Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-40/2025 09.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Füzuli rayonu, Govşadlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti məskunlaşaraq yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,802 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram xeyli miqdarda təşkil edən 02 (iki) ədəd narkotik vasitə olan metadon həbini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 06 fevral 2025-ci il tarixdə saat 00:20-də Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində saxlanılıb Beyləqan rayon polis şöbəsinə gətirilərək polis şöbəsinin inzibati binasının həyətində üstü yoxlanılan zaman onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 (bir) ədəd plastik qablaşmada təmiz çəkisi 0,802 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd blister kəsiyində tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram xeyli miqdarda təşkil edən 02 (iki) ədəd narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmədə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, təxminən 20 ilə yaxındır narkotik vasitə və psixotrop maddələr istifadə edir. Həmçinin təxminən bir ildir ki, narkotik vasitə heroini psixotrop maddə metamfetaminlə qarışdırıb bədəninin müxtəlif nahiyələrinə iynə ilə vurmaq yolu ilə istifadə edir. Bundan başqa o, metadon, preqabalin həblərindəndə istifadə edir. X9 təxminən 2000-ci ildən tanıyır. Şirzad onun işlədiyi sexə təmir etdirmək üçün avtomobil gətirmiş və həmin vaxtdan tanış olmuş və aralarında yaxşı münasibət yaranmışdır. O, Şirzadın da narkotik vasitə və ya psixotrop maddə istifadə etməsini bilsə də birlikdə heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişlər. O, təxminən 2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlı hərbi hospitalın yaxınlığında yerləşən körpünün altından adını bilmədiyi və tanımadığı şəxsdən hər birini qırx manata iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. O, həmin şəxsi tanımasa da uzun müddətdir narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu üçün Bakı şəhərində hansı ərazilərdə narkotik vasitə və psixotrop maddə satanların olduğunu bilir, həmin körpünün altında da bəzən narkotik vasitə və psixotrop maddə satan şəxslərin olduğunu bildiyi üçün həmin əraziyə gedib bir az gözlədikdən sonra narkotik vasitə və psixotrop maddə satan şəxsin olmasını hesab etdiyi şəxsə yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirib “satdıq nəyin var?” demiş, həmin şəxs üzərində marixuana olduğunu bildirdiyi üçün həmin şəxsdən marixuana almışdır. Bu vaxta qədər kibrit qutularından birinin içərisində olan marixuanadan istifadə etməmiş, digərindən isə bir neçə dəfə istifadə etmişdir. İstifadə etdiyi kibrit qutusunda olan marixuananı bir neçə bükümə ayırmışdır ki, istədiyi vaxt istifadə etmək asan olsun, həmin bükümlərdən bir neçəsini istifadə etmiş və altı ədəd büküm isə qalmışdır. Bundan başqa o, təxminən 2025-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bazarın yaxınlığından, tanımadığı şəxsdən otuz manatlıq narkotik vasitə olan kakos adlanan heroin almışdır. O, həmin heroini üç hissəyə bölüb həmin hissələri maye halına salıb kiçik ölçülü şpirislərə çəkmişdir. Şpirislərdən iki ədədini istifadə edərək öz bədəninə vurmuşdur. Lakin bir ədəd şpirisdə olan kakosu istifadə etmək üçün saxlamışdır. Bundan başqa o, kakosu aldığı vaxt həmin şəxsdən üç ədəd narkotik vasitə olan “metadon” həbi və limon duzu bildiyi metamfetamin almışdır. Həmin həblərdən birini istifadə etmişdir, digər iki həbi isə özündə saxlamışdır. Aldığı metamfetaminin isə limon duzu olduğunu zənn etmiş və ətir qabı flakonuna tökmüşdür ki, narkotik vasitəyə qarışdırıb istifadə etsin. Şirzad onunla birlikdə çayxanada oturub söhbət edən zaman Şirzad Füzuli rayonuna qohumlarının qəbri üstünə baş çəkməyə getmək istədiyini bildirmişdir. O, özüdə Şirzadla razılaşıb birlikdə Füzuli rayonuna getməyi ona təklif etmişdir. Onlar birlikdə xx.xx.2024-cü il tarixdə axşam saatlarında onun atasına məxsus və etibarnamə ilə idarə etdiyi Mercedes Benz E220 markalı **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Füzuli rayonuna gəlməyə başlamışlar. Yola çıxarkən o, üzərində özünə məxsus olan narkotik vasitə və psixotrop maddələridə götürmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələri dağılmaması üçün özünə məxsus könhə eynək qabına qoymuş, eynək qabını isə əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibinə qoymuşdur. O, həmin narkotik vasitə və psixotrop maddələrdən Füzuli rayonunda istifadə etməyi düşünmüşdür. Lakin o, Şirzadın da üzərində psixotrop maddə olan metamfetamin olduğunu bilməmiş, Şirzad ona bu barədə heç bir məlumat verməmişdir. Şirzadla birlikdə Füzuli rayonuna gedərək qohumlarının qəbrini ziyarət etmiş, Füzuli rayonunda gecələmələri üçün yer olmadığından Beyləqan rayonuna gələrək tanışlarından birinin evində gecələmək qərarına gəlmişlər. Həmin gün axşam saatlarında Beyləqan rayonuna gəlməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə saat 00:20 radələrində Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisinə çatdıqda o, avtomobili yolun kənarında saxlayıb marketə siqaret almaq üçün getmək istəmişdir. Həmin vaxt polis geyimində iki nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını, üzərlərində narkotik vasitə və psxitorop maddələr saxlamaları barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldıqlarını bildirmişlər. Daha sonra bir neçə dəqiqə keçdikdən sonra həmin yerə mülki geyimli şəxslər yaxınlaşmış və həmin şəxslərdən biri özünün Beyləqan rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşı Şahid1 olduğunu bildirmişdir. Həmin şəxs özünü təqdim etdikdən sonra onların barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmaları, üzərlərində narkotik vasitələr və psixotrop maddələr saxlamaları barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldıqlarını bildirmişlər. Daha sonra həmin ərazidə insanların çox olması, nəqliyyat vasitələrinin hərəkət intensivliyinin olması və havanın yağışlı olmasını əsas gətirərək onların üstlərinin yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün onları idarə etdiyi avtomobil ilə birlikdə Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirmişlər. Beyləqan rayon Polis şöbəsinin inzibati binasının həyətinə gətirildikdən sonra onları Beyləqan rayon Polis şöbəsinə gətirən şəxslərdən biri onları videoya çəkməyə başlamışdır. Onların hər birinə ayrı-ayrılıqda üzərlərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş və onlara hüquq və vəzifələri izah edilmişdir. İlk öncə ondan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş, o, olduğunu etiraf etmişdir. Bu zaman ona həmin maddəni təqdim etməsi bildirilmişdir. O, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində olan bir ədəd qəhvəyi rəngli eynək qabının içərisindən iki ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütləni, birinin içərisində maye halında narkotik vasitə olan heroinə bənzər kütlə, digəri isə boş olan iki ədəd şpirisi, bir ədəd ətir qabının içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, bir ədəd boş ampulu və iki ədəd dərman həblərini, daha sonra isə gödəkcəsinin sağ yan cibindən isə özünə məxsus “Samsung A10” markalı mobil telefon və idarə etdiyi “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı təqdim etmişdir. Ondan həmin maddələrin nə olması soruşulduqda o, həmin madələrin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana, “kakos”, yəni narkotik vasitə heroin, psixotrop həb və limon duzu olduğunu bildirmişdir. Daha sonra aşkar olunmuş kibrit qutularına baxış zamanı bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin altı ədəd kağız bükümlərdə olması müəyyən olunmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda polis əməkdaşlarının elektron tərəzisində çəkilmiş və çəkiləri 0.67 qram, 0.24 qram, 0.35 qram, 0.53 qram, 0.40 qram və 0.34 qram olmaqla ümumi çəkisi 2.19 qram olmuşdur. Digər kibrit qutusundakı kütlənin çəkisi 6.86 qram, hər iki kibrit qutusunun içərisindəki kütlə ilə birlikdə ümumi çəkiləri 11.97 qram olmuşdur. Sonra həmin kibrit qutuları içərisində olan marixuanalarla birlikdə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra bir ədəd şpirisin içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin maye halında kütləsi elektron tərəzidə çəkilmiş, çəkisi 3.13 qram olmuşdur. Daha sonra bir ədəd çəhrayı rəngli ətir qabının içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 5.43 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş maddələr və predmetlər birlikdə ağ rəngli zərfə qoyularaq qablaşdırılmiş, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra ondan üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet olub-olmaması soruşulmuş, o, olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı onun üzərinə baxış keçirmiş, lakin üzərindən hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya, predmet müəyyən olunmamışdır. Daha sonra onun təqdim etdiyi Samsung markalı mobil telefonun qablaşdırılacağı bildirilmiş və onun idarə etdiyi avtomobilin açarı özünə verilmişdir. Daha sonra ondan üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələri haradan əldə etməsi soruşulmuş, o, həmin maddələri Bakı şəhərində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa o, həmin vaxt üzərindən çıxan narkotik vasitə və psixotrop maddələrin miqdarının çox olmasından, alacağı cəzanın çox olmasından qorxduğu üçün bir flakonda olan metamfetaminin limon duzu olduğunu bildirmiş, lakin reallıqda isə həmin maddə psixotrop maddə olan metamfetamin olmuşdur. Daha sonra Şirzaddan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş, o, üzərində “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, əynində olan şalvarın sol arxa cibindən isə özünə məxsus “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Onun təqdim etdiyi mobil telefona baxış keçirilmiş, o, telefonun özünə məxsus olduğunu bildirmiş, sonra polis əməkdaşı həmin telefona baxış keçirilib qablaşdırılacağını bildirmişlər. Bundan sonra onun idarə etdiyi “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, o, Şirzad və digər iştirakçılar protokolu imza etmişlər. Bundan sonra polis əməkdaşları onları Beyləqan rayon polis şöbəsinin inzibati binasında xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər şəxs onlara özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rübail Hidayətli kimi təqdim etmişdir. Müstəntiq qanunsuz olaraq üzərlərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını və daha sonra polis şöbəsinə gətirildiklərini onlara bildirərək şübhəli şəxs kimi hüquq və vəzifələrini olnara elan etmişdir. Daha sonra o və Şirzad ərizə ilə müraciət edərək maddi imkanları olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəmələrini bildirmişlər. Beyləqan rayon Vəkil Bürosunun üzvləri X10 isə Şirzadın, Müdafiəçi isə onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşlar. Daha sonra müdafiəçiləri və polis əməkdaşlarının iştirakı ilə onun və Şirzadın üzərlərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin qablaşdırıldığı zərflərə və hər birinə məxsus Samsung markalı mobil telefonlara videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə onlara hüquq və vəzifələri elan edilmişdir. Müstəntiq ondan aşkar edilmiş kütlənin nə olduğunu soruşmuş və o, “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin bükümlər elektron tərəzidə ayrı ayrılıqda və birlikdə çəkilmiş, kibrit qutularından birinin içərisində olan bükümlərin birlikdə çəkisi 2.19 qram, digər kibrit qutusunun çəkisi 6,92 qram, hər iki kibrit qutusunun birlikdə çəkisi isə 12 qram olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi onlara bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Onun üzərindən aşkar edilmiş digər maddə və predmetlərin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd şpirisdə maye halında kütlənin, iki ədəd həbin, bir ədəd ətir qabı flakonunda isə ağ rəngli, kristal formalı, qoxusuz kütlənin olduğu məlum olmuşdur. Bundan başqa zərfin içərisində bir ədəd boş şpirisin və bir ədəd boş ətir qabı flakonunun olduğu məlum olmuşdur. Müstəntiq ondan aşkar edilmiş kütlələrin nə olduğunu soruşmuş, o, həmin maddələrin kokos, yəni narkotik vasitə olan heroin, psixotrop həblər, limon duzu olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin şpiris içərisində olan maye halında narkotik vasitə olan heroin ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 2.69 qram olmuşdur. Bir ədəd flakon içərisində olan psixotrop maddə olan metamfetamin ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 5.43 qram olmuşdur. Sonra aşkar edilmiş predmetlərin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş, həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Onun və Şirzadın üzərindən aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş, mobil telefonların üzərində hər hansı sınıq və digər xəsarət izlərinin olmadığı məlum olmuş, daha sonra mobil telefonlar ayrı-ayrılıqda ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşmaların üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Müstəntiq həmin telefonlara baxış keçiriləcəyini və iş üçün sübut əhəmiyyətli malumatlar əldə olunacağı halda işə əlavə olunacağını bildirmişdir. Müstəntiq polis əməkdaşları tərəfindən saxlanılan və üzərlərinə baxış keçirilən zaman ona qarşı zorakılıq edilibedilmədiyini soruşmuş, o zorakılıq edilmədiyini bildirmişdir. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilərək videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş, o, və digər iştirakçılar həmin protokolu imzalar etmişlər. Polis əməkdaşları ona yaxınlaşan zaman və onun üstü yoxlanılan zaman ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, lakin bəzən narkotik vasitə və psixotrop maddə istifadə edir. Əməlindən peşmandır. Bir daha narkotik vasitədən istifadə etməyəcəkdir. Göstərilənləri və xəstəliyini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Beyləqan rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Füzuli rayonu, Govşadlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və Füzuli rayonu, Fialetov küçəsində qeydiyyatda olmaqla Abeşoron rayonu Mehdiabad qəsəbəsində yaşayan X9 əvvəllər tanımamışdır, onlarla ədavəti və ya düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 05 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan X6 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə edib üzərlərində saxlamaqla daşımaları və idarə etdikləri “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamaqda şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də o, dərhal bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Bu səbəbdən əməliyyat-axtarış tədbirinin gedişində o, Təqsirləndirilən şəxs və X6 idarə etdikləri “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi, habelə, Təqsirləndirilən şəxs və X6 üstlərinin yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul etmiş və tərəfindən rəhbərliyi altında Beyləqan rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid3, Beyləqan rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Beyləqan rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid5, Beyləqan rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid4 və keçiriləcək əməliyyat-axtarış tədbirinin videoyazı ilə qeydə alınması üçün Beyləqan Beyləqan rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru X11 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs və X6 və onların idarə etdikləri “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin rayon ərazisində aşkar olunduğu zaman saxlanılmasına dəstək olmaları üçün Beyləqan rayon X20 X22 və Post Patrul Xidməti Bölüyünün xidmətdə olan əməkdaşlarına onun tərəfindən rabitə vasitəsi ilə tapşırıq verilmişdir. Beyləqan Beyləqan rayon Polis şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid5 və Beyləqan Beyləqan rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid4 06 fevral 2025-ci il tarixdə saat 00:20 radələrində Beyləqan rayonu, 1 -ci Şahsevən kəndi ərazisində xidmətdə olarkən “Mercedes- Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 -ci Şahsevən kəndi ərazisində yol kənarında dayanmış vəziyyətdə olduğunu və həmin avtomobilin içərisində 2 nəfər şəxsin olmasını aşkar edib tapşırığa uyğun olaraq həmin şəxsləri və avtomobili saxlayaraq bu barədə Beyləqan rayon polis şöbəsinə məlumat vermişlər. Bundan sonra onun tərəfindən rəhbərliyi altında təşkil olunmuş əməliyyat qrupunun üzvləri ilə qeyd olunan ünvanda olmuşlar, Təqsirləndirilən şəxs və Şirzad Alışova narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqları, üzərlərində və idarə etdikləri avtomobildə saxlamaları barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldıqlarını bildirmişdir. Daha sonra onlara hüquq və vəzifələrini izah etmişdir. Lakin həmin ərazidə insanların çox olmasını, nəqliyyat vasitələrinin hərəkət intensivliyini və yağışlı hava şəraitini nəzərə alaraq Təqsirləndirilən şəxs və X9 idarə etdikləri “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə üstlərinin yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirmişlər. Bundan sonra Beyləqan rayon Polis şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya, narkotik vasitə olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd qəhvəyi rəngli eynək qabını, həmin qabın içərisindən iki ədəd kibrit qutusunun içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan marixuanaya bənzər kütləni, birinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin maye halında kütləsi olan iki ədəd şpirisi, içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bir ədəd ətir qabının, bir ədəd boş ampulu və iki ədəd dərman həblərini, gödəkcənin sağ yan cibindən isə “Samsung A10” markalı mobil telefon və idarə etdiyi “Mercedes-Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus açarı təqdim etmişdir. Aşkar olunmuş kibrit qutularına baxış zamanı bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin altı ədəd kağız bükümlərdə olması müəyyən olunmuşdur. O, Şirxandan həmin kütlələrin nə olduğunu soruşmuş, Şirxan həmin kütlələrin “nəşə” adlanan narkotik vasitə marixuana olduğunu bildirmişdir. Daha sonra onun tərəfindən həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkilərinin 0.67 qram, 0.24 qram, 0.35 qram, 0.53 qram, 0.40 qram və 0.34 qram olmaqla ümumi çəkisinin 2.19 qram olması müəyyən olunmuşdur. Digər kibrit qutusundakı kütlənin çəkisi 6.86 qram, hər iki kibrit qutusunun içərisindəki kütlə ilə birlikdə ümumi çəkilərinin 11.97 qram olması müəyyən olunmuşdur. Onun tərəfindən təqdim olunaraq götürülmüş kütlələr bir ədəd zərfdə qablaşdırılmış və zərflərin üzəri iştirakçılar tərəfindən imzalanaraq üzəri polis şöbəsinin 86 saylı möhürü ilə misdirmışdır. Bundan sonra bir ədəd şpirisin içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin maye halında kütləsi elektron tərəzidə çəkilərkən çəkisinin 3.13 qram olması müəyyən olunmuşdur. Daha sonra bir ədəd çəhrayı rəngli ətir qabının içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron 'tərəzidə çəkilərkən çəkisinin 5.43 qram olması müəyyən olunmuşdur. O, Şirxandan həmin kütlələrin nə olduğunu soruşmuş, Şirxan həmin kütlələrin “kakos” adlanan narkotik vasitə heroin, psixotrop həb və limon duzu olduğunu bildirmişdir. Daha sonra onun tərəfindən təqdim olunaraq götürülmüş kütlələr ağ rəngli zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq üzəri polis şöbəsinin 86 saylı möhürü ilə bağlanmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş predmetləri haradan əldə etdiyini soruşmuş, Şirxan həmin predmetləri Bakı şəhərində “papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə aldığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən digər dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Daha sonra X5 üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya, narkotik vasitə olub-olmaması soruşulduqda o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellafon bükümdə, içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, əynində olan şalvarın sol arxa cibindən isə özünə məxsus “Samsung A23” markalı mobil telefonu təqdim etmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0.78 qram olması müəyyən olunmuşdur. O, Şirzaddan həmin kütlənin nə olduğunu soruşmuş, Şirzad həmin kütlənin “patı” adlanan psixotrop maddə olduğunu, həmin maddəni tapdığını və şəxsi istifadə məqsədi ilə üzərində götürdüyünü bildirmişdir. Onun tərəfindən təqdim olunaraq götürülmüş kütlə bir ədəd zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq üzəri polis şöbəsinin 86 saylı möhürü ilə bağlanmışdır. Yoxlama zamanı Şirzad Alışovun üzərindən digər dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra “Mercedes- Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilə şübhəli şəxslərin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməyə başlanılmış. Baxış zamanı “Mercedes- Benz E220” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildən dövriyyəsi qanunla qadağa olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və X16 onların üzərindən aşkar edilərək götürülmüş predmetlərlə birlikdə müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bundan sonra baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və o, iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs və X17 rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs və Şirzad Alışovu rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 xidməti otağına aparmışlar. X7 Təqsirləndirilən şəxs və Şirzad Alışova qanunsuz olaraq üzərlərində və idarə etdikləri avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını və daha sonra polis şöbəsinə gətirildiklərini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan etmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Şirzad Alışov ərizə ilə müraciət edərək maddi imkanları olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiklərini bildirmişlər. Müdafiəçi Təqsirləndirilən şəxs, X10 isə Şirzad Alışov hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşlar. Daha sonra müdafiəçilər və onların iştirakı Təqsirləndirilən şəxs və Şirzad Alışovun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə bənzər predmetlərin qablaşdırıldığı zərflərə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs və Şirzad Alışovun hüquq və vəzifələri elan edilmişdir. Daha sonra Şirzad Alışovdan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükülüdə psixotrop maddə olması ehtimal edilən kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülüyə və əynində olan şalvarın sol arxa cibindən götürülmüş bir ədəd Samsung markalı mobil telefona baxış keçirilmişdir. İlk öncə Şirzad Alışovun üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olması ehtimal bükülünün qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümü olduğu məlum olmuşdur. Həmin bükümün içərisində olan maddəyə baxış keçirilmiş və içərisində içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Şirzad Alışovdan aşkar edilmiş kütlənin nə olduğu soruşuldu və o, metamfetamin olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Şirzad Alışovdan həmin kütlənin haradan aşkar olunduğu soruşulmuş, o, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər maddəni tapdığını və cibindən aşkar olunduğunu bildirmişdir. Şirzad Alışovdan nə üçün həmin əşyanı üstündə götürdüyü soruşulmuş və həmin maddədən istifadə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,46 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Şirzad Alışova bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən təqdim etdiyi iki ədəd kibrit qutusunun qablaşdırıldığı bir ədəd zərf açılaraq həmin kibrit qutularına, bir ədəd içərisində maye halında məhlul olan şpirisin, bir ədəd boş şpirisin, iki ədəd həbin, bir ədəd içərisində ağ rəngli, kristal formalı, qoxusuz maddə olan plastik flakonun, bir ədəd boş plastik flakonun qablaşdırıldığı zərf açılaraq həmin predmetlərə və əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən götürülmüş bir ədəd Samsung markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı kibrit qutularından birinin içərisində altı ədəd kağız bükümdə, hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, digər birinin içərisində isə açıq vəziyyətdə tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğunu soruşulmuş, o, marixuana olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Həmin kütlənin haradan aşkar olunduğunu soruşulmuş və o, həmin kütləni təxminən bir neçə ay bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs nə üçün həmin predmetləri üstündə götürdüyü soruşulmuşdur. O, istifadə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra həmin bükümlər elektron tərəzidə ayrı-ayrılıqda və birlikdə çəkilmişdir. Kibrit qutularından birinin içərisində olan bükümlərin birlikdə çəkisinin 2.19 qram, digər kibrit qutusunun çəkisinin 6,92 qram, hər iki kibrit qutusunun birlikdə çəkisinin 12 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmniş və üzərinə imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maye halında narkotik vasitə olan heroinə bənzər maddə olan bir ədəd şpirisin, psixotrop maddə olan iki ədəd metadon həblərinin, içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop madə olan metamfetaminə bənzər kütlə olan bir ədəd plastik flakonun, bir ədəd boş plastik flakonun və bir ədəd boş spirisin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd şpirisdə maye halında narkotik vasitə olan heroinə bənzər maddənin, iki ədəd həb formasında psixotrop maddə olan metadona bənzər maddənin olduğu məlum olmuş, bir flakonda ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop madə olan metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunmuş, digər şpiris və flakonun isə boş olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin nə olduğu soruşuldu, o, şpirisdə olan madənin narkotik vasitə olan, kakos adlanan heroin, iki ədəd psixotrop həb və bir ədəd flakonda limon duzu olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin şpirisdə olan heroinə bənzər məhlul elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 2.69 qram olması məlum olmuşdur. Daha sonra bir ədəd flakonda olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 5.43 qram olması müəyyən olunmuşdur. Sonra aşkar edilmiş kütlələrin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. Sonra həmin predmetlər yenidən öz qablaşdırıldıqları zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Şirzad Alışovun üzərlərindən aşkar edilərək götürülmüş Samsung markalı mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı mobil telefonların heç bir xəsarətlərinin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonun kimə məxsus olduğu soruşulmuş, o, mobil telefonun özünə məxsus olduğunu və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra Şirzad Alışovdan üzərindən aşkar edilmiş mobil telefonun kimə məxsus olduğu soruşulmuş və o, mobil telefonun özünə məxsus olduğunu demiş və ondan aşkar olunduğunu bildirmişdir. Sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs və Şirzad Alışovdan polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman onlara qarşı zorakılıq edilib-edilmədiyi soruşulmuş və onlar zorakılıq edilmədiyini bildirmişlər. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, o, iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Təqsirləndirilən şəxs və X1, onlardan narkotik vasitə və psixotrop maddələr aşkar edilərkən və baxış aparılan zaman onlara qarşı fiziki və ya psixi təsir göstərməmiş, onlarla kobud davranmamışlar. Onlar hər şeyi özləri könüllü etiraf etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş qərardan görünür ki, cinayət işi Təqsirləndirilən şəxs psixotrop maddə olan 0,802 qram xeyli miqdarda metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlaması və X6 psixotrop maddə olan 0,531 qram xeyli miqdarda metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlaması faktına görə başlanmış ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində 13 fevral 2025-ci tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrılmışdır. Cinayət işinin ayrılmasına səbəb və əsas Təqsirləndirilən şəxs psixotrop maddə olan 0,802 qram metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlaması barədə ********* nömrəli cinayət işində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 fevral 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi çəkisi 6,86 qram olan, içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə marixuanaya bənzər kütlə olan bir ədəd, içərisində ayrı-ayrılıqda çəkiləri 0,67 qram, 0,24 qram, 0,35 qram, 0,53 qram, 0,40 qram və 0,34 qram, ümumi çəkisi 2,19 qram olan, altı ədəd bükümdə tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə marixuanaya bənzər kütlələrin yerləşdiyi bir ədəd kibrit qutusu, 3,13 qram çəkidə içərisində narkotik vasitə heroinə bənzər kütlənin halında kütləsi olan, digəri isə boş olan iki ədəd şpiris, 5,43 qram çəkidə, içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd ətir qabı, bir ədəd boş ampul və iki ədəd dərman həbi aşkar edilərək götürülmüşdür İş materiallarına əlavə edilmiş kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının 06 fevral 2025-ci il tarixli il tarixli, 18/99-100 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..narkotik vasitəyə bənzər..." sözləri yazılmış kağız paketdə 01 ədəd kibrit qutusunda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,07qr, 0,25qr, 0,17qr, 0,39qr, 0,23qr, 0,18qr, 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 3,3lqr, ümumi çəkisi - 4,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən..01 ədəd şprisdə maye..." sözləri yazılmış kağız paketdə 01 ədəd şprisin İçərisində həcmi 3,0ml olan məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi - 0,10qramdır. 01 ədəd plastik qablaşmada təmiz çəkisi - 0,802qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şprisin və 01 ədəd sınmış halda şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə cəmi 02 ədəd qəhvəyimtil rəngli həblərin tədqiqatı aparılmamış və suallar cavablandırılmamışdır.Tədqiqata təqdim edilmiş üzərində: "...X6 üzərindən.." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,531 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli 6/1037 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 X15 № 3" möhür əksi ilə möhürlənmiş vəziyyətdə, "18/99-100; "6" fevral 2025-ci il; Təqsirləndirilən şəxs məxsus ...; Ekspert: "imza", möhür, Aysel Saqiyeva" yazıları qeyd edilmiş bir ədəd zərfdəki üzərində "Methadone 40" sözləri qeyd edilmiş 01 (bir) ədəd blister kəsiyində "F/M 40" göstəricili ümumilikdə sayı 02 (iki) ədəd olan dərman həblərinin əsas təsiredici maddəsi narkotik vasitə olan metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 mart 2025-ci il tarixli, 1680 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 mart 2025-ci il tarixli, 914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olumayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlrəini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Füzuli rayon X8 Hüquqi Şəxsin 05 may 2025-ci il tarixli 18-1-36/2- 527/2025 nömrəli məkubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən eyni zamanda bir neçə narkotik maddənin qəbulu ilə bağlı psixi və davranış pozğunluqları diaqnozu ilə Füzuli rayon X2 kabinetində qeydiyyatdadır. Ruhi-əsəsb kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 4,60 qram olan narkotik vasitə marixuananı və tərkibində quru maddəsinin çəkisi 0,10 qram olan, 3,0 ml həcmdə məhlul halında heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması faktında cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Beyləqan rayon məhkəməsinin 19 iyun 2025-ci il tarixli hökmünə əsasən, X16 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2018-ci il tarixli hökmü ilə X12 təyin olunmuş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edildiyi 10 (on) ay 19 (on doqquz) gün çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə X12 qəti olaraq 2 (iki) il 9 (dooquz) ay müddət azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,802 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram xeyli miqdarda təşkil edən 02 (iki) ədəd narkotik vasitə olan metadon həbini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 55 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş 21 aprel 2025-ci il tarixli, 55/248 nömrəli arayışa əsasən, Füzuli rayon qeydiyyatında olan Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır. İş materiallarına əlavə edilmiş Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 55 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xaraterizə olunur. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşayış yerindən müsbət xarakterizə olunması, əvvəllər narkotik vasitələrdən istifadə cinayəti ilə bağlı da məhkum olunmaqla məhkumluğunun ödənilməsinə baxmayaraq yenidən eyni xarakterli cinayəti törətməsini və üzərində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin müxtəlifliyi nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuna və məqsədəmüvafiqdir. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsində olan maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,702 qram metanfetamin, 4,46 qram marixuana, 2,95 ml heroin, içərilərində heroin izləri olan 01 ədəd şpris və 01 ədəd sınmış halda şüşə ampula məhv edilməli, 02 ədəd “USB flaş kart” cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X4, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2025ci il tarixdən 07 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin hər bir günü 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablansın, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsində olan maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,702 qram metanfetamin, 4,46 qram marixuana, 2,95 ml heroin, içərilərində heroin izləri olan 01 ədəd şpris və 01 ədəd sınmış halda şüşə ampula məhv edisin, 02 ədəd USB flaş kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X4, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 17 (on yeddi) saat üçün 188(yüz səksən səkkiz) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X14 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-40/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-40/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver