Məhkəmə qərarları › İş №1(020)-42/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-42/2025

21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-42/2025 21.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Beyləqan Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə işləri üzrə komissiyanın üzvü Qanuni nümayəndə2, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili X10, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxxxxxx 2007-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 02 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonunun, Bünyadlı kəndi ərazisindən keçən su kanalının zərərçəkmiş şəxsin yaşadığı evin arxa tərəfindən keçən hissəsinin yaxınlığında aşkar surətdə yetkinlik yaşına çatmamış, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə özünün cinsiyyət orqanını onun ağız nahiyəsinə bir neçə dəfə salıb-çıxarmaqla, cinsi ehtirasını təmin etmiş və bununlada ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilən ittihamla özünü təqsirli bilmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir, onunla arasında ədavət və düşmənçiliyi yoxdur. 2024-cü ilin dekabr ayının 2-də axşam saatlarında yaşadığı evdə olarkən dostu Şahid2 ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə həmkəndliləri olan Aynurə ilə görüşəcəyini və istəyirsə, onu da özü ilə apara biləcəyini yazmış, o da razılaşaraq sonuncunun yanına getmişdir. Həmin gün saat 22 radələrində o, Şahid2la birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığından küçən kanalın yanına getmişdir. O, nisbətən kənarda dayanmış Şahid2 isə Zərərçəkmiş şəxs yanına gedib, onunla söhbət etməyə başlamış, daha sonra cinsi əlaqədə olmuşdur. Bundan sonra o, dayandığı yerdən çıxıb, onlara yaxnlaşarkən sonuncu ondan kim olduğunu soruşmuş, o da Şahid2 dostu olduğunu deyib, ona cinsiyyət orqanını ağız nahiyəsinə almasını təklif etmiş Zərərçəkmiş şəxs da onun təklifini qəbul edərək, onun sərtləşdirilmiş vəziyyətə gəlmiş cinsiyyət orqanını öz ağız nahiyəsinə almış və bir neçə dəfə irəli-geri etdikdən sonra o, öz cinsi ehtirasını ödəmişdir. Bu vaxt Zərərçəkmiş şəxs həyətdən çağırmışlar, buna görə də o, təcili getməli olduğunu bildirib, oradan çıxıb getmiş, onlar da geri qayıtmışlar. Bundan başqa heç vaxt o, Zərərçəkmiş şəxs ilə görüşməmişdir. Cinsi əlaqədə olan zaman o, Zərərçəkmiş şəxs yaşının az olduğunu bilsə də dəqiq neçə yaşının olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs onunla ağız nahiyəsindən cinsi əlaqədə olması üçün ona qarşı fiziki və ya psixi zor tətbiq etməmiş və sonuncu özü könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilərək müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Beyləqan rayonu, Bünyadlı kənd orta məktəbində oxuyur. Təqsirləndirilən şəxs tanıyır, onlar həmkəndlidirlər, aralarında ədavət və düşmənçilikləri yoxdur. 2024-cü ilin dekabr ayının 2-də o, tanışı Şahid2 ilə yazışan zaman ona görüşməyi təklif etmiş, sonuncu da razılaşdığına görə, həmin gün saat 22 radələrində onun yaşadığı evin yaxınlığından küçən kanalın yanında görüşmüşlər. O, Şahid2la danışıb, cinsi əlaqədə olduqdan sonra adının S.Ə.Quluzadə olduğunu bildiyi şəxs onların yanına gəlmişdir. O, S.Ə.Quluzadədən kim olduğunu soruşmuş və sonuncu da Şahid2 dostu olduğunu deyərək, ona öz cinsiyyət orqanını ağız nahiyəsinə almasını təklif etmiş, o da qəbul etmişdir. Daha sonra sonra o, S.Ə.Quluzadənin sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanını ağız nahiyəsinə bir neçə dəfə salıb-çıxarmış və bununla da sonuncu öz cinsi ehtirasını ödəmişdir. Bu vaxt onu çağırmışlar, o da çıxıb getmişdir. S.Ə.Quluzadə ilə cinsi əlaqədə olan zaman 14 yaşı tamam olmuş, onun azyaşlı olmasından məlumatlı olmuş, cinsi əlaqədə olmanın mahiyyətini və mənasını dərk etmiş, cinsi əlaqədə olmasına görə ona heç kim fiziki və psixi təsir göstərməmişdir. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onlar barışmışlar, bu səbəbdən də S.Ə.Quluzadədən heç bir şikayət və tələbi yoxdur və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Bulud qızını tanıyır, onun həmkəndlisidir, onunla arasında ədavət və düşmənçilik yoxdur. 2024-cü ilin noyabr ayının ortalarında “Tik-tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs profili qarşısına çıxmış və o, tanıdığına görə sonuncuya sms yazmış və tanış olmuşlar. Təxminən noyabr ayının sonlarında Zərərçəkmiş şəxs ondan onunla görüşmək istəyibistəmədiyini soruşmuş və o, görüşməyə razılaşmışdır. Razılaşdıqları kimi həmin gün saat 21 radələrində zərərçəkmiş şəxsin yaşadığı evin qarşısında olan yarımçıq tikiliyə getmiş və tikilinin içərisində görüşmüşlər. Lakin, söhbət zamanı çöl tərəfdən səs gəldiyini eşidib, dərhal oradan uzaqlaşmışlar. Səhəri gün o, özü yenə də Zərərçəkmiş şəxs görüşməyi təklif etmiş və onlar həmin gün saat 02 radələrində sonuncunun yaşadığı evin yaxınlığından keçən kanalın yanında görüşmülər. O, görüş yerinə Zərərçəkmiş şəxs razılığı ilə Cəsarət adlı dostu ilə birlikdə gəlmişdir. İlk olaraq Cəsarət sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyəsinə daxil edib çıxarmaqla öz cinsi ehtirasını ödəmiş, ardınca o, eyni qaydada öz cinsi ehtirasını təmin etmiş və sonra çıxıb getmişlər. 02 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yenə də ona görüşməyi təklif etmiş və o, razılaşmışdır. Razılaşmaya görə o, həmin gün saat 22 radələrində bu dəfə digər həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə zərərçəkmiş şəxsin yaşadığı evin yaxınlığından keçən kanalın yanına getmişlər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kim olduğunu soruşmuş, o da həmkəndliləri Səid olduöunu və onunla görüşmək istədiyini bildirmişdir. İlk olaraq Təqsirləndirilən şəxs sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyəsinə daxil edib çıxarmaqla öz cinsi ehtirasını ödəmiş, ardınca o, eyni qaydada öz cinsi ehtirasını təmin etmək istəyərkən sonuncunu çağırdıqlarına görə onlar çıxıb getmişlər. Bundan sonra o, bir daha Zərərçəkmiş şəxs ilə yazışmamış və görüşməmişdir. Cinsi əlaqədə olan zaman o, Zərərçəkmiş şəxs yaşının az olduğunu bilsə də dəqiq neçə yaşının olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs onunla ağız nahiyəsindən cinsi əlaqədə olması üçün ona qarşı fiziki və ya psixi zor tətbiq etməmiş və sonuncu özü könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, onunla eyni evdə yaşayır. X11, X7, Şahid2, X12, X2 və Təqsirləndirilən şəxs tanıyır, onlar onun həmkəndliləridir, aralarında ədavət və ya düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. Qızı Zərərçəkmiş şəxs xx xxxxxxxx 2010-cu il təvəllüdlüdür. 03 dekabr 2024-cü il tarixdə qızının əri X4 məxsus mobil telefonla tanımadığı bir şəxslə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə mesajlaşdığını görüb, telefonu alıb mesajlara baxarkən, qızının həmin şəxslə bir neçə gündür ki, yazışdığını görmüşdür. O, bu barədə dərhal əri Bulut Məmmədova məlumat vermişdir. Məhz bundan sonra, onlar Zərərçəkmiş şəxs adları qeyd olunan şəxslərlə müxtəlif vaxtlarda münasibətinin olduğunu öyrənmişlər. 24 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində ayaqyoluna getmək məqsədilə yuxudan durmuş və qızının otağına baxarkən, onun otaqda olmadığını görmüş, dərhal əri və oğlu Kamili yuxudan qaldıraraq Zərərçəkmiş şəxs evdə olmadığını demişdir. Lakin, hər yeri axtarsalarda onu tapa bilməmişlər. Daha sonra, qızının otağına yenidən baxarkən, onun bəzi geyimlərinin, çantası və şəxsiyyət vəsiqəsinin evdə olmadığını görmüşdür. Buna görə də oğlu Kamil bacısının evdən çıxıb getməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmət mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Saat 10 radələrində Vəfa adlı tanımadığı bir nəfər şəxs ona zəng edib, qızının Bakı şəhəri ərazisində “20 yanvar” metrosu yaxınlığında yerləşən gözəllik salonlarından birində onun yanında olduğunu bildirmişdir. Elə həmin gün Vəfa adlı həmin xanım Zərərçəkmiş şəxs öz avtomobili ilə Beyləqan rayonuna gətirmiş və onu Beyləqan rayon Polis şöbəsinə təhvil vermişdir. Məhz polis şöbəsində aparılmış araşdırmalar zamanı qızının adları çəkilən şəxslərlə müxtəlif yollarla cinsi əlaqədə olduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 25 dekabr 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan şəxslərlə cinsi əlaqədə olduğu yerləri göstərmiş və həmin ərazilər ətraflı müayinə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliiyi” Publik hüquqi şəxsin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli, 861/24 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bulud qızının qızlıq pərdəsinin tamlığı pozulmuşdur və bu müddət 2 həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyşikliklər (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafında şüavari büküşlərin qismən hamarlaşması, selikli qişanın göyümtül-qırmızımtıl rəngdə olması) onun arxa keçəcək dəliyi vasitəsilə mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Eyni zamanda Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət (o cümlədən fiziki zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli, 133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bulud qızı təsvir olunmuş hadisələr dövründə ona qarşı törədilən əməlləri dərk etmiş, onları xatırlamaq və təsvir etmək, öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. O, emosionallıq, nəticəsini düşünmədən davranmaq, səthilik, sərbəstliyə can atmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir və yalan danışmağa meyillilik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs cinsi əlaqədə olarkən qeyd olunan şəxslərə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 22 yanvar 2025-ci il tarixli, 160 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı psixi-emosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamış və hadisə vaxtı o, fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs səciyyələndirən hallar: İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Bünyadlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 may 2025-ci il tarixli, 166 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu Bünyadlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Bünyadlı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. “Qətimkan tədbirinin seçilməsi” haqqında 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya İdarəsi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 21 avqust 2025-ci il tarixli ərizəsindən göürünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilmişdir. Əməlin birbaşa qəsdlə törədilməsi dedikdə şəxsin öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsidir. Göründüyü kimi Təqsirləndirilən şəxs öz əməlinə psixi münasibəti birbaşa qəsdlə olmuşdur. CM-in 152.1-ci maddəsi formal tərkibli cinayət olduğundan əxlaqsız hərəkətlər başlandığı andan başa çatmış hesab edilir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, məhkəmə şəxslərin cinsi toxunulmazlığı ilə əlaqədar işlər üzrə cinayətin törədilməsi üsullarının hökmdə ətraflı surətdə şərh edilməsindən çəkinməlidir. Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 152.1-ci maddəsi həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin təbiətindən aydın olur ki, təqsirləndirilən şəxsə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməlidir. Cəzanın cinayətə görə sitəm olması, əzabəziyyət olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CМ-nin 59.1.2 və 59.2-ci maddələrinə əsasən cinayət əməlinin yetkinlin yaşına çatmayan şəxs tərəfindən törədilməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, əməlindən peşman olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması kimi halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58, 59 və 61ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 152.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 55.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-in 55.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablanmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili X10 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat (25 saat x 11 manat=275 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X5 275 manat əmək haqqı Beyləqan rayon Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar