Məhkəmə qərarları › İş №1(020)-35/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-35/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-35/2024 11.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Beyləqan rayonu Aşıqlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını 02 avqust 2021-ci il tarixdə çəkib qurtarmış, Beyləqan şəhəri, Ramiz Abbasov küçəsi, ev 1-də qeydiyyatda olmaqla Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsi, ev 31-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Cəfərov X7 rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona oğlu Şahid1 xidməti yerini Xocavənd rayon Polis şöbəsinin Post- Patrul Xidməti bölüyündən Beyləqan rayon Polis şöbəsinin Post-Patrul Xidməti bölüyünə dəyişəcəyinə, daha sonra xidməti yerin dəyişilməsi barədə olan təyinat əmrinin təsdiq etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2021-cü ilin iyun ayının sonlarında Beyləqan şəhəri, Magistral küçəsində 6150 manat pulunu nağd şəkildə alaraq, 03 sentyabr 2021-ci ildə, saat 17:19-da 2020 manat pulu Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”də quraşdırılmış “MilliÖN” ödəmə terminalından onun adına olan **********588311 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına göndərilməklə, 2021-ci ilin sentyabr ayının ortalarında 1000 manat pulu Beyləqan rayonu, Təzəkənd kəndində nağd şəkildə alaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 9170 manat xeyli miqdarda pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 103, mənzil 9-da yaşayan Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui- istifadə edərək ona qardaşı oğlu X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Ziya Atakişiyevə əvvəlcə azadlığın məhdudlşdırılması cəzası təyin etdirəcəyinə, hökm çıxdıqdan sonra isə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlşdırılması cəzası ilə əvəz etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2021-ci ilin oktyabr ayının sonlarında Beyləqan şəhəri, Magistral küçəsində 9000 manat pulunu nağd şəkildə alaraq, 06 noyabr 2021 -ci ildə saat 11:57-də 100 manat və saat 11:59-da 1400 manat olmaqla cəmi 1500 manat pulu Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”də quraşdırılmış “eManat” ödəmə terminalından onun adına olan **********588311 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına göndərilməklə, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 10500 manat xeyli miqdarda pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs2 Zəkara oğlu və Zərərçəkmiş şəxs1 ilə əvvəllər arasında ədavət və düşmənçilik olmamışdır. O, 2021-ci ilin oktyabr ayında Beyləqan şəhər sakini Zərərçəkmiş şəxs2 Zəkara oğlu ilə Beyləqan şəhər sakini Şahid2 Beyləqan şəhəri, Magistral küçəsində yerləşən gübrə mağazasında söhbət əsnasında Təşkilat ona qardaşı oğlu Atakişiyev Ziyanın Bakı şəhərində narkotik maddələrin qanunsuz dövrüyyəsi ilə bağlı tutulduğunu və onun qurtarılmasında köməklik etməsini xahiş etmişdir. O, da Təşkilata Bakı şəhərində vəkil tanışlarının olduğunu bildirmiş və köməklik edə biləcəyini demişdir. Onun həmin ərəfələr maddi sıxıntıları olmuşdur. O, Təşkilatdan bir qədər pul alıb sıxıntılarını həll edib sonra ona geri qaytarmağı düşünmüşdür. Təşkilata qardaşı oğlu Ziya Atakişiyevə məhkəmədə azadlığın məhdudlaşdırlması cəzası təyin etdirəcəyinə dair söz vermişdir. Bir neçə gün sonra Təşkilatla görüşüb danışaraq nə qədər pul verə biləcəyini öyrənmək üçün ona təxminən 20000 manat civarında pul verəcəyi təqdirdə qardaşı oğlu Ziya Atakişiyevə təyin ediləcək cəzanı azalda biləcəyini bildirmişdir. Təşkilat isə ona cəmi 9000 manat pulu olduğunu demişdir. Təşkilata 9000 manat pulun az olduğunu bildirmiş və lazım olduqda əlavə olaraq da pul istəyəcəyini demişdir. Təşkilat 2021-ci ilin oktyabr ayının sonlarında Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”in yaxınlığında onunla görüşərək bacısı oğlu Xəqaninin yanında 9000 manat pulu sayıb ona vermişdir. Təşkilatdan pulu aldıqdan sonra qardaşı oğlu X3 məhkəmə prosesinin sonunda həbsdən azad edərək azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyini deyib onlardan uzaqlaşıb getmişdir. Təşkilat 26 oktyabr 2021-ci ildə ona zəng edərək qardaşı oğlu Ziya Atakişiyevin məhkəmə hökmü ilə on bir il müddətə azadlıqdan məhrum edildiyini bildirmişdir. Təşkilata köməklik edəcəyini, işin apellyasiya mərhələsində həll olacağını bildirmişdir. Həmçinin Təşkilata apellyasiya məhkəməsində Ziyaya təyin edilmiş azadlıqdan məhhrumetmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etdirəcəyini bildirib əlavə 1500 manat da lazım olduğunu demişdir. Təşkilat 06 noyabr 2021-ci ildə ona məxsus olan **********588311 saylı “Kapital Bank’’ Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına 2-3 dəqiqə fasilə ilə 100 manat və 1400 manat olmaqla 1500 manat pul köçürmüşdür. O, Təşkilatdan aldığı pulları öz şəxsi işlərini həll etmək üçün xərcləmişdir. Lakin bir müddət sonra Təşkilat onu aldatdığını başa düşmüşdür. O, Təşkilatın pulunu qaytarmağa çalışmış, lakin maddi imkanı yaxşı olmadığı üçün pulu qaytara bilməmişdir. Təşkilat hər dəfə ondan pulunu geri tələb etdikdə o, Təşkilatın pulunu qaytarmaq üçün Təşkilata müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa başlamışdır. Lakin bu günə qədər Təşkilatın pulunu qaytara bilməmişdir. O, bundan başqa 2021-ci ilin iyun ayının sonlarında tanışı Beyləqan şəhəri sakini Xəqani ilə ona məxsus gübrə mağazasının qarşısında yerləşən çayxanada çay içib söhbət edən zaman bir nəfər şəxs onlara yaxınlaşıb salamlaşmış və Xəqani ilə söhbət etməyə başlamışdır. Bu zaman o, Xəqanigilin söhbətini eşitmiş, həmin şəxsin oğlunun Xocavənd rayon Polis şöbəsində işlədiyini və oğlunun xidməti yerini Beyləqan rayon Polis şöbəsinə dəyişmək istədiyini anlamışdır. O da söhbətə qoşulub həmin şəxslə tanış olmuşdur. Həmin şəxs özünü Zərərçəkmiş şəxs1 olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla söhbət edərkən o, Familə özünü ətrafı böyük olan, tanışları olan şəxs kimi tanıtmağa çalışmışdır. Bir qədər söhbət etdikdən sonra Famil ondan oğlu Şahid1 xidməti yerini dəyişməkdə köməklik etməsini xahiş etmişdir. O, Familə kömək edə biləcəyini bildirmişdir. Bundan sonra o, Familə oğlu Afəsin işi üçün 6000 manat pul və bir baş quzu verməsini bildirmişdir. Famil ondan ayrılıb getmiş və birazdan qayıdaraq 6150 manat pul gətirmişdir. Famil ona 150 manat pulu da bir baş quzu üçün verdiyini bildirmişdir. O, Familə Bakı şəhərinə gedib oğlu Afəsin işini danışacağını bildirmişdir. Bir neçə gün sonra Famil ona zəng edərək oğlunun işinin nə yerdə olduğunu soruşmuşdur. O da ehtiyacı olduğu üçün pulu xərclədiyini, lakin işin yaxın müddətdə hazır olacağını bildirmişdir. Bundan bir neçə ay sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində Famil ona zəng etmişdir. 03 sentyabr 2021-ci il tarixdə o, Familə oğlunun işinin hazır olduğunu, əmrinin Beyləqan rayon Polis şöbəsində təsdiqlənməsi üçün 3000 manat pulun lazım olduğunu bildirmişdir. Famil də ona inanıb pulu göndərəcəyini bildirmişdir, lakin hazırda 2000 manat pulunun olduğunu, qalan 1000 manatı da bir neçə gün sonra verəcəyini bildirmişdir. O, Familə pulu özünə məxsus **********588311 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətə məxsus plastik bank kartı hesabına göndərməsini bildirmişdir. Famil karta pul köçürməyi bacarmadığını demişdir. Biraz sonra Famil ona zəng edərək Xəqaninin yanında olduğunu demiş və telefonu Xəqaniyə vermişdir. O, kartın nömrəsini Xəqaniyə demiş və onun kartına 2020 manat pul köçürmüşlər. O, terminalın bir faiz komissiya tutduğunu bildirib 20 manat da artıq göndərməsini istəmişdir. Bundan iki gün sonra o, Familə zəng edib qalan 1000 manat pul da göndərməsini bildirmişdir. Famil də yaşadığı Beyləqan rayon Təzəkənd kəndinə gəlməsini demişdir. O, həmin kəndə gedib Familə zəng etmiş və Famil kənd ərazisinə çıxaraq onunla görüşüb 1000 manat pulu ona vermişdir. Bundan bir müddət sonra Famil dəfələrlə ona zəng edərək işin nə yerdə olduğunu soruşmüşdur. O da hər dəfə bir bəhanə ilə Famili aldadıb işin yaxın müddətdə hazır olacağını demişdir. Bir neçə aydan sonra Famil onu aldatmasını anlamış və ondan pulunu geri tələb etmişdir. O da pulunu geri qaytacağını bildirsə də maddi imkanı olmadığı üçün Familin pulunu da qaytara bilməmişdir. Hazırda da pulu qaytarmasına çalışmış, əmlaklarını satıb zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmək istəmişdir. Lakin həmin əmlakları sata bilməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Rövşən ilə təsadüfən tanış olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Onun oğlu Hümbətov X10 rayon polis şöbəsinin Post-Patrul Xidməti bölüyündə xidmət etmişdir. Onlar Beyləqan rayonunda yaşadıqları üçün Afəs mütəmadi olaraq xidməti ərazini tərk edib evə gəlib-gedə bilməmişdir. Buna görə də oğlu Afəsin xidməti yerini Beyləqan rayon Polis şöbəsinə dəyişməsini istəmişdir. O, 2021-ci ilin iyun ayının sonlarında Beyləqan şəhərində dostu Xəqani adlı şəxsin gübrə mağazasının qarşısında yerləşən çayxanaya getmiş, bu zaman Xəqani ilə bir nəfər şəxsi söhbət edərkən görmüşdür. O, Xəqanigillə salamlaşıb masalarına əyləşmişdir. Xəqani masada əyləşən digər şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Xəqani ona narahat göründüyünü demiş və bunun səbəbini soruşmuşdur. Xəqaniyə oğlu Afəsin xidməti yerini dəyişə bilmədiyi üçün kefinin pozulduğunu demişdir. Təqsirləndirilən şəxs da onların söhbətinə qoşulmuş və o, Rövşənin danışığından tanışlarının olduğunu və ona kömək edə biləcəyini düşünmüşdür. Rövşəndən oğlunun xidməti yerini dəyişə bilib-bilməyəcəyini soruşmuş, Rövşən də tanışlarının olduğunu bildirmiş və ona kömək edə biləcəyini demişdir. Lakin Rövşən əvvəlcə kiminləsə danışmalı olduğunu demişdir. Rövşən onlardan biraz kənarlaşıb kiminləsə telefonda danışmış və onlara yaxınlaşıb oğlu Afəsin işinin düzələcəyini bildirmişdir. Rövşən ona bunun qarşılığında 6000 manat pul və bir baş quzu verməsini bildirmişdir. O da Rövşənlə razılaşmış və yaşadığı evə gedib 6150 manat pul götürüb Beyləqan şəhərinə qayıtmışdır. O, Xəqaninin icarəyə işlətdiyi gübrə mağazasında Xəqaninin yanında 6150 manat pulu Rövşənə verib 150 manat da bir baş quzu almasını bildirmişdir. Rövşən həmin pulun özünə çatmadığını demişdir. O, Rövşənin mobil nömrəsini götürmüş və sağollaşıb ayrılmışdır. Bundan bir müddət keçəndən sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində Rövşən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. O, Rövşənin hansı nömrədən zəng etdiyini unutmuşdur. Rövşən ona zəng edib oğlu Afəsin yerinin dəyişdiyini, bununla bağlı əmrin gəldiyini, lakin Beyləqan rayon Polis şöbəsində hansısa yüksək vəzifəli şəxsin əmri təsdiqləmək üçün 3000 manat istədiyini bildirmişdir. Rövşənə 2000 manat pulunun olduğunu demiş, Rövşən isə 3000 manat lazım olduğunu təkrarlamış və kart nömrəsini deyib pulu ora göndərməsini istəmişdir. O, Rövşənə hazırda ona 2000 manat göndərə biləcəyini, bir neçə gün sonra 1000 manatı da verəcəyini bildirmişdir. O, 03 sentyabr 2021-ci ildə karta pul köçürməyi bacarmadığı üçün Xəqaninin yanına getmişdir. Rövşən kart hesab nömrəsini telefonda Xəqaniyə demişdir. Rövşən bir faiz komissiya tutduğunu bildirdiyi üçün o, Xəqaniyə 2020 manat pul verib Rövşənə göndərməsini istəmişdir. Xəqani onun yanında Beyləqan şəhərində yerləşən “Ay Market”də quraşdırılmış “Milliön” aparatı vasitəsilə 2020 manat pulu Rövşənin kartına köçürmüşdür. Bundan bir neçə gün sonra, 2021-ci ilin sentyabr ayının ortalarında Rövşən onun yaşadığı Beyləqan rayonu, Təzəkənd kəndinə gəlib ona zəng etmiş və qalan 1000 manatı da gətirməsini bildirmişdir. O, da kənd ərazisində Rövşənlə görüşüb 1000 manat pulu Rövşənə vermişdir. Lakin həmin vaxtdan iki ildən artıq müddət keçməsinə baxmayaraq Rövşən verdiyi sözü tutmamışdır. Rövşənin onu aldatdığını anlamış və Rövşənin onu aldatması barədə Beyləqan rayon Polis şöbəsinə müarciət etmişdir. Ona dəymiş ziyan ödəniməmişdir. Təqsirləndirilən şəxsə ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə əvvəllər arasında ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin təxminən fevral ayında qardaşı oğlu Ziya Atakişiyev üzərində və yaşadığı evdə narkotik vasitə daşıdığına və saxladığına görə Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və istintaq aparılmışdır. O, əvvələr tanındığı Təqsirləndirilən şəxs ilə 2021-ci ilin yay aylarında təxminən iyun-iyul aylarında qardaşı oğlu Atakişiyev Ziyanın işi ilə bağlı söhbətlər etmiş və həmin vaxtlarda Təqsirləndirilən şəxs ona təxminən 20000 manat pul olsa Ziyanın cinayət işi üzrə istintaqında köməklik edə biləcəyini və cəzasını azalda biləcəyini bildirmişdir. Həmin vaxt onun pulu olmadığından Rövşənlə bu barədə tam söhbət edə bilməmişdir. X1 barəsində başlanmış cinayət işinin istintaqı təxminən 2021-ci ilin avqust ayında tamamlanaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs həmin məsələni tam bildiyindən o, Rövşəndən soruşduqda Rövşən ona Ziya Atakişyevin işinin Bakı Ağır Cinayətlər Məhkəməsində həll edə biləcəyini, tanışları vasitəsilə Ziyanı həbsdən azad etdirib azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyini demişdir. O, Rövşənə pulunun az olduğunu və cəmi 9000 manat pulu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 9000 manatı ona verməsini bildirmiş və daha sonra yenə pul lazım olarsa əlavə ondan pul alacağını demişdir. O da Rövşənlə razılaşmış və 2021-ci ilin oktyabr ayının sonlarında Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, “Ay Market”in yaxınlığında, 9000 manat pulu bacısı oğlu Şahid2 yanında sayaraq Təqsirləndirilən şəxs qardaşı oğlu Ziya Atakişiyevə azadlığın məhdudlaşdırılması cəzası təyin etdirməsi üçün vermişdir. Rövşən ondan pulu aldıqdan sonra əlavə də pul lazım olacağını bildirmişdir. O, Rövşənlə razılaşmış və Təqsirləndirilən şəxs oradan getmişdir. Həmin vaxtan sonra o, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış, Rövşən hər dəfə ona narahat olmamasını bildirdisə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində on bir il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra o, yenə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb qardaşı oğlu Ziya Atakişiyevin barəsində hökm çıxdığını bildirmişdir. Rövşən ona narahat olmamasını, məsələni apellyasiya instansiyasında həll edəcəyini, Ziyaya təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını dəyişdirərək azadlığın məhdudlaşdırılması təyin etdirəcəyini bildirmişdir. 06 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək əlavə 1500 manat da ona göndərməsini bildirmişdir. O da Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”ə gəlmiş və pul göndərməsini bilmədiyindən bacısı oğlu Şahid2 çağırıb 1500 manatı Rövşənin kart hesabına göndərməsini xahiş etmişdir. Bacısı oğlu Şahid2 həmin marketdə olan “eManat” ödəniş terminalından 1500 manat pulu Rövşənin kart hesabın göndərmiş və qəbzləri ona vermişdir. Buna baxmayaraq uzun müddət onu müxtəlif bəhanələrlə aldatdığı üçün Təqsirləndirilən şəxs heç bir iş görmədiyini başa düşmüşdür. O, 2021-ci ilin noyabr ayından sonra Təqsirləndirilən şəxslə görüşmək istəsə də Rövşən onunla görüşməkdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxs telefon əlaqəsi zamanı onun pulunu geri qaytaracağına söz versə də onu aldadaraq pulunu geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs atası Şahid3lə də görüşüb oğlunun onu aldatmasını bildirəndə Kamil ona gözləməsini, oğlunun onu aldadaraq ələ keçirdiyi pulunu qaytaracağını bildirmişdir. Lakin Şahid3 da onu aldadaraq pulunu geri qaytarmamışdır. Bu səbəbdən də o, məcbur qalıb Beyləqan rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödəniməmişdir. Təqsirləndirilən şəxsə ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 2021-ci ildə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”in yaxınlığında gübrə mağazası işlətmiş, sonradan həmin mağazanı bağlamışdır. Təqsirləndirilən şəxs onun tanışıdır, Zərərçəkmiş şəxs2 onun dayısıdır, Zərərçəkmiş şəxs1 rayon sakini kimi tanımış, həmin şəxslərlə arasında hər hansı sözsöhbət, ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs əvvələr onun iş yoldaşı olduğundan münasibətləri normal olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs onun Beyləqan şəhəri, Magistral küçəsində “Ay Market”in yaxınlığında yerləşən icarəyə işlətdiyi “Az-Gübrə” adlı gübrə mağazasına tez-tez gələrək söhbət etmişlər. 2021-ci ilin təxminən fevral ayında dayısı oğlu X5 üzərində və yaşadığı evdə narkotik vasitə gəzdirdiyinə və saxladığına görə Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və istintaq aparılmışdır. Həmin vaxtlarda dayısı Zərərçəkmiş şəxs2 də onun iş yerinə gəlib-getmişdir. Həmin vaxtlarda söhbət əsnasında Təqsirləndirilən şəxs onun yanında dayısı Təşkilata Ziyanın işində ona köməklik edə biləcəyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs2 pulu olmadığından Təqsirləndirilən şəxs kömək istəməmişdir. 2021-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 müştəri kimi onun mağazamına gəlmişdir. O, həmin vaxt mağazanın yaxınlığındakı çayxanada Rövşənlə çay içmişdir. Bu zaman Famil onu görüb yanına gələrək birlikdə çay içmişlər. Söhbət əsnasında Famil ona oğlunu Xocavənd rayon Polis şöbəsindən Beyləqan rayon Polis şöbəsinə təyinatını dəyişmək istədiyini bildirmişdir. Bu zaman Rövşən Familə tanışlarının olduğunu və ona kömək edə biləcəyini bildirmişdir. Famil ona inanıb söhbət etmiş və Rövşən ondan 6000 manat və tanışlarına bir baş quzu almaq üçün də əlavə pul istəmişdir. Famil həmin gün yaşadığı evə gedərək qayıdacağını bildirmişdir. Famil oradan uzaqlaşıb getmiş və biraz keçdikdən sonra yanına qayıtmışdır. Rövşən Famili gözləmiş, Famil gəlib onun mağazasında Rövşənə 6150 manat pul vermişdir. 2021 -ci ilin sentyabr ayının ortalarında Famil yanına gələrək Rövşənin kart hesabına 2000 manat pul göndərməkdə ona köməklik etməsini xahiş etmişdir. O, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, “Ay market”də olan ödəmə terminalından Təqsirləndirilən şəxs kartına Familin ona verdiyi 2000 manat pulu göndərmişdir. Bundan bir müddət keçdikdən sonra, 2021 -ci ilin ortalarında dayısı oğlu Ziyanın cinayət işi tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2021 -ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs dayısı Təşkilatla Ziyanın işi barəsində söhbət edərkən Rövşən dayısına Ziyanın məhkəmədə təyin edləcək cəzanın aşağı həddə endirilməsinə kömək edə biləcəyini demişdir. X11 uzun illər azadlıqdan məhrum olmasını istəmədiyi üçün Rövşənlə razılaşmışdır. 2021 -ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs onun Beyləqan şəhəri, Magistral küçəsində yerləşən mağazasına gəlmişdir. Aradan bir neçə dəqiqə keçəndən sonra dayısı Təşkilat da həmin yerə gəlmişdir. Onlar birlikdə işlədiyi mağazanın qarşısında dayısı Ataşişiyev Təşkilatın avtomobilinin yanında söhbət etmişlər. Rövşən dayısına 10000 pul verməli olduğunu bildirmişdir. Lakin dayısı Zərərçəkmiş şəxs2 maddi imkanlarının olmadığını bildirmişdir. Bu səbəbdən də dayısı X4 Cəfərova onun yanında 9000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu alaraq dayısına narahat olmamasını, Ziyanın cəzasını məhkəmədə azaldacağını bildirib həmin yerdən getmişdir. 2021-ci ilin noyabr ayının 6-da dayısı Təşkilat yanına gələrək Təqsirləndirilən şəxs əlavə 1500 manatda pul istədiyini demişdir. Dayısı Təşkilat pulu hesab kartına göndərməyi bacarmadığını bildirmiş və ondan kömək etməsini xahiş etmişdir. O, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, “Ay Market”də olan “eManat” ödəmə terminalından Təqsirləndirilən şəxs kart hesabına dayısının yanında iki dəfəyə 1500 manat pul göndərmişdir. O, ardarda 100 manat, sonra isə 1400 manat pulu Təqsirləndirilən şəxs kartına göndərmiş, ödəniş qəbzlərini dayısı Təşkilata vermişdir. Həmin vaxtan sonra dayısı Təşkilat və o, Təqsirləndirilən şəxs ilə mütəmadi olaraq telefon əlaqəsi saxlamış və Atakişiyev Ziyanın barəsində on bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə hökm çıxdığını bildirmişlər. Təqsirləndirilən şəxs onlara hər dəfə narahat olmamağını, məsələni həll edəcəyini bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs heç bir iş görmədiyini və dayısını aldatmasını başa düşmüşlər. Həmin vaxtan sonra yenə o, Təqsirləndirilən şəxs zəng edərək dayısı Təşkilatın pulunu geri qaytarmasını bildirsə də Rövşən pulu geri qaytaracağını bildirərək hər dəfə onları aldatmışdır. Bu səbəbdən də dayısı Təşkilat bu vaxta qədər gözləmiş və nəticə olmadığından Beyləqan rayon prokrorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Rövşən onun oğludur. Zərərçəkmiş şəxs2 və X6 Beyləqan rayon sakini kimi tanımış, həmin şəxslərlə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 və Famil Quliyev ona dəfələrlə zəng edərək və yaşadığı ünvana gələrək oğlu Rövşənin aldadaraq Təşkilata məxsus 10500 manat, Familə məxsus 9170 manat pulu ələ keçirdiyini bildirmişlər. Oğlu Rövşəndən bu barədə soruşduqda Rövşən Təşkilata qardaşı oğlu Ziya adlı şəxsin məhkəmədə cəzasını endirəcəyinə, minimum cəza təyin etdirəcəyinə dair vəd verib 10500 manat pulunu, Familə isə oğlu Afəsin xidməti yerini Xocavənd rayon polis şöbəsindən Beyləqan rayon polis şöbəsinə dəyişdirəcəyinə dair vəd verib 9150 manat pulu ələ keçirdiyini bildirmişdir. Rövşənə bu hərəkətin onların ailəsinə yaraşmadığını, zərər vurduğu şəxslərin pullarını geri qaytarmasını bildirmişdir. Rövşənin Beyləqan şəhəri ərazisində yerləşən sahibkarlıq təyinatlı obyektləri vardır. O, Rövşənə həmin obyetlərdən birini sataraq zərərçəkənlərin pullarını verməsini məsləhət görmüşdür. Rövşən də bir obyekti sataraq Təşkilat və Familin pullarını ödəyəcəyini bildirmişdir. Buna görə də o, Təşkilat və Familə biraz gözləmələrini, Rövşən obyekti satdıqdan sonra onların pulunu verəcəyini bildirmişdir. Lakin Rövşən obyektin sənədlərində problem olduğunu, buna görə də obyektin satılmasının gecikdiyini bildirmişdir. Lakin Təşkilat və Famil Rövşəni çox gözlədiklərini, artıq səbrlərinin qalmadığını və polisə şikayət edəcəklərini bildirdilər. Rövşənin Təşkilat və Famili aldatmasından əvvəlcə məlumatı olmamış, Təşkilatgil ona bu barədə dedikdən sonra məsələdən xəbər tutmuşdur. Təşkilat və Famil ona zəng etdikdə onlara biraz səbrli olmalarını bildirmiş, lakin sənədləşmə işləri gecikdiyi üçün onların ziyanlarının ödənməsi mümkün olmamışdır. Buna görə də Təşkilat Beyləqan rayon prokurorluğuna müraciət edərkən onun da Təşkilatı aldatdığını bildirmişdir. O, Təşkilat və Familə hər hansı vəd verib pulluarını və ya başqa əmlaklarını ələ keçirməmiş, onlara qarşı dələduzluq etməmişdir. Rövşən Təşkilat və Famili aldadıb pullarını ələ keçirmişdir. O, əksinə Təşkilatgilin ziyanlarını ödəməyə çalışmış, lakin sənədləşmə işləri gecikdiyindən ziyanın ödənilməsi mümkün olmamışdır. O, hazırda da Təşkilat və Familin ziyanlarının ödənilməsi üçün çalışdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icrata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, X12 küçəsi, ev 103, mənzil 9-da yaşayan Zərərçəkmiş şəxs2 Beyləqan şəhəri sakini Təqsirləndirilən şəxs ona qardaşı oğlu X2 təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə Bakı Ağır Cinayət məhkəməsində məhkəmə istintaqı aparılan cinayət işi üzrə Ziya Atakişiyevə təyin ediləcək cəzanın aşağı həddə endirilməsinə kömək edəcəyi barədə vəd verərək aldadıb 2021-ci ilin oktyabr ayının sonlarında 9000 manat, 06 noyabr 2021-ci iltarixdə 1500 manat olmaqla ümumilikdə 10500 manat pulunu alaraq ələ keçirməsi barədə Beyləqan rayon prokurorluğuna yazdığı 18 iyun 2023-cü il tarixli ərizə və Beyləqan rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona oğlu Şahid1 xidməti yerini Xocavənd rayon polis şöbəsindən Beyləqan rayon polis şöbəsinə dəyişəcəyi barədə vəd verib aldadaraq 2021-ci ilin iyun ayının sonlarında 6150 manat, 2021-ci ilin sentyabr ayının ortalarında 3000 manat olmaqla ümumilikdə 9150 manat pulunu ələ keçirməsi barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 15 dekabr 2023-cü il tarixli ərizə əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş "Baxış keçirilməsi haqqında” 15 fevral 2024-cü tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 55708 nömrəli qəbzdə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”də quraşdırılmış 4380 nömrəli “eManat” terminalı vasitəsilə 06 noyabr 2021-cü il tarixdə, saat 11:57-də Təqsirləndirilən şəxs adına olan 4****8311 nömrəli bank kartına 100 manat pulun köçürülməsi öz əksini tapmışdır. Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 55709 nömrəli qəbzdə 4380 nömrəli, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”də quraşdırılmış “eManat” terminalı vasitəsilə 06 noyabr 2021-cü il tarixdə, saat 11:59-da Təqsirləndirilən şəxs adına olan 4****8311 nömrəli bank kartına 1400 manat pulun köçürülməsi öz əksini tapmışdır. Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi qəbzdə 16035 nömrəli, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Ay Market”də quraşdırılmış “MilliÖN” terminalı vasitəsilə 03 sentyabr 2021-cü il tarixdə, saat 17:19-da Təqsirləndirilən şəxs adına olan 4****8311 nömrəli bank kartına 2020 manat pulun köçürülməsi öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 16 fevral 2024-cü tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd DVD diskdə onun Təqsirləndirilən şəxs ilə məhkəmənin hökmü barədə danışığının, sonuncunun atası Şahid3la isə Şahid3 ona Beyləqan şəhərində obyektləri olduğunu, həmin obyektlərin sənədlərini düzəldib oğlu Təqsirləndirilən şəxs onu aldadaraq aldığı pulları geri qaytaracağını deməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 9170 manat xeyli miqdarda pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib dələduzluq etməsi, bundan başqa, Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui- istifadə edərək ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 10500 manat xeyli miqdarda pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib təkrar dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayon məhkəməsinin 04 dekabr 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib bir il altı müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir gün tutulması azadlığın məhdudlaşdırlmasının iki günü hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, əsasən Bakı şəhəri, Səbail rayon məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair 04 dekabr 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına zərərçəkmiş şəxsin apellyasiya şikayətindən imtina edildiyindən xitam verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs seçilmiş həbs qətimkan tədbiri ləğv edildiyindən onun 31 avqust 2020ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək həbsdə saxlandığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırlması növündə cəzanın bir günə iki gün hesablanmaqla- 60 gün, o cümlədən cəzanın faktiki 06 fevral 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək icra olunduğu müddət, cəmi səkkiz ay iyirmi dörd gün müddət məhkuma təyin edilmiş bir il beş ay iyirmi səkkiz gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq doqquz ay dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra və Probasiya şöbəsinin 15 mart 2024-cü il tarixli 08/2024 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 1(009)154/2019 saylı 04 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli 1 il 5 ay 28 azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, onun cəzası 02 avqust 2021-ci ildə başa çatmışdır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşadığı ərazidə müsbət xarakterizə olması ilə yanaşı dəymiş ziyanın ödənilməməsini və zərərçəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbir ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə maddi sübut bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinə göndərilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İş üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar