Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-35/2025 17.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-53/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (cəzasını çəkib qurtarmamış), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 10 fevral 2025-ci il tarixdə saat 18 radələrində Beyləqan şəhəri, M.Müşfiq küçəsində tanışı Şahid5 şəxsi istifadəsi üçün 10 manat pul qarşılığında aldığı təmiz çəkisi 0,609 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 11 fevral 2025-ci il tarixdə, saat 03.16-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan şəhəri, H.Hacıyev küçəsində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd bükümündə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 0,609 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi psixotrop maddələri “Qara Mosu” ləqəbli Vüqar adlı şəxsdən alaraq istifadə edir. xx.xx.2025-ci il tarixdə o, özünə məxsus olan telefonla ***-***-**-** saylı mobil nömrə ilə Vüqarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin Vüqar telefonu açmamışdır O da, dostu Şahid6 məxsus olan ***-***-**-** saylı mobil nömrə və telefon ilə Vüqara zəng etmiş və Vüqara metamfetamin istifadə etmək istədiyini bildirmişdir. O, əvvəllər də Vüqardan metamfetamin aldığı üçün Vüqar onu tanımış, ona görə də Vüqar cavabında ona metamfetamin satacağı ilə razlaşmışdır. Vüqar ona metamfetamini Beyləqan şəhəri, Mikayıl Müşviq küçəsində yerləşən yaşadığı evin həyətinin çıxışında olan qapının ağzına siqaret qutusuna qoyduğunu və həmin siqaret qutusunun içərisində bir istifadəlik metamfetamin olduğunu və gəlib götürməsini ona demişdir. Bundan sonra isə ondan metamfetaminin qarşılığında 10 manat pul verməsini və 10 manat pulu həmin siqaret qutusuna qoymağını bildirmişdir. O da, xx.xx.2025-ci il tarixdə axşam saat 18 radələrində Beyləqan şəhəri, M.Müşviq küçəsi ərazisində Vüqarın həyətinin çıxışında olan qapının ağzına getmiş, “Winston” markalı siqaret qutusunu tapmış və qutunu açan zaman həmin metamfetamini siqaret qutusunun içərisində götürmüşdür. O, 10 manat pulu isə həmin siqaret qutusunun içərisinə qoymuşdur. Siqaret qutusunun içərisində başqa heç nə olmamışdır. O, həmin psixotrop maddəni üzərində saxlamış və onu üstündə daşıyaraq evə aparmışdır. O, həmin psixotrop maddə metamfetamini şalvarının sağ yan cibinə qoymuşdur. O, evdə bir qədər uzanmış və həmin metamfetamini istifadə etməyərək üstündə saxlamışdır. Gecə saat 03 radələrində o, özünə "Bizon” enerji içkisi və siqaret almaq məqsədilə açıq mağaza tapmaq üçün evdən çıxmış, Sevil Qazıyeva küçəsinin yaxınlığında olan marketlərin açıq olub-olmamasını yoxlamış, gecə olduğu üçün heç bir market işləməmişdir. O da buna görə evə qayıtmağı qərara almış və geri qayıtmağa başlamışdır. O, evə gedən zaman Beyləqan şəhəri, H.Hacıyev küçəsi ərazisində arxası ilə bir avtomobil gəldiyini görmüş və həmin avtomobil dayanmışdır. Ordan bir nəfər mülki geyimli şəxs düşmüş və o, həmin şəxsin simasından polis əməkdaşı olduğunu bilmiş və qaçmağa başlamışdır. Lakin avtomobildən düşən şəxs onu qovalamağa başlamışdır. O, qaçan zaman qarşıdan bir nəfər də mülki geyimli polis əməkdaşı çıxmış və onu saxlamışlar. Bir nəfər şəxs videoçəkilişlə onu çəkə-çəkə ona tərəf yaxınlaşmış və mülki geyimdə olan digər bir nəfər şəxs yaxınlaşaraq ona özünü təqdim etməyini bildirmişdir. O, həmin şəxsə özünü təqdim etdikdən sonra polis əməkdaşı özünü təqdim edərək əməliyyat müvəkkili Şahid2 olduğunu və onun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib satış məqsədi olmadan üzərində daşımaqda şübhəli olduğunu və bununla bağlı saxlanıldığını ona bildirmişdir. Sonra ona hüquq və vəzifələrini izah etmişlər. Daha sonra ondan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş və o da olduğunu bildirmişdir. O, əynində olan cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümdə çıxarıb təqdim etmişdir. Polis əməkdaşı həmin bükümü açıb baxaraq nə olduğunu soruşmuş və o, “patı” olduğunu bildirmişdir. Polis əməkdaşı həmin bükümü açaraq baxış keçirmiş və içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu məlum olmuşdur. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra polis əməkdaşları onu Beyləqan rayon polis şöbəsinin inzibati binasında xidməti otağa gətirmişlər, protokol tərtib edilmiş və o da iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Onun əriəzsi əsasında Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilmiş ona məxsus psixotrop maddənin qablaşdırıldığı zərfə və ağ rəngli kisəyə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır İlk öncə ona hüquq və vəzifələri elan edilmişdir. Baxış zamanı həmin zərfin içərisindən bir ədəd büküm çıxarılmış, həmin bükümün içərisində olan maddəyə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu məlum olmuşdur. Müstəntiq bükümün içərisində olan metamfetaminə bənzər kütlənin ona məxsus olub-olmadığını soruşmuş və o, müstəntiqə ona məxsus olduğunu demişdir. Müstəntiq ondan həmin maddəni haradan əldə etdiyini soruşduqda isə, o, həmin psixotrop maddəni “Qara Mosu” ləqəbli Vüqar adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu və ona yungül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Beyləqan rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o, dərhal bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermiş, daha sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3, Beyləqan rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Beyləqan RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkli, polis mayoru Şahid4 iştirakı ilə əvvəlcədən qurulmuş plan əsasında Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs yeri dəqiqləşdirilərək Beyləqan şəhəri, H.Hacıyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşımaqda şübhəli olduğunu və bununla bağlı saxlanıldığını bildirmiş, sonra ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman o, həmin maddəni təqdim etməsini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirib həmin şalvarın sağ yan cibindən bir ədəd bükümdə içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. O, Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə “patı” olduğunu bildirmişdir. Həmin büküm açılaraq baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu məlum olmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0.760 qram olması məlum olmuşdur. Sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya olub-olmaması soruşulmuş və o olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 xidməti otağına aparılmışdır. X10 Mirzəyevə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini dildirərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuş, daha sonra müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ona məxsus psixotrop maddənin qablaşdırıldığı zərfə və ağ rəngli kisəyə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə iştirakçılara hüquq və vəzifələri elan edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı ağ rəngli zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisindən bir ədəd büküm olduğu məlum olmuşdur. Həmin bükümün içərisində olan maddəyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində olan metamfetaminə bənzər kütlənin ona məxsus olub-olmadığı soruşulmuş və o, özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyi soruşulmuş və o da Beyləqan rayon sakini olan Vüqar adlı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin metamfetaminə bənzər maddəni nə məqsədlə götürdüyü və üzərində daşıdığı soruşulmuş və o, özünün istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, heç kimə satmadığını bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0.78 qram olması məlum olmuşdur. Sonra həmin büküm yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılaraq, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Sonra aşkar edilmiş kütlənin ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını soruşulmuş və o satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilib-edilmədiyi soruşulmuş və o, zorakılıq edilmədiyini bildirmişdir. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmiş, bu barədə protokol tərtib edilmiş iştirakçılar həmin protokol imza etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Beyləqan rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 Ramız oğlu məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Beyləqan rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayon polis şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 fevral 2025-ci il tarixdə Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 148-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 dərhal bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verdikdən sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid2, Beyləqan RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkli, polis mayoru Şahid4 iştirakı ilə əvvəlcədən qurulmuş plan əsasında Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs yerini dəqiqləşdirdikdən sonra Beyləqan şəhəri, H.Hacıyev küçəsi yaxınlığında piyada hərəkət edərkən saxlamışdılar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşımaqda şübhəli olduğunu və bununla bağlı saxlanıldığını bildirildikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin maddəni təqdim etməsini ona bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində psixotrop maddə metamfetamin olduğunu bildirib həmin şalvarın sağ yan cibindən bir ədəd bükümdə içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs isə “patı” olduğunu demişdir. Həmin büküm açılaraq baxış keçirilmişdir və içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu məlum olmuşdur. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0.760 qram olması məlum olmuşdur. Sonra həmin psixotrop maddəyə kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya olub-olmaması soruşulmuş və o olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o, iştirakçılarla bərabər həmin protokola imza etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaq yaşlarından bəri tanımış, onunla birlikdə böyümüşdür və onunla aralarında hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid5 isə rayon sakini kimi tanımış, onun dəmir yığıb-satdığını bilmiş, onunla da aralarında hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, xx.xx.2025-ci il tarixdə dostu Təqsirləndirilən şəxs ilə birlikdə olan vaxt dostu sonuncu özünə məxsus olan telefonla ***-***-**-** saylı mobil nömrə ilə kiməsə zəng etmişdir. Lakın həmin adam telefonu açmamışdır. Bunu görə də Aqil ondan telefonunu istəmiş, o da, özünə məxsus “Redmi 9C” markalı telefonunu Aqilə vermişdir. Aqil ondan telefonu istəyən zaman kimə zəng edəcəyini deməmiş və ona “bir uşaq var ona yığıram” demişdir. Aqil ondan telefonu götürdükdən sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə kiməsə zəng etmiş və kənara çəkilərək onunla danışmışdır. Onlar telefonla danışan zaman o, Aqilin bir dəfə “Vüqar” adını çəkdiyini eşitmişdir. Aqil kənara çəkilərək telefonla danışdığı üçün o, Aqilin kiminlə danışdığını tam olaraq bilməmişdir. Aqil telefonla danışdıqdan sonra telefonu ona qaytarmamış və telefonu özü ilə götürüb bir dostu ilə görüşməli olduğunu deyib getmişdir. Bundan sonra isə o, həmin yerdə Aqili gözləsə də, Aqil gəlməmiş və o da evinə qayıtmışdır. O, daha sonra telefonunu götürmək məqsədilə dəfələrlə öz nömrəsinə yığsa da, telefonu açan olmamışdır. Bundan bir gün sonra isə məlum olmuşdur ki, dostu Mirzəyev X6 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərilmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, azaz hallarda tapdıqda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Aqil onun yaşadığı küçədə yerləşən “Oba” marketdə satıcı işləmiş, Aqili üç-dörd ay əvvəl marketdə görüb tanımış və alver etdikcə münasibəti yaranmışdır. Onun Aqillə aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə və ya psixotrop maddə satmamış, ümumiyyətlə psixotrop maddə və ya narkotik vasitəsinin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs yalan danışır, Aqilə psixotrop maddə metamfetamin satmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini nə üçün məhz ondan aldığını ifadəsində bildirməsi ilə bağlı heç bir fikri yoxdur. Məhkəmə-kimyəvi ekspertizanın 13 fevral 2025-ci il tarixli, 18/135 nömrəli rəyinə əsasən ondan aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,242 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olması ilə bağlı bildirir ki, onun üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsusdur, lakin Aqilə psixotrop maddə metamfetamin satmamışdır. Aqil yalan danışır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri və ya narkotik vasitələri əldə edərək üzərində saxlaması barədə Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 11 fevral 2025-ci il tarixdə saat 03:16-da məhdudlaşdırılaraq həmin tarixdə saat 07:30-da şübhəli şəxs qismində tutulmuşdur. Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mirzəyev X6 şəhəri, H.Hacıyev küçəsi yaxınlığında saxlanılaraq üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrap maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin X4 xx.xx.2025-ci il tarixli, 18/130 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0.609 qram olan maddə kustar usulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metmfetaminin təmiz çəkisi – 0,609 qram, tədqiqata sərf edildi – 0,10 qram, qalıq – 0,509 qram. Aparılmış tədqiqatın dəyəri 31,95 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Beyləqan rayon Polis Şöbəsinin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qərar ona 12 fevral 2025-ci il tarixdə saat 12:15-də elan edilmişdir. Maddi sübut hesab edilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd ümumi təmiz çəkisi 0,609 qram təşkil edən psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,509 qram qalığı saxlanması üçün Beyləqan rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X4 xx.xx.2025-ci il tarixli, 18/135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid5 üzərindən” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunun içərisində olan bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,242 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin rəydən görünür ki, "Şahid5 üzərindən” aşkar olunmuş psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metmfetaminin təmiz çəkisi – 0,509 qram, tədqiqata sərf edildi – 0,10 qram, qalıq – 0,409 qram. Maddi sübut hesab edilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd ümumi təmiz çəkisi 0,509 qram təşkil edən psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,409 qram qalığı saxlanması üçün Beyləqan rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Üzləşdirmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Şahid5 üzünə qarşı demişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 64/25 nömrəli Kompleks canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin xx.xx.2025-ci il tarixli, 1111 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 625 nömrəli Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq v ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətdində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs 11 fevral 2025ci il tarixdə və həmin tarixdən əvvəl ifadə və yaxud izahat verərkən psixoloji vəziyyətində hər hansı gərginlik yaranmasını müəyyən etmək mümkün olmamışdır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Mirzəyev X6 şəhəri, H.Hacıyev küçəsi ev 148 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yaddaşında telefon məlumatları olan üzərində Verbatim CD-R “11725-08.04.25” sözləri yazılmış CD disk “HP” markalı kompyuterə qoşularaq həmin fayllara baxış keçirilən zaman Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində ifadəsində və Şahid6 xx.xx.2025-ci il tarixdə şahid qismində vermiş olduğu ifadələrə uyğun olaraq xx.xx.2025-ci il tarixdə saat 18:16:34-də Şahid6 istifadəsində olan ********** saylı mobil nömrə ilə Şahid5 istifadəsində olan **********56 saylı mobil nömrəyə zəng edilməsi və telefon danışığının olması məlum olmuşdur. Maddi sübut hesab edilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, yaddaşında telefon məlumatları olan üzərində Verbatim CD-R “11725-08.04.25” sözləri yazılmış 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Beyləqan rayon Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə istintaq olunmuş ********* nörməli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-53/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 3 (üç) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Mirzəyev X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-53/2024 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Mirzəyev X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-53/2024 nömrəli hökmünə əsasən halhazırda Beyləqan rayon İcra və Probasiya Şöbəsində cəza çəkir və çəkilməmiş 1 (bir) il 10 (on) ay 11 (on bir) gün cəzası qalmışdır. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar isə yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə,müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Mirzəyev X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-53/2024 nömrəli hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını hazırkı vaxtadək çəkib qurtarmamışdır. Məhkəmə, CM-in 18.4.4-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-53/2024 nömrəli hökmü ilə məhkum olunduğu və hazırkı vaxtadək çəkilməmiş qalan cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından onun əməlində cinayətlərin residivinin olmaması nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və cəzasını çəkib qurtarmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmasını, əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını və cəzasını çəkib qurtarmamasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü fikrindədir. Bununla yanaşı, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-53/2024 nömrəli hökmü ilə məhkum olunduğu və hazırkı günədək çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 11 fevral 2025-ci il tarixdə saat 03:16-da məhdudlaşdırılaraq həmin tarixdə tutulmuş və 12 fevral 2025-ci il tarixdə saat 12:15-də saxlanıldığı MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs saat hesabı ilə 24 saatdan artıq müddətdə, yəni 1 (bir) gündən artıq müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə faktiki azadlığının məhdudlaşdırıldığı 11 fevral 2025-ci il tarixdə saat 03:16-dan saxlanıldığı MSY-dən azad edildiyi 12 fevral 2025-ci il tarixdə saat 12:15-dək olan müddətin 2 (iki) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünə münasibətdə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsini rəhbər tutub, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin xx.xx.2025-ci il tarixli, 1111 nömrəli Ambulator X1 rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,409 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 13 (on üç) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (yüz qırx üç) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)- 53/2024 hökmü ilə məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 10 (on) ay 11 (on bir) gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,409 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (yüz qırx üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-35/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-35/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver