Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-43/2025 21.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi -Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxsin müdafiəçisi Ağcəbədi rayon vəkil bürosunun vəkili Müdafiəçi, xx.xx.2008-ci ildə Beyləqan rayonu Bünyadlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Bünyadlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 14 may 2025-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2024-cii ilin noyabr ayının axırlarında, saat 02 radələrində aralarında yaş fərqi iki ildən aılıq olan xx xxxxxxxx 2010-cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun yaşadığı Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən evin yaxınlığından keçən su kanalının yanında görüşüb. Zərərçəkmiş şəxs razılığı ilə özünün cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına bir neçə dəfə salıb çıxararaq cinsi ehtirasını təmin etməklə ağız vasitəsilə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmədə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Bünyadlı kəndində yaşayır. Zərərçəkmiş şəxs Bulud qızı ilə həmkəndlidir, onunla arasında ədavət və düşmənçilik yoxdur. 2024-cii ilin noyabr ayının ortalarında Tiktok sosial şəbəkəsində Zərərçəkmiş şəxs Bulud qızının profili qarşısına çıxmışdır. O Aynurəni tanımış və onunla tanış olmaq qərarına gəlmişdir. Buna görə də Aynurəyə mesaj yazaraq tanış olmaq istədiyini bildirmişdir. Aynurə onunla tanış olmuş və yazışmağa başlamışlar. Onlar yazışmağa başladıqdan təxminən 3 gün sonra, yəni noyabr ayının axırlarında Aynurə ilə yazışan zaman Aynurə onunla görüşmək istəyib-istəmədiyini ondan soruşmuşdur. O Aynurəyə görüşmək istədiyini bildirmişdir. Aynurə razılaşmış və axşam saatlarında görüşməyi qərara almışlar. Həmin gün axşam saat 21 radələrində o Aynurənin yaşadığı evin qarşısında olan yarımçıq tikiliyə getmiş və tikilinin içərisində Aynurə ilə görüşmüşdür. Onlar söhbət etməyə başlamış və bu zaman çöldən səs gəlmişdir. Buna görə də ikisi də oradan uzaqlaşıb öz evinə getmişdir. Səhəri gün o yenə də Aynurəyə görüşməyi təklif etmişdir. Aynurə onunla razılaşmışdır. Həmin gün o şəxsi işi ilə bağlı həmkəndlisi X1 məxsus avtomobillə İmişli rayonuna getmişdir. Gecə saat 02 radələrində o yaşadığı kəndə qayıtmışdır və Aynurə onun yaşadığı evin yaxınlığından axan kanalın yanında görüşməyi ona demişdir. O Cəsarətə Aynurə ilə görüşməyə gedəcəyini demiş və Cəsarət də onunla gəlmək istədiyini bildirmişdir. O razılaşmış və ikisi birlikdə Aynurənin yaşadığı evin yaxınlığından axan kanalın yanına getmişlər. Bir neçə dəqiqə sonra Aynurə yanlarına gəlmiş və onlarla salamlaşmışlar. Aynurə Cəsarətin nə səbəbə gəldiyini soruşmuş və Cəsarət də onunla görüşmək istədiyini bildirmişdir. Aynurə etiraz etməmiş və onunla razılaşmışdır. Sonrə o kənarda durmuş və Cəsarət Aynurə ilə seksual xarakretli hərəkətlər etmişdir. Bundan sonra o Aynurəyə yaxınlaşmış və Aynurə ilə ağız nahiyyəsi ilə vasitəsilə qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Sonra o, Cəsarət ilə birlikdə çıxıb getmişdir. Bundan sonra onlar yenə də Aynurə ilə danışmağa davam etmişdir. Dekabr ayının 2-də o Aynurə ilə yazışan zaman Aynurə görüşməyi təklif etmiş və o, Aynurəylə razılaşmışdır. Bu zaman həmkəndlisi Səid də onun yanında olmuş və o da Aynurə ilə görüşmək istədiyini bildirmişdir. Axşam saat 22 radələrində o Səidlə birlikdə Aynurənin yaşadığı evin yaxınlığından axan kanalın yanına getmiş və orada Aynurə ilə görüşmüşdür. O Aynurə ilə görüşüb söhbət etməyə başlamışdır. Onlar söhbət edən zaman Səid də onların yanına gəlmişdir. Aynurə Səiddən kim olduğunu soruşmuş və Səid onun dostu olduğunu demişdir. Səid də Aynurəyə onun cinsiyyət orqanını ağzına almağını təklif etmişdir. Aynurə onunla razılaşmışdır. Səid Aynurə ilə ağız nahiyyəsi ilə əlaqədə olmuşdur. Həmin vaxt Aynurəni çağırdıqlarından O, Aynurə ilə heç bir əlaqədə olmamışdır. Bundan sonra o Aynurə ilə yazışmamış və görüşməmişdir. O 2024-cü ilin noyabr ayının axırlarında Aynurənin yaşadığı evin qarşısında olan yarımçıq tikilidə Aynurə ilə görüşmüş və həmin vaxt söhbət etmişlər. Bundan bir gün sonra Aynurənin yaşadığı evin yaxınlığından axan kanalın yanında onunla görüşmüş və o 3-4 dəqiqə Aynurə ilə ağız nahiyyəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o Aynurə ilə nə təbii, nədə qeyri- təbii yolla cinsi əlaqədə olmamışdır. Aynurə ilə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman onun yaşının az olduğunu bilmişdir. Lakin o Aynurənin dəqiq neçə yaşının olduğunu bilməmişdir. Aynurə özü də cinsi əlaqədə olmağı ona bildirmiş və cinsi əlaqədə olmağa heç bir etiraz etməmişdir. Aynurənin onunla qeyri-təbii yolla cinsi əlaqədə olması üçün ona fiziki zor tətbiq etməmiş, onu qorxutmamışdır. Aynurə bir dəfə özü könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. Əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Yetkinlik yaşına çatmamışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayonu. Bünyadlı kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs onların qonşusudur, aralarında ədavət və düşmənçilik yoxdur. 2024-cü ilin noyabr ayının ortalarında X9 Tiktok sosial şəbəkəsində ona yazaraq tanış olmaq istədiyini bildirmişdir. O onunla tanış olmuş və yazışmağa başlamışlar. Yazışmağa başladıqdan təxminən 3 gün sonra, yəni noyabr ayının axırlarında Mustafa onunla görüşməyi təklif etmişdir. O razılaşmış və həmin gün axşam saat 21 radələrində yaşadığı evin qarşısında olan yarımçıq tikilinin içərisində Mustafa ilə görüşmüşdür. Bu zaman çöldən səs gəlmişdir. Buna görə də ikisi də oradan uzaqlaşıb öz evinə getmişdir. Səhəri gün Mustafa yenə də görüşmək təklif etmişdir. O, Mustafa ilə razılaşmış və gecə saat 02 radələrində yaşadığı evin yaxınlığından axan kanalın yanında Mustafa ilə görüşmüşdür. O Mustafa ilə söhbət edən zaman qəfildən orada olan ağacın arxasından X2 çıxmışdır. O Mustafadan Cəsarətin nə üçün gəldiyini soruşmuşdur. Mustafa Cəsarəti ətrafa nəzarət etməsi üçün çağırdığını bildirmişdir. Bu zaman Cəsarət ona yaxınlaşıb onun cinsiyyət orqanını ağzına almağını təklif etmişdir. O etiraz etmədən onunla razılaşmışdır. Bundan sonra Mustafa ilə də ağız nahiyyəsi ilə əlaqədə olmuşdur. Sonra Mustafa şalvarını geyinmiş və Cəsarət ilə birlikdə çıxıb getmişlər. Bundan sonra o, yenə də Mustafa ilə danışmağa davam etmişlər. Dekabr ayının 2-də o Mustafa ilə yazışan zaman ona görüşməyi təklif etmişdir. Mustafa onunla razılaşmış və axşam saat 22 radələrində yaşadığı evin yaxınlığından axan kanalın yanında Mustafa ilə görüşmüşdür. O Mustafa ilə görüşüb söhbət etməyə başlamışdır. Onlar söhbət edən zaman sonradan adının X13 olduğunu öyrəndiyi şəxs onların yanına gəlmişdir. O Səiddən kim olduğunu soruşmuş və Səid Mustafanın dostu olduğunu bildirmişdir. Səid də ona cinsiyyət orqanını ağzına almağını təklif etmişdir. O etiraz etməmiş və onunla razılaşmışdır. Səidlə 4-5 dəqiqə qeyri təbii yolla cinsi əlqədər olmuşdur. Bundan sonra Mustafa ilə də qeyri-təbii yolla cinsi əlqədə olmaq istəsədə onu evdən çağırdıqlarında çıxıb getmişdir. Bunun səhəri gün valideynləri onun oğlanlarla görüşdüyünü bilmiş və evdə problemlər yaranmışdır. Buna görə də o evdən çıxıb getmək qərarına gəlmişdir. 24 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində o paltarlarını yığıb və şəxsiyyət vəsiqəsini götürüb evdən çıxmışdır. O piyada şəkildə avtomobil yoluna çıxmış və yoldan keçən avtomobillərə əl etmişdir. Bir neçə dəqiqə sonra markasını və dövlət qeydiyyat nişanını bilmədiyi bir avtomobil saxlamış və həmin avtomobilə əyləşmişdir. O sürücüyə Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Həmin şəxs onu Beyləqan şəhərinə gətirmiş və bazarın qarşısında avtomobildən düşmüşdür. Bundan sonra oradan tanımadığı bir avtomobillə Bakı şəhərinə getmişdir. Bakı şəhəri ərazisində 20 yanvar metrosu yaxınlığında avtomobildən düşmüş, metronun yaxınlığında olan gözəllik salonlarından birinə yaxınlaşıb iş axtardığını demişdir. Orada onun yaşını soruşmuşlar və o 14 yaşı olduğunu bildirmişdir. Bu zaman orada olan Vəfa adlı qadın valideynlərinə zəng edib onun Bakı şəhərində olduğunu bildirmişdir. Sonra həmin Vəfa adlı qadın onu öz avtomobilinə əyləşdirmiş və Beyləqan rayonuna gətirmişdir. Bundan sonra o Beyləqan rayon polis şöbəsinə gəlmiş, bütün olanlar barədə polisə ərizə vermişdir. Təqsirləndirilən şəxs M. Fərəcov onun azyaşlı olmasını bilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs ondan üzr istəmiş, onlar barışmışlar. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Bünyadlı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qızıdır, onunla eyni evdə yaşamışlar. X6, X4, Təqsirləndirilən şəxs, X10, X2 və X11 tanıyır, onlar onun həmkəndliləridir, onlarla arasında ədavət və ya düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. Qızı Aynurə xx xxxxxxxx 2010-cu il təvəllüdlüdür. 03 dekabr 2024-cü il tarixdə əri X3 məxsus mobil telefonla Aynurənin tanımadığı bir şəxslə Whatsapp sosial şəbəkəsində mesajlaşdığını görmüşdür. O telefonu Aynurənin əlindən alıb mesajlara baxmış və Aynurənin bir neçə gündür ki həmin tanımadığı şəxslə yazışdığını görmüşdür. O Aynurəyə acıqlanmış və bu barədə əri Bulut Məmmədova məlumat vermişdir. O və digər ailə üzvləri Aynurənin yaşı az olduğu, yəni 14 yaşı olduğu üçün onun hər hansısa bir oğlanla əlaqəsinin olmasından narahat olmuş və Aynurəni mütəmadi olaraq danlamışlar. Buna görə də bir neçə dəfə Aynurə ilə aralarında sözlü mabahisələr yaranmışdır. Həmin vaxt onlar Aynurənin həmkəndliləri X6, X4. Təqsirləndirilən şəxs, X10, X2 və X13 ilə də müxtəlif vaxtlarda münasibətinin olduğunu və ayrı-ayrı vaxtlarda onlarla da yazışdığını öyrənmişlər. Onlar Aynurənin artıq kimləsə danışıb yazışmaması üçün əri Bulutun nömrəsini çıxarıb qırmış və telefonda olan Whatsapp proqramını da silmişlər. Bundan sonra Aynurə dərslərini yaxşı oxumadığı və digər oğlanlarla da əlaqə yaratmaması üçün Aynurəni məktəbə getməyə də qoymamışlar. Bir neçə gün Aynurə evdə qalmışdır. Həmin müddətdə Aynurə baş vermiş hadisələrə görə onlardan utandığını bildirmişdir. O hər gün ona məsləhət verərək yaşının az olduğunu və bir daha oğlanlarla danışmamasını bildirmişdir. 24 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində o və əri Bulut yatmağa getmişlər. 25 dekabr 2024-cü il tarixdə, saat 02 radələrində o yuxudan durub ayaqyoluna getmişdir. O ayaqyolundan çıxıb otağa qayıdan zaman Aynurənin otağına girmişdir. Bu zaman o Aynurənin otaqda olmadığını görmüşdür. O Aynurəni tapmaq üçün digər otaqlara baxmış, lakin Aynurənin otaqda olmadığını görmüşdür. Buna görə də o əri Bulutu və oğlu Kamili yuxudan oyadıb Aynurənin evdə olmadığını onlara bildirmişdir. Bulut və Kamil evdən çıxıb həyətə də baxmış, lakin Aynurəni tapa bilməmişlər. Onlar Aynurənin otağına baxdıqda onun bəzi paltarlarının, çantasının və şəxsiyyət vəsiqəsinin evdə olmadığını görmüş və Aynurənin evdən çıxıb getdiyini bilmişlər. Buna görə də oğlu Kamil Aynurənin evdən çıxıb getməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Saat 10 radələrində tanımadığı bir nəfər şəxs ona zəng etmişdir. O telefona cavab verdikdə telefonla danışan şəxs Vəfa adlı qadın olduğunu, qızı Aynurənin Bakı şəhəri ərazisində 20 yanvar metrosu yaxınlığında yerləşən gözəllik salonlarından birində onun yanında olduğunu bildirmişdir. O Aynurənin evdən getməsi barədə polisə də məlumat verdiklərini bildirmişdir. Həmin qadın Aynurəni öz avtomobili ilə Beyləqan rayonuna gətirəcəyini bildirib telefonu söndürmüşdür. Günorta saatlarında Vəfa adlı qadınla Aynurə Beyləqan rayonuna çatmış və Beyləqan rayon polis şöbəsinə getmişlər. Aynurə polis şöbəsində izahat verdikdə həmkəndliləri Ömər Quluzadə, Dünyamin Əlizadə, Müslüm Əliyev, Cəsarət Əhmədzadə. Səid Quluzadə və Təqsirləndirilən şəxsla müxtəlif vaxtlarda yaşadığı kənd ərazisində könüllü olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan sonra Aynurənin müxtəlif oğlanlarla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasından məlumatı olmuşdur. O Aynurədən hadisənin ətraflı necə baş verməsini soruşmuşdur. Aynurə ilk dəfə 2024-cü ilin oktyabr ayında X4 ilə arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbbi yolla cinsi əlaqədə olduğunu, bundan başqa 2024-cü ilin oktyabr ayından dekabr ayına qədər olan müddətdə də Ömər Quluzadə, Dünyamin Əlizadə, Müslüm Əliyev, Cəsarət Əhmədzadə, Səid Quluzadə və Təqsirləndirilən şəxsla da danışıb könüllü olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğunu ona bildirmişdir. O Aynurədən həmin şəxslərin onunla öz razılığı ilə yoxsa zorla cinsi əlaqədə olduqlarını, ona kiminsə fiziki, psixi təsir göstərib-göstərmədiyini soruşmuş və Aynurə ona həmin şəxslərin hər biri ilə könüllü olaraq cinsi əlaqədə olduğunu, buna görə ona heç kimin heç bir fiziki və ya psixi təsir göstərmədiyini ona bildirmişdir. X12, Dünyamin Əlizadə, Müslüm Əliyev, Cəsarət Əhmədzadə, Səid Quluzadə və Təqsirləndirilən şəxsla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasından əvvəlcədən məlumatı olmamışdır. Mustafa onların qonşusu olmuş, onun belə bir iş görməsinə inanmamışdır. Çünki o, qonşu kimi Aynurənin azyaşlı olduğunu bilmişdir. Aynurə evdən çıxıb Bakı şəhərinə getdikdən sonra gəlib polis şöbəsində izahat verdikdən sonra Aynurənin qeyd edilən şəxslərlə cinsi əlaqədə olmasından məlumatı olmuşdur. İş materillarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üçün səbəb və əsas Beyləqan rayonu, Bünyadlı kənd sakini Zərərçəkmiş şəxs 2024-cü ilin oktyabr ayının ortalarından 2024-cü ilin dekabr ayının əvvəllərinə qədər olan müddətdə həmkəndliləri X6, X4, Təqsirləndirilən şəxs, X10, X2 və X7 ayrıayrı vaxtlarda yaşadıqları kənd ərazisində onunla təbii və qeyri-təbii yolla dəfələrlə cinsi əlaqədə olmaları barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 25 dekabr 2024-cü il tarixli ərizə əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materillarına əlavə edilmiş məhkəmə tibbi ekspertin 25 dekabr 2024-cü il tarixli, 861/24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Qızlıq pərdəsinin tamlığının pozulma müddəti 2 (iki) həftədən çoxdur. Zərərçəkmiş şəxs Bulud qızının arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş morfoloji dəyişiklik (arxa keçəcək dəliyinin açıq olması, qıfabənzər genişlənmə, düz bağırsaq ətrafındakı şüavari büküşlərin qismən hamarlaşması, selikli qişanın göyümtül-qırmızımtıl rəngdə olması) onun arxa keçəcək dəliyi vasitəsi ilə mütəmadi olaraq cinsi əlaqədə olmasını təsdiqləyir. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət ( o cümlədən fiziki qüvvə-zor tətbiq olunmaqla cinsi əlaqə və ya cinsi əlaqəyə cəhd zamanı yarana biləcək xəsarət) aşkar olunmadı. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli 133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təsvir olunmuş hadisələr dövründə ona qarşı törədilən əməlləri dərk etmiş, onları xatırlamaq və təsvir etmək qabiliyyətində olmuşdur. Həmin dövrdə Zərərçəkmiş şəxs öz hərəkətlərini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçmədiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Zərərçəkmiş şəxs pxisi pozuntu aşkar olunmadığından onun psixiatrik müalicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs emosionallıq, nəticəsini düşünmədən davranmaq, səthilik, sərbəstliyə can atmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hazırki müayinə zamanı, onda yalan danışmağa meyillilik aşkar edilmədi. Zərərçəkmiş şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində adları qeyd edilmiş şəxslərlə cinsi əlaqədə olan zaman onlara müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı evin ona məxsus yataq otağı, həmin evin həyətinin çıxışından axan kanalın yanı və həyətin çölündə yerləşən kiçik cığırdır. Həmin ərazi yaşayış evləri və torpaq sahəsi ilə əhatələnmişdir. Beləliklə, cinayət işinin məhkəmə iclasında araşdırılmış halları ilə Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayının axırlarında, saat 02 radələrində aralarında yaş fərqi iki ildən aılıq olan xx xxxxxxxx 2010-cu ildə anadan olmaqla həmin an on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər hərəkətlər etməklə onunla qeyri təbii yolla cinsi əlaqədə olması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 23-cü bəndinə görə məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Həmin Qərarın 24-cü bəndinə görə CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq edən sübutlar onun özünün həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişin və şahidlərin ifadələri, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının rəyi, kompleks abulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi, baxış keçirilməsi haqqında protokol və digər sübutlar onun barəsində ittiham hökmünün çıxarılması üçün kifayət qədər əsas sayıla bilər. Beləliklə həmin hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması ilə bağlı qanunda göstərilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan olmasını CM-nin 59.1.2, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmişin 16 yaşına çatmayan şəxs olmaqla cinayətin onun cinsi toxunulmazlığı əleyhinə yönəlməsini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə cəzanın məqsədinə nail olma baxımından ona təqsirləndirildiyi CMnin 152.1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyyə müəsissəsində çəksin və cəza çəkmə muddətinin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaq dövründə göstərdiyi hüquqi yardıma görə cəmi 25(iyirmi beş) saat üçün 275 (iki yüz yetmiş beş) manat Ağcəbədi rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinə göndərilsin. İşdə maddi sübut, mülki iddia və digər tələb yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-43/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-43/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver