Məhkəmə qərarları › İş №1(020)-40/2023

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-40/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-40/2023 06.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Xüsusi ittihamçı X4, Şikayət verilmiş şəxs: X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə iclasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: X9 17 oktyabr 1977-cı ildə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olub X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutlmuş cinayət törədilməsində təqsirli bilinib, onun azadlığdan məhrum etmə cəzasına məhkum edilməsi barədə xüsusi ittiham qaydasında şikayətlə Ağdam rayon məhkəməsinə müraciət etmişdir və həmin iş aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, "X8" İctimai Birliyi 31 dekabr 2019-cu ildə təsis edilmiş və Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır. X12 Heydər Əliyevin siyasi kursunu, cənab prezident İlham Əliyevin iqtisadi və siyasi kursunu dəstəkləməkdir. Dövlət xalq münasibətlərinin yüksək səviyyədə olması üçün təbliğat aparırlar. Milli dəyərlərinin hərtərəfli qorunmasına köməklik edirlər. X7 vaxtilə 'X8" İctimai Birliyinin üzvü kimi fəaliyyət göstərmişdir. Lakin sonra könüllü sürətdə İctimai Birliyi tərk etmişdir. Gözəlov Abbas bir sıra şəxslərlə qruplaşma yaradaraq onun ünvanına şərböhtan, nəlayiq sözlər və söyüşlərlə nüfuzuna xələl gətirir. Hər yerdə onun ünvanına xoşa gəlməz çıxışlar edərək, onu terrorist kimi tanıdır. Guya o Gözəlov Abbas və onun qruplaşmasında olan dostlarına sui-qəsd hazırlayır. X7 onun onlara sui-qəsd hazırladığı haqda çıxışları video formatda qruplarda və müxtəlif sosial şəbəkələrdə yaymışdır. İlk gündən Tahirə Məğrur adı ilə tanınan Facebook səhifəsində bir neçə nəfər paylaşımlar edilmişdir. Onlardan biri də Gözəlov Abbasdır. Gözəlov Abbas dayanmadan video çarxlarda çıxışları, özünə məxsus statuslarda və müxtəlif sosial şəbəkələrdə onun və İctimai Birliyinin əleyhinə yazılar yazaraq paylaşmışdır. O Ədliyyə Nazirliyi və Notariat Baş İdarəsin hüquqi qeydiyatından keçən YDDİB-nin sədridi. Dövlətinə, xalqına xidmət edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, işğal altında olan torpaqlarının azad olunmasında və müdafiəsində fəal iştirak etmiş, şəhid ailəsi, müharibə veteranı təqaüddə olan keçmiş polis işçisi. Azərbaycan vətəndaşı YDDlB-nm sədri kimi bu gün də prezidentin daxili və xarici siyasətini dəstəkləyərək, onun dəmir yumuruğu ətrafında sıx birləşərək, YDDİB kollektivi ilə birlikdə daha da yüksək səviyyədə xalqına, dövlətinə xidmət etdiyini və buna görə də X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X7 izahatında barəsində xüsusi ittiham qaydasında olan şikayətə qanuna uyğun qaydada aidiyyət qaydaları pozulmadan baxılmasını xahiş etdi . Məhkəmə iş materiallarını araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin izahatını dinləyib hesab edir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki. Azərbaycan Respublikası CPM-nin74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinc instansiya məhkəməsində baxılır. 74.2. uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.1.1.uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.1 cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 74.4 Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. 74.8. Eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməldə böhtan və ya təhqiq xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya) vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarnın müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittihamı qaydasında şikayətə təhqir Yə ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qeyd olunan xüsusi ittiham qaydasında şikayətdən və digər sənədlərdən, o cümlədən Ağdam rayon İH başçısının Mərzili kəndi İƏD üzrə nümayəndəliyinin 177 nömrəli 25 aprel 2023-cü il tarixli arayışından görünür ki, X2 rayonu Mərzili kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamır. X1 rayonu, 20 yanvar küçəsi, ev 36-da faktiki yaşamasının təsdiq edən heç bir sənəd yoxdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X2 rayonu Mərzili kəndində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, X4 xüsusi ittiham qaydasında, şikayətində göstərilən X5 istinad edilən hərəkətlərin (əmələrin) Beyləqan rayonu ərazisinə aid olmasını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan xüsusi ittiham qaydasında şikayətin Ağdam rayon məhkəməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 302.1.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayət həmin məhkəməyə aid olmadıqda şikayətin icraata qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası CPM-nin 302.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxardır. Azərbaycan Respublikası CPM-nin 302.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub məhkəmə Qərara aldı: 17 oktyabr 1977-cı ildə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olub X3 Azərbaycan Respublikası CM-nin 147.1 3 və 148-ci maddələri ilə nəzərdə tutlmuş cinayət törədilməsində təqsirli bilinib, onun azadlığdan məhrum etmə cəzasına məhkum edilməsi dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək həmin xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qəradan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar