Məhkəmə qərarları › İş №1(020)-38/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-38/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-38/2024 27.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2003-cü ildə Füzuli rayonu, Dilağarda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4(dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hal-hazırda cəza çəkən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 30 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən evinin qarşısına gələrək evin hasarına yaxınlaşmış, həmin hasarın üstündən keçib evin həyətinə qanunsuz daxil olaraq evin pəncərəsindən evə qanunsuz daxil olduqdan sonra evin Zərərçəkmiş şəxs məxsus yataq otağındakı saxlanc yeri hesab olunan paltar dolabının içərisində olan pul qabının içərisindən 130 manat və 0,955 manat ekvialentində 50 Rusiya rublu nağd pulunu, həmin dolabın içərisində olan sarı rəngli qızıl qutusunun içərisindən 180 manat dəyərində 01 ədəd Türkiyə istehsalı, 585 əyarlı sadə formalı qızıl qolbağını götürüb evə daxil olduğu pəncərədən bayıra çıxarmaqla Zərərçəkmiş şəxs qızma məxsus cəmi 310 manat dəyərində nağd pulunu və əmlakı və 0.955 manat ekivalentində 50 Rusiya rubulunu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs əvvəldən tanımış, həmin şəxslə arasında heç bir ədavət, düşmənçilik olmamışdır. Mənzərlə Beyləqan şəhəri, RTS qəsəbəsi ərazisində yerləşən kafedə işlədiyi vaxt tanış olmuşdur. Mənzər həmin kafedə ofisiant işləmişdir. Mənzər onun tanışı X5 ilə sevgilidir və qeyri-rəsmi olaraq birlikdə yaşayırlar. Səxavət Nuriyev müxtəlif vaxtlarda onunla bir yerdə işləmişdir. 5 ay əvvəl Səxavət hər dəfə 20 manat olmaqla 3 dəfə ondan pul almış və ona 60 manat borclu olmuşdur. Bundan əlavə fəhlə işlədiyi vaxtlardan da Səxavət onun 50 manat pulunu verməmiş, Səxavətin ona ümumilikdə 110 manat borcu yaranmışdır. O, bir neçə dəfə Səxavətdən pulunu istəsə də Səxavət onun pulunu verməmişdir. Buna görə də o, Səxavətdən pulunu ala bilmədiyi üçün Səxavətin evindən pulu oğurlamaq qərarına gəlmişdir. O, Səxavətin tez-tez Mənzərin yaşadığı evdə qaldığını bilmiş, özü də bir neçə dəfə Mənzərin yaşadığı evə getmiş və həmin evdə dəfələrlə Səxavətlə yemək yemişdir. Buna görə də o, həmin evə bələd olmuş və evin Səxavətə aid olduğunu düşünmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində o, Mənzərlə qonşuluqda yaşayan keçmiş qaynanası Leylanın evinə getmişdir. O, qayınanasının evində olan zaman Mənzərin azyaşlı qızı Fatimənin orada olmasını görmüşdür. O, Mənzərin gecə saatlarına qədər işdə olduğunu bildiyi üçün onun yaşadığı evin boş olduğunu bilmiş, qayınanasının yaşadığı evdən çıxdıqdan sonra Mənzərin yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Saat 23:30 radələrində o, Mənzərin yaşadığı evin hasarına yaxınlaşmış və küçədə heç kimin olmadığını görüb hasarın üstündən aşıb evin həyətinə daxil olmuş, pəncərəsinə yaxınlaşıb pəncərəyə çöl tərəfdən vurulmuş qoruyucu toru çıxarmış, daha sonra evin plastik materialdan olan pəncərəsini əli ilə vuraraq açmışdır. O, pəncərədən evə daxil olduqdan sonra qonaq otağına, oradan da yataq otağına daxil olmuşdur. Otağa daxil olduqdan sonra otaqda olan paltar dolabına yaxınlaşıb qapısını açmış və içərisinə baxmışdır. Dolabda olan paltarların arasından pul qabı tapmışdır. O pul qabını götürüb içərisinə baxmış və içərisində beş ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq pul və bir ədəd 50 rubl pul olduğunu görmüşdür. O, pulların hamısını götürüb cibinə qoymuşdur. Bundan sonra o, yenə də paltarların içərisinə baxmış və paltarların arasında qızıl qutusu görmüşdür. O, qutunu götürüb içərisinə baxmış və içərisində qızıl boyunbağı olduğunu görmüşdür. O, boyunbağını da götürüb cibinə qoymuşdur. Sonra o qutunu yerinə qoyub dolabın qapısını örtmüş, evə daxil olduğu pəncərədən çölə çıxıb pəncərəni bağlamış və qoruyucu toru yerinə taxmış, yenə də hasarın üstündən aşıb küçəyə keçib oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Oğurladığı pulu xərcləməmiş və qızıl boyunbağı ilə birlikdə üstündə gəzdirmişdir. 02 fevral 2024-cü il tarixdə o, yaşadığı küçədə olan zaman Beyləqan rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb araşdırma ilə bağlı izahat verməsi üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra o, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etdiyini etiraf etmiş və oğurladığı pullarla bir ədəd qızıl boyunbağını təhvil vermişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən 30 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində özü tək oğurluq etmiş, evdə olan yataq otağındakı dolabın içərisində olan pul qabının içərisindən beş ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 50 rubl pul, həmin dolabda olan qızıl qutusunun içərisindən isə təxmini çəkisi 2 qram olan qızıl boyunbağı oğurlamışdır. Oğurluq hadisəsini törətməkdə ona heç kim köməklik etməmişdir. Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməyi barədə heç kimə heç bir məlumat verməmişdir. Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs əvvəldən tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, 8 ay əvvəl X5 ilə Beyləqan rayonunda tanış olmuş, Səxavət ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. O, əvvəllər Beyləqan rayonu, RTS qəsəbəsində yerləşən kafedə ofisiant işləmiş və hər gün günoıta saat 12 radələrində işə gedir, gecə yarısı saat 00 radələrində işdən çıxaraq evə gəlmişdir. Beyləqan şəhəri. SM1) 4 qəsəbəsində yerləşən evdə 8 aydır ki, azyaşlı qızı X3 ilə birlikdə kirayə yaşamışdır. Həmin evi Səxavət onun üçün tapmışdır. Səxavət ara-sıra həmin evə gəlmiş və onunla birlikdə qalmışdır. 30 yanvar 2024-cü il tarixdə də o, günorta saat 12 radələrində işlədiyi kafeyə getmiş, gün ərzində işdə olmuşdur. Gecə saat 00 radələrində o, Səxavət ilə birlikdə evə getmişdir. Evin girişində Səxavət onu avtomobildən düşürmüş və yaşadığı evə getmişdir. Evin həyətinə daxil olmuş, qapını açdıqda dəhlizdə pəncərənin açıq olmasını və ona məxsus olan əşyaların yerdə olmasını görmüşdür. Həmin vaxt o, evə oğru girməsini başa düşüb dərhal Səxavətə zəng edib yanına gəlməsini bildirmişdir. Sonra o, evə daxil olub nəyin oğurlanmasını yoxlamışdır. Yataq otağına baxan zaman yataq otağında olan paltar dolabında paltarların arasında saxladığı pul qabına baxmış və pul qabının içərisində olan 130 manat və 50 rubl pulunun yerində olmamasını görmüşdür. Sonra o, dolabda paltarlarının arasında quluda saxladığı övladı X2 məxsus olan bir ədəd qızıl boyunbağının da yerində olmamasını aşkarlamışdır. Bir neçə dəqiqə sonra Səxavət yaşadığı evə gəlmişdir. Səxavət evə gəlib evdən oğurluq olduğunu gördükdə dərhal bu barədə polisə məlumat vermişdir. Sonra o, özü də yaşadığı evdən oğurluq olması barədə Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Bir neçə gün sonra yaşadığı evdən oğurluğu Təqsirləndirilən şəxs etdiyi müəyyən edilmişdir. 30 yanvar 2024- cü il tarixdə kirayədə yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən evdə yataq otağında olan paltar dolabında paltarların arasında saxladığı pul qabından 130 manat və 50 rubl pulu, həmin dolabda paltarlarının arasında qutuda saxladığı övladı X4ma məxsus olan bir ədəd qızıl boyunbağı oğurlanmışdır. Evə daxil olan şəxs evin həyətinə daxil olub, oradan pəncərəni açaraq əvvəlcə evin girişinə, sonra qonaq otağına, daha sonra isə yataq otağına daxil olaraq ona məxsus olan paltar dolabından 130 manat və 50 rubl pulu pul qabından, qızıl boyunbağını isə qızılı qoyduğu qutunun içərisindən götürərək oğurlamışdır. Oğurlanmış boyunbağı Türkiyə istehsalı, 585 əyarlı, çəkisi 2 qram olan sadə qızıl boyunbağı olmuşdur. Oğurluq nəticəsində ona dəymiş cəmi 260 manat maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur, onunla barışmışdır.Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X5 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə 9 ay əvvəl Beyləqan rayonunda tanış olmuş, qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. Onun özünə məxsus "Xəzər lada" markalı. **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, taksi kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs əvvəllər Beyləqan şəhəri, RTS qəsəbəsində yerləşən kafedə ofisiant işləmişdir. O, Mənzərə yaşaması üçün Beyləqan şəhəri SMD-4 qəsəbəsində yerləşən evi kirayə tutmuş gecə saatlarında Mənzəri yaşadığı evə o aparmışdır. 30 yanvar 2024-cıı il tarixdə də gecə yarısı Mənzər ona zəng edərək işdən çıxdığını bildirib onu evə aparmaq lazım olduğunu demişdir. O, Mənzərin işlədiyi kafeyə getmiş və Mənzəri götürüb onu yaşadığı evə gətirmişdir. O, Mənzəri evinin qarşısında düşürmüş və Mənzər evə daxil olmuşdur. Sonra o, həmin yerdən uzaqlaşaraq getmişdir. Bir neçə dəqiqə sonra Mənzər ona zəng edərək evinə oğru girdiyini bildirib onu yanma çağırmışdır. Buna görə də o Mənzərin yaşadığı evə getmişdir. O, evə çatdıqda naməlum şəxs və ya şəxslərin evin pəncərəsindən içəri girərək oğurluq etdiklərini görmüşdür. Sonra Mənzər evə daxil olmuş və 130 manat pulunun və qızıl boyunbağısının oğurlanmasını bildirmişdir. O, buna görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat vermişdir. 30 yanvar 2024-cıı il tarixdə Mənzərin yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən evdə yataq otağında olan paltar dolabından 130 manat və 50 rubl pul, dolabda olan qutunun içərisindən bir ədəd qızıl boyunbağı oğurlanmışdır. Evə daxil olan şəxs evin həyətinə daxil olub, oradan pəncərəni açaraq əvvəlcə evin girişinə, sonra qonaq otağına, daha sonra isə yataq otağına daxil olaraq oğurluq etmişdir. Zərərçəkmiş şəxs yaşadığı oğurluq hadisəsi baş vermiş evdə yaşamır, lakin ara-sıra həmin evə gəlir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üçün səbəb və əsas Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 30 yanvar 2024-cü il tarixdə kirayədə yaşadığı evinə daxil olan naməlum şəxs və ya şəxslər tərəfindən evin yataq otağındakı paltar dolabının içərisində olan pul qabının içərisindən 130 manat pulunun və həmin dolabın içərisində olan qızıl qutusunun içərisindən bir ədəd qızıl boyunbağının oğurlanması nəticəsində ona 260 manat maddi ziyan vurulması barədə 31 yanvar 2024-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə yazdığı ərizə əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında" 31 yanvar 2024-cıı il tarixli protokola əsasən hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən evin yataq otağıdır. Zərərçəkmiş şəxs qeyd edilən yataq otağında olan paltar dolabını göstərərək ona məxsus pulların və qızıl boyunbağının həmin dolabın içərisindən oğurlandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 02 fevral 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı beş ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 50 rubl pul və bir ədəd qızıl boyunbağı götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1817 saylı rəyinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 01 Türkiyə istehsalı, 585 əyarlı, çəkisi 2 qram olan sadə qızıl boyunbağının 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 180.00 ( 2 qr x 90 man) manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə Zərərçəkmiş şəxs məxsus cəmi 310 manat dəyərində nağd pulunu və əmlakı və 0.955 manat ekivalentində 50 Rusiya rubulunu qəsdən oğurlaması, yəni özgənin əmlakını gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş 230 nömrəli HH-nin Nevrologiya Bölməsinin 5308 №-li Xəstəlik tarixinin Çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə Laçın rayonu ərazisində xx.xx.2022-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in177.2.3-cü maddəsi və Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 185.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 2(iki)ay 28 (iyirmi səkkiz) gün müddətin hər bir günü iki gün müddətinə bərabər tutularaq 5(beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış,üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 27 iyun 2024-cü il tarixli 20/2023 saylı arayışından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 1(020)-45/2023 saylı 03 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirli bilinib 2 il 4 gün müddətə azadllığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixə çəkilməmiş 1 il 2 ay 13 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini, hərbi xidmət dövründə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması,. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almasını və yuxarıda göstərilən cəzanə yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini, hərbi xidmət dövründə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "partlayış travması, sol qulaq seyvanının sırğalığının kor qəlpə yaralanması. Vertobrogen lumbalgiya” diaqnozu ilə xəsarət almasını və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut beş ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 50 rubl pul və bir ədəd qızıl boyunbağının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384-1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin 03 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1(bir) il 2 (iki) ay 13 (on üç) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli bu gündən, yəni 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut beş ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 50 rubl pul və bir ədəd qızıl boyunbağının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 22(iyirmi iki) saat üçün 132 (yüz otuz iki) manat Beyləqan rayon vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar