Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-44/2024 22.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan,Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu Orta Əlinəzərli kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkanı tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yerləşən yaşadığı evin həyətində atası Zərərçəkmiş şəxs2 mütəmadi olaraq spirtli içkilər qəbul etməsini ona irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs2 başının və bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq sonuncuya təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ qaş nahiyəsində qançır, sol əlin İ barmağının əsas falanqa oynağı səviyyəsində isə əzələ-bağ dəstəsinin gərilməsi xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. O, atası Zərərçəkmiş şəxs2la bir həyətdə yaşayır, münasibətləri həmişə normal olmuşdur. 14 dekabr 2023-cü il tarixdə, saat 16:00 radələrində yaşadığı evdə spirtli içki qəbul etdiyi üçün sərxoş olmuş, həmin vaxt atası Şakir bir valideyn kimi ona evlərinin həyətində spirtli içkilər qəbul etdiyinə görə irad tutmağa başlamış, buna görə onunla atası Şakir yaşadıqları evin həyətində mübahisə etmişlər. O, sərxoş olduğundan Şakirin boğazından tutaraq, yumruqla baş nahiyəsinə, sinəsinə və sağ əlinin üstünə zərbələr vurmuş, həmin vaxt qonşuluqda yaşayan Şahid2 gələrək, onu sakitləşdirib aparmışdır. Atası Şakirə yumruqla zərbələr vuraraq xəsarət yetirməsini qonşuları Rəfidən başqa heç kim görməmiş və bu mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Həmçinin, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Təqsirləndirilən şəxs onunla bir həyətdə yaşayır, Rəvan mütəmadi olaraq spirtli içkilər qəbul edib evdə mübahisələr yaradır. 14 dekabr 2023-cü il tarixdə saat 16:00 radələrində oğlu Təqsirləndirilən şəxs sərxoş halda həyətdə yanına gəlmiş, Rəvana bir valideyn kimi spirtli içkilər qəbul etməsinə görə iradını bildirmişdir. Bu vaxt Rəvan onunla yaşadıqları evin həyətində mübahisə etməyə başlamış, Rəvan onun boğazından tutaraq yumruqla baş nahiyəsinə, sinəsinə və sağ əlinin üstünə zərbələr vurmağa başlamışdır. Həmin vaxt qonşusu Şahid2 gələrək, Rəvanı sakitləşdirib aparmışdır. Rəvanın ona yumruqla zərbələr vuraraq xəsarət yetirməsini qonşusu Rəfidən başqa heç kim görməmiş və bu mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Bu səbəbdən Beyləqan rayon Polis şöbəsinə gələrək ərizə ilə müraciət edib məlumat vermişdir. Əlavə olaraq məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncudan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınmaqla onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması faktına dair HK-1/2058 nömrəli material Zərərçəkmiş şəxs1 1 (bir) baş xırdabuynuzlu qoyununu oğurlamaqla gizli olaraq talanması faktına görə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”-dan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yerləşən Zərərçəkmiş şəxs2 oğunun yaşadığı evin həyətinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 həmin həyətdə döyülərək xəsarət aldığı yeri göstərmişdir. xx.xx.2023-cü il tarixli, 913/23 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ-qaş nahiyəsində qançır, sol əlin İ barmağının əsas falanqa oynağı səviyyəsində isə əzələ-bağ dəstəsinin gərilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(020)-17/2022 saylı hökmünün surətindən görünür ki, Cəfərov X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(020)-17/2022 saylı hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 7(020)-30/2022 saylı qərarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(020)- 17/2022 saylı hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, təyin olunmuş 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1(bir) il 4(dörd) ay 2(iki) gün hissəsinin, hər 2 (iki) günü 1(bir) gün azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla, 8(səkkiz ay) 1(bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasının əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış, ona bu barədə məlumat verilmiş və qərar elan edilərək zərərçəkmiş şəxsin CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 128 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi olan cinayət təqibinə xitam verilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-44/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-44/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver