Məhkəmə qərarları › İş №1(020)-42/2024

Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-42/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-42/2024 20.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş- şəxs X2 iştirakı ilə, Xüsusi ittihamçı X3 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: Xüsusi ittihamçı X6 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla Fuad Əkbərovun cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X3 müdafiəçisi Abşeron rayov Vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyə elektron ərizə göndərək hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini və məhkəmə işinin baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətindən görünür ki, Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan X5 xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək onun torpaq sahəsi satmaq adı ilə ondan 80.000 manat pul almasını, lakin vədinə əməl etməyərək ona torpaq sahəsi verməməsini, onu aldatmağı barədə böhtan xarakterli yalan məlumatlar vermişdir. Hesab edir ki, X2 şikayət ərizəsində göstərilənlərin heç biri həqiqəti əks etdirməyən məlumatlar olduğundan və həmin böhtan xarakterli məlumatlar Fuad Əkbərov tərəfindən qərəzli olaraq hüquq mühafizə orqanlarına verilmişdir. Odur ki, X1 xüsusi ittiham qaydasında məhkəməyə vermişdir. Ona görə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 göstərdi ki, o, xüsusi ittihamçı X6 barəəsində Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona görə ki, onun qohumlarına ev tikmək və torpaq sahəsi lazım olmuşdur. Qohumlarını əvvəllər tanıdığı Çimgiz Təhməzovla tanış etmişdir. Çingiz onlara torpağa dair Çıxarış göstərmiş, sonra məlum olmuşdur ki, həmin çıxarış saxtadır, Çingiz onu və qohumlarını aldatmışdır, və qohumlarından pul almışdır. Lakin Çingiz onlara nə ev, nədə ki torpaq sahəsi verməmişdir. Ona görə də Çingizin hərəkətləri barədə şikayət etmişdir. Çingiz hazırkı şikayət ilə ona təsir göstərmək istəyir ki, o, həmin şikayətini geri götürsün. Ç.Təhməzovun şikayəti tam əsassızdır, ona görə də hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi ittihamçı X6 məhkəmə hazırlıq iclasına gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmə xüsusi ittihamçının iştirakı olmadan hazırki iclasın keçirilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.3 xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş, məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; Xüsusi ittiham qaydasında verilmiş şikayət nəzərdən keçirilərkən müəyyən edildi ki, Qanunun bu müddəalarına əməl olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş, məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, xüsusi ittiham qaydasında şikayətdə öz əksini tapmamışdır. Bu hal da törədilməsi nəzərdə tutulan cinayət barədə gələcəkdə düzgün nəticəyə gəlməyə imkan verməyəcəkdir. Digər tərəfdən Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndinə əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittihaçı X6 şikayətində qeyd etməsədə barəsində şikayət olunan şəxsin izahatı və iş materialları ilə hazırki hadisənin Abşeron rayonu ərazisində baş verməsi müəyyən olunur. Bununlada Ç.Təhməzovun hazırkı şikayətlə düzgün olmayaraq Beyləqan Rayon Məhkəməsinə müraciət etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; Azərbaycan Respublikası CPM-nin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda sadalanan əsaslara görə hazırki xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Xüsusi ittihamçı X3 X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar