Məhkəmə qərarları › İş №1(020)-35/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-35/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-35/2023 12.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəşisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmuş, Beyləqan rayonu, Şərq qəsəbəsində pasport qeydiyyatında olan, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Beyləqan rayon məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarına əsasən Beyləqan rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il, dörd ay, on səkkiz gün hissəsinin hər iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla səkkiz ay, doqquz gün azadlığın məhrum etmə cəzası ilə əvəz edilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 xx xxxxx 2006-cı il tarixdə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmuş, Beyləqan rayonu, Şərq qəsəbəsində pasport qeydiyyatında olan, natamam orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, barəsində 07 mart 2023-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Qarazadə X3 rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 24 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində tanışı xx xxxxx 2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən fermaya gələrək fermanın həyətində yerləşən, ətrafı metal torla əhatələnmiş saxlanc yeri hesab edilən tövləyə metal torun üzərindən aşaraq daxil olub bozumtul rəngli, buynuzsuz, üç yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan, 260 manat dəyərində bir baş qoyunu metal torun üzərindən aşırmaqla çölə çıxarıb Şahid4 idarə etdiyi “Mercedes Benz” markalı, **-ML-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq Beyləqan şəhəri, Bəhruz Kəngərli küçəsinə aparıb həmin küçədə yaşayan Şahid2 120 manat pula satıb əldə etdikləri qazancı aralarında bölmüş, beləliklə o, X6 məxsus 260 manat dəyərində bir baş qoyunu oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 25 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində tanışı xx xxxxx 2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən fermaya gələrək fermanın həyətində yerləşən, ətrafı metal torla əhatələnmiş saxlanc yeri hesab edilən tövləyə metal torun üzərindən aşaraq daxil olub sarımtıl rəngli, buynuzsuz, iki yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan, 260 manat dəyərində bir baş və ağ-bozumtul rəngli, buynuzsuz, iki yaşlı, erkək cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan, 300 manat dəyərində bir baş, cəmi iki baş qoyunu metal torun üzərindən aşırmaqla çölə çıxarıb X1 idarə etdiyi “Vaz 21074” markalı, **-SG-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq aparıb Beyləqan Eyvazalılar kəndində yerləşən “Çoban evi” restoranında həmin restoranda administrator işləyən Şahid1 hər biri üçün 140 manat olmaqla cəmi 280 manat pula əldə etdikləri qazancı aralarında bölmüş, beləliklə o, X6 məxsus 560 manat dəyərində iki baş qoyunu oğurlamış, yəni gizli olaraq talamışdır. Əbilov X4 rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 24 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən fermaya gələrək fermanın həyətində yerləşən, ətrafı metal torla əhatələnmiş saxlanc yeri hesab edilən tövləyə metal torun üzərindən aşaraq daxil olub bozumtul rəngli, buynuzsuz, üç yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan, 260 manat dəyərində bir baş qoyunu metal torun üzərindən aşırmaqla çölə çıxarıb Şahid4 idarə etdiyi “Mercedes Benz” markalı, **-ML-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq Beyləqan şəhəri, Bəhruz Kəngərli küçəsinə aparıb həmin küçədə yaşayan Şahid2 120 manat pula satıb əldə etdikləri qazancı aralarında bölmüş, beləliklə o, X6 məxsus 260 manat dəyərində bir baş qoyunu oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 25 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən fermaya gələrək fermanın həyətində yerləşən, ətrafı metal torla əhatələnmiş saxlanc yeri hesab edilən tövləyə metal torun üzərindən aşaraq daxil olub sarımtıl rəngli, buynuzsuz, iki yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan, 260 manat dəyərində bir baş və ağ-bozumtul rəngli, buynuzsuz, iki yaşlı, erkək cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan, 300 manat dəyərində bir baş, cəmi iki baş qoyunu metal torun üzərindən aşırmaqla çölə çıxarıb X1 idarə etdiyi “Vaz 21074” markalı, **-SG-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq aparıb Beyləqan Eyvazalılar kəndində yerləşən “Çoban evi” restoranında həmin restoranda administrator işləyən Şahid1 hər biri üçün 140 manat olmaqla cəmi 280 manat pula əldə etdikləri qazancı aralarında bölmüş, beləliklə o, X6 məxsus 560 manat dəyərində iki baş qoyunu oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi olmayıb. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla münasibəti həmişə normal olub. Təqsirləndirilən şəxs2 həmkəndlisidir. Onunla həmkəndli kimi hərdən birlikdə vaxt keçirir. Lakin Sadiq bir neçə vaxtdır ki, ailəsi ilə birlikdə Beyləqan şəhərinə köçərək Beyləqan şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Beyləqan şəhər bazarının qarşısında Təqsirləndirilən şəxs2 və həmkəndlisi Namiqlə rastlaşmışlar. Həmin vaxt söhbət zamanı o, Sadiqə və Namiqə gedib yeməkxanada çörək yeməyi təklif etmişdir. Onlar razılaşdıqdan sonra piyada Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən ikimərtəbəli yeməkxanaya getmişlər. Orada yeyib-içib spirtli içki qəbul etmişlər. Sonra yeməyin pulunu verməyə pulları olmadığından o, yeməkxananın işçisinə pulu axşam gətirib verəcəyini bildirmiş, bundan sonra, hər üçü Beyləqan şəhərində yerləşən mərkəzi bazarın qarşısına gəlmişdir. Sadiq yolda ona həmkəndlisi Nadirin fermasına gedib oradan qoyun oğurlamağı və gətirib sataraq yeməkxanaya olan borcu verməyi təklif etmiş, onlar hər üçü bazarın qarşısında dayanan adını bilmədiyi şəxsin “Mersedes Benz” markalı avtomobilinə əyləşmiş, oğurluq barədə söhbətdən Namiqin xəbəri olmamış, həmin “Mersedes Benz” markalı avtomobil taksi olduğundan sürücüyə onları Beyləqan rayonu, Şərq qəsəbəsinə aparmasını və oradan quzu götürüb geri qayıdacaqlarını bildirmişlər. Həmin şəxs razılaşmış və onunla yol haqqı danışmadan yola düşmüşlər. O Sadiqlə avtomobilin arxa otracağında əyləşmiş, Namiq isə ön otracaqda əyləşmişdir. Həmin şəxs onları Beyləqan rayonu, Şərq qəsəbəsinin girişinə aparmışdır. O və Sadiq avtomobildən düşmüşdür. Sadiq taksi sürücüsünü və Namiqi aldatmaq üçün onlara dayısının ona quzu verdiyini və həmin quzunu götürüb qayıdacağını bildirmişdir. Bu səbəbdən taksi sürücüsü və Namiq onları kəndin girişində yolun kənarında gözləmişdir. O taksi sürücüsünün yanından ayrılan zaman ona konturunun olmadığını, 10 dəqiqədən sonra onlara zəng etməsini bildirmişdir. O Sadiqlə həmin gün yəni, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində birlikdə Zərərçəkmiş şəxs fermasına getmiş və yay tövləsinə daxil olmuşdur. Sadiq bir baş xırdabuynuzlu heyvanı tutaraq özünə doğru çəkmiş, o da Sadiqə köməklik etmək üçün quzunu tutub birlikdə köməkçi tövlədən çıxarıb fermadan təxminən 300-400 metr aralıda olan ferma ilə yolu birləşdirən “Qarabağ Kanalının” üzərində olan körpünü keçmişdir. Taksi sürücüsü ona zəng etmiş, körpünün yanında olduqlarını demiş və yanılarına gəlməyi bildirmiş, taksi sürücüsü onların yanına gəlmiş və bundan sonra onlar quzunu həmin avtomobilin arxa yük yerinə qoyub geriyə-Beyləqan şəhərinə qayıdan zaman yolda Namiq Sadiqdən və ondan qoyunu oğurlayıb-oğurlamadıqlarını soruşmuşdur. Onlar isə ona qoyunu oğurlamadıqlarını bildirsələr də Namiq onlara inanmamış və qoyunun oğurluq olmasından şübhlənərək avtomobili yolda saxlatdıraraq taksini tərk etmişdir. Onlar həmin taksi ilə qoyunu Beyləqan şəhərinə gətirmiş və taksi sürücüsünə həmin quzunu satmaq istədiklərini bildirmişlər. Taksi sürücüsü kiməsə zəng edib danışmış və quzunu satmağa adam tapdığını bildirərək onları Beyləqan şəhərində dəqiq bilmədiyi ünvana aparmışdır. Orada bir nəfər şəxs avtomobilin yanına gəlmişdir. Həmin şəxs quzuya baxmış və quzunu neçə manata satdığını soruşanda o, qoyunun qiymətinin 150 manat olduğunu bildirmiş, lakin həmin şəxs quzuya 120 manat pul verəcəyini demişdir. Onlar razılaşmış və quzunu həmin şəxsə 120 manata satmış, bundan sonra, o və Sadiq həmin taksi ilə borclu olduqları yeməkxanaya getmiş və yeməkxanaya olan 50 manat borclarını vermişlər. Sonra taksi sürücüsünə yol haqqı olaraq 22 manat pul vermişlər. O və Sadiq bundan sonra Beyləqan şəhəri mərkəzi bazarının qarşısına gəlmiş, bazarın qarşısında olanda Sadiqə özünə siqaret və su alması üçün 20 manat pul vermişdir. Sadiq “Sizin” adlı marketə daxil olub siqaret və su alıb sonra yanına qayıtmış, bundan sonra, yerdə qalan pulu onunla bölmüş, Sadiq oradan evlərinə getmişdir. O isə yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən evə gəlmişdir. Səhəri gün, yəni 25 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində Sadiq ona zəng edib Beyləqan şəhərinə gəlib-gəlməyəcəyini soruşmuşdur. O, Sadiqə gələcəyini bildirmiş, o, həmin gün saat 16 radələrində Beyləqan şəhərinə gəlib Sadiqlə əlaqə saxlayıb bazarın qarşısında görüşmüşdür. Birlikdə Beyləqan şəhərində yerləşən, H.Əliyev parkına gəlib orada bir qədər gəzib söbət etmişlər və yenidən Nadirin fermasında oğurluq etmək üçün razılaşmışlar. Onların öncədən təkrar oğurluq etmək fikirləri olmamışdır. Onlar oğurluq etmək üçün axşamın düşməsini gözləmişlər. Həmin gün saat təxminən 19 radələrində Beyləqan şəhər bazarının qarşısına gəlib adını bilmədiyi şəxsin taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ-21074” markalı, dövlət-qeydiyyat nişanı yadında qalmayan, qara rəngli avtomobilinə əyləşmiş və Beyləqan rayonu, Şərq qəsəbəsinə gedib oradan iki baş quzu götürüb geri qayıdacaqlarını bildirmişlər. Həmin şəxsin avtomobili ilə Beyləqan rayonu, Şərq qəsəbəsinin girişinə getmişlər və taksini tərk edib sürücüyə gözləməsini, ona zəng vuranda onların yanlarına gəlməsini bildirmişdir. Taksi sürücüsü onunla razılaşmış və Sadiqlə o, saat 20 radələrində yenə Zərərçəkmiş şəxs fermasına gedib, yay tövləsinə daxil olmuş və hərəsi bir baş xırdabuynuzlu heyvan götürüb fermadan təxminən 300-400 metr aralıda “Yuxarı Qarabağ” kanalının üzərindən keçən körpünün yanına aparıb həmin taksiyə zəng edərək həmin yerə çağırmışlar. Həmin taksi sürücüsü onların dediyi yerə gəlmiş və quzuları avtomobilin arxa yük yerina qoymuşlar. Taksi sürücüsü avtomobillə hərəkət etməyə başlayanda o taksi sürücüsünə qoyunları satmaq istədiyini bildirib ona “qoyunu kimə sata bilərik” sualını verəndə taksi sürücüsü harasa zəng etmişdir. Taksi sürücüsü kiminləsə danışmış və onlara bildirmişdir ki, qoyunları Beyləqan rayonu, Tatalılar kəndi ərazisində yerləşən “Çoban evi” yeməkxanasına aparıb orada sata bilərlər. Onlar razılaşmış və qoyunları “Çoban evi” yeməkxanasına aparmışlar. Həmin yeməkxanada bir nəfər adını bilmədiyi şəxs onlara yaxınlaşıb quzulara baxmış və ondan qiymətini soruşmuşlar. O da həmin qoyunların hər biri 180 manat pula satdığını bildirəndə həmin şəxs həmin quzuların hər birini 140 manata ala biləcəyini demişdir. Onlar onunla razılaşmış və quzuların hər birini 140 manata satmışlar. Bundan sonra o və Sadiq həmin taksi ilə Beyləqan rayon “Görüş” deyilən əraziyə gedib orada taksidən düşmüş və taksi sürücüsünə 35 manat pul vermişlər. Həmin taksi sürücüsü çıxıb getmişdir. O və Sadiq həmin yerdə Vaz 2106 markalı taksiyə əyləşib Beyləqan şəhərinə gəlmiş, Beyləqan şəhərində yerləşən “Emba” paltar mağazasına daxil olmuş və hərəsi özünə şalvar, ayaqqabı və köynək almışdır. Sonra “Sizin” marketdən siqaret alıb, həmin yerdən başqa taksiyə əyləşərək Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən yeməkxanaya gedib, yemək yeyib spirtli içki qəbul etmişlər. Yeməkxanadan çıxandan sonra “Daşburun” dairəsində onları gətirən taksi sürücüsünün dayandığını görmüş, onlar həmin taksi ilə razılaşıb Beyləqan şəhərinə qayıtmışlar. Bu zaman yolda taksinin də pulunu verdikdən sonra üzərində qalan cəmi 40 manat pulun 20 manatını Sadiqə vermiş və 20 manat isə özünə qalmışdır. Beyləqan şəhərinə çatdıqdan sonra Sadiq taksini tərk etmiş, o isə həmin taksi ilə yaşadığı Beyləqan rayon Şərq qəsəbəsində yerləşən evinə getmişdir. Zərərçəkmiş şəxs cəmi 3 baş xırdabuynuzlu heyvanını Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışdır. Zərərçəkmiş şəxsə vurduğu ziyan onun valideynləri tərəfindən ödənilmişdir. Müharibə veteranıdır. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki Zərərçəkmiş şəxs tanıyır onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 və Şahid5 da onun həmkəndliləridir. Təxminən 2022-ci ilin iyul ayından o ailəsi ilə birlikdə Beyləqan şəhərinə köçüb Beyləqan şəhərində yaşayır. 24 dekabr 2022-ci il tarixdə, saat təxminən 13 radələrində Beyləqan şəhər bazarın qarşısından keçən zaman həmkəndlisi Namiqlə rastlaşmışdır. Həmin vaxt o Namiqlə söbət etməyə başlamışdır. Söhbət zamanı Namiq ona Təqsirləndirilən şəxs1 gözlədiyini və birlikdə yeyib-içməyə gedəcəklərini bildirmişdir. Aradan bir neçə dəqiqə keçəndən sonra Şahid5 Təqsirləndirilən şəxs1 zəng edib Beyləqan rayon Mərkəzi bazarının qarşısında olmasını bildirmişdir. Onlar telefonda bir neçə dəqiqə danışdıqdan sonra Şahid5 onunla birlikdə olduğunu Tahirə demiş, Tahirin onları Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən yeməkxanaya dəvət etmişdir. O, da Tahirlə birlikdə Beyləqan şəhəri, RTS qəsəbəsində olan yeməkxanaya getmişdir. Həmin yeməkxanada masada əyləşib təxminən iki saat gözlədikdən sonra Tahir onların yanına gəlmişdir. Həmin yeməkxanada yemək yeyib spirtli içki qəbul etmişlər. Yeyib-içdikdən sonra pulları olmadığından o və Tahir telefonunu yeməkxana işçisinə vermişdir. Tahir yeməkxananın işçisinə borclarını axşam gətirib verəcəklərini bildirmişdir. Bundan sonra onlar birlikdə yeməkxananın həyətinə çıxmışlar. Namiq onlardan bir qədər aralıda dayanmışdır. Həmin vaxt o Tahirə Beyləqan rayonu, Şərq qəsəbəsinə gedib həmin qəsəbə sakini Zərərçəkmiş şəxs fermasından qoyun oğurlamağı ona təklif etmiş, Tahir onunla razılaşmışdır. Həmin vaxt Namiqin bu söbətdən xəbəri olmamışdır. Bundan sonra onlar həmin yeməkxananın qarşısında taksiyə əyləşib Beyləqan şəhərində yerləşən mərkəzi bazarın qarşısına getmişlər. Bazarın qarşısında taksi fəaliyyəti ilə məşğul olan tanımadığı şəxsə yaxınlaşmışlar. Həmin vaxt taksi sürücüsünün “Mersedes Benz” markalı, qeydiyyat nişanını xatırlamadığı avtomobilinə əyləşmişlər. O və Tahir taksi sürücüsünə dayısının ona qoyun verdiyini və həmin qoyunu Beyləqan rayonu, Şərq qəsəbəsindən götürüb Beyləqan şəhərinə geri qaytarmalı olduqlarını bildirmişlər. Taksi sürücüsü onlarla razılaşmışdır. Həmin vaxt avtomobilin ön oturacağında Namiq, arxa otracağına isə o və Tahir əyləşmişlər. Birlikdə Beyləqan rayonu, Şərq qəsəbəsinə getmiş və qəsəbənin girişində Tahir sürücüyə dayanmasını və Namiqlə birlikdə onları həmin yerdə gözləməsini bildirmişdir. Beləliklə, həmin gün saat 19 radələrində o və Tahir taksi sürücüsü ilə Namiqə dayısının fermasına gedib qoyunu götürüb geri qayıdacaqlarını demiş və sonra birlikdə Yuxarı-Qarabağ kanalının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs fermasına getmişlər. Fermanın həyətində olan yay tövləsinə Tahirlə birlikdə daxil olmuş və tövlədən 1 baş xırdabuynuzlu heyvan tutmuş və həmin heyvanı birlikdə tövlədən çıxarıb fermadan təxminən 300 metr aralıya aparıb dayanmışlar. Tahir öncədən taksi sürücüsünün mobil nömrəsini götürmüşdür. Tahir ikinci telefonu ilə taksi sürücüsünə zəng edərək ona həmin yerə gəlməsini bildirmişdir. Bir qədər sonra taksi sürücüsü onların olduğu yerə gəlmiş və onlar həmin heyvanı avtomobilin arxa saxlanc yerinə qoyub avtomobilə əyləşmişlər. Avtomobil hərəkətə başlayandan sonra avtomobil Şərq qəsəbəsinin girişinə çatanda Namiq sürücüyə dayanmasını bildirmişdir. Sürücü avtomobili saxlamış və Namiq avtomobildən düşmüşdür. Tahir də avtomobildən düşmüş və bu zaman Namiq Tahirdən nəyə görə oğurluq etməklərini soruşaraq mübahisə etməyə başlamışdır. Bundan sonra Namiq həmin yeri tərk edərək Şərq qəsəbəsinə doğru getmişdir. Taksi sürücüsü avtomaşını idarə etməyə başlamış və yolda olan zaman taksi sürücüsü onlardan qoyunun oğurluq olub-olmamasını soruşmuşdur. Sürücü onların oğurluq etməklərindən şübhələnmişdir. Lakin onlar ona heyvanın oğurluq olmadığını bildirmiş və sürücü onlara inanmışdır. Onlar həmin taksi ilə qoyunu Beyləqan şəhərinə gətirmiş və taksi sürücüsünə həmin quzunu satmaq istədiklərini bildirmişlər. Taksi sürücüsü kiməsə zəng edib danışmış və quzunu satmağa adam tapdığını bildirərək onları Beyləqan şəhərində dəqiq bilmədiyi ünvana aparmışdır. Orada bir nəfər şəxs avtomobilin yanına gəlmişdir. Həmin şəxs quzuya baxmış və Tahirlə qiymətlə bağlı söbət etmişdir. Sonra həmin şəxs heyvanı 120 manata almaq istədiyini deyəndə Tahir onunla razılaşmış və quzunu həmin şəxsə 120 manata satmışdır. Bundan sonra o və Tahir həmin taksi ilə borclu olduqları yeməkxanaya getmiş və yeməkxanaya olan 50 manat borcu vermişlər. Sonra həmin taksi sürücüsünə isə Tahir 22 manat pul vermiş, taksi sürücüsü həmin yeri tərk etmişdir. O və Tahir bundan sonra Beyləqan şəhər mərkəzi bazarının qarşısına gəlmişlər. Bazarın qarşısında olarkən Tahir ona həmin puldan 20 manat vermişdir ki, siqaret və su alın. O da bazarın yaxınlığında olan marketə daxil olub özünə və Tahirə siqaret və su alıb geri qayıtmışdır. Bundan sonra yerdə qalan pulu Tahirlə bölmüşlər. Sonra o öz evinə, Tahir isə öz evinə getmişdir. Səhəri gün,yəni 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Tahir ona zəng edib Beyləqan şəhərində olmasını və ona bazarın qarşısına gəlməyini bildirmişdir. O da onun zəngindən sonra bazarın qarşısına gəlmiş və Tahirlə bazarın qarşısda görüşmüşdür. Saat 13 radələrində Beyləqan şəhərində yerləşən H.Əliyev parkına gəlib orada biraz gəzmişlər. Sonra yenə Beyləqan şəhəri, RTS qəsəbəsində olan yeməkxanaya getmişlər. Orada yeyib-içdikdən sonra Tahirə yenə Nadirin fermasından oğurluq etməyi təklif etmişdir. Tahir onunla razılaşmışdır. Onlar oğurluq etmək üçün axşam düşməsini gözləmişlər. Həmin gün saat təxminən 19 radələrində Beyləqan şəhər mərkəzi bazarının qarşısına gəlib adını bilmədikləri şəxsin taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ-21074” markalı, nömrəsini unutduğu qara rəngli avtomobilinə əyləşmiş və onları Beyləqan rayonu, Şərq qəsəbəsinə aparmasını bildirmişlər. Onlar taksi sürücüsünə gedib oradan iki baş quzu götürüb geri qayıdacaqlarını demişlər. Həmin şəxsin avtomobili ilə Beyləqan rayonu, Şərq qəsəbəsinin girişinə getmişlər. Onlar sürücüyə gözləməsini və ona zəng edəndə onların yanına gəlməsini bildirib taksidən düşmüşlər. Taksi sürücüsü onlarla razılaşmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Tahirlə o həmkəndlisi Nadirin fermasına gedib yay tövləsinə daxil olmuşlar və hərəsi bir baş xırdabuynuzlu heyvan götürüb fermadan təxminən 300-400 metr aralıda Yuxarı-Qarabağ kanalının üzərindən keçən körpünün yanına aparmış və həmin taksiyə zəng edib çağırmışlar. Həmin taksi sürücüsü onların dediyi yerə gəlmişdir. Tahirlə o quzuları avtomobilin arxa yük yerinə qoymuşlar. Taksi sürücüsü avtomobillə hərəkət etməyə başlayanda o taksi sürücüsünə qoyunları satmaq istədiyini bildirib kimə sata biləcəyini soruşduqda taksi sürücüsü kiməsə zəng etmişdir. Taksi sürücüsü kiminləsə danışmış və onlara heyvanları Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində yerləşən “Çoban evi” yeməkxanasına aparıb orada sata biləcəklərini bildirmişdir. Onlar razılaşıb qoyunları “Çoban evi” yeməkxanasına aparmışlar. Həmin yeməkxanada bir nəfər adını bilmədiyi şəxs onlara yaxınlaşıb heyvanlara baxmış və Tahirdən qiymətini soruşmuşdur. Tahir həmin qoyunların hər birini 180 manata satdığın bildirmişdir. Həmin şəxs quzuların hər birini 140 manata ala biləcəyini demişdir. Bundan sonra onunla razılaşmış və heyvanların hər birini 140 manata satmşlar. Sonra o və Tahir həmin taksi ilə Beyləqan rayonu, “Görüş” deyilən əraziyə gedib taksi sürücüsünə 35 manat pul vermiş və taksidən düşmüşlər. Taksi sürücüsü çıxıb getmişdir. Onlar həmin yerdə “Vaz 2106” markalı taksiyə əyləşib Beyləqan şəhərinə gəlmişlər. Beyləqan şəhərində yerləşən “Emba” paltar mağazasına daxil olmuş və hərəsi özünə şalvar, ayaqqabı və köynək almışdır. Sonra “Sizin” marketdən siqaret alıb həmin yerdən başqa taksiyə əyləşərək Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən yeməkxanaya gedib yemək yeyib, spirtli içki qəbul etmişlər. Yeməkxanadan çıxandan sonra “Daşburun” dairəsində dayanan onları gətirən taksi sürücüsünü görmüşlər. Həmin taksi sürücüsü ilə razılaşıb Beyləqan şəhərinə qayıdan zaman yolda Tahir ona 8 manat pul vermişdir. Beyləqan şəhərinə çatdıqdan sonra o taksini tərk etmişdir, Tahir isə həmin taksi ilə yaşadığı Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən evinə getmişdir. 24 dekabr 2022-ci il tarixdə saat 19 radələrində o və Tahir birlikdə Zərərçəkmiş şəxs fermasının həyətində olan yay tövləsinə daxil olub tövlədən bir baş dişi cinsli xırda buynuzlu heyvanı, 25 dekabr 2022-ci il tarixdə saat 20 radələrində isə Nadirə məxsus iki baş, cinslərini dəqiq xatırlamadığı xırdabuynuzlu heyvanları, ümumilikdə üç baş toğulunu həmin tövlədən oğurlamışlar. Zərərçəkmiş şəxs qoyununu oğurladıqdan sonra Mersedes Benz markalı taksinin yük yerinə qoyub bir qədər aralaşandan sonra Namiq Tahirə həmin qoyunu oğurlayıb-oğurlamadıqlarını soruşmuşdur. Tahir isə qoyunu onlara dayısının verdiyini bildirsə də Namiq buna inanmamış və çıxıb getmişdir. Bundan sonra Tahir və o avtomobilə əyləşmiş və birlikdə Beyləqan şəhərinə gəlmişlər. Həmin vaxt Tahir ön oturacaqda əyləşmişdir, sürücü ilə nə danışmasını eşidə bilməmişdir. Oğurluq etdiklərindən Namiqin əvvəl xəbəri olmasa da onlar qoyunu avtomobilə qoyandan sonra Namiqin onların oğurluq etdiyindən xəbərinin olduğunu düşünür. xx.xx.2022ci il tarixdə oğurladıqları quzunu satmağa alıcını taksi sürücüsu tapmışdır, yəni zəng edərək bir nəfər şəxslə danışmış və onları da quzunu alan şəxsin evinin həyətinə taksi sürücüsü aparmışdır. Taksi sürücüsünün və qoyunu alan şəxsin adlarını bilmir, sifət quruluşları da yadında qalmayıb. Lakin quzunu alan şəxs yadında qalmışdır. Həmin qoyunları taksi sürücüsünün köməkliyi ilə Beyləqan rayonu, Eyvazalılar kəndində yerləşən “Çöban evi” yeməkxanasında adını bilmədiyi şəxsə satmışlar. O və Təqsirləndirilən şəxs1 həmin oğurladıqları heyvanları satandan sonra pulunu xərcləmişlər. Belə ki, həmin pulun bir hissəsini taksi sürücülərinə vermiş, bir hissəsinə paltar almış, bir hissəsini isə öz şəxsi tələbatlarına xərcləmişlər. xx.xx.2022-ci il tarixdə oğurladıqları iki baş qoyunu taksi sürücüsünün avtomobilinə qoyandan sonra ona avtomobili tez sürətlə idarə etməsini bildirəndə sürücü onlara nə baş verdiyini, qoyunların oğurluq olub-olmamasını soruşmuşdur. Lakin onlar sürücüyə heyvanların oğurluq olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs cəmi 3 baş qoyununu, Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Onlar həmin taksi sürücülərinə heyvanların oğurluq olmadığını bildirmişlər. Həm də ki onlar sürücülərin pulunu yol haqqı olaraq vermişlər. Onlar oğurluqdan əldə etdikləri pullları Tahirlə birlikdə xərcləyib, qalanını da aralarında bölmüşlər. O, tutduğu əməldən səmimi peşimandır, onun bu səmim peşimançılığının nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxsə dəyən ziyan ödənilmişdir. Göstərilənləri nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur, rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid5 həmkəndliləridir, onlarla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Onun özünə məxsus Beyləqan rayon Şərq qəsəbəsində pay torpaq sahəsi və icarəyə becərdiyi torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin və “Yuxarı Qarabağ” kanalının yaxınlığında ferması vardır. Həmin fermada xırda buynuzlu heyvanlar saxlayır. O gündüzlər heyvanları sahədə otardıqdan sonra axşamlar həmin heyvanları fermanın həyətində olan tövləyə salıb yaşadığı Şərq qəsəbəsindəki evinə gedir. 25 dekabr 2022-ci il tarixdə saat 18 radələrində həmişəki kimi heyvanları fermada olan yay tövləsinə yığıb yaşadığı evə getmişdir. Həmin tövlənin ətrafı metal torla əhatə olunmuşdur. O özü fermada olmadığı vaxtlar heyvanları qoruması üçün fermada bir neçə it saxlayır. Səhəri gün, yəni 26 dekabr 2022-ci il tarixdə saat 08 radələrində fermaya heyvanları otlaq sahəsinə aparıb otarmaq üçün gəlmiş və tövlənin qapısını açıb qoyunları tövlədən çıxaran zaman saymağa başlamışdır. Qoyunları sayandan sonra üç baş xırdabuynuzlu heyvanlarının kəm olmasını aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, üç baş qoyunu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib ona məxsus heyvanların oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra Beyləqan rayon Polis şöbəsinin əməkdaşları ona məxsus fermaya gəlmişlər və hadisə yerinin baxışını həyata keçirmişlər. O ərizə ilə müraciət edərək özünə məxsus üç baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra heyvanlarını oğurlayan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Həmin şəxslər onunla eyni qəsəbədə yaşayırlar. O kənd ərazisində eşitmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus heyvanları oğurladıqlarını etiraf etmişlər. Şahid5 isə oğurluqdan məlumatı olmadığını bildirmişdir. Onun üç baş xırdabuynuzlu heyvanı oğurlanmışdır. Heyvanları ona məxsus Beyləqan rayonu, Şərq qəsəbəsi ərazisində yerləşən fermamın həyətində olan metal torla əhatələnmiş tövlədən oğurlanmışdır. Oğurlanan 3 baş xırdabuynuzlu heyvanlarımdan biri bozumtul rəngli, buynuzsuz, üç yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olmaqla 200 manat dəyərində, ikincisi sarımtıl rəngli, buynuzsuz, iki yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olmaqla 200 manat dəyərində, üçüncüsü isə ağ-bozumtul rəngli, buynuzsuz, iki yaşlı, erkək cinsli, təmiz ətinin kütləsi 20 kiloqarm olmaqla 200 manat dəyərindədir. Ona oğurluq nəticəsində ümumilikdə 600 manat maddi ziyan dəymişdir. O qoyunları təxminən 2-3 gün saymamışdır. Lakin xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində qoyunları sayanda, 3 baş xırda buynuzlu heyvanlarının oğurlanmasını aşkar etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslərdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayon, Eyvazalılar kəndi ərazisində əmisinə məxsus yeməkxanada nəzarətçi işləyir. Şahid3 tanıyır, onunla ədavət və düşmənçiliyi olmayıb. Əksinə Səfiyar qohumudur. xx.xx.2022-ci il tarixdə, saat təxminən 21 radələrində Şahid3 ona zəng edərək 2 baş quzu olduğunu bildirərək ondan alıb-almamağını soruşmuşdur. O da ona bildirmişdir ki, quzular kökdürsə gətirib baxsın. Aradan təxminən 10-15 dəqiqə keçəndən sonra Şahid3 özünə məxsus, qara rəngli, VAZ-21074 markalı abtomobillə işlədiyi “Çoban evi” yeməkxanasının həyətinə gəlmişdir. Onun yanına gedəndə avtomobildən tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 avtomobildən düşərək avtomobilin yanında dayanmışdır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 isə avtomobildə əyləşmişdir. O Səfiyarın yanına gəlmiş və Səfiyar avtomobilin arxa yük yerini açmışdır. Avtomobilin arxa yük yerində iki baş quzu olduğunu görmüşdür. Bu zaman Səfiyar həmin quzuların Təqsirləndirilən şəxs1 məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O da quzulara baxmış və qiymətini soruşanda Təqsirləndirilən şəxs1 həmin quzuları 170 manata satacağını bildirmişdir. O isə ona quzuların arıq olduğunu və qiymətini baha dediyini bildirmişdir. O Təqsirləndirilən şəxs1 həmin quzuların hər birinə 140 manat pul verəcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. O da Təqsirləndirilən şəxs1 280 manat pul verib quzuları alıb yeməkxananın həyətinə qoymuşdur. Lakin o quzuları almazdan öncə Səfiyar və Tahirdən həmin quzuların oğurluq-olub olmamasını soruşmuşdur. Bu zaman onlar ona quzuların oğurluq olmadığını demişlər. Eyni zamanda Təqsirləndirilən şəxs1 ona Beyləqan rayon Şərq qəsəbə sakini olduğunu və əvvəllər onun yeməkxanasında işləyən Vüqar adlı şəxsin qonşusu olduğunu və quzuların özünə məxsus olmasını demişdir. O da bu səbəbdən Tahirə inanmışdır. Fikirləşmişdir ki, o öz ünvanını və Vüqarın adını çəkir. Həmin quzuların oğurluq olduğunu bilməmişdir, bu səbəbdən də quzuları almışdır. Əgər Tahirin quzuları oğurlamasını bilsəydi onları almazdı. Tahirdən iki baş quzu almışdır və hər bir quzuya 140 manat pul vermişdir. İş üzrə Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan şəhərində qəssabxana işlədir. Vüqarın oğlu Taleh onun qonşusudur. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində qonşusu Taleh ona mobil telefonla zəng edərək bir ədəd quzu olduğunu deyib alıb-almadığını soruşmuşdur. O da demişdir ki, kök olarsa alar. Həmin vaxt Taleh telefonda ona demişdir ki, “qapının ağzına çıx mən də gəlirəm”. O özünə məxsus yaşadığı fərdi yaşayış evindən qapının ağzına çıxanda qonşusu Taleh idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə gələrək qapının qarşısında saxlamışdır. Taleh yanında tanımadığı bir şəxslə avtomobildən düşmüşlər, bundan sonra Taleh və yanında olan tanımadığı bir şəxs avtomobilin arxa yük yerini açaraq satdıqları bir baş quzunu göstərmişdir. O quzuya baxdıqdan sonra quzunun arıq olduğunu, kəsimlik olmadığını deyib almaq istəməmişdir. Talehin yanında olan sonradan özünü Tahir kimi təqdim edən şəxs ona demişdir ki, yol gedəcəklər, vacib pul lazımdır. Tahirə quzuya qiymət deməsini bildirmiş, Tahir onun qiymət deməsini bildirmişdir. O, da 100 manat pul verdiyini demişdir. Tahir 100 manata satmadığını bildirdikdən sonra o, 120 manat verə biləcəyini demişdir. Tahir 120 manata razılaşmışdır. Talehin yanında gələn Tahir 20 manat pul verərək bir baş quzunu almışdır. Quzunu aldıqdan sonra Taleh və tanımadığı şəxs avtamobilə əyləşərək çıxıb getmişlər. O, 120 manata aldığı bir baş quzunu özünə məxsus evin həyətinə aparmışdır. Həmin şəxsi əvvəllər görməmişdir və tanımır. Aldığı quzunun oğurluq olduğunu bilməmişdir. Həmin quzu arıq olduğuna görə onun dəyəri aldığı qiymətə uyğun olduğundan oğurluq olmasından şübhə etməmişdir. Eyni zamanda həmin şəxsi onun həyətinə gətirən şəxs Taleh tanışı olduğuna görə heyvanın oğurluq olmasından şüphələnməmişdir. İş üzrə Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, özünə məxsus olan qara rəngli, Vaz 2107 markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobili var, taksi fəaliyyəti ilə məşguldur. Beyləqan şəhərində Beyləqan rayon Mərkəzi bazarının qarşısında dayanaraq müştərilərin istəyindən asılı olaraq müxtəlif istiqamətlərdə avtomobili ilə sürücü kimi xidmət göstərir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 17 radələrində o hər zaman olduğu kimi özünə məxsus olan avtomobil ilə Beyləqan şəhər Magistral küçəsində mərkəzi bazarın qarşısında küçədə avtomobilin içərisində oturmuşdur. Bu zaman iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxsləri əvvəllər də müxtəlif yerlərə aparmışdır. Onlardan birinin adı Tahir digərinin adı isə Sadiq olmuşdur. Tahir əvvəllər onun avtomobilindən istifadə etmişdir. Onu bir dəfə Beyləqan şəhərindən Şərq qəsəbəsinə, bir dəfə də Beyləqan rayonu 1-ci Şahsevən kəndinə aparmışdır. Tahir ona yaxınlaşaraq demişdir ki, Beyləqan rayonu, Şərq qəsəbəsində 2 ədəd quzu var, onu gətirib Beyləqan şəhərində qəssaba vermək lazımdır. O da razılıq vermişdir. Qiymət barədə danışmışlar, Tahir quzunu gətirib qəssaba verdikdə onu da razı salacağını demişdir. Tahir avtomobildə yanında, ön hissədə sağda oturmuşdur, Sadiq isə avtomobildə arxa oturacaqda oturmuşdur. Sadiqi yolda tanımış, adını öyrənmişdir. Yolda Tahir ona demişdir ki, Sadiqin dayısının fermasında qoyun var, onu götürməyə gedirlər. Onlar Beyləqan rayon, Şərq qəsəbəsinə gəlmişlər. Şərq qəsəbəsində Tahirin dediyi yolu getmişlər. Tahir avtomobilini Yuxarı Qarabağ kanalınının yanında saxlatmışdır. Yolun kənarında hasar olmuşdur. Tahir ona getməyini, bir az sonra gəlib o deyən yerdə dayanmağı, gələndə ona zəng edəcəyini demişdir. Tahir onun nömrəsini almışdır. X10 avtomobildən düşmüşdür. X10 15-20 dəqiqə sonra ona zəng edərək əvvəlcədən ona göstərdikləri yerə çağırmışlar. O da avtomobili ilə onlar göstərdiyi yerə gedib çatmışdır. Beş dəqiqə həmin yerdə gözlədikdən sonra Sadiq və Tahir hərəsinin əlində bir baş quzu ilə avtomobilinə yaxınlaşmışlar. O düşüb avtomobilin arxa yük hissəsini açmış, Sadiq ilə Tahir xırdabuynuzlu heyvanları avtomobilin arxa yük yerinə qoyub avtomobilə oturmuşlar. Avtomobilə minib oradan uzaqlaşmışlar. O yolda düşünmüşdür ki, bir də Beyləqan şəhərinə gedib qəssaba quzunu verməsinlər, yol uzaq olacaqdır. Yolda o, Tahirə demişdir ki, kənddə kafe var, qohumu işlədir, quzunu kafeyə satsın. Tahir razılıq vermişdir. X10i Beyləqan rayonu, Eyvazalılar kəndində yerləşən “Çoban evi” restoranına gətirmişdir. X10 avtomobildən düşmüşdür. Kafeni dayısı oğlu Xaləddin işlədir. Xaləddin ilə danışıb, quzu olduğunu demişdir. Xaləddin ondan quzunun çəkisin soruşmuş, o isə çəkini bilmədiyini demişdir. Xaləddin Tahir ilə görüşmüşdür. Quzunu avtomobildən düşürərək baxmışlar. Tahir quzunu 180 manata satmasını bildirmiş, Xaləddin isə baha olmasını demiş, hər bir quzunu 140 manata almağa razılaşmışlar. Xaləddin Tahirə 280 manat pul vermişdir. O X10i Beyləqan rayonunda Görüş deyilən əraziyə gətirmişdir. Tahir ona 35 manat pul vermiş və avtomobildən düşmüşdür. Sonra o oradan evə getmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti olmamışdır. Lakin Təqsirləndirilən şəxs1 əvəllər bir neçə dəfə müştəri qismində tanımışdır. Heç bir şəxsi münasibəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 ona yanında olan dostu Sadiqin dayısına məxsus olan Şərq qəsəbəsində yerləşən fermadan 2 baş quzu gətirib satmalarını bildirdiyi üçün müştəri kimi onları həmin əraziyə aparmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona həmin heyvanların özlərinə məxsus olmasını dediklərindən onlara inanmışdır. O, həmin şəxslərdən 2 baş xırdabuynuzlu heyvanın oğurluq olub olmamasını soruşmuş, onlar ona həmin heyvanların özlərinə məxsus olmasını dediklərindən onlara inandığı üçün həmin heyvanların oğurluq olmasını güman etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, özünə məxsus “Mersedes Benz” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Həmin avtomobili ilə 3 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində tanımadığı 2 nəfər şəxs ona yaxınlaşaraq onları Beyləqan rayon, Şərq qəsəbəsinə aparmağını bildirmişlər. Onlardan biri həmin qəsəbədə dayısının ona qoyun verdiyini və həmin heyvanı Beyləqan şəhərinə gətirərək satacaqlarını demişlər. O onları həmin yerə aparıb və geri qaytarmağa razılaşmışdır. Bundan sonra həmin şəxslər, yəni adlarını sonradan bildiyi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilə əyləşmişlər. Tahir qabaq oturacaqda, Sadiq isə arxa oturacaqda əyləşmişdir. O avtomobili bazarın qarşısından idarə edərək gedərkən bir neçə metr qabaqda onların tanışı da olduğunu və onu da avtomobilə götürməyini bildirmişlər. O, bazarın qarşısından təxminən 10-15 metr qabağa gedib orada dayanmış və sonradan adının Namiq olduğunu bildiyi şəxs avtomobilin arxa oturacağında əyləşmişdir. Onlar birlikdə Beyləqan rayon Şərq qəsəbəsinə getmişlər. Həmin qəsəbənin girişinə çatanda Təqsirləndirilən şəxs1 həmin yerdə dayanmağını bildirərək gözləməyini xahiş etmişdir. O avtomobili saxlamışdır. Qarazdə Tahir və Təqsirləndirilən şəxs2 avtomobili tərk etmişlər. Təqsirləndirilən şəxs1 ona öz telefon nömrəsini verib konturunun olmadığını və təxminən 10 dəqiqədən sonra ona zəng etməyini bildirmişdir. Onlarla razılaşmış və Namiq onun yanında qalmışdır. Aradan təxminən 10 dəqiqə keçəndən sonra o Tahirə zəng etmişdir. Tahirlə danışan zaman Tahir telefonu Namiqə verməyini bildirmiş, o telefonu Namiqə vermişdir. Tahir və Namiq telefonda danışandan sonra Namiq ona avtomobillə irəli gedəcəyini bildirmiş, o avtomobillə Namiqin dediyi yerə getmişdir. Dayandığı yerdən təxminən 100-150 metr qabaqda sağa dönüb Qarabağ Kanalının üzərində olan körpünü keçib kanalın kənarı ilə bir qədər irəliləmişdir. Bir qədər gedəndən sonra Sadiq və Tahirin həmin yerdə dayandıqlarını və yanlarında bir baş xırda buynuzlu heyvan olduğunu görmüşdür. Həmin şəxslərin yanında dayanmış və həmin şəxslər qoyunu avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt Sadiqlə Tahirin həmin qoyunu oğurladıqlarından şübhələnmiş, bu zaman o, Sadiq və Tahirdən həmin heyvanı oğurlayıb-oğurlamamalarını soruşanda onlar həmin heyvanı oğurlamadıqlarını demişlər. Bundan sonra Tahir və Sadiq avtomobilə əyləşmiş və o həmin yerdən geriyə qayıdaraq avtomobillə körpünü keçmiş və yenidən yola çıxmışdır. Avtomobillə Şərq qəsəbəsinin girişinə çatanda Namiq ona avtomobili saxlamağını bildirmiş və Namiq avtomobili tərk etmişdir. Onun arxasınca Tahir və Sadiq də avtomobili tərk etmişdir. Bu zaman Namiq Sadiq və Tahirlə mübahisə edərək həmin qoyunu oğurlayıb-oğurlamadıqlarını soruşmuşdur. Həmin mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt Sadiq Namiqə “qoyunu tutaq ki, oğurlamışıq, bizi satacaqsan?” sözlərini işlətmişdir. Həmin vaxt Namiq onunla da mübahisə edərək gələcəkdə onların oğurluğunun üstü açılsa, onu görmədiyini bildirmişdir. Bundan sonra Tahir Namiqi sakitləşdirməyə başlamış və ona Namiqin səhv fikirləşdiyini, qoyunun oğurluq olmadığını bildirərək özlərinə məxsus olduğunu bildirmişdir. Namiq onların yanından aralaşıb qəsəbəyə doğru getmiş, Sadiq və Tahir onun avtomobilinə əyləşmişlər. Bundan sonra onları Beyləqan şəhərinə gətirmişdir. Yolda Tahir yenə də ona qoyunu oğurlamadıqlarını bildirərək Namiqin onunla mübahisə etməsinə görə üzrxahlıq etmişdir. Onlar birlikdə Beyləqan şəhərinə gəlmişlər. Tahir qoyunu satmaq üçün Beyləqan şəhərində Şahin adlı qəssaba zəng etmək istəyəndə o, Tahirə tanışı olduğunu və qoyunu ona sata biləcəklərini demişdir. Tahir onunla razılaşmışdır. Bu səbəbdən də o qonşusu Şahid2 zəng edib bir nəfər şəxsin quzusu olduğunu və satmaq istədiyini bildirmişdir. Mütəllim də ona gətirməsini demişdir. O da həmin şəxslərlə birlikdə Mütəlimin evinin həyətinə getmişdir. Orada Mütəlim küçəyə çıxıb heyvana baxaraq arıq olduğunu və ala bilməyəcəyini demişdir. Bu zaman Tahir Mütəllimə heyvanı almasını xahiş etmişdir. Mütəllim Tahirdən heyvanın qiymətini soruşanda Tahir 150 manat olduğunu demişdir. Mütəllim isə baha olmasını, 120 manata ala biləcəyini bildirmişdir. Bundan sonra Tahir onunla razılaşmış və həmin heyvanı Mütəllimə 120 manata satmışdır. Tahir heyvanı satandan sonra avtomobilə əyləşmiş və o həmin şəxsləri Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən yeməkxanaya gətirmişdir. Bundan sonra Tahir ona 22 manat taksi pulu vermiş və o oranı tərk edib evinə getmişdir. Təqsirləndirilən şəxs2, Tural Qarazadə və Şahid5 əvvələr tanımamışdır. Qoyunun oğurluq olmasından məlumatı olmamışdır. Sadiq və Tahir qoyunu avtomobilin yük yerinə qoyan zaman qoyunun oğurluq olub-olmadığını soruşmuşdur. Bu zaman Tahir və Sadiq qoyunun oğurluq olmadığını, özlərinə məxsus olduğunu bildirmişlər. X8 və Tahirə qoyunu oğurlmalarını bildirərək mübahisə etdiyini eşidəndə Sadiq və Tahir yenə də qoyunu oğurlamadıqlarını ona bildirmişlər. İş üzrə Şahid5 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi olmayıb. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla münasibəti həmişə normal olub. xx.xx.2022-ci il tarixdə, səhər saat 09 radələrində şəxsi işləri ilə bağlı Beyləqan şəhərinə gəlmişdir. İşlərini qurtardıqdan sonra Beyləqan şəhərində yerləşən “Sizin” marketin yaxınlığında həmkəndlisi Quluzadə Tahirlə rastlaşmışdır. Həmin vaxt onunla söhbət edən zaman Tahir ona həmin yerdə gözləməyini, bir neçə dəqiqələik işi olduğunu və qayıdacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan aralaşandan təxminən 10 dəqiqə keçəndən sonra həmkəndlisi, hazırda Beyləqan şəhərində yaşayan Təqsirləndirilən şəxs2 onun yanından keçəndə onunla görüşmüşdür. Bu zaman Sadiq ona nəyə görə dayandığını bildirəndə o Sadiqə Tahiri gözlədiyini və birlikdə yemək yeməyə gedəcəyini bildirmişdir. Bundan sonra onlar bir neçə dəqiqə söhbət etmişdir. Sonra o Tahirə zəng edib harada qaldığını soruşmuş və ona Sadiqin də yanında olduğunu demişdir. Tahir ona Sadiqi buraxmamağını və birlikdə Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən yeməkxanaya gedib orada gözləməklərini bildirmişdir. O Sadiqlə piyada həmin yeməkxanaya gedib yeməkxanada əyləşmişdir. Təxminən aradan 2 saat keçəndən sonra Təqsirləndirilən şəxs1 həmin yeməkxanaya onların yanına gəlmişdir. Təqsirləndirilən şəxs1 onların yanına gələndən sonra yeməkxanada yemək yeyib, spirtli içki qəbul etmişlər. Yemək yeyib qurtardıqdan sonra Tahir yeməkxananın işçisinin yanına getmiş və o güman etmişdir ki, Tahir yeməyin pulunu verir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yeməkxananın qarşısında taksiyə əyləşib Beyləqan şəhər mərkəzi bazarının yaxınlığında olan “Tərəkəmə” marketin yanına gəlmiş və taksidən düşmüşlər. Bundan sonra Tahir və Sadiq ondan aralaşıb aralıda taksi sürücüsünə yaxınlaşmış, onunla nəsə danışıb aralaşmışlar, sonra başqa taksi ilə danışmışlar. Həmin mercedes markalı taksinin sürücüsü ilə danışıb razılaşandan sonra onu çağırmışlar. O da həmin taksiyə yaxınlaşıb Sadiqlə arxa otracağa əyləşmiş, qabaqda isə Tahir əyləşmişdir. Birlikdə Beyləqan rayon Şərq qəsəbəsinə getmiş və qəsəbənin girişinə çatanda Sadiq sürücüyə dayanmasını bildirmişdir. Sadiq avtomobili tərk edən zaman dayısının fermasına getmələrini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobili tərk edib harasa getmişlər. O və taksi sürücüsü kəndin girişində dayanmışlar. Aradan bir neçə dəqiqə keçəndən sora Təqsirləndirilən şəxs1 taksi sürücüsünə zəng edib dayandıqları yerdən qabağa gəlməsini bildirmişdir. Taksi sürücüsü təxminən 500 metr irəli, “Qarabağ Kanalının” üzərindən keçən körpünün yanına getmişdir. Oraya çatanda Təqsirləndirilən şəxs1lə, Təqsirləndirilən şəxs2 yanında 1 baş xırdabuynuzlu heyvan görmüşdür. Həmin heyvanı Tahir və Sadiq həmin avtomobilin arxa yük yerinə qoymuşlar. O həmin qoyunu Tahir və Sadiqin Zərərçəkmiş şəxs fermasının yaxınlığından yolun kənarına çıxardığını görəndə onların həmin qoyunu oğurlamasına əmin olmuşdur. Bundan sonra Tahir və Sadiq də avtomobilə əyləşmişdir. Sürücü geriyə, yəni Beyləqan şəhəri istiqmətinə hərəkət etməyə başlamışdır. O avtomobilin içərisində Tahirə və Sadiqə irad bildirib nəyə görə oğurluq etmələrini demişdir. Onlara oğurluq etdiklərini irad bildirib onu da öz əməllərinə şərik etmək istəmələrinə görə onlarla mübahisə etmişdir. Bu səbəbdən də həmin taksi sürücüsünə dayanmasını bildirmiş və yaşadığı qəsəbənin girişində avtomobili tərk etmişdir. Bundan sonra yaşadığı evə gemiştdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq etmək barədə fikirlərindən xəbəri olmayıb. Taksi sürücüsünün avtomobili Mersedes Benz markalı avtomobil olub, onun adını və kimliyini bilmir. Onun oğurluqdan o onun avtomobilini tərk edən zaman Sadiq və Tahirlə mübahisə edən zaman xəbəri olmuşdur. Təqsirləndirilən şəxs1 o əyləşdiyi taksiyə zəng edərək kəndin girişindən qabağa gəlməsini bildirmişdir. O Zərərçəkmiş şəxs fermasının yaxınlığında onların yanında qoyun görəndə ona məlum olmuşdur ki, Tahir və Sadiq Zərərçəkmiş şəxs fermasından oğurluq ediblər İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması üşün səbəb və əsas Beyləqan rayonu, Şərq qəsəbəsi sakini Zərərçəkmiş şəxs özünə məxsus olan yay tövləsindən hər biri iki yüz manat olmaqla ümumilikdə 600 manat dəyərində üç baş xırdabuynuzlu heyvanının oğurlanması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və ərizə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə etdiyi müraciət əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/687 saylı rəyinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 13 başı qoyunların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 820.00 manat müəyyən edilir:

1. Bozumtul rəngli, buynuzsuz, üç yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan bir baş qoyun – 260.00 manat,

2. Sarımtıl rəngli, buynuzsuz, üç yaşlı, dişi cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan bir baş qoyun – 260.00 manat. Ağ-bozumtul rəngli, buynuzsuz, iki yaşlı, erkək cinsli, təmiz ətinin kütləsi 20 kiloqram olan bir baş qoyun – 300.00 manat. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 mart 2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ittiham elan edilən zaman oğurlanmış əşyaların dəyəri barədə ekspert rəyində göstərilən məbləğlrə əsas götürülmüşdür. Həmin qərara əsasən, Şahid2, Şahid1 barəsində AR CM-nin 194.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 170.1-ci maddəsi ilə, Şahid3, Şahid4, Şahid5 barəsində AR CM-nin 307.1, 177.2.1, 177.2.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslərin etirafları ilə yanaşı zərərçəkmiş şəxsin izahatları, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs1 tamah məqsədilə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs xırda buynuzlu heyvanları oğurlamaları, yəni gizli olaraq talamaları kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır, ona görə də onları həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Qarazadə X3 rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Beyləqan rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxs1 Beyləqan rayon məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il, dörd ay, on səkkiz gün hissəsinin hər iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla səkkiz ay, doqquz gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 12 may 2023-cü il tarixli məktubundan görünür ki, Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 08 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının xx.xx.2023-cü tarixə çəkilməmiş hissəsi 03 ay 25 gün təşkil edir. İş materialları ilə müəyyən edilr ki, Təqsirləndirilən şəxs1 Vətən müharibəsi iştirakçısı olmaqla “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf etməsini, Vətən müharibəsi iştirakçısı olmasını, “Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif edilməsini” CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsi, həmin azadlığın məhdudulaşdırılması cəzasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrumetmə cəzasına hesablanmalı, həmin azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası b CM-in 67.1-ci maddəsinə əsasən əvvəlki qərarla azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirilməklə ona cəza təyin edilmiş təyin edilməsi və həmin qanuna və məqsədə müvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan olmasını CM-in 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsaasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmaqla cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkündür və ona Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları 3 baş xırdabuynuzlu heyvan 22 yanvar 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmə cəzasına hesablansın, cəmi 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Beyləqan rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(020) 33/2022 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 18 (on səkkiz) gün hissəsinin dəyişdirilərək Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 8 (səkkiz) ay 9 (doqquz) gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona, qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə muddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Beyləqan Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları və 22 yanvar 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 baş xırdabuynuzlu heyvanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X2, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 10 (on) saat üçün 60(altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır.

Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar