin ağ rəngli plastik pəncərəsini əli ilə içəriyə doğru itələyib pəncərəni açmışdır. Bundan sonra həmin pənçərədən evin mətbəxinə daxil olmuş, mətbəxdə olan mebelin üstünə çıxaraq əlində olan kəlbətinlə kondisoneri aralayıb arxasında olan borunu kəsərək kondisioneri tam divardan aralayıb döşəmənin üzərinə qoymuşdur. Bundan sonra evin qonaq otağına keçmiş və orada divarda olan kondisioneri də aralayıb tam yerindən çıxarmaq istəyəndə evin çöl tərəfində küçədə avromobil dayanması səsini eşitmiş, sonra kimsənin gəldiyini güman edərək mətbəxin pəncərəsindən həyətə düşmüş və evin arxasında olan hasarı aşaraq küçəyə düşüb evinə getmişdir. Bu səbəbdən də niyətini tam başa çatdıra bilməmiş, evdən tələsik çıxdığı üçün özü ilə götürdüyü kəlbətini yadından çıxararaq evin mətxəbində qoymuşdur. Zərərçəkmiş şəxs evinə oğurluq etmək məqsədilə 26 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində daxil olmuşdur. Muradın evinin girişinində küçədə olan elektrik dirəyinə çıxıb oradan hasarı aşıb həyətə düşmüş, daha sonra evin mətbəxinin ağ rəngli plastik pəncərəsini əli ilə içəriyə doğru itələyib açdıqdan sonra oradan evə daxil olmuşdu. Zərərçəkmiş şəxs evinə kondisioner oğurlamaq məqsədi ilə daxil olmuş, kondisionerləri açıb aparmağa hazırlaşan zaman evin çöl tərəfində avtomobil dayandığını hiss etmiş, evin sahibinin gəlməsini etimal etdiyindən niyyətini başa çatıra bilməmiş və sökdüyü kondisionerləri bu səbəbdən özü ilə apara bilməmişdir. O, Murada məxsus evin mətbəxinə və qonaq otağına daxil olmuş, evin başqa otaqlarına daxil olmamışdır. Həmin evə əvvələr oğurluq məqsədi ilə və ya digər məqsədlə daxil olmamış, evə oğurluq məqsədi ilə daxil olmağını heç kim bilməmiş, evə daxil olan zaman ilk əvvəl kondisionerləri divardan sökməyi fikirləşmiş, onları necə və hara aparmağını sonradan planlaşdıracaqdı. Məqsədi həmin kondisanerləri oğurlayıb sataraq qazanc əldə etmək olmuş, kondisionerləri acıb oğurlamaq üçün əvvəlcədən kəlbətini özülə götürmüş, kondisionerləri sökmək üçün kəlbətindən istifadə etmişdir. Oğurluq etmək məqsədilə daxil olduğu evin sahibi Zərərçəkmiş şəxs əvvəllər üzdən tanımış, həmin küçədə yaşadığını bilmişdir. Murad ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. Evin çöl tərəfində küçədə avtomobil dayandığını hiss edib evi tərk edərək evin arxasından hasarı aşıb küçəyə çıxıb gedərkən küçədə dayanan aftomobilin kimə məxsus olduğunu öyrənmək üçün fırlanıb həmin evin qarşısından keçmiş, həmin vaxt evin darvazasının yanında Murad ilə rastlaşaraq salamlaşmışdır. Bu zaman Murad ondan kim olduğunu soruşmuş, qonşu küçədə yaşadığını, Arifin oğlu Mobil olduğunu demişdir. Murad həmin vaxt ona evinə oğruların girdiyini demiş, daha sonra evinin qarşısında şübhəli adam görüb görmədiyini ondan soruşmuşdur. Heç kimi görmədiyini və onun evinə kimin girdiyindən xəbəri olmadığını Murada demiş və çıxıb öz evinə getmişdi. Murad ilə həmin vaxtı görüşüb danışan zaman Muradın ondan şübhələndiyini hiss etməmişdir. Lakin Murad həmin vaxtı polis əməkdaşlarına məlumat verdiyini və polis əməkdaşlarını evinə cağırdığını ona demiş, o, isə artıq orada dayanmayaraq çıxıb evinə getmişdir. İki gün sonra polis əməkdaşları onu şöbəyə dəvət edəndən sonra Muradın ondan şübhələndiyi üçün onun adını polis əməkdaşlarına verdiyini bilmişdir. Muradın evinə oğurluğa gedən zaman özü ilə götürdüyü kəlbətini bir ildən artıq müddətdır ki, dükandan almış, yaşadığı evdə saxlayaraq hərdən tikinti işlərində istifadə etmişdir. Ruhi əsəb xəstəsi olmuş və bu xəstəliyilə əlaqədar müalicə almış, bununla bağlı Beyləqan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, sonradan əməlindən peşman olmuş və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcək, həmçinin, zərərçəkmişlə barışmışdır, odur ki, sadaladığı halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Beyləqan şəhəri 5-ci məhəllədə yerləşən özünə məxsus bir mərtəbəli fərdi yaşayış evi vardır. Hərdən həmin evdə qalmış, əsasən ünvan 2 ünvanda yerləşən evdə yaşamışdır. 21 yanvar 2023-cü il tarixdə saat 20 radələrində ailəsilə birlikdə həmin evdən, yəni Beyləqan şəhəri, 5-ci məhəllədə yerləşən evindən çıxıb evin qapılarını bağlayıb ünvan 3 ünvanda yerləşən atası evinə getmiş və orada qalmışdır. 26 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan şəhəri, 5-ci məhəllədə yerləşən evinə baş çəkmək üçün getmiş, evin qapısını acıb evə daxil olanda mətbəxin pəncərəsinin açıq olduğunu, mətbəxdə quraşdırılmış kondisionerin divardan sökülərək döşəməyə qoyulduğunu görmüşdür. Mətbəxə nəzər saldıqda oradakı stolun üstündə ona yad olan bir ədəd kəlbətin olduğunu görmüş, evə yad adamın oğurluğa girdiyini bilmişdir. O, evin digər otaqlarına baxıb nəzərdən keçirdikdə qonaq otağında divara quraşdırılmış kondisionerin də söküldüyünü və həmin kondisionerin naqillərini və borusunun kəsilib yerindən ayrıldığını görmüşdür. Sonra evdən çıxıb evin həyətini nəzərdən keçirmiş, daha sonra darvazadan küçəyə çıxmışdır. Küçəyə çıxıb həyətinin hasarının kənarı ilə hərəkət edib hasara nəzər salmış, həyətinə naməlum şəxsin haradan keçməsini müəyyən etmək istəmişdir. Bu zaman küçədə evinin yaxınlığında üzdən tanıdığı bir nəfər təxminən 30 yaşlarında şəxslə rastlaşmış, həmin şəxs gəlib onun yanından keçəndə özünü narahat aparmış, lakin onunla salamlaşmışdır. O, həmin şəxsin hərəkətlərindən şübhələnərək dayanmasını xahiş etmiş və yaxınlaşaraq kim olduğunu, harada yaşadığını və onun evinin qarşısında nə axtardığını soruşmuşdur. Həmin şəxs onun suallarından həcanlanmış, ona qonşu küçədə yaşadığını, Arifin oğlu Mobil olduğunu bildirmişdir. Təkrarən həmin şəxsdən evinin qarşısında nə axtardığını soruşduqda həyacanlı şəkildə «heç nə axtarmıram, küçədə gəzişirəm» demişdir. Mobil adlı şəxsə onun evinə kimsə oğurluq etmək məqsədilə girdiyini və bu ərazidə başqa adam görüb görmədiyini, şübhəli kimsənin olub olmadığını soruşmuş, Mobil isə ona heç kimi görmədiyini demişdir. Mobilin danışığından onun həyacanlı olduğunu hiss etmiş və «bəlkə, sən özün mənim evimə girmisən» demişdir. Bu zaman Mobil danışmağa çətinlik çəkmiş, dili topuq vurmağa başlamışdır, O, tamam şübhələnmiş və polis əməkdaşlarını cağırdığını, polis əməkdaşlarının indi gələcəklərini, onu polis əməkdaşlarına təhvil verəcəyini demişdir. Bu zaman Mobil ondan ayrılaraq iti yerişlə hərəkət edib uzaqlaşmış, o, dayanmasını tələb etmiş, lakin Mobil dayanmayaraq çıxıb getmişdir. Həmin gün bu hadisə barədə heç bir yerə, eləcə də polis orqanlarına məlumat verməmiş, ilk olaraq özü araşdırmağı, oğrunu müəyyən etməyi qərara almışdır. O, əsasən həmin Mobil adlı şəxsin yaşadığı ünvanı öyrənmək onun kimliyini müəyyən etmək istəmiş, bir gün arayıb axtarmış, lakin Mobilin yaşadığı ünvanı öyrənə bilməmiş, səhəri gün, yəni 27 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. 102 xidmətinə məlumat verəndən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və evinə baxış keçirmişlər. O, həmin vaxtı polis əməkdaşlarına küçədə Mobil ilə rastlaşdığını onun özünü şübhəli apardığını danışmışdı. Evinə oğurluq etmək məqsədilə daxil olan şəxs evin mətbəxinin plastik pəncərəsini açmaqla oradan evə daxil olmuşdur. Polis əməkdaşları iki gün sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparıb orada izahatını alan zaman Mobil törətdiyi bu cinayəti tam səmimi etiraf etmişdir. Mobil adlı şəxsin oğurlamaq məqsədilə onun evinin mətbəxindən sökdüyü bir ədəd 50 kvadratmetir ərazini soyutmaq üçün nəzərdə tutulan «Karyer» markalı, evin qonaq otağından sökülən bir ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulan «Bio General» markalı kondisionerlər olmuşlar. Həmin kondisionerlərin hər biri 800 manat dəyərindədir, Mobil adlı şəxsin onun evindən həmin iki ədəd kondisioneri sökərək kondisionerilərin mis borusunu qırması, kondisionerilərin qazını buraxması və eləcə də elektrik naqillərini kəsməsi nəticəsində ona ümumilikdə 300 manat ziyan dəymişdir. Mobil onun evindən heç bir əşya, pul və qızıl zinət əşyaları oğurlamamış, sadəcə, iki ədəd kondisionerləri oğurlamağa cəhd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Mobil rəsmi olaraq heç bir yerdə işləməmiş, arada bir fəhləlik etmişdir. Mobilin nitq qusuru və bir qədər psixi pozuntusu olmuşdur. Mobil əvvəllər ailəli olmuş, lakin sonradan həyat yoldaşı ilə münasibətləri pozulduğundan ayrılmış, iki övladı dünyaya gəlmişdir. Mobil onun evində onunla birlikdə yaşamış, əvvəllər heç bir cinayət törətməmiş və məhkum olmamışdır. 29 yanvar 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək oğlu Mobili polis şöbəsinə dəvət etmiş, həmin vaxt özü evdə olmamış, həmin gün axşam evə gələndən sonra Mobilin polis şöbəsinə getdiyini bilmişdir. Mobil dən nə baş verdiyini soruşmuş, Mobil isə ona üç gün əvvəl qonşu küçədə yaşayan Murad adlı şəxsin evinə girdiyinə görə polis əməkdaşlarının onu şöbəyə apardığını demişdir. Mobil həmin vaxt ona Muradın evinə pəncərədən daxil olduğunu lakin evdən heç nə oğurlamadığını, evdə olan kondisionerləri sökdüyünü ançaq götürüb aparmadığını demişdir. O, Zərərçəkmiş şəxs tanımış, aralarında ədavət və düşmənçilik olmamış, Murad onunla qonşu küçədə yaşamışdır. X10 evinə girdiyini və kondisionerləri oğurlamaq məqsədilə sökdüyünü biləndən sonra Murad ilə görüşmüş və üzr istəmişdir. Mobil tərəfindən kondisionerlərin sökülməsi nəticəsində Murada dəymiş 300 manat pulu Murada ödəmişdir. Mobil əvvəllər heç bir çinayət törətməmiş, başqa oğurluq etməmişdir. Mobil psixi pozuntudan əziyyət çəkmiş, onun danışığında nitqində problem olmuş və xəstəliyi ilə əlaqədar Beyləqan rayon Mərəkəzi Xəstəxanasının psixoloji kabinetində qeydiyyatda olmuşdur. Şahid2, ibtidai istintaqda alınmış və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, Beyləqan şəhəri, 20 yanvar küçəsi ev 31-də ailə üzvlərimlə birlikdə yaşamış, Beyləqan rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Beyləqan şəhəri Məşədi Əzizbəyov küçəsi ev 40-da yaşayan Zərərçəkmiş şəxs 27 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verərək ona məxsus olan Beyləqan şəhəri 5-ci məhəllədə yerləşən evində oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Həmin məlumat 27 yanvar 2023-cü il tarixdə Beyləqan rayon Polis şöbəsinə daxil olmuş, Zərərçəkmiş şəxs həmin tarixdə yəni 27 yanvar 2023-cü ildə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş və 26 yanvar 2023-cü il tarixdə Beyləqan şəhəri 5-ci məhəllədə yerləşən evinə getdikdən sonra naməlum şəxs və ya şəxslərin onun evinin pənçərəsini açmaqla oradan evə daxil olaraq evin mətbəxində və qonaq otağında yerləşən iki ədəd kondisionerləri oğurlamaq məqsədilə söküb yerindən çıxararaq oğurlamağa çəhd etdiklərini bildirmişdi. Zərərçəkmiş şəxs ərizəsi və 102 zəng xidmətinə etdiyi müraciəti qeydiyata alındıqdan dərhal sonra şöbənin əməliyyat qrupu hadisə yerinə getmiş, özü də həmin günü əməliyyat qrupunda olduğu üçün əməliyyat qrupunun üzvüləri ilə birlikdə hadisə yerinə getmişdi. Şöbənin təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Səbuhi Məmmədov tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri cəkilmiş və bu barədə protokol tərtib olunmuşdu. Hadisə yerinin baxışı zamanı müəyyən olundu ki, evə oğurluq məqsədilə daxil olan naməlum şəxs evin mətbəxində quraşdırılmış 1 ədəd «Karyer» markalı kondisionerin mis borusunu və elektrik naqillərini kəsərək kondisioneri divardan söküb döşəməyə qoymuş, bundan başqa evə oğurluq məqsədilə daxil olan naməlum şəxs evin qonaq otağında quraşdırılmış 1 ədəd «Bio General» markalı kondisionerin də mis borusunu və elektrik naqillərini kəsmiş və kondisioneri bağlandığı yerdən divardan söküb aralamışdır. Hadisə yerinin baxışı zamanı evin mətbəxində olan stulun üzərində 1 ədəd kəlbətin olmuşdu. Baxış zamanı iştirak edən ev sahibi Zərərçəkmiş şəxs həmin kəlbətinin ona məxsus olmadığını evinə oğurluq məqsədilə daxil olan naməlum şəxsin həmin kəlbətini özü ilə gətirdiyini bildirmişdir. Odur ki, hadisə yerinin baxışı zamanı təhqiqatçı Səbuhi Məmmədov tərəfindən qeyd olunan kəlbətin zərfə qoyularaq qablaşdırılıb götürülmüşdü. Baş vermiş oğurluq cinayətini törədən şəxsi müəyyən etmək məqsədilə əməliyyat axtarış qrupu yaradılmış və dərhal əməliyyat tədbirləri keçirilməyə başlanılmışdı. Həmin vaxtı zərərçəkmiş şəxs X2 ilə şifahi qaydada söhbət etmiş, Murad ona məlumat verərək 26 yanvar 2023-cü il tarixdə təxminən saat 20 radələrində evinə gələrkən idarə etdiyi avtomobilini evinin həyət daravazasının qarşısında saxladıqdan sonra avtomobilindən düşüb evinə daxil olan zaman evin mətbəxinin pəncərəsinin açıq olduğunu, mətbəxdə və qonaq otağında yerləşən kondisionerlərin divardan söküldüyünü aşkar etdikdən dərhal sonra evdən küçəyə çıxıb ətrafa nəzər saldıqda küçədə bir nəfər əvvəllər üzdən tanıdığı, lakin sonradan adının Mobil olduğunu bildiyi şəxslə rastlaşmış, Mobil onunla salamlaşmış, həmin vaxtı Mobil özünü narahat və şübhəli aparmış, evinə oğru girdiyi barədə Mobilə məlumat verdikdə o özünü itrimiş həyacandan dili topuq vuraraq danışmağa başlamış və daha sonra onun suallarına ətraflı çavab verməyərək oradan uzaqlaşıb getmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin cinayət əməlini Beyləqan şəhəri Mikayıl Müşfiq küçəsində yaşayan Təqsirləndirilən şəxs törətməsi müəyyən olunmuşdur. Odur ki, sonradan Mobilin onun yaşadığı ünvana polis əməkdaşları ilə getmiş və onu polis şöbəsinə dəvət edərək özlərilə polis şöbəsinə gətirmişdi. Təqsirləndirilən şəxs ilə şöbədə apardıqları şifahi sorğu sual zamanı o, törətdiyi cinayət əməlini etiraf etmiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs evindən kondisionerləri oğurlamaq üçün onun evinə daxil olduğunu bildirmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hasardan aşaraq evin həyətə keçmiş, daha sonra isə evin mətbəxinin pənçərəsini əli ilə itələyib açaraq oradan evə daxil olmuş, özü ilə əvvvəlcədən götürdüyü kəlbətinlə kondisionerlərin mis borusunu və elektrik naqillərini kəsərək kondisionerləri sökmüş, bu zaman evin darvazasının qarşısında küçədə avtomobil dayandığını eşidərək qorxub tez bir vaxtda evi tərk edərək küçəyə qaçmışdır. Mobil küçə ilə gedən zaman zərərçəkmiş Murad ilə rastlaşmış və həmin vaxtı həyacanlı olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdikdən sonra təhqiqatçı tərəfindən onun izahatı alınmışdır. Cinayət işinə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokola əsasən müəyyən edilir ki, hadisə Zərərçəkmiş şəxs məxsus olan Beyləqan şəhəri 5-ci məhəllədə yerləşən bir mərtəbəli fərdi yaşayış evinin içərisində baş vermişdir. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 686 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ictimai təhlükəli əməli törətdiyi zaman odərəcədə ifadə olunmayıb ki, onu öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs əməli törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Beyləqan Mərkəzi rayon X4 Şəxsin 16 fevral 2023-cü il tarixli, PHŞ-6-29/2- 236/2023 nömrəli məktubuna əsasən Beyləqan şəhəri, M.Müşviq küçəsi, ev 66-da yaşayan, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X11 psixoloji kabinetində xx.xx.2003-cü il tarixdən «Epilepsiya tez-tez müşahidə olunan qıcolma tutması və şəxsiyyət dəyişkənliyi ilə. Nitq qusuru ilə» diaqonzu ilə dispanser qeydiyatındadır, narkoloji kabinetdə dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Hadisə yerinə baxış keçirilən zaman götürülmüş və cinayət hadisəsinin törədilməsində istifadə olunan bir ədəd kəlbətin iş üzrə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqda 12 mart 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ona tanınmaya təqdim edilən həmin kəlbətini tanıyaraq ona məxsus olduğunu və xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs evinə oğurluq etmək üçün daxil olan vaxt özü ilə həmin kəlbətini götürdüyünü və oğurlamaq istədiyi kondisionerləri həmin kəlbətinlə sökdüyünü bildirmişdir. Cinayət işi üzrə 12 mart 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Karyer» markalı və 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Bio General» markalı kondisionerlər, eləcə də Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd kəlbətin cinayət işi üzrə maddi subut kimi tanınmışdır. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddləri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Sübutların qiymətləndirilməsi haqqında 19 mart 2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, X1 əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, 12 mart 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Karyer» markalı və 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Bio General» markalı kondisionerlər, eləcə də, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd kəlbətinin cinayət işi üzrə maddi subut kimi tanınması nəzərə alınmışdır. Sübutların qiymətləndirilməsi haqqında həmin qərara əsasən, Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1753 nömrəli rəyi mötəbər subut kimi hesab edilməmişdir. Belə ki, “cinayət işi üzrə Zərərçəkmiş şəxs 10 fevral 2023-cü il tarixdə ərizə ilə Beyləqan rayon Polis şöbəsinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğurluq etmək məqsədilə 26 yanvar 2023-cü il tarixdə onun evinə daxil olaraq hər biri 800 manat dəyərində olan, ümumilikdə 1600 manat dəyərində iki ədəd kondisionerləri söküb aparmağa cəhd etmişdir. Həmin cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs kondisionerləri oğurlamaq məqsədilə yerindən sökməsi nəticəsində ona 300 manat maddi ziyan vurmuş, həmin 300 manat məbləğ Təqsirləndirilən şəxs atası Şahid1 tərəfindən ona ödənilmişdir. Odur ki, Zərərçəkmiş şəxs ona məxsus olan yaşayış evindən ümumilikdə 1600 manat dəyərində əmlakının oğurlanmasına cəhd edilməsini göstərməsi iş üzrə əsas götürülməli və iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1753 nömrəli rəyi mötəbər subut kimi hesab edilməməlidir.” Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmişin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 444 saylı arayışa əsasən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqları: 2017-ci ildə anadan olmuş X3 və 2020-ci ildə anadan olmuş X7 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmişlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət əməlindən peşman olmasını, «Epilepsiya tez-tez müşahidə olunan qıcolma tutması və şəxsiyyət dəyişkənliyi ilə. Nitq qusuru ilə» diaqnozu ilə xəstə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasına əsasən, həmin əməl, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi cinayət əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. İş üzrə Təqsirləndirilən şəxs barəsində 06 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 29, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza növü nisbətən yuxarı həddə təyin edilməli, cinayət işi üzrə maddi sübutlar - saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş- 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Karyer» markalı kondisioner, 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Bio General» markalı kondisioner hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalı, saxlanması üçün Beyləqan rayon polis şöbəsinin saxlancına təhvil verilmiş- 1 ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri -50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Beyləqan rayonu İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar - saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş- 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Karyer» markalı kondisioner, 1 ədəd 50 kvadratmetr ərazini soyutmaq üçün nəzərdə tutulmuş «Bio General» markalı kondisioner hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın, saxlanması üçün Beyləqan rayon polis şöbəsinin saxlancına təhvil verilmiş- 1 ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №1(020)-34/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-34/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver