Məhkəmə qərarları › İş №1(020)-43/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-43/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-43/2023 05.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Beyləqan rayonu, Kəbirli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Beyləqan rayonu, Kəbirli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində Beyləqan rayonu, Kəbirli kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən şillə, yumruq və təpiklə vuraraq ona sol gözaltı-almacıq nahiyəsinin hematoması, sol bazu, sol bud və sol baldır nahiyələrinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Beyləqan rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Ayişəylə 2015-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. O, fəhlə işləyir və evinin qarşısını təmir etmək üçün bir müddətdir ki, pul yığmaqla məşğuldur. xx.xx.2023- cü il tarixdə gecə saat 01 radələrində işdən evə gəlib pulunu sayarkən pulun əskik olduğunu görmüş, Ayişədən pulun harada olduğunu soruşmuş, lakin Ayişə ona cavab verməmişdir. Buna görə də, Ayişəyə söyüş söymüş və Ayişə də onun ünvanına söyüş söymüş, münaqişələri yaranmış və o, əsəbiləşərək Ayişəyə tərəf gedib şillə ilə sifətinə vurmuş, Ayişə yerə yıxılmış və o, təpiklə Ayişənin ayaq nahiyəsinə bir neçə dəfə vurmuşdur. Bu zaman qonşusu Valeh qapılarına gələrək onları sakitləşdirmiş, bundan sonra o, sakitləşib yatmışdır. Gecə saat 04 radələrində o, yenidən səsə yuxudan oyanmış və həyətə çıxaraq qapılarında polis əməkdaşlarının olduğunu görmüş, ona Ayişənin onun barəsində şikayət etməsi bildirilmiş, bundan sonra polislər çıxıb getmişlər. O isə əsəbi olduğu üçün əl damından götürdüyü balta ilə əsəbindən evin pəncərələrini sındırmağa başlamış, bir az sonra sakitləşib gedib yatmışdır. Ayişəylə aralarındakı mübahisə yaşadıqları evin həyətində olmuş, bu zaman hadisəni qonşusu Valeh də görmüşdür. Əməlindən peşimandır. Himayəsində 2 azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etmişdir. Ailə münasibətlərini bərpa etmək fikrindədir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Beyləqan rayonu, Kəbirli kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Vüsalla 2015-ci il tarixdə ailə həyatı qurmuş, birgə nigahlarından iki uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrındə o, evdə olarkən Vüsal evə gəlmiş, sonra həyətə çıxıb ona yaxınlaşaraq evlərinə gündüz vaxtı kimin gəldiyini soruşmuşdur. O, Vüsala gündüz saatlarında anasının şitillər gətirdiyini bildirmişdir. Bu zaman Vüsal onunla mübahisə edərək guya onun evdəki pulları anasına verdiyini bildirmişdir. Daha sonra Vüsal ona nalayiq sözlər deyərək üzərinə gəlib yumruqla və təpiklə onu vurmağa başlamış,daha sonra, sol qolunu burub onu yerə yıxmış və təpiklə bədəninə vurmuşdur. Bu zaman qonşuluqda yaşayan Valeh adlı şəxs onların səsküylərinə qapılarına gələrək onları aralamış, Vüsal sakitləşmişdir. Bundan sonra o, anasına zəng edərək bu barədə məlumat vermiş, daha sonra onlar evə keçmişlər. Bir az sonra qapılarına anasının məlumatı əsasında polis əməkdaşları gələrək ondan ərizə alarkən Vüsal da evdən çölə çıxmışdır. Polis əməkdaşları getdikdən sonra Vüsal əsəbiləşərək evi dağıtmağa başlamış və əl damından götürdüyü balta ilə evin pəncərəsinin şüşələrini sındırmışdır. Bir qədər sonra Vüsal yenidən sakitləşərək gedib yatmış, münaqişələri başa çatmışdır. Vüsalla aralarındakı münaqişə yaşadıqları evin həyətində olmuş, bu zaman hadisəni qonşusu Valeh də görmüşdür. Vüsalla barışmaq istəmir, təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində o, yaşadığı evin həyətində olarkən Vüsalgilin qapısından səs eşitmişdir. Belə ki, onlar tərəfə baxaraq Vüsalla Ayişənin mübahisə etdiklərini görmüş, dərhal onları aralamaq üçün qapılarına keçmişdir. Belə ki, əvvəllər də bir neçə dəfə Vüsalla Ayişənin arasında münaqişələr olmuşdur. O, Vüsagilə yaxınlaşıb onları aralamağa başlamış, belə ki. həmin vaxt Vüsalla Ayişə bir-birilərinə nalayiq sözlər demiş və artıq dalaşıb qurtarmışlar. Bir az sonra Vüsaldan nə üçün münaqişə etdiklərini soruşmuş, Vüsal da Ayişənin onun pulunu anasına verdiyini bildirmişdir. Vüsalı sakitləşdirmiş və bundan sonra Vüsal evə gedib yatmışdır. Daha sonra o, da evinə qayıtmış, bundan sonra baş verənlər barədə onun məlumatı olmamışdır. Hadisə Vüsalın qapısında olmuş, hadisəni başqa kimsə görməmişdir. İş materillarına əlavə edilmiş Məhkəmə-tibb ekspertinin 31 may 2023-cü il tarixli, 357/23 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı-almacıq nahiyəsində hematoma, sol bud, sol bazu və sol baldır nahiyələrində isə qançırlar aşkar olunmuşdur ki, qeyd olunan xəsarətlər bərt küt əşyanın təsirindən törənmişdir, şəxsin göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əsasən, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.1-ci maddəsinin tərkibinin olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə, gecə saat 03 radələrində Beyləqan rayonu, Kəbirli kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən şillə, yumruq və təpiklə vuraraq ona sol gözaltı-almacıq nahiyəsinin hematoması, sol bazu, sol bud və sol baldır nahiyələrinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurması kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi vardır. İbtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş üzrə xx.xx.2023-cü il tarixli, 559 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il tarixdə anadan olmuş Zəhra və xx.xx.2021-ci il tarixdə anadan olmuş Zeynəb adlı uşaqları vardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində 2 azyaşlı uşağının olmasıdır, cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İşdə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat üçün 30 (otuz) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar