Məhkəmə qərarları › İş №1(020)-4/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-4/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-4/2024 05.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxsin nümayəndəsi- X7 və onun nüməyəndəsi və vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx *992-ci ildə Beyləqan rayonu, Birinci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, hazırda fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, 27 sentyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *79.2.3 və *79.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Əliyev X4 rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən X8 ilə bağladığı 06 fevral 20*9-cu il tarixli əmək müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kompüter operatoru vəzifəsində işləməklə faktiki olaraq tam maddi-məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək 2022-ci ilin əvvəlindən *7 oktyabr 2022-ci il tarixədək olan dövr ərzində istintaqa məlum olmayan tarixlərdə və vaxtlarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən anbarından təhvil alaraq Zəngilan rayonuna aparıb, orada gündəlik tələbat mallarının satışı ilə məşğul olan Şahid2 satması üçün təhvil verdiyi müxtəlif miqdarda, növdə və adda ərzaq, siqaret və digər gündəlik tələbat mallarının satışından əldə olunmuş puldan 9404,70 (doqquz min dörd yüz dörd manat yetmiş qəpik) manatını Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru tərəfindən ona verilmiş 07 yanvar 2022-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus pul vəsaitini Şahid2 götürmək (qəbul etmək) və həmin pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına ödəmək (mədaxil etmək) səlahiyyətlərinin etibar edildiyi etibarnamə əsasında nağd qaydada qəbul edib, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş 9404.70 (doqquz min dörd yüz dörd manat yetmiş qəpik) manat xeyli miqdarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmiş, yəni ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 20*5-ci ildən 20*9-cu ilə kimi Füzuli rayonu, Bəhmənli kəndində yerləşən "xxxx" MMC-yə məxsus marketdə satıcı işləmişdir. 20*9-cu ilin fevral ayından 2022-ci ilin təxminən oktyabr ayına kimi əmək müqaviləsi əsasında "xxxx" MMC-də operator vəzifəsində işləmişdir. Operator kimi onun vəzifəsi "xxxx" MMC-nin ekspeditorlarının sifariş qaimələrini təsdiq edib, çap edərək anbara təhvil verməkdən ibarət olmuşdur. Həmçinin, portalda qeydiyyatı olduğu üçün "xxxx" MMC-yə məxsus “Hyundai” və “Ford” markalı yük avtomobilləri ilə işdən sonra Zəngilan rayonunda yerləşən Şahid2 məxsus ərzaq mağazası və kafeyə spirtli içki, siqaret və ərzaq məhsulları aparıb vermişdir. Onun 4 ərazisi olmuş, Beyləqan, Ağcəbədi, Ağdam və Zəngilan. Dörd təmsilçi mal sifariş vermiş, o, anbardan malı qəbul etmiş, payladıqdan sonra bu barədə qəbzi ofisə təhvil vermişdir. O, faktura əsasında Şahid2 mal aparıb vermişdir. Şahid2 malları verən zaman Zəngilan rayonuna tək getmişdir. 2022-ci ildə təxminən 4-5 dəfə Zəngilan rayonuna getmiş, Şahid2 təxminən 50000 manat məbləğində mal vermişdir. Hər dəfə təxminən *0-*5 min manatlıq mal olmuşdur. Şahid2 aldığı malların ödənişini ayrı-ayrı vaxtlarda fərqli-fərqli məbləğlərdə bank kartı vasitəsilə "xxxx" MMC-nin icraçı direktoru Nümayəndə* və Oqtayın müavini Cəvahir Baratzadəyə məxsus bank kartına göndərmişdir. Nümayəndə* mobil telefonuna pulun köçürülməsi ilə bağlı sms bildirişi gəldikdən sonra Yaşar ilə Oqtay özü mobil telefonla danışıb pulun köçürülməsini dəqiqləşdirmişdir. Bundan sonra Oqtay Kərimov ona özünün və ya Cəvahirin bank kartını verərək köçürülmüş pulları bankomatdan çıxarıb kassaya mədaxil etməsini istəmişdir. O, yalnız Oqtay dedikdən sonra həmin pulları “Daşburun” dairəsinin yaxınlığındakı “Oscar” yanacaqdoldurma məntəqəsindəki və Birinci Şahsevən kəndindəki Davud marketin qarşısındakı bankomatdan çıxarıb kassaya mədaxil etmişdir. O, pulları kassaya mədaxil etdikdən sonra kartları Oqtayın özünə və ya müavini Cəvahirə qaytarmışdır. Oqtay kartların pin kodunu özü ona demişdir. Lakin kassaya mədaxil etməsi ilə bağlı olaraq ona kassadan qəbz verilməmişdir. Kassada pulu qəbul edən xəzinədar Şahid* ona Nümayəndə* ümumi sistemə nəzarət etdiyini, qəbz verməyə ehtiyac olmadığını demişdir. Nümayəndə* işdən sonra Zəngilan rayonuna mal aparmağı ona təklif etdikdə bunun üçün ona əlavə əmək haqqı ödəyəcəyini demişdir. Lakin ona buna görə heç bir əmək haqqı ödəməmiş, həmçinin, 20*9-cu ildən onu məzuniyyətə buraxmamış, məzuniyyət pulunu verməmişdir. Bundan əlavə Oqtay istirahət günlərində də onu işə çağırmış, o, istirahət günlərində işlədiyinə görə əmək haqqı almamışdır. Bütün bunlar səbəbindən o, artıq "xxxx" MMC-də işləmək istəməmiş və 08 oktyabr 2022-ci il tarixdə işdən çıxmışdır. O, işdən çıxarkən Oqtaydan əlavə gördüyü işlərə görə alacağı pulu və məzuniyyət pullarını ödəməsini tələb etsə də Oqtay həmin pulları ona verməkdən imtina etmişdir. O, Oqtaya barəsində şikayət edəcəyini demiş, Oqtay isə hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. O, "xxxx" MMC-nin onun əmək hüquqlarını pozması barədə Əmək müfəttişliyinə şikayət etmişdir. Əmək müfəttişliyi tərəfindən araşdırma aparılmış və ona bu barədə rəsmi məktub göndərilmişdir. Həmin məktuba əsasən "xxxx" MMC-nin barəsində *92.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Onun şikayəti əsasında "xxxx" MMC-nin barəsində *92.4-cü maddəsi ilə inzibati protokol tərtib olunduğu üçün Nümayəndə* onun barəsində böhtan xarakterli şikayət etmişdir. Nümayəndə* rayon prokurorluğunda verdiyi izahatında yalan göstərmişdir. Şahid2 ona heç bir məbləğdə nağd və ya bank hesab kartı vasitəsilə pul ödəməmişdir. Yaşar aldığı malların pulunu Nümayəndə* və Cəvahir Baratzadənin bank hesab kartlarına ödəmişdir. Yaşar ödənişləri edən zaman bu barədə Oqtayın özü ilə danışmışdır. *7 oktyabr 2022-ci il tarixdə o, artıq işdən çıxmışdır. Üzləşdirmə aparılan zaman orada olmamış, 9404,70 manat pulu mənimsəməyini heç kəsə etiraf etməmişdir. Şahid2 cəmi neçə manat dəyərində mal satdığını xatırlamır. Şahid2 * manat da olsun nağd və ya bank hesab kartı vasitəsilə ödəniş qəbul etməmişdir. O, audit yoxlamasında iştirak etməmiş, audit yoxlamasına hansı sənədlərin təqdim edilməsindən məlumatı yoxdur. O, Yaşarın ödədiyi pulu mənimsəməmişdir. Şahid2 satdığı malları "xxxx" MMC-dən qaimə əsasında götürmüş və qaimə əsasında da Yaşara vermişdir. O, “Tam maddi məsuliyyət haqqında” müqaviləyə qol çəkməmiş, həmin müqavilədən xəbəri olmamış, müqavilənin şərtləri ilə tanış olmamışdır. Onun yerinə kimin qol çəkməsi barədə dəqiq məlumatı yoxdur. Şahid2 ifadəsində yalan göstərmişdir. Şahid2 aldığı malların pulunu Oqtay və Cavahirin bank kartlarına göndərmiş, ona nağd şəkildə pul verməmişdir. Sürücülər vasitəsilə də pul göndərməmişdir. Şahid5 ifadəsində yalan göstərmişdir. Şahid2 Xəlyəddinin vasitəsilə ona 6.000, 5.000, 3.000, 2.000 manat, ümumiyyətlə heç bir məbləğdə nağd pul göndərməmişdir. Həmçinin, Yaşar Xəlyəddinin yanında ona nağd pul verməmişdir. Şahid3 ifadəsində yalan göstərmişdir. Şahid2 Əsədin vasitəsilə ona 3.000 və 2.000 manat, ümumiyyətlə heç bir məbləğdə nağd pul göndərməmişdir. Həmçinin, Yaşar Əsədin yanında ona nağd pul verməmişdir. Şahid4 ifadəsində yalan göstərmişdir. O, Xəzərin yanında və başqa şəxslərin yanında heç vaxt Oqtaya 9400 manat pulunu ehtiyacı olduğu üçün götürdüyünü və * həftə ərzində qaytaracağını deməmişdir. Şahid2 aldığı malların dəyərini bank kartı vasitəsilə Oqtaya və Cavahirə məxsus hesablara göndərmişdir. Şahid2 tərəfindən 49834 manat pul "xxxx" MMC-dən 2022-ci il ərzində nisyə aldığı malların dəyəri kimi Oqtaya və Cavahirə məxsus kartlara göndərmişdir. Oqtay həmin kartları şifrələri ilə birlikdə ona vermiş, o, həmin pulları çıxararaq kassaya mədaxil etmiş və kartları Oqtaya, yaxud Cavahirə qaytarmışdır. Onun heç bir günahı olmamışdır. Cəmiyyətin pulunu mənimsəməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi X7 ifadəsində göstərdi ki, 20*9cu ildən "xxxx" MMC- nin icraçı direktoru işləyir. "xxxx" MMC topdan və pərakəndə ərzaq məhsullarının satılması ilə məşğul olur, Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mağazası və anbarı vardır. Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini kimi tanımış, həmin şəxslə aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 06 fevral 20*9-cu il tarixdə "xxxx" MMC-də kompüter operatoru vəzifəsinə işə qəbul olunmuş və MMC- nin təsisçisi Fərid Kərimli ilə arasında əmək müqaviləsi bağlanılmışdır. Orxanın əsas vəzifəsi ərzaq məhsullarının satışının həyata keçirilməsindən, həmin məhsullar üzrə ödəniləcək pulların alınıb kassaya gətirilib təhvil verilməsindən ibarət olmuşdur. Bununla bağlı MMCnin təsisçisi Fərid Kərimli tərəfindən Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Şahid2 MMC-nin daimi müştərisidir. Şahid2 Zəngilan rayonu ərazisində yeməkxana işlədir, həmin yeməkxana üçün ərzaq məhsullarını MMC-dən alır. Şahid2 2022-ci ilin əvvəllərindən oktyabr ayına kimi MMC-dən müxtəlif vaxtlarda ərzaq məhsullarını nisyə almış, həmin ərzaq məhsullarının hamısı Təqsirləndirilən şəxs tərəfindən Zəngilan rayonuna aparılaraq verilmişdir. Cəmiyyətin mühasibat uçotunda Şahid2 Cəmiyyətə olan *6.043,7* manat qalıq borcundan 6.639,0* manat məbləğində ödəniş etdiyi öz əksini tapmışdır. Qalıq 9404,70 manat isə Şahid2 adında borc kimi qalmışdır. O, qalıq borcun ödənilməsi ilə bağlı Şahid2 ilə əlaqə saxlayarkən Şahid2 MMC-yə olan borcunu tam şəkildə MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndə Təqsirləndirilən şəxs nağd şəkildə ödədiyini bildirmişdir. Bundan sonra Şahid2la MMC arasında borcların qarşılıqlı üzləşdirilməsi aparılmış və *7 oktyabr 2022-ci il tarixdə tərəflər arasında Üzləşdirmə aktı tərtib olunmuşdur. Üzləşdirmə zamanı Şahid2 *6,043,7* manat pulu tam ödədiyi, MMC-nin kompüter operatoru Təqsirləndirilən şəxs həmin pulu tam qəbul etdiyi, 6.639,0* manat pulu Cəmiyyətin kassasına mədaxil etdiyi, qalan 9404,70 manat pulu mənimsədiyi müəyyən olunmuşdur. O, Təqsirləndirilən şəxs bu barədə soruşduqda Təqsirləndirilən şəxs həmin 9404,70 manat pulu özünün götürdüyünü, şəxsi ehtiyaclarını ödəmək üçün məcbur qaldığından xərclədiyini, * həftə ərzində qaytaracağını bildirmişdir. Həmin söhbət zamanı MMC-də işləyən Şahid4 da orada olmuşdur. Lakin Orxan pulu qaytarmamışdır. Cəmiyyətin direktorunun *7 oktyabr 2022-ci il tarixli, 30 saylı əmri ilə Təqsirləndirilən şəxs cəmiyyətdə işlədiyi dövr üzrə əmək fəaliyyətinin yoxlanılması üçün cəmiyyət daxilində komissiya təşkil edilmişdir. Komissiya üzvlərinin araşdırması zamanı Təqsirləndirilən şəxs 9404,70 manatı Şahid2 ona verilmiş etibarnamə əsasında qəbul etdiyini, lakin həmin vəsaiti Cəmiyyətin kassasına ödəmədiyini etiraf etmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs bildirilsə də, Təqsirləndirilən şəxs həmin pulu Cəmiyyətin kassasına ödəməmişdir. Şahid2 satılmış ərzaq məhsullarının və ödənilmiş borclarının üzləşdirmə aktları vardır, lakin aradan çox vaxt keçdiyi üçün Orxanın Yaşara satdığı malların qaiməsi MMC-də qalmamışdır. Təqsirləndirilən şəxs Şahid2 başqa digər müştərilərdən pul alıb kassaya mədaxil etməməsi halı olmamışdır. Orxan digər müştərilərdən aldığı pulları kassaya mədaxil etmişdir. 2022-ci ilin əvvəllərinə qədər olan müddət ərzində Orxanın Yaşar tərəfindən onun bank kartına köçürülmələr olmuşdur. O, kartı Orxana verərək pulu çıxarıb kassaya mədaxil etməsini tapşırmışdır. Lakin 2022-ci ilin əvvəllərindən oktyabr ayına kimi olan müddət ərzində Təqsirləndirilən şəxs *6,043,7* manat Şahid2 nağd şəkildə almış, lakin 9404,70 manat pulu kassaya mədaxil etməmişdir. Orxan nağd aldığı pullardan əvvəllər gətirib kassaya mədaxil etmişdir. Bütün qairnə və fakturalar şirkətdə saxlanılmadığından o, Şahid2la MMC arasında 2022-ci ilin əvvəllərindən oktyabr ayına kimi dövriyyənin nə qədər olmasını dəqiq bilmir. Lakin 2022-ci ilin oktyabr ayında ümumi hesablama zamanı Orxanın Şahid2 qalıq borcundan 9404,70 manat pulu nağd şəkil Yaşardan alaraq MMC-nin kassasına ödəməməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində yalan göstərmişdir. O, Orxandan qərəzli qaldığı üçün şikayət etməmişdir. Orxanın işdən çıxmasına səbəb Şahid2 satdığı mallara görə nağd şəkildə aldığı 9404.70 manat pulu mənimsəyərək kassaya mədaxil etməməsi olmuşdur. Düzdür, Oran məzuniyyət pulu almadığına görə Əmək müfəttişliyinə şikayət etmiş, Mandarin LTD” MMC-nin barəsində *92.4-cü maddəsi ilə inzibati protokol tərtib olunaraq, 700 manat cərimə olunmuşdur. Təqsirləndirilən şəxs Şahid2 satdığı malları "xxxx" MMC-dən qaimə-faktura əsasında götürmüş və qaimə əsasında da Yaşara vermişdir. Şahid2 "xxxx" MMC-dən nisyə aldığı malların pulunu Təqsirləndirilən şəxs verməsini görən şəxslər barədə onun məlumatı yoxdur. Onun Şahid2la münasibəti Yaşarla şirkət arasında mal mübadiləsi ilə əlaqədar yaranmışdır. Onunla Şahid2 arasında şəxsi heç bir əmlak münasibəti olmamış, onun Yaşara, Yaşarın ona borcu olmamışdır. Onların arasındakı pul dövriyyəsi yalnız “Mandarin MMC” LTD-nin mallarının alğı-satqısı ilə əlaqədar olmuşdur. Şahid2 onun bank kartı hesabına 25 avqust 2022-ci il tarixdə 570 manat, 3* avqust 2022-ci il tarixdə *280 manat, *4 sentyabr 2022-ci il tarixdə *984 manat, *9 sentyabr 2022-ci il tarixdə 3 dəfə 5000 manat olmaqla *5000 manat, Şahid6 qızma məxsus 4*6974******02*0 nömrəli bank hesabına 23 sentyabr 2022-ci il tarixdə 8000 manat, 27 sentyabr 2022-ci il tarixdə 8000 manat və 6000 manat olmaqla *4000 manat, *4 oktyabr 2022-ci il tarixdə 4000 manat olmaqla cəmi 26000 manat, ümumilikdə 49834 manat məbləğində pulu “Mandarin MMC” LTD-dən nisyə aldığı malların pulunu ödəmək məqsədilə onun və Şahid6 kartına göndərmişdir. Hər dəfə ona və Cavahirə məxsus karta pul göndərən zaman Yaşar onunla danışmış və bu barədə ona məlumat vermişdir. Yaşar Zəngilan rayonunda işləyib yaşadığı üçün hər dəfə gəlib-getməkdə çətinlik çəkdiyindən kartla pullar göndərmişdir. Adətən nisyə götürülmüş malın dəyəri gələn dəfə mal verilən zaman ödənilir. Yaşara mal azaldıqca 3-5 gündən bir getmişdir. 49834 manat məbləğində pulu Yaşar 2022-ci il ərzində verilmiş malların dəyəri kimi ödəmişdir. Onun Yaşarın ona və Şahid6 məxsus bank kartlarına 25 avqust 2022-ci il tarixdən *4 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində cəmi 49834 manat məbləğində pul göndərməsindən məlumatı olmuşdur. Şahid6 “Mandarin MMC” LTD-də kadr məsələləri ilə əlaqədar işləyir, Cavahirin kartına pul göndərməsini o, özü Şahid2 demişdir. Şahid2 ona və Şahid6 məxsus bank kartına 25 avqust 2022-ci il tarixdən *4 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində göndərdiyi cəmi 49834 manat məbləğində pulun hamısı "xxxx" MMC-nin kassasına mədaxil edilmişdir. 49834 manat pulu onun tapşırığı ilə Təqsirləndirilən şəxs nağdlaşdırımş və kassaya mədaxil etmişdir. Ona və Şahid6 məxsus kartları içərisindəki pulları nağdlaşdırmaq üçün Orxana o, vermiş, şifrələrini demişdir. O, 2* fevral 2023-cü il tarixli ifadəsində karta pulların ödənilməsinin tarixi yadından çıxdığı üçün Yaşar tərəfindən 2022-ci ilin əvvəllərinə qədər olan müddət ərzində onun kartına köçürülmələr olduğunu səhv göstərmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Şahid2 ona zəng edərək mal göndərməsini, malın qiymətini bir qədər aşağı etməsini istəmiş, o, Yaşara həm nisyə mal götürdüyünü, həm də aşağı qiymət istədiyini bildirmiş, Yaşar ona əgər lazımdırsa pulunu göndərəcəyini demişdir. O, Yaşara borcunun *6043,7* manat olduğunu dedikdə Yaşar ona həmin pulu Orxana verdiyini, borcunun qalmadığını bildirmişdir Həmin vaxt o, Yaşarın müəssisəyə *6043,7* manat nisyə borcu olduğunu hesablamışdır. O, sənədlər əsasında həmin pulun 6639,0* manatının kassaya ödənildiyini, 9404,7* manatının isə kassaya mədaxil edilmədiyini görmüşdür. Yaşar ona həmin pulları nağd şəkildə Orxana verdiyini demişdir. 2022-ci ilin əvvəllərindən *7 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC ilə Şahid2 arasında ümumi dövriyyənin nə qədər təşkil etməsi barədə onun dəqiq məlumatı yoxdur. Orxanla “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmış və etibarnamə verilmişdir. Orxan Yaşardan pulları həmin sənədlər əsasında almışdır. Şahid2 mallar qaimə-faktura əsasında verilmişdir. Şahid2 ilə "xxxx" MMC-dən alınmış mallarla əlaqədar nağd ödənişlər olmuşdur. Nağd ödənişləri Yaşar Orxana ödəmişdir. Yaşar ilə aparılmış nağd ödənişlərin məbləği barədə onun dəqiq məlumatı yoxdur. MMC- nin dövriyyəsi çox olduğundan sənədlərin saxlanması mümkün olmadığı üçün Şahid2 malların verilməsi, Yaşarın malları qəbul etməsi, malların pulunu ödəməsini təsdiq edən qaimə-faktura, mədaxil orderi sənədləri onda yoxdur və həmin sənədləri təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs MMC-yə vurduğu ziyanı ödəməmişdir. Bununla əlaqədar ibtidai istintaq dövründə maddi və mənəvi ziyanla bağlı mülki iddia vermişlər. Mülki iddianın təmin edilməsini tələb edir. Həmçinin təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid* ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadəsində göstərdi ki, 20*5-ci ildən "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyir. "xxxx" MMC olaraq topdan və pərakəndə ərzaq məhsullarının satılması ilə məşğul olurlar. Xəzinədar kimi vəzifəsi yığılan pulların qəbul edilməsi, ödənişlərin edilməsi, kassaya mədaxil və məxaric edlilməsini şəxsən icra etməkdən ibarətdir. "xxxx" MMC-nin Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mağazası vardır. Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi, yaxud qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 06 fevra| 20*9-cu il tarixdə "xxxx" MMC-də kompüter operatoru vəzifəsinə götürülmüş və onunla MMC-nin direktoru Fərid Kərimlinin arasında əmək müqaviləsi bağlanılmışdır. Orxanın əsas vəzifəsi ərzaq məhsullarının satışını həyata keçirilməsindən, həmin məhsullar üzrə ödəniləcək pulların alınıb kassaya gətirib təhvil verilməsindən ibarət olmuşdur. Bununla bağlı MMC-nin direktoru tərəfindən Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Şahid2 MMC-nin daimi müştərisidir. Şahid2 Zəngilan rayonu ərazisində yeməkxana və ərzaq mağazzası işlədir. Həmin yeməkxana və ərzaq mağazası üçün ərzaq məhsullarını MMCdən alır. Şahid2 2022-ci ilin əvvəlkindən oktyabr ayına kimi MMC-dən müxtəlif vaxtlarda ümumilikdə *6.043,7* manat ərzaq məhsulu nisyə almışdır. Yaşar ilə göstərilən dövr ərzində konkret olaraq nə qədər məbləğdə alver edilməsi| konkret olaraq yadında deyildir. Cəmiyyətin mühasibat uçotunda Şahid2 Cəmiyyətə 6639,0* manat məbləğində ödəniş etdiyi öz əksini tapmışdır. Qalıq 9404.70 manat isə Şahid2 adına borc kimi qalmışdır. İcraçı direktor Nümayəndə* müştərilərinə qalıq borclaırının çıxarılması ilə əlaqədar tapşırıq verdikdə müəyyən olunmuşdur ki, Şahid2 MMC-yə 9404,70 manat borcu qalmışdır. Nümayəndə* həmin qalıq borcun ödənilməsi ilə bağlı Şahid2 ilə əlaqə saxlayarkən Yaşan Həsənov MMC-yə olan borcunu tam şəkildə MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Təqsirləndirilən şəxs ödədiyini bildirmişdir. Bundan sonra Nümayəndə* ondan Orxanın həmin pulu kassaya mədaxil edib-etmədiyini soruşmuş, o, Orxanın həmin pulun kassaya mədaxil edilmədiyini bildirmişdir. Bundan sonra Şahid2la MMC arasında borcların qarşılıqlı üzləşdirilməsi aparılmış və *7 oktyabr 2022-ci il tarixdə tərəflər arasında üzləşdirmə aktı tərtib olunmuşdur. Üzləşdirmə zamanı Şahid2 *6,043,7* manat pulu tam ödədiyi, MMC-nin kompüter operatoru Orxan Əliyeyin həmin pulu tam qəbul etdiyini, lakin 6.639,0* manat pulu cəmiyyətin kassasına mədaxil etdiyi, yerdə qalan 9404,70 manat pulu mənimsədiyi müəyyən olunmuşdur. Onun Təqsirləndirilən şəxs ilə kassaya ödənilməmiş 9404,70 manat pul ilə əlaqədar söhbəti olmamışdır. Lakin Nümayəndə* ona Orxan ilə bu barədə söhbət etdiyini, Orxanın həmin pulu öz ehtiyacları üçün xərclədiyini etiraf etdiyini demişdir. Həmin söhbət zamanı orada kimlərin olmasını dəqiq bilməmişdir. Bundan sonra Cəmiyyətin direktorunun *7 oktyabr 2022-ci il tarixli, 30 saylı Əmri ilə Təqsirləndirilən şəxs cəmiyyətdə işlədiyi dövr üzrə əmək fəaliyyətinin yoxlanılması üçün cəmiyyət daxilində komissiya təşkil edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 9404,70 manat pulu MMC-nin kassasına mədaxil etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zəngilan şəhərində yeməkxana və ərzaq, gündəlik tələbat mallarının satıldığı kiçik mağaza işlədir. Yeməkxana və mağazada satmaq üçün ərzaq, siqaret və gündəlik tələbat mallarını "xxxx" MMC-dən alır. O, həmin məhsulları qaimə və faktura əsasında alıb, satdıqca hissə-hissə pulunu ödəmişdir. Təxminən 2023-cü ilin fevral ayında Beyləqan rayon prokurorluğuna dəvət edilmiş, "xxxx" MMC-dən qəbul etdiyi mallarla bağlı çatışmamazlıq olması ona bildirilmiş və qəbul etdiyi mallarla bağlı sorğu-sual edilərək ifadəsi alınmışdır. O, "xxxx" MMC-dən ərzaq və qeyri ərzaq malları, həmçinin pivə və spirtli içkilər qəbul etmiş, bununla bağlı sifarişi "xxxx" MMC-də operator işləyən Təqsirləndirilən şəxs vermişdir. Orxanla 202*-ci ilin may- iyun aylarında tanış olmuşdur. Belə ki, Orxan ona Oqtay müəllimin onunla əlaqə saxlamasını demişdir. Həmin vaxtdan mal sifariş vermiş, malları qaimə ilə qəbul etmiş, sonradan pullarını ödəmişdir. Əvvəllər malları Orxan özü gətirib ona təhvil vermiş, sonra isə sürücülər gətirmişlər. Malların pullarını əvvəllər Orxana, sonra isə sürücülərə vermişdir. Malları isə yalnız Orxana sifariş vermiş və pulunu da Orxanla hesablaşmışdır. O, bütün malların pullarını faktura üzrə qəbul etmiş və pullarını faktura üzrə tam şəkildə ödəmişdir. Oqtay müəllim ona zəng edib pul istəmişdir. Onun heç bir borcu qalmadığına görə bununla əlaqədar Orxana zəng etmiş və Oqtayın pula görə ona zəng etdiyini bildirmişdir. Lakin Orxan ona bir söz deməmişdir. O, malları həmişə qaimə ilə qəbul etmiş, qaimə iki ədəd olmuş, malı qəbul etdikdən sonra qaimənin birinə imza edib geri qaytarmışdır. Onda hər hansı bir qaimə qalmamışdır. Ona verilən mallarla bağlı 9404.70 manat çatışmamazlıq olmasını istintaqda bilmişdir. Lakin onun "xxxx" MMC-yə heç bir borcu qalmamışdır. Orxanın Zəngilan rayonuna hansı vaxta qədər gəlib ona mal təhvil verməsini dəqiq xatırlamır. Lakin 2022-ci ildə Orxanın bir dəfə Oqtay müəllimlə birlikdə Zəngilana gəldiyi xatirində qalmışdır. Həmin vaxt Oqtayın yanında Orxana pul vermişdir. Həmçinin malların pullarını bəzən karla ödəmişdir. Ümumiyyətlə Orxana nəğd şəkildə nə qədər pul verdiyini dəqiq xatırlamır. İş üzrə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Zəngilan şəhərində yeməkxana və ərzaq, gündəlik tələbat mallarının satıldığı kiçik mağaza işlədir, yeməkxana və mağazada satmaq üçün ərzaq, siqaret və gündəlik tələbat mallarını "xxxx" MMC-dən alır. O, həmin məhsulları qaimə və faktura əsasında alıb, satdıqca hissə-hissə pulunu ödəyir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin işçisi kimi tanımış, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 2022-ci ilin oktyabr ayına kimi Təqsirləndirilən şəxs mal paylayıcı kimi ona "xxxx" MMC-nin mallarını gətirib vermişdir. Həmin malları Orxan qaimə və faktura əsasında ona vermişdir. Hazırda həmin qaimə və fakturalar onda yoxdur, o, bir ay müddət keçdikdə qaimə və fakturaları cırıb tullamışdır. Təqsirləndirilən şəxs ona “Mandarin“ MMC-yə məxsus ərzaq, siqaret və gündəlik tələbat mallarını qaimə və faktura əsasında gətirib vermiş və o, hissə-hissə həmin malların pulunu əsasən nağd şəkildə Orxana vermişdir. O, bəzən Orxana pulu sürücü kimi birlikdə gələn Əsəd adlı şəxsin vasitəsilə göndərmiş, lakin Əsədə pul verdikdə bu barədə Orxana demiş və Orxanla aralarında qalan borcu hesablayıb müəyyən etmişlər. Onun Orxan ilə haqqhesabı düz olmuş, * manat belə artıq yazıldıqda bunun sorğu-sualını aparmışdır. Təxminən 2022-ci ilin oktyabr ayında "xxxx" MMC-nin icraçı direktoru Nümayəndə* zəng edərək bir az pul göndərməsini istəmiş, ona təxminən *3.000 manatdan yuxarı borcunun olduğunu bildirmişdir. O, Oqtaya o qədər borcunun olmadığını demiş, həmin vaxt o, Oqtaya son vaxtlar götürdüyü malların pulunu borclu olmuş, əvvəldən götürdüyü mallarla bağlı olaraq borcu qalmamış, tam şəkildə köhnə borclarını ödəmişdir. Hətta o, Orxana zəng edib Oqtayın 3-4 min pula görə zəng etdiyini demiş, Orxan isə buna gülərək cavab vermişdir. Bir müddət sonra Nümayəndə* onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ondan aldığı pulların bir hissəsini MMC-nin kassasına mədaxil etmədiyini, mənimsədiyini demişdir. O, Nümayəndə* ilə onda qalan malların və Orxana ödədiklərini üzləşdirdikdə 2022-ci ilin əvvəllərindən Orxanın ona verdiyi *6,043,7* manat dəyərində malın pulunu ödəməsi bəlli olmuşdur. Əgər kassaya ödənilməmiş pul vardırsa bu, onun məsələsi deyildir. O, həmin vaxt əvvəl götürdüyü *6,043,7* manat dəyərində malın pulunu tam ödəmiş, *6,043,7* manat pulun əksəriyyətini nağd şəkildə Orxana vermişdir. O, "xxxx" MMC-yə məxsus malları Təqsirləndirilən şəxs qaimə və faktura əsasında qəbul etmişdir. O, Təqsirləndirilən şəxs qəbul etdiyi "xxxx" MMC-yə məxsus malların pulunu əsasən nağd formada Orxana vermişdir. Bəzən pulu Orxana şəxsən deyil, sürücü Əsədin vasitəsilə göndərmiş, Əsədə pulu verən zaman Orxana zəng edib bu barədə məlumat vermiş və qalan borcunu hesablatdırmışdır. O, nağd şəkildə Orxana 6.000, 5.000, 3.000 manat kimi məbləğlərdə pul verməsini dəqiq xatırlayır. O, bir neçə dəfə Nümayəndə* bank kartına da pul göndərmiş və bu barədə Orxana zəng edib bildirmişdir. Orxan pulun gəlməsini dəqiqləşdirdikdən sonra ona bu barədə məlumat vermişdir. Hazırda o, həmin kartın nömrəsini xatırlamır. "xxxx" MMC-dən aldığı məhsulların ödənişlərinin böyük hissəsini nağd şəkildə etmişdir. O, Təqsirləndirilən şəxs pul verməsi ilə bağlı heç bir sənədləşmə aparmamışdır. Təqsirləndirilən şəxs ifadəsində yalan göstərmişdir. O, dəfələrlə Orxana nağd şəkildə malların pulunu vermiş, əslən Cəbrayıl rayonunda olan adını xatırlamadığı sürücü onun nağd şəkildə Orxana pul verməsindən xəbərdar olmuş, həmin sürücü və Əsəd adlı sürücünün vasitəsilə də Orxana dəfələrlə nağd pul göndərmişdir. Hər dəfə sürücülər vasitəsilə pul göndərdikdə zəng edib Orxanın özü ilə danışıb haqq-hesab etmiş və qalıq borcunu öyrənmişəm. Təxminən *7 oktyabr 2022-ci il tarixdə onun ödədiyi pullar və götürdüyü mallarla bağlı üzləşdirmə aparılan zaman həqiqətən də onun *6,043,7* manat pulu ödəməsi müəyyən olunmuşdur. Həmin vaxtdan xeyli müddət keçdiyi üçün o, nə qədər pulun ödənməsi və nə qədərinin ödənməməsini dəqiq xatırlamır. Nümayəndə* həmin MMC-nin icraçı direktoru kimi tanımış, Oqtayla münasibətim mal mübadiləsi ilə əlaqədar yaranmışdır. Onunla Nümayəndə* arasında şəxsi heç bir əmlak münasibət olmamış, onun Oqtaya, Oqtayın ona borcu olmamışdır. Onların arasındakı pul dövriyyəsi yalnız “Mandarin MMC” LTD-nin mallarının alğı-satqısı ilə əlaqədar olmuşdur. O, "xxxx" MMC-dən malları qaimə və faktura əsasına almışdır.2022-ci ilin əvəllərindən *7 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində o, malları "xxxx" MMC-də işləyən Təqsirləndirilən şəxs qəbul etmişdir. O, * ayın tamamında saxlamağa yeri olmadığı üçün köhnə qaimə və fakturaları cırıb atmış, ona görə də Təqsirləndirilən şəxs qəbul etdiyi malların qaimə və fakturaları hazırda onda yoxdur. O, 2022-ci ilin əvvəlindən *7 oktyabr 2022-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs cəmi neçə manat dəyərində mal götürməsini dəqiq xatırlamır. O, "xxxx" MMC-dən aldığı malların pulunu nağd qaydada Orxana, kart vasitəsilə isə Oqtayın verdiyi kartlara göndərmişdir. Orxan özü şəxsən gəlmədikdə bir neçə dəfə sürücülər - Xəlyəddin və Əsəd vasitəsilə də Orxana nağd pul göndərmiş, lakin həmin pulların məbləğini dəqiq xatırlamır. Hər dəfə Orxanla danışıb razılığını aldıqdan sonra pulu sürücülərə vermişdir. Hər dəfə sürücülər vasitəsilə pul göndərdikdə zəng edib Orxanın özü ilə danışıb haqq-hesab etmiş və qalıq borcunu öyrənmişdir. O, Orxana cəmi nağd şəkildə nə qədər pul verməsini bilmir, Orxana 5000, 3000, 2000 və başqa məbləğlərdə nağd pullar vermişdir. Onun Təqsirləndirilən şəxs pul verməsi ilə bağlı aralarında heç bir sənədləşmə aparılmamışdır. O, ödənişin əksəriyyətini nağd şəkildə etmiş, kart vasitəsilə xırda məbləğlərdə, təxminən *000-2000 manat ödəniş etmişdir. O, "xxxx" ASC-yə məxsus bank kartından istifadə edir. "xxxx" MMC-dən aldığı malların pulunu əksər hallarda malları satdıqca ödəmişdir. O, bank kartı hesabı vasitəsilə 25 avqust 2022-ci il tarixdə 570 manat, 3* avqust 2022-ci il tarixdə *280 manat, *4 sentyabr 2022-ci il tarixdə *984 manat, *9 sentyabr 2022- ci il tarixdə 3 dəfə 5000 manat olmaqla *5000 manat, Şahid6 qızma məxsus 4*6974******02*0 nömrəli bank hesabına 23 sentyabr 2022-ci il tarixdə 8000 manat, 27 sentyabr 2022-ci il tarixdə 8000 manat və 6000 manat olmaqla *4000 manat, *4 oktyabr 2022-ci il tarixdə 4000 manat olmaqla cəmi 26000 manat, ümumilikdə 49834 manat məbləğində pulu “Mandarin MMC’' LTD-dən nisyə aldığı malların pulunu ödəmək məqsədilə Nümayəndə* və Şahid6 kartına göndərmişdir. Hər dəfə Oqtaya və Cavahirə məxsus karta pul göndərən zaman o, Oqtayla danışmış və bu barədə məlumat vermişdir. Onun kartından ondan başqa heç kəs pul göndərməmiş, pulların hamısını o, özü göndərmişdir. O, Zəngilan rayonunda işləyib yaşadığı üçün hər dəfə Beyləqan rayonuna gəlib-getməkdə çətinlik çəkdiyindən kartla pullar göndərmişdir. Onun əl-verinin bir hissəsi nağd şəkildə aparıldığı üçün pulun bir hissəsini nağd şəkildə ödəmişdir. O, bank məlumatları ona elan edilməzdən əvvəl həmin məbləğlərdə köçürmələr etdiyini xatırlamamışdır. Onun yadında yalnız kiçik ödənişlər qaldığından təxminən *000- 2000 manat ödəniş edilməsini demişdir. Adətən nisyə götürülmüş malın dəyəri gələn dəfə mal verilən zaman ödənilir. Ona mal azaldıqca 3-5 gündən bir verilmişdir. O, 49834 manat məbləğində pulu Oqtay və Cavahirin kartına 2022-ci il ərzində verilmiş malların dəyəri kimi ödəmişdir. Oqtayın və Orxanın onun Nümayəndə* və Şahid6 məxsus bank kartlarına 25 avqust 2022-ci il tarixdən *4 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində cəmi 49834 manat məbləğində pul göndərməsindən məlumatı olmuşdur. Şahid6 o, tanımamış, Cavahirin kartını ona Oqtay göndərmişdir. 2022-ci ilin əvvəllərindən *7 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC ilə onun arasında ümumi dövriyyənin nə qədər təşkil etməsini xatırlamır. Onun Təqsirləndirilən şəxs nağd pul verməsi ilə bağlı aralarında sənədləşmə aparılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadəsində göstərdi ki, o, 2022-ci ilin təxminən avqust ayından "xxxx" MMCdə sürücü vəzifəsində işləyir. Sürücü kimi onun vəzifəsi "xxxx" MMC-yə məxsus malları yük avtomobili ilə müştərilərin yerləşdiyi ünvana çatdırmaqdan ibarətdir. Əksər hallarda o, malları aparan zaman müştərinin yerləşdiyi ərazi üzrə mal paylayanlar da onunla birlikdə həmin müştərilərin yerləşdiyi ünvana getmiş, bəzən isə o, mal paylayanların xahişini nəzərə alaraq qaimə və faktura əsasında malları müştərilərə çatdırıb təhvil vermişdir. "xxxx" MMC-nin Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mağazası vardır. Təqsirləndirilən şəxs "xxxx" MMC-də operator işləyən şəxs kimi tanımış, aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Orxan ilə təxminən 4-5 dəfə Zəngilan rayonuna gedib orada yeməkxana və ərzaq mağazası işlədən Şahid2 ərzaq, içki, siqaret və digər gündəlik tələbat malları aparıb təhvil vermişdir. Onun Orxan ilə birlikdə Zəngilana gedərkən vəzifəsi yalnız avtomobili idarə etməkdən ibarət olmuşdur. Postlarda mallar yoxlanıldığından hər dəfə Orxan ilə mal verməyə gedərkən malların qaimə və fakturaları qaydasında olmuş, Orxan həmin qaimə və fakturalar əsasında "xxxx" MMC-nin anbarından götürdüyü malları Şahid2 təhvil vermişdir. Şahid2 isə malların pulunu malları satdıqca Orxana nağd şəkildə sayıb ödəmişdir. Lakin o, pulun verilməsi ilə bağlı Yaşarla Orxan arasında sənəd imzalanmasının şahidi olmamışdır. İki dəfə Şahid2 "xxxx" MMC-yə olan borcunun müəyyən hissəsini Orxana verməsi üçün ona nağd şəkildə əlbəəl vermiş, o, həmin pulları götürdüyü kimi Orxana təhvil vermiş, Orxan sayaraq pulları ondan təhvil götürmüşdür. Orxan pulu ondan götürməsini zəng edib Şahid2 məlumat vermiş, həmçinin, Şahid2 ona pul vermək istəyən zaman əvvəlcə bu barədə zəng edib Orxana bildirmiş və ona pul verib-verməməsini soruşmuşdur. Yaşar ona pul verməsinə Orxandan razılıq aldıqdan sonra pulları Orxana çatdırması üçün ona vermişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Şahid2 "xxxx" MMC-yə olan borcu hesablanan zaman Təqsirləndirilən şəxs 9.000 manatdan çox pulu Yaşardan aldığını, lakin şirkətin kassasına ödəmədiyini adını xatırlamadığı iş yoldaşlarından eşitmişdir. Onun Orxanın həmin pulları mənimsəməsindən əvvəllər heç bir məlumatı olmamışdır. O, sadəcə avtomobili idarə etmiş, Orxan pul mənimsəyəcəyini əvvəlcədən ona bildirməmişdir. O, Orxan ilə Yaşar arasında pulun verilməsi və qəbul edilməsi ilə əlaqədar sənədləşmə aparıldığını görməmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin anbarından malları qaimə və faktura əsasında götürmüş, həmin qaimə və faktura əsasında da Şahid2 təhvil vermişdir. Yaşar qaimə və faktura üzrə malları saydıqdan sonra təhvil götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində yalan göstərmişdir. Şahid2 dəfələrlə onun yanında Orxana nağd şəkildə malların pulunu vermiş, onun vasitəsi ilə də Orxana bir dəfə 3.000 manat, bir dəfə isə 2.000 manat nağd pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadəsində göstərdi ki, o, 20*6-cı ildən "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. "xxxx" MMC topdan və pərakəndə ərzaq, siqaret, içki və gündəlik tələbat məhsullarının satılması ilə məşğul olur. Sürücü kimi onun vəzifəsi "xxxx" MMC-yə məxsus malları yük avtomobili ilə müştərilərin yerləşdiyi ünvana çatdırmaqdan ibarətdir. Əksər hallarda o, malları aparan zaman müştərinin yerləşdiyi ərazi üzrə mal paylayanlar da onunla birlikdə həmin müştərilərin yerləşdiyi ünvana getmişlər. Bəzən isə o, mal paylayanların xahişini nəzərə alaraq qaimə və faktura əsasında malları müştərilərə çatdırıb təhvil vermişdir. "xxxx" MMC-nin Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mağazası vardır. O, Təqsirləndirilən şəxs "xxxx" MMC-də operator işləyən şəxs kimi tanımış, əvvəllər aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Orxan ilə dəfələrlə Zəngilan rayonuna gedib orada yeməkxana və ərzaq mağazası işlədən Şahid2 ərzaq, içki, siqaret və digər gündəlik tələbat malları aparıb təhvil vermişdir. Onun Orxan ilə birlikdə Zəngilan rayonuna gedərkən vəzifəsi yalnız avtomobili idarə etməkdən ibarət olmuşdur. O, təxminən 202*-ci ilin may ayından təxminən 2022-ci ilin iyul ayına qədər Təqsirləndirilən şəxs ilə birlikdə Zəngilan rayonuna gedib Şahid2 mal vermişdir. Postlarda mallar yoxlanıldığından hər dəfə Orxan ilə mal verməyə gedərkən malların qaimə və fakturaları qaydasında olmuş, Orxan həmin qaimə və fakturalar əsasında "xxxx" MMC- nin anbarından götürdüyü malları Şahid2 təhvil vermişdir. Şahid2 isə malların pulunu malları satdıqca Orxana əsasən nağd şəkildə sayıb ödəmişdir. Lakin o, pulun verilməsi ilə bağlı Yaşarla Orxan arasında sənəd imzalanmasının şahidi olmamışdır. Bir neçə dəfə Şahid2 "xxxx" MMC-yə olan borcunun müəyyən hissəsini Orxana verməsi üçün nağd şəkildə əlbəəl ona vermiş, o, həmin pulları götürdüyü kimi Orxana təhvil vermiş, Orxan pulları sayaraq ondan təhvil götürmüşdür. Orxan pulu ondan götürməsini zəng edib Şahid2 məlumat vermiş, həmçinin, Şahid2 ona pul vermək istəyən zaman əvvəlcə bu barədə zəng edib Orxana bildirərək pulu ona verib-verməməsini soruşmuşdur. Orxandan razılıq aldıqdan sonra Yaşar pulları Orxana çatdırması üçün ona vermişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Şahid2 "xxxx" MMC-yə olan borcu hesablanan zaman Təqsirləndirilən şəxs 9.000 manatdan çox pulu Yaşardan aldığını, lakin şirkətin kassasına ödəmədiyini hazırda adını xatırlamadığı iş yoldaşlarından eşitmişdir. Onun Orxanın həmin pulları mənimsəməsindən əvvəllər heç bir məlumatı olmamışdır. O, sadəcə avtomobili idarə etmiş, Orxan pul mənimsəyəcəyini əvvəlcədən ona bildirməmişdir. O, Orxan ilə Yaşar arasında pulun verilməsi və qəbul edilməsi ilə əlaqədar sənədləşmə aparıldığını görməmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin anbarından malları qaimə və faktura əsasında götürmüş, həmin qaimə və faktura əsasında da Şahid2 təhvil vermişdir. Yaşar qaimə və faktura üzrə malları saydıqdan sonra təhvil götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində yalan göstərmişdir. Şahid2 dəfələrlə onun yanında Orxana nağd şəkildə malların pulunu vermiş, onun vasitəsilə də Orxana 6.000, 5.000, 3.000, 2.000 manat nağd pul göndərmişdir. Şahid2 ödənişin böyük hissəsini nağd şəkildə etmişdir. Məhkəmə iclasında üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 20*3-cü ildən "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, təxminən 5 ilə yaxındır ki, həmin MMC-də satınalma müdiri vəzifəsində işləyir. Onun vəzifəsi MMC-nin anbarında olan mallar azaldıqca həmin azalan maldan şirkətlərə sifariş verməkdən ibarətdir. "xxxx" MMCnin Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mağazası vardır. Təqsirləndirilən şəxs "xxxx" MMC-də operator işləyən şəxs kimi tanımış, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Orxan operator vəzifəsində işləsə də, təxminən 2 ilə yaxın vaxt ərzində Zəngilan rayonuna mal aparıb paylamışdır. Təxminən 2022-ci ilin oktyabr ayında Zəngilan rayonunda yeməkxana və ərzaq mağazası işlədən Şahid2 "xxxx" MMC-yə olan borcu hesablanan zaman Təqsirləndirilən şəxs təxminən 9400 manat pulu Yaşardan aldığı, lakin şirkətin kassasına ödəmədiyi müəyyən olunmuşdur. Bu barədə o, adını xatırlamadığı iş yoldaşlarından eşitmişdir. 2022-ci ilin oktyabr ayında, xatırlamadığı tarixdə “Mandarin LTD" MMC-də direktor vəzifəsində işləyən Nümayəndə* Təqsirləndirilən şəxs bu barədə soruşduqda Təqsirləndirilən şəxs təxminən 9400 manat pulu Yaşardan aldığını, şəxsi ehtiyaclarını ödəmək üçün məcbur qaldığından xərclədiyini, * həftə ərzində qaytaracağını bildirmişdir. Həmin söhbət zamanı o da orada olmuşdur. Lakin onun bildiyinə görə Orxan hazırkı vaxta qədər həmin pulu qaytarmamışdır. Onun Orxanın həmin pulları mənimsəməsindən əvvəllər heç bir məlumatım olmamışdır. Təqsirləndirilən şəxs Şahid2 "xxxx" MMC-nin məhsullarının pulunu hansı formada alması, pulun qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs və Şahid2 arasında hər hansı sənədin tərtib olunması barədə onun məlumatı yoxdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin anbarından malları qaimə və faktura əsasında götürmüş, həmin qaimə və faktura əsasında da Şahid2 təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdi və ifadəsində göstərdi ki, o, təxminən 20*9-cu ilin avqust ayından "xxxx" MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsində işləyir, onun vəzifəsi işçiləri işə götürmək, işdən azad etmək, iş qaydalarını yeni işçilərə bildirməkdən ibarətdir. Həmçinin o, icraçı direktor Nümayəndə* xüsusi tapşırıqları üzrə köməkçisi vəzifəsini icra edir. Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs 06 fevral 20*9-cu il tarixdə "xxxx" MMC-də kompüter operatoru vəzifəsinə işə qəbul olunmuş və MMC-nin direktoru Fərid Kərimli ilə arasında əmək müqaviləsi bağlanılmışdır. Orxanın əsas vəzifəsi təhkim edilmiş ərazi üzrə malların sifarişinin qəbul edilməsi, anbara yönəldilməsi, həmçinin, Zəngilan rayonuna göndəriləcək malları aparıb müştəri Şahid2 təhvil vermək, ödənişlərini almaq, kasaya təhvil verməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs Şahid2 "xxxx" MMC-yə sifariş verdiyi malları MMCnin anbarından götürərək aparıb Zəngilan rayonunda Yaşara təhvil vermiş, aldığı pullardan bir hissəsini kassaya mədaxil etməsinə baxmayaraq təxminən 9404 manatını kassaya mədaxil etməmişdir. Bu barədə ona Nümayəndə* demişdir. "xxxx" MMC tərəfindən Şahid2 ərzaq məhsulları ayrı-ayrı vaxtlarda nağd və ya nisyə qaydada qaimə-faktura əsasında satılmışdır. Orxan ilə MMC arasında “Tam maddi məsuliyyət” haqqında müqavilə bağlanmışdır. Orxan həmin müqavilə əsasında malları aparıb Şahid2 vermiş, malların pulunu Yaşardan qəbul etmişdir. Əliyev X5 rayonuna gedib Şahid2 mal verən zaman Əsəd və Xəlyəddin adlı sürücülər yanında olmuşdur. Şahid2 "xxxx" MMC-dən nisyə aldığı malların pulunu Təqsirləndirilən şəxs verməsini görən şəxslər barədə onun məlumatı yoxdur, ola bilsin sürücülər bunu görmüşdür. O, Şahid2 şəxsən tanımamış, lakin Yaşarın Zəngilan rayonunda yeməkxana işlətdiyini və “Mandarin MMC” LTD-nin müştərisi olduğunu bilmişdir. Onunla Şahid2 arasında şəxsi heç bir əmlak münasibəti olmamış, onun Yaşara, Yaşarın ona borcu olmamışdır. Onların aralarındakı pul dövriyyəsi yalnız “Mandarin MMC” LTD-nin mallarının alğı-satqısı ilə əlaqədar olmuşdur. Şahid2 onun bank kartı hesabına 23 sentyabr 2022-ci il tarixdə 8000 manat, 27 sentyabr 2022-ci il tarixdə 8000 manat və 6000 manat olmaqla *4000 manat, *4 oktyabr 2022-ci il tarixdə 4000 manat olmaqla cəmi 26000 manat pulu “Mandarin MMC” LTD-dən nisyə aldığı malların pulunu ödəmək məqsədilə göndərmişdir. Hər dəfə ona məxsus karta pul göndərən zaman Yaşar Oqtayla danışmış və bu barədə məlumat vermişdir. O, maliyyə sahəsində işləməyindən Şahid2 verilmiş nisyə malların dəyərinin neçə müddətdən sonra ödənilməsi barədə məlumatı yoxdur. 26000 manat məbləğində pulu Yaşar 2022-ci il ərzində verilmiş malların dəyəri kimi ödəmişdir. Şahid2 ona məxsus bank kartına göndərdiyi 26000 manat məbləğində pulun hamısı "xxxx" MMC-nin kassasına mədaxil edilmişdir. Həmin pulları Təqsirləndirilən şəxs nağdlaşdırmış və kassaya mədaxil etmişdir. Ona məxsus kartı Nümayəndə* tapşırığı əsasında içərisindəki pulları nağdlaşdırmaq üçün o, Orxana vermiş və şifrəsini demişdir. 2022-ci ilin əvvəllərindən *7 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC ilə Şahid2 arasında ümumi dövriyyənin nə qədər təşkil etməsi barədə onun məlumatı yoxdur. Şahid2 ilə "xxxx" MMC-dən alınmış mallarla əlaqədar nağd ödənişlər olmuşdur. Nağd ödənişləri Yaşar Təqsirləndirilən şəxs ödəmişdir. Yaşar ilə aparılmış nağd ödənişlərin məbləği barədə o, dəqiq bilmir. Bəzən Orxana verməsi üçün Yaşar sürücülər vasitəsilə də nağd pullar göndərmişdir. Şahid2 malların verilməsi, Yaşarın malların pulunu ödəməsini təsdiq edən qaimə-faktura, mədaxil orderi kimi sənədlərin olubolmamasından onun məlumatı yoxdur. İş üzrə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin auditorudur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və təqsirləndirilən şəxslə heç bir ədavət və düşmənçiliyi yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 ilə bağlanılmış müqaviləyə əsasən "MANDARİN LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin vətəndaş Şahid2 ilə arasında olan hesablaşmaya dair onlara təqdim edilən sənədlər əsasında audit aparmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vətəndaş Şahid2 ümumi dəyəri *6 043.7* manat məbləğində mal təqdim etmişdir. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Şahid2 arasında bağlanmış *7 oktyabr 2022-ci il tarixi “Üzləşmə aktında”qeyd olunmuşdur ki, Şahid2 *6 043.7* manat məbləği cəmiyyətə ödəmişdir, lakin Cəmiyyətin xəzinadan Şahid* və cəmiyyətin mühasibat uçotunda Şahid2 cəmiyyətə 6 639,0* manat məbləğində ödəniş etdiyi əks olunur mal alan Şahid2 onlara təqdim edilmiş 0*.**.2022-ci tarixli “Üzləşmə aktında” təsdiq edir ki, arada yaranmış fərqi, yəni 9404,70 manat məbləğində ödənişi cəmiyyətin işçisi Təqsirləndirilən şəxs ödəmişdir. Cəmiyyətin bizə təqdim etdiyi aktda qeyd olunmuşdur. "xxxx" MMC-nin direktoru, xəzinədarı və insan resurslarının mütəxəssisinin tərtib ediyi aktda cəmiyyətdə kompüter operatoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs Aydm oğlunun əmək fəaliyyətinin yoxlanılması barədə Cəmiyyətin *7.*0.2022-ci il tarixli 30 saylı Əmrinə əsasən Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi dövr üçün əmək fəaliyyətinin yoxlanılması və yoxlama zamanı Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus 9404,70 manat pul vəsaitini Cəmiyyət adından müştəridən qəbul etdiyi, lakin həmin vəsaiti Cəmiyyətə ödəməkdən yayındığı qeyd edilmişdir. Audit yoxlaması onlara təqdim edilmiş sənədlər və akt əsasında aparılmışdır. Həmin sənədlərin və akt əsasında cəmiyyətin əmək və tam maddi məsuliyyət müqaviləsi ilə kompüter operatoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şirkət tərəfindən verilən 07.0*.2022-ci il tarixli etibarnamə əsasında 9404.70 manat məbləği qəbul etdiyi, lakin daha sonra cəmiyyətin xəzinəsinə təqdim etmədiyi müəyyən olunmuşdur. Təqdim olunmuş həmin sənədlər sonradan onda qalmamışdır. İş üzrə müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X*0 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, "xxxx" MMC-də anbardar işləyir. Onun vəzifəsi gələn malları qəbul etmək və anbardan mal verməkdən ibarətdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs sürücü kimi tanımış, onunla ədavəti və düşmənçiliyi yoxdur. Anbardan mal almaq üçün qaimə şirkətin operatorları tərəfindən tərtib edilir. Sürücülər qaiməni ona təqdim edir, o, da qaiməyə əsasən malları anbardan çıxarıb sayaraq sürücüyə təqdim edir. Mal verərkən qaimənin surətini özündə saxlamır. Bütün işlər sistem üzrə aparılır. Mal verərkən heç kimə imza etdirmir. Anbara gələn malları da qaiməyə əsasən qəbul edir. Pul məsələsinə qarışmır. Vəzifəsi yalnız mal verib mal qəbul etməkdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icrata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas "xxxx" MMC-nin direktoru X3 Şahid2 2022-ci ildə nisyə aldığı müxtəlif tarixlərdə ümumi dəyəri *6043,7* manat dəyərində ərzaq malların pulundan 9404,7* manatını Təqsirləndirilən şəxs MMCnin adından qəbul etməsinə baxmayaraq, kassaya mədaxil etməməsi barədə Beyləqan rayon prokurorluğuna yazdığı ərizə əsasında Beyləqan rayon prokurorluğunda toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş"xxxx" MMC-nin **.**.2022-ci il tarixli rəyindən görünür ki, audit yoxlaması onlara təqdim edilmiş sənədlər və akt əsasında aparılmışdır. Həmin sənədlərin və akt əsasında cəmiyyətin əmək və tam maddi məsuliyyət müqaviləsi ilə kompüter operatoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şirkət tərəfindən verilən 07.0*.2022-ci il tarixli etibarnamə əsasında 9404.70 manat məbləği qəbul etdiyi, lakin daha sonra cəmiyyətin xəzinəsinə təqdim etmədiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibat ekspertizasının **.05.2023-cü il tarixli, 9/2088 nömrəli rəyindən görünür ki, iş materiallarında mövcud olan sənədlərə əsasən X* düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda yoxlanılan dövr ərzində "xxxx" MMC-nin sabiq kompüter operatoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs hesabı üzrə 9404,70 manat məbləğində satış pulu çatışmazlığı müəyyən edilir. Hesabında 9404.70 manat məbləğində mal və ya satış pulu çatışmazlığının yaranması səbəbləri ilə əlaqədar olaraq kim və ya kimlərin maddi məsuliyyət daşıması hüquqi xarakterli olduğundan istintaq orqanı tərəfindən qiymətləndirilməlidir. Bundan başqa **.**.2022-ci il tarixli X2 göstərilən 9404,70 (doqquz min dörd yüz dörd manat 70 qəpik) manat məbləğində çatışmazlıq iş materiallarında olan *7 oktyabr 2022-ci il tarixli Üzləşmə Aktı ilə də öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru X8 tərəfindən Cəmiyyətdə kompüter operatoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus pul vəsaitini Şahid2 götürmək (qəbul etmək) və həmin pul vəsaitini Cəmiyyətin kassasına ödəmək (mədaxil etmək) səlahiyyətləri 3*.*2.2022-ci il tarixədək etibar edilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 9404,70 manat, eləcə də hər hansı digər məbləğdə pulu mənimsəmədiyini, Şahid2 sonuncuya satılmış malların dəyəri kimi nağd qaydada pul almadığını, Şahid2 sürücülər vasitəsilə ona nağd pul göndərmədiyini, Şahid2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı malların pulunun hamısını Nümayəndə* və Şahid6 bank hesabı kartlarına göndərdiyini göstərsə də, Təqsirləndirilən şəxs həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işin konkret halları və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Həmçinin Şahid2 məhkəmə iclasında Təqsirləndirilən şəxs 2022-ci ildə Zəngilan rayonuna onun yanına bir dəfə gəldiyini göstərsə də, ibtidai istintaq dövründə verdiyi ifadəsində 2022-ci ilin oktyabr ayına kimi Təqsirləndirilən şəxs mallar qəbul etdiyini və həmin malların pullarını qaytardığını bildirmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs özü də 2022-ci ildə təxminən 4-5 dəfə Zəngilan rayonuna getdiyini və Şahid2 təxminən 50000 manat məbləğində mal verdiyini etiraf etmişdir. O, həmçinin ifadəsində Təqsirləndirilən şəxs 6000, 5000, 3000 nəğd pul verdiyini göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasına ödəmək (mədaxil etmək) səlahiyyətlərinin etibar edildiyi etibarnamə əsasında nağd qaydada qəbul edib, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş 9404.70 (doqquz min dörd yüz dörd manat yetmiş qəpik) manat xeyli miqdarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəməsi, yəni ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin *79.2.3 və *79.2.4-cü maddələrinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.*-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.*-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4*.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş, *6.05.2023-cü il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkim edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını CM-nin 59.*.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 6*-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə iş materiallarını tədqiqi edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 46.2-ci maddəsinə əsasən ona dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsi qanuni və əsaslıdır. Belə ki, CM-nin 46.2-ci maddəsinə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə görə, bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə, həm də dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri başa düşülür. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən X8 ilə bağladığı 06 fevral 20*9-cu il tarixli əmək müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kompüter operatoru vəzifəsində işləməklə faktiki olaraq tam maddi-məsul şəxs olmuşdur. İş üzrə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs dəymiş ziyanla bağlı 9404.70(doqquz min dörd yüz dörd manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə **4 (yüz on dörd) manat alınıb "xxxx" MMC-yə ödənilməlidir. Mülki iddia mənəvi ziyan tələbinə dair hissədə sübuta yetmədiyindən və bununla əlaqədar məhkəməyə kifayət qədər sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, mülki iddia 2000 (iki min ) manat mənəvi ziyan tələbinə dair hissədə rədd edilməli, dövlət rüsumuna görə ödənilmiş ** (on bir) manat "xxxx" MMC-yə aid edilməlidir. İş üzrə maddi sübut dörd ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci-277 (iki yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə üçün əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 35*-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *79.2.3 və *79.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə * (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs 0* (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası əsas azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbir ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş ziyanla bağlı 9404.70 (doqquz min dörd yüz dörd manat yetmiş qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə **4 (yüz on dörd) manat alınıb "xxxx" MMC-yə ödənisin. Mülki iddia mənəvi ziyan tələbinə dair hissədə rədd edilsin. Dövlət rüsumuna görə ödənilmiş ** (on bir) manat "xxxx" MMC-yə aid edilsin. İş üzrə maddi sübut 4 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 277 (iki yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs oğluna məhkəmədə göstərdiyi hüquqi yardıma görə 45 (qırx beş) saat üçün 270 (iki yüz yetmiş) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə xüsusi müsadirə üçün əsas yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar