Məhkəmə qərarları › İş №1(020)-46/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-46/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-46/2023 19.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1981-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu, Şəfəq qəsəbəsində məskunlaşıb yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin aprel ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində yerləşən malqara bazarında 15 manat pulun qarşılığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından aıtıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,481 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 aprel 2023-cü il tarixdə, saat 17:20-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonu, Şəfəq qəsəbəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:50-də üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd kağız kəsiyi bükümündə şəxsi istehlak miqdarından aıtıq miqdarda, yəni təmiz çəkisi 0,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan tünd göy rəngli qolsuz gödəkcənin sağ iç cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 2023-cü ilin aprel ayının ortalarında Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində yerləşən mal-qara bazarına göyərti almağa getmiş, bazarda yerləşən kafelərin birinə axşam yeməyi yemək üçün daxil olmuş, həmin vaxt spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. O, kafedə yeyib-içən zaman oraya bir kişi gəlmiş və kafedə yer olmadığından onun masasına əyləşmək üçün icazə istəmişdir. O, həmin şəxsin əyləşməsinə razılıq vermiş, sərxoş olduğu üçün həmin şəxsin əlamətlərini xatırlamır. Onun həmin şəxslə söhbəti yaxşı alındığı üçün birlikdə spirtli içki qəbul etmiş və söhbətləri daha da istiləşmişdir. Söhbət əsnasında həmin şəxs ona özündə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, onun həmin vaxt şiddətli baş ağrısı olduğu üçün həmin maddədən istifadə edərək baş ağrısının kəsə biləcəyini fikirləşmiş, həmin şəxs bir kağız bükümdə psixotrop maddə olan metamfetamini ona göstərərək 15 manata satdığını bildirmişdir. O, razılaşıb 15 manat verib bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetamini almışdır. Bir neçə ay əvvəl də iki-üç dəfə metamfetamin istifadə etmiş, buna görə də həmin maddəni görən kimi metamfetamin olduğunu tanımışdır. O, metamfetamini aldıqdan sonra əynində olan göndəkcənin sağ iç cibinə qoymuşdur. Metamfetamini aldıqdan sonra baş ağrıları kəsidiyi üçün və uzun müddət istifadə etmədiyindən metamfetamini üzərində saxlamış və istifadə etməmişdir. Nə vaxtsa ağrıları olduğu halda həmin metamfetamini istifadə etməyi düşünmüşdür. 25 aprel 2023-cü il tarixdə, saat 17:20-də yaşadığı Beyləqan rayonu, Şəfəq qəsəbəsi ərazisində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra oraya üç nəfər polis formalı şəxs gəlmişdir. Həmin şəxslər özlərini təqdim etdikdən sonra üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmiş, o, etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa aparmışlar. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X4 təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini demişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Bundan sonra müstəntiq onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildinniş və kiminsə buna etirazı olubolmadığını soruşmuşdur. Heç kəs etiraz etmədiyindən polis əməkdaşlarının və müdafəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsini təklif etmişdir. Bu zaman o, əvvəlcə əlini əynində olan gödəkcənin sol yan cibinə salaraq qara rəngli mobil telefonu, sonra isə əynində olan tünd göy rəngli gödəkcənin sağ iç cibinə salaraq 01 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Müstəntiq həmin bükümü açaraq baxış aparmış və bükümün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu görünmüşdür. Üzərindən aşkar edilmiş metamfetamin elektron tərəzidə çəkilmişdir. Daha sonra müstəntiq onun üzərində şəxsi axtarış aparmağa davam edərək əynində olan paltarları tək-tək yoxlamış, lakin üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı ştamp əksi ilə möhürlənmişdir. Müstəntiq tərəfindən üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq edilməmişdir. O, əvvəllər qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümün içərisində olan kütlə psixotrop maddə metamfetamindir. Əməlindən peşimandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə ifadə verərək göstərdi ki, o, Beyləqan rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 aprel 2023cü il tarixdə Beyləqan rayonu, Şəfəq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, üzərində saxlamaqla daşıması barədə ona məlumatı daxil olmuşdur. O, bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raportla məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onlara göstəriş verdikdən sonra Beyləqan rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili Şahid2, İctimai təhlükəsizlik bölməsinin sahə polis nəfərləri, polis baş serjantı Şahid4 və Şahid1 iştirakı ilə əvvəlcədən qurduqları plan əsasında Beyləqan rayonu, Şəfəq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olduğu yeri dəqiqləşdirib Beyləqan rayonu, Şəfəq qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmalı olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və tutulması barədə qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçisi Fərhad Hüımbətovun iştirakı ilə şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa onu təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlini əynində olan tünd göy rəngli qolsuz gödəkcənin sol yan cibinə salaraq qara rəngli mobil telefonu, sonra isə tünd göy rəngli qolsuz gödəkçənin sağ iç cibinə salaraq bir ədəd gümüşü rəngli kağız kəsiyi bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm açılaraq baxış aparılmış və bükümün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən istifadəsi, saxlanması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sağ iç cibindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız kəsiyi bükümün içərisində olan ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə videoçəkiliş vasitəsilə iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı ştamp əksi ilə möhürlənmiş, həmin zərfin üzərinə imzalar edilmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir müraciət və təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılara ucadan oxunmuş və doğruluğu iştirakçılar tərəfindən təsdiq edilərək imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə Şahid3 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin bağlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas 25 aprel 2023cü il tarixdə Beyləqan rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili polis leytenantı Şahid3 Beyləqan rayonu, Şəfəq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə raportu əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli qolsuz gödəkcənin sağ iç cibindən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,60 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizanın 26 aprel 2023-cü il tarixli, 18/443 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,481 qram olam maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq qalan cəmi çəkisi 0,431 qram təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 25 may 2023-cü il tarixli, 3214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2015-ci il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etdiyi şəxs və ya şəxslərin şəxsiyyətini müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin 15 iyun 2023-cü il tarixli qərarla ayrıca icraata ayrılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində yerləşən mal-qara bazarında 15 manat pulun qarşılığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından aıtıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,481 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 aprel 2023-cü il tarixdə, saat 17:20-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonu, Şəfəq qəsəbəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:50-də üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd kağız kəsiyi bükümündə şəxsi istehlak miqdarından aıtıq miqdarda, yəni təmiz çəkisi 0,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan tünd göy rəngli qolsuz gödəkcənin sağ iç cibindən aşkar edilib götürülməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olmasıdır, cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə edilmiş Füzuli rayon İHB-nin Kürdmahmudlu kəndi İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü ildə anadan olmuş X6 adlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cinayətini etiraf etməsini və eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan rayon məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut- Beyləqan rayon PŞ-nin maddi subutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan cəmi çəkisi 0,431 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metanfetamin məhv edilməli, 02 ədəd DVD diski cinayət iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9(doquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəza çəkmə muddətinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut- Beyləqan rayon PŞ-nin maddi subutların saxlanma otağında saxlanılan tədqiqatdan sonra qalıq qalan cəmi çəkisi 0,431 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metanfetamin məhv edilsin, 02 ədəd DVD diski cinayət iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili X3 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar