Məhkəmə qərarları › İş №1(020)-36/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-36/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-36/2023 11.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Beyləqan rayon vəkil bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakı ilə xx xxxx 1974-cü ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Beyləqan rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1 və 182.1-ci maddələri təqsirli bilinib 03 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Beyləqan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1, 66.2-ci maddələri təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixdə həmin cəzası 03 il 09 ay müddəti saxlanıb, “08” noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, həmin cəzadan azad edilmiş, Beyləqan şəhəri, X7 küçəsi ev 98də qeydiyyatda olan və barəsində Beyləqan rayon məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 noyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan şəhəri, Magistral küçəsi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 11:35-də üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3.79 qram və 3.33 qram, ümumi təmiz çəkisi 7.12 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: İş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 aydır ki narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri müxtəlif vaxtlarda tapdıqda çəkmişdir. O, 06 noyabr 2022ci il tarixdə, günorta saatlarında Beyləqan şəhəri ərazisindən keçən “Xan qızı” kanalına balıq tutmaq üçün getmiş, həmin gün saat 14 radələrində kanalın kənarında balıq tutan zaman iki ədəd kibrit qutusu tapmış, qutunun içərisində kibrit dənələrinin olub-olmadığına baxmaq üçün qutuları yerdən götürmüş, qutları açıb içərisinə baxan zaman qutuların içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. O, özü marixuana istifadəçisi olduğu üçün dərhal həmin maddəni tanımış və özü istifadə etməsi üçün qutuları bağlayıb əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymuş və nə vaxtsa istifadə etmək məqsədilə cibində saxlamışdır. O, 10 noyabr 2022-ci il tarixdə, saat 10:30 radələrində Beyləqan şəhəri, Magistral küçəsində yerləşən mərkəzi dairənin yaxınlığında piyada gəzərkən mülki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Həmin polis işçiləri onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmişlər. O, etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmiş, polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rəşad Novruzov kimi təqdim edən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyimi bildirmiş, Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə Rəşad Novruzov məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə salaraq 02 ədəd kibrit qutusu, sol yan cibindən 10 və 5 manatlıq əskinaslarla olmaqla 15 manat pul, bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Həmin kibrit qutularına baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuana olduğu məlum olmuş, o, həmin kibrit qutularında olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkilərinin 5,54 qram və 6,03 qram olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Aşkar edilmiş kütlələr ağ rəngli zərfə qoyularaq möhürlənmiş, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı ştamp əksi ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və şəxsi axtarış zamanı iştirak etmiş şəxslərlə birlikdə həmin protokolu imzalarla təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşarkən və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq etməmişlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitələrin aludəçisidir və arabir istifadə edir. O, narkotik vasitə istifadə etdiyi üçün əvvəllər də məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2022-ci il tarixli, 18/1209 saylı rəyi ona elan edilmişdir. Həmin rəyin nəticə hissəsində göstərilmiş 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 3.97 qram və 3.33 qram, ümumi çəkisi- 7.12 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur. Üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş narkotik vasitələr aşkar olunduğu kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Ancaq məhkəmə ekspertiza mərkəzində üzərindən aşkar edilmiş narkotik vasitələr təmiz halda çəkildiyindən çəkiləri üzərində aşkar olunduğuna nisbətdə az müəyyən edilmişdir. Buna görə də üzərindən aşkar edilmiş narkotik vasitələrin çəkiləri ilə məhkəmə ekspertiza mərkəzinin rəyində göstərilmiş narkotik vasitələrin çəkiləri arasında fərq vardır. Əməlindən səmimi peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 noyabr 2022ci il tarixdə Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Beyləqan rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfimdən qərar qəbul edilmişdir. Həmin gün Beyləqan rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi Beyləqan rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X2, Beyləqan rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Beyləqan rayon polis şöbəsinin Təminat Hissəsinin kiçik inspektoru, polis baş serjantı Şahid3 və qrup rəhbəri kimi ondan ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. 10 noyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Magistral küçəsi ərazisində saxlanılaraq ona Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmış, bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Beyləqan rayon polis şöbəsinə dəvət etdikdən sonra birlikdə X5un xidməti otağına gəlmişlər. Müstəntiq tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş, müdafiəçi qismində Beyləqan rayon vəkillər bürosunun müdiri, vəkil Müdafiəçi dəvət olunduqdan sonra X5, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra X5 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə salaraq 02 ədəd kibrit qutusunu çıxarıb təhvil vermişdir. X5 həmin kibrit qutuların içərisində aşkar olunan maddələrin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda həmin kibrit qutuların içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmiş, daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təhvil verdiyi 02 ədəd kibrit qutusu açıdlıqdan sonra baxış keçirilən zaman kibrit qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğu aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkilərinin 5,54 qram və 6,03 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Onun Təqsirləndirilən şəxsla arasında ədavət və düşmənçilik olmamış, Təqsirləndirilən şəxs qarşı heç bir zor və ya güc tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş: Məhkəmə-bioloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 18/1209 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində:” Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi – 3,79 qr, 3,33 qr, ümumi təmiz çəkisi – 7,12 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 7.08 qram təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 23 dekabr 2022-ci il tarixli 7785 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və məhkəmə-bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 7.08 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 10 noyabr 2022-ci il, şəxsi axtarış protokoluna əlavə edilmiş 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilərək, 7.08 qram qurudulmuş marixuana saxlanması üçün Beyləqan rayon Polis şöbəsinə təhvil verilmiş və 01 ədəd DVD diskin şəxsi axtarış protokoluna əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilib təqsirləndirilən şəxs qismində dindirilən zaman özünün müdafiəsi üçün dəlil gətirərək onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni Beyləqan şəhəri ərazisindən axan “Xan qızı” kanalının kənarından tapdığını göstərmiş, Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi vəsatət kimi qəbul edilərək, əsassız olduğu üçün 28 mart 2023-cü il tarixli qərarla təmin edilmədən rədd edilmişdir. Beləliklə, aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməli törətməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Beyləqan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1, 66.2-ci maddələri 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanıb, “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, həmin cəzadan azad edilmişdir. “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə görə, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf etməsini, peşimançılıq hissi keçirməsini CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 28 mart 2023-cü il qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ona təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş edilmiş, Beyləqan rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübutlar-11 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və məhkəmə bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 7,08 qram qalmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, eyni tarixli qərarla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci-31,95 manat ( otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Beyləqan rayon PŞ-nin maddi subutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan cəmi çəkisi 7,08 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Beyləqan rayon PŞ-nin maddi subutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan cəmi çəkisi 7,08 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci - 31,95 manat (otuz bir manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin Hökmdən elan olunduğu, həbsdə olan şəxsə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar