Məhkəmə qərarları › İş №1(020)-36/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-36/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-36/2024 11.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X11, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X5, Tərçüməçi (loqoped)- X6, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 05 avqust 1988-ci il tarixdə Laçın rayonu,Şəlvə kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Laçın rayonu, Şəlvə kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu, Türklər kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1995-ci il tarixdə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs6 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,14 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs6 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyətin kənarlarına çəkilmiş metal torun üzərindən Zərərçəkmiş şəxs6 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan metal torla əhatələnmiş tövləyə üç dəfə vahid niyyətlə qapıdan qanunsuz daxil olub hər biri 8-9 aylıq, ikisi erkək cinsli, biri dişi cinsli, təmiz ətinin kütləsi 18- 19 kiloqram olan, 250 manat dəyərində olmaqla 750 manat dəyərində üç baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 750 manat pula satmaqla Zərərçəkmiş şəxs6 məxsus cəmi 750 manat dəyərində əmlakı vahid niyyətlə oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Məhərrəmli likin Namaz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 22 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs5 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyətin kənarlarına çəkilmiş metal torun üzərindən Zərərçəkmiş şəxs5 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından inşa edilmiş tövləyə qapıdan qanunsuz daxil olub dişi cinsli, bir yaşlı, diri çəkisi 35 kiloqram olan 260 manat dəyərində bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb Şahid3 200 manat pula satmaqla Zərərçəkmiş şəxs5 məxsus cəmi 260 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək. 29 avqust 2023-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyətin kənarlarına çəkilmiş metal torun üzərindən Zərərçəkmiş şəxs4 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan ətrafı metal torla əhatələnmiş tövləyə 2 dəfə vahid niyyətlə metal torun üzərindən qanunsuz daxil olub hər biri erkək cinsli, dörd aylıq, diri çəkisi 32 kiloqram, biri 285 manat dəyərində olmaqla 570 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub imişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 500 manat pula satmaqla Zərərçəkmiş şəxs4 məxsus cəmi 570 manat dəyərində əmlakı vahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 19 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs7 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyəti əhatə edən mişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs7 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə 2 dəfə vahid niyyətlə pəncərədən qanunsuz daxil olub hər biri dişi cinsli, diri çəkisi 50 kiloqram, iki yaşlı, 375 dəyərində olmaqla 750 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb Şahid2 560 manat pula satmaqla Zərərçəkmiş şəxs7 məxsus cəmi 750 manat dəyərində əmlakıvahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs7 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyəti əhatə edənmişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs7 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə pəncərədən 3 dəfə vahid niyyətlə qanunsuz daxil olub hər biri erkək cinsli, diri çəkisi 35 kiloqram olan, hər biri 300 manat olmaqla 600 manat dəyərində iki baş və erkək cinsli, diri çəkisi 60 kiloqram olan 510 manat dəyərində bir baş, cəmi 1110 manat dəyərində üç baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 740 manat pula satmaqla Zərərçəkmiş şəxs7 məxsus cəmi 1110 manat dəyərində əmlakı vahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu. Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək. 27 oktyabr 2023-cü ildə saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs3 məxsus fermanın yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 fermada yerləşən saxlanc yeri hesab edilən qoyunların saxlanılması üçün nəzərdə tutulan qamışdan inşa edilmiş tövləyə yaxınlaşaraq tövlənin taxta materialdan olan qapısının ipini açaraq tövləyə qapıdan qanunsuz daxil olub Zərərçəkmiş şəxs3 məxsusbir baş, altı yaşında, dişi cinsli, boğaz, 35 kiloqram çəkidə, 450 manat dəyərində, bir baş, dörd yaşında, dişi cinsli, 35 kiloqram çəkidə, 450 manat dəyərində, üç baş, dörd yaşında, dişi cinsli, boğaz, 35 kiloqram çəkidə, 450 manat dəyərində olmaqla cəmi 2250 manat dəyərində beş baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 1750 manat pula satmaqla Zərərçəkmiş şəxs3 məxsus cəmi 2250 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 26 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyəti əhatə edənmişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs1 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə qapıdan qanunsuz daxil olub dişi cinsli, bir aylıq, diri çəkisi 11 kiloqram olan, 150 manat dəyərində bir baş və erkək cinsli, iki aylıq, diri çəkisi 21 kiloqram olan, 200 manat dəyərində bir baş, cəmi 350 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 335 manat pula satmaqla Zərərçəkmiş şəxs1 məxsus cəmi 350 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyəti əhatə edənmişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs2 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar çaşından hörülmüş tövləyə 2 dəfə vahid niyyətlə qapıdan qanunsuz daxil olub hər biri dişi cinsli, boğaz, diri çəkisi 40 kiloqram olan, hər biri 340 manat olmaqla cəmi 680 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə cəmi 540 manat pula satmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 680 manat dəyərində əmlakı vahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 16 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyəti əhatə edənmişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs1 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə iki dəfə vahid niyyətlə qapıdan qanunsuz daxil olub dişi cinsli, iki yaşlı, diri çəkisi 55 kiloqram ana qoyunun erkək cinsli, 15 günlük, diri çəkisi 8 kiloqram olan bir baş bala quzusu ilə birlikdə hər biri 480 manat olmaqla 960 manat dəyərində iki baş, həmçinin dişi cinsli, iki aylıq, diri çəkisi 12 kiloqram, 150 manat dəyərində bir baş olmaqla, cəmi 1110 manat dəyərində üç baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə cəmi 450 manat pula satmaqla Zərərçəkmiş şəxs1 məxsus cəmi 650 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 28 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyəti əhatə edən mişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs2 məxsus həyətə qanunsuz daxıl olub həyətaə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə qapıdan qanunsuz daxil olub dişi cinsli, boğaz, diri çəkisi 30 kiloqram, 270 manat dəyərində bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə onunla birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə cəmi 260 manat pula satmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 270 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 04 fevral 2024-cü ıl tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Vaz 21015" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə avtomobilin yanında qalaraq Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 həyəti əhatə edənmişar daşından hörülmüşhasarın üzərindən Zərərçəkmiş şəxs2 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə qapıdan qanunsuz daxil olub hər biri dişi cinsli, boğaz, diri çəkisi 40 kiloqram olan, 700 manat dəyərində olmaqla cəmi 1400 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlamaq istəyərkən Zərərçəkmiş şəxs2la rastlaşdığı üçün öz iradəsində asılı olmayan səbəbdən oğurluq etmək niyyətindən daşınaraq hasarın üzərindən aşaraq həyətdən çıxıb qaçmış, beləliklə o, Zərərçəkmiş şəxs2 məxsus cəmi 1400 manat dəyərində əmlakı təkrar oğurlamağa cəhd etmişdir, yəni gizli olaraq talamağa çalışmışdır. Təqsirləndirilən şəxs1-Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs6 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək,14 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs6 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyətin kənarlarına çəkilmiş metal torun üzərindən Zərərçəkmiş şəxs6 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan metal torla əhatələnmiş tövləyə üç dəfə vahid niyyətlə qapıdan qanunsuz daxil olub hər biri 8-9 aylıq, ikisi erkək cinsli, biri dişi cinsli, təmiz ətinin kütləsi 18-19 kiloqram olan, 250 manat dəyərində olmaqla 750 manat dəyərində üç baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 750 manat pula satmaqla Zərərçəkmiş şəxs6 məxsus cəmi 750 manat dəyərində əmlakı vahid niyyətlə oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 22 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs5 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyətin kənarlarına çəkilmiş metal torun üzərindən Zərərçəkmiş şəxs5 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından inşa edilmiş tövləyə qapıdan qanunsuz daxil olub dişi cinsli, bir yaşlı, diri çəkisi 35 kiloqram olan 260 manat dəyərində bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri “Vaz 21015" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb Şahid3 200 manat pula satmaqla Zərərçəkmiş şəxs5 məxsus cəmi 260 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək. 29 avqust 2023-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyətin kənarlarına çəkilmiş metal torun üzərindən Zərərçəkmiş şəxs4 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan ətrafı metal torla əhatələnmiş tövləyə 2 dəfə vahid niyyətlə metal torun üzərindən qanunsuz daxil olub hər biri erkək cinsli, dörd aylıq, diri çəkisi 32 kiloqram, biri 285 manat dəyərində olmaqla 570 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri ‘Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 500 manat pula satmaqla Zərərçəkmiş şəxs4 məxsus cəmi 570 manat dəyərində əmlakı vahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 19 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs7 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyəti əhatə edən mişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs7 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə 2 dəfə vahid niyyətlə pəncərədən qanunsuz daxil olub hər biri dişi cinsli, diri çəkisi 50 kiloqram, iki yaşlı, 375 dəyərində olmaqla 750 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb Şahid2 560 manat pula satmaqla Zərərçəkmiş şəxs7 məxsus cəmi 750 manat dəyərində əmlakıvahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu. Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 20 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs7 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyəti əhatə edənmişar daşından hörülmüşhasarın üzərindən Zərərçəkmiş şəxs7 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə pəncərədən 3 dəfə vahid niyyətlə qanunsuz daxıl olub hər biri erkək cinsli, diri çəkisi 35 kiloqram olan, hər biri 300 manat olmaqla 600 manat dəyərində iki baş və erkək cinsli, diri çəkisi 60 kiloqram olan 510 manat dəyərində bir baş, cəmi 1110 manat dəyərində üç baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 740 manat pula satmaqla Zərərçəkmiş şəxs7 məxsus cəmi 1110 manat dəyərində əmlakı vahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 27 oktyabr 2023-cü ildə saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs3 məxsus fermanın yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, fermada yerləşən saxlanc yeri hesab edilən qoyunların saxlanılması üçün nəzərdə tutulan qamışdan inşa edilmiş tövləyə yaxınlaşaraq tövlənin taxta materialdan olan qapısının ipini açaraq tövləyə qapıdan qanunsuz daxil olub Zərərçəkmiş şəxs3 məxsusbir baş, altı yaşında, dişi cinsli, boğaz, 35 kiloqram çəkidə, 450 manat dəyərində, bir baş, dörd yaşında, dişi cinsli, 35 kiloqram çəkidə, 450 manat dəyərində, üç baş, dörd yaşında, dişi cinsli, boğaz, 35 kiloqram çəkidə, 450 manat dəyərində olmaqla cəmi 2250 manat dəyərində beş baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal- qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 1750 manat pula satmaqla Zərərçəkmiş şəxs3 məxsus cəmi 2250 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 26 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyəti əhatə edən mişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs1 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə qapıdan qanunsuz daxil olub dişi cinsli, bir aylıq, diri çəkisi 11 kiloqram olan, 150 manat dəyərində bir baş və erkək cinsli, iki aylıq, diri çəkisi 21 kiloqram olan, 200 manat dəyərində bir baş, cəmi 350 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 335 manat pula satmaqla Zərərçəkmiş şəxs1 məxsus cəmi 350 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o. həyəti əhatə edənmişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs2 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə 2 dəfə vahid niyyətlə qapıdan qanunsuz daxil olub hər biri dişi cinsli, boğaz, diri çəkisi 40 kiloqram olan, hər biri 340 manat olmaqla cəmi 680 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri “Vaz 21015” markalı. **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə cəmi 540 manat pula satmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 680 manat dəyərində əmlakı vahid niyyətlə təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək. 16 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi "Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyəti əhatə edənmişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs1 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə iki dəfə vahid niyyətlə qapıdan qanunsuz daxil olub dişi cinsli, iki yaşlı, diri çəkisi 55 kiloqram ana qoyunun erkək cinsli, 15 günlük, diri çəkisi 8 kiloqram olan bir baş bala quzusu ilə birlikdə hər biri 480 manat olmaqla 960 manat dəyərində iki baş, həmçinin dişi cinsli, iki aylıq, diri çəkisi 12 kiloqram, 150 manat dəyərində bir baş olmaqla, cəmi 1110 manat dəyərində üç baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri "Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub İmişli rayonu ərazisində yerləşən mal- qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə cəmi 450 manat pula satmaqla Zərərçəkmiş şəxs1 məxsus cəmi 650 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 28 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyəti əhatə edən mişar daşından hörülmüş hasarın üzərindən Zərərçəkmiş şəxs2 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə qapıdan qanunsuz daxil olub dişi cinsli, boğaz, diri çəkisi 30 kiloqram, 270 manat dəyərində bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq həyətdən çıxarmaqla aparıb küçədə Təqsirləndirilən şəxs2la birlikdə gəldikləri ‘Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub Füzuli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb şəxsiyyəti istintaqa məlum olmayan şəxsə cəmi 260 manat pula satmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 270 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 04 fevral 2024-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Vaz 21015” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gedib, aralarında olan razılaşmaya uyğun olaraq həmin yerdən daha tez uzaqlaşmaq məqsədilə Təqsirləndirilən şəxs2 avtomobilin yanında qalaraq onun gəlməsini gözləmiş, o, həyəti əhatə edənmişar daşından hörülmüşhasarın üzərindən Zərərçəkmiş şəxs2 məxsus həyətə qanunsuz daxil olub həyətdə yerləşən qoyunların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından hörülmüş tövləyə qapıdan qanunsuz daxil olub hər biri dişi cinsli, boğaz, diri çəkisi 40 kiloqram olan, 700 manat dəyərində olmaqla cəmi 1400 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlamaq istəyərkən Zərərçəkmiş şəxs2la rastlaşdığı üçün öz iradəsində asılı olmayan səbəbdən oğurluq etmək niyyətindən daşınaraq hasarın üzərindən aşaraq həyətdən çıxıb qaçmış, beləliklə o, Zərərçəkmiş şəxs2 məxsus cəmi 1400 manat dəyərində əmlakı təkrar oğurlamağa cəhd etmişdir, yəni gizli olaraq talamağa çalışmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə əvvəllər arası çox yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 ondan bir neçə dəfə xırda-xırda borc pul almışdır. O, İlkindən borcu nə üçün istədiyini soruşanda İlkin, ona siqaret, su və digər şeylər almaq üçün pula ehtiyacının olduğunu demişdir. İlkindən borcunu geri qaytarmasını tələb edərkən İlkin pulunun olmadığını bildirmişdir. Təkrar bir neçə dəfə pulunu tələb etdikdə İlkin ona oğurluq etməyi təklif etmiş və öz payına düşən puldan onun borcunu verəcəyini bildirmişdir. O, pula ehtiyacı olduğu üçün İlkinlə razılaşmışdır. İlkinlə birlikdə dəfələrlə oğurluq etmişlər. İlk dəfə 13 iyul 2022-ci ildə İlkinlə görüşüb kimdən və nə oğurlamaq barədə söhbət etmişdir. Onlar Təqsirləndirilən şəxs1 ilə xırdabuynuzlu heyvan oğurlamaq və həmin heyvanları oğurladıqdan sonra mal-qara bazarlarına aparıb satmaq barədə razılaşmışlar . Onun mərhum atası Şahvələddən ona yadigar qalan “Vaz 21015” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, onlar oğurladıqları heyvanları onun avtomobili ilə mal-qara bazarlarına aparıb satmışlar. Birlikdə əvvəlcə Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətindən oğurluq etməyi planlaşdırmışlar. Onlar 14 iyul 2022-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə kənd ərazisində görüşüb Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətinə daxil olmaq üçün getmişlər. Təqsirləndirilən şəxs1 ilə aralarında olan razılığa əsasən həyətə İlkin daxil olmuş, o isə çöldə avtomaşında gözləmişdir. O, Zaurun həyətinin çölündə gözləmiş, İlkin isə həyətin kənarına çəkilən metal torun üzərindən aşıb həyətə daxil olmuş, növbə ilə üç baş xırdabuynuzlu heyvanı həyətdə olan metal torla əhatələnmiş tövlədən çıxarmış, avtomobilin yük yerinə yığmışdır. Sonra gəlib avtomobilə əyləşmişdir. Həmin heyvanları Füzuli rayon mal-qara bazarına aparıb biri 250 manat olmaqla 750 manata satmış və pulu yarı bölmüşlər. Sonra onlar yaşadıqları kəndə qayıtmışlar. Onlar bir müddət oğurluq etməmişlər. 2023-cü ilin ortalarında o, İlkinlə görüşən zaman pulu olmadığı üçün yenə oğurluq etmək barədə danışmış və həmkəndliləri Zərərçəkmiş şəxs5 heyvanlarından oğurlamaq qərarına gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs5 həyətində bir baş xırdabuynuzlu heyvan olduğunu demişdir. Onlar 22 iyul 2023-cü il tarixdə, saat 02 radələrində görüşüb Zərərçəkmiş şəxs5 həyətinin yaxınlığına gəlmişlər, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb Zərərçəkmiş şəxs5 həyətinin kənarına çəkilmiş metal torun üzərindən həyətə daxil olmuşdur. O, avtomobilin səsi eşidilməsin deyə avtomobili hər dəfə bir qədər kənarda saxlamışdır, ilkin həyətə daxil olduqdan sonra həyətdə olan mişar daşından hörülmüş tövləyə daxil olmuş, tövlədən bir baş xırdabuynuzlu heyvan götürüb çölə çıxmış və birlikdə avtomobilin yük yerinə qoymuşlar. Onlar həmin heyvanı Beyləqan rayon mal-qara bazarında tanımadığı şəxsə 200 manata satmış və pulu yarı bölmüşlər. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 ilə görüşən zaman onlar yenidən oğurluq etmək qərarına gəlmişlər. Onlar 29 avqust 2023-cü il tarixdə saat 04 radələrində İlkinlə kənd ərazisində görüşmüş və Zərərçəkmiş şəxs4 həyətinin yaxınlığına getmişlər. O, avtomobili yenə kənarda saxlamışdır. Təqsirləndirilən şəxs1 növbə ilə iki dəfə Məhəmmədaminin yaşadığı evin həyətinə gedib tövlədən iki baş heyvan çıxarmışdır. Onlar həmin heyvanları onun avtomobili ilə İmişli rayon mal-qara bazarına aparıb birini 250 manata olmaqla 500 manata satmış və pulunu yarı bölmüşlər. Onlar bundan sonra 19 sentyabr 2023-cü ildə, saat 03 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs7 məxsus həyətin yaxınlığına getmişlər. O, avtomobili saxlamış və Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşmüşdür. Yasinin həyəti mişar daşından hörülmüş hasarla əhatələnmişdir. İlkin həmin hasarın üzərindən aşıb həyətə daxil olmuş və növbə ilə iki baş dişi cinsli xırdabuynuzlu heyvan çıxarmışdır. Onlar həmin heyvanları İmişli rayon mal-qara bazarına aparıb 560 manata satmış və pulu yarı bölmüşlər, ilkin Yasinin tövlədə yaxşı heyvanlarının olduğunu bildirmişdir. Onlar 20 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində yenidən Yasinin həyətindən oğurluq etmək üçün getmişlər. İlkin Yasinin həyətinə daxil olaraq növbə ilə üç baş erkək cinsli heyvanları gətirmiş avtomobilin yük yerinə yığmışdır. Bundan sonra onlar heyvanları Beyləqan rayonu ərazisində yerləşən mal- qara bazarına aparıb, 740 manata satmış pulunu yarı bölmüşlər. O, ilkin ifadələrində Zərərçəkmiş şəxs3 məxsus heyvanları oğurladığını bildirdiyini, Fazilə məxsus heyvanları oğurlamadığını demişdir. Onlar bundan sonra 26 dekabr 2023-cü il tarixdə, saat 03 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinin yaxınlığına getmişlər. O avtomobili bir qədər kənarda saxlamışdır. İlkin piyada gedərək bir müddət sonra heyvanlarla birlikdə geri qayıtmışdır. İikin əlində iki baş körpə quzu gətirmişdir. Onlar həmin quzuları İmişli rayon mal-qara bazarına aparıb 195 və 140 manat olmaqla 335 manata satıb pulu yarı bölmüşlər. Onlar 11 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində həmkəndliləri Allahverdinin yaşadığı evin yaxınlığına getmişlər. Allahverdinin həyəti daş hasarla əhatələnmişdir. İlkin hasardan aşaraq Allahverdinin həyətinə daxil olmuş, növbə ilə iki baş xırdabuynuzlu heyvan gətirmiş, heyvanlar ağır olduğu üçün qapıdan çıxarmışdır. Onlar heyvanları avtomobilin yük yerinə qoyub, Beyləqan rayon mal-qara bazarına aparıb 240 və 300 manat olmaqla 540 manata satıb pulu yarı bölmüşlər. Onlar bundan sonra 16 yanvar 2024-cü il tarixdə, saat 03 radələrində yenidən Zərərçəkmiş şəxs1 həyətindən oğurluq etmək üçün getmişlər. O, həmişəki kimi avtomobili kənarda saxlamışdır. İlkin gedib həyətə daxil olaraq ana-bala olmaqla iki baş və bir də başqa xırdabuynuzlu heyvan gətirmişdir. Onlar həmin heyvanları aparıb İmişli rayon mal-qara bazarında ümumilikdə 450 manata tanımadıqları bir adama satıb pulu yarı bölmüş və geri qayıtmışlar. Onlar bundan sonra 28 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində yenidən Allahverdinin evinin yaxınlığına getmişlər. İlkin yenə Allahverdinin həyətinə daxil olub bir baş dişi cinsli heyvan gətirmişdir. Onlar həmin heyvanı Füzuli rayon mal-qara bazarına aparıb 260 manata satıb pulu yarı böldükdən sonra geri qayıtmışlar. Onlar sonuncu dəfə 04 fevral 2024-cü il tarixdə yenidən Allahverdinin həyətindən oğurluq etmək üçün getmişlər. Onlar İlkinlə iki baş xırdabuynuzlu heyvan oğurlamaq barədə razılaşmışlar. Allahverdinin heyvanları kök olduğundan yaxşı pula satılacaqdır. Buna görə də onlar Allahverdidən yenidən oğurluq etmək, heyvanları aparıb Füzuli rayon mal-qara bazarında satmaq istəmişlər. İlkin Allahverdinin həyətinə daxil olmuşdur. Həmin gün saat 03:30-da İlkin Allahverdinin həyətindən çıxıb qaçmağa başlamışdır. Bu zaman Allahverdi əmisi oğlu Məhərrəmlə birlikdə Məhərrəmin avtomobil ilə onun yanına gəlmiş, Allahverdigil ondan İlkini görüb-görmədiyini soruşmuşlar. O, İlkini görmədiyini bildirmişdir. Həmin gün səhər onu polis şöbəsinə dəvət edib izahatını alan zaman o, Allahverdinin həyətindən etdikləri oğurluqları izahatında bildirmişdir. Şahid3 tanımır, ona heç vaxt heyvan satmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, onlara dəymiş maddi ziyanı tam ödəmişlər. Hərəkətlərindən peşimandır, ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında loqoped X6 iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, latın qrafikalı əlifba ilə oxumağı bacardığını, lakin nitqində qüsurlar olduğu üçün, danışığının aydın anlaşılmadığını, yazmağı isə bacarmadığını, yalnız adını yaza bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona oğurluq etmək barədə təkliflər etmişdir. O, pula ehtiyacı olduğu üçün İntizamla razılaşmışdır. Onlar ilk dəfə iki il əvvəl həmkəndliləri Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətindən oğurluq etməyi planlaşdırmışlar. Onlar gecə Şahvələdlə görüşüb Zaurun heyvanını oğurlamaq üçün getmişlər. İntizamın maşını olduğundan həyətə o, daxıl olmuşdur. Onlar ilk dəfə Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətinə daxil olmaq üçün getmişlər. İnizamla arasında olan razılığa əsasən həyətə özü daxil olmuş, İntizam isə çöldə, maşında gözləmişdir. O, Zaurun həyətinə daxil olub, növbə ilə üç baş xırdabuynuzlu heyvanı həyətdə olan metal torla əhatələnmiş tövlədən çıxarıb həyətdən çölə aparmışdır. Onlar İntizamla birlikdə heyvanları avtomobilin yük yerinə yığmış və sonra avtomobilə əyləşmişlər. Onlar oğurladıqları heyvanları Füzuli rayon mal-qara bazarına aparıb satmışlar. İntizam hər dəfə bazara gedib heyvan satanda neçəyə satmaqlarından asılı olmayaraq ona 50 manat pul vermişdir. İntizamdan 100 manat istəsə də İntizam ona 50 manat vermişdir. Həmin pulla özünə gündəlik tələbat malları almışdır. Onlar 2023-cü ilin ortalarında intizamla görüşən zaman pulları olmadığı üçün İntizam yenə oğurluq etmək barədə ona təklif etmişdir. Pulu olmadığı üçün razılaşmışdır. Onlar həmkəndliləri Zərərçəkmiş şəxs5 heyvanlarından oğurlamaq qərarına gəlmişlər. 2023-cü ilin iyul ayında gecə saatlarında İntizamla görüşüb Zərərçəkmiş şəxs5 həyətinin yaxınlığına getmişlər. Avtomobildən düşüb Zərərçəkmiş şəxs5 həyətinin kənarına çəkilmiş metal torun üzərindən həyətə daxil olmuşdur. İntizam əvvəlki kimi avtomobili kənarda saxlamışdır. O, həyətə daxil olduqdan sonra həyətdə olan mişar daşından hörülmüş tövləyə daxil olub tövlədən bir baş xırdabuynuzlu heyvan götürüb çölə çıxmış və birlikdə avtomobilin yük yerinə qoymuşlar. Onlar həmin heyvanı Beyləqan rayon mal-qara bazarında tanımadıqları şəxsə satmışlar. Heyvanları intizam danışıb satmışdır, Zərərçəkmiş şəxs5 heyvanını 200 manata satmış və ona yenə 50 manat pul vermişdir. Onlar 2023-cü ilin avqust ayında yenə İntizamla gecə kənd ərazisində görüşüb Zərərçəkmiş şəxs4 həyətinin yaxınlığına getmişlər. İntizam avtomobili yenə kənarda saxlamış və o, növbə ilə iki dəfə Məhəmmədaminin yaşadığı evin həyətinə gedib tövlədən iki baş heyvan çıxarmışdır. Onlar həmin heyvanları İntizamın avtomobilinə yığıb İmişli rayon mal-qara bazarına aparmışlar. İntizam biri 250 manata olmaqla 500 manata heyvanları satmış və ona 50 manat pul vermişdir. Bundan sonra onlar 2023-cü ilin sentyabr ayında gecə saatlarında həmkəndliləri Zərərçəkmiş şəxs7 məxsus həyətinin yaxınlığına getmişlər. İntizam avtomobili saxlamış və o, avtomobildən yerə düşmüşdür. Yasinin həyəti mişar daşından hörülmüş hasarla əhatələnmişdir. Hasarın üzərindən aşıb həyətə daxil olmuş və növbə ilə iki baş dişi cinsli xırdabuynuzlu heyvan çıxarmışdır. Onlar həmin heyvanları maşının yük yerinə qoyub İmişli rayon mal-qara bazarına aparıb satmışlar. İntizam ona 50 manat pul vermişdir. O, İntizama Yasinin tövləsində başqa yaxşı heyvanlarının olduğunu bildirmişdir. İntizam da yenə Yasinin heyvanlarını oğurlamağı təklif etmiş, o, İntizamla razılaşmışdır. Onlar 2023-cü ilin oktyabr ayında yenidən Yasinin həyətindən oğurluq etmək üçün getmişlər. Yasinin həyətinə daxil olaraq növbə ilə bu dəfə üç baş erkək cinsli heyvanları gətirmiş və İntizamla birlikdə avtomobilin yük yerinə yığmışlar. Sonra onlar heyvanları aparıb Beyləqan rayonu ərazisində yerləşən mal-qara bazarında satmışlar. O, yenə İntizamdan 50 manat pul almışdır. 2023-cü ilin oktyabr ayının sonlarında intizamla görüşüb, Zərərçəkmiş şəxs3 məxsus heyvanları oğurlamaq qərarına gəlmişlər. Onlar Fazilin fermasının yaxınlığına getmişlər və qamışdan tikilmiş tövləyə daxil olaraq beş baş heyvanları gətirib İntizamla birlikdə avtomobilin yük yerinə qoymuşdur. Heyvanları aparıb Beyləqan rayon mal-qara bazarında satmışlar. İnizam ona 50 manat verdikdə o bu dəfə İntizama qəti etirazını bildirmişdir. İntizam isə yenə təkid edərək pul vermək istəməmişdir. Lakin o, israrla pul istədikdə İntizam ona əlavə 50 manat pul vermişdir. 2023-cü ilin dekabr ayının sonlarında həmkəndliləri Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən oğurluq etmək üçün getmişlər. O, avtomobildən düşüb getmiş və Natiqin həyətinə daxil olmuşdur. Natiqin heyvanları mişar daşından hörülmüş tövlədə olmuşdur. O, tövləyə daxil olub iki baş quzu götürmüş və aparıb avtomobilin yük yerinə qoymuşdur. Onlar həmin quzuları İmişli rayon mal-qara bazarına aparıb satmışlar. 2024-cü ilin yanvar ayının ortalarında və axırında həmkəndliləri Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindən heyvanlar oğurlamışlar. Həmçinin Allahverdinin həyətindən əvvəlcə iki baş, ikinci dəfə isə bir baş olmaqla üç baş qoyun oğurlamışlar. O, həmin heyvanları hansı bazarda və qiymətə satdığını unutmuşdur. Lakin onlar həmişəki kimi Allahverdidən oğurladıqları heyvanları da bazara aparıb satmışlar və İlkin yenə hər dəfə ona 50 manat pul vermişdir. 16 yanvar 2024-cü il tarixdə gecə onlar yenidən Zərərçəkmiş şəxs1 həyətindən oğurluq etmək üçün getmişlər. İntizam avtomobili kənarda saxlamış və o, avtomobildən düşüb piyada getmiş və Natiqin həyətinə daxil olaraq ana-bala olmaqla iki baş və bir də başqa xırdabuynuzlu heyvanı növbə ilə aparıb maşının yük yerinə qoymuşdur. O, əvvəlcə ana heyvanın quzusunu aparmaq niyyətində olmamış, lakin balası özü gəldiyi üçün balanı da anası ilə birlikdə oğurlamışdır. Həmin heyvanları aparıb İmişli rayon mal-qara bazarında satmış və geri qayıtmışlar. sonucu dəfə 04 fevral 2024-cü il tarixdə yenidən Allahverdinin həyətindən oğurluq etmək üçün getmişlər. Allahverdinin heyvanları böyük iri oduğundan onlar yenə Allahverdidinin heyvanlarından iki başını oğurlamaq istəmişlər. Həmin gün Füzuli rayon mal-qara bazarı olduğundan onlar Allahverdidən oğurladıqları heyvanları aparıb Füzuli rayon mal-qara bazarında satmaq istəmişlər. Hasarın üzərindən Allahverdinin həyətinə daxil olmuş, bu zaman birdən həyətdə kiminsə olduğunu görmüşdür. Diqqətlə həmin adamın üzünə baxdıqda həmin şəxsin Allahverdi olduğunu görmüş və qaçaraq hasardan aşıb getmişdir. Sonra polis əməkdaşları onu tapıb çağırmış və o, polislərə etdiyi oğurluqları bir-bir etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurduqları ziyanı ödəmiş, onlarla barışıq əldə etmişdir. Hərəkətlərindən peşimandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus xırdabuynuzlu heyvanlarını yaşadığı evin həyətində yerləşən tövlədə saxlayır. Heyvanları hər gün səhər sahəyə aparıb, axşamlar isə həmin tövləyə salıb saxlamışdır. 2023-cü ilin dekabr ayının 26-sı axşam saatlarında o, yenə də heyvanları sahədən gətirib tövləyə salmışdır. Ayın 27-də səhər saat 09 radələrində tövləyə baxan zaman iki baş xırdabuynuzlu heyvanın olmadığını görmüşdür. Həmin heyvanlardan biri iki aylıq, digəri isə bir aylıq quzular olmuşdur. O, heyvanlarının tövlədən çıxıb itməsini fikirləşərək quzuları özü axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bundan sonra heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını təxmin etmişdir. O, həmin vaxtlar Bakı şəhərində işləri olduğu üçün başı qarışıq olmuşdur. Buna görə də heyvanların oğurlanması barədə polisə şikayət verməmişdir. 2024-cü ilin yanvar ayının 15-də o, yenə də heyvanlarını sahədən gətirib tövləyə salmışdır. 16 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində tövləyə gedib heyvanlara baxan zaman bir baş qoyunun bir aylıq balası ilə və bir baş bir aylıq quzunun olmadığını aşkar etmişdir. O, yenə də heyvanları özü axtarmağa başlasa da heyvanları tapa bilməmiş və heyvanların yenə də naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını hesab etmişdir. Lakin, həmin vaxt onun şəxsi işləri olduğu üçün o, bu baradə polisə şikayət verməmişdir. O, 06 fevral 2024cü il tarixdə şəxsi işlərini həll edib qurtardıqdan sonra heyvanların oğurlanması barədə Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. 2023-cü ilin dekabr ayının 26-dan 27-ə keçən gecə oğurlanmış heyvanlarından bir başının dəyəri 150 manat dəyərində, bir aylıq, dişi cinsli, diri çəkisi 11 kiloqram olmuş, digərinin isə dəyəri 200 manat, iki aylıq, erkək cinsli, diri çəksı 21 kiloqram olmuşdur. 2024-cü ilin yanvar ayının 15-dən 16-a keçən isə oğurlanmış heyvanlarından bir başının dəyəri 400 manat, iki yaşlı, dişi cinsli, diri çəkisi 55 kiloqram, digəri 100 manat dəyərində, 15 günlük, erkək cinsli, diri çəkisi 8 kiloqram olmuşdur. Bu heyvanlar ana-bala olmuşlar. Digər quzu isə 150 manat dəyərində, dişi cinsli, iki aylıq, diri çəkisi 12 kiloqram olmuşdur. Polis əməkdaşları onun heyvanlarını oğurlayan şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. İntizam və İlkin ona dəymiş maddi ziyanı tam ödəmişlər.Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdıqlarını, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödəniklməsini, təqsirləndirilən şəxslərdən tələb və şikayətlərinin olmamasını və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun özünə məxsus xırdabuynuzlu heyvanları vardır və həmin heyvanları evinin həyətindəki tövlədə bordaq şəraitində saxlayır. Axşamlar heyvanların yemini verib evə getmiş və səhər yenidən tövləyə gələrək heyvanların yemini və suyunu vermişdir. 27 avqust 2023-cü il tarixdə, axşam saatlarında həmişəki qaydada heyvanlarını tövləyə salmış və tövlənin qapısını bağlamışdır. 28 avqust 2023-cü il tarixdə, səhər saatlarında yenidən heyvanlara yem vermək üçün tövləyə getmiş və bu zaman tövlənin qapısının açıq olduğunu görmüş, dərhal tövləyə daxil olub heyvanları saymağa başlamışdır. Bu zaman o, heyvanlardan iki başının yerində olmadığını görüb həmin heyvanların oğurlandığını anlamışdır. O, polisə şikayət etmədən heyvanları özü axtarmağı qərarlaşdırmış və bundan sonra heyvanları axtarmağa başlamışdır. Lakin onun axtarışları hər hansı nəticə verməmiş və o, heyvanları tapmamışdır. Buna görə də 06 fevral 2024-cü il tarixdə o, Beyləqan rayon polis şöbəsinə gedərək heyvanların oğurlanması barədə şikayət etmişdir. Araşdırma zamanı polis şöbəsində ona heyvanlarını həmkəndliləri Təqsirləndirilən şəxs1 və X1 oğurladığını bildirmişlər. Ona məxsus oğurlanmış heyvanların hər biri erkək cinsli, bozumtul rəngli, dörd aylıq, diri çəkisi 32 kiloqram, 250 manat dəyərində olmuşdur. Ona oğurluq nəticəsində ümumilikdə 500 manat maddi ziyan dəymişdir. İstintaq zamanı İntiqam və İlkin onun heyvanlarını oğurladıqlarını etiraf etmişlər. Təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tam ödəmişlər, onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödəmələrini, təqsirləndirilən şəxslərdən tələb və şikayətlərinin olmamasını və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, özünə məxsus bir baş xırdabuynuzlu və altı baş iribuynuzlu heyvanlarını yaşadığı evin həyətində yerləşən tövlədə saxlamışdır. 21 iyul 2023-cü il tarixdə iri burnuzlu heyvanları həyətə mıxlamış, bir baş xırdabuynuzlu heyvanı isə yaşadığı evin həyətində yerləşən mişar daşıyla hörülmüş tövləyə salmışdır. O, xırdabuynuzlu heyvan saxlamamış, həmin heyvanı həmin ərəfələrdə mal-qara bazırdan 250 manata almışdır. O, 22 iyul 2023-cü il tarixdə səhər saatlarında heyvanları yemləmək üçün getmiş, tövləyə gedən zaman bir baş xırdabuynuzlu heyvanın yerində olmadığını və tövlənin ətrafına baxan zaman tövlənin pəncərəsində ayaq izlərinin olduğunu aşkar etmişdir. O, əvvəlcə bir baş heyvan olduğu üçün polisə şikayət etmək istəməmişdir. Lakin son dövrlərdə yaşadığı kənd ərazisində çoxlu oğurluq hadisələri olduğunu eşitdiyi üçün həyətində baş vermiş oğurluq barədə 07 fevral 2024-cü il tarixdə polisə ərizə ilə müraciət etmişdir. Ona məxsus oğurlanmış bir baş xırdabuynuzlu heyvan dişi cinsli, bir yaşlı, diri çəkisi 35 kilorqam olmuşdur. Araşdırma aparıldıqdan sonra polis şöbəsindən ona həyətindən oğurluq edən şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu demişlər. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Onlardan şikayət vətələbi yoxdur.Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödəmələrini, təqsirləndirilən şəxslərdən tələb və şikayətlərinin olmamasını və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 09 fevral 2024-cü il tarixdə ona məxsus iki baş xırdabuynuzlu heyvanın oğurlanması barədə Beyləqan rayon Polis Şöbəsinə şikayət etmişdir. Onun özünə məxsus olan 11 baş xırdabuynuzlu heyvanı olmuşdur. O, heyvanlarını Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan tövlədə saxlamış və həyətdə də yemləmişdir. 2023-cü ilin avqust ayında anası Yetər Mehdiyevəm ürəyində olan xəstəliyə görə müalicə almaq üçün Bakı şəhərinə aparmışdır. Bundan sonra mütəmadi olaraq Bakı şəhərinə getmişdir. 19 sentyabr 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanaraq Bakı şəhərinə getməyə hazırlaşmışdır. Yuxudan oyanıb heyvanları saydıqda 2 baş xırdabuynuzlu heyvanın yerində olmadığını görmüşdür. O, heyvanın oğurlandığını düşünmüş, lakin Bakı şəhərinə getdiyi üçün bu barədə şikayət etməmişdir. 20 oktyabr 2023-cü il tarixdə də səhər saatlarında tövləyə daxil olduqda 3 baş xırdabuynuzlu heyvanın da yerində olmadığını görmüşdür. O, heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını düşünmüşdür. Lakin,o, yenə də sənədləşdirmə işinin uzun olacağını düşünüb anasının yanına tez-tez getdiyi üçün bu barədə şikayət etməmişdir. O, 09 fevral 2024-cü il tarixdə anası müayinə olunub sağaldıqdan sonra Beyləqan rayonuna gəlib bu barədə Beyləqan rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət edərək heyvanlarını həmkəndliləri Təqsirləndirilən şəxs1 və X1 oğurladığını bildirmişdilər. Ona məxsus oğurlanan heyvanların ikisi dişi cinsli, 2 yaşlı, boz rəngli, diri çəkisi təxminən 50 kiloqram, hər biri 350 manat dəyərində olan xırdabuynuzlu heyvan olmuş, heyvanların digər ikisi isə erkək cinsli, qırmızımtıl rəngli, 4 aylıq, diri çəkisi 35 kiloqram, 250 manat dəyərində olan xırdabuynuzlu heyvan olmuş, digər bir baş heyvanı isə 8 aylıq, 60 kiloqram çəkisi olan, erkək cinsli, 300 manat dəyərində xırdabuynuzlu heyvan olmuşdur. Oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödədiklərindən şikayətçi deyildir və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu Şərq qəsəbəsində yaşadığı evin həyətində xırdabuynuzlu heyvanlar saxlayır. 13 iyul 2022-ci il tarixdə, saat 20 radələrində heyvanları yemləyib suyunu vermiş və sonra yaşadığı evə gedib yemək yemişdir. Həmin gün saat 24 radələrində yuxuya getmişdir. 14 iyul 2022-ci il tarixdə, saat 06 radələrində o, yuxudan durub heyvanları yemləmək üçün getmişdir. Tövlənin qapısını açıb tövləyə daxil olduqdan sonra heyvanlardan bir neçəsini görməmişdir. Buna görə də heyvanları saymış və keçən gecə axşam tövləyə saldığı 57 baş heyvandan 54 baş heyvan qaldığını, yəni 3 baş xırdabuynuzlu heyvanının oğurlandığını aşkar etmişdir. O, dərhal Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edib yaşadığı evin həyətində yerləşən tövlədən üç baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat vermişdir. Oğurlanmış üç baş xırdabuynuzlu heyvanlar təxminən 8-9 aylıq olmuşdur, onlardan ikisi erkək cinsli, biri dişi cinsli olmuşdur. Ona məxsus heyvanların birinin qiyməti təxminən 250 manat olmuş, ona 750 manat maddi ziyan dəymişdir. 2024cü ilin fevral ayının 13-də ona polis şöbəsindən zəng olunaraq heyvanlarını oğurlayan şəxslərin müəyyən edildiyi, həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu bildirilmişdir. Həmin şəxslər onun heyvanlarını oğurladıqlarını etiraf etmişlər. Ona dəymiş 750 manat maddi ziyan həmin şəxslər tərəfindən tamamilə ödənilmişdir. O, İlkin və İntizamla barışmış, onlardan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödəmələrini, təqsirləndirilən şəxslərdən tələb və şikayətlərinin olmamasını və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, onun Beyləqan rayonu, Şərq qəsəbəsində yerləşən ferması vardır. O, həmin fermada üç baş iribuynuzlu və 10 baş xırdabuynuzlu heyvan saxlamışdır. 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində xırdabuynuzlu heyvanları tövləyə aparmışdır. O, iribuynuzlu heyvanları mıxçasına bağlamış, xırdabuynuzlu heyvanları isə qamışdan tikilmiş tövləyə salıb ağzını bağlamış və özü də gecələmək üçün Şərq qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. O, on baş xırdabuynuzlu heyvanların üç başı yeni doğduğu üçün ayrı tövləyə, yeddi başını isə digər tövləyə salmışdır. O, 27 oktyabr 2023-cü il tarixdə səhər saatlarında yuxudan yanıb fermaya getmiş və heyvanları açıb otarmaq istəmişdir. Fermaya gedən zaman yeddi baş heyvanın olduğu tövlənin qapısının açıq olduğunu görmüşdür. Tövləyə daxil olub heyvanların tövlədə olmadığını görmüş, əvvəlcə oğurlandığını düşünmüşdür. Heyvanların açılaraq gedib-getmədiyini yoxlamaq üçün axtarmağa başlamış və axtaran zaman iki baş qoyunu otlaq sahəsindən tapmışdır. Nə qədər axtarsa da beş baş qoyunu tapa bilməmiş və oğurlandığından əmin olub bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurlanmış heyvanların dörd ədədi boğaz olmuş, birinin isə qarnında balası olmuşdur. Boğaz heyvanlardan biri qumral rəngli, üçü boz rəngli, biri isə qırmızımtıl rəngli olmuşdur. Heyvanların hər birinin diri çəkisi 35 kiloqram çəkidə olmuşdur. Boz rəngli heyvanlardan biri altı yaşında, qalan dördü heyvanı isə dörd yaşında olmuşdur. Heyvanların hər birinin qiyməti 450 manat olmuş, ona ümumilikdə 2250 manat maddi ziyan dəymişdir. 2024-cü ilin fevral ayının ortalarında polis şöbəsindən ona zəng olunaraq heyvanlarını oğurlayan şəxslərin müəyyən olunduğunu, gəlib bu barədə ifadə verməsini bildirmişlər. Ona heyvanlarını oğurlayan şəxslərin X2 və Təqsirləndirilən şəxs1 olduğunu bildirmişlər. İntizam və İlkin ona dəymiş maddi ziyanı tam şəkildə ödədikləri üçün onun həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödəmələrini, təqsirləndirilən şəxslərdən tələb və şikayətlərinin olmamasını və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, özünə məxsus xırdabuynuzlu və iribuynuzlu heyvanlarını yaşadığı evin həyətində yerləşən tövlədə saxlamışdır. Dişi heyvanlardan bır neçəsi boğaz olmuşdur. Hava şəraiti ilə əlaqədar olaraq o, heyvanları tövlədən çıxarmadığını bildirmişdir. Lakin o, axşam düşən zaman heyvanları tövlədən çıxararaq evinin yaxınlığında yerləşən otlaq sahəsində otarıb yenidən tövləyə salmışdır. O, 12 yanvar 2024-cü il tarixdə axşam tərəfi heyvanları yenidən həmin otlaq sahəsinə açıb boşlamış, heyvanlar bir qədər otlayandan sonra yenidən tövləyə salmışdır. 13 yanvar 2024-cü il tarixdə, saat 08 radələrində o, heyvanlara baxmaq üçün tövləyə getmiş, heyvanlara baxan zaman boğaz qoyunlarından iki başının yerində olmadığını görmüşdür. O, bu barədə ərizə ilə Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Onun oğurlanan heyvanlarının hər biri dişi cinsli, boğaz, iki yaşlı, diri çəkiləri 40 kiloqram, 700 manat dəyərində olmuşdur. Bundan bir neçə gün sonra 27 yanvar 2024-cü il tarixdə o, heyvanları axşam tövlədə yemləyib evə getmişdir. O, 28 yanvar 2024-cü il tarixdə səhər saatlarında yuxudan durduqdan sonra tövləyə getmiş, heyvanlarını sayan zaman heyvanlardan birinin yerində olmadığını görmüşdür. O, heyvanları nəzərdən keçirdikdən sonra ona məxsus bir baş, dişi cinsli, boğaz, iki yaşlı, diri çəkisi 30 kiloqram olan xırdabuynuzlu heyvanın oğurlandığını müəyyən etmişdir. O, bu barədə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, heyvanlar mütəmadi olaraq oğurlandığı üçün gecələr yuxudan durub gedib tövləyə baxmışdır. 04 fevral 2024-cü il tarixdə saat 03:30- da o, yenə də heyvanlara baxmaq üçün həyətə çıxmış, həyətdə olan zaman məhəllədə maşın səsi eşitmişdir. Maşının qazanı cırıq olduğu üçün səsi möhkəm xor-xorlu gəlmişdir. O, bir neçə dəqiqə sonra bir nəfər şəxsin evinin həyətinin hasarından aşdığını görmüşdür. O, həmin şəxs onu görməsin deyə həyətdə gizlənmişdir. O, qaranlıq olduğu üçün ilk olaraq həmin şəxsin üzünü görüb tanıya bilməmişdir. Həmin şəxs hasardan aşdıqdan sonra hasarın yanında yerləşən tövlənin qapısını açıb tövləyə daxil olmaq istəmiş, bu zaman o, həmin şəxsə səs edərək kimliyini soruşmuşdur. Həmin şəxs onu görüb həyətdən qaçmağa başlamışdır. O, həmin şəxsin həmkəndlisi İlkin olduğunu görmüşdür. İlkin hasardan aşıb qaçmağa başlamışdır. O, həyətdən çıxan zaman İlkinin evdən xeyli uzaqlaşdığını görmüşdür. İlkin onun yaşadığı evin yaxınlığından keçən avtomobil yolunu keçib yolun digər tərəfinə keçmişdir. Bundan sonra o, evin həyətində olan dayısının oğlu Şahid1 məxsus “Xəzər” markalı avtomobillə həmin yola çıxmışdır. O, yola çıxan zaman bir maşının kəndə yaxınlaşdığını görmüşdür. Həmin maşının səsi onun həyətinə oğurluq üçün girmiş İlkini düşürən maşının səsinə oxşadığı üçün həmin maşın istiqamətində getmişdir. Maşına çatdıqda maşının “Vaz 21015" markalı olduğunu, maşını idarə edən şəxsin isə həmkəndlisi Təqsirləndirilən şəxs2 olduğunu görmüşdür. Bundan sonra bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları araşdırma apardıqdan sonra ona məxsus üç baş xırdabuynuzlu heyvanları da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqlarını bildirmişlər. Ona məxsus oğurlanmış heyvanların hər biri 700 manat dəyərində olmuşdur. Ona ümumilikdə 2100 manat maddi ziyan dəymişdir. 04 fevral 2024-cü il tarixdə İlkingil onun həyətində yerləşən tövlədən oğurluğa gələn zaman tövlədə qalan heyvanların hər biri dişi cinsli, iki yaş, boğaz, diri çəkisi 40 kiloqram olan 700 manat dəyərində heyvanlar olmuşdur. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödəməmişlər. Bununla əlaqədar mülki iddia vermişdir. Mülki iddianın təmin edilməsini, ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bibisi oğludur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da tanıyır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 04 fevral 2024-cü il tarixdə, saat 04 radələrində Allahverdi ona zəng edərək həyətinə həmkənliləri İlkin adlı şəxsin oğurluğa girdiyini, onu görüb qaçdığını və avtomobilinin xarab olduğu üçün onların arxasınca gedə bilmədiyini bildirib ondan özünə məxsus avtomobillə gəlməsini xahiş etmişdir. O da özünə məxsus “Khazar” markalı, 99-RC- 422 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb Allahhverdinin dediyi istiqamətdə getmişdir. Allahverdınin yanına çatdıqdan sonra avtomobilə əyləşmiş və onlar birlikdə hərəkət etmişlər. Onlar bıraz sonra qarşıda “Vaz 21015" markalı” bir avtomobilin dayandığını görüb yaxınlaşmış və avtomobilin salonunda Təqsirləndirilən şəxs2 olduğunu görmüşlər. Qaçan şəxsin isə İlkin olduğu məlum olmuşdur. Bundan sonra Allahverdi polisə zəng edərək həyətinə oğurluq üçün girilməsi barədə məlumat vermiş, o da oradan çıxıb yaşadığı evə getmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, onun xırda fərdi təsərrüfatı vardır. O, xırdabuynuyzlu heyvanları alaraq həyətində saxlayıb kökəltdiyini və bir müddət sonra baha qiymətə satıb xeyir götürdüyünü bildirmişdir. Bundan başqa həyətində də bir neçə baş doğar xırdabuynuzlu heyvan saxlayır. Təqsirləndirilən şəxs2 qonşu kənd sakini kimi tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. İntizamla aralarında hər hansı tanışlıq yoxdur. İntizam onu tanımır, o da sadəcə İntizamın adını bilir, aralarında heç bir münasibət yoxdur. 19 sentyabr 2023-cü il tarixdə səhərə yaxın İmişli rayonu ərazisində yerləşən malqara bazarında olarkən Təqsirləndirilən şəxs2 bazarda iki baş xırdabuynuzlu heyvan satdığını görüb ona yaxınlaşmış, heyvanların dişi cinsli olduğunu görmüşdür. O, heyvanları yoxlayan zaman heyvanların cavan olduğunu, təxminən iki yaşlarında olduğunu görüb onları alıb saxlamaq qərarına gəlmişdir. O, İntizamdan həmin heyvanları neçəyə satdığını, hara heyvanları olmasını soruşmuş, İntizam həmin heyvanların özünə məxsus olduğunu, Beyləqan rayonunda saxldadığını bildirib heyvanların saxlanmağa yararlı olduğunu, cavan olduqlarını bildirmişdir. İntizam həmin heyvanların ikisi üçün 560 manata razılaşmışlar. Heyvanları aldıqdan sonra aparıb həyətində saxlamış və qulluq etməyə başlamışdır. Bir neçə aydan sonra həmin heyvanlar doğmuş, o, yanında bala onları daha da baha satacağını düşünüb həmin heyvanları Beyləqan rayon mal-qara bazarına aparıb 2024-cü ilin fevral ayının əvvəllərində birini 400 manata tanımadığı, özünü Ağcabədi rayonu sakini kimi təqdim edən şəxsə satmışdır. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, O, Beyləqan şəhərindəki Olimpiya Kompleksinin qarşısında çayxanada işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, Beyləqan rayon malqara bazarında olmamış, quzu almaq fikrində olmamış, Təqsirləndirilən şəxs2 hər hansı bir vaxtda, eləcə də 22 iyul 2023-cü il tarixdə qoyun heyvanı almamışdır. Təxminən 2024-cü ilin mart ayında polis şöbəsinə çağırılmış, 3 nömrəli sovxozdan oğurluq olduğunu bildirmişlər. Ona bir sənədə imza etdirmişlər, lakin səbəbini bilməmişdir. Ona təqdim olunmuş ifadəsi kimi yazılmış vərəqlərin ikisində imza ona məxsus deyildir, kim tərəfindən icra edildiyini bilmir. Təqsirləndirilən şəxs2 bir ədəd xırda buynuzlu heyvan alıb qəssablardan birində kəsdirib ətini evə aparmaq barədə ifadə verməmiş, həmin ifadə onun adından düzgün olmayaraq yazılmışdır. Ümumiyyətlə İntizamı tanımamış və ondan heyvan almamışdır. İş materiallarına əlavə edilmiş “Kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji” 29 fevral 2024-cü il tarixli, 559 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən onda yüngül dərəcəli əqli gerilik lal-kar şəxsdə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlarıidarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 onda qeyd olunan “yüngül dərəcəli əqli gerilik” nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onda qeyd olunan davranış pozuntuları ilə əlaqədar hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Eyni zamanda qeyd edilməlidir ki. Təqsirləndirilən şəxs1 onda qeyd olunan “yüngül dərəcəli əqli gerilik” nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onda qeyd olunan davranış pozuntuları ilə əlaqədar hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1 -ci maddəsi tətbiq edilə bilər. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olsa da, yüngül əqli geri olmasına görə öz hərəkətlərini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixiemosional haləında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 psixoloji vəziyyətində hər hansı gərginlik halı müşahidə edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 mart 2024-cü il tarixli 9/1381 saylı rəyindən görünür ki, -Dişi cinsli, bir yaşlı, diri çəkisi 35 kiloqram olan xırdabuynuzlu heyvan - 260manat, -Hər biri erkək cinsli, dörd aylıq, diri çəkisi 32 kiloqram olan xırdabuynuzlu heyvanlar - 2x 285- 570.00 manat, -Hər biri dişi cinsli, iki yaşlı, diri çəkisi 50 kiloqram olan xırdabuynuzlu heyvanlar - 2x 375- 750.00 manat -Hər biri erkək cinsli, diri çəkisi 35 kiloqram olan dörd aylıq xırdabuynuzlu heyvanlar - 2 x 300- 600.00 manat. erkək cinsli, səkkiz aylıq diri çəkisi 60 kiloqram olan xırdabuynuzlu heyvan -510 manat -Dişi cinsli, iki yaşlı, diri çəkisi 55 kiloqram olan ana qoyunun erkək cinsli, 15 günlük, diri çəkisi 8 kiloqram olan bir yaş quzusu ilə birlikdə iki baş xırdabuynuzlu heyvanlar -2 x 480.00 - 960 manat İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətidir. Zərərçəkmiş şəxs1 həyəti mişar daşlarından hörülmüş hasarla əhatələnmişdir. Evin arxa hissəsində tövlə yerləşir. Həyətdə daxil olduqda qoyunların saxlanması üçün tövlə vardır. Tövlə mişar daşından inşa edilmişdir, qapısı taxta materialdandır. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətidir. Zərərçəkmiş şəxs4 yaşadığı ev qəsəbənin kənarından keçən torpaq yolun kənarındadır. Evin həyətyanı sahəsinin girişində yaşıl rəngli dəmir materialdan hazırlanmış darvaza vardır. Həyətə daxil olduqda ön hissədə ev yerləşir. Evin sağ hissəsində həyətin ortasında tövlə vardır. Tövlə metal torla və qamışla əhatələnmişdir. Tövlənin kənarlarına rəngli sellofan çəkilmişdir. Zərərçəkmiş şəxs4 oğurluğun yay aylarında törədildiyini, həmin vaxt tövlənin sadəcə metal torla əhatələnmiş vəziyyətdə olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətidir. Həyətin kənarları mişar daşından inşa edilmiş hasarla əhatələnmişdir. Həyətin sağ və sol hissəsində ağaclar vardır. Həyətdə Zərərçəkmiş şəxs2 xırdabuynuzlu heyvanlarını saxladığı tövlə vardır. Tövlə mişar daşından inşa edilmişdir. Tövlənin önündə üzəri köhnə şiferlə örtülmüş çardaq yeləşmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında" 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətidir. Həyətin kənarları mişar daşından inşa edilmiş hasarla əhatələnmişdir. Həyətin girişində dəmir materialdan hazırlanmış qapı vardır. Həyətin sağ və sol hissəsində ağaclar vardır. Həyətdə Zərərçəkmiş şəxs2 xırdabuynuzlu heyvanlarını saxladığı tövlə vardır. Tövlə mişar daşından inşa edilmişdir. Tövlənin önündə üzəri köhnə şiferlə örtülmüş çardaq yeləşmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 04 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətidir. Həyətin kənarları mişar daşından inşa edilmiş hasarla əhatələnmişdir. Həyətin girişində dəmir materialdan hazırlanmış qapı vardır. Həyətin sağ və sol hissəsində ağaclar vardır. Həyətdə Zərərçəkmiş şəxs2 xırdabuynuzlu heyvanlarını saxladığı tövlə vardır. Tövlə mişar daşından inşa edilmişdir. Tövlənin önündə üzəri köhnə şiferlə örtülmüş çardaq yeləşmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 07 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətidir. Zərərçəkmiş şəxs5 yaşadığı ev qəsəbənin kənarından keçən torpaq yolun kənarında yerləşir. Həyətin kənarları metal torla əhatələnmişdir. Həyətin ön hissəsində mişar daşından inşa edilmiş tövlə vardır. Tövlə 9x18 metr ölçüdədir. Həyətin sol tərəfində mişar daşından inşa edilmiş yarımçıq tikili vardır. Tövlənin qapısı dəmir materialdan hazırlanmışdır. Tövlənin içərisində heyvanların yemlənməsi üçün xüsusi şərait yaradılmışdır. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan X7 yaşadığı evin həyətidir. Həyətdə bir mərtəbəli fərdi yaşayış evi vardır. Həyətin girişində yaşıl rəngli, dəmir materialdan hazırlanmış qapı vardır. Həyətin kənarları mişar daşından inşa edilmiş hasarla əhatələnmişdir. Həyətə daxil olduqda sağda ot bağları, solda əl damı vardır. Həyətin girişindən 10 metr məsafədə, evdən 7 metr uzaqlıqda sement ilə suvanmış tövlə vardır. Tövlənin iki ədəd pəncərəsi vardır. Tövlənin arxa hissəsində bir ədəd dəmir materialdan hazırlanmış qapısı vardır. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 14 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətidir. Həyətin kənarları metal torla əhatələnmişdir. Həyətə daxil olduqda Zərərçəkmiş şəxs6 xırdabuynuzlu heyvanlarını saxladığı tövlə vardır. Tövlənin ətrafı metal torla əhatələnmişdir. Tövlənin üzəri köhnə şiferlə örtülmüşdür. Tövlənin qapısı taxta materialdandır. İş materiallarına əlavə edilmiş “Baxış aparılması haqqında” 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus fermanın həyətidir. Fermanın ətrafı otlaq sahələridir. Ferma bir otaqlı evdən, qamışdan hazırlanmış və ətrafı metal torla əhatələnmiş tövlələrdən ibarətdir. Zərərçəkmiş şəxs3 xırdabuynuzlu heyvanlarının qamışdan hazırlanmış tövlədən oğurlandığını bildirmişdir. Qamışdan hazırlanmış tövlənin girişində dəmir materialdan hazırlanmış qapısı varıdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslərin etirafları ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxslərə məxsus əmlakı təkrar oğurlayaraq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaları kifayət qədər sübuta yetmişdir. Məhkəmədə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 verdiyi mülki iddiasını müdafiə etmiş, oğurlanmış 3baş xırda buynuzlu heyvanların hər birinə görə 700 manat, cəmi 2100 manat ziyan tələb etmişdir. İbtidai istintaq orqanı da ona 3 baş xırda buynuzlu heyvana görə 2100 manat ziyan vurulması qənaətinə gəlmişdir. Lakin müstəntiq tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın rəyinə əsasən Zərərçəkmiş şəxs2 oğurlanmış 2 baş xırda buynuzlu heyvanların hər dəyəri 340 manat olmaqla 680 manat, bir baş xırda buynuzlu heyvanın dəyəri isə 270 manat olmaqla ümumilikdə ona 950 manat ziyan dəyməsi müəyyən edilmişdir. Lakin ibtidai istintaq orqanı həmin rəyi deyil, zərərçəkmişin fikrini əsas götürmüşdür. Bununla da yanlış nəticəyə gəlmişdir. Çünki 3 baş xırda buynuzlu heyvanın dəyərinin 2100 manat olması inandırıcı deyildir. Ona görə də məhkəmə ekspertiza rəyini əsas götürərək 3 baş xırdabuynuzlu heyvana görə ziyanın 950 manat dəyərində müəyyən edilməsini əsaslı hesab edir. Ona görə də, Zərərçəkmiş şəxs2 mülki iddiası qismən, yəni 950 manat məbləğində təmin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon, Şərq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika informasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışması və həmin zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon, Şərq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X4 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X4 xəstə olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışması və həmin zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X4 hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 12 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 29,177.2.2, 29,177 2.3, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 16 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onların şəxsiyyətini, ailə vəziyyətini, əməllərindən səmimi peşimançılıq çəkmələrini, nəzərə almaqla onlara Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməlini törətmələrinə görə, həmin maddələrin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. iş üzrə Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dan vurulmuş ziyana görə 950 (doqquz yüz əlli)manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınıb Zərərçəkmiş şəxs2 verilməli, Zərərçəkmiş şəxs2 tərəfindən ödənilmiş 11 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 50 (əlli) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməsi təklif edilən əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02(iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dan vurulmuş ziyana görə 950 (doqquz yüz əlli)manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınıb Zərərçəkmiş şəxs2 verilsin. Zərərçəkmiş şəxs2 tərəfindən ödənilmiş 11 manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 50 (əlli) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 43 (qırx üç) saat üçün 258 (iki yüz əlli səkkiz) manat Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat üçün 180 (yüz səksən) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X10 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməsi təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar