Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-40/2024 19.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi- Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Beyləqan rayonu, Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 fevral 2024-ci il tarixdə, saat 15-16 radələrində Beyləqan rayonu, İkinci Aşıqlı kəndi ərazisində yerləşən özünə məxsus ‘‘Görüş” adlanan kafedə olan zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağgöl Milli Parkının direktorunun 22 fevral 2021-ci il tarixli, 05 nömrəli əmrinə əsasən Ağgöl Milli Parkının mühafizə yegeri vəzifəsində işləyən Zərərçəkmiş şəxs idarə etdiyi “Niva” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə kafenin qarşısına gələrək avtomobili saxladığını görüb, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidmətinin 19 avqust 2021-ci il tarixli, 2451Ü nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidmətinin tabeli qurumları üzrə çalışan işçilərinin vəzifələrinə dair” Təlimatın müvafiq olaraq 8.1.3, 8.1.6, 8.1.11-ci bəndləri ilə müəyyən edilmiş mühafizəsinə cavabdeh olduğu ərazidə baş verə biləcək hər hansı qanun pozuntusunun qarşısının alınması məqsədilə tədbirlər görmək, xüsusi mühafizə olunan təbiət ərazisinin tabe olduğu rəhbər şəxslərinin göstərişi ilə mühafizəsinə cavabdeh olduğu ərazidə və ya digər ərazilərdə aparılan yoxlamalarda, reydlərdə iştirak etmək, xüsusi mühafizə olunan təbiət ərazisində və onun mühafizə zonasında mövcud qanunvericiliyə və mühafizə rejiminə zidd olan fəaliyyətləri təşkil edilmiş reyd zamanı ona və qohumlarına məxsus 302 (üç yüz iki) baş xırdabuynuzlu heyvanın xüsusi mühafizə olunan Ağgöl Milli Parkının ərazisində otarılmasının aşkar edilərək bu barədə xidməti vəzifələrini yerinə yetirməklə 19 fevral 2024-cü il tarixli aktın tərtib edilməsində iştirak etdiyi üçün Zərərçəkmiş şəxs qeyd olunan xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar qisas almaq məqsədilə sonuncuya xəsarət yetirmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək üçün hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs “Görüş” kafesinin yan tərəfindəki məişət tullantılarının atıldığı əraziyə aparıb Zərərçəkmiş şəxs zor tətbiq etməklə qəsdən bir neçə dəfə yumruq və təpik zərbələri vuraraq ona qəsdən sol gözaltı-almacıq nahiyəsində hematoma fonunda əzilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid, sol çiyin qurşağı və sağ diz oynağı nahiyələrində isə qançır xarakterli sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, beləliklə, o, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir Məhkəmədə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 6-7 ilə yaxındır ki, tanıyır. Bir neçə ildir ki, Fuad Ağgöl Milli Parkında mühafizəçi işləyir. Onun həmişə Fuadla münasibəti normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Fuad onların fermasında olmuş, çörək yeyib, çay içmişlər. Onun və dayıları Şahid8, Şahid5, xalası oğlu Şahid1 Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində fermaları vardır. Həmin fermada onlar qoyun saxlamaqla məşğul olurlar. Fermada onların cəmi 250 baş qoyunu vardır. Heyvanları ümumi yataqda qalmış, birlikdə otlamış, heyvanları çoban Ziya otarmışdır. Çobanı dayısı Nəriman işə qəbul etmişdir. Onlar heyvanlarını təxminən 1993-cü ildən Ağgöl ərazisində su içməyə aparmış və otlaq sahəsinə qaytarmışdır. Həmin yerdə heyvanların su içməsi üçün yalnız qoruq ərazisində kanal vardır. Təxminən 2006-cı ildən Ağgöl qoruq olduqdan sonra heyvanların həmin əraziyə keçməsi qadağan edilmiş, lakin heyvanları su içmək üçün qoruğun ərazisindəki arxa aparmağa məcbur olmuşlar. 19 fevral 2024-cii il tarixdə onların qoyunları Ağgöl Milli Parkı ərazisində çoban Ziya tərəfindən otarılan zaman Fuad və digər işçilər tərəfindən heyvanlar aşkar edilmiş və bu barədə protokol tərtib edilmişdir. Onların heyvanlarını orada Fuad aşkar etmişdir. Fuadın yanında kiminsə olub-olmamasından onun məlumatı yoxdur. Heyvanların qoruq ərazisində suvarılmasına görə cərimələnmələri barədə ona dayısı Sahib məlumat vermişdir. Fuad onunla çörək kəsdiyi üçün onların heyvanlarını qoruqda tutub onlara cərimə yazdırması ona çox pis təsir etmişdir. 20 fevral 2024-cii il tarixdə, axşam saatlarında o, Fuadın istifadəsində olan xatırlamadığı mobil nömrəyə zəng edərək onların heyvanlarını niyə cərimələtdirdiyini soruşmuş, Fuad onluq bir məsələ olmadığını saymazyana şəkildə ona demiş və telefon danışıqları bitmişdir. 21 fevral 2024-cü il tarixdə, saat 13 radələrində o, özünə məxsus “Mercedes E class” markalı, **- GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünə məxsus kafe, market və digər ticarət obyektləri olan “Görüş” adlanan əraziyə gedən zaman Fuadın idarə etdiyi ağ rəngli “Niva” markalı avtomobilin marketə tərəf getdiyini görüb avtomobilini Fuadın avtomobilinin ardınca sürüb ona çatmışdır. Fuadın avtomobilində qadın olduğunu gördüyündən Fuada yaxınlaşmadan öz kafesinə getmişdir. Fuad marketdən nəsə alıb oradan getmişdir. O, kafenin 1-ci kabinetində xalası oğlu Raulla əyləşərək çay içib nərd oynamağa başlamış, təxminən saat 15 radələrində pəncərədən Fuadın avtomobilinin kafenin qarşısında dayandığını görüb çölə çıxaraq ona yaxınlaşmışdır. Fuadın onların heyvanlarını cərimələtməsi, qayığını qırması, onunla saymazyana danışması ona çox pis təsir etdiyindən Fuadla söhbət etmək istəmişdir. O, Fuadın avtomobilinə yaxınlaşdıqda Fuad ona Abduləliyə zəng etdiyini, lakin Abduləlinin mobil telefonuna zəng çatmadığını demişdir. O, həmin vaxta qədər Abduləlinin Fuad ilə danışmasını bilməmişdir. Fuada elə onu axtardığını, avtomobildən düşməsini, söhbət etmək istədiyini demişdir. Fuad avtomobildən düşmüş və onlar gəzə-gəzə kafenin yanındakı avto-yuyucunun yanına keçmişlər. Fuaddan onların heyvanlarına niyə görə cərimə yazdırdığını soruşmuş, Fuad onluq bir məsələ olmadığını dedikdə o, əsəblərini cilovlaya bilməmiş, Fuadı söymüş və sağ əli ilə sinəsinə bir yumruq vurmuşdur. Fuad arxa-arxaya gedib zibilliyə düşmüş və yerə yıxılmışdır. Fuad zibillikdən çıxdıqda barmağının zədəli olduğunu deyib onu vurmamasını istəmiş və qaçıb oradan uzaqlaşmağa çalışmışdır. O, Fuadın sözlərinə əhəmiyyət verməyərək üzərinə gedib sağ əli ilə sol gözünə bir yumruq vurmuşdur. Həmin vaxt kafedə işləyən işçilər, xalası oğlu Abduləli, əmisi oğlu Ağaəli kafe tərəfdən onların yanına gəlmişlər. Ağaəli Fuada yaxınlaşaraq öz avtomobilinə tərəf aparmış və Fuadı vurduğu üçün onu danlamışdır. Fuad avtomobilə minən zaman Abduləliyə “sən məni döydürməyə çağırmışdınmı?!” demişdir. Abduləli həmin vaxt Fuada onun gəlməsindən məlumatı olmadığını bildirmişdir. Fuad öz avtomobilinə minib oradan uzaqlaşmışdır. O, Fuadı yumruqla vuran zaman onların yanında heç kəs olmamışdır. Həmin vaxt orada başqa şəxs olmamış, yalnız öz qohumları və işçiləri olmuşdur. Zərərçəkmiş şəxs rayon prokurorluğunda verdiyi ifadəsində yalan göstərmiş, o, Fuadı təpiklə vurmamış, Fuada yalnız 2 yumruq zərbəsi vurmuşdur. Fuadı 21 fevral 2024-cü il tarixdə yalnız o, vurmuş, Abduləli, Raul yaxud başqa hər hansı şəxs Fuadı vurmamış, Abduləli heç kəsə Fuadı öldürməsini, vurmasını deməmişdir. Zərərçəkmiş şəxs telefonunun sınmasını görməmişdir. Onun Zərərçəkmiş şəxs üzərində mobil telefon olmasından ümumiyyətlə məlumatı olmamış, Fuadın mobil telefonunu sındırmaq məqsədilə vurmamışdır. Onun Fuadın mobil telefonunu sındırmaq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs sol gözündəki xəsarəti o, yumruqla vurub yetirmiş, əlavə olaraq sinəsinə bir yumruq vurmuşdur. Digər xəsarətləri ola bilsin ki, Fuad sinəsinə dəyən yumruq zərbəsindən sonra yerə yıxılanda almışdır. 21 fevral 2024-cii il tarixdə Zərərçəkmiş şəxs ilə arasında baş vermiş münaqişə zamanı o, heç bir xəsarət almamışdır. Fuad onu vurmamışdır. Hazırda əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət törədir. Himayəsində dörd azyaşlı uşağı vardır. Ailəsinin yeganə qazanc gətirəni özüdür. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərmişdir ki, o, təxminən 2021-ci ilin fevral ayından Ağgöl Milli Parkında mühafizə yegeri vəzifəsində işləyir. Onun vəzifəsi Ağgöl Milli Parkının mühafizəsini təmin etməkdən, əgər əraziyə qanunsuz daxil olma, yaxud qanunsuz ov, heyvan otarma aşkar etdikdə bu barədə dərhal idarəyə məlumat verməkdən ibarətdir. O, növbətçilik cədvəli üzrə işə gedib gəlir, 24 saat işdə olduqdan sonra növbəti 48 saat istirahət günüdür, lakin reyd olduqda işə gedir. O, saat 09:00-dan növbəti gün saat 09:00-a qədər növbədə olur. 19 fevral 2024-cii il tarixdə, saat 11 radələrində onun, Ağgöl Milli Parkının müfəttişi Rəhim Bağırovun, sürücü Əlinin və vəzifəsini bilmədiyi Milli Parkın işçisi Səfərin iştirakı ilə Milli Parkın ərazisinə qanunsuz daxil olmanın olub-olmamasının yoxlanılması məqsədilə reyd aparmışlar. Reyd zamanı saat 15 radələrində Beyləqan rayonu, Eyvazalılar kənd sakini Nərimanın çobanı Ziyanın Milli Parkın ərazisində təxminən 302 baş qoyunu otardığını aşkar etmişlər. Ziyanın atasının adının Tapdıq olduğunu bilsə də soyadını bilməmişdir. Ziya Milli Parkın ərazisində qoyunları qanunsuz otarmışdır. Qoyunların Ağgöl Milli Parkının ərazisində otarılması sənədləşdirilmiş və Milli Parkın ərazisindən çıxarılması təmin edilmişdir. Onun protokol tərtib etmək səlahiyyəti olmadığından bunu etməmiş, lakin X11 qoyunlarının Ağgöl Milli Parkının ərazisində otarılması ilə bağlı protokol tərtib etmişdir. Təxminən 1 saat sonra Nəriman onun istifadəsində olan mobil nömrəyə sonu 8888 olan mobil nömrə vasitəsilə zəng edərək heyvanları Milli Parkın ərazisində tutmaları səbəbindən onunla mübahisə edərək onu nalayiq söyüşlərlə təhqir etmiş və onu hədələmişdir. Nəriman onu telefonda təhqir etdikdən sonra onların danışığı bitmiş, o, Nərimanı söyməmişdir. 21 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan rayonu, Eyvazalılar kənd bələdiyyəsinin sədri kimi tanıdığı Baba ləqəbli Abduləli ona zəng edərək özünü təqdim edib, ondan harada olduğunu soruşmuş və onunla işi olduğunu demişdir. O, Abduləliyə sözünü deməsini bildirmiş, Abduləli isə telefon söhbəti olmadığını deyərək onu “Görüş” kafesinə çay içib söhbət etməyə çağırmışdır. Abduləli ilə razılaşmış və təxminən 40 dəqiqə sonra özünə məxsus “Niva” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin kafeyə getmiş, avtomobili kafenin qarşısında, Abduləlinin avtomobilinin yanında saxlayıb avtomobildə oturmuş vəziyyətdə Abduləlinin mobil nömrəsinə zəng etmişdir. Lakin həmin nömrəyə zəng çatmamışdır. Həmin vaxt kafenin sahibi Fuad kafedən çıxaraq ona yaxınlaşmış, onunla salamlaşıb görüşdükdən sonra o, Fuada onu Abduləlinin çağırdığını, lakin mobil telefonuna zəng çatmadığını bildirmişdir. Fuad ona bundan məlumatının olduğunu, Abduləlinin kafedə olduğunu, indilərdə onların yanına gələcəyini demişdir. Fuad ondan Ağgöldə nə məsələ baş verdiyini soruşmuş, o, Fuada onluq bir məsələ olmadığını, sadəcə reyddə iştirak etdiyini, protokolu başqa şəxsin yazdığını demişdir. Fuad ona Ağgöldə aşkar etdikləri və sənədləşdirdikləri qoyunların dayısına məxsus olduğunu bildirib onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, Fuada “əmioğlu” deyə müraciət edib heç bir eyib iş görmədiyini, sadəcə reyddə iştirak etdiyini demişdir. Fuad onun alnının ortasına bir yumruq vurmuş, o, zərbənin təsirindən arxaya doğru gedərək yerə yıxılmışdır. Bundan sonra Fuad cəld şəkildə ona yaxınlaşmış və omba nahiyəsinin sağ tərəfinə, sağ çiyninə təpiklə vurmuşdur. O, ayağa durduqda ayağı yerdəki zibilə ilişmiş və təkrar yerə yıxılmışdır. İkinci dəfə o, yerə yıxılanda Fuad təpiklə sağ dizinə vurmuş, o, təkrar yerindən qalxmışdır. Fuad iri cüssəli olduğu üçün o, əlbəyaxa Fuadla bacarmasnın mümkün olmadığını görüb Fuada heç bir zərbə vurmamışdır. Həmin vaxt kafedən təxminən 10-15 nəfər şəxs çıxaraq ona tərəf yaxınlaşmış, həmin şəxslərin qarşısında bələdiyyə sədri Abduləli gəlmişdir. O, Abduləlinin onları ayırmağa gəldiyini düşünüb ona tərəf getmiş və Abduləlidən onu döyməyə görə çağırdığını soruşmuşdur. Abduləli qaça-qaça ona yaxınlaşmış və heç bir söz demədən yumruqla sol gözünə bir dəfə vurmuşdur. O, zərbənin təsirindən müvazinətini itirmiş və arxa-arxaya gedərək yerə yıxılmışdır. O, özündə güc tapıb ayağa qalxmaq istədikdə Abduləli yanında olan adlarını bilmədiyi şəxslərə “bunu öldürün, lazım olsa sizə kömək edəcəm” deyə bildirmişdir. Abduləli onu vurduqdan sonra o, yerə yıxıldıqda “Kukan” ləqəbli Şahid4 Vəliyəddin oğlu da onu yerdə təpikləmiş, daha sonra təxminən 4-5 nəfər adlarını bilmədiyi kafedən çıxan şəxslər Fuad və Abduləli ilə birləşib yerdə ona çoxlu təpik və yumruq zərbələri vurmağa başlamışlar. Həmin şəxslər onu vuran zaman kafenin yanında yerləşən Fuada məxsus marketi işlədən Fuadın əmisi oğlu Ağaəli oraya gələrək onu qucaqlayıb həmin şəxslərin onu vurmalarının qarşısını almış və onları aralamışdır. O, avtomobilinə əyləşib həmin yeri tərk etmişdir. O, özünə məxsus “Huawei” markalı mobil telefonunu götürüb zəng etmək istəyən zaman telefonunun sındığını görmüş, daha sonra Ağgöl Milli Parkı İdarəsinə gedib baş vermiş hadisə barədə rəhbərliyinə məlumat vermişdir. O, 21 fevral 2024-cü il tarixdə, saat 15 radələrində iş yerində, növbədə olmamış, 20 fevral 2024-cü il tarixdə, saat 09:00-dan 21 fevral 2024-cü il tarixdə saat 09:00-a qədər növbədə olmuş, 21 fevral 2024-cü il tarixdə, saat 09:00-da növbəni təhvil verərək istirahətə buraxılmışdır. Fuad və Abduləli onu Nərimanın heyvanlarının Ağgöl Milli Parkının ərazisində aşkar edilib protokol yazıldığı üçün döymüşlər. Digər şəxslər isə Abduləli dediyi üçün onu təpik və yumruqla vurmuşlar. Əvvəllər onun Abduləli, Fuad və digər onu vuran şəxslərlə arasında ədavət və düşmənçilik olmamış, əksinə, aralarında normal münasibət olmuşdur. Onun mobil telefonu ya zərbələrin təsirindən yerə yıxılan zaman, ya da ki, yerdə olanda kimsə ona təpik vuranda sınmışdır. Çünki hadisədən əvvəl onun telefonu saz vəziyyətdə olmuş, telefonun konkret olaraq kimin tərəfindən sındırılması barədə onun dəqiq məlumatı olmamışdır. O, həmin telefonu təxminən 1 il bundan əvvəl 350 manata almış, telefonun sınması nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Hadisə baş verən zaman onun əynində göy rəngli uzunqol köynək, göy rəngli cins şalvar və göy rəngli gödəkcə olmuşdur. O, 21 fevral 2024-cü il tarixdə döyülməsi nəticəsində sol göz, alın, sağ çiyin, sağ omba, sağ diz və sağ böyür nahiyələrindən xəsarət almışdır. Həmin xəsarətlərdən sol göz nahiyəsində olanı ona Abduləli yetirmiş, alın, sağ çiyin və sağ omba nahiyələrindən aldığı xəsarətləri ona Fuad yetirmiş, digər şəxslər bədəninin demək olar ki bütün nahiyələrinə vurmuşlar. Münaqişə təxminən 15 dəqiqə ərzində davam etmişdir. Hadisə avtomobil yolunun kənarında, kafenin qarşısında baş vermişdir. Orada ticarət obyektləri vardır. Ağaəli onları ayırdıqda ətrafdan təxminən 5-6 nəfər şəxsin onların yanına gəldiyini görmüşdür. Lakin o, avtomobilə əyləşib getdiyi üçün həmin şəxslərin kim olmasını bilməmişdir. Şahid5 və hər hansı şəxsdən qoyunların Ağgöl Milli Parkının ərazisinə buraxılmasına göz yumulması, yaxud hər hansı digər məqsədlə özü üçün, yaxud müdiri üçün quzu, yaxud pul almamışdır. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini və digər şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasında isə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam şəkildə ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını göstərərək ona təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun əsl adı Abduləli olsa da onu uşaqlıqdan "Baba" deyə çağırmışlar. Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxındır ki, tanıyır. Bir neçə ildir ki, Fuadın Ağgöl Milli Parkında mühafizəçi işlədiyini bilmişdir. Onun həmişə Fuadla münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Fuad onların fermasında da olmuş, çörək yeyib, çay içmişdir. Onun, dayıları Şahid8, Şahid5, xalası oğlu Təqsirləndirilən şəxs Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində ferması vardır. Həmin fermada ona, Şahid8, Şahid5 və Təqsirləndirilən şəxs məxsus qoyun saxlamaqla məşğul olurlar. Onların heyvanları ümumi yataqda qalmış, heyvanları çoban X9 otarmışdır. Onların heyvanları təxminən 1993-cü ildən Ağgöl ərazisində otlamışdır. 2006-cı ildə Ağgöl Milli Parkı qoruq kimi təsis edilmiş və ərazini ayırmaq üçün arx çəkilmişdir. Lakin qoruq müəyyən olunduqdan sonra da onların heyvanları həmin qoruq ərazisində otarılmışdır. 19 fevral 2024-cü il tarixdə onların qoyunları Ağgöl Milli Parkı ərazisində çoban Ziya tərəfindən otarılan zaman Fuad və qoruğun digər işçiləri tərəfindən heyvanlar aşkar edilmiş və bu barədə protokol tərtib edilmişdir. O, orada olan şəxslərdən yalnız Fuadın adını bilmişdir. Protokolun konkret olaraq kimin barəsində tərtib edilməsi ilə bağlı onun dəqiq məlumatı olmamışdır. 19 fevral 2024-cü il tarixdə adını xatırlamadığı tanışının “Whatsapp” statusunda Fuadın Ağgöldəki 5 ədəd qayığı başının üzərinə qaldırıb yerə çırparaq sındırmasının videosunu görmüş, lakin Fuad bir ədəd qayığı sındırmamışdır. Həmin qayıqların arasında onların qayığı da olmuşdur. 21 fevral 2024-cü il tarixdə, saat 14 radələrində o, qalan bir ədəd qayığı istəmək üçün Zərərçəkmiş şəxs zəng etmiş, Fuaddan harada olduğunu soruşduqda Fuad bir qədər kənarda olduğunu demişdir. Fuada Sənanın kafesində çay içdiyini, işlərini qurtardıqda ona zəng etməsini demişdir. Həmin vaxt o, xalası oğlu Ağaəli ilə oturub Sənanın işlədiyi “Görüş” kafesində çay içmiş, Ağaəlinin 10 yaşlı oğlu Mustafa da onların yanında oturmuşdur. Onun Fuadı çağırmaqda məqsədi sındırmadığı 1 ədəd qayığı cəriməsini yazdıqdan sonra götürmək barədə söhbət etmək olmuşdur. Təxminən 40 dəqiqə sonra Ağaəlinin oğlu Mustafa qaçaraq onların oturduğu kabinetə gələrək Fuad əmisinin dalaşdığını demişdir. Əvvəlcə Ağəli, daha sonra isə o, kabinetdən çölə çıxmışdır. O, kafenin kənarındakı avtoyuyucıınun yanına təxminən 5-6 nəfər adamın toplaşdığını görmüşdür. Adamların arası ilə zibilliyə tərəf getdikdə Zərərçəkmiş şəxs yerə yıxıldığını, xalası oğlu Fuadın üzü Zərərçəkmiş şəxs tərəf zibillikdə olduğunu, Ağaəlinin onların arasında olduğunu görmüşdür. Ağaəli Təqsirləndirilən şəxs qışqıraraq bunu niyə görə vurdun demişdir. Həmin vaxt Fuadın nə dediyini eşitməmişdir. Zərərçəkmiş şəxs Ağaəli ilə birlikdə öz avtomobilinə tərəf getmiş və avtomobilə minəndə ona “Sən məni buna görə çağırmışdınmı?” deyə bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özünə məxsus ağ rəngli “Niva” markalı avtomobilinə əyləşib getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sol gözündən qan axmışdır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında baş vermiş söhbət və münaqişə zamanı o, həmin şəxslərin yanında olmadığından Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında hansı məzmunda söhbətin olması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs konkret olaraq hansı nahiyələrinə nə ilə vurmasını görməmişdir. O, kafedən çıxan zaman Zərərçəkmiş şəxs sol gözündən qan axmış, xalası oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini bilmişdir. Münaqişə yerinə çatan zaman artıq Zərərçəkmiş şəxs zibillikdən Ağaəli ilə birlikdə öz maşınına tərəf getmişdir. O, Şahid4 və onun yanında olan şəxslərdən heç birisi Zərərçəkmiş şəxs vurmamışlar. O, Fuad Məmməquliyevi kafeyə çağırması səbəbindən yəqin ki, Fuad onu döydürdüyünü düşündüyündən barəsində həmin məzmunda ifadə vermişdir. Onun xalasının oğlu Fuad iri cüssəlidir, qoldan qüvvətlidir, Zərərçəkmiş şəxs döymək üçün köməyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs mobil telefonunun sınmasını görməmişdir. Zərərçəkmiş şəxs Ağgöl Milli Parkının digər əməkdaşları ilə birlikdə onların heyvanlarını sənədləşdirib cərimələtmiş, onlara məxsus qayığı sındırmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxslə arasında narazılıq olmuş və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Vəliyəddin oğlu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında ədavət və düşmənçilik olmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs isə əvvəllər tanımış, həmin şəxslərlə də arasında ədavət və düşmənçilik olmamışdır. O, özünə məxsus “Kamaz” markalı avtomobillə sifarişlər olduqda yük daşıma işi ilə məşğul olur. Təxminən 2024-cü ilin fevral ayının əvvəllərində “Görüş” kafesini işlədən Sənan ona kafenin arxasına qum tökdürmək istədiyini bildirmişdir. Sənanın işlətdiyi həmin kafe Təqsirləndirilən şəxs məxsusdur. 21 fevral 2024-cü il tarixdə, təxminən saat 14:30 radələrində o, Sənan ilə görüşüb qum daşınması məsələsini dəqiqləşdirmək üçün “Görüş” kafesinə getmiş, kafenin qarşısında Təqsirləndirilən şəxs görmüş və salamlaşıb görüşmüşdür. Söhbət əsnasında Fuadla nərd oynamağa razılaşmış və kafenin hazırda nömrəsini xatırlamadığı kabinetində əyləşib təxminən yarım saat müddətində çay içib nərd oynayaraq gündəlik məsələlər barədə söhbət etmişlər. Təxminən saat 15 radələrində o, qum daşınması ilə əlaqədar söhbət etmək məqsədilə Sənanın yanına getmişdir. Sənan həmin vaxt kafenin mətbəxində yemək yemişdir. Bir neçə dəqiqə sonra Sənanla birlikdə kafedən çıxıb qum töküləcək yerə baxmaq üçün kafenin arxasına keçmişlər. Həmin vaxt kafenin üzbəüz dayandıqda sağ tərəfindəki zibillik olan yerdən səsküy gəldiyini eşidib Sənanla birlikdə ora tərəf qaçmışlar. Kafenin tininə çatan zaman Ağəlinin Təqsirləndirilən şəxs tutub saxladığını, Zərərçəkmiş şəxs isə zibillikdən yuxarı çıxaraq avtoyuyucunun qarşısına çıxdığını, öz avtomobilinə tərəf getdiyini görmüşdür. Zərərçəkmiş şəxs sol göz nahiyəsindən qan axmışdır. Həmin vaxt o, Sənan, Ağəli Quliyev, Fuad və Abduləlinin orada olduğunu görmüşdür. O, nə baş verdiyini başa düşməmiş Zərərçəkmiş şəxs avtomobilinə əyləşib çıxıb getmişdir. Sonradan Fuadla söhbət edən zaman 19 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Fuadgilin qoyunlarını Ağgöl Milli Parkının ərazisində aşkar edib cərimə etdiyindən, qayıqlarını qırıb statusuna qoyduğundan Təqsirləndirilən şəxs əsəbiləşdiyini və Zərərçəkmiş şəxs yumruqla vurduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan söhbətdə və münaqişədə orada iştirak etmədiyindən həmin şəxslərin arasında baş vermiş münaqişə zamanı baş verənlər barədə konkret bilməmişdir. O, özü Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən bir neçə ilə yaxındır ki, tanıyır. Fuad Ağgöl Milli Parkında mühafizəçi işləyir. Onun Zərərçəkmiş şəxs ilə münasibəti həmişə normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs ilə də aralarında ədavət və düşmənçilik olmamış, bir qohum kimi xoş münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs onun əmisi oğlu, Şahid1 isə anasının əmisi nəvəsidir. Təqsirləndirilən şəxs məxsus Beyləqan rayonu, İkinci Aşıqlı kəndinin ərazisində yerləşən “Rasim” marketi işlədir. 21 fevral 2024-cü il tarixdə, saat 14 radələrində işlətdiyi marketin yanındakı qardaşı Sənanın işlətdiyi Təqsirləndirilən şəxs məxsus kafenin 1 nömrəli kabinetində Abduləli ilə çay içib söhbət edərək nərd oynamışlar. Həmin vaxt onun 10 yaşlı oğlu Mustafa da onların yanında olmuş, gah çölə çıxıb oynamış, gah kabinetə gəlmişdir. Təxminən saat 15 radələrində Mustafa kabinetə daxil olaraq Fııad əmisinin dalaşdığını demişdir. O, dərhal kabinetdən çölə çıxaraq ətrafa baxmış, əvvəlcə Fuadı görməmiş, lakin sol tərəfdəki içərisinə zibil tullanmış çalaya tərəf baxdıqda əmisi oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə birlikdə olduğunu görmüşdür. Fuadgilin yanında heç kəs olmamışdır. O, həmin şəxsləri görəndə Təqsirləndirilən şəxs arxası ona tərəf, Zərərçəkmiş şəxs ilə üzbəüz dayanmış və hər iki əli ilə Zərərçəkmiş şəxs əl qol atmış, Zərərçəkmiş şəxs arxaya doğru səndələmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs konkret olaraq hansı nahiyələrinə vurmasını bilməmişdir. O, dərhal həmin yerə qaçmış və “nə edirsiniz?!” deyə qışqırmışdır. Zərərçəkmiş şəxs əmisi oğlu Təqsirləndirilən şəxs böyründən qaçaraq ona tərəf gəlib çaladan çıxmışdır. O, əli ilə Zərərçəkmiş şəxs özünün arxa tərəfinə doğru çəkmiş və Təqsirləndirilən şəxs üzünü tutub “utanmırsan? xeyrimiz şərimiz birdir, bu nə hərəkətdir?!” məzmununda sözlər deyib danlamışdır. Zərərçəkmiş şəxs sağ gözündə xəsarəti olmuş, gözünün ətrafından, ya qaşından, ya da gözünün altından qan axmışdır. Zərərçəkmiş şəxs öz avtomobilinə tərəf getmiş və ağ rəngli “Niva” markalı avtomobilini idarə edib oradan uzaqlaşmışdır. Fuad aralanıb gedən zaman Raul, Abduləli və kafedə işləyən işçilər də çölə çıxmışlar. Sonradan Təqsirləndirilən şəxslə hansı səbəbdən Zərərçəkmiş şəxs döyməsi barədə söhbət edən zaman Təqsirləndirilən şəxs dediyi sözlərdən başa düşmüşdür ki, 19 fevral 2024-cii il tarixdə Fuad Zərərçəkmiş şəxsgilin qoyunlarını Ağgöl Milli parkının ərazisində aşkar edərək cərimə etdiyindən, qayıqlarını qırıb statusuna qoyduğundan Təqsirləndirilən şəxs bunu özünə hörmətsizlik kimi qəbul edərək əsəbiləşmiş və Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. O, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan söhbətdə və münaqişədə orada iştirak etmədiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təpiklə vurub- vurmaması barədə konkret məlumatı yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub döyən zaman Şahid1 onunla birlikdə kafenin 1 nömrəli kabinetində çay içib nərd oynamış, münaqişə yerinə ilk o, getmişdir. Şahid1, Şahid4 və ya hər hansı digər şəxs Zərərçəkmiş şəxs vurmamış, xəsarət yetirməmişdir. Onlar tərəfindən döyülməsi barədə Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri doğru deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 4 ilə yaxındır ki, tanıyır. Bir neçə ildir ki, Fuad Ağgöl Milli Parkında mühafizəçi işləyir. Onun həmişə Zərərçəkmiş şəxslə münasibəti normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid1 və Təqsirləndirilən şəxs ilə də arasında ədavət və düşmənçilik olmamış, bir qohum kimi münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs onun əmisinin oğlu, Şahid1 isə xalasının oğludur. O, Təqsirləndirilən şəxs məxsus Beyləqan rayonu, İkinci Aşıqlı kəndinin ərazisində yerləşən “Görüş” kafesini işlədir. 21 fevral 2024-cü il tarixdə, saat 15 radələrində işlətdiyi kafenin mətbəxində yemək yeyib qurtardıqdan sonra uzaq qohumu Raul ilə birlikdə kafenin arxasına keçmişlər. O, kafenin arxasına qum tökdürmək üçün həmin əraziyə baxmaq məqsədilə kafenin arxasına getmişdir. Həmin vaxt kafenin üzbəüz dayandıqda sağ tərəfindəki zibillik tərəfdən səs-küy gəldiyini eşidib Raulla birlikdə ora tərəf qaçmış, kafenin tininə çatan zaman qardaşı Ağaəlinin Təqsirləndirilən şəxs tutub saxladığını, Zərərçəkmiş şəxs isə zibillikdən yuxarı çıxaraq avtoyuyucunun qarşısına çıxıb öz avtomobilinə tərəf getdiyini görmüşdür. Zərərçəkmiş şəxs sol göz nahiyəsindən qan axmışdır. Həmin vaxt o, Raul, Ağaəli, Təqsirləndirilən şəxs, Abduləli və kafenin işçilərindən Əyanətin kafenin yaxınlığında olduğunu görmüşdür. O, nə baş verdiyini başa düşməmiş, Zərərçəkmiş şəxs avtomobilinə əyləşib çıxıb getmişdir. Sonradan Təqsirləndirilən şəxs onunla söhbət edən zaman bildirmişdir ki, Zərərçəkmiş şəxs 19 fevral 2024cü il tarixdə onların qoyunlarını Ağgöl Milli Parkının ərazisində aşkar edib cərimə etdiyindən, qayıqlarını qırıb həmin görüntünü statusuna qoyduğundan əsəbiləşmiş və Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. O, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan söhbətdə və münaqişədə iştirak etmədiyindən həmin şəxslərin arasındakı söhbətin məzmunu və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı şəraitdə, təpiklə, yaxud yumruqla vurması barədə konkret məlumatı olmamışdır. Onun Abduləli və yaxud digər hər lıansı şəxsin Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır, Zərərçəkmiş şəxs Ağgöl Milli Parkında mühafizə yegeri işləyir. Onların həmişə normal münasibətləri olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, özü də 2007-ci ildən təxminən 2011-ci ilə kimi Ağgöl Milli Parkında mühafizə yegeri vəzifəsində işləmiş, öz ərizəsinə əsasən işdən çıxmışdır. Şahid1 və Təqsirləndirilən şəxs onun qohumlarıdır, aralarında ədavət və düşmənçilik yoxdur, qohum kimi münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 onun bacılarının oğlanlarıdır. Onun, qardaşı Şahid5, bacısı oğlanları- Şahid1 və Təqsirləndirilən şəxs Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində ferması vardır. Həmin fermada ona, Təqsirləndirilən şəxs, Şahid5, Şahid1 məxsus qoyunları saxlamaqla məşğul olmuşlar. Fermada hamısının birlikdə təxminən 250 baş qoyunları vardır. Heyvanlar ümumi yataqda qalmış, birlikdə otlamış, heyvanları X6 otarmışdır. Özünü səhəti ilə əlaqədar ferma ilə məşğul olmağa imkanı yoxdur, fermadakı işlərlə qardaşı Nəriman məşğul olur. Onların heyvanları təxminən 1993-cü ildən Ağgöl ərazisində su içməyə getmiş və otlaq sahəsinə qayıtmışdır. Onların fermasından su arxına kimi təxminən 100 metr məsafə vardır. Təxminən 2006-cı ildən Ağgöl qoruq olduqdan sonra heyvanların həmin əraziyə keçməsi qadağan edilmişdir. Lakin heyvanları su içmək üçün qoruğun ərazisindəki arxa aparmağa məcbur olmuşlar. Heyvanların suya getməyinə göz yumulması səbəbindən arabir Ağgöl Milli Parkının müdirinə quzu göndərmişlər. Quzuların verilməsi məsələsini Nəriman həll etdiyi üçün hansı işçinin gəlib fermadan neçə baş quzu aparması barədə onun dəqiq məlumatı yoxdur. Bu barədə Nəriman daha dəqiq məlumat verə bilər. 19 fevral 2024-cü il tarixdə axşam saatlarında Nəriman ona heyvanlarının Ağgöl Milli Parkının ərazisində aşkar edilərək sənədləşdirildiyini, deyəsən cərimə yazıldığını demişdir. O, əvvəllər həmin idarədə işlədiyindən səhəri gün, yəni 20 fevral 2024-cü il tarixdə Ağgöl Milli Parkının direktoru Xəzər Məhərrəmovun qəbuluna getmişdir. Söhbət zamanı Xəzər onu tanıdığını, ortaq tanışlarının olduğunu demişdir. O, Xəzəri tanımasa da Xəzər ona tanışlıq vermişdir. Xəzər onunla səmimi görüşüb söhbət etmiş, həmin vaxt inspektor Rəhim də onların yanında olmuşdur. Xəzərin iş otağında Rəhim, o və Xəzər söhbət etmişlər. O, Xəzərə 200 manat pulunun olduğunu, 200 manatdan artıq cərimə ödəyə bilməyəcəyini demişdir. Xəzər ona 1200 manata yaxın cərimə yazılacağını, 200 manatın az olduğunu bildirmişdir. Həmin vaxt onun üzərində 400 manat pul olmuşdur. O, Xəzərə 400 manat pulunun olduğunu, 200 manatını borc aldığını bildirmişdir. Xəzər ona heç olmasa 450 manat verməsini demişdir. O, Rəhimlə birlikdə iş otağından çölə çıxaraq ona 50 manat borc verməsini istəmişdir. Əvvəllər Rəhim ilə birlikdə işləmiş, iş yoldaşı kimi normal münasibətləri olmuşdur. Rəhim ona üzərində 50 manat olmadığını, lakin onun yerinə daha sonra 50 manat verə biləcəyini bildirmişdir. X8 iş otağına daxil olmuşlar. Rəhim Xəzərə 50 manatı özünün verəcəyini bildirmiş, o, 4 ədəd 100 manatlıq əskinaslarla cəmi 400 manat pulu Xəzərin iş otağında Rəhimə vermişdir. Rəhim Xəzərə mühasib gələndə 450 manat pulu mühasibə verəcəyini demişdir. Daha sonra o, təklikdə həyətdə Xəzər ilə söhbət edən zaman heyvanların gündə 1 dəfə qoruğun ərazisindəki arxdan su içməsinə icazə verməsini istəmiş, lakin Xəzər ona su nasosu alıb quraşdıraraq fermaya su aparmasını deyib razılıq verməmişdir. O, Xəzərdən incimiş və idarədən çıxmışdır. 21 fevral 2024-cü il tarixdə, saat təxminən 21-dən sonra bacısı Quba ona zəng edərək oğlu Təqsirləndirilən şəxs evə gəlmədiyini, zənglərinə cavab vermədiyini deyib ondan Fuadın onlarda olub- olmadığını soruşmuşdur. O, Qubaya Fuadın onlarda olmadığını demiş və Fuada zəng etmişdir. Fuadla danışanda Fuad ona kafenin yanında söz-söhbət olduğunu demişdir. Evdən çıxıb Fuadın ticarət obyektləri olan “Görüş” deyilən əraziyə getmiş, orada Fuadla görüşüb nə məsələ olduğunu soruşmuşdur. Fuad ona həmin gün kafenin yanında Ağgöl Milli Parkının yegeri Zərərçəkmiş şəxs qayıqları qırıb projektoru fermalarına tərəf çevirməsi səbəbindən aralarında mübahisə yarandığını, əsəbiləşib Fuadı yumruqla vurub döydüyünü bildirmişdir. O, Fuada düzgün hərəkət etmədiyini bildirib irad tutmuşdur. Onun həmin vaxta qədər baş vermiş hadisə barədə məlumatı olmamış, bu barədə yalnız Fuad ona dedikdən sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağgöl Milli Parkında mühafizə yegeri işləyən Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanımışdır. Həmişə Zərərçəkmiş şəxslə münasibəti normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Fuad təxminən 10 dəfə onun fermasında, evində olmuş, birlikdə çörək kəsmişlər. Təqsirləndirilən şəxs və Şahid1 onun bacılarının oğlanlarıdır. Onlarla yaxın qohum kimi münasibətləri daim yaxşı olmuşdir. Onun, qardaşı Şahid8, bacısı oğlanları - Şahid1 və Təqsirləndirilən şəxs Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində ferması vardır. Həmin fermada ona, Təqsirləndirilən şəxs, Şahid8 və Şahid1 məxsus qoyunları saxlamaqla məşğul olmuşlar. Fermada hamısının birlikdə təxminən 250 baş qoyunu vardır. Heyvanları ümumi yataqda qalmış, birlikdə otlamış, heyvanları X10 otarmışdır. Ziyanın bibisinin təxminən 30 baş qoyunu vardır və həmin heyvanları da onların heyvanlarının arasında qatıb otarmışdır. Ziya fermada onun evində qalmış, bibisinin heyvanlarını otardığı örüş də onlara məxsusdur. Ziya fermada çoban kimi işləməmiş, o, Ziyaya heyvanları otarması üçün pul verməmişdir. Ziyanın bibisinin əri mayor rütbəli hərbçi olmuş və 1992-ci ildə itkin düşmüşdür. O, Ziyaya kömək məqsədilə heyvanlarının onların heyvanlarının arasında qalıb otarılmasına icazə vermişdir. O, fermada qalmaqla fermadakı işlərlə məşğul olmuşdur. Onların heyvanları təxminən 1993-cü ildən Ağgöl ərazisinə su içməyə getmiş və otlaq sahəsinə qayıtmışdır. Həmin yerdə heyvanların su içməsi üçün yalnız qoruq ərazisində kanal vardır. Onların fermasından arxa kimi təxminən 100 metr məsafə vardır. Təxminən 2006- cı ildən Ağgöl qoruq olduqdan sonra heyvanların həmin əraziyə keçməsi qadağan edilmişdir. Lakin heyvanları su içmək üçün qoruğun ərazisindəki arxa aparmağa məcbur olmuşlar. O, heyvanların suya getməsinə göz yumulması səbəbindən Ağgöl Milli Parkının müdirinə cəmi iki baş quzu göndərmişdir. Quzuları şəxsən müdirə verməsə də Zərərçəkmiş şəxs hər dəfə quzuları gəlib müdirə aparmaq adı ilə götürmüşdür. Təxminən 3 il bundan əvvəl 1 baş 150 manat dəyərində quzunu otlaq sahəsində Ağgöl Milli Parkında yeger işləyən Zərərçəkmiş şəxs vermiş, Fuad həmin quzunu idarə etdiyi “Niva” markalı, dövlət qeydiyyat nişanla avtomobilin yük yerinə qoyub aparmışdır. Sonuncu dəfə təxminən 25-26 mart 2023-cü il tarixdə 1 baş 160 manat dəyərində quzunu Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs vermiş, Fuad həmin quzunu da idarə etdiyi “Niva” markalı avtomobilin yük yerinə qoyub aparmışdır. O, quzuları Fuada verən vaxt yanlarında heç kəs olmamışdır. 19 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Ziya ona zəng edərək qoyunları qoruğa sulamağa aparıb qaytardıqda Ağgöl Milli Parkında işləyən Rəhim, Fuad və 2 nəfər adını bilmədiyi şəxsin qoyunların şəklini çəkib sənədləşdirdiklərini bildirmişdir. O, həmin vaxt yas mərasimində olmuş, təxminən yarım saat sonra yeger Zərərçəkmiş şəxs zəng edib “utanmırsan sən bizim heyvanları cərimələyirsən?! bir ton o evdə çörək kəsmisən, yediyin çörək burnundan gəlsin” demişdir. Fuad ona “ə, bəsdir, mən nə etmişəm ki?” demiş və telefonu söndürmüşdür. Həmin vaxtdan sonra o, Fuadla danışmamışdır. O, bu barədə qardaşı Sahibə də demişdir. Sahib səhəri gün, yəni 20 fevral 2024-cü il tarixdə Milli Parkın idarəsinə gedərək 400 manat cərimə ödəmişdir. O, həmin vaxt orada olmamış, bu barədə ona Sahib demişdir. 21 fevral 2024-cü il tarixdə, saat təxminən 16 radələrində xatırlamadığı qohumu ona zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü demişdir. Həmin gün gecə saatlarında o, Təqsirləndirilən şəxs ilə qardaşı Sahibin evində görüşmüş, münaqişə barədə soruşduqda Təqsirləndirilən şəxs ona həmin gün kafenin yanında Ağgöl Milli Parkının yegeri Zərərçəkmiş şəxs qoyunları qoruqda tutması, qayıqları qırıb statusa qoyması səbəbindən aralarında mübahisə yarandığını, əsəbiləşib Zərərçəkmiş şəxs yumruqla vurub döydüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan söhbətdə və münaqişədə iştirak etmədiyindən hadisə barədə konkret məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 103-də yaşayan Zərərçəkmiş şəxs 21 fevral 2024-cü il tarixdə, saat 16 radələrində Beyləqan rayonu, Eyvazalılar kəndində yaşayan Abduləli, Fuad və adlarını bilmədiyi digər şəxslər tərəfindən yumruq və təpik zərbələri ilə döyülməsi barədə 21 fevral 2024-cü il tarixdə Beyləqan rayon prokurorluğuna yazdığı ərizə əsasında rayon prokurorluğunda toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 28 fevral 2024-cü il tarixli, 154/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı-almacıq nahiyəsində hematoma fonunda əzilmiş yara, sol çiyin qurşağı və sağ diz oynağı nahiyələrində isə qançırlar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 21 fevral 2024-cii il tarixdə yumruq və təpik zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sol gözaltı-almacıq nahiyəsində olan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Aşkar olunmuş xəsarətlər morfoloji görünüşlərinə və lokalizasiyasına görə şəxsin özü tərəfindən yetirilməsinə xarakterik deyildir. Zərərçəkmiş şəxs adına tərtib olunmuş spinal MRT-nin nəticəsində aşkar olunmuş patoloji dəyişikliklər L2-L3 (2-ci, 3-cii bel fəqərəsi), L4- L5 (4-cü, 5-ci bel fəqərəsi) fəqərə disklərinin protruziyası (sürüşməsi) və L5-S1 (5-ci bel, 1-ci omba fəqərəsi) fəqərə disklərinin yırtığı ilkin müayinə zamanı (xx.xx.2024-cü il) obyektiv əlamətlərlə (həmin proyeksiyalarda qançır, sıyrıq, yara və s.) müşayiət olunmadığı üçün xəsarət kimi qiymətləndirilmir və xx.xx.2024-cii il tarixdə baş vermiş münaqişə ilə səbəbli əlaqəsi yoxdur. İş materiallarına əlavə edilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 15 may 2024cii il tarixli, T264/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı-almacığın hematoma fonunda əzilmiş yarası, sol çiyin qurşağı və sağ diz oynağının qançırları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər bərk kiit əşya (əşyaların) təsirindən törənmiş, yumruq və təpiklə zərbə yetirilməsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2024-cii il tarixə uyğun gəlir, dərəcəsinə görə sol gözaltı-almacıq nahiyəsinin hematoma fonunda əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngiil zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir. Tibbi sənədlərdə qeyd edilən qliotik ocaq sinir sisteminin zədələnməsi və ya oksigensiz qalması nəticəsində ümumilikdə beyin kapillyarlarının tıxanması kimi qiymətləndirildiyindən, MRT müayinəsində aşkar edilmiş L2-L3, L4-L5 lomber diskin protruziyaları, və L5-S1 lomber diskin sol subartikulyar yırtığı degenerativ disk xəstəlikləri olub uzunmüddətli xroniki prosesin nəticəsində yarandığından sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin lokalizasiyası və xarakteri onların şəxsin özü-özünə yetirilməsinə uyğun gəlmir. Xəsarət yetirildiyi anda Zərərçəkmiş şəxs ilə xəsarət yetirən şəxs müxtəlif duruş vəziyyətində ola bilərdi. İş materiallarına əlavə edilmiş məhkəmə-kriminalistik ekspertizasının 29 aprel 2024-cii il tarixli, 140-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, köynək və şalvar üzərində zədə və ya zədə izləri aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 27 aprel 2024-cii il tarixli, 216/2024-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcə üzərində olan ləkədə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A antigeni alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə məxsusdur, Zərərçəkmiş şəxs aid ola bilərdi. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, uzunqol köynək üzərində baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “Hadisə yerinin baxışının aparılması haqqında” 21 fevral 2024cii il tarixli protokoldan görünür ki, hadisə yeri Beyləqan rayonu, İkinci Aşıqlı kəndində yerləşən, “3 yol” adlanan ərazidəki Təqsirləndirilən şəxs məxsus “Göriiş Kafesi” adlanan yeməkxananın yaxınlığındadır. Qeyd olunan kafe Mingəçevir- Bəhrəmtəpə avtomagistral yolunun, Bəhrəmtəpə qəsəbəsi istiqamətində dayandıqda sol tərəfdə yerləşməklə mişar daşından tikilmişdir. Dam örtüyü qırmızı rəngli metal materialdan hazırlanmış şiferdəndir. Həmin kafe ilə magistral yol arasında məsafə 31 metrdir. Kafenin qarşı hissəsində kiçik otaqlar yerləşir. Otaqların hər birinin pəncərələri və giriş qapıları ağ rəngli olmaqla, plastik materialdan hazırlanmışdır. Kafenin sol tərəfində, kafeyə perpendikulyar vəziyyətdə Təqsirləndirilən şəxs məxsus ictimai iaşə obyektləri vardır, yaxınlıqda yaşayış evləri yoxdur. Kafenin sonunda, kafenin hasarından 2 metr məsafədə qırmızı rəngli, metal materialdan hazırlanmış konteyner yerləşir. Konteynerin yaxınlığında göy rəngli, dəmir materialdan hazırlanmış qaraj və avtomobillərin yuyulması zamanı istifadə edilməsi üçün nəzərdə tutulmuş beton materialdan hazırlanmış qurğu vardır. Qeyd olunan qarajdan sağ hissədə içərisinə məişət tullantıları tökülmüş çala vardır. Baxış iştirakçısı Zərərçəkmiş şəxs kafenin qarşı tərəfini təqdim edərək 21 fevral 2024-cü il tarixdə, Abduləli adlı şəxslə görüşmək üçün kafeyə gələrək idarə etdiyi “Niva” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmin yerdə saxladığını, kafenin sahibi Fuad adlı şəxsin ona yaxınlaşaraq onu kafenin sağ tərəfinə, məişət tullantılarının töküldüyü çalanın yaxınlığına apardığını bildirmişdir. Zərərçəkmiş şəxs həmin yeri təqdim etmiş, həmin yerin “Görüş” kafesi ilə üzbəüz dayandıqda sağ tərəfdə, kafenin divarının sonundan 25 metr məsafədə yerləşməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs daha sonra bildirmişdir ki, Fuad ona 19 fevral 2024-cü il tarixdə Ağgöldə aşkar etdikləri və sənədləşdirdikləri qoyunların dayısına məxsus olduğunu bildirib onu nalayiq söyüşlərlə təhqir etmiş və onun alnının ortasına bir yumruq vurmuş, o, zərbənin təsirindən arxaya doğru gedərək çalaya yıxılmışdır. Bundan sonra Fuad cəld şəkildə ona yaxınlaşmış və omba nahiyəsinin sağ tərəfinə, sağ çiyninə təpiklə vurmuşdur. O, ayağa durduqda ayağı yerdəki zibilə ilişmiş və təkrar yerə yıxılmışdır. İkinci dəfə o, yerə yıxılanda Fuad təpiklə sağ dizinə vurmuş, o, təkrar yerindən qalxmışdır. Həmin vaxt kafedən təxminən 10-15 nəfər şəxs çıxaraq ona tərəf yaxınlaşmış, Abduləli qaça-qaça ona yaxınlaşmış və heç bir söz demədən yumruqla sol gözünə bir dəfə vurmuşdur. O, zərbənin təsirindən müvazinətini itirmiş və arxa-arxaya gedərək yerə yıxılmışdır. O, özündə güc tapıb ayağa qalxmaq istədikdə Abduləli yanında olan adlarını bilmədiyi şəxslərə onu vurmasını bildirmiş, bundan sonra təxminən 4-5 nəfər adlarını bilmədiyi kafedən çıxan şəxslər Fuad və Abduləli ilə birləşib yerdə ona çoxlu təpik və yumruq zərbələri vurmağa başlamışlar. Həmin şəxslər onu vuran zaman Fuadın əmisi oğlu Ağaəli oraya gələrək onu qucaqlayıb həmin şəxslərin onu vurmalarının qarşısını almış və onları aralamışdır. Bundan sonra Zərərçəkmiş şəxs yıxıldığı çalanı və Abduləli adlı şəxsin onu yumruqla vurduğu yeri təqdim etmiş, həmin çalanın kafenin divarının sonundan 28 metr məsafədə yerləşməsi, Zərərçəkmiş şəxs Abduləli adlı şəxsin onu vurduğunu göstərdiyi yerin isə çaladan 3,8 metr məsafədə, kafeyə tərəf olduğu müəyyən edilmişdir. Daha sonra ərazinin ümumi baxışı aparılmış, həmin ərazidə yerləşən obyektlərin video müşahidə kameralarının olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş sübutlarin qiymətləndirilməsi haqqında 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid4 Vəliyəddin oğlunun və digər şəxslərin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186 və 221-ci maddələri ilə, Şahid1, Şahid4 Vəliyəddin oğlunun və digər şəxslərin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə, Zərərçəkmiş şəxs, X5 və X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə, Zərərçəkmiş şəxs, X5 və X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilməməsi, Zərərçəkmiş şəxs məxsus mobil telefonun sınması xüsusatı üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroru qarşısında vəsatət qaldırılmaması qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli onun öz etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin hərəkətləri Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyətinin başçısının Eyvazalılar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 fevral 2024-cii il tarixli, 98 nömrəli arayışdan görünür ki, Quliyev X7 rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayır və himayəsində 4 azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyətinin başçısının Eyvazalılar kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 fevral 2024-cii il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 idarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 idarəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində nəfər dörd azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.12, dəymiş ziyanı aradan qaldırmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut - Beyləqan rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir göy rəngli gödəkcə, bir ədəd “HUAWEİ” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmalı və Şahid8 təqdim etdiyi bir ədəd disk cinayət işi nin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut - Beyləqan rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd göy rəngli uzunqol köynək, bir ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli gödəkcə, bir ədəd “HUAWEİ” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılsın. Şahid8 təqdim etdiyi bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-40/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-40/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver