Məhkəmə qərarları › İş №1(020)-4/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-4/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-4/2025 08.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Beyləqan Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Beyləqan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 (doqquz) ay 24 (iyirmi dörd) gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2024-cü ilin mart ayının ortalarında Beyləqan rayonu, Birinci Şahsevən kəndində tanışı Şahid1 qəsdən tamah niyyəti ilə satış məqsədilə qanunsuz olaraq iki ədəd kibrit qutusunda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan 5,96 qram qurudulmuş marixuananı 200 manat pulun qarşılığında əldə etdikdən sonra həmin narkotik vasitənin bir qismini xırda bükümlərdə və bir ədəd siqaret dənəsində qablaşdırmaqla, həmin narkotik vasitənin qalan hissəsini iki ədəd kibrit qutusunda üzərində saxlamaqla daşımış, 23 mart 2024-cü il tarixdə, saat 20:30-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbiri nəticəsində Beyləqan rayonu, Milabad qəsəbəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 21:15-də üzərində şəxsi axtarış aparılarkən onun qəsdən tamah niyyəti ilə satış məqsədilə qanunsuz olaraq əldə edib əynində olan qara rəngli gödəkcənin sol iç cibində bir ədəd yarımçıq halda siqaret dənəsində qablaşdıraraq saxlamaqla daşıdığı təmiz çəkisi 0,14 qram, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən iki ədəd kibrit qutusunda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi 2,08 qram və 2,34 qram, yeddi ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,24 qram, 0,19 qram, 0,15 qram, 0,21 qram, 0,26 qram, 0,13 qram və 0,22 qram, cəmi 5,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-in məhz həmin maddəsindəki əməli törətməsi tam sübuta yetirilmir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə deyil, CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 mart 2024-cü il tarixdə saat 19:30 radələrində Beyləqan rayonu Milabad qəsəbəsinin girişində “VAZ-2106” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində olarkən, mülki formada olan 4 nəfər şəxsin ona yaxınlaşaraq onu tutub saxlayaraq üzərində və içərisində olduğu avtomobildə axtarış aparsalar da, heç bir narkotik vasitə aşkar edilməmişdir. Onun həmin vaxtı əlində özü istifadə etmək üçün saxladığı bir ədəd siqaretə doldurulmuş vəziyyətdə olan marixuananı polis əməkdaşları əlindən almış, orada onun üzərində və avtomaşında axtarış aparılması ilə bağlı heç bir sənədləşmə aparılmamış, sonra onu avtomobilə mindirib Beyləqan rayon polis şöbəsinə gətirmişlər, orada onu rəis müavini Mahirin otağına aparmışlar. Mahir, İlkin və Ziya adlı və tanımadığı polis əməkdaşları onu döymüşlər. Həmin vaxt polis əməkdaşları ona iki ədəd kibrit qutusu marixuananı cibinə qoyacaqlarını, əgər həmin narkotik vasitələri könüllü təqdim edib, həmin kütlələrin ona məxsus olması barədə bildirsə, onu CM-in 234.1-ci maddəsi ilə sənədləşdirib, həmin maddə ilə məhkəməyə verəcəklərini bildirmişlər. O, polis əməkdaşlarının onu yenidən döyüb işgəncə verəcəklərindən qorxaraq, polis əməkdaşlarının tələbi ilə razılaşmışdır. Polis əməkdaşları onun əynində olan gödəkçənin sağ yan cibinə 2 ədəd kibrit qutusu marixuana və 7 ədəd kağız bükümlərdə olan marixuana yerləşdirmiş, vəkilin iştirakı ilə onun üzərinə şəxsi baxış keçirilmiş və həmin narkotik vasitələr götürülmüşdür. Lakin, həmin narkotik vasitələr ona məxsus deyildir, ancaq siqaretə doldurulmuş vəziyyətdə olan marixuana ona məxsus olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda, özünün yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ibtidai istintaq zaamanı vermiş olduğunu ifadəsini tədiq edərək, göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Beyləqan rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən zaman Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməyini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Daha sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid4 və Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əvvəlcədən qurduqları plan əsasında Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və Beyləqan rayonu, Milabad qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu dəvət edib Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, ona hüquq və vəzifələri izah edilərək tutulması barədə qərar qəbul olunmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçi1 Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qoşqar Hacıyevin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə Müdafiəçi1 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya vasitə olduğu soruşulmuş və Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə Qoşqar Hacıyev tərəfindən axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusu və 07 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 02 ədəd kibrit qutusu və 07 ədəd kağız büküm açılaraq baxış keçirilmiş və həmin kibrit qutuları və bükümlərin hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Daha X18 aşkar edilmiş kütlələrin nə olmasını soruşmuş və Mürsəl narkotik olduğunu bildirmişdir. X18 Təqsirləndirilən şəxs həmin narkotikləri haradan əldə etməyini soruşmuş və Mürsəl həmin narkotik vasitələri Daşburundan Turqut adlı şəxsdən bir kibrit qutusunu 100 manat pul müqabilində olmaqla özünün istifadəsi üçün aldığını bildirmişdir. Sonra bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ilə yanaşı o da həmin protokolu imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs saxlanıldığı VAZ 2106 markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin salonuna, yük yerinə və motor hissəsinə baxış keçirilmişdir. Lakin baxış zamanı dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya kütlə aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişlər. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki şiddət və işgəncə olmamışdır. İstintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərində saxlaması məzmunlu cümlə müstəntiq tərəfindən səhv olaraq yazılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən zaman 23 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib, üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, baş əməliyyat müvəkkili Şahid3 bu barədə rayon PŞ-nin rəisinə raportla məruzə etmiş, bundan sonra polis əməkdaşlaı Şahid3, Şahid4 və özünün iştirakı ilə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Milabad qəsəbəsi ərazisində saxlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs avtomobildə olmuş və onun oradan Beyləqan rayon Polis Şöbəsinə gətirmişlər. Beyləqan rayon PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı 2 ədəd kibrit qutusu və 7 büküm narkotik vasitə olan marixuana üzərindən aşkar edilmişdir. Əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün narkotik vasitə əldə edib saxlaması ilə bağlı olmuş, istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə satması barədə məlumatı olmamış, istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərində saxlaması məzmunlu cümlə müstəntiq tərəfindən səhv olaraq yazılmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı isə heç bir fiziki şiddət və işgəncə olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, göstərmişdir ki, Beyləqan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş və 23 mart 2024-cü il tarixdə Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün polis əməkdaşları Şahid3, Şahid2 və onun iştirakı ilə saat 19 radələrində Təqsirləndirilən şəxs Beyləqan rayonun Milabad qəsəbəsi ərazisində saxlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomaşının sükanı arxasında olmuş, oradan Təqsirləndirilən şəxs Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Beyləqan rayon PŞ-də Müsəl Fərhadlının üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Müsəl Fərhadının üzərindən 2 ədəd kibrit qutusu və 7 büküm narkotik vasitə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. X1 olaraq kiməsə narkotik vasitə satması barədə məlumatı olmamış, istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərində saxlaması məzmunlu cümlə müstəntiq tərəfindən səhv olaraq yazılmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ibtidai istintaq zamanı vermiş olduğunu ifadəsini təsdiq edərək, göstərmişdir ki, Beyləqan rayon PŞ-nin X4 baş inspektor kriminalisti vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 23 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılaraq rayon PŞ-nə gətirilməsi və həmin şəxsin üzərində və avtomaşınında axtarış aparılacağını, həmin şəxsin üzərində və avtomaşınında axtarış aparılan zamanı xidməti istifadəsində olan “Panasonic” markalı videokamera ilə çəkliş aparması bildirilmişdir. O, daha sonra müstəntiq Qoşqar Hacıyevin xidməti otağına gəlmiş,Qoşqar Hacıyev həmin otaqda olan Təqsirləndirilən şəxs təqdim edərək,Təqsirləndirilən şəxs barəsində satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün narkotik vasitə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmasını, həmin əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq rayon PŞ-nə gətirildiyini və onun üzərində şəxsi axtarış aparılmasını,həmin şəxsi axtarışı videokamera ilə videoçəklişini aparmasını bildirmiş,bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və həmin şəxsi axtarışın videoçəkilişini aparmışdır. Təqsirləndirilən şəxs üzərindən 7 büküm narkotik vasitə aşkar edilmiş, daha sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına baxış keçirilmişdir. O, videoçəklişdən sonra dərhal həmin videoçəklişləri diskə yükləyərək müstəntiqə təqdim etmiş, həmin videoçəkilişlər “Panasonic” markalı videokameranın yaddaş kartında saxlanılır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, heç bir vaxt Təqsirləndirilən şəxs narkotik vasitə verməmiş və 23 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə görüşməmişdir. Beyləqan rayon PŞ-nin əməkdaşları tərəfindən 24 mart 2024-cü il tarixdə saxlanılaraq, Beyləqan rayon polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları onu təpik və yumruqla döyərək Təqsirləndirilən şəxs iki kibrit qutusu qurudulmuş marixuana satmasını bildirməsini tələb etmiş, əvvəlcə imtina etsə də, polis əməkdaşları onu yenidən döyüb işgəncə verdikdən sonra polis əməkdaşlarının tələbi ilə razılaşmışdır. Bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılarkən, izahat və ifadələrində polis əməkdaşlarının onu yenidən döyüb işgəncə verəcəklərindən qorxaraq polis əməkdaşlarının əvvəlcədən tapşırdığı kimi Təqsirləndirilən şəxs iki qutu narkotik vasitə qurudulmuş marixuana satmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməklə, üzərində və idarə etdiyi “VAZ 2106” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olması barədə Beyləqan rayon Polis şöbəsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı 23 mart 2024-cü il tarixdə saat 20:30-da məhdudlaşdırılaraq, həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq şöbəyə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd “West” markalı siqaret qutusu, 01 ədəd qayçı, 01 ədəd 20 manatlıq, 04 ədəd 10 manatlıq və 01 ədəd 1 manatlıq pul əskinasları olmaqla, cəmi 61 manat pul, 01 ədəd birbank plastik kartı, avtomobilin açarları və 01 ədəd ağzı bükülmüş siqaret dənəsi aşkar edilərək baxış keçirilmişdir. Aşkar edilmiş 01 ədəd büküm açılaraq baxış keçirilən zaman həmin bükümün içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olduğunu və istifadə etdiyini bildirmişdir. Sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusu və 07 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 02 ədəd kibrit qutusu və 07 ədəd kağız büküm açılaraq baxış keçirilərək, həmin kibrit qutuları və bükümlərin hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Sonra şəxsi axtarış davam etdirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə baxış keçirilən zaman cibində olan ona məxsus “Redmi" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 08 ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və kibrit qutularının çəkilərinin 5.0 qram və 4.68 qram, bükümlərin çəkilərinin isə müvafiq olaraq 0,69 qram, 0,25 qram, 0,31 qram, 0,34 qram, 0,23 qram, 0,32 qram, 0,23 qram və 0,35 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 02 ədəd kibrit qutusu və 07 ədəd bükümün içərisində olan tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr video çəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq istifadəsi, saxlanması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd birbank plastik kartı, avtomobil açarları və “Redmi” markalı mobil telefon götürülmüşdür. Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobilə baxış zamanı dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya kütlə aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X13 xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs üzərində..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd yarımçıq halda siqaret dənəsində təmiz çəkisi -0,14 qram, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 2,08 qram, 2,34 qram, 07 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,24 qram, 0,19 qram, 0,15 qram, 0,21 qram, 0,26 qram, 0,13 qram, 0,22 qram, ümumi çəkisi - 5,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi – 5,96 qram, tədqiqata sərf edildi – 0,20 qram (hər birindən - 0,02 qram), qalıq – 5,76 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-4/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökm və qərarın surətindən görünür ki, Fərhadlı X12 Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Beyləqan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 9 (doqquz) ay 24 (iyirmi dörd) gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin xx.xx.2024-cü il tarixli, 2714 nömrəli Ambulator X5 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 xx.xx.2024-cü il tarixli 1315 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının kəmağıllığın və sair psixi xəstəliyin əlaməti aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-21/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 23 avqust 2024-cü il tarixədək uzadılmışdır. Beyləqan rayon İHB-nin Milabad qəsəbəsi İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Fərhadlı X12 rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə təmiz çəkisi 5,96 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və onun tədqiqatdan sonra qalmış 5,76 qram qalığı saxlanılması üçün Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-47/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətə, yəni 07 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin 2575/2-24 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirir, lakin yeni xəsarət aşkarlanmamışdır. Beyləqan rayon X14 Saxlama yerindən daxil olmuş Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ilkin müayinə olunmuş və üzərində xəsarət olması barədə hər hansı bir qeyd yoxdur. Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X15 tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zorakılıq və təzyiqlərə məruz qalmasına dair Beyləqan Rayon Məhkəməsinin məlumatlı əsasında toplanmış 1457-C-24 saylı araşdırma materialı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(009)-192/2024 saylı qərarından görünür ki, şikayətçi Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X15 tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli 1457- C-24 №-li araşdırma materialı üzrə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X11 12 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı qanuni hesab edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol verilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. CM-in 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Qeyd olunan Qərarının 9-cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməzdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə edilməmiş, həmçinin məhkəmə istintaqı zamanı ittiham tərəfindən göstərilən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli onun üzərindən aşkar edilmiş bükümlərin sayına görə CM-in 234.2-ci maddəsi ilə tövsif edilsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gələcək sübutlar mövcud deyildir. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində onun narkotik vasitəni satmaq üçün deyil öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahidlər, yəni Beyləqan rayon PŞ-nin əməkdaşlarıdə ifadələrində qeyd etmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı X2 məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün narkotik vasitə əldə edib saxlaması ilə bağlı olmuşdur. Habelə iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan isə göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərində narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq olmamışdır. Həmçinin qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə münasibətdə onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir tutarlı dəlilə istinad edilməmişdir. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə təmiz çəkisi 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsinə tövsif edilə bilməz. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan – satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsini və ya saxlamasını, hazırlamasını, istehsal etməsini, emal etməsini, daşımasını, göndərməsini, yaxud qanunsuz olaraq narkotik vasitələri satmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların ittiham tərəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi qanuni və əsaslı olar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X10 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X8 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X6 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində yalnız siqaretə doldurulmuş vəziyyətdə olan marixuananın olmasını, digər büküm və kibrit qutusunda olan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşlarının onu döyərək narkotik vasitəni boynuna qoyması, eləcə də döyülməkdən qorxduğu üçün narkotik vasitələrin hamısını öz boynuna almasına dair verdiyi heç bir mötəbər hala əsaslanmayan ifadəsi məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd kibrit qutusu və 08 ədəd bükümün aşkar edilməsi iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolla yanaşı digər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə dair səsləndiriyi ifadələr isə istər Beyləqan rayon X14 Saxlama yerinin Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabından çıxarışı ilə, istərsə də Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X15 tərəfindən qəbul edilmiş 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təkzib edilir. Çünki qeyd olunan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ilkin müayinə olunmuş və üzərində xəsarət olması barədə hər hansı bir qeyd olmamış, eləcə də məhkəmənin Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən döyülmə, işgəncə, fiziki zorakılıq və təzyiqlərə məruz qalmasına dair ünvanladığı məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsi tərəfindən araşdırma aparılaraq cinayət hadisəsinin olmaması əsası ilə 12 avqust 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə,müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

34. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, eləcə də CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu (Beyləqan Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, daha sonra Beyləqan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 9 (doqquz) ay 24 (iyirmi dörd) gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair olan) CM-in 18.4-cü maddəsinin tələbləri baxımından residivin müəyyən olunması zamanı nəzərə alına bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmasını və həmin məhkumluğunun ödənilmədən və ya götürülmədən yenidən cinayət törətməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(020)-4/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmış və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsini rəhbər tutub, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin xx.xx.2024-cü il tarixli, 2714 nömrəli Ambulator X5 rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə təmiz çəkisi 5,76 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də şəxsi axtarış və avtomobilə baxışın görüntülərini özündə əks etdirən disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin X13 xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/317 nömrəli rəyi üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə təmiz çəkisi 5,76 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və avtomobilə baxışın görüntülərini özündə əks etdirən disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar