Məhkəmə qərarları › İş №1(020)-38/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-38/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-38/2025 17.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Beyləqan rayon İcra Hakimiyyəti yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 2024-cü ilin oktyabr ayının ortalarında, saat 16 radələrində aralarında yaş fərqi iki ildən artıq olan xx xxxxxxxx 2010-cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən fərdi yaşayış evinin həyəti ilə özünün yaşadığı evin həyəti arasında olan cığırda Zərərçəkmiş şəxs razılığı ilə özünün cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə bir neçə dəfə salıb çıxararaq cinsi ehtirasını təmin etməklə arxa keçəcək dəliyi vasitəsilə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmiş, daha sonra 2024-cü ilin oktyabr ayının axırlarında, saat 23 radələrində aralarında yaş fərqi iki ildən artıq olan xx xxxxxxxx 2010cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə özünün yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs razılığı ilə özünün cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə bir neçə dəfə salıb çıxararaq cinsi ehtirasını təmin etməklə arxa keçəcək dəliyi vasitəsilə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, CM-in 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir, onunla arasında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs qonşusudur. 2024-cü ilin oktyabr ayının ortalarında Tiktok sosial şəbəkəsində Aynurənin profili qarşısına çıxmışdır. O, Aynurəyə mesaj yazaraq stiker göndərmişdir. Aynurə ona cavab yazmış və o, Aynurəyə onunla tanış olmaq istədiyini bildirmişdir. Onlar bir az danışdıqdan sonra bir-birinə şəkillər göndərmişlər. O, Aynurənin ona göndərdiyi şəklini gördükdə onu tanımış və Aynurə də onu tanımışdır. Onlar söhbətinə davam etmiş və gün ərzində danışmışlar. Səhəri gün o həqiqətən də danışdığı qızın Aynurə olduğunu öyrənmək üçün ona görüşməyi təklif etmiş və Aynurə onun təklifi ilə razılaşmışdır. Həmin gün saat 14 radələrində o, yaşadığı evin həyəti ilə Aynurənin yaşadığı evin həyəti arasında olan cığırda Aynurə ilə görüşmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra çıxıb getmişlər. Həmin gün axşam saatlarında onlar yenə də Aynurə ilə mesajlaşmışlar. O, yenə də Aynurəyə səhəri gün görüşməyi təklif etmiş və Aynurə onun təklifi ilə razılaşmışdır. Səhəri gün saat 16 radələrində o, yaşadığı evin həyətinin ayağında onunla görüşmüşdür. O, Aynurə ilə görüşüb bir qədər söhbət etmiş və daha Sonra o, Aynurəyə cinsi əlaqədə olmağı təklif etmiş, Aynurə isə razılaşmışdır. O, Aynurə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təxminən oktyabr ayının axırlarında o, yenə də Aynurə ilə görüşmək istəmiş və buna görə də sonuncuya mesaj yazmış və danışmağa başlamışlar. O, Aynurəyə yenə də onunla görüşmək istədiyini bildirmiş və Aynurə razılaşmışdır. Həmin gün, saat 23 radələrində o, yaşadığı evin həyətinin ayağında Aynurə ilə görüşmüşdür. Onlar Aynurə ilə görüşüb bir az söhbət etmişlər. Onlar bir qədər söhbət etdikdən sonra Aynurə cinsi əlaqədə olmağı təklif etmiş və o, Aynurə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, Aynurənin dəqiq neçə yaşının olduğunu bilməmişdir. Aynurə özü də cinsi əlaqədə olmağı ona bildirmiş və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa heç bir etiraz etməmiş, onana fiziki zor tətbiq etməmiş, onu qorxutmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin ona qarşl şikayətinin olmamasını bildirib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır: Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Bünyadlı kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs oğlunu tanıyır, o onun həmkəndlisidir, onlarla arasında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs onun qonşusudur. 2024-cü ilin oktyabr ayının ortalarında Dünyamin Tiktok sosial şəbəkəsində ona mesaj yazaraq onunla tanış olmaq istədiyini bildirmişdir. O, Dünyaminlə razılaşmış və danışmağa başlamışlar. Həmin vaxt o və Dünyamin bir-birinə şəkillər göndərmişlər. O, Dünyaminin şəklini gördükdə onu tanımış və Dünyamin də onu tanımışdır. Onlar söhbətə davam etmiş və səhəri gün Dünyamin ona görüşməyi təklif etmişdir. O, Dünyaminin təklifi ilə razılaşmış və səhəri gün saat 14 radələrində o, Dünyaminin yaşadığı evin həyəti ilə onun yaşadığı evin həyəti arasında olan cığırda onunla görüşmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra çıxıb getmişlər. Həmin gün axşam saatlarında onlar yenə də Dünyaminlə mesajlaşmışlar. Dünyamin ona səhəri gün görüşməyi və cinsi əlaqədə olmağı təklif etmişdir. O da cinsi əlaqədə olmaq istədiyi üçün Dünyaminin təklifi ilə razılaşmış və səhəri gün saat 16 radələrində o, Dünyaminin yaşadığı evin həyətinin ayağında onunla görüşmüşdür. Həmin gün Dünyamin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. 2024-cü ilin oktyabr ayının axırlarında Dünyamin yenə də ona mesaj yazmış və danışmışlar. Dünyamin yenə də onunla görüşmək istədiyini bildirmiş və o Dünyaminlə razılaşmışdır. Həmin gün, saat 23 radələrində o Dünyaminin yaşadığı evin həyətinin ayağında onunla görüşmüşdür. Onlar bir az söhbət etmiş və cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Onlar qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Səhəri gün valideynləri onun oğlanlarla görüşdüyünü bilmiş və evdə problemlər yaranmışdır. Buna görə də o evdən çıxıb getmək qərarına gəlmiş və 24 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində o paltarlarını yığıb və şəxsiyyət vəsiqəsini götürüb evdən çıxmışdır. O, piyada şəkildə avtomobil yoluna çıxmış, yolda durub yoldan keçən avtomobillərə əl etmiş və bir neçə dəqiqə sonra markasını və dövlət qeydiyyat nişanını bilmədiyi bir avtomobil saxlamış və o əyləşmişdir. Həmin şəxs onu Beyləqan şəhərinə gətirmiş və bazarın qarşısında avtomobildən düşmüşdür. Bundan sonra o oradan tanımadığı bir avtomobillə Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri ərazisində 20 yanvar metrosu yaxınlığında avtomobildən düşmüş və orada olan gözəllik salonlarından birinə yaxınlaşıb iş axtardığını demişdir. Orada onun yaşını soruşmuşlar və o, 14 yaşı olduğunu bildirmişdir. Bu zaman orada olan Vəfa adlı qadın valideynlərinə zəng edib Bakı şəhərində olduğunu bildirmişdir. Sonra həmin Vəfa adlı qadın onu öz avtomobilinə əyləşdirmiş və Beyləqan rayonuna gətirmişdir. Bundan sonra o Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ilə öz razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Onunla cinsi əlaqədə olması üçün ona heç kim heç bir fiziki və ya psixi təsir göstərməmişdir. Təqsirləndirilən şəxs Ramil oğlu ilə cinsi əlaqədə olan zaman 14 yaşını tamam etmişdir. Belə ki, o, ilk öncə Dünyaminlə cinsi əlaqədə olmuş və həmin vaxt onun doğum günündən ən az 1 ay vaxt keçmişdir. Cinsi əlaqədə olmanın mahiyyətini və mənasını dərk edir. Təqsirləndirilən şəxs Dünyamin ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi və məhkəməyə teleqram göndərərək, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ifadəsini təsdiq etdiyini bildirməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki,ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Bünyadlı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır, onunla eyni evdə yaşayır. Təqsirləndirilən şəxs oğlunu tanıyır, onlar onun həmkəndlisidir, onunla arasında ədavət və ya düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. Qızı Aynurə xx xxxxxxxx 2010-cu il təvəllüdlüdür. 03 dekabr 2024-cü il tarixdə Aynurənin əri X4 məxsus mobil telefonla tanımadığı bir şəxslə Whatsapp sosial şəbəkəsində mesajlaşdığını görmüşdür. O, telefonu Aynurənin əlindən alıb mesajlara baxmış və Aynurənin bir neçə gündür ki həmin tanımadığı şəxslə yazışdığını görmüşdür. O,Aynurəyə acıqlanmış və bu barədə əri Bulut Məmmədova məlumat vermişdir. O və digər ailə üzvləri Aynurənin yaşı az olduğu, yəni 14 yaşı olduğu üçün onun hər hansısa bir oğlanla əlaqəsinin olmasından narahat olmuş və Aynurəni mütəmadi olaraq danlamışlar. Buna görə də bir neçə dəfə Aynurə ilə aralarında sözlü mübahisələr yaranmışdır. Həmin vaxt onlar Aynurənin həmkəndliləri X7, Təqsirləndirilən şəxs, X9, X10, X1 və X12 ilə də müxtəlif vaxtlarda münasibətinin olduğunu və ayrı-ayrı vaxtlarda onlarla da yazışdığını öyrənmişlər. Onlar Aynurənin artıq kimləsə danışıb yazışmaması üçün əri Bulutun nömrəsini çıxarıb qırmış və telefonda olan Whatsapp proqramını da silmişlər. Bundan sonra Aynurə dərslərini yaxşı oxumadığı və digər oğlanlarla da əlaqə yaratmaması üçün Aynurəni məktəbə getməyə də qoymamışlar. Bir neçə gün Aynurə evdə qalmışdır. Həmin müddətdə Aynurə baş vermiş hadisələrə görə onlardan utandığını bildirmişdir. O, hər gün ona məsləhət verərək yaşının az olduğunu və bir daha oğlanlarla danışmamasını bildirmişdir. 24 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində o və əri Bulut yatmağa getmişdir. 25 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində o yuxudan durub ayaqyoluna getmişdir. O, ayaqyolundan çıxıb otağa qayıdan zaman Aynurənin otağına girmişdir. Bu zaman o, Aynurənin otaqda olmadığını görmüşdür. O, Aynurəni tapmaq üçün digər otaqlara baxmış, lakin Aynurənin otaqda olmadığını görmüşdür. Buna görə də o, əri Bulutu və oğlu Kamili yuxudan oyadıb Aynurənin evdə olmadığını onlara bildirmişdir. Bulut və Kamil evdən çıxıb həyətə də baxmış, lakin Aynurəni tapa bilməmişlər. Onlar Aynurənin otağına baxdıqda onun bəzi paltarlarının, çantasının və şəxsiyyət vəsiqəsinin evdə olmadığını görmüş və Aynurənin evdən çıxıb getdiyini bilmişlər. Buna görə də oğlu Kamil Aynurənin evdən çıxıb getməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Saat 10 radələrində tanımadığı bir nəfər şəxs ona zəng etmişdir. O, telefona cavab verdikdə telefonla danışan şəxs Vəfa adlı qadın olduğunu, qızı Aynurənin Bakı şəhəri ərazisində 20 yanvar metrosu yaxınlığında yerləşən gözəllik salonlarından birində onun yanında olduğunu bildirmişdir. O, Aynurənin evdən getməsi barədə polisə də məlumat verdiklərini bildirmişdir. Həmin qadın Aynurəni öz avtomobili ilə Beyləqan rayonuna gətirəcəyini bildirib telefonu söndürmüşdür. Günorta saatlarında Vəfa adlı qadınla Aynurə Beyləqan rayonuna çatmış və Beyləqan rayon polis şöbəsinə getmişlər. Aynurə polis şöbəsində izahat verdikdə həmkəndliləri Ömər Quluzadə, Təqsirləndirilən şəxs, Müslüm Əliyev, Cəsarət Əhmədzadə, Səid Quluzadə və Mustafa Fərəcovla müxtəlif vaxtlarda yaşadığı kənd ərazisində könüllü olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan sonra Aynurənin müxtəlif oğlanlarla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasından məlumatı olmuşdur. O, Aynurədən hadisənin ətraflı necə baş verməsini soruşmuşdur. Aynurə ilk dəfə 2024-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, bundan başqa 2024-cü ilin oktyabr ayından dekabr ayına qədər olan müddətdə də Ömər Quluzadə, Təqsirləndirilən şəxs, Müslüm Əliyev, Cəsarət Əhmədzadə, Səid Quluzadə və Mustafa Fərəcovla da danışıb könüllü olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu ona bildirmişdir. O, Aynurədən həmin şəxslərin onunla öz razılığı ilə yoxsa zorla cinsi əlaqədə olduqlarını, ona kiminsə fiziki, psixi təsir göstərib-göstərmədiyini soruşmuş və Aynurə ona həmin şəxslərin hər biri ilə könüllü olaraq cinsi əlaqədə olduğunu, buna görə ona heç kimin heç bir fiziki və ya psixi təsir göstərmədiyini ona bildirmişdir. X11, Təqsirləndirilən şəxs, Müslüm Əliyev, Cəsarət Əhmədzadə, Səid Quluzadə və Mustafa Fərəcovla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasından əvvəlcədən məlumatı olmamışdır. Aynurə polis şöbəsində izahat verdikdən sonra Aynurənin qeyd edilən şəxslərlə cinsi əlaqədə olmasından məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2024-cü ilin oktyabr ayının ortalarından başlayaraq xx xxxxxxxx 2010-cu il tarixdə anadan olmaqla on dörd yaşma çatmış, lakin on altı yaşma çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olma və ona qarşı seksual xarakterli digər hərəkətlər edilməsi faktına görə CM-in 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Baxış aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı evin ona məxsus yataq olağı, həmin evin həyətinin çıxışından axan kanalın yanı və həyətin çölündə yerləşən kiçik cığırdır. Həmin ərazi yaşayış evləri və torpaq sahəsi ilə əhatələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin Beyləqan rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 861/24 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Qızlıq pərdəsinin tamlığının pozulma müddəti 2 (iki) həftədən çoxdur. Zərərçəkmiş şəxs Bulud qızının arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyişiklik (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafındakı şüavari büküşlərin qismən hamarlaşması, selikli qişanın göyümtül-qırmızımtıl rəngdə olması) onun arxa keçəcək dəliyi vasitəsi ilə mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət (o cümlədən fiziki qüvvəzor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmadı. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2010-cu il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində doğulmuşdur. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2024-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-80/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həsb qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 133 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs təsvir olunmuş hadisələr dövründə ona qarşı törədilən əməlləri dərk etmiş, onları xatırlamaq və təsvir etmək qabiliyyətində olmuşdur. Həmin dövrdə Zərərçəkmiş şəxs öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçmədiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Zərərçəkmiş şəxs pxisi pozuntu aşkar olunmadığından onun psixiatrik müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs emosionallıq, nəticəsini düşünmədən davranmaq, səthilik, sərbəstliyə can atmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hazırki müayinə zamanı, onda yalan danışmağa meyillilik aşkar edilmədi. Zərərçəkmiş şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində adları qeyd edilmiş şəxslərlə cinsi əlaqədə olan zaman onlara müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs və atası Bulut Məmmədov tərəfindən istintaqa təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin ortalarında və axırlarında öz istəyi ilə cinsi əlaqədə olmuş, ona qarşı zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 152.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-in 152.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Bünyadlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Əlizadə X3 rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında vəsatətin təmin edilməsindən imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə verilmiş vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilməsi, qərarın icraya yönəldilməsinin başlanğıcı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitdiyi vaxtdan hesablanması qərara alınmışdır. Polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərarın icraya yönəldilməsinin başlanğıcı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitdiyi vaxtdan hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla, sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. CM-in 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ona qarşı irəli sürülən ittihamda CM-in 152.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilmişdir. Əməlin birbaşa qəsdlə törədilməsi dedikdə şəxsin öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsidir. Məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs öz əməlinə psixi münasibəti birbaşa qəsdlə olmuşdur. CM-in 152.1-ci maddəsi formal tərkibli cinayət olduğundan əxlaqsız hərəkətlər başlandığı andan başa çatmış hesab edilir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, məhkəmə şəxslərin cinsi toxunulmazlığı ilə əlaqədar işlər üzrə cinayətin törədilməsi üsullarının hökmdə ətraflı surətdə şərh edilməsindən çəkinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 152.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CMin 59.1.12-ci maddəsinə, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 152.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 27 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-80/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılma müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmış və Beyləqan rayon prokuroru tərəfindən 19 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə verilmiş vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmiş və seçilmiş həbs qətimkan tədbirinin müddətinin bitdiyi gün, yəni 27 mart 2025-ci il tarixdə həbsdən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X8 göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat (15 saat x 11 manat=165 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 3 (üç) ay müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar