Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-48/2025 03.09.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü ildə Beyləqan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Beyləqan rayon X10 idarəsində sürücü vəzifəsində işləyən, əvəllər məhkum olunmamış, Beyləqan şəhəri, X11 küçəsi, ev 39-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Beyləqan Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli qərarı ilə üç ay müddətə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə, saat 20 radələrində tanışı Şahid6 sonuncunun yaşadığı Beyləqan şəhəri, Əliağa Vahid küçəsində yerləşən evdə 1,982 qram psixotrop maddə metamfetamini 40 manat pulun qarşılığında satış məqsədilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşımış, 14 aprel 2025-ci il tarixdə, saat 11 radələrində həmin psixotrop maddə metamfetaminin bir bükümdə təmiz çəkisi 0,840 qramını Beyləqan şəhəri, X11 küçəsində tanışı Şahid5 20 manat pulun qarşılığında satmış, 15 aprel 2025-ci il tarixdə, saat 06:12-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şahid5 Beyləqan şəhəri, SMD-42 qəsəbəsində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan tünd boz rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümün içərisindəki gümüşü rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı təmiz çəkisi 0,840 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 15 aprel 2025-ci il tarixdə, saat 07:49-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirinin davamında o, Beyləqan şəhəri, Gəray Əsədov küçəsində saxlanılaraq üstü yoxlanılan zaman onun 13 aprel 2025-ci il tarixdə, saat 20 radələrində Şahid6 sonuncunun yaşadığı Beyləqan şəhəri, Əliağa Vahid küçəsində yerləşən evdə 40 manat pulun qarşılığında satış məqsədilə əldə edib üstündə saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 1,982 qram psixotrop maddə metamfetaminin 0,840 qramını Şahid5 satdıqdan sonra qalmış, bir ədəd şəffaf sellofan bükümün içərisindəki qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,142 qram psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə iclasında təqsirləndirilən şəxs- qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır, ailəlidir, 2 azyaşlı övladı vardır. Təxminən 1 il olar ki, psixotrop maddə olan metamfetamin istifadə edir. Şahid5 tanıyır. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, hadisəyə qədər təxminən 8-9 ay əvvələ qədər bəzən işdən sonra Beyləqan şəhərində yerləşən Murad inşaat tikinti materialları mağazasında sürücü işləmişdir. Həmin vaxtlar Cahiddə orada fəhlə işləmişdir. Birlikdə işlədikləri vaxtdan Cahidlə arasında münasibət yaranmışdır və birlikdə bir neçə dəfə “patı” adlanan psixotrop maddə olan metamfetamin istifadə etmişlər. Təxminən 8-9 ay olar ki, həmin tikinti materialları mağazasında işləmirlər. Lakin işdən çıxdıqdan sonra da birlikdə bir neçə dəfə metamfetamin istifadə etmişlər. O, metamfetamini Beyləqan rayon sakini Babək adlı şəxsdən almışdır. Bir neçə dəfə Cahiddə onunla əlaqə saxlayaraq metamfetamin istifadə etmək istədiyini, ona metamfetamin tapmasını bildirmişdir. Cahid bir neçə dəfə ona 20 manat pul vermişdir ki, ona metamfetamin alsın. O, da həmin pul ilə Babəkdən metamfetamin alıb Cahidə vermişdir. Lakin Cahid onun metamfetamini Babəkdən almasını bilməmişdir. Həmçinin Babəkində onun aldığı metamfetamindən Cahidə verməsindən xəbəri olmamışdır. Belə ki, o, Babəkdən özü istifadə etmək üçün metamfetamin almışdır. Aldığından bir hissə, yəni Cahidin istədiyi qədər ona verirmiş. Cahiddə həmin hissəsinin pulunu vermişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Cahid ona zəng edərək metamfetamin istifadə etmək istədiyini, lakin metamfetamin satan şəxs tanımadığını bildirərək ona metamfetamin almasını xahiş etmişdir. O, yenə Cahidə birlikdə pul qoyub metamfetamin almağı və birlikdə istifadə etməyi təklif etmişdir. Cahid onunla razılaşmışdır. O, ümumilikdə 40 manatlıq metamfetamin alacağını, 20 manatlığını özü üçün 20 manatlığını isə Cahid üçün alacağını bildirmişdir. Cahid onunla razılaşmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə günorta saat 13 radələrində o, işdən çıxıb evə gedərkən Beyləqan şəhəri, X11 küçəsində yerləşən “Al market” ərzaq mağazasının yaxınlığında Babəki görmüşdür. Babəkin evidə həmin ərazidə, mağazaya yaxın yerləşir. O, Babəki görüb ona metamfetamin lazım olduğunu bildirmiş, Babək təşkil edəcəyini bildirərək ondan xəbər gözləməsini demişdir. Həmin gün saat 19 radələrində Babək ona zəng edərək metamfetamin tapdığını, metamfetamini götürmək üçün Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə getməli olduqlarını bildirmişdir. O, Babəklə razılaşmış və onlar görüşüb onun avtomobili ilə Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə getmişlər. Həmin kənd ərazisində olan “pambıq məntəqəsinin” yaxınlığından keçən dəmiryolu xəttinin kənarında olan şəhid bulağının yaxınlığında maşını saxlamış, Babək maşından düşüb kəndin ara məhlələrinə piyada getmiş, bir qədər sonra isə geri qayıtmış və “malı” götürdüyünü bildirib onun evinə getmələrini demişdir. Onlar həmin yerdən çıxıb Babəkin yaşadığı evə getmişlər. Saat təxminən 20 radələrində Babəkin evinə çatmışlar. Babəkin evinə daxil olduqdan sonra Babək tanımadığı şəxsdən aldığı metamfetamin bükümlərini ona göstərmişdir. O, Babəkə iki büküm almaq istədiyini bildirmiş, Babək ona iki büküm verərək 40 manat verməli olduğunu bildirmişdir. O, Babəkə 40 manat pul vermiş, daha sonra Babəkin evindən çıxmışdır. Səhəri gün, yəni 14 aprel 2025-ci il tarixdə saat 10 radələrində o, Cahidə zəng edərək metamfetamin tapdığını, 40 manata iki büküm aldığını bildirmiş, lakin Cahid işinin olduğunu, birlikdə istifadə edə bilməyəcəyini, götürüb gedəcəyini demişdir. O, Cahidin bu hərəkətinə narazılığını bildirmişdir. Bir qədər sonra, yəni saat təxminən 11 radələrində onlar Beyləqan şəhəri, X11 küçəsində yerləşən istirahət parkının qarşısında görüşmüşlər. Cahid onun idarə etdiyi avtomobilə əyləşmiş və “malı”, yəni metamfetamini götürüb gedəcəyini, işlərinin olduğu üçün tələsdiyini bildirmişdir. O, Cahidə incikliyini bildirərək etdiyi hərəkətin düz olmadığını demişdir. Daha sonra aldığı metafetamin bükümlərindən birini Cahidə vermişdir. Cahiddən buna görə pul almamışdır. Daha sonra isə Cahid maşından düşüb çıxıb getmişdir. Cahidlə metamfetaminləri birlikdə istifadə edəcəkləri barədə razılaşsalarda Cahid onunla birlikdə istifadə etməkdən imtina etdiyi üçün oda özü üçün aldığı metamfetamini istifadə etməmiş və üzərində saxlamışdır ki, nə vaxt ürəyi istəsə istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 07:40 radələrində o, evdən çıxıb piyada işə getdiyi vaxt metamfetamin bükümünüdə üstündə götürmüşdür. O, ara yollarla Beyləqan şəhəri, Gəray Əsədov küçəsinə çıxmış və Mədəniyyət sarayının arxa tərəfinə çatdıqda təbii ehtiyacının gəldiyini hiss etmiş, təbii ehtiyacını ödəmək üçün Mədəniyyət sarayının arxa tərəfində olan kimsəsiz yerə getmək qərarına gəlmişdir. O, həmin yerə gedərkən qarşıdan bir ədəd avtomobil gəldiyini görmüşdür. Avtomobil ona yaxınlaşdıqdan sonra avtomobildən bir neçə nəfər mülki geyimli şəxs düşmüş, onların polis əməkdaşları olduğunu hesab edərək qorxmuş və qaçmaq istəmişdir. Lakin həmin şəxslər ona yaxınlaşıb onu saxlamışlar, onlardan 2 nəfəri hərəsi bir qolundan tutmuş, daha sonra isə ona tərpənməməsini bildirmişlər. Həmin şəxslərdən biri onları videoya çəkmişdir. Həmin şəxslər onu saxlayan zaman hava yağışlı olmuşdur. Buna görə də onu saxlayan şəxslərdən biri onu Mədəniyyət sarayının arxa tərəfində olan qapılardan birinin qarşısında olan çardağın altına aparmalarını bildirmişdir. Daha sonra polis əməkdaşlarından iki nəfəri, hərəsi bir qolundan tutub dayanmış və ona qaçmamasını bildirmişlər. Qolundan tutub saxlayan şəxslərdən biri ona özünü təqdim edib Beyləqan rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşı Şahid1 olduğunu bildirmiş və onunda öz adını deməsini bildirmişdir. O, öz adını dedikdən sonra həmin şəxs onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Şahid5 satmaqda şübhəli olduğu üçün saxlanıldığını, üzərinə baxış keçiriləcəyini bildirmişdir. Sonra ona hüquq və vəzifələrini izah edərək müdafiəçiyə ehtiyacının olub-olmadığını soruşmuşdur. O, olmadığını demişdir. Daha sonra ondan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmamasını soruşmuş və o, olduğunu bildirmişdir. Həmin şəxs ona təqdim etməsini bildirmişdir. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Ondan həmin maddənin nə olduğu soruşulmuş və o, həmin maddənin “patı” olduğunu demişdir. O, “patı” dedikdə psixotrop maddə metamfetamini nəzərdə tutmuşdur. Ondan həmin maddəni haradan əldə etdiyini soruşmuş, o, həmin maddəni Beyləqan rayon sakini Babək adlı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşı həmin maddəni neçəyə aldığını soruşmuş, o, 40 manata aldığını demişdir. Sonra həmin şəxs ondan Şahid5 psixotrop maddə satıb-satmadığını soruşmuş, o, Babəkdən aldığı maddədən Cahidə verdiyini bildirmişdir. Cahidə satmaq məqsədi ilə həmin maddəni verməmişdir. Sonra onun təqdim etdiyi büküm açılaraq baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz maddə olması müəyyən olunmuşdur. Sonra həmin büküm polis əməkdaşları tərəfindən gətirilmiş, sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1,52 qram olması məlum olmuşdur. Sonra həmin metanfetamini ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra həmin polis əməkdaşı üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş predmet olubolmamasını soruşmuş, o, üzərində mobil telefon olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan özünə məxsus “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmiş və üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş predmet olmadığını bildirmişdir. Ondan telefonun kimə məxsus olması soruşulduqda o, özünə məxsus olduğunu bildirmişdir. Daha sonra mülki geyimdə olan polis əməkdaşı onunu üstünü, üzərində olan paltarların ciblərini yoxlamağa başlamışdır. Onun şalvarının sağ yan cibində olan özünə məxsus pulları götürmüşdür, lakin həmin pul əskinazlarının sübut üçün əhəmiyyət kəsd etmədiyini deyib yerinə qoymuşdur. Daha sonra isə həmin şəxs onun şalvarının sol yan cibinə baxmışdır. Cibində özünə məxsus alışqan olduğunu görmüş, həmin alışqanında sübut üçün əhəmiyyət kəsd etmədiyini deyib yerinə qoymuşdur. Bundan başqa üzərindən hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş predmet aşkar olunmamışdır. Ardınca həmin polis əməkdaşı onun təqdim etdiyi mobil telefonun iş üçün əhəmiyyət kəsb etməsinə görə götürüldüyünü bildirmişdir. Bundan sonra o, baxışın keçirilməsi ilə bağlı protokolun şəraitə uyğun olaraq Beyləqan rayon Polis şöbəsində tərtib ediləcəyini demiş və baxışın sona çatmasını bildirərək mobil telefonuna baxıb telefonun ekranını kameraya nümayiş etmiş, telefonun ekranında saatın 08:03 olması görünmüşdür. Bundan sonra həmin şəxs ondan hər hansı şikayətinin, etirazının olub-olmadığını soruşmüş, o, heç bir şikayət və etirazının olmadığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilmiş premetlərlə birlikdə Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Rayon Polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirən mülki geyimli polis əməkdaşı protokol tərtib etmiş, o, digər iştirakçılarla bərabər protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları onu Beyləqan rayon polis şöbəsinin inzibati binasında digər otağa aparmışlar. Polis geyimində olan bir nəfər şəxs ona özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rübail Hidayətli kimi təqdim etmişdir. Müstəntiq satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan rayon sakini Şahid5 satmaqda şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmiş, ondan müdafiəçiyə ehtiyacının olub-olmadığını soruşmuşdur. O, ehtiyacının olduğunu, lakin maddi imkanının olmadığını demişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi ilə təmin oluna biləcəyi deyilmişdir. Buna görə də o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı zərfə və “Redmi” markalı mobil telefona videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə hüquq və vəzifələri elan edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş metamfetaminin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində 01 ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş, qızılı rəngli kağız bükümün olduğu məlum olmuşdur. Həmin bükümün içərisində olan maddəyə baxış keçirildi və içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetamin olduğu məlum oldu. Müstəntiq aşkar edilmiş kütlənin nə olduğunu soruşmuş və o, “patı” yəni metamfetamin olduğunu demiş və ondan aşkar olunduğunu bildirmişdir. Müstəntiq həmin kütləni haradan əldə etdiyini soruşmuş, o, həmin metamfetamini Beyləqan rayon sakini Babək adlı şəxsdən şəxsi istifadə üçün aldığını bildirmişdir. Sonra həmin büküm sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1,50 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və onlar tərəfindən üzəri imzalanmışdır. Daha sonra üzərindən aşkar edilərək götürülmüş, özünə məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş. Müstəntiq mobil telefonun kimə məxsus olduğunu soruşduqda o, mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Daha sonra müstəntiq araşdırma dövründə həmin mobil telefona baxış keçiriləcəyini və iş üçün əhəmiyyətli xüsusatlar aşkar olunarsa iş materiallarına əlavə olunacağını bildirmiş, daha sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürləndi və onlar tərəfindən üzəri imzalanmışdır. Daha sonra müstəntiq onun Beyləqan rayon sakini Şahid5 psixotrop maddə satıb-satmadığını soruşmuşdur. Şahid5 psixotrop maddə verdiyini və Cahiddən pul almadığını bildirmişdir. Daha sonra müstəntiq polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilib-edilmədiyini soruşmuş, o, edilmədiyini bildirmişdir. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmişdir. Daha sonra istintaq hərəkəti barədə protokol tərtib edilmiş, oda iştirakçılarla bərabər həmin protokolu imzalamışdır. Bir neçə saat sonra təqdim etdiyi psixotrop maddə metamfinlə bağlı təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi ona elan olunmuş, ekspertiza rəyində üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış maddənin psixotrop maddə olan metamfetamin olması və təmiz çəkisinin olan 1,142 qram olması, Şahid5 üzərindən aşkar edilərək götürülmüş maddə ilə eyni tərkibli olması qeyd olunmuşdur. Polis əməkdaşları ona yaxınlaşan zaman və onun üstünün yoxlanılması zamanı ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş qızılı rəngli kağız bükümdə olan təmiz çəkisi 1,142 qram miqdarda psixotrop maddə olan metamfetamini xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Beyləqan rayon sakini Babək adlı şəxsdən 40 manat pul qarşılığında şəxsi istifadəsi məqsədi ilə almışdır. O, iki büküm metamfetamin almışdır. Bir bükümün Cahid üçün digərini özü üçün almışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şahid5 onun tanışıdır. Əvvəllər birlikdə işləmişlər və yaxşı münasibətləri yaranmışdır. Birlikdə dəfələrlə metamfetamin istifadə etmişlər. Cahid bir neçə dəfə metamfetamin istəyən zaman onun üçün almasını xahiş etmişdir. O, Cahid üçün metamfetamin alıb vermiş, Cahid pulunu ona vermişdir. Lakin o, Cahidə psixotrop maddə metamfetamin, nə də qanunsuz başqa bir şey satmamışdır. Onun təqdim etdiyi “Redmi” markalı mobil telefon onun özünə məxsusdur, telefonunun üzərində ***-***-**-** nömrəsi olmuşdur. O, 24 aprel 2025-ci il tarixdə Şahid6 ilə üzləşdirmə istintaq hərəkəti zamanı tutulduğuna görə qorxduğu üşün və həyacalı olduğu üçün Şahid6 psixotrop maddəni həm 13 aprel 20205-ci il tarixdə, həm 14 aprel 2025-ci il tarixdə aldığını bildirmiş, lakin rallıqda o, üzərindən aşkar edilərək götürülmüş metamfetamini 13 aprel 2025-ci il tarixdə saat 20 radələrində Şahid6 40 manat pul qarşılığında iki büküm metafetamin almışdır, bükümlərdən birini Cahidə vermişdir. Cahid yalan danışaraq ona psixotrop maddə satmasını göstərmişdir. Reallıqda isə o, Cahidlə birgə istifadə etmək üçün psixotrop maddə almaq bardə razılaşmışlar. O, Babəkdən metamfetamin alıb Cahidədə vermişdir. O, Şahid6 2-3 dəfə həm özü üçün həmdə Cahid üçün psixotrop maddə almışdır. Özünü psixitrop maddəni üstündə qanunsuz gəzdirməklə bağlı CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Buna görə əməlindən peşimandır, himayəsinə iki azyaşlı uşaqları vardır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Beyləqan şəhəri, X11 küçəsi, ev 39-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə göstərmişdir ki, 15 aprel 2025-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan rayon sakini Şahid5 satmaqda şübhəli olması barədə məlumat daxil olmuşdur. Bu səbəbdən o, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onun rəhbərliyi altında Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid3, keçiriləcək əməliyyat-axtarış tədbirinin videoyazı ilə qeydə alınması üçün CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. 15 aprel 2025-ci il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, Gəray Əsədov küçəsi ərazisində piyada hərəkətdə olması barədə məlumat daxil olmuş, həmin ünvana getdiklərində Təqsirləndirilən şəxs Beyləqan rayon Mədəniyyət sarayının binasının arxa tərəfində piyada hərəkətdə olmasını görmüş və dərhal ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə saat 07:49-da başlanmış videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs onları görüb qaçmaq istədiyindən, o və əməliyyat müvəkkili Şahid3 onun arxasınca qaçaraq hər iki qolundan tutub saxlamışlar. Hava şəraiti əlverişsiz, yağışlı olduğu üçün, o, Təqsirləndirilən şəxs üstünün yoxlanılması məqsədilə saxlanıldığı yerin yaxınlığında olan binanın giriş qapısının qarşısındakı çardağın altında əməliyyat tədbirinin davam etdirilməsinə qərar vermiş və Təqsirləndirilən şəxs həmin yerə aparmışlar. O, Təqsirləndirilən şəxs qaçmamasını bildirmiş, əməliyyat müvəkkilləri isə onun qolundan tutaraq saxlamışlar. Daha sonra o, özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Şahid5 satmaqda şübhəli olduğu üçün saxlanıldığını və üzərinə baxış keçiriləcəyini bildirmişdir. Daha sonra o, əməliyyat müvəkkillərinə özlərini təqdim etmələrini bildirmiş, əməliyyat müvəkkilləri özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələr izah olunmuş, müdafiəçi istəyib-istəmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs isə müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulmuş, o, olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofon büküm çıxardıb təqdim etmişdir. Bükümün içərisinə baxdıqda qızılı rəngli kağız büküm, həmin kağız bükümün içərisinə baxdıqda isə ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Onun tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin maddədən bir ildir istifadə etdiyini, həmin maddəni Beyləqan rayon sakini Babək adlı şəxsdən 40 manat qarşılığında aldığını, həmçinin, Şahid5 də istifadə etməsi üçün həmin maddədən 20 manat qarşılığında satdığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofon büküm tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1.52 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddənin çəkisi ilə razı olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə onun tərəfindən ağ rəngli boş zərfə qoyulmaqla qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyini 86 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərfindən imzalanmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs üzərində başqa hər hanası dövriyyəsi qadağan olunmuş əşya və predmet olmasını soruşmuş, Zəkariyyə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmiş, üzərində başqa hər hansı qadağan olunmuş əşya, predmet olmadığını bildirmiş. Bundan sonra o, özü Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmiş və onun əynində olan qara rəngli şalvarın sağ yan cibində pul əskinaslarının, sol yan cibində isə bir ədəd alışqan olmasını müəyyən etmiş, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən pul əskinaslarını və alışqanı götürməmişdir. Təqsirləndirilən şəxs üzərində başqa qadağan olunmuş əşya və ya predmet müəyyən edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun iş üçün əhəmiyyət kəsb etməsinə görə götürüldüyü bildirilmişdir. Daha sonra o, baxışın keçirilməsi ilə bağlı protokolun şəraitə uyğun olaraq Beyləqan rayon Polis şöbəsində tərtib ediləcəyini bildirmiş, daha sonra isə baxışın sona çatmasını bildirmiş və mobil telefonuna baxaraq saatın 08:03 olmasını müəyyən etmiş, həmin tarixi kameraya nümayiş etdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər hansı şikayətinin, etirazının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs heç bir şikayət və etirazının olmadığını bildirmişdir. Daha sonra baxışın başa çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş predmetlə birlikdə müvafiq istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Ardınca Təqsirləndirilən şəxs Beyləqan rayon Polis şöbəsinə gətirmiş, rayon polis şöbəsində xidməti otağında baxış keçirilməsi barədə protokol tərtib etmiş, işrirakçılar tərəfindən protokol imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X1 xidməti otağına aparılmışlar. X7 Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələrin əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan rayon sakini Şahid5 satmaqda şübhəli olduğu üçün saxlanıldığını bildirərək şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər predmetin qablaşdırıldığı zərfə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. Baxış zamanı zərfin içərisində bir ədəd üzəri şəffaf sellofanla örtülmüş qızılı rəngli kağız bükümün olduğu məlum olmuşdur. Həmin bükümün içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, iysiz, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi kütləsinin 1.50 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm qablaşdırıldığı zərflə birlikdə yenidən başqa ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs həmin kütlənin məhkəmə-kimyəvi ekspertizasına təqdim olunacağı və ekspertin rəyi daxil olduqda sonra rəylə tanış ediləcəyi bildirmişdir. Sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi qeyd edilən kütlənin ona məxsus olub-olmadığını, haradan əldə etməsini, hansı məqsədlə üzərində daşımasını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, Beyləqan rayon sakini Babək adlı şəxsdən şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, “Redmi” markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin mobil telefonun kimə məxsus olması soruşulmuş və Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsuo olduğunu bildirmişdir. Daha sonra həmin mobil telefon ağ rəngli zərfə qoyularaq qablaşdırılmış üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Beyləqan rayon sakini X5 psixotrop maddə satıb-satmadığı soruşulmuş və o, Şahid5 psixotrop maddə verdiyini və Şahid5 ona 20 manat verdiyini bildirmişdir Müstəntiq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan və üstü yoxlanıla zaman ona qarşı fizki və ya psixi zorakılıq edilib-edilmədiyini soruşmuş. Zəkariyyə Qasımiı polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini bildirmişdir. Sonra müstəntiq istintaq hərəkətini yekunlaşdırılmazdan əvvəl kiminsə etirazı, vəsatəti və ya qeydi olub- olmadığını soruşmuş, iştirakçılardan hər hans biri etirazının, vəsatətinin və ya qeydinin olduğunu bildirməmişdir. Daha sonra müstəntiq videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirmiş, ardınca bu barədə protokol tərtib edilmiş və o, özü də iştirakçılarla bərabər həmin protokolu imzalamışdır. O, Təqsirləndirilən şəxs saxlanılarkən, onun üzərindən psixotrop maddə aşkar edilərkən və baxış aparılan zaman ona qarşı fiziki və ya psixi təsir göstərməmiş, onunla kobud davranmamış, həmçinin davranan şəxs də olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır, ailəlidir, dörd azyaşlı övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin maddi tələbatını ödəmək üçün Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən “3 Qardaş” adlı kafedə ofisiant işləyir. Təxminən 1 ilə yaxındır psixotrop maddə olan metamfetamin istifadə etmiş, başqa hər hansı narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təxminən 1 il bundan əvvəl Beyləqan şəhərində yerləşən “Murad inşaat” adlı tikinti materialları mağazasında birlikdə fəhlə işləmişlər. O, çox vaxt Zəkariyyəyə “Zəka” deyir. Həmin vaxtlar Zəkariyyə bir neçə dəfə onun yanında olanda psixotrop maddə istifadə etmiş, ona da istifadə etməyi təklif edərək psixotrop maddə vermiş və oda həmin psixotrop maddədən istifadə etmişdir. Həmin ərəfədə və sonrakı vaxtlarda da bir neçə dəfə Zəkariyyə ilə birlikdə psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Zəkariyyə ilk əvvəllər metamfetamini ona pulsuz, özü istifadə etdiyindən bir hissə vermişdir. Sonradan o, özüdə psixotrop maddə aludəçisi olmuşdur. Bundan sonra bir neçə dəfə Zəkariyyədən psixotrop maddə almaq istəmiş Zəkariyyə pul qarşılığında ona psixotrop maddə satmışdır. O, bir neçə dəfə Zəkariyyədən birdəfəlik istifadə etmək üçün 10, 15, 20 manata metamfetamin almışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, yenə də metamfetamin almaq üçün Zəkariyyəyə zəng etmişdir. Həmin gün Zəkariyyə ona üzərində metamfetamin olmadığını, növbəti gün ona metamfetamin verə biləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Zəkariyyə ona zəng edərək üzərində metamfetamin olduğunu bildirmiş, almaq istəyib-istəmədiyini soruşmuş, o, almaq istədiyini bildirərək 20 manatlıq metamfetamin almaqla bağlı razılaşmışdır. Həmin gün saat 11 radələrində onlar Beyləqan şəhəri, X11 küçəsində yerləşən istirahət parkının qarşısından görüşmüşlər. O, Zəkariyyənin idarə etdiyi avtomobilə əyləşmişdir. Zəkariyyə ona bir ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş gümüşü rəngli kağız bükümdə metamfetamin vermiş və o, Zəkariyyəyə 20 manat pul vermişdir. Daha sonra avtomobildən düşüb işə getmişdir. Lakin həmin gün işləri çox olduğu üçün başı işlərə qarışmış, buna görə də metamfetamindən istifadə etməmişdir. Üzərində saxlamışdır ki, nə vaxt ürəyi istəsə istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 05:45 radələrində o, işə getmək üçün evdən çıxmışdır. İş saatının başlamasına təxminən yarım saat qaldığı üçün o, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən Real market adlı ərzaq mağazasına siqaret almaq üçün getmək qərarına gəlmiş, lakin ərzaq mağazasının qarşısına çatdıqda mağazanın bağlı olduğunu görmüş və geri qayıtmaq istəmişdir. Lakin həmin vaxt onun təbii ehtiyacı gəldiyini hiss etmiş, ətrafda ayaqyolu olmadığı üçün o, yaxınlıqda olan uçuq sökülü halda olan binalardan birinin kənarına təbii ehtiyacını ödəmək qərarına gəlmişdir. O, həmin binalardan birinin kənarına getmiş təbii ehtiyacını ödəyib qayıdarkən qarşıdan bir ədəd avtomobil gəldiyini görmüş, avtomobil ona yaxınlaşdıqdan sonra avtomobildən bir neçə nəfər mülki geyimli şəxs düşmüş, o, həmin şəxslərin polis əməkdaşları olduğunu hesab edərək qaçmaq istəmişdir. Lakin həmin şəxslər ona yaxınlaşıb onu saxlamış, onlardan bir nəfəri qolundan tutmuş, daha sonra isə ona tərpənməməsini bildirmişlər. Həmin şəxslərdən biri onları videoya çəkirmiş. Daha sonra bir nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin vaxt hava yağışlı olduğu üçün həmin şəxs kənarda olan sökülü halda olan binanın altına daxil olmalarını xahiş etmişdir. Onlar həmin yerə getdikdən sonra həmin şəxs ona özünü təqdim etmiş, onada özünü təqdim etməsini bildirmişdir. O, həmin şəxsə özünü təqdim etdikdən sonra həmin şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində narkotik vasitələr saxlamağı barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldığını bildirmişdir. Sonra ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşmuş və o, olduğunu bildirmiş, bu zaman həmin maddəni təqdim etməsini bildirmişdir. O, əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Ondan həmin maddənin nə olduğu soruşulmuş və o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi soruşulmuş və o, həmin maddəni Beyləqan rayon sakini “Zəka” adlı şəxsdən aldığını bildirmişdir. Sonra onun təqdim etdiyi büküm açılaraq baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz maddə olması müəyyən olunmuş, o, həmin polis əməkdaşları tərəfindən gətirilmiş, sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1.29 qram olması məlum olmuş, daha sonra ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, o, olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı özü onun üzərinə baxış keçirtmiş və əynində olan gödəkçənin sağ yan cibində olan özünə məxsus “Redmi” markalı mobil telefonu götürmüş, ondan telefonun kimə məxsus olduğunu soruşmuş, o, telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin polis əməkdaşı telefonun iş üzrə baxış keçirilməsi üçün götürüldüyünü bildirmişdir. Bundan başqa onun həmin cibində olan bir ədəd alışqanı və bir ədəd “astma” xəstələri üçün olan sprey formalı dərmanını müəyyən edib götürmüşdür. O, həmin əşyaların özünə məxsus olduğunu, astma-bronxit xəstəsi olduğunu və təngənəfəs olarkən həmin dərmandan istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı həmin əşyaları onun özünə qaytarmış, üzərindən başqa hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş predmet aşkar olunmamışdır. Daha sonra onu üzərindən aşkar edilmiş bükümlə birlikdə Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Rayon Polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirən mülki geyimli polis əməkdaşı protokol tərtib etmiş, o, digər iştirakçılarla bərabər protokolu imzalamışdır. Sonra polis əməkdaşları onu Beyləqan rayon polis şöbəsinin inzibati binasında digər xidməti otağa aparmışlar. Polis geyimində olan bir nəfər şəxs ona özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rübail Hidayətli kimi təqdim etmişdir. Müstəntiq qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmiş. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı zərfə və “Redmi” markalı mobil telefona videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə onlara hüquq və vəzifələri elan edilmişdir, bundan sonra üzərindən aşkar edilmiş metamfetaminin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş, gümüşü rəngli kağız bükümün olduğu, həmin kağız bükümün bir qədər açıldığı üçün içərisində olan kütlənin bir hisəsinin zərfin içərisinə dağılmış formada olması müəyyən edilmişdir. Həmin bükümün içərisində olan maddəyə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. Müstəntiq aşkar edilmiş kütlənin nə olduğunu soruşmuş və o, metamfetamin olduğunu demişdir, ondan aşkar olunduğunu bildirmişdir. Müstəntiq həmin kütlənin haradan əldə etdiyini soruşmuş, o, həmin metamfetamini Beyləqan rayon sakini “Zəka” adlı şəxsdən şəxsi istifadəsi üçün iyirmi manat pul qarşılığında aldığını bildirmişdir. Sonra həmin büküm sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1,22 qram olması müəyyən olunmuşdur, daha sonra bükümün açılması nəticəsində kağız zərfin içərisinə dağılmış kütlə elektron tərəzinin üstündə olan bükümün üzərinə əlavə edilmiş və bükümün həmin kütlə ilə birlikdə çəkisinin 1.27 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş, özünə məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, müstəntiq mobil telefonun kimə məxsus olduğunu soruşduqda o, mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Müstəntiq araşdırma dövründə həmin mobil telefona baxış keçiriləcəyini və iş üçün əhəmiyyətli xüsusatlar aşkar olunarsa iş materiallarına əlavə olunacağını bildirmişdir, daha sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş iştirakçılar tərəfindən imzalanmışdır. Sonra müstəntiq polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilib- edilmədiyini soruşmuş, o, edilmədiyini bildirmişdir. Müstəntiq videoçəkilişin DVD diskə köçürülülərək protokola əlavə ediləcəyi bildirilmişdir. Bundan sonra istintaq hərəkəti barədə protokol tərtib edilmiş, o, iştirakçılarla bərabər həmin protokolu imzalamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı təyin edilmiş ekspertiza rəyinə əsasən üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış maddənin psixotrop maddə olan metamfetamin olması və təmiz çəkisinin 0,840 qram olması müəyyən olunmuşdur. Polis əməkdaşları ona yaxınlaşan zaman və onun üstünün yoxlanılması zamanı ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Beyləqan rayon sakini Zəkariyyə adlı şəxsdən 20 manat pul qarşılığında şəxsi istifadə məqsədi ilə almış və üzərimdə daşımışdır. O, özü isə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, lakin psixotrop maddə istifadəçisidir. O, çox vaxt Zəkariyyəyə “Zəka” dediyi üçün Beyləqan rayon Polis şöbəsinin əməkdaşları onu saxlayarkən o, üzərinizdən aşkar edilərək götürülmüş maddəni “Zəka” adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin onun üzərindən götürülmüş mobil telefon “Redmi” markalı olmuşdur. Telefonunun üzərində ***-***-**-** nömrəsi vardır. O, Zəkariyyənin ona satdığı psixotrop maddə metamfetamini haradan əldə etməsini, kimdən almasını bilmir, həmçinin o, Şahid6 adlı şəxsi tanımır, Zəkariyyənin həmin şəxsdən hər hansı narkotik vasitə və ya psixotrop maddə almasından xəbəri yoxdur. O, Təqsirləndirilən şəxs ilə birlikdə istifadə etmək üçün psixotrop maddə almaq barədə razılığa gəlməmişdir. Zəkariyyənin bu barədə dedikləri yalandır. Bir neçə dəfə birlikdə psixotrop maddə qəbul etmişlər, lakin bu dəfə o, Zəkariyyədən psixotrop maddə alıb pulunu vermiş, Zəkariyyə ona həmin maddəni pul qarşılığında satmışdır. Sonra isə Şahid5 məhkəməyə ərizə göndərərək düzgün ifadə verməkdən ötrü yenidən dinidirilməsini xahiş etmişdir. Şahid5 şahid qismində əlavə dindirilərkən göstərmişdir ki, o, əvvəllər Zəkariyyə ilə bir yerdə işləmiş, birlikdə narkotik vasitələri qəbul etmişlər. Həmin gün də bir yerdə narkotik vasitələr qəbul etmək üçün əvvəlcədən razılığa gəlmişlər. Sonra Zəkariyyə zəng etmiş, 20 manatlıq özü üçün, 20 manatlıq isə onun üçün “mal” aldığını demişdir. Onun özündə pul olmamış, Şükür adlı iş yoldaşından 20 manat borc almış və gedib həmin 20 manatı Zəkariyyəyə verib bir bükümdə metamfetamin götürmüş, birlikdə qəbul etməyə vaxt olmadığını bildirərək çıxıb getmişdir. Məhkəmə hesab edir ki, Şahid5 hazırkı ifadəsi təqsirləndirilən şəxsi müdafiə etmək məqsədi ilə verilmiş və cinayət işinin məhkəmə iclasında araşdırılmış halları ilə təkzib edilmişdir. Belə ki, tutulduqdan sonra 15 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadəsində, 16 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində, 16 aprel 2025-ci il tarixdə X2 ilə üzləşdirmə aparılması haqqında protokolda, Təqsirləndirilən şəxs cinayət işi üzrə 06 iyun 2025-ci il tarixdə ibtidai istintaq zamanı verdiyi ifadəsində, özünün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verdiyi ifadəsində, hazırkı cinayət işi üzrə şahid qismində ilk dəfə verdiyi ifadəsində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini 20 manat pulun qarşılığında aldığını göstərmişdir. Onun həmin ifadələri eyni məzmun təşkil etmiş, həmin ifadələrin hər hansı bir təsir altında verməsi müəyyən edilməmişdir. Hazırkı ifadəsində əvvəlcədən metamfetamin almağa və bir yerdə istifadə etməyə Zəkariyyə ilə razılaşdığını göstərsə də, onlar həmin psixitrop maddəni bir yerdə istifadə etməmiş, Şahid5 dediyinə görə Şükür adlı iş yoldaşından 20 manat borc alıb metamfetamini götürərək Zəkariyyəyə vermişdir. Bununla da, Təqsirləndirilən şəxs psixortop maddəni Şahid6 40 manata alsa da, həmin psixotrop maddənin 0,840 qramını Şahid5 20 manat qarşılığında satmaqla ona münasibətdə satıcı qismində çıxış etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndinə görə Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2025-ci il tarixli, 18/309 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "..Şahid5 üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,840qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: "... Təqsirləndirilən şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,142 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid5 aşkar olunmuş psixotrop maddə metamfetamin ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2025-ci il tarixli, 18/340 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "..Şahid6 üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,617 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid6 ilə Şahid5 aşkar olunmuş psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2025-ci il tarixli, 3698 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorlarından istifadə etmə halı olub, lakin Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən azab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdr. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 13 iyun 2025-ci il tarixli, 1907 nömrəli rəyindəngörünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk edə və hərəkətlərini idarə edə bilərdi. İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümün içərisində ümumi çəkisi 1,52 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş kütləni Beyləqan rayon sakini X3 40 manat pul qarşılığında aldığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs qismən etirafı ilə yanaşı, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə, saat 20 radələrində tanışı Şahid6 sonuncunun yaşadığı Beyləqan şəhəri, Əliağa Vahid küçəsində yerləşən evdə 1,982 qram psixotrop maddə metamfetamini 40 manat pulun qarşılığında satış məqsədilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıması, 14 aprel 2025-ci il tarixdə, saat 11 radələrində həmin psixotrop maddə metamfetaminin bir bükümdə təmiz çəkisi 0,840 qramını Beyləqan şəhəri, X11 küçəsində tanışı Şahid5 20 manat pulun qarşılığında satması, 15 aprel 2025-ci il tarixdə, saat 06:12-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Şahid5 Beyləqan şəhəri, SMD-42 qəsəbəsində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan tünd boz rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümün içərisindəki gümüşü rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı təmiz çəkisi 0,840 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, 15 aprel 2025-ci il tarixdə, saat 07:49-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirinin davamında Beyləqan şəhəri, Gəray Əsədov küçəsində saxlanılaraq üstü yoxlanılan zaman onun 13 aprel 2025-ci il tarixdə, saat 20 radələrində Şahid6 sonuncunun yaşadığı Beyləqan şəhəri, Əliağa Vahid küçəsində yerləşən evdə 40 manat pulun qarşılığında satış məqsədilə əldə edib üstündə saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 1,982 qram psixotrop maddə metamfetaminin 0,840 qramını Şahid5 satdıqdan sonra qalmış, bir ədəd şəffaf sellofan bükümün içərisindəki qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,142 qram psixotrop maddə metamfetamin onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi vardır, ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün qanunda nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inziati ərazi dairsəi üzrə nümayəndəliyinin 11 iyun 2025-ci il tarixli 568 nömrəli arayışında görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inziati ərazi dairsəi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməsən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib onun hərəkətini etiraf etməsini, ailə vəziyyətini və yuxarıda sadalanan halları nəzərə alıb ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddinin təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində əvvəli 15 aprel 2025-ci il tarixdən hesablanmaqla Beyləqan Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut- Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,992 qram psixotrop maddə metamfetamin məhv edilməli, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokollara əlavə edilmiş 02 ədəd DVD disk, “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokollara əlavə edilmiş 02 ədəd DVD disk, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 22 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD disk, “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 23 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD disk, Baxış eçirilməsi haqqında” 23 aprel 2025-ci il tarixli protkola əlavə edilmiş 01 ədəd DVD disk, Azerçell Telekom MMC-dən daxil olmuş 21 may 2025-ci il tarixli məkyuba əlavə edilmiş 01 ədəd CD disk, “Üzləşdirmə aparılması haqqında” 24 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon, Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31,95 (otuz bir manat doxsan beş qəpik) manatın yarısı 16 (on altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖEN **********, X4, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut- Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,992 qram psixotrop maddə metamfetamin məhv edilsin, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokollara əlavə edilmiş 02 ədəd DVD disk, “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokollara əlavə edilmiş 02 ədəd DVD disk, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 22 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD disk, “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 23 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD disk, Baxış eçirilməsi haqqında” 23 aprel 2025-ci il tarixli protkola əlavə edilmiş 01 ədəd DVD disk, Azercell Telekom MMC-dən daxil olmuş 21 may 2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD disk, “Üzləşdirmə aparılması haqqında” 24 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon, Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31,95 (otuz bir manat doxsan beş qəpik) manatın yarısı 16 (on altı) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖEN **********, X4, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat üçün 198 (yüz doxsan səkkiz) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №1(020)-48/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-48/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver