Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-45/2024 24.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 06 avqust 1993-cü il tarixdə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Hacıqabul şəhəri, Asif Abdullayev küçəsi ev 45-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə kürək və çiyin nahiyələrinə 4 dəfə zərbələr vuraraq döş qəfəsinin arxa səthində kəsilmiş-deşilmiş yaralar xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 2016-cı ildə Tağıyeva(Abuzərova) Ülkər Mahir qızı ilə ailə qurmuş və rəsmi nikah bağlamışlar. Həmin nikahdan bir uşaqları anadan olmuşdur. Əvvəllər Ülkərlə münasibətləri yaxşı olmuş, aralarında dava-dalaş olmamış, hər ailə olduğu kimi xırda sözlə mübahisə olmuşdur. Mübahisələri adətən uşaq üstündə olmuşdur. Sonuncu dəfə 26 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət zəmininda mübahisə yaranmış, mübahisə zamanı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək və çiyin nahiyələrinə bir neçə dəfə zərbələr vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmasını, həyat yoldaşı ilə barışdığını, ona dəymiş ziyanı ödəməsini, həyat yoldaşının ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə nikahlarını rəsmiləşdirərək 2016-cı ildə ailə qurmuşdur və həmin nikahdan bir uşaqları anadan olmuşdur. Ramazanla ailə münasibətləri əvvəllər yaxşı olsa da sonradan ailələrində narazılıqlar olmuş və onlar tez-tez dlaşmışlar.Axırıncı dəfə 26 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində yaşadıqları ünvan 1 ünvanında əri Təqsirləndirilən şəxs ilə yenə də aralarında uşaqla bağlı mübahisə yaranmışdır. Davadalaş zamanı Təqsirləndirilən şəxs mətbəxdən götürdüyü mətbəx bıçağı ilə onun kürək və çiyin nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq ona xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmışdır və ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışdığını, ona dəymiş ziyanı ödədiyini, ondan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. iş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb 26 noyabr 2023-cü il tarixdə, saat 12:17-də “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X2 Beyləqan rayon polis şöbəsinin Növbətçi Hissəsinə 1993-cü il təvəllüdlü, Beyləqan şəhəri, Ramiz Qasımov küçəsində yaşayan Zərərçəkmiş şəxs kürək və çiyin nahiyələrində bıçaq yarası olması barədə daxil olmuş məlumat, həmçinin, Zərərçəkmiş şəxs həmin tarixdə, saat 12 radələrində yaşadıqları ünvanda aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə onun kürək və çiyin nahiyələrinə zərbələr vuraraq xəsarətlər yetirməsi barədə 26 noyabr 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə etdiyi 26 noyabr 2023-cü il tarixli müraciət əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış material olmuşdur İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında" 26 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, əsasən hadisə yeri Beyləqan şəhəri, Ramiz Qasımov küçəsi 11 ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin həyətidir. Həmin həyət mişar daşı ilə hasarlanmış, giriş dəmir qapıdandır, Həyətə daxil olduqda dəmir çardaq, sağ tərəfdə isə 2 mərtəbəli fərdi yaşayış evi vardır. Evin birici mərtəbəsi iki otaq və bir yardımçı otaqdan ibarətdir. Birinci mərtəbəyə daxil olduqda qarşı otaqda şkaf, stol-stul, kreslo və 2 ədəd çarpayı vardır. 1 ədəd stul yerə aşmış vəziyyətdədir. Otağa girişdən sağ tərəfdə, pəncərənin qarşısında olan çarpayının altında 1 ədəd ümumi uzunluğu 30,5 sm olmaqla dəstək hissəsi 12.5 sm, tiyə hissəsi 18 sm olan mətbəx bıçağı vardır. Bıçağın tiyəsi gümüşü rəngli, dəstəyə birləşən hissədə 3.3 sm olmaqla ucu şişdir. Bışağın dəstəyi göy və ağ rəngli olmaqla eni 2.5 sm, qalınlığı 2 sm-dir. Bıçağın tiyəsinin üzərində paslı ləkələr vardır. Baxışda iştirak edən Şahid2 bildirdi ki, kürəkəni Təqsirləndirilən şəxs həmin mətbəx bıçağı ilə qızı Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vuraraq xəsarət yetirmişdir. Həmin otaqda masanın üzərində olan qara rəngli küşü gödəkcəsinin sol yan cibindən 1 ədəd ümumi uzunluğu 15 sm olmaqla dəstək hissəsi 9 sm, tiyə hissəsi 6 sm uzunluğunda cib bıçağı vardır. Şahid2 bildirir ki, həmin gödəkçə Təqsirləndirilən şəxs məxsusudur. İş materillarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2023-cü il tarixli 868/23 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində dörd ədəd kəsilmiş-deşilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 26 noyabr 2023-cü il tarixdə ekspertizaya təqdim olunmuş bıçaqla, o cümlədən oxşar konstruktiv xüsusiyyətlərə malik bıçaq zərbələrinin təsiri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materillarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 61/2024-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol kofta və qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda B alfa (İİİ) qrupunu xarakterizə edən B antingeni və alfa aqqlyutini alındı. Beləliklə, bu qan B alfa (İİİ) qruplu şəxsə məxsus ola bilər. İş materillarına əlavə edilmiş kompleks məhkəmə kriminalistik və məhkəmə-trasoloji ekspertizasının 23 fevral 2024-cü il tarixli, 44-MTKŞ/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus sviterin arxa səthinin sol nahiyəsində beş ədəd və köynəyin arxa səthinin sol nahiyəsində dörd ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materillarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 134, 182, 221 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, 30 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 29,120.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il və 26 noyabr 2023-cü il tarixlərdə özünə ülgüclə xəsarətlər yetirməsində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsindən ötrü həmin xüsusatlar üzrə cinayət işindən material ayrılması nəzərə alınmışdır. Məhkəmə iclasında cinayət işinin araşdırılmış halları ilə Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs mətbəx bıçağı ilə kürək və çiyin nahiyələrinə 4 dəfə zərbələr vuraraq döş qəfəsinin arxa səthində kəsilmiş-deşilmiş yaralar xarakterli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurması kifayət qədər sübuta yetirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxs təqsirləndirlən şəxsin həyat yoldaşı olmaqla ondan şikayətçi deyildir və Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs üzr istəməklə onunla barışdığını, ona dəymiş ziyanı ödədiyini, ona görə də cinayət məsuliyyətindən azad olunmaqla işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İşdə mülki iddia, maddi sübut, xüsusi müsadirəsi təklif edilən əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPMnin 40.2.2, 43.3, 321, 321.2.1, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Barəsində seçilmiş polisin nəzəarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İşdə maddi sübut Beyləqan rayon polis şöbəsinin saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol kofta və bir ədəd qısaqol köynək ona qaytarılsın, bir ədəd mətbəx bıçağı məhv edilsin və 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 13 (on üç) saat üçün 78 (yetmiş səkkiz) manat Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi dövlət hesabına ödənilsin. Qərarın surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-45/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-45/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver