Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-48/2024 08.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan, Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Beyləqan şəhərində anadan olmuş, alı təhsilli, subay, əvvəllər məhkum olunmuş məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyadta olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,270 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 aprel 2024-cü il tarixdə, saat 19:30-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 20:40-da üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli idman şalvarının sağ arxa cibində olan ona məxsus Samsung markalı mobil telefon ilə telefonun arxalığının arasından satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Samsung markalı mobil telefonu ilə telefonun arxalığının arasında daşıdığı 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,270 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 aprel 2024cü il tarixdə toy məclisinə getmişdir. Həmin toyda spirtli içki qəbul etmişdir. O bir qədər şadlıq sarayında toyda iştirak etdikdən sonra təxminən saat 21 radələrində Beyləqan rayonuna evimə qayıtmaq üçün şadlıq sarayından çıxmışdır. O şadlıq sarayından çıxıb avtovağzala getmək üçün taksi axtarmışdır. Bu zaman şadlıq sarayının yan tərəfində 2-3 nəfərin dayandığını və psixotrop maddə olan patı kimi adlandırdığı metamfetamindən danışdıqlarını eşitmişdir. O həmin şəxslərə yaxınlaşmış və salamlaşmışdır. Bundan sonra o həmin şəxslərə onun da metamfetamin qəbul etdiyini deyib onlarda varsa ona da vermələrini bildirmişdir. Həmin vaxt metamfetamin istədiyi şəxslərin özləri də sərxoş olmuşlar. Bu zaman onlardan biri cibindən xırda bir kağız büküm çıxardıb ona vermiş və bükümün arasında psixotrop maddə olan metamfetamin olduğunu ona demişdir. O bükümü ondan qəbul edəndən sonra bükümü açıb arasına baxdıqda orada tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O həmin şəxsdən ona verdiyi bir büküm metamfetaminə görə nə qədər pul verməli olduğunu soruşmuşdur. Həmin şəxs mütamfetamini ona pay verdiyini, pul vermək lazım olmadığını bildirmişdir. O, həmin bir büküm halında olan psixotrop maddə metamfetamini üstündə gəzdirdiyi özünə məxsus olan “Samsung” markalı mobil telefonun kabrosunun arasına qoyub orada gizlədərək saxlamışdır. O avtovağzala çatandan sonra orada Beyləqan rayonuna gedən maşınların birinə əyləşib Beyləqan şəhərinə qayıtmış və yaşadığı evə getmişdir. Həmin vaxtdan sonra həmin bir ədəd kağız bükümdə olan psixotrop maddəni istifadə etməmiş və telefonunun kabrosunun arxasında saxlamaqla üstündə gəzdirmişdir. 30 aprel 2024-cü il tarixdə təxminən saat 19:30 radələrində o şəxsi işi ilə bağlı Beyləqan şəhərində S.İmrəliyev küçəsində yerləşən mərmər sexinin qarşısında dayanmışdır. Bu zaman iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Beyləqan rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri olduqlarını bildirmişlər. Onların ardınca bir nəfər polis formasında olan şəxs də ona yaxınlaşmışdır. Onlar onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməyini bildirmişlər. O etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X1 təqdim edən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs qimsində tutduğunu bildirib şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılması barədə baş müstəntiq İsmayıl Məmmədov məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O əlini üzərində olan qara rəngli idman şalvarının arxa sağ cibinə salıb orada saxladığı özünə məxsus olan “Samsung” markalı mobil telefonu çıxartmış və telefonun qabını çıxardaraq arasında saxladığı və içərisində psixotrop maddə metamfetamin olan bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. O, həmin bükümün içərisində patı adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra həmin büküm açılaraq baxış keçirilmiş və bükümün içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilərək kütləsinin 0,35 qram olması məlum olmuşdur. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Onun üzərindən aşkar edilmiş bir ədəd Samsung markalı mobil telefon da müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs sonda, etdiyi əməldən peşman olduğunu, xəstə olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayon polis şöbəsinin axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 aprel 2024-cü il tarixdə Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bu barədə Beyləqan rayon polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməyini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermişdir. Daha sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və Beyləqan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid4 iştirakı ilə əvvəlcədən qurduqları plan əsasında Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və Beyləqan şəhəri S.İmrəliyev küçəsi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu dəvət edib Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, ona hüquq və vəzifələri izah edilərək tutulması barədə qərar qəbul olunmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Hümbətov X5 Rahil Şakir oğluna müdafiəçi təyin edilmişdir. Sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi İsmayıl Məmmədovun xidməti otağında Təqsirləndirilən şəxs üzərinə Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa onu təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli idman şalvarının sağ arxa cibinə salaraq bir ədəd qara rəngli Samsung markalı mobil telefonu çıxardıb telefonun arxasına keçirilmiş arxalığı çıxararaq telefonla telefonun arxalığının arasında saxladığı bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində patı adlandırdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilərək kütləsinin 0,35 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ilə yanaşı o da həmin protokolu imza etmişdir. Məhkəmə iclasında Şahid1 digər Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə, saat 20:15-də Beyləqan rayon polis şöbəsinin inzibari binasında şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Polis Şöbəsinə gətirilmiş və həmin tarixdə üzərində aparılan axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd qara rəngli “Samsung” markalı telefonun arxasına keçirilmiş kabrasından ağ rəngli bir ədəd kağız bükümü aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasında dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Təqsirləndirilən şəxs üzərindən..» sözlər və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,270 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(020)-13/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,270 qram olan metamfetamindən 0,05 qramı tədqiqata sərf olunduqdan sonra, faktiki olaraq təmiz çəkisi 0,220 qram metamfetamin və şəxsi axtarış protokoluna əlavə edilmiş 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyini nəzərə alaraq, iş üzrə maddi sübut kimi tanınmış və təmiz çəkisi 0,220 qram olan metamfetamin saxlanılması üçün Beyləqan rayon Polis şöbəsinə təhvil verilmiş və 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, 4083 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(020)-09/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (gün) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(020)-29/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 1(020)-09/2020 saylı 21 fevral 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 5ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 3 ay 27 gün hissəsinin hər iki günü bir gün azadlıqdan mərhum etmə cəzasına hesablanmaqla 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla 7 ay 28 gün nüddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəza çəkməsinin əvvəli 23 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 7(057)-141/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(020)-29/2020 saylı qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beyləqan şəhər inzibti dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 06 №-li Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri ərazisində yaşadığı müddətdə onun barəsində Beyləqan şəhər ərazi Nümayəndəliyinə indiyədək sakinlərdən şikayət daxil olmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halı müəyyən etmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 30 aprel 2024-cü il tarixdə saat 19:30-da məhdudlaşdırılmış, yəni 30 aprel 2024-cü il tarixdə saat 20:15 radələrində şübhəli şəxs qismində tutulmuşdur. 02 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Beyləqan Rayon Məhkəməsinin 4(020)-13/2024 nömrəli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 30 aprel 2024-cü il tarixdən hesablanmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,220 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31,95 (otuz bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,220 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat 95 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 ( on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-48/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-48/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver