Məhkəmə qərarları › İş №1(020)-41/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-41/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-41/2023 12.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2011-ci il tarixdən hesablanmaqla, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 72,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(020)-382/2011 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)-208/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs 18429,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahdan xx.xx.2005-ci il tarixdə X3 və xx.xx.2008-ci il tarixdə X9 adlı 2 (iki) uşaqları doğulmuşdur. Zərərçəkmiş şəxs münasibətləri pozulduğundan 2009-cu ilin sentyabr ayında nikahları pozulmuş, Zərərçəkmiş şəxs aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(020)-282/2011 saylı qətnaməsi ilə ondan xx.xx.2011-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 72,00 manat olmaqla, cəmi 144,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması üçün onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. Bundan əlavə o, Zərərçəkmiş şəxs rəsmi olaraq ayrıldıqdan sonra, yəni 2013-cü ildə X12 ilə faktiki nikah münabiətlərinə daxil olaraq ailə həyatı qurmuş, Tünzalə Məmmədova ilə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Ramal adlı oğlu adlı bir uşaqları dünyaya gəlmişdir. Tünzalə Məmmədova ilə də ailə münasibətləri pozulduğundan ayrılmış, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ondan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq X12 verilməsi qət edilmişdir. X14 aliment məbləği az olduğu üçün aliment məbləğinin artırılması məqsədi ilə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay 160,00 manat sabit pul məbləğində müəyyən edilmiş, İmişli Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin X6 ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini icra etmədiyi üçün, bir neçə dəfə inzibati qaydada həbs olunmuş, sonuncu dəfə isə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan əlavə icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Daha sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs 18429,00 manat aliment borcunu, X10 isə 6980,00 manat aliment borcunu ödəməmişdir. Barəsində Ədliyyə Nazirliyi İstintaq idarəsində cinayət işi başlanılandan sonra X10 olan 6980,00 manat aliment borcunu tam şəkildə ödəmiş, lakin Zərərçəkmiş şəxs yaranmış olan 18429,00 manat aliment borcunu Zərərçəkmiş şəxs uşaqları ilə onun görüşməsinə icazə vermədiyindən və maddi imkanı olmadığından ödəməmişdir. Çünki onun rəsmi iş yeri olmamış, fərdi əməklə məşğul olmuş, qazancı az olduğuna görə özünə sərf etmiş, alimenti isə ödəməmişdir. Ona vaxt verilərsə borcunu ödəyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq həyatı qurmuş və onların bu nikahdan xx.xx.2005-ci il tarixdə X3 və xx.xx.2008-ci il tarixdə X9 adlı 2 (iki) övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da sonradan ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. O, 2011-ci ildə Təqsirləndirilən şəxs ayrılaraq övladları ilə birlikdə atası evində yaşamağa başlamış, bir müddət övladlarına tək baxsa da, sonradan uşaqların tələbatları artdığı üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(020)-282/2011 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 72,00 manat olmaqla, cəmi 144,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, sonuncu dəfə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Beyləqan Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 18429,00 manat aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs fərdi işlərdə işləmiş, qazancı olmaqla yanaşı alimenti ödəməyə imkanı olmuşdur. Lakin, o, qərəzli olaraq ona aliment ödəməmişdir. O, təkbaşına olaraq uşaqları çətinliklə saxlamışdır. Ona görə də, Təqsirləndirilən şəxs təqsirindən keçmir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilən Beyləqan rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid2 məhkəmədə ifadə verərərk göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-382/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 72,00 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2005-ci ildə anadan olmuş Mirqasım və xx.xx.2008-ci ildə anadan olmuş Lalə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2011-ci il tarixdə şöbənin icraatına daxil olmuş və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2011-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-4952/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs hər ay 100,00 manat sabit pul məbləğində aliment tutularaq X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X6 verilməlidir. Göstərilən icra vərəqi xx.xx.2016-cı il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə o, cümlədən məhkəməyə bu barədə məlumat verilmişdir. İcra sənədləri xx.xx.2016cı il tarixli qərara əsasən bir icraatda birləşdirilmişdir. Bundan əlavə İmişli Rayon Məhkəməsinin 2(036)-2207/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İmişli Rayon Məhkəməsinin 2(036)-4952/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs hər ay 160,00 manat sabit pul məbləğində aliment tutularaq X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X6 verilməlidir. Göstərilən icra vərəqi xx.xx.2019-cu il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə o, cümlədən məhkəməyə bu barədə məlumat verilmişdir. İcra sənədləri xx.xx.2019-cu il tarixli qərara əsasən bir icraatda birləşdirilmişdir. Məcburi icra tədbirləri görülməsi üçün edilmiş sorğular və digər yoxlamalar müsbət nəticə verməmişdir. Beyləqan Rayon Məhkəməsinin 8(020)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və məhkəmənin qətnaməsi üzrə tələbi icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci (köhnə redaksiya) maddəsi ilə təqsirli bilinərək xx.xx.2013-cü il tarixdə 5 (beş) gün, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərdə ayrı-ayrılıqda 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyni lazımi qaydada yerinə yetirməmiş, icra sənədi üzrə olan borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)- 382/2011 saylı, xx.xx.2011-ci il tarixli, İmişli Rayon Məhkəməsinin 2(036)-4952/2016 saylı, xx.xx.2016cı il tarixli və həmin məhkəmənin 2(036)-2207/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələrini Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunur. Beyləqan Rayon Məhkəməsinin 2(020)-382/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 1875,00 manat aliment pulu ödəmiş, 18429,00 manat aliment borcu vardır ki, bu günə kimi ödəməmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-4952/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar X6 3000,00 manat aliment pulu ödəmiş, 900,00 manat aliment borcu vardır ki, bu günə kimi ödəməmişdir. Eyni zamanda İmişli Rayon Məhkəməsinin 2(036)-2207/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkar X6 6080,00 manat aliment borcu vardır ki, bu günə kimi ödəməmişdir. Ümumilikdə icra sənədləri üzrə borclu Təqsirləndirilən şəxs 25409,00 manat aliment borcu vardır. İcraat zaman Təqsirləndirilən şəxs xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktiki söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Tələbkar Əhmədova X11 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən 18429,00 (on yeddi min yeddi yüz səkkiz) manat aliment borcunun ödənilmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 2(020)-382/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnamnəsindən görünür ki, xx.xx.2011-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 72,00 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2005-ci ildə anadan olmuş Mirqasım və xx.xx.2008-ci ildə anadan olmuş Lalə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(020)- 382/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyi üçün Beyləqan rayon icra və probasiya şöbəsi təqdimat ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin 8(020)-22/2020-ci il saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyindən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 12/2-29776 nömrəli arayışdan və məhkəmənin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000,00 manat cərimə cəzasına məhkum edilmiş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli qərarı ilə cəza dəyişdirilmiş, 300 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, xx.xx.2018-ci ildə ictimai işlər cəzası müddəti bitdiyi üçün qeydiyatdan çıxarılmış və məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş X19 Sosial Müdafiəsi Nazirliyinin X8 Agentliyinin X7 Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmış və Filial tərəfindən işsizlikdən sığorta ödənişi almamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(020)-208/2022 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(020)-382/2011 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi və cinayət işinin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi kifayət qədər sübuta yetmişdir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hərəkətlərində iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmaması ilə yanaşı, hazırda da borcunu ödəməməsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədinə nail olmaq baxımından daha yetərli olar. İş üzrə maddi sübut, mülki iddia və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək tutulduğu iki gün müddətin hər bir günü bir gün müddətinə azadlıqdan məhrumetmə cəzasına hesablansın, üzərində qəti olaraq 11 (on bir) ay 28 gün (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar