Məhkəmə qərarları › İş №1(020)-37/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-37/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-37/2025 09.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 avqust 2005-ci ildə Beyləqan rayonu Bünyadlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonu Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayan, Beyləqan Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qərarı ilə əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmaqla barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 27 mart 2025-ci il tarixdən həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində aralarında yaş fərqi iki ildən artıq olan xx xxxxxxxx 2010-cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən fərdi yaşayış evində paltarlarını soyunaraq Zərərçəkmiş şəxs razılığı ilə özünün cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə bir neçə dəfə salıb çıxararaq cinsi ehtirasını təmin etməklə arxa keçəcək dəliyi vasitəsilə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmiş, daha sonra 2024-cü ilin noyabr ayının əvvəllərində, axşam saat 01 radələrində aralarında yaş fərqi iki ildən artıq olan xx xxxxxxxx 2010-cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən evin yaxınlığından keçən su kanalının yanında paltarlarını soyunaraq Zərərçəkmiş şəxs razılığı ilə özünün cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına bir neçə dəfə salıb çıxararaq sonuncu ilə cinsi əlaqədə olmuş, beləliklə o xx xxxxxxxx 2010-cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmiş və onunla cinsi əlaqədə olmuşdur. Məhkəmədə iclasında təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, özü rəsmi olaraq heç bir yerdə işləmir. Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs ilə həmkəndlidir, aralarında ədavət və düşmənçilik yoxdur. 2024-cü ilin oktyabr ayının ortalarında bibisi oğlu Şahid2 ilə telefonda danışan zaman Dünyamin ona qonşuluğunda Aynurə adlı qız olduğunu və onunla danışdığını bildirmişdir. O, Dünyaminə Aynurə ilə özünün də danışmaq istədiyini demişdir. Dünyamin onun nömrəsini Aynurəyə vermək istədiyini demiş və o razılaşmışdır. Həmin gün Aynurə Whatsapp sosial şəbəkəsində ona mesaj yazmışdır. O Aynurə ilə yazışmağa başlamışdır. Həmin gün bir neçə saat yazışdıqdan sonra o Aynurəyə görüşməyi təklif etmiş və Aynurə razılaşmışdır. Səhəri gün, yəni oktyabr ayının 16-da, saat 14 radələrində Aynurə ona mesaj yazaraq yaşadığı evdə tək olduğunu demiş və onu görüşmək üçün yaşadığı evə çağırmışdır. O razılaşmış və evdən çıxaraq onun yaşadığı evə getmişdir. O evə çatıb gizlincə evə daxil olmuşdur. Bir neçə dəqiqə söhbət etdikdən sonra cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Aynurə əynində olan paltarlarını çıxardaraq lüt soyunmuş, o özü də lüt soyunmuşdur. Sonra Aynurə üzü üstə çarpayının üstünə uzanmış və onlar qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Sonra o paltarını geyinib sağollaşıb çıxıb getmişdir. Sonra onlar yenə yazışmağa davam etmişlər. Bundan sonra noyabr ayının əvvəllərində o yenə də Aynurə ilə görüşmək istəmiş və Tiktokda Aynurəyə mesaj yazaraq görüşmək istədiyini bildirmişdir. Aynurə razılaşmış və yaşadığı evin yaxınlığından axan kanalın yanında görüşməyi təklif etmişdir. O Aynurənin təklifi ilə razılaşmışdır. Həmin gün gecə saat 01 radələrində Aynurənin yaşadığı evin yaxınlığından axan kanalın yanında Aynurə ilə görüşmüşdür. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra yenə də cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Hər ikisi də paltarlarını soyunmuşlar. Aynurə ona qız uşağı olmadığını bildirmişdir. Buna görə də o Aynurəyə təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Aynurə onunla razılaşmış və onlar ilə təbbi yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra onlar bir daha Aynurə ilə danışmamış və görüşməmişlər. Bundan başqa Aynurə ilə nə təbii, nədə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Aynurə ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olan zaman onun yaşının az olduğunu bilmişdir. Lakin o Aynurənin dəqiq neçə yaşının olduğunu bilməmişdir. Aynurə özü ona mesaj yazıb tanış olmuş, Aynurənin onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olması üçün ona fiziki zor tətbiq etməmiş, onu qorxutmamışdır. Aynurə hər dəfə özü könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. Əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, Bünyadlı kənd orta məktəbində oxuyur. Təqsirləndirilən şəxs tanıyır, onlar həmkəndlidirlər, aralarında ədavət və düşmənçilikləri yoxdur. Qonşusu Şahid2 2024-cü ilin oktyabr ayının ortalarında Tiktok sosial şəbəkəsində ona mesaj yazaraq onunla tanış olmaq istədiyini bildirmişdir. O Dünyaminlə razılaşmış və danışmağa başlamışlar. Bir müddət sonra Dünyamin dayısı oğlu Ömərin onu bəyəndiyini bildirmişdir. O, Dünyamindən Ömərin nömrəsini istəmiş və Dünyamin Ömərin nömrəsini ona vermişdir. Həmin gün o, Whatsapp sosial şəbəkəsində Ömərə mesaj yazmış və danışmağa başlamışlar. Onlar bir neçə saat yazışdıqdan sonra Ömər onunla görüşməyi təklif etmiş və o razılaşmışdır. Səhəri gün, yəni oktyabr ayının 16-da valideynləri toya getmişlər və o yaşadığı evdə tək qalmışdır. Saat 14 radələrində o, Ömərə mesaj yazaraq evdə tək olduğunu demiş və onu görüşmək üçün yaşadığı evə çağırmışdır. Ömər bir neçə dəqiqə sonra onun yaşadığı evə gəlmişdir. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Ömər əynində olan paltarlarını çıxararaq lüt soyunmuşdur. Bu zaman o da paltarlarını çıxararaq lüt soyunmuşdur. O Ömərlə qeyri -təbii yolla cinsi əlaqədə olmuşdur. Sonra Ömər paltarını geyinib sağollaşıb çıxıb getmişdir. Sonra onlar yenə yazışmağa davam etmişlər. Noyabr ayının əvvəllərində Ömər yenə də ona Tiktokda mesaj yazmış və Ömərə yenidən yazışmağa başlamışdır. Söhbət zamanı Ömər yenə də onunla görüşmək istədiyini bildirmişdir. O Ömərə yaşadığı evin yaxınlığından axan kanalın yanında görüşməyi təklif etmişdir. Həmin gün gecə saat 01 radələrində yaşadığı evin yaxınlığından axan kanalın yanında Ömərlə görüşmüşdür. Bir neçə dəqiqə söhbət etdikdən sonra cinsi əlaqədə olmaq qərarına gəlmişlər. O, Ömərə bakirə olmadığını bildirib təbii yolla cinsi əlaqədə ola biləcəklərini demişdir. O, Ömərlə 4-5 dəqiqə təbii yolla cinsi əlqədə olmuşdur. Sonra Ömər paltarını geyinib onunla sağollaşıb çıxıb getmişdir. Bundan sonra onlar bir daha Ömərlə danışmamış və görüşməmişlər. Valideynləri onun oğlanlara görüşdüyünü bildiyindən evdə mübahisələri olmuşdur. Buna görə də 24 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində o paltarlarını yığıb və şəxsiyyət vəsiqəsini götürüb evdən çıxmışdır. O, tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhəri ərazisində 20 yanvar metrosu yaxınlığında avtomobildən düşüb orada olan gözəllik salonlarından birinə yaxınlaşıb iş axtardığını demişdir. Orada onun yaşını soruşmuşlar və o 14 yaşı olduğunu bildirmişdir. Bu zaman orada olan Vəfa adlı qadın valideynlərinə zəng edib Bakı şəhərində olduğunu bildirmişdir. Sonra həmin Vəfa adlı qadın onu öz avtomobili ilə Beyləqan rayonuna gətirmişdir. Bundan sonra o Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs və digər şəxslərin ona qarşı etdikləri seksual xarakterli hərəkət, onunla qeyri-təbii və təbii yolla cinsi əlaqədə olmaları barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman 14 yaşı tamam olmuşdur. Ömər onun azyaşlı olduğunu bilmişdir. Cinsi əlaqədə olmanın mahiyyətini və mənasını dərk edir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs ondan üzr istəmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir, onunla arasında ədavət və düşmənçilik yoxdur. 2024-cü ilin oktyabr ayının ortalarında Tiktok sosial şəbəkəsində Aynurənin profili qarşısına çıxmışdır. O, Aynurəyə mesaj yazaraq stiker göndərmişdir. Aynurə ona cavab yazmış və o Aynurəyə onunla tanış olmaq istədiyini bildirmişdir. Onlar bir az danışdıqdan sonra bir-birinə şəkillər göndərmişlər. O Aynurənin ona göndərdiyi şəklini gördükdə onu tanımış və Aynurə də onu tanımışdır. Onlar söhbətinə davam etmiş və gün ərzində danışmışlar. O, bir neşə dəfə Aynurə ilə təbbi və qyri təbii yolla cinsi əlaqədə olmuşdur. O, dayısı oğlu Təqsirləndirilən şəxs ilə telefonda danışarkən Ömərə qonşuluqda Aynurə adlı qız olduğunu və onunla danışdığını bildirmişdir. Ömər də ona Aynurəylə danışmaq istədiyini demişdir. O, Ömərə nömrəsini Aynurəyə verməsini demiş və Ömər razılaşmışdır. Həmin gün o, Aynurəylə mesajlaşan zaman Aynurəyə onunla danışmaq istəmədiyini demiş və dayısı oğlu Ömərin onu sevdiyini bildirib onunla danışmağını Aynurəyə demişdir. Aynurə onunla razılaşmış və Ömərin nömrəsini ondan istəmişdir. O, Ömərin nömrəsini Aynurəyə vermiş və Aynurədən ayrılmışdır. əxminən oktyabr ayının axırlarında o yenə də Aynurə ilə görüşmək istəmişdir. Buna görə də o Aynurəyə mesaj yazmış və danışmağa başlamışlar. O Aynurəyə yenə də onunla görüşmək istədiyini bildirmiş və Aynurə razılaşmışdır. Həmin gün, saat 23 radələrində o yaşadığı evin həyətinin ayağında Aynurə ilə görüşmüşdür. Onlar Aynurə ilə görüşüb bir az söhbət etdikdən Sonra Aynurə ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra o yenə də Aynurəyə onunla danışmaq istəmədiyini demiş və bundan sonra onunla bir daha danışmamışlar. İş materillarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üçün səbəb və əsas Beyləqan rayonu, Bünyadlı kənd sakini Zərərçəkmiş şəxs 2024-cü ilin oktyabr ayının ortalarından 2024-cü ilin dekabr ayının əvvəllərinə qədər olan müddətdə həmkəndliləri Təqsirləndirilən şəxs, Şahid2, X5, X6, X1 və X3 ayrı-ayrı vaxtlarda yaşadıqları kənd ərazisində onunla təbii və qeyri-təbii yolla dəfələrlə cinsi əlaqədə olmaları barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 25 dekabr 2024-cü il tarixli ərizə əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materillarına əlavə edilmiş məhkəmə tibbi ekspertin 25 dekabr 2024-cü il tarixli, 861/24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Qızlıq pərdəsinin tamlığının pozulma müddəti 2 (iki) həftədən çoxdur. Zərərçəkmiş şəxs Bulud qızının arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyişiklik (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafındakı şüavari büküşlərin qismən hamarlaşması, selikli qişanın göyümtül-qırmızımtıl rəngdə olması) onun arxa keçəcək dəliyi vasitəsi ilə mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət ( o cümlədən fiziki qüvvə-zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmadı. İş materillarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli 133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təsvir olunmuş hadisələr dövründə ona qarşı törədilən əməlləri dərk etmiş, onları xatırlamaq və təsvir etmək qabiliyyətində olmuşdur. Həmin dövrdə Zərərçəkmiş şəxs öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçmədiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Zərərçəkmiş şəxs pxisi pozuntu aşkar olunmadığından onun psixiatrik müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs emosionallıq, nəticəsini düşünmədən davranmaq, səthilik, sərbəstliyə can atmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hazırki müayinə zamanı, onda yalan danışmağa meyillilik aşkar edilmədi. Zərərçəkmiş şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində adları qeyd edilmiş şəxslərlə cinsi əlaqədə olan zaman onlara müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. İş materillarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı evin ona məxsus yataq otağı, həmin evin həyətinin çıxışından axan kanalın yanı və həyətin çölündə yerləşən kiçik cığırdır. Həmin ərazi yaşayış evləri və torpaq sahəsi ilə əhatələnmişdir. Beləliklə, cinayət işinin məhkəmə iclasında araşdırılmış hallar ilə Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində aralarında yaş fərqi iki ildən artıq olan xx xxxxxxxx 2010-cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etməklə onunla cinsi əlaqədə olması kifayət qədər sübuta yetmişdir. Həmin hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətləri təkrar törətməsidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmişin 16 yaşına çatmayan şəxs olmaqla cinayətin onun cinsi toxunulmazlığı əleyhinə yönəlməsini, cəzasını ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə cəzanın məqsədinə nail olma baxımından həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, dövlət və yerli özünü idarəetmə orqanlarında hər hansı bir rəhbər və maddi məsul vəzifədə işləməmiş, biznes və sahibkarlıqla məşğul olmamışdır. Ona görə də məhkəmə ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2024-cü il tarixdə, saat 12:20 dəqiqədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 29 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və Beyləqan Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 18 mart 2025-ci il tarixli qərarı ilə Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 25 mart 2025-ci il tarixdən 25 may 2025-ci il tarixədək uzadılmışdır. Beyləqan rayon prokurorunun 19 mart 2025-ci il tarixli “Həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında vəsatətin təmin edilməsindən imtina edilməsi barədə” qərarı ilə 18 mart 2025-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında vəsatət təmin edilməmiş, 19 mart 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərarın icraya yönəldilməsinin başlanğıcı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitdiyi vaxtdan hesablanmışdır. Beyləqan RPŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdə Beyləqan rayon PŞ-nin MSY-dən azad olunmuşdur. Beləliklə Təqsirləndirilən şəxs 27 dekabr 2025-ci il tarixdən 27 mart 2025-ci il tarixədək, yəni 3 ay müddətində həbsdə saxlanılması müəyyən edilmişdir. Ona görə də ona azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 dekabr 2024-cü il tarixdən 27 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 3 ay müddətin hər bir günü 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablansın, üzərində qəti olaraq 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaq dövründə göstərdiyi hüquqi yardıma görə cəmi 14 (on dörd) saat üçün 154 (yüz əlli dörd) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. İşdə maddi sübut, mülki iddia və digər tələb yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar