Məhkəmə qərarları › İş №1(020)-48/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-48/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-48/2023 19.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, X9 və X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon vəkil bürosunun Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olmuş, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində pasport qeydiyyatında olmaqla yaşayan, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, 05 iyun 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1967-ci ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində pasport qeydiyyatında olmaqla yaşayan, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində həmkəndliləri X9, Zərərçəkmiş şəxs1 və X4 ilə aralarında yaranmış mübahisə zamanı Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini, qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai yer hesab olunan Aşağı Çəmənli kəndindəki küçədə özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə X7, Zərərçəkmiş şəxs1 və X3 təhqir edərək qrupun üzvü Quluyev X8 Miriyevin üzərinə hücum edib, zor tətbiq etməklə yaşadığı evdən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək X1 qoluna qəsdən bir neçə dəfə vuraraq ona sol said nahiyəsində iki ədəd kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən X3 uca səslə nalayiq sözlərlə təhqir edərək üzərinə hücum edib istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək onun başına, sol bud və kürək nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ bud nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, o, uca səslə nalayiq sözlərlə təhqir edərək istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək X6 başına, kürək nahiyəsinə və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ kürəküstü və sol bazu nahiyələrində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra silah qismində istifadə etdiyi həmin bellə həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 başına, hər iki qoluna və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sağ bazu və sağ dirsək oynağı nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və beləliklə o, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq və beldən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində həmkəndliləri X9, Zərərçəkmiş şəxs1 və X4 ilə aralarında yaranmış mübahisə zamanı Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini, qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai yer hesab olunan Aşağı Çəmənli kəndindəki küçədə özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-kiiy salıb uca səslə nalayiq sözlərlə X7, Zərərçəkmiş şəxs1 və X3 təhqir edərək Məhərrəm Miriyevin üzərinə hücum edib, zor tətbiq etməklə yaşadığı evdən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək X1 qoluna qəsdən bir neçə dəfə vuraraq ona sol said nahiyəsində iki ədəd kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən X3 uca səslə nalayiq sözlərlə təhqir edərək üzərinə hücum edib istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək onun başına, sol bud və kürək nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ bud nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 uca səslə nalayiq sözlərlə təhqir edərək istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək X6 başına, kürək nahiyəsinə və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ kürəküstü və sol bazu nahiyələrində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra silah qismində istifadə etdiyi həmin bellə həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 başına, hər iki qoluna və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sağ bazu və sağ dirsək oynağı nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və beləliklə o, Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq və beldən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qohumudur və onunla qonşuluqda yaşayır. Həmçinin Zərərçəkmiş şəxs1 da onun qonşusudur. Yaşar ilə Əli arasında uzun müddətdir su ilə bağlı münaqişə vardır, lakin o, həmin münaqişəyə müdaxilə etməmişdir. Yaşarın evinin həyətinə gedən su kanalını Əli bağlamış və Yaşar həyətinə su apara bilməmişdir. O, 16 sentyabr 2022-ci il tarixdə çöl torpaq sahəsindən yaşadığı evə gəlmiş, həmin gün saat 19:00 radələrində səs-küy eşidib küçəyə çıxdıqda X6 qaynı Yaşarın həyat yoldaşı Könül Abbasovanı döyməsini görmüşdür. Könül qışqıraraq kömək istəmişdir. Yaşar Könülü vurub döyməsin deyə Məhərrəmi saxlamaq istəmiş, Məhərrəm isə Yaşara da əl-qol atıb vurmuşdur. Yaşarın yaxasından tutub dartaraq köynəyini çırmışdır. Məhərrəm Yaşarı və Könülü nalayiq sözlərlə söymüşdür. O, yaxınlaşaraq Məhərrəmi sakitləşdirmək istəmiş, bu zaman Məhərrəm onunla da mübahisə etmiş, heç bir səbəb olmadan onu nalayiq sözlərlə söyüb təhqir etmiş və üstünə cumaraq yumruqla sifət və göz nahiyəsinə iki dəfə vurmuşdur. Həmin vaxt Məhərrəmin atası Əli, anası Zəminə, bibisi Leylan oraya gəlmişlər. Məhərrəmi sakitləşdirmək əvəzinə Yaşar və Könül ilə mübahisə etmişlər. Əli Zərərçəkmiş şəxs1ndə bıçaq fırladaraq onları vuracağı ilə hədələmiş, Məhərrəm isə atası Əlidən bıçağı ona verməsini istəmiş və bıçaqla onları vuracağı ilə hədələmişdir. Lakin Əli bıçağı Məhərrəmə verməmişdir. O, aranın tamam qarışdığını görüb Yaşar və Könüllə oradan uzaqlaşaraq Yaşarın həyətinə daxil olmuşlar. Daha sonra Yaşar 102 xidmətinə zəng edərək şikayət etmiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Onu konkret olaraq Məhərrəm Miriyev yumruqla iki dəfə sifətindən və qaş nahiyəsindən vurmuşdur. O, münaqişə zamanı Məhərrəmi və Əlini bel ilə vurmamışdır. Həmçinin oğlu Sadiq münaqişəyə müdaxilə etməyərək kənarda dayanıb bir qədər baxdıqdan sonra evə getmişdir. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində Yaşarın evinin qarşısında, küçədə baş vermiş, hadisə zamanı orada Yaşar, Məhərrəm, Əli, Könül, Leylan, Zəminə, Sadiq, Lətifə və yaxınlıqda mağazada işləyən Elman olmuşlar. Həmin vaxt Yaşarın əlində bıçaq görməmiş, Yaşarın bıçaqla Məhərrəmin qoluna vurduğunun və ya kəsdiyinin şahidi olmamışdır. Məhərrəm eləcə də yumruqla Könülün başına, qoluna Yaşarın bədəninin müxtəlif nahiyələrinə vurmuş və Yaşarın köynəyini cırmışdır. Münaqişə zamanı o, Yaşarın orada X3 vurmasını və ya döyməsini görməmişdir. O, özü ümumiyyətlə heç kəsi vurmamış, ona görə də, hadisədə heç bir günahı yoxdur. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə qonşudur, əvvllər aralarında hər hansı bir ədavətləri və düşmənçilikləri olmamışdır. Onun həyətinə gələn su arxı Zərərçəkmiş şəxs1 evinin yan tərəfindən keçir, lakin Zərərçəkmiş şəxs1 onun həyətinə gələn həmin su arxını qarşısını kəsdiyinə görə həyətinə su apara bilmir. Bu səbəbdən həyətində olan əkin sahəsini suvara bilməmiş, bu məsələ ilə bağlı bir necə dəfə Əli ilə söhbət edərək həyətinə gələn su arxını açmasını tələb etsə də Əli onun tələbinə məhəl qoymamışdır. Bununla bağlı Əli ilə bir necə dəfə arasında mübahisə baş vermiş, məcbur olub 2022-ci ilin sentyabr ayının əvvəlində bu barədə Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət etməyini sonradan Zərərçəkmiş şəxs1 bilmişdir. 13 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində məhkəməyə təqdim etmək üçün həmin su arxının şəklini çəkmək məqsədilə azyaşlı oğlu Quluyev Həsənlə həmin yerə, yəni Əli ilə öz evinin arasında çəpərin yanına getmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 və Zəminə Miriyeva arxın şəklini çəkməsini ona irad tutmuşlar. O, arxın şəklini çəkib məhkəməyə müraciət edəcəyini bildirmiş, bu zaman Zəminə və Əli onunla mübahisə etmiş, daha sonra yerdən daş götürüb ona ataraq başına və kürəyinə vurmuşlar. O, daşlardan qorunmaq üçün oğlu Həsənlə həmin yeri tərk edib evinə getmişdir. Əli və Zəminə onu su arxının yanında daşla vurmuş, həmin vaxt yanında azyaşlı oğlu Həsəndən başqa heç kim olmamış, bu hadisə ümumilikdə təxminən 1-2 dəqiqə davam etmişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yerləşən evinin həyət darvazasının qarşısında arvadı Könüllə dayanan zaman qonşusu Əlinin oğlu Məhərrəmin küçə ilə piyada getdiyini görmüş, Məhərrəm onu görərək yanına çağırmış, yaxınlaşdıqdan sonra Məhərrəm heç bir səbəb olmadan onu nalayiq küçə söyüşləri söyüb təhqir etməyə başlamışdır. Onlarln arasında sözlə mübahisə yaranmışdır. Məhərrəmə sakit olmasını, nalayiq ifadələr işlətməməsini deməsinə baxmayaraq, Məhərrəm iradlara məhəl qoymayaraq ucadan danışıb sözlə onu təhqir etməyə davam etmişdir. Məhərrəmin səs küyünə arvadı Könül onlara yaxınlaşmış və Məhərrəmə sakit olmasını demişdir. Bu zaman Məhərrəm Könülü də nalayiq sözlərlə söymüş, daha sonra Könülə yaxınlaşaraq yumruqla başına və bədəninin müxtəlif nahiyələrinə vurub döymüşdür. O, araya girərək Məhərrəmi sakitləşdirməyə çalışmışdır. Məhərrəm əl atıb onun əynində olan köynəyindən tutub dartaraq köynəyini çırmış, daha sonra yumruqla onun vurmuşdur. Məhərrəmin səs-küyünə yaxınlıqda yaşayan qohumu Asif gəlmişdir. Asif araya girib Məhərrəmi sakitləşdirməyə çalışmış, lakin Məhərrəm sakitləşməyərək Asifin də ünvanına nalayiq sözlər işlətmiş və Asifin üstünə cumaraq yumruqla sifət nahiyəsinə bir necə dəfə vurmuşdur. Onların səs-küyünə Məhərrəmin atası Əli, analığı Zəminə və bibisi Leylan da gəlmişlər. Əli cibindən bıçaq çıxararaq havada fırlatmış, onu və Asifi bıçaqla vuracağı ilə hədələmişdir. Məhərrəm bıçağı atası Əlidən istəyərək onları vuracağı ilə hədələmiş, həmin vaxt o, arvadı Könülü dartıb kənara çəkərək yaşadıqları evə aparmışdır. Onların ardınca Asif də onun yaşadığı evə gəlmiş, sonra həyət darvazasını bağlamış və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Münaqişə zamanı Məhərrəm yumruqla onun qolundan və belindən vurmuş və əynində olan köynəyini dartıb çırmışdır. Asif həmin vaxt Məhərrəmi və Əlini bel ilə vurmamışdır. Əksinə Məhərəm yumruqla Asifin sifət nahiyəsinə bir necə dəfə vurmuş, Sadiq isə münaqişəyə müdaxilə etməmiş və bir qədər kənarda dayanıb baxdıqdan sonra evinə getmişdir. O, Məhərrəmi və Əlini vurmamışdır. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində onun evinin giriş darvazasının qarşısında küçədə baş vermiş, hadisə zamanı orada Asif, Məhərrəm, Əli, Könül, Leylan, Zəminə, Sadiq, Lətifə, yaxınlıqda mağazada işləyən Elman olmuşdur. Hadisə zamanı o, evdən bıçaq götürməmiş və Məhərrəmin qoluna bıçaqla vurmamışdır. Həmçinin, X3 vurmamış və döyməmişdir. Leylan qərəzli olaraq onun barəsində yalan ifadə vermişdir. Hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Onun evinin giriş darvazası Elmanın mağazasının təxminən 15 metrliyində yerləşir və küçəyə açılır. Hadisə vaxtı kənar şəxslərin olmasını görməmişdir. Hadisədə heç bir təqsiri yoxdur. Məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, 16 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhərindən Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yaşayan qardaşı Zərərçəkmiş şəxs1 evinə qonaq gəlmişdir. Orada olan zaman qardaşı Əlidən və ailə üzvlərindən eşidib bilmişdir ki, Əlinin qonşusu Təqsirləndirilən şəxs2 onlarla mübahisə etmiş, 14 sentyabr 2022-ci il tarixdə Yaşar onun qardaşı Əlinin həyətində evdəkilərdən icazəsiz video çəkiliş aparmış, buna görə aralarında mübahisə yaranmışdır. 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Əlinin evində olarkən küçədə səs küy eşidərək küçəyə çıxmış, səs-küyün Təqsirləndirilən şəxs2 evi tərəfdən gəldiyini görüb oraya getmiş, həmin yerə çatanda Təqsirləndirilən şəxs2, arvadı Könül və qohumu Asifin onun qardaşı oğlu Məhərrəm Miriyevi vurub döydüklərini görmüş, Asifin əlindəki bel ilə Məhərrəmi vurmuş, Məhərrəm də özünü qorumağa çalışmışdır. O, yaxınlaşdıqda Təqsirləndirilən şəxs2 əlində bıçaq Məhərrəmi vurmaq istədiyini görmüş, Yaşar bıçaq ilə Məhərəmi vurmaq istəyərkən Məhərəm əlini qabağa uzatmış və bu zaman bıçaq Məhərrəmin qoluna dəyərək biləyini kəsmişdir. O, araya girib onları aralamış, bu zaman Asif əlində olan bel ilə Məhərrəmin başına, belinə və bədəninin müxtəlif nahiyələrinə vurmuş, Məhərrəm yerə yıxılmışdır. O, Asifi çətinliklə Məhərrəmdən aralamış, həmin vaxt Yaşar da təpiklə Məhərrəmi vurmuşdur. Bu vaxt qardaşı Əli və arvadı Zəminə də oraya gəlmiş, Əli araya girdikdə Asif bel ilə Əlini də vurmuşdur. O, Asif və Yaşarı Məhərrəmdən aralaşdırmaq istədikdə Yaşar əlindəki bel ilə onun yan tərəfinə və bel nahiyəsinə vurmuş, hadisə yerinə qonşular yığılmış, yaxınlıqdakı mağazada işləyən Elman bu hadisəni görmüşdür. Zəminə yaxınlaşıb Məhərrəmi yerdən qaldırıb evinə aparmış, o və qardaşı Əli ilə də oradan aralanıb evə getmişlər. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yerləşən Təqsirləndirilən şəxs2 evinin qarşısındakı küçədə baş vermiş, hadisə zamanı orada Məhərrəm, Əli, Zəminə, Yaşar, Könül, Lətifə, Sadiq, Asif, Elman və adlarını bilmədiyi təxminən 20-30 nəfər kənd sakini olmuşdur. O. heç kimi vurmamışdır. Məhərrəm özünü müdafiyə etmiş və bunun üçün də Asifə əl qol atmışdır. Ola bilsin ki, həmin vaxt Məhərrəmin əli Asifə dəymişdir. O, baş vermiş hadisənin səbəbini bilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onların cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayır. Yaşar ilə münasibəti soyuq olmuş, bu soyuqluğun səbəbi onun həyətindən Yaşarın öz həyətinə su kanalı açmaq istəməsi olmuşdur. 14 sentyabr 2022-ci il tarixdə Yaşar onların həyətinə gələrək ondan və atasından xəbərsiz həyətlərində video çəkiliş apardığına görə də aralarında mübahisə baş vermişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı kəndin ərazisində Elman adlı şəxsə məxsus mağazaya getmiş, mağazadan çıxıb evə qayıtdıqda Yaşarın öz evinin qarşısında olduğunu görmüşdür. Yaşarı yanına çağıraraq “mən sənin həyətinin hasarından içəri keçib namusuna sataşmışam? Atamı da gəlib söyürsən, həyətimizdə çəkiliş aparırsan” deyə bildirmişdir. Həmin vaxt Yaşarın arvadı Könül də orada olmuş, Yaşar onu nalayiq sözlərlə söyüb təhqir edərək münaqişə yaratmışdır. Bu zaman Yaşarın qonşuluğunda yaşayan yeznəsi Asif, Asifin oğlu Sadiq və arvadı səs-küyə həyətlərindən çıxmışlar, Asif həyətdən çıxanda əlində bel olmuş və ona yaxınlaşaraq heç bir söz demədən bel ilə onun başına, kürəyinə və bədəninin digər nahiyələrinə vurmuşdur. Daha sonra Asif onu nalayiq sözlərlə söyüb təhqir etmiş, o, özünü müdafiyə etmək məqsədilə Asifə yumruq atmış, atdığı yumruq Asifin göz nahiyəsinə dəymişdir. Həmin vaxt Yaşar evinə getmiş və tez bir zamanda əlində mətbəx bıçağı ilə qayıtmışdır. Yaşar ona yaxınlaşaraq bıçaqla onun sol qolunun bilək nahiyəsinə bir necə dəfə vurmuş, nəticədə bıçaq onun qolunu kəsmişdir. Asif əlindəki bel ilə, Yaşar isə əlindəki bıçaqla onu vurub ona xəsarətlər yetirmişlər, hər ikisi onu nalayiq sözlərlə söyüb təhqir etmişlər. Yaşarın arvadı Könül də qışqırıb səs-küy salmış, Asifin oğlu Sadiq isə kənarda dayanaraq ona yaxınlaşmamış və onu vurmamışdır. Onun atası Əli, anası Zəminə və bibisi Leylan səsküyü eşidərək onların yanma gəlmiş və onu Yaşargildən aralaşdırıb evə aparmışlar. O, xəsarət aldığı üçün təcili tibbi yardıma müraciət etmiş, bir qədər sonra təcili tibbi yardım maşını gəlib onu xəstəxanaya aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmiş qolunun kəsilmiş yerinə tikiş vurulmuş, bir qədər sonra evə buraxılmışdır. O, münaqişədən sonra atası Əlinin baş nahiyəsində, sağ qolunda xəsarətlər olduğunu görmüş. Əlini kimin vurduğunu bilməmişdir. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndində küçədə - Təqsirləndirilən şəxs2 evinin həyət darvazasının qarşısında baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Asillə onun əvvəllər heç bir mübahisəsi, aralarında heç bir qərəzli münasibətləri və düşmənçilikləri olmamışdır. Asif heç bir səbəb olmadan onu nalayiq sözlərlə söyüb təhqir etmiş və bel ilə vuraraq ona xəsarət yetirmişdir. O, hadisə zamanı Asifi bir dəfə yumruqla vurmuş, başqa heç kimi vurmamışdır. İbtidai istintaqdan fərqli olaraq göstərir ki, həmin hadisə zamanı Yaşar Quliyev ona bıçaqla xəsarət yetirməmiş, həmin bıçaq xəsarətini özü-özünə əsəbi olduğu üçün yetirmişdir. Həmin bıçağın əlamətlərini xatırlamır, lakin görünüşündən dükanlarda satılan və məişətdə istifadə edilən mətbəx bıçağı olmuşdur. Hazırda iş üzrə həqiqəti etiraf edir və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bağışlayır, onlardan heç bir şikatyəti və tələbi yoxdur. Məhkəmə Məhərrəm Miriyevin ibtidai istintaqdan fərqli olaraq həmin hadisə zamanı Yaşar Quliyevin ona bıçağla xəsarət yetirməməsi, həmin bıçaq xəsarətini özü-özünə əsəbi olduğu üçün yetirməsi barədə ifadəsində göstərdiklərini işin halları ilə uyğun gəlməyən hesab etməklə, mötəbər sübut kimi qəbul etmir, onun ibtidai istintaqda işin halları ilə bağlı verdiyi ifadələri mötəbər olmaqla, işin digər halları ilə uyğun gəldiyindən və digər sübutlarla təkzib edildiyindən, ittiham hökmünün çıxarılmasında digər sübutlarla yanaşı həm də həmin hallara istinad edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir və onunla qonşuluqda yaşayır. Bir müddətdir ki, onun Yaşar ilə münasibətləri soyumuşdur. O, öz yaşadığı evin həyətindən Yaşarın həyətinə su kanalı açmış, Yaşar həmin su kanalı ilə həyətinə su apararaq həyətindəki ağaclarını və əkin sahəsini suvarmışdır. Lakin son zamanlar Yaşar gecə saatlarında ondan icazəsiz həyətinə keçib kanaldan suyu açıb həyətinə aparmışdır. O, bir necə dəfə Yaşara iradını bildirərək gecə saatlarında ailəsi ilə yatan zaman onun həyətinə girməməsini demiş, lakin Yaşar onun sözünə heç bir əhəmiyyət verməyərək sonradan yenə gecə saatlarında ondan icazəsiz həyətinə daxil olub kanaldan su açıb öz həyətinə aparmışdır. O, bu səbəbdən sonradan həyətindən keçən həmin su kanalının qarşısını kəsmiş, bundan sonra Yaşar ilə onun arasında bir necə dəfə sözlə mübahisə baş vermişdir. 13 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Yaşar onun evinin həyətinə gələrək ondan xəbərsiz həyətində video çəkiliş aparmışdır. O, həmin vaxt evdə olmamış, lakin arvadı Zəminə Yaşarı çəkiliş aparanda görmüş və yaxınlaşıb nə üçün çəkiliş apardığını soruşmuş, Yaşar onun arvadı Zəminəni nalayiq sözlərlə söyüb təhqir edərək əlində olan bel ilə Zəminəni vurmaq istəmiş, lakin Zəminə qaçaraq küçəyə çıxmışdır. O, sonradan evinə gələndə Zəminə bu barədə ona demişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində mağazadan evə qayıdarkən Təqsirləndirilən şəxs2 evinin qarşısına çatanda Yaşarın qohumu Təqsirləndirilən şəxs1 ilə onun oğlu Məhərrəm Miriyevi döydüklərini görmüş, həmin şəxslər Məhərrəmi yumruqla və əllərindəki bel ilə vurub döymüşdür. O, özünü tez oraya çatdırıb Yaşarın və Asifin qarşısına vermiş, lakin həmin şəxslər dayanmayaraq Məhərrəmi və onu bel ilə vurub döymüşdür. Asif bel ilə onun sağ çiyninə, qoluna və başına vurmuş, Məhərrəmi döyüb yerə yıxmışdır. Məhərrəmin vəziyəti ağırlaşdığı üçün arvadı Zəminə Məhərrəmi yerdən qaldırıb evə aparmış, özü də bir təhər aradan çıxıb evinə getmiş, Yaşar və Asif onun oğlu Məhərrəmi bel ilə və bıçaqla vurub xəsarət yetirmişdir. Yaşar bıçaqla Məhərrəmin biləyini kəsmiş, hadisə yerində olan bacısı Leylan onları aralaşdırmışdır. Bundan sonra o, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, daha sonra Məhərrəm ilə birlikdə xəstəxanaya getmiş, tibbi yardım almışdır. Münaqişə zamanı o, Asifin bel ilə Yaşarın isə təpiklə oğlu Məhərrəmi vurduqlarını görmüş, həmin vaxtı Məhərrəmin qolunun bilək nahiyəsi kəsildiyi üçün qan axmışdır. Məhərrəmin ona deməsinə görə Yaşar bıçaqla onun qoluna vurub biləyini kəsmişdir. O, hadisə yerində Yaşarın və digər şəxslərin əlində bıçaq görməmişdir. Təqsirləndirilən şəxs1 onun hər ki qoluna və baş nahiyəsinə bel ilə vurmuşdur. Hadisə Beyləqan rayonu, Aşağı Çəmənli kəndindəki küçədə, Yaşarın evinin qarşısında baş vermiş, arvadı Zəminə, oğlu Məhərrəm, bacısı Leylan, qonşuları Asif, Yaşar, Könül, Lətifə, Sadiq və bir neçə kənd sakini hadisə yerində olmuşdur. Münaqişə zamanı o, heç kəsi söyüb təhqir etməmiş, vurmamış, əlində bıçaq olmamış və bıçaqla kimisə vuracağı barədə hədələməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir, onların cəzalandırılmasını xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Yaşar Quliyevlə həmkəndli olmaqla yaxın qonşudur. Lakin son zamanlar münasibətləri yaxşı olmamışdır. Belə ki, Yaşar Quliyev onların həyətindən öz həyətinə su yolu açmaq istəyir, lakin əri Zərərçəkmiş şəxs1 buna razı olmamış və həmin su yolunu bağlamışdır. Əri Əlinin su kanalını bağlamasına səbəb isə Yaşarın gecə vaxtlarında həyətlərinə onlardan icazəsiz keçib kanaldan suyu açıb həyətinə aparması olmuşdur. Əli bir necə dəfə Yaşara iradını bildirsə də, Yaşar ona əhəmiyyət verməmişdir. Bundan sonra Yaşarla aralarında bir necə dəfə sözlə mübahisə olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Yaşarın evlərinin həyətinə gələrək onlardan xəbərsiz həyətlərində video çəkiliş apardığını görmüşdür. O, Yaşara yaxınlaşıb nə üçün evinin həyətini çəkdiyini soruşduqda Yaşar onu nalayiq sözlər söyüb təhqir edərək əlindəki bellə onu vurmaq istədikdə o, qaçıb küçəyə çıxmışdır. Həmin vaxtı Əli evdə olmamışdır. Lakin Əli evə gələndən sonra o, Yaşar evlərinin həyətinə gəlib çəkilş etdiyini ona demişdir. Əli də həmin günü 102 zəng xidmətinə zəng edərək Yaşarın qanunsuz hərəkəti barədə şikayət etmişdir. Əli şikayət etdikdən sonra həmin gün polis əməkdaşları evlərinə gəlmiş və izahatlarını almışlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində evinin həyətində iş görən vaxtı küçədə səs küy eşidib küçəyə çıxmışdır. Həmin vaxt Yaşar Quliyevin evinin qarşısında küçədə Yaşar, arvadı Könül və qohumu Təqsirləndirilən şəxs1 oğlu Məhərrəm Miriyevi yumruqla və əllərindəki bellə vurub döydüklərini görmüşdür. O, oğlu Məhərrəmi Yaşargilin əlindən almaq istəsə də onları sakitləşdirə bilməmişdir. Bu zaman əri Əli də hadisə yerinə gəlmiş özünü Yaşarın, Asifin və Könülün qarşısına vermişdir ki, Məhərrəmi vurmasınlar. Lakin onlar dayanmayaraq Əlini də bellə vurub döymüşlər. Yaşar Məhərrəmi və Əlini nalayiq sözləri söyüb təhqir edirdi. Asif bellə Əlinin sağ çiyninə, qollarına və başına vurmuş, Məhərrəmin isə başına və bədəninin müxtəlif nahiyyələrinə vurmuşlar. Həmçinin Məhərəmi vurub döyərək yerə yıxmışlar, Yaşar isə təpiklə Məhərrəmin bədəninin müxtəlif yerlərinə vurmuşdur. Məhərrəmin qoluna bıcaqla vurub biləyini kəsmişlər və biləyi qanamışdır. Məhərrəmin vəziyətinin ağırlaşdığını görüb onu yerdən qaldırıb evə aparmışdır. Sonradan əri Əli də evə gəlmişdir. Yaşar və Asif oğlu Məhərrəmi bellə və bıçaqla vurub xəsarət yetirmişlər. Yaşar bıçaqla Məhərrəmi qolunun bilək nahiyəsinə vurub kəsmişdir. Bundan sonra Əli DİN-in 102 xidmətinə məlumat vermişdir. Onlar oğlu Məhərrəmi xəstəxanaya aparmışlar, orada oğluna tibbi yardım göstərmişlər. həmin vaxt hadisə yerində çoxlu adamlar olmuş, hadisə təxminən 20-25 dəqiqə davam etmişdir. Həmin vaxt Yaşar və Asif küçədə nəlayiq ifadələr işlətmiş, onları söyüb təhqir etmişlər. Küçədən keçən avtomobillərin sürücüləri də avtomobili saxlayıb onların hətəkətlərinin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Həmkəndlisi Zərərçəkmiş şəxs1 Yaşar ilə qonşuluqda yaşamış, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs2 arasında su üstündə uzun müddət mübahisələ olmuşdur. Yaşarın həyətinə su Əlinin həyətindən keçən su kanalı ilə gəlmiş, həmin su kanalını Əli doldurduğuna görə Yaşarın həyətinə su getməmişdir. 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində küçədə səs-küy dava-dalaş səsləri eşitmiş, narahat olaraq küçəyə çıxmış, küçəyə çıxdıqda qardaşı Yaşarın evinin darvazasının qarşısında qonşusu X6 Yaşarın arvadı Könülü nalayiq sözlərə söyüb təhqir edərək əli ilə vurub döydüyünü görmüşdür. Onun həyat yoldaşı Asif araya girərək Məhərrəmi sakitləşdirmək istəmiş, Məhərrəm yumruqla Asifin sifət nahiyəsinə bir necə dəfə vurmuşdur. Səs-küyə küçəyə bir çox adam yığışmışdır. Məhərrəm həmin vaxt Yaşarı da əli vurmuş, köynəyini dartıb cırmışdır. Məhərrəm və atası Əli nalayiq sözlərlə Yaşarı, Asifi və Könülü söyüb təhqir etmişlər. Məhərrəmin yumruqla Asifi vurması nəticəsində Asif sifət və göz nahiyələrindən xəsarət almışdır. O, Məhərrəm Miriyevin, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlində bıçaq və ya bel görməmiş, oğlu Sadiq Həziyevin münaqişə yerində olmasının şahidi olmamış, həmin dava-dalaşda Sadiq iştirak etməmiş və heç kimi vurmamışdır. Hadisə Yaşarın evinin darvazasının qarşısında, küçədə baş vermiş, Məhərrəmin anası Zəminə və bibisi Leylan da orada olmuşlar. Səsküyə təxminən 15-20 nəfər adam oraya toplaşmış və kənarda dayanıb tamaşa etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yerləşən özünə məxsu ərzaq dükanında işləyir. Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yaşayan Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və həmin şəxslərin ailə üzvülərini əvvəllər tanımış, həmin şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 yaşadığı ev onun işlədiyi mağazanın yanında yerləşmiş, təxminən 10-15 metr məsafə vardır. Yaşarın evinin həyət darvazası ilə onun mağazası üzbəüzdür. Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında uzun müddətdir ki, su üstündə mübahisə vardır. 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində mağazada olarkən küçədən səs-küy eşitmiş, küçəyə çıxarkən Yaşarın Məhərrəmlə mübahisə etdiyini görmüşdür. Çöldə çox dayanmayaraq müştərilərə xidmət etmək üçün mağazaya daxil olmuşdur. Təxminən 5 dəqiqə keçdikdənsonra səs-küyün gücləndiyini görüb yenidən mağazanın qarşısına çıxmışdır. Həmin vaxt mağazada təxminən 3 nəfər müştəri olmuşdur. Küçəyə çıxdıqda Yaşar, Yaşarın arvadı Könül və qohumu Asif ilə Zərərçəkmiş şəxs1, Əlinin oğlu Məhərrəm və Əlinin bacısı Leylanın dalaşdıqlarını görmüşdür. O, mağazasının qarşısında dayanaraq davaya heç bir müdaxilə etməmiş, mağazada müştərilər olduğundan orada çox dayanmayaraq mağazaya qayıdıb müştərilərə xidmət göstərmişdir. Yaşar və ailə üzvləri ilə Əli və ailə üzvüləri arasında baş verən dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, bundan sonra hərəsi öz evinə getmişdir. Dava-dalaş zamanı tərəflər bir-birlərini ucadan nalayiq sözlərlə söymüş, onların səs küyünü ətrafda yerləşən evlərdə yaşayan insanlar eşitmiş və səs-küyə bir çox insan toplaşmışdır. Həmin vaxt mağazada adlarını bilmədiyi lakin üzdən tanıdığı müştərilər olmuş, həmin müştərilər də hadisənin şahidi olmuşlar. Bundan başqa küçənin başında təxminən 20-30 nəfər adam yığışıb davaya tamaşa etmiş, yoldan keçən avtomobillər dayanmış, avtomobildə olan insanlar da düşüb münaqişəyə tamaşa etmişlər. O, davadalaş zamanı Asifin, Yaşarın, Əlinin və Məhərrəmin əlində bel və bıçaq görməmiş, lakin ola bilsin ki, o mağazaya qayıdıb müştərilərə xidmət göstərən zaman tərəflər dalaşan vaxtı bıçaqdan və ya beldən istifadə edib bir-birilərini vurmuşlar. Yaşar, Asif, Məhərrəm və Əli bir-birinə girişərək əl-qol ataraq bir-birlərini vurmuş, konkret kimin kimi haradan vurduğunu dəqiq bilməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs2, X10, X13, X9, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 döyülmələri barədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə və Beyləqan rayon polis şöbəsinə etdikləri müraciətlər əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X9, Zərərçəkmiş şəxs1, Şahid1, X4 ilə Təqsirləndirilən şəxs2, X10 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisində yaşayış evlərinin arasında Təqsirləndirilən şəxs2 evinin həyət darvazasının qarşısında küçədə dalaşmışlar. Dava-dalaş olan yerdən təxminən 10- 15 metr aralıda “Rəsul” market yerləşir, eləcədə hadisə yerindən kəndin əsas mərkəzi avtomobil yoluna kimi təxminən 60-70 metr məsafə vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 719/22 nömrəli rəyindən görünür ki, X6 təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ kiirəküstü və sol bazu nahiyələrində qançırlar, sol said nahiyəsində isə iki ədəd kəsilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən sol said nahiyəsiııdəki kəsilmiş yaralar kəsici kənara malik əşyanın (alətin) təsirindən törənməklə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir və sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Aşkar olunmuş xəsarətlərin törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, istənilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 720/22 nömrəli rəyindən görünür ki, X2 təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ bud nahiyəsində isə qançır olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə bellə vurulma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 718/22 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sağ bazu və sağ dirsək oynağı nahiyəsində isə qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə bellə vurulma nətiçəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə iclasında zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs1 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində həmkəndliləri X9, Zərərçəkmiş şəxs1 və X4 ilə aralarında yaranmış mübahisə zamanı Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini, qohumu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai yer hesab olunan Aşağı Çəmənli kəndindəki küçədə özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə X7, Zərərçəkmiş şəxs1 və X3 təhqir edərək qrupun üzvü Quluyev X8 Miriyevin üzərinə hücum edib, zor tətbiq etməklə yaşadığı evdən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək X1 qoluna qəsdən bir neçə dəfə vuraraq ona sol said nahiyəsində iki ədəd kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən X3 uca səslə nalayiq sözlərlə təhqir edərək üzərinə hücum edib istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək onun başına, sol bud və kürək nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ bud nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, o, uca səslə nalayiq sözlərlə təhqir edərək istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək X6 başına, kürək nahiyəsinə və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ kürəküstü və sol bazu nahiyələrində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra silah qismində istifadə etdiyi həmin bellə həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 başına, hər iki qoluna və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sağ bazu və sağ dirsək oynağı nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq və beldən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi, Təqsirləndirilən şəxs2 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində həmkəndliləri X9, Zərərçəkmiş şəxs1 və X4 ilə aralarında yaranmış mübahisə zamanı Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini, qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai yer hesab olunan Aşağı Çəmənli kəndindəki küçədə özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə X7, Zərərçəkmiş şəxs1 və X3 təhqir edərək Məhərrəm Miriyevin üzərinə hücum edib, zor tətbiq etməklə yaşadığı evdən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək X1 qoluna qəsdən bir neçə dəfə vuraraq ona sol said nahiyəsində iki ədəd kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən X3 uca səslə nalayiq sözlərlə təhqir edərək üzərinə hücum edib istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək onun başına, sol bud və kürək nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ bud nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 uca səslə nalayiq sözlərlə təhqir edərək istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək X6 başına, kürək nahiyəsinə və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ kürəküstü və sol bazu nahiyələrində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra silah qismində istifadə etdiyi həmin bellə həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 başına, hər iki qoluna və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sağ bazu və sağ dirsək oynağı nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq və beldən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi kifayət qədər sübuya yetdi. Məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini elan olunmuş ittihamda təqsirli bilməmələri özlərini müdafiə xarakteri daşıyır və məhkəmə iclasında işin araşdırılmış halları ilə təkzib edilmişdir. Bundan əlavə məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər arasında mübahisə və dava-dalaş şəxsi münasibətlər zəminində baş versə də təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində həmin yerə çoxlu adamlar toplaşmış, onlar öz hərəkətlərini davam etdirməklə vətəndaşların narahatçılığına səbəb olmuş, onların bu hərəkətləri təqribən 20-25 dəqiqə davam etmiş həmin müddət ərzində nəlayiq ifadələr işlədərək bununlada ictimai yer sayılan küçədə özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-küy salmaqla onların hərəkətləri xuliqanlığa çevrilmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 3-cü bəndində göstərilir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən, onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə cəzanın məqsədinə nail olma baxımından həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiqdir. İş materialları ilə müəyyən edilir ki, hazırki cinayət işinin ayrıca icraata ayrıldığı cinayət işi üzrə, Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, X9 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1 və X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmələrindən ötrü barələrində inzibati icraat açılmışdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 35 (otuz beş) saat üçün 210 (iki yüz on) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 35 (otuz beş) saat üçün 210 (iki yüz on) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. İş üzrə mülki iddia və digər tələb yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar