Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-43/2024 14.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan, Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi- Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Beyləqan rayonu Şərq qəsəbəsində yerləşən Qurban Namazəliyev adına tam orta məktəbdə mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Şərq qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Bəhrəmtəpə- Ağcabədi avtomobil yolu ilə Beyləqan rayonu, Qaralılar kəndi ərazisilə kəsişmədə yerləşən “Üç yol" deyilən ərazinin yaxınlığında taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs müştəri qismində yaxınlaşmış şəxsiyyəti istintaqa məlum olmayan şəxsi Beyləqan rayonu, Aşıqalılar kəndinə 15 manat pul müqabilində aparmasını bildirməsinə etiraz edərək, Zərərçəkmiş şəxs müştərini baha qiymətə aparmasını bildirib Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib onu nalayiq ifadələrlə təhqir edərək zor tətbiq edib qəsdən yumruqla sağ göz nahiyəsinə iki dəfə, sağ kürəkaltı nahiyəsinə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs sağ gözaltı-almacıq nahiyəsində hematoma xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran sağ kürəkaltı nahiyədə qançır, sağ gözün ağlı qişasında qansızma xarakterli sağalamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 30 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Beyləqan rayonu, Qaralılar kəndində “Üç yol” deyilən ərazidə yerləşən “Nex” marketdən çıxaraq yolu əks tərəfə keçib evə gəlmək istəmişdir. O, yolu keçdikdən sonra yaxınlıqda yolun kənarında bir taksi dayanmış və bir nəfər hərbi formalı şəxs taksidən yerə düşmüşdür. Həmin hərbi formalı şəxs orada dayanan taksi sürücülərindən onu Beyləqan rayonu, Aşıqalılar kəndi ərazisində yerləşən “Xalac” dairəsinə kimin apara biləcəyini soruşmuşdur. Rəşad ona taksilərin müştəriləri Xalac dairəsinə normalda 20 manat qarşılığında apardığını, özü isə 15 manata apara biləcəyini demişdir. O, bunları eşidib Rəşada yaxınlaşıb normalda taksilərin müştəriləri oraya 2 manata apardığını, heç olmasa həmin hərbi geyimli şəxsdən 5 manat almasını demişdir. Rəşad ona söyüşlə “sənə nə girib çıxanı var?” deyə sual vermiş, o, Rəşada həmyaşıd olmadıqlarını bildirmişdir. Bu zaman bir nəfər şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Bu zaman Rəşad təpiklə onun əlinə vurmuşdur. O, buna görə də Rəşadı sinəsindən yumruqla bir dəfə vurmuşdur. Bu zaman tanımadığı şəxslər onu tutub Rəşaddan aralaşdırmaq istəmiş, Rəşad da insanların onun əlini tutmasından istifadə edib yumruqla onun burun nahiyəsinə vurmuşdur. Bundan sonra o, insanların əlindən çıxıb Rəşadın üzərinə hücum etmiş və Rəşadın sağ göz nahiyələrinə iki dəfə yumruqla zərbə vurmuşdur. Dava zamanı Rəşadın sağ kürək nahiyəsinə də bir dəfə yumruqla vurmuşdur. Dava zamanı Rəşadı başqa döyən şəxs olmamışdır. İnsanlar onlar aralaşdırdıqdan sonra Rəşad ona yaxınlaşmışdır. Rəşad ona qohum olduqlarını bildirmiş və onu evə aparmağı təklif etmişdir. O da Rəşadla razılaşmışdır və Rəşad tanımadığı başqa iki nəfər şəxslə birlikdə yaşadığı kəndin girişinə aparmışdır. Maşında olan tanımadığı şəxslər də ondan öncə maşından düşmüşlər. O, Rəşada onu aparması müqabilində beş manat pul vermişdir. Rəşad yolda idarə etdiyi maşının ona məxsus olmadığını, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmadığını bildirmiş və ondan barəsində şikayət etməməsini xahiş etmişdir. O da Rəşada şikayət etməyəcəyini bildirmişdir. Lakin iki-üç gün sonra Rəşadın ondan şikayət etdiyini öyrənmişdir. Bundan sonra o da Rəşadın onu döyməsi barədə ərizə yazmışdır. O, Rəşadı tək döymüş, Rəşadı başqa şəxslər vurmamışdır. Hadisə yerinə başqa şəxslər toplaşmış, lakin o, ətrafdakı şəxsləri tanımamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, zərərçəmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Himayəsində 3 övladı var və övladlarından biri hərbi xidmətdədir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 31 dekabr 2023-cü il tarixdə dörd nəfər şəxs tərəfindən döyülməyi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə özü məlumat vermişdir. Onun etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan “Mersedes Benz” markalı avtomobili var. Həmin avtomobillə taksi kimi fəaliyyət göstərir. O, hər zaman Beyləqan rayonu, Qaralılar kəndində yerləşən “üç yol” deyilən ərazidə dayanır, orada müştəri gözləyir. 30 dekabr 2023-cü il tarixdə saat 14:30 radələrində o, hər zaman olduğu kimi avtomobili ilə yol kənarında dayanıb sərnişin gözləyən zaman bir avtomobil ona yaxınlaşmış, avtomobildən bir nəfər tanımadığı hərbiçi düşmüşdür. Hərbiçi ona yaxınlaşıb Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən “Yalobası” deyilən əraziyə hansı qiymətə gedə biləcəyini soruşmuşdur. O da 10 manata aparacağını demişdir. Bu zaman hərbiçi Beyləqan rayonu, Dünyamalılar kəndinin mərkəzinə neçəyə aparacağını ondan soruşmuşdur. O, cavabında 6 manata aparacağını demişdir. Bu zaman tanımadığı adının sonradan Zaur olduğunu öyrəndiyi şəxs tanımadığı digər iki nəfər şəxslə birlikdə sərxoş halda hərbiçiyə yaxınlaşıb “əsgərlikdə çulban olmusan” demişdir. Hərbiçi onlara zabit olduğunu deyib işləri ilə məşğul olmalarını bildirərək oradan uzaqlaşmışdır. Sonra həmin şəxslər ona yaxınlaşıb az məsafəyə hərbiçini nəyə görə 10 manata apardığını soruşmuşlar. O da həmin şəxslərə öz işləri ilə məşğul olmalarını bildirib “nəqliyyat nazirisənmi məsafə ölçürsən?” demişdir. Bunu dedikdən sonra Zaur ona peyser deyib var yoxunu söymüşdür. Onların aralarında mübahisə yaranmış, bu zaman Zaur onu yumruqla sifət nahiyəsindən sağ gözünün üzərindən vurmuş, sonra həmin şəxslərdən biri onu tutmuş, digər şəxs də yumruqla bədəninə və qabırğasına vurmuşdur. O, yerə yıxılmış və biraz sonra ayağa durmuşdur. Tanımadığı bir nəfər yaşlı şəxs gəlmiş, həmin şəxs də çatan kimi onu yumruqla sifətindən vurmuşdur. Sonra tanımadığı onu yumruqla vuran şəxs onu yenə bədənindən vurmağa başlamışdır. Sonra da həmin onu sonradan gəlib vuran yaşlı şəxs onları aralayıb qohum olduqlarını, həmin şəxslərin səhv etdiklərini və barışmalarını bildirmişdir. Zaur da gəlib sonradan onun üzündən öpmüş, həmin şəxslər də onları kəndə apar demişdir. O da onu döyən dörd nəfər şəxsi Beyləqan rayonu, Şərq qəsəbəsinə aparmış, səhəri gün o, gözünün altının qaralmasını görüb şikayət etmək qərarına gəlmişdir. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, o hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 30 dekabr 2023-cü il tarixdə, saat 09 radələrində işlədiyi Beyləqan rayonu, Qarallar kəndi ərazisində, Horadiz-Bəhrəmtəpə avtomobil yolunun kənarında yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsində 24 saatlıq iş növbəsini təhvil almışdır. Həmin gün saat 15 radələrində işdə olarkən yanacaq doldurma məntəqəsinin yaxınlığında dava düşdüyünü görmüşdür. Oraya xeyli sayda insan toplaşmışdır, lakin o, iş yerində olduğu üçün, hadisə olan yerə yaxınlaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs taksi sürücüsü kimi tanıyır və Təqsirləndirilən şəxs isə tanımır, onlarla arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin aprel ayına kimi «Luk Oil» yanacaq doldurma məntəqəsində operator kimi işləmiş, hazırda orada işdən çıxmış, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. 30 dekabr 2023-cü il tarixdə, saat 09 radələrində işlədiyi Beyləqan rayonu, Qarallar kəndi ərazisində, Horadiz-Bəhrəmtəpə avtomobil yolunun kənarında yerləşən “Luk Oil” yanacaq doldurma məntəqəsində 24 saatlıq iş növbəsini təhvil almışdır. Həmin gün saat 15 radələrində işdə olarkən yanacaq doldurma məntəqəsinin yaxınlığında dava düşdüyünü görmüşdür. Oraya xeyli sayda insan toplaşmışdır, lakin o, iş yerində olduğu üçün, hadisə olan yerə yaxınlaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs rayon sakini kimi tanımış, Təqsirləndirilən şəxs isə hadisədən sonra tanımış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 30 dekabr 2023-cü il tarixdə, saat 15 radələrində Beyləqan rayonu, Qarallar kəndi ərazisində, Horadiz-Bəhrəmtəpə avtomobil yolunun kənarında yerləşən “Luk oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında özünə məxsus “X5” markalı yük avtomobili ilə dayanıb rayonlardan aldığı meyvələri satmışdır. Həmin vaxt “Yeni il” bayramı öncəsi olduğu üçün insanlar arasında meyvəyə tələbat çox olmuşdur. Onun avtomobilinin yaxınlığında bir neçə taksi sürücüsü öz avtomobilini saxlamışdır. Bu zaman bir hərbi geyimli şəxs yaxınlaşıb Zərərçəkmiş şəxs yaxınlaşıb nəsə danışmışdır. Bu zaman kənardan adını sonradan bildiyi Təqsirləndirilən şəxs Rəşada yaxınlaşıb onunla mübahisə etməyə başlamışdır. Mübahisə sonradan davaya çevrilmişdir. Onlar bir-birlərinə yumruq-təpik zərbələri vurmağa başlamışlar. O, ətrafa toplaşmış şəxslərlə onları aralamağa başlamışdır. Hadisədən uzun müddət keçdiyi üçün o, onların bir-birlərinə konkret necə zərbə endirdiklərini xatırlamamışdır. Onların aralarında baş vermiş dava 10-15 dəqiqə davam etmiş, sonra ətrafa toplaşmış şəxslər onları aralamış və dava yekunlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi icraata qəbul olunaraq istintaq aparılmışdır. 31 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bəhramtəpə Ağcabədi avtomobil yolunun sağ tərəfində 3 yol deyilən ərazisində baş vermişdir. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 01 yanvar 2024-cü il tarixli 02/24 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı-almacıq nahiyəsində hematoma, sağ kürəkaltı nahiyədə qançır, sağ gözün ağlı qişasında isə qansızma olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və hematoma dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər aiddirlər. Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş 02 yanvar 2024-cü il tarixli 05/24 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əl pəncəsi nahiyəsində qançır olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunan göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 31 may 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Yoçu oğlu ifadəsində göstərdiklərini üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. 31 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirlən şəxs yenidən ittiham elan etmək haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27 mart 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beyləqan rayonu İHB-nın Şərq qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 may 2024-cü il tarixli Arayışdan və Xasiyyətnamədən görünür ki, X6 ailə üzvləri olan arvadı X1, xx.xx.2005-ci il təvəllüdlü oğlu X3, xx.xx.2008-ci il təvəllüdlü qızı X2 və xx.xx.2011-ci il təvəllüdlü qızı X4 ilə birlikdə Beyləqan rayonunun Şərq qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 26 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: CM-in 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; CM-in 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; CM-in 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; CM-in 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. CİM-in 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. CİM-in 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CİM-in 51-3.1-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində yaşayış yeri Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən fərdi yaşayış evi axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-43/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-43/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver