Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-39/2024 25.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan,Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Beyləqan rayonu Beyləqan Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs-xx.xx.1974-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Beyləqan Rayon və Epidemiologiya mərkəzində sanitar-qadın vəzifəsində, məhkumluğu olmayan, Beyləqan rayonu Dünyamalılar kəndində qeydiyyatda olmaqla Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının ortalarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri, X16 küçəsində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini özbaşına hasarlamaqla tutmuş və həmin torpaq sahəsinin 22 kvadratmetr sahəsi üzərində özbaşına mişar daşından birmərtəbəli, bir otaqlı yaşayış evi tikmiş, bununla da o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 0,03 hektar torpaq sahəsini özbaşına hasarlamaqla tutaraq 22 kvadratmetr torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 188.1 və 188.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə mərhum qayınanası X13 öz mükiyyətində olan yaşayış evini və həmin yaşayış evinin texniki pasportunda qeyd edilən 0,06 ha torpaq sahəsini Şahid1 satmışdır. O da, həmin evin gəlini olduğundan qayınanası Adilə İbayevanın satdığı evdə yaşamışdır. Lakin həmin evə qeydiyyata düşməmişdir. Şahid1 həmin evi və torpaq sahəsini alan zaman onun məlumatı olmadığından və yaşamağa evi olmadığı üçün o ilk öncə evdən çıxmaq istəməmişdir. Lakin Şahid1 onun və ailə üzvlərinin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra onun və ailə üzvlərinin evdən çıxarılması ilə bağlı sonuncu instansiya məhkəməsi Ali Məhkəmənin qərarı olduğundan o məcbur qalıb həmin evi tərk etmişdir. Həmin vaxtlarda, yəni təxminən 2019-cu ilin iyul ayının ortalarında onun yaşamağa yeri olmadığı üçün qayınanasının satdığı, 0,06 ha torpaq sahəsinə birləşik olan 0,03 ha torpaq sahəsində ev tikmişdir. Həmin torpaq sahəsini qaynanasıgil uzun müddət öz torpaq sahələri kimi istifadə etmiş və orada əvvəlcədən əl evi olmuşdur. Lakin onun yaşamağa evi olmadığına görə məcbr qalıb həmin əl evində yenidən bərpa işləri apararaq özünə yaşamaq üçün ev tikdirmişdir. Evin tikilməsi ilə əlaqədar usta olan qonşusu Şahid4 ilə 700 manat müqabilində razılağa gəlmişlər. Seymur ona tikintidə istifadə olunacaq materialları alıb həyətə yığıb ona xəbər etməyini bildirmişdir. O, tikintidə istifadə olunacaq sementi, qumu və daşı gətirdib həyətə tökmüş və Seymura xəbər etmişdir. Seymur onun dediyi yerə gəlmiş və evin yerini qazmağa başlamışdır. O Seymura evin uzunluğunun 5 metr və eninin 4,40 metr olacağını bildirmiş və Seymur o dediyi ölçülərdə evin yerini qazıb beton tökmüşdür. 2-3 gün ərzində betonun qurumağını gözləmişlər və sonra Seymur gəlib evi tikməyə başlamışdır. Seymur tikintini aparan zaman o da ona xırda işlərdə köməklik etmişdir. Təxminən 5-6 gün ərzində Seymur evin daşını hörüb bitirmişdir. Bundan sonra Seymur evin dam örtüyünü vurmuş və təxminən avqust ayının əvvəllərində evin tikintisini başa çatdırmışdır. Sonra Seymur evin içinin suvağını vurub işini yekunlaşdırmışdır. Bundan sonra o gördüyü iş qarşılığında Seymura 700 manat pul vermişdir. O, həmin bir otaqlı evdə yaşamağa başlamışdır. O, həmin vaxt savadsız olduğundan Bələdiyyəyə müraciət etməmişdir. O, həmin torpaq sahəsində sadəcə olaraq bir otaqlı ev tikmişdir. Həmin torpaq sahəsinin hər tərəfi yaşayış evləri və evlərin həyətləri ilə əhatə olunmuşdur. Buna görə də həmin evlərin sahibləri öz həyətlərini hasarlamışlar və onun istifadəsində olan torpaq sahəsinin ətrafı həmin hasarlarla əhatələnmişdir. Onun tərəfindən həmin torpaq sahəsində hər-hansı hasarlama işləri həyata keçirilməmişdir. Həmin torpaq sahəsinə giriş olan qapı hələ onun həmin evə gəlin gəlməmişdən öncə qoyulmuşdur. Belə ki, qaynanasıgil 0,03 ha torpaq sahəsini onların mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə birlikdə istifadə etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı ifadəsində torpaq sahəsinə girmək üçün dəmir listdən və taxtadan darvaza düzəltdiyi qeyd edilmiş olsa da, o, istintaqda elə ifadə verməmişdir. Ona edilmiş ittihamın mahiyyətini tam başa düşməmiş və onun tərəfindən hər hansı bir hasarlama işi aparılmamış, həyətdə olan taxtadan qapı isə qaynanasıgil tərəfindən qoyulmuşdur. Təqsirləndirilən şəxs sonda məhkəmədən ona kömək edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Beyləqan rayonu Beyləqan Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02 noyabr 2018-ci il tarixdən Beyləqan rayon Bələdiyyəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində tikinti işləri apararaq ev tikməsi və həmin torpaq sahəsinin koordinatları, torpaq sahəsinin hansı mülkiyyət növünə aid olması və həmin ərazinin kimin mülkiyyətində olması barədə Beyləqan rayon Beyləqan Bələdiyyəsinə rayon polis şöbəsi tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciət əsasında Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində ev tikdirdiyi əraziyə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Beyləqan rayon Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini zəbt edərək ümumilikdə Beyləqan Bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini özbaşına tutmaqla qanunsuz tikinti işləri apardığı və Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus torpaq sahəsində uzunluğu 5 metr, eni isə 4.40 metr, ümumi sahəsi 22 kvadrat metr olan yaşayış evi tikdiyi müəyyən edilmişdir. Hazırda həmin evdə Təqsirləndirilən şəxs tək yaşayır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsi Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsusdur və Təqsirləndirilən şəxs həmin vaxt Beyləqan Bələdiyyəsinə rəsmi müraciət etmədiyi üçün Bələdiyyə tərəfindən heç bir hüquqi sənəd verilməmişdir. Onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri, tələbləri və iddiaları yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs suallara cavab olaraq bildirmişdir ki, bələdiyyə mülkiyyətində olan 0,03 ha torpaq sahəsi uzun müddət təqsirləndirilən şəxsin qaynanasıgilin istifadəsində olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxs Bələdiyyəyə müraciət etmiş, lakin həmin torpaq sahəsi ilə bağlı mübahisələr olduğundan müvafiq qərar qəbul edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidə hasarlama işləri həyata keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadəsində göstərdi ki, o Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq 2-ci Aşıqlı kənd bələdiyyəsini mühasibi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və düşmənçiliyi olmayıb. 2014-cü il tarixdə, Beyləqan şəhər sakini X8 ünvan 1 ünvanında yerləşən mülkiyyətindəki 0,06 ha torpaq sahəsini, yaşayış evini və həmin torpaq sahəsinə birləşik olan 0,03 ha Bələdiyyə torpağını 16000 manata notarial qaydada alqı satqı müqaviləsi ilə alaraq, dövlət qeydiyyatdından keçirməklə çıxarış almışdır. Lakin qeyd etdiyi 0,03 ha torpaq sahəsinin heç bir sənədi olmayıb, həmin torpaq sahəsi Beyləqan şəhər, Bələdiyyəsinin balansında olmaqla aldığı torpağa birləşik olub. O həmin torpaq sahəsini alandan sonra torpağı və evi ona satan Adilə İbayeva həmin torpaq sahəsində olan evindən çıxmaq üçün ona 1 ay vaxt verməyini xahiş etmişdir. O da həmin 1 ay müddəti ona vermişdir ki, yaşayış evindən tamamilə çıxsın. X25 razılaşdığı 1 ay müddətində aldığı torpaq sahəsini və evi tərk etmədiyi üçün 2015-ci ilin may ayında Adilə İbayevaya bildirmişdir ki, evi və torpaq sahəsini tərk etməsə məhkəməyə müraciət edəcək. Adilə İbayevanın oğlu, Nizami Baxışov həmin evi tərk etməkdən imtina etdiyinə görə o onların evdən və torpaq sahəsindən çıxarılması üçün Beyləqan rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan rayon Məhkəməsi həmin şəxslərin evdən çıxarılması ilə bağlı qətnamə çıxarsa da, X18 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi Beyləqan rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlasa da, X11 Məhkəməsinin qətnaməsindən kassasiya qaydasında Ali Məhkəməyə müraciət etmişdir. Ali Məhkəmə də digər məhkəmələrin qətnaməsini qüvvədə saxlayaraq Adilə İbayevanın və Nizami Baxışovun həmin evdən və torpaq sahəsindən çıxarılması ilə bağlı qərar çıxarmış və həmin qərarın icrası üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Beyləqan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları qeyd edilən qərarın icra edilməsi məqsədi ilə Adilə İbayevanın yaşadığı onun aldığı yaşayış evinə gəlmişlər. Həmin vaxt Adilə İbayeva və Nizami Baxışıov evdən çıxsalar da Nizami Baxışovun arvadı Təqsirləndirilən şəxs evi tərk etməyərək həmin evdə özünün və övladlarının yaşamaq hüququ olmasını bildirmişdir. Bu səbəbdən də Məhkəmə qətnaməsinin icrası dayandırılmışdır. Həmin vaxtlarda Adilə İbayeva vəfat etdiyi üçün Təqsirləndirilən şəxs evin mülkiyətçisi özü olmasını və evi tərk etməyəcəyini, övladları ilə qalmağa yerlərinin olmadığını bildirmişdir. Bu səbəbdən də o, 2018-ci il tarixdə Təqsirləndirilən şəxs həmin evdən çıxarılması ilə bağlı yenidən Beyləqan rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan rayon Məhkəməsi Təqsirləndirilən şəxs da evdən çıxarılması ilə bağlı qətnamə çıxarsa da, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Beyləqan Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlasa da, Təqsirləndirilən şəxs kassasiya qaydasında Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmə də həmin qətnamələrin qüvvədə saxlanılması ilə bağlı qərar çıxarmışdır. Təqsirləndirilən şəxs həmin evdən çıxarılması barədə qərar icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Bundan sonra Beyləqan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs evdən çıxarılması ilə bağlı qeyd edilən evə gəlmişlər, lakin Təqsirləndirilən şəxs mübahisə yaratdığından icra işi yarımçıq qalmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs sözü gedən evin yerləşdiyi torpaq sahəsinə birləşik Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində özü üçün ev inşa etdirməyə başlamış və tamamlama işləri getmişdir. O Təqsirləndirilən şəxs Bələdiyyə torpağında ev inşa etdirməsi ilə bağlı müvafiq orqanlara, eyni zamanda Beyləqan şəhər Bələdiyyəsinə müraciət etmişdir. Lakin Təqsirləndirilən şəxs onun aldığı torpaq sahəsinə bitişik Bələdiyə mülkiyyətindəki torpaq sahəsində ev inşa etdirmişdir. Bundan sonra yenidən Beyləqan rayon İcra və Probasiya şöbəsinə icra işini yenidən həyata keçirməsi üçün müraciət etmiş, lakin müəyyən səbəblərə görə qətnamə üzrə icra işi yenidən təyin edilməmişdir. X12 aldığı torpaqdan və evdən çıxaraq özü inşa etdiyi Bələdiyyə torpağındakı evinə köçərək yaşamağa başlamışdır. Lakin o Təqsirləndirilən şəxs Bələdiyyə torpağında inşa etdiyi evdən çıxarılmasını tələb etmişdir və həmin tələb icra edilməmişdir. O, həmin vaxtlarda Təqsirləndirilən şəxs istifadə etdiyi və ev tikdiyi torpaq sahəsinin ona verilməsi ilə bağlı Beyləqan şəhər Bələdiyyəsinə müraciət etsə də Beyləqan şəhər Bələdiyyəsindən ona həmin torpaq sahəsinin Beyləqan şəhər Bələdiyyəsinin balansında olmaqla mübahisəli olduğundan ona icarəyə verilməsinin məqsədə müvafiq olmadığı bildirilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmin torpaq sahəsində ev inşa edərək hazırda həmin evdə yaşayır. O, bu səbəbdən də Baş prokurorluğa müraciət etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan, ev inşa etdiyi torpaq sahəsi onun mülkiyyətində deyil, Beyləqan şəhər Bələdiyyəsinin mülkiyyətindədir. Lakin o həmin torpaq sahəsini Adilə İbayevadan alanda həmin torpaq sahəsi istifadəsində olub. Adilə İbayevadan aldığı torpaq sahəsi 0,06 ha olmuşdur və həmin torpaq sahəsində yaşayış evi də olub. 0,06 ha torpaq sahəsini Adilə İbayevadan alan zaman, ilkin sənədlərdən göründüyü kimi, 0,03 ha torpaq sahəsi onun mükiyyətində olmasa da istifadəsində olub. 0,03 ha torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı Beyləqan şəhər Bələdiyyəsinə müraciət etsə də ona həmin torpaq sahəsinin mübahisəli olduğu və icarəyə verilməsi məqsədə müvafiq olmadığı şifahi olaraq bildirilmişdir. Həmin 0,03 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anasıdır. 2014-cü il tarixdə mərhum nənəsi X13 öz mükiyyətində olan yaşayış evini və həmin yaşayış evinin texniki pasportunda qeyd edilən 0,06 ha torpaq sahəsini Şahid1 satmışdır. O da, nənəsi Adilə İbayevanın satdığı evdə yaşamışdır. Lakin həmin evə qeydiyyata düşməmişdir. Şahid1 həmin evi və torpaq sahəsini alan zaman onların məlumatı olmadığından və yaşamağa evləri olmadığı üçün anası Gülbəniz ilk öncə evdən çıxmaq istəməmişdir. Lakin Şahid1 onun və ailə üzvlərinin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra o və ailə üzvlərinin evdən çıxarılması ilə bağlı sonuncu instansiya məhkəməsi Ali Məhkəmənin qərarı olduğundan məcbur qalıb həmin evi tərk etmişlər. Həmin vaxtlarda, yəni təxminən 2019-cu il tarixdə o bacısı Şahid3 ilə Bakı şəhərinə gedib orada qalıb işləməyə başlamışdır. Təxminən 2019-cu ilin oktyabr ayında o və bacısı Ləman anası Gülbənizə baş çəkmək üçün Beyləqan şəhərinə gəlmişlər. Həmin vaxt o anası Gülbənizin nənəsi Adilənin Şahid1 satdığı torpaq sahəsinə bitişik olan 0,03 hektar torpaq sahəsinin bir hissəsində bir otaqlı ev tikdirdiyini və həmin evdə yaşadığını görmüşdür. O, anasından evi nə zaman tikdirdiyini soruşduqda anası 2019-cu ilin iyul ayının ortalarında yaşamağa evi olmadığı üçün nənəsinin satdığı torpağa bitişik olan bələdiyyə torpağında bir otaqlı yaşayış evi tikdirdiyini ona bildirmişdir. Onun bundan sonra anası Gülbənizin bələdiyyəyə məxsus torpaq sahəsini tutaraq orada bir otaqlı yaşayış evi tikdirməyindən xəbəri olmuşdur. Hal-hazırda da anası Təqsirləndirilən şəxs həmin evdə yaşayır. Anası Təqsirləndirilən şəxs istifadəsində olan və içərisində ev tikdirdiyi 0,03 ha torpaq sahəsi Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Lakin anasının yaşamağa başqa yeri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs anasıdır. 2014-cü il tarixdə mərhum nənəsi X13 öz mükiyyətində olan yaşayış evini və həmin yaşayış evinin texniki pasportunda qeyd edilən 0,06 ha torpaq sahəsini Şahid1 satmışdır. O da nənəsi Adilə İbayevanın satdığı evdə yaşamışdır. Lakin həmin evə qeydiyyata düşməmişdir. Şahid1 həmin evi və torpaq sahəsini alan zaman onların məlumatı olmadığından və yaşamağa evləri olmadığı üçün anası Gülbəniz ilk öncə evdən çıxmaq istəməmişdir. Lakin Şahid1 onun və ailə üzvlərinin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra o, və ailə üzvlərinmin evdən çıxarılması ilə bağlı sonuncu instansiya məhkəməsi Ali Məhkəmənin qərarı olduğundan məcbur qalıb həmin evi tərk etmişlər. Həmin vaxtlarda, yəni təxminən 2019-cu il tarixdə o, qardaşı Şahid2 ilə Bakı şəhərinə gedib orada qalıb işləməyə başlamışdır. Təxminən 2019-cu ilin oktyabr ayında o və qardaşı Ağacan anası Gülbənizə baş çəkmək üçün Beyləqan şəhərinə gəlmişlər. Həmin vaxt o anası Gülbənizin nənəsi Adilənin Şahid1 satdığı torpaq sahəsinə bitişik olan 0,03 hektar torpaq sahəsinin bir hissəsində bir otaqlı ev tikdirdiyini və həmin evdə yaşadığını görmüşdür. O anasından evi nə zaman tikdirdiyini soruşduqda anası 2019-cu ilin iyul ayının ortalarında yaşamağa evi olmadığı üçün nənəsinin satdığı torpağa bitişik olan bələdiyyə torpağında bir otaqlı yaşayış evi tikdirdiyini ona bildirmişdir. Onun bundan sonra anası Gülbənizin bələdiyyəyə məxsus torpaq sahəsini tutaraq orada bir otaqlı yaşayış evi tikdirməyindən xəbəri olmuşdur. Hal-hazırda da anası Təqsirləndirilən şəxs həmin evdə yaşayır və onlar Beyləqan rayonuna gəldikdə həmişə həmin evdə qalırlar. Anası Təqsirləndirilən şəxs istifadəsində olan və içərisində ev tikdirdiyi 0,03 ha torpaq sahəsi Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 suallara cavab olaraq bildirmişdir ki, anası tərəfindən hər hansı bir hasarlanma işləri aparılmamışdır. Həmin torpaq sahəsinin hər tərəfi yaşayış evləri və evlərin həyətləri ilə əhatə olunmuşdur. Buna görə də həmin evlərin sahibləri öz həyətlərini hasarlamışlar və evin yerləşdiyi torpaq sahəsinin ətrafı həmin hasarlarla əhatələnmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, onların qonşuluğuna gəlin gəlmişdir. Təqsirləndirilən şəxs qaynanasıgilin evinin yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra, həmin torpaq sahəsinə bitişik olan ərazidə bir dənə əl evi kimi bir tikilini sökmüş və yenidən orda nəsə tikili tikmişdir. Ancaq orada Təqsirləndirilən şəxs tərəfindən hasarlama işi aparılmamışdır. Həmin ərazinin bir tərəfi Vüqar Qurbanovun, digər tərəfi isə onların hasarı olub. Həmin əraziyə onların yeni qonşusu olan Məhərrəm adlı şəxs də hasar çəkib. Bir tərəfi də, Yay Klubunun hasarı olub. Orada darvaza olmamış və hazırda da, yoxdur. Həmin əraziyə ancaq ayaqla giriş-çıxış yolu vardır ki, o da torpaq sahəsi Adilə İbayevanın istifadəsində olduğu dövürdən var. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs 30 ildir tanıyır və Təqsirləndirilən şəxs qaynanası Adilə xanım onlarla qonşu olmuşdur. Həmin ərazinin bir tərəfi Asif Abbasovun, digər tərəfi isə onların hasarı olub. Həmin ərazidə bir dənə əl evi kimi bir tikili olmuş, Təqsirləndirilən şəxs oranı sökmüş və yenidən orda nəsə tikili tikmişdir. Ancaq orada Təqsirləndirilən şəxs hasarlanma işi olmamışdır. Həmin əraziyə onların yeni qonşusu olan Məhərrəm adlı şəxs hasar çəkib. Bir tərəfi də, Yay Klubunun hasarı olub. Onun tərəfi köhnədən qalma setka hasardan olmuş, orada darvaza olmamış və hazırda da, yoxdur. Həmin əraziyə ancaq taxtadan ayaqla giriş-çıxış yolu vardır. Həmin çıxış yolu torpaq sahəsi Adilə İbayevanın istifadəsində olan dövrdən var. Belə ki, 0,03 ha torpaq sahəsinin Adilə İbayeva məxsus olduğunu bilirdilər, torpaq sahəsi satıldıqdan sonra isə bələdiyyənin mülkiyyətində olduğunu bimişlər. Məhkəmə iclasına çağırılmış Şahid4 Tofiq oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Beyləqan şəhəri, M.Əsədov küçəsində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün ustalıqla məşğul olur. O tikintidə hörgü və suvaq işləri görür, həmçinin yüngül işlər olduqda tikililərin dam ötüklərini də vurur. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, onunla qonşudur, mehriban qonşuluq münasibəti vardır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. 2019-cu ilin iyul ayının ortalarında yaşadığı evdə olan zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu çağırmışdır. O evdən çölə çıxmış və Gülbənizlə salamlaşmışdır. Gülbəniz ona qaynanası Adilə İbayevanın satdığı evə və torpağa bitişik torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində bir otaqlı ev tikdirmək istədiyini bildirib evi onun tikməyini istədiyini demişdir. O heç bir problem olmadığını bildirərək evi tikib dam örtüyünü vuracağını və bunun qarşılığında 700 manat pul alacağını bildirmişdir. Gülbəniz onunla razılaşmışdır. O Gülbənizə tikintidə istifadə olunacaq materialları alıb həyətə yığıb ona xəbər etməyini bildirmiş və sağollaşıb ayrılmışlar. Gülbəniz tikintidə istifadə olunacaq sementi, qumu və daşı həyətə yığmış və onu çağırmışdır. O Gülbənizin həyətinə getmiş və evin yerini qazmağa başlamışdır. Gülbəniz evin uzunluğunun 5 metr və eninin 4,40 metr olacağını ona bildirmiş və o,Gülbənizin ona dediyi ölçülərdə evin yerini qazıb beton tökmüşdür. Təxminən 2-3 gün ərzində betonun qurumağını gözləmiş və sonra o, evi tikməyə başlamışdır. O, tikintini aparan zaman Gülbəniz də ona xırda işlərdə köməklik etmişdir. Təxminən 5-6 gün ərzində o evin daşını hörüb bitirmişdir. Bundan sonra o evin dam örtüyünü vurmuş və təxminən avqust ayının əvvəllərində evin tikintisini başa çatdırmışlar. Sonra o evin içinin suvağını vurub işini yekunlaşdırmışdır. Bundan sonra gördüyü iş qarşılığında Gülbəniz ona 700 manat pul vermişdir. Həmin vaxtdan sonra Gülbəniz həmin bir otaqlı evdə yaşamağa başlamışdır. 2019-cu ilin təxminən iyul ayında Təqsirləndirilən şəxs göstərişi əsasında ona məxsus olduğunu qeyd etdiyi Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən ərazidə Təqsirləndirilən şəxs ilə birlikdə tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs ilə şifahi razılaşmaya əsasən gördüyü tikinti işlərinə görə Gülbəniz ona 700 manat pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən o evi tikmişdir. Gülbənizlə arasında heç bir müqavilə bağlanmamışdır. Tikinti işləri apardığı torpaq sahəsinin Beyləqan rayon Beyləqan Bələdiyyəsinə məxsus olduğunu bilməmişdir. Gülbəniz qaynanası Adilə İbayevanın satdığı evə və torpağa bitişik torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində bir otaqlı ev tikdirmək istədiyini ona bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində özbaşına tikinti işləri aparması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Beyləqan rayonu Beyləqan Bələdiyyəsinin 06 fevral 2024-cü il tarixli 64 №-li məktubundan görünür ki, torpaq sahəsi 2004-cü il tarixdə Beyləqan rayonunda islahat aparılan zaman X8 adına verilmiş kadastr planında, 0,09 ərazisi olan torpağın 0,06 ha torpaq sahəsi X8 mülkiyyət kimi qeyd edilmişdir. Sonralar həmin torpaq sahəsini Beyləqan rayon sakini Şahid1 X10 məxsus 0,06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi ilə birlikdə alqı-satqı yolu ilə əldə etmiş, əmlakla birlikdə torpaq sahəsini əldə etdikdən sonra həmin ərazidə yerləşən Bələdiyəyə aid 0,03 ha torpaq sahəsini sənədləşdirmədiyinə görə həmin ərazi Bələdiyyə mülkiyyəti kimi qalır. Hal-hazırda Bələdiyyəyə məxsus 0,03 ha torpaq sahəsində əmlakın əvvəlki sahibi X8 gəlini Təqsirləndirilən şəxs və nəvələri Şahid2 və Şahid3 fərdi yaşayış evini inşa etdirib yaşayırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 09 iyul 2024-cü il tarixli 3-21-3-45/2-772/2024 №-li məktubundan görünür ki, aparılmış araşdırmalar zamanı X6 X7 və Beyləqan şəhərinə aid islahatın kompleks yerquruluşu xəritəsində Şahid1 adına verilmiş **********23 reyestr nömrəli texniki pasportda zəbt kimi göstərilmiş 0.03 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. 29 mart 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşir. Baxış keçirilən torpaq sahəsi və yaşayış evinin ətrafı hasarla əhatə olunmuşdur. Torpaq sahəsinə giriş dəmir listdən və taxtadan düzəldilmiş darvazadandır. Həyətə girdikdə sol tərəfdə dəmir listdən düzəldilmiş və üzəri arbest şiferlə örtülmüş tualet vardır. Girişlə üzbəüz bir ədəd ağ rəngli su çəni qoyulmuşdur. Həyətdə müxtəlif ağaclar əkilmişdir. Həyətə girdikdə girişdən sağ tərəfdə birmərtəbəli, bir otaqlı yaşayış evi yerləşir. Yaşayış evi mişar daşından inşa edilmişdir. Evin girişində 03 pilləkən vardır. Evin üstü yaşıl rəngli dəmir materialdan olan şiferlə örtülmüşdür. Evin girişində dəmir materialdan və tünd qırmızı rəngli üzəri naxışlı qapı yerləşdirilmişdir. Evin uzunluğu 5 metr, eni isə 4.40 metr olmaqla, cəmi 22 kvadratmetr sahəni əhatə edir. Ev 16 mişar daşı hündürlüyündə inşa edilmişdir. 13 daş hörüldükdən sonra 01 daş hündürlüyündə beton tökülmüş və üzərindən 03 daş hörülmüşdür. Evin qarşı və sol tərəfində 1 ədəd plastik materialdan pəncərə vardır. Həyətin uzunluğu 20 metr, eni isə 15 metrdir. Həyət koldan təmizlənməyib, şumlanmayıb və əkilməyibdir. Beyləqan rayonu Beyləqan Bələdiyyəsinin 08 aprel 2024-cü il tarixli 151 №-li məktubundan görünür ki, 2004-cü il tarixdə Beyləqan rayonunda islahat aparılan zaman X8 adına verilmiş kadastr planında 0,09 ha ərazisi olan torpağın 0,06 ha sahəsi X10 mülkiyyət kimi verilmiş, digər 0,03 ha torpaq sahəsi Bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Sonralar həmin torpaq sahəsini Beyləqan rayon sakini Şahid1 X10 məxsus 0,06 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi ilə birlikdə alqı-satqı yolu ilə əldə etmişdir. Əmlakla birlikdə torpaq sahəsini əldə etdikdən sonra həmin ərazidə yerləşən Bələdiyyəyə aid 0,03 ha torpaq sahəsində əmlakın əvvəlki sahibi X8 gəlini Təqsirləndirilən şəxs, nəvələri Şahid2 və Şahid3 fərdi yaşayış evi inşa etdirib yaşayırlar. Həmin topraq sahəsi kənd təsərrüfatı təyinatlı deyil, həyətyanı torpaq sahəsidir və X=723910, Y=4405675 koordinatda yerləşir. 20 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən Arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1262 №-li Arayışdan görünür ki, Fərəcova X5 rayonu Dünyamalılar kəndində qeydiyyatda olmasına baxmayaraq, ailə üzvləri (övladları 1994-cü il təvəllüdlü Şahid2 və 1998-ci il təvəllüdlü Şahid3) ilə birlikdə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə 86 ünvanında yaşayır. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1262 №-li Xasiyyətnamədən görünür ki, Fərəcova X5 şəhər ərazisində yaşadığı müddətdə onun barəsində Beyləqan şəhər ərazi Nümayəndəliyinə indiyədək sakinlərdən şikayət daxil olmamışdır. X24 Təchizatı və Satış İdarəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli 01- 01/189 №-li məktubdan görünür ki, Beyləqan rayonu, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs inşa etdiyi tikili yüksək gərginlikli elektrik veriliş xətlərinin qoruqmühafizə zonasında yerləşmir. 14 may 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsindən həmin Məcəllənin 188.1 və 188.2-ci maddələrinə tövsif edilmişdir. 15 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 15 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyətinin 10 may 2024-cü il tarixli 5-37/2-316/2024 №-li məktubundan görünür ki, 2004-cü ildə X8 adına verilmiş kadastr planında 0,09 ha ərazi olan torpağın 0,06 ha hissəsi X10 verilmiş, digər 0,03 ha torpaq sahəsi Bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Sonralara Şahid1 0,06 ha torpaq sahəsi üzərində olan əmlakla birlikdə X4 alqı-satqı yolu ilə almışdır. Hazırda qeyd olunan 0,03 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətidir və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına sərəncam verilməmişdir. Beyləqan rayonu Beyləqan Bələdiyyəsinin 28 iyun 2024-cü il tarixli 257 №-li məktubundan görünür ki, Beyləqan şəhəri, G.Əsədov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan 0,03 ha torpaq sahəsi Beyləqan Bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi heç bir vətəndaşa alqı-satqı, hərrac və müsabiqə yolu ilə verilməyib. Həmin torpaq sahəsində Beyləqan Bələdiyyəsinin qərarı olmadan kiçik tipli fərdi yaşayış evi inşa etmiş X1 torpaq sahəsi istifadəçisi olan əvvəlki əmlak sahibi olan mərhumə X8 gəlinidir. X3 qarşı Beyləqan Bələdiyyəsinin heç bir şikayət və iddia tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Beyləqan rayon Gigiyena və Epidemiolgiya Mərkəzinin 09 iyul 2024-cü il tarixli 01-1/195 №-li Arayışından görünür ki, X2 Rayon və Epidemiologiya mərkəzində sanitar-qadın vəzifəsində işləyir. Beyləqan Rayon Məhkəməsinin 02 dekabr 1996-cı il tarixli qətnaməsindən görünür ki,09 may 1970-ci ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş X17 08 may 1992-ci ildə Şuşa şəhərində vəfat etməsi elan edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati ərazi dairəsi Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 599 №-li Arayışdan görünür ki, Fərəcova X5 rayonu Dünyamalılar kəndində yaşayır və onun qardaşı X17 xx.xx.1992-ci ildə Şuşada şəhid olmuşdur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi DVD diskinə proses iştirakçılarının iştirakları ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Beyləqan şəhəri, X16 küçəsində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini özbaşına tikilinin ətrafı hasarlanmış olsa da, müdafiə tərəfi həmin hasarların qonşular tərəfindən çəkildiyi bildirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 188.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, sonuncunun CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının ortalarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri, X16 küçəsində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini özbaşına hasarlamaqla tutmuş və həmin torpaq sahəsinin 22 kvadratmetr sahəsi üzərində özbaşına mişar daşından birmərtəbəli, bir otaqlı yaşayış evi tikmiş, bununla da o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 0,03 hektar torpaq sahəsini özbaşına hasarlamaqla tutaraq 22 kvadratmetr torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-in 188.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, bildirmişdir ki, onun tərəfindən Beyləqan şəhəri, X16 küçəsində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsində hər hansı bir hasarlama işləri aparılmamışdır. Məhkəmə tərəfindən sözügedən ziddiyyətli məqamın aydınlaşdırılması məqsədi ilə müdafiəçi tərəfinin vəsatəti əsasında qonşular şahid qismində dindirilmiş və eyni zamanda müdafiə tərəfinin təqdim etdiyi videodiskə baxış keçirilmiş, mübahisəli torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən hasarlanması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış sübutlarla, Təqsirləndirilən şəxs 2019-cu ilin iyul ayının ortalarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan şəhəri, X16 küçəsində yerləşən Beyləqan rayon Beyləqan bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini özbaşına hasarladığı faktı sübuta yetirilməmişdir. Bu fakt eyni zamana ibtidai istintaq zamanı əldə edilmiş sübutlarla da müəyyən edilmir. Belə ki, ibtidai istintaq zamanı alınmış şahid ifadələri və baxış protokolu ilə Təqsirləndirilən şəxs torpaq sahəsində hasarlama işləri aparıldığı müəyyən edilməmişdir. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs da ittihamın mahiyyətini tam başa düşmədiyini və onun tərəfindın hər hansı bir hasarlama işlərinin aparılmadığını bildirmişdir. Məhkəmə, göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət- Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X20 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bununla da yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə məhkəmədə öz təsdiqini tapmadığından iş materiallarında olan sübutlar onun həmin əmələ görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. CPM-in 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 188.1-ci maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 188.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 188.2ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, baxış protokolu, şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 188.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, qardaşının şəhid olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağıraşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 188.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri axşam saat 24:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, müdafiə tərəfinin təqdim etdiyi bir ədəd “DVD” diski cinayət işində saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356-358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2400-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Beyləqan rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Müdafiə tərəfinin təqdim etdiyi bir ədəd “DVD” diski cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-39/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-39/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver