Məhkəmə qərarları › İş №1(020)-49/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-49/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-49/2023 26.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ortaixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs "xxxx" firmasının direktoru Zərərçəkmiş şəxs ilə bağladığı 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" firmasında mağazada satıcı işləməklə tam maddi-məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək "xxxx" firmasının Beyləqan şəhəri, Magistral küçə 2 ünvanında yerləşən mağazasında 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək olan dövr ərzində "xxxx" firmasının anbarından təhvil aldığı həmin firmaya məxsus 4.236,98 manat dəyərində 4.355 ədəd bir manatlıq, 5.882,15 manat dəyərində 3.023 ədəd iki manatlıq, 8.618,63 manat dəyərində 2.953 ədəd üç manatlıq, 1.906,84 manat dəyərində 392 ədəd beş manatlıq, 710,20 manat dəyərində 73 ədəd on manatlıq və 97,29 manat dəyərində 01 ədəd yüz manatlıq, cəmi 21.452,09 manat dəyərində danışıq kartları, 105 manat dəyərində 50 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən SİM nömrələr, 321 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ NOTE 8 4/64 markalı, 379 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10 4/64 markalı, 281 manat dəyərində 01 ədəd SAMSUNG A 125 markalı, 114 manat dəyərində 01 ədəd NOKİA 230 markalı, 152 manat dəyərində 04 ədəd NOKİA 106 DS markalı və 152 manat dəyərində 04 ədəd NOKİA 105 DUAS markalı, cəmi 1399 manat dəyərində mobil telefonlar, 2,20 manat dəyərində 01 ədəd USB REMAX, 2,40 manat dəyərində 03 ədəd USB POWER BANK, 2,20 manat dəyərində 01 ədəd USB CASİM, 40,60 manat dəyərində 58 ədəd SUSE PLYONKA 3D, 50 manat dəyərində 50 ədəd SUSE PLYONKA, 25,20 manat dəyərində 09 ədəd SİLİKON BEZEKLİ RENG, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 6 manat dəyərində 04 ədəd NAUSNİK L 29, 3 manat dəyərində 01 ədəd NAUSNİK ELMCORL, 2,20 manat dəyərində 01 ədəd FLASH PEREXOD 07G, 10 manat dəyərində 02 ədəd BATAREYKA ORG, 2 manat dəyərində 01 ədəd BATAREKA COPY, 5 manat dəyərində 02 ədəd BASLİQ MASİN SAVET, 4,50 manat dəyərində 01 ədəd BASLİQ İ PHONE ORG, 44,20 manat dəyərində 26 ədəd ADAPTOR UCUZ, 7 manat dəyərində 01 ədəd ADAPTOR SAMSUNG ORG, 15,60 manat dəyərində 06 ədəd ADAPTOR SAM+Mİ və 30 manat dəyərində 10 ədəd ADAPTOR MASİN adlanan, cəmi 292,10 manat dəyərində mobil telefon aksessuarları, cəmi 23.248,19 manat dəyərində məhsulları satıb əldə olunmuş həmin pulun 21.296 (iyirmi bir min iki yüz doxsan altı) manatını firmanın xəzinəsinə təhvil verməyib ona etibar edilmiş 21.296 (iyirmi bir min iki yüz doxsan altı) manat xeyli miqdarda "xxxx" firmasının əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmiş, yəni ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamışdır. Bundan başqa, o, "xxxx" firmasının direktoru Zərərçəkmiş şəxs 25 yanvar 2022-ci il tarixdən "xxxx" firmasıda satıcı kimi işləyərək həmin firmaya vurduğu 21.296 (iyirmi bir min iki yüz doxsan altı) manat zərəri ödəməsi üçün ona şərait yaratmasından istifadə edərək "xxxx" firmasının direktoru Zərərçəkmiş şəxs ilə bağladığı 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinə əsasən "xxxx" firmasında mağazada satıcı işləməklə tam maddi-məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək "xxxx" firmasının Beyləqan şəhəri, Magistral küçə 2 ünvanında yerləşən mağazasında 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək olan dövr ərzində "xxxx" firmasının anbarından təhvil aldığı həmin firmaya məxsus 442,96 manat dəyərində 452 ədəd bir manatlıq, 228,52 manat dəyərində 116 ədəd iki manatlıq, 309,75 manat dəyərində 105 ədəd üç manatlıq, 518,34 manat dəyərində 106 ədəd beş manatlıq, 29,40 manat dəyərində 03 ədəd on manatlıq və 98,12 manat dəyərində 04 ədəd iyirmi beş manatlıq, cəmi 1.627,09 manat dəyərində danışıq kartları, 6,60 manat dəyərində 03 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən E-SİM nömrələr, 66 manat dəyərində 01 ədəd NOKİA 150 markalı, 38 manat dəyərində 01 ədəd NOKİA 106 DS markalı, 245 manat dəyərində 01 ədəd SAMSUNG A 025 markalı, 456 manat dəyərində 01 ədəd SAMSUNG A 225 4/128 markalı, 45 manat dəyərində 01 ədəd NOKİA DUAS 105 markalı, 339 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10C 4/128 markalı, 197 manat dəyərində 01 ədəd SAMSUNG A032 2/32 markalı, 238 manat dəyərində 01 ədəd SAMSUNG A035 3/32 markalı və 495 manat dəyərində 01 ədəd SAMSUNG A325 4/128 markalı, cəmi 2119 manat dəyərində mobil telefonlar, 6 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 7 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 3.60 manat dəyərində 02 ədəd ADAPTOR UCUZ, 20.90 manat dəyərində 19 ədəd USB SAMSUNG UCUZ, 10 manat dəyərində 01 ədəd FLASHKART 32GB, 3.50 manat dəyərində 01 ədəd USB PARCA 3/1, 7.50 manat dəyərində 03 ədəd USB SAMSUNG D880, 1.20 manat dəyərində 01 ədəd NAUSNİK L 29, 72 manat dəyərində 02 ədəd AİRPODS COPY, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 8 manat dəyərində 08 ədəd USB KOHNE MODEL və 6 manat dəyərində 01 ədəd USB REMAX RC-102 adlanan, cəmi 185,90 manat dəyərində olan mobil telefon aksessuarları, cəmi 3.938,59 manat dəyərində məhsulları satıb əldə olunmuş həmin pulun 3.400 (üç min dörd yüz) manatını firmanın xəzinəsinə təhvil verməyib ona etibar edilmiş 3.400 (üç min dörd yüz) manat "xxxx" firmasının əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə təkrar mənimsəmiş, yəni ona etibar edilmiş özgə əmlakını təkrar talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri, yəni atası Şahid7 və anası Əbilova Hicran Soltan qızı ilə birlikdə Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yaşayır. Təxminən 01 aprel 2014-cü il tarixdə "xxxx" firmasında satıcı vəzifəsində işə düzəlmiş, həmin tarixdə "xxxx" firması ilə aralarında əmək müqaviləsi bağlanmışdır. Lakin elektron portalda "xxxx" firması ilə aralarında əmək müqaviləsinin 07 yanvar 2013-cü il tarixdə bağlandığı göstərilmişdir. "xxxx" firması Beyləqan rayonu sakini Zərərçəkmiş şəxs tərəfindən təsis edilmişdir. Zərərçəkmiş şəxs həm də "xxxx" firmasının direktorudur. "xxxx" firması müxtəlif markalı mobil telefonların və mobil telefon aksesuarlarının, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinin və danışıq kartlarının, yəni konturların alğı-satqısı ilə məşğul olur. "xxxx" firması qeyd edilən məhsulları müxtəlif şirkətlərdən alır, həmin şirkətlərdən alınmış məhsullar "xxxx" firmasının Beyləqan şəhəri, Ramiz Abbasov küçəsində yerləşən anbarına gətirilir və satış üçün anbardan mağazalardakı satıcılara təhvil verilir. O, "xxxx" firmasının “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən iki nömrəli mağazasında satıcı işləmişdir. 07 yanvar 2022-ci il tarixdə satıcı işlədiyi mağazada yoxlama aparılmışdır. Yoxlamada ona etibar edilmiş bütün məhsulların mağazada olduğunu, kənar heç bir yerdə məhsul və alacağının olmadığını, yoxlama keçirilməsinə etiraz etmədiyini göstərən sənədi, yəni izahatı öz xətti ilə yazmış və imzalamışdır. Həmin yoxlama firmanın baş mühasibi Şahid1, mühasib köməkçisi Şahid3, direktor müavini X3 və digər mağazada satıcı işləyən Şahid6 tərəfindən həyata keçirilmişdir. Yoxlamada o da iştirak etmişdir. Yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər olan dövrü əhatə etmiş və həmin dövr üçün hesabında mağazada ümumlikdə 21.296 manat əksik gəlmə olması aşkar edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Hesabında 21.296 manat əksik gəlmə olması barədə həmin gün tərtib edilmiş aktı və digər sənədləri könüllü şəkildə imzalamış, 07 yanvar 2022-ci il tarixli aktdakı özünə məxsus olan imzaları şəxsən icra etmişdir. Yoxlamadan sonra öz xətti ilə işlədiyi mağazada 21.296 manat dəyərində əksik gəlmə olmasını təsdiq edərək günahkarın özü olduğunu, həmin məbləği on beş günə firmaya geri ödəyəcəyini, ödəməni gecikdirdiyi hər günə görə 0.2 faiz əlavə ödəməyə etiraz etmədiyini göstərən izahat yazmış və həmin izahatı imzalamışdır. O, həmin izahatı könüllü şəkildə yazmış, heç kim ona təyziq göstərməmişdir. Bundan sonra, o, bir müddət işə getməmişdir. 21 yanvar 2022-ci il tarixdə atası Rasimlə birlikdə firmanın direktoru Zərərçəkmiş şəxsla görüşmüşdür. X11 Kərimovdan onu işdən çıxarmamağı, pulu hissə-hissə geri qaytarmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs atası Rasimlə söhbət etdikdən sonra onun işdə qalmasına razı olmuş və hər ay hissə-hissə pul qaytarmağa şərait yaradacağını demişdir. 25 yanvar 2022-ci il tarixdə o, firmaya 4.000 manat geri qaytarmışdır. Bundan sonra, o, həmin gün işlədiyi mağazada satıcı olaraq işinə davam etmişdir. 25 yanvar 2022-ci il tarixdə mağazanın daxilində olan bütün məhsullar uçota alınmış və yenidən ona təhvil verilmişdir. O, bu barədə olan bütün sənədlərə imza etmiş, mağazada olan bütün məhsulları şəxsən təhvil almış və bu barədə öz xətti ilə izahat yazmışdır. 25 yanvar 2022-ci il tarixdə tərtib edilmiş anbar qalıq raportlarında və təhvil-təslimlə bağlı sənədlərdəki özünə məxsus olan imzaları şəxsən icra etmişdir. O, 276.5 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxsla isə hər ay ən azı 500 manat ödəniş etməyə razılaşmışdır. Əmək haqqı ilə həmin pulu ödəyə bilməmiş, buna görə də, sonradan hər ayın axırında məcbur qalıb yenə mağazanın kassasından pul götürmüş və əmək haqqının üzərinə qoyub firmaya pul qaytarmışdır. O, 26 yanvar 2022-ci il tarixdə 92 manat, 31 yanvar 2022-ci il tarixdə 276 manat, 01 fevral 2022-ci il tarixdə 28 manat, 28 fevral 2022-ci il tarixdə 500 manat, 01 aprel 2022-ci il tarixdə 500 manat, 06 may 2022-ci il tarixdə 500 manat, 03 iyun 2022-ci il tarixdə 400 manat, 05 iyul 2022-ci il tarixdə 500 manat və 05 avqust 2022-ci il tarixdə 500 manat firmaya pul geri qaytarmışdır. Zərərçəkmiş şəxs pul geri qaytarması barədə Şahid1 tərəfindən cədvəl tərtib edilmiş, o, cədvələ ödədiyi pullara görə şəxsən imza etmiş, həmin cədvəldəki özünə məxsus olan bütün imzaları şəxsən icra etmişdir. 08 avqust 2022-ci il tarixdə işlədiyi mağazada yenidən yoxlama aparılmışdır. Həmin yoxlama firmanın direktor müavini Elvin, baş mühasibi Müqdad, digər mağazada satıcı işləyən Şahid4 tərəfindən həyata keçirilmişdir. Yoxlamada firmanın direktoru Zərərçəkmiş şəxs və o da iştirak etmişdir. Bu barədə akt tərtib edilmişdir. Yoxlama 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrü əhatə etmiş və həmin dövr üçün hesabında mağazada ümumlikdə 3.412 manat əksik gəlmə olması aşkar edilmişdir. Yoxlamanın sonunda kassada aşkar edilmiş 12 manat hesabına çatışmalıqdan çıxılmışdır. Yoxlamanın yekunu olaraq akt tərtib edilmişdir. O, həmin akta və yoxlama zamanı tərtib edilmiş digər sənədlərə imza etməmişdir. 31 avqust 2022-ci il tarixdə "xxxx" firmasında işdən çıxarılmış, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 28 sentyabr 2022ci il tarixdə 200 manat firmaya pul geri qaytarmışdır. O, "xxxx" firmasına ümumlikdə 7.508 manat pul geri ödəmişdir. "xxxx" firmasının direktoru Zərərçəkmiş şəxs, mühasib köməkçisi Xalidə, təmsilci-satıcısı Pərviz və satıcı Fikrətlə münasibətləri normal olmuş, aralarında heç vaxt münaqişə və ya mübahisə, yaxud ədavət və ya düşmənçilik olmamışdır. "xxxx" firmasının direktor müavini Elvin və baş mühasibi Müqdadla aralarında əlbəyaxa dava-dalaş, ədavət və ya düşmənçilik olmamış, lakin o, Elvin və Müqdadla bir neçə dəfə sözlü mübahisə etmişdir. Müqdad və Elvin onu yoxlamalarda təhqir etmişlər, buna görə də o, Elvin və Müqdadla sözlü mübahisə etmişdir. Bundan əlavə, bir neçə dəfə onun firmanın xəzinəsinə etdiyi ödənişləri gec qeyd etdiyi üçün Elvinlə sözlü mübahisə etmişdir. İşlədiyi mağazada yalnız müxtəlif markalı mobil telefonların, mobil telefon aksesuarlarının, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinin və danışıq kartlarının, yəni konturların satışı həyata keçirilmişdir. O, "xxxx" firmasının “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən 2 nömrəli mağazasına tam məsul şəxs idi. Həmin mağaza Beyləqan şəhəri, Magistral küçə 2 ünvanında yerləşir. Satıcı kimi mağazanın fəaliyyətini o, təmin etmiş, mağazada firmaya məxsus məhsulların satışının həyata keçirmişdir. Hər hansı məhsul qurtardıqda anbardan mağazaya müvafiq məhsulları sifariş vermiş, həmin məhsulları anbardan şəxsən təhvil almış, satılmış məhsullardan əldə edilmiş firmaya məxsus olan pulları xəzinəyə təhvil vermiş, həyata keçirdiyi bütün əməliyyatlar barədə firmanın “Akinsoft” elektron satış proqram təminatında öz adına olan şəxsi hesabda qeydlər aparmışdır. Mağazada hər hansı məhsulu satdıqdan sonra müvafiq məhsulun satılması barədə “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda qeyd etmişdir. Bununla da, satılmış məhsul onun hesabındakı mağaza anbarından silinmişdir. Bundan başqa, mağazada kassa aparatı mövcud idi, o, eyni zamanda mağazanın kassasına satılmış məhsulun məbləğini mədaxil etmişdir. “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda gündəlik olaraq mağazada satılmış məhsullar barəsində hesabat tərtib edilmiş və həmin hesabat elektron qaydada firmanın mühasibatlığına avtomatik olaraq göndərilmişdir. Həmin sistemə direktor müavini Elvin və mühasib köməkçisi Xalidə də nəzarət üçün baxa bilmişlər. O, hər gün, yaxud bir neçə gündən bir satışdan əldə olunmuş pulları nağd qaydada gətirərək firmanın ünvan 2 ünvanında yerləşən xəzinəsində Elvinə təqdim etmiş, bu barədə Elvin kassa mədaxil kitabına pulun məbləğini və tarixi göstərməklə qeyd aparmışdır. Həm də “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda kassa ödənişləri barədə qeydlər aparmış, proqram təminatı üzərindən kassaya ödəniş etməsi barədə həmin qeydləri təsdiq üçün mühasibatlığa göndərmişdir. Mühasibatlıqda “Akinsoft” satış proqramında onun tərəfindən kassaya ödənilmiş həmin məbləğin kassaya qəbul edilməsi təsdiq edilmiş və onun şəxsi hesabındakı kassa qalığından həmin ödəniş məbləği silinmişdir. Həmin işlə firmanın mühasibi Xalidə məşğul olmuşdur. O, kassaya ödədiyi məbləği “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda da görmüşdür. Kassaya ödədiyi hər bir məbləğin hesabından çıxalmasını özü gördüyü üçün kassa ödənişləri barədə heç bir problem olmamış, bütün kassa ödənişləri düzgün hesablanmışdır. "xxxx" firmasının “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən 2 nömrəli mağazasında həmişə tək işləmişdir. Mağaza üçün məhsulları "xxxx" firmasının Beyləqan şəhəri, Ramiz Abbasov 12 ünvanında yerləşən anbarından təhvil almışdır. O, firmada mağaza satıcısı idi, satıcı kimi mağazanın fəaliyyətini təmin etmək və satış həyata keçirmək üçün anbardan müvafiq məhsullar götürməyə ona icazə verilmiş və onun buna səlahiyyəti var idi. Həmin icazəni ona direktor Zərərçəkmiş şəxs vermişdir. Firmanın direktor müavini Elvin həm də firmanın xəzinədar və anbardarı idi. Firmada Elvindən başqa xəzinədar və anbardar olmamışdır. Mobil telefonları, mobil telefon aksesuarlarını, mobil telefon nömrələrini və danışıq kartlarını firmanın anbardarı Elvinə sifariş vermiş və məhsulları ondan təhvil almışdır. Sifariş hazır olduqdan sonra bir qayda olaraq mobil telefonları, mobil telefon aksessuarlarını və mobil telefon nömrələrini ona anbardar Elvin qaimə əsasında təhvil vermişdir. O, qaiməni imzalayır, sifariş etdiyi mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələrini təhvil alıb bu barədə firmanın “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda həmin məhsulları təhvil aldığını şəxsən təsdiq etmişdir. Danışıq kartları (konturlar) barəsində isə qaimə tərtib edilməmiş, o, danışıq kartlarını Elvindən təhvil aldıqdan sonra bu barədə yalnız “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda sifariş etdiyi danışıq kartlarını (konturları) təhvil aldığını şəxsən təsdiq etmişdir. Bundan sonra məhsullar onun hesabına keçmişdir. O, "xxxx" firmasında danışıq kartları (konturlar) barəsində nə üçün qaimələr tərtib edilməməsi barədə heç bir məlumatı yoxdur. "xxxx" firmasında hər bir satıcı, eləcə də onun üçün “Akinsoft” satış proqramında şəxsi hesab var idi. Həmin hesaba giriş üçün şifrə onun özü tərəfindən şəxsən müəyyən edilmiş, giriş yalnız onun özündə olmuşdur. Proqram təminatında hesabındakı məhsulları, həyata keçirdiyi əməliyyatların hamısını firmanın vəzifəli şəxsləri görə bilmiş və nəzarət etmiş, lakin heç bir dəyişiklik edə bilməmişlər. Proqram təminatına onun hesabına özündən başqa kənar şəxsin müdaxilə etməsi mümkün olmamışdır. Şəxsi hesabında onun xəbəri olmadan hər hansı əməliyyat icra olunarsa, bu barədə özünün dərhal məlumatı olardı, çünki proqramda həyata keçirilən bütün əməliyyatlar həmin əməliyyatı həyəta keçirən şəxsin adı göstərilməklə qeyd edilmişdir. Hər bir yoxlama mağazada satıcıların “Akinsoft” satış proqramındakı hesabından olan çıxarışlara əsasən aparılmışdır. 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli yoxlamalar da onun “Akinsoft” satış proqramındakı hesabından olan çıxarışlara və mağazadakı faktiki mal qalığına uyğun aparılmışdır. Hər hansı şəxsin onun hesabına müdaxilə edərək məlumatı olmadan məhsulların təhvil alınmasını təsdiq etmək, onun adından hər hansı əməliyyat icra etmək imkanı olmamışdır. İşlədiyim mağazada "xxxx" firmasına məxsus olan bütün məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilmişdir. Bir qayda olaraq bütün qiymətləri direktor müavini Elvin müəyyən etmiş, Elvinin onlara təqdim etdiyi qaimələrdə satış qiymətləri də göstərilmişdir. O, 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək "xxxx" firmasına məxsus olan 21.296 manat pulu mənimsəmiş, özünə götürərək şəxsi ehtiyaclarına xərcləmişdir. 07 yanvar 2022-ci il tarixli aktda hesabında 21.296 manat pulun əksik göstərilməsi düzgündür, hesablama düzgün aparılmışdır. Zərərçəkmiş şəxsla hər ay 500 manat ödəmək üçün razılaşmışlar. Lakin onun maaşı 276,5 manat idi. Hər ay Adilə 500 manat pul ödəmək üçün məcbur qalmış, buna görə də, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər "xxxx" firmasına məxsus olan 3.412 manat pulu mənimsəmiş, özünə götürərək "xxxx" firmasına olan borcunu qaytarmağa xərcləmişdir. O, həmin pulları bidəfəlik olaraq götürməmişdir. Gündəlik olaraq mağazada olan məhsulu satmış, lakin satış barəsində proqram təminatında heç bir qeyd aparmamış, məhsulun satılmasını sistemdə qeyd etməmişdir. Bu yolla o, müdiriyyəti aldatmış, həmin pulları götürərək öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, gündəlik olaraq hər dəfə ən çoxu 100 manat olmaqla ayrı-ayrı vaxtlarda kassadan pul götürmüşdür. Yoxlama zamanı anbardan götürərək mağazaya apardığı müxtəlif növ məhsulların "xxxx" firmasının “Akinsoft” satış proqramında hesabında olduğu, yəni satılmadığının göstərildiyi, lakin məhsulların mağazada olmadığı və tərəfindən faktiki olaraq satıldığı aşkar edilmişdir. O, "xxxx" firmasına məxsus olan pulları mənimsəməsi barədə heç kimə heç nə deməmiş, həmin pulları tək götürmüşdür. 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək mağazanın kassasından götürərək mənimsədiyi 21.296 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Konkret olaraq həmin pulları hara xərclədiyini bilmir. Sonradan götürdüyü 3.412 manat pulla isə "xxxx" firmasına olan borcunu qaytarmışdır. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyi ona təqdim olunmuş, həmin rəylə tam tanış olmuşdur və onunla qismən razıdır. Belə ki, 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək "xxxx" firmasına məxsus 21.296 manat pul, 25 yanvar – 08 avqust 2022-ci il tarixlərdə isə 3.412 manat mənimsəmişdir. Lakin, audit rəyində ona əlavə faiz borcu olaraq 3.360 manat hesablanmışdır. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyinin ona əlavə olaraq faiz borcunun hesablanması hissəsi ilə razı deyil, həmin rəyin digər hissələri ilə isə tam razıdır. "xxxx" firmasında satıcı işlədiyi mağazada 07 yanvar 2022-ci il tarixdə və 08 avqust 2022-ci il tarixdə aparılmış hər iki yoxlamalarda özü şəxsən iştirak etmişdir. O, "xxxx" firmasından mənimsədiyi pullarla bağlı özündə heç bir qeyd aparmamış, bu barədə heç bir dəftəri və ya kitabçası yoxdur. Onun işlədiyi mağazada kassa aparatı var idi. O, dəyərini mənimsədiyi konkret olaraq məhsulların satılması ilə bağlı mağazada kassaya mədaxil edib-etmədiyini xatırlamır. O, "xxxx" firmasına məxsus 21.296 manat manat pulu işlədiyi mağazada 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək, 3.412 manat pulu isə 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək işlədiyi mağazada mənimsəmişdir. İşlədiyi mağazada 08 avqust 2022-ci il tarixdə aparılmış yoxlamada tərtib edilmiş akta və digər sənədlərə imza etməkdən imtina etmişdir. Cinayət məsuliyyətindən qorxduğu üçün 08 avqust 2022-ci il tarixli yoxlama aktına və həmin yoxlama ilə əlaqədar tərtib edilmiş sənədlərə imza etməkdən imtina etmiş və yoxlama komissiyasına həmin vaxt heç bir izahat təqdim etməmişdir. İşlədiyi mağazada 21.296 manat dəyərində əksik gəlmə olmasını təsdiq edərək günahkarın özü olduğunu, həmin məbləği on beş günə firmaya geri ödəyəcəyini, ödəməni gecikdirdiyi hər günə görə 0.2 faiz əlavə ödəməyə etiraz etmədiyini göstərən 07 yanvar 2022-ci il tarixli izahat ona təqdim edilmiş, o, həmin izahatla tanış olmuşdur. Həmin izahatı o, şəxsən könüllü yazmış, həmin izahatda “İmza” və aşağıda “Aktın surətini aldım” sözlərinin qarşısındakı imzalar ona məxsusdur və tərəfindən şəxsən icra edilmişdir. Öhdəsində olan bütün məhsulların mağazada olması, kənarda heç bir alacağının və verəcəyinin olmaması barədə 07 yanvar 2022-ci il tarixli izahat ona təqdim edilmiş və o, həmin izahatla tanış olmuşdur. Həmin izahatı şəxsən yazmış, həmin izahatda “İmza” sözünün qarşısındakı imza ona məxsusdur və tərəfindən şəxsən icra edilmişdir. 01 aprel 2014-cü il tarixli əmək müqaviləsi ona təqdim edilmiş və o, həmin müqavilə ilə tanış olmuşdur. Həmin müqavilənin dördüncü səhifəsində yuxarıda “İşçi” sözünün yanındakı və aşağıda sağ tərəfdə “İŞÇİ:” sözünün altındakı imzalar ona məxsusdur və onun tərəfindən icra edilmişdir. "xxxx" firmasına pul ödədiyini göstərən cədvəl ona təqdim edilmiş və o, həmin cədvəllə tanış olmuşdur. "xxxx" firmasına 21 yanvar 2022-ci il tarixdə 4.000 manat, 26 yanvar 2022-ci il tarixdə 92 manat, 31 yanvar 2022-ci il tarixdə 276 manat, 01 fevral 2022-ci il tarixdə 28 manat, 28 fevral 2022-ci il tarixdə 500 manat, 01 aprel 2022-ci il tarixdə 500 manat, 06 may 2022-ci il tarixdə 500 manat, 03 iyun 2022-ci il tarixdə 400 manat, 05 iyul 2022-ci il tarixdə 500 manat, 05 avqust 2022-ci il tarixdə 500 manat və 28 sentyabr 2022-ci il tarixdə 200 manat ödəniş etdikdən sonra müvafiq olaraq həmin cədvəlin “İmza” sütununa imza etmişdir. Həmin cədvəlin “İmza” sütunundakı bütün imzalar ona məxsusdur və onun tərəfindən şəxsən icra edilmişdir. 07 yanvar 2022-ci il tarixli yoxlama aktı ona təqdim edilmiş və o, həmin aktla tanış olmuşdur. Həmin aktda “Təqsirləndirilən şəxs” yazısının yanındakı imzalar ona məxsusdur və tərəfindən şəxsən icra edilmişdir. Mağazada olan dəyərlilərin öhdəsinə verilməsi barədə 25 yanvar 2022-ci il tarixdə tərtib edilmiş sənədlər və anbar qalıq raportları ona təqdim edilmiş və o, həmin sənədlərlə tanış olmuşdur. Həmin sənəd və anbar qalıq raportlarındakı “Təqsirləndirilən şəxs” yazısının qarşısındakı bütün imzalar ona məxsusdur və tərəfindən şəxsən icra edilmişdir. Mağazada olan dəyərlilərin öhdəsinə təhvil verilməsi barədə 25 yanvar 2022-ci il tarixli izahat ona təqdim edilmiş və o, həmin izahatla tanış olmuşdur. Həmin izahatı özü şəxsən yazmış və imzalamışdır. İşlədiyi mağazada 21.296 manat dəyərində əksik gəlmə olmasını təsdiq etdiyi 07 yanvar 2022-ci il tarixli izahatda “İmza” və aşağıda “Aktın surətini aldım” sözlərinin qarşısındakı imzaları, öhdəsində olan bütün məhsulların mağazada olması barədə 07 yanvar 2022-ci il tarixli izahatda “İmza” sözünün qarşısındakı imzanı, mağazada olan dəyərlilərin öhdəsinə təhvil verilməsi barədə 25 yanvar 2022-ci il tarixli izahatda “İmza” sözünün qarşısındakı imzaları o özü şəxsən fərqli şəkillərdə icra etmişdir. Çünki, onun bir neçə şəkildə imzası vardır və həmin imzaların hamısı ona məxsudur. İmzaları fərqli şəkillərdə icra etməkdə heç bir məqsədi olmamışdır. Şahid2 Beyləqan rayon prokurorluğuna verdiyi ifadədə düzgün göstərmişdir. 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər ayrı-ayrı vaxtlarda 4.236,98 manat dəyərində 4.355 ədəd bir manatlıq, 5.882,15 manat dəyərində 3.023 ədəd iki manatlıq, 8.618,63 manat dəyərində 2.953 ədəd üç manatlıq, 1.906,84 manat dəyərində 392 ədəd beş manatlıq, 710,20 manat dəyərində 73 ədəd on manatlıq və 97,29 manat dəyərində 01 ədəd yüz manatlıq, cəmi 21.452,09 manat dəyərində danışıq kartını; 105 manat dəyərində 50 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən SİM nömrələri; 321 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ NOTE 8 4/64 markalı, 379 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10 4/64 markalı, 281 manat dəyərində 01 ədəd SAMSUNG A 125 markalı, 114 manat dəyərində 01 ədəd NOKİA 230 markalı, 152 manat dəyərində 04 ədəd NOKİA 106 DS markalı və 152 manat dəyərində 04 ədəd NOKİA 105 DUAS markalı, cəmi 1.399 manat dəyərində mobil telefonları; 2,20 manat dəyərində 01 ədəd USB REMAX, 2,40 manat dəyərində 03 ədəd USB POWER BANK, 2,20 manat dəyərində 01 ədəd USB CASİM, 40,60 manat dəyərində 58 ədəd SUSE PLYONKA 3D, 50 manat dəyərində 50 ədəd SUSE PLYONKA, 25,20 manat dəyərində 09 ədəd SİLİKON BEZEKLİ RENG, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 6 manat dəyərində 04 ədəd NAUSNİK L 29, 3 manat dəyərində 01 ədəd NAUSNİK ELMCORL, 2,20 manat dəyərində 01 ədəd FLASH PEREXOD 07G, 10 manat dəyərində 02 ədəd BATAREYKA ORG, 2 manat dəyərində 01 ədəd BATAREKA COPY, 5 manat dəyərində 02 ədəd BASLİQ MASİN SAVET, 4,50 manat dəyərində 01 ədəd BASLİQ İ PHONE ORG, 44,20 manat dəyərində 26 ədəd ADAPTOR UCUZ, 7 manat dəyərində 01 ədəd ADAPTOR SAMSUNG ORG, 15,60 manat dəyərində 06 ədəd ADAPTOR SAM+Mİ və 30 manat dəyərində 10 ədəd ADAPTOR MASİN adlanan, cəmi 292,10 manat dəyərində mobil telefon aksessuarlarını; ümumilikdə, 23.248,19 manat dəyərində məhsulları, eləcə də, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər ayrı-ayrı vaxtlarda 442,96 manat dəyərində 452 ədəd bir manatlıq, 228,52 manat dəyərində 116 ədəd iki manatlıq, 309,75 manat dəyərində 105 ədəd üç manatlıq, 518,34 manat dəyərində 106 ədəd beş manatlıq, 29,40 manat dəyərində 03 ədəd on manatlıq və 98,12 manat dəyərində 04 ədəd iyirmi beş manatlıq, cəmi 1.627,09 manat dəyərində danışıq kartlarını; 6,60 manat dəyərində 03 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən E-SİM nömrələri; 66 manat dəyərində 01 ədəd NOKİA 150 markalı, 38 manat dəyərində 01 ədəd NOKİA 106 DS markalı, 245 manat dəyərində 01 ədəd SAMSUNG A 025 markalı, 456 manat dəyərində 01 ədəd SAMSUNG A 225 4/128 markalı, 45 manat dəyərində 01 ədəd NOKİA DUAS 105 markalı, 339 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10C 4/128 markalı, 197 manat dəyərində 01 ədəd SAMSUNG A032 2/32 markalı, 238 manat dəyərində 01 ədəd SAMSUNG A035 3/32 markalı və 495 manat dəyərində 01 ədəd SAMSUNG A325 4/128 markalı, cəmi 2119 manat dəyərində mobil telefonları; 6 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 7 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 3.60 manat dəyərində 02 ədəd ADAPTOR UCUZ, 20.90 manat dəyərində 19 ədəd USB SAMSUNG UCUZ, 10 manat dəyərində 01 ədəd FLASHKART 32GB, 3.50 manat dəyərində 01 ədəd USB PARCA 3/1, 7.50 manat dəyərində 03 ədəd USB SAMSUNG D880, 1.20 manat dəyərində 01 ədəd NAUSNİK L 29, 72 manat dəyərində 02 ədəd AİRPODS COPY, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 8 manat dəyərində 08 ədəd USB KOHNE MODEL və 6 manat dəyərində 01 ədəd USB REMAX RC-102 adlanan, cəmi 185,90 manat dəyərində olan mobil telefon aksessuarlarını, ümumilikdə, 3.938,59 manat dəyərində məhsulları şəxsən "xxxx" firmasının anbardarı Elvindən təhvil almışdır. Qeyd olunan məhsulları təhvil aldıqdan sonra “Akinsoft” satış proqramında özünə məxsus şəxsi hesabda həmin məhsulları anbardan təhvil aldığını şəxsən təsdiq etmiş, bu barədə heç bir problem olmamışdır. 07 yanvar 2022-ci il tarixdə "xxxx" firmasında satıcı işlədiyi “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən mağazada 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər olan dövrü əhatə edən yoxlama həyata keçirilmişdir. Yoxlamadan əvvəl yoxlama komissiyasına izahat yazaraq hesabında olan bütün məhsulların mağazanın daxilində yerləşdiyini, kənar heç bir şəxsdən alacağının olmadığını göstərmişdir. Bundan sonra yoxlama aparılmasına başlanmış və yoxlama nəticəsində hesabında 21.296 manat çatışmazlıq aşkar edilmişdir. Belə ki, o, 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər "xxxx" firmasının anbarından Elvindən şəxsən təhvil aldığı 4.236,98 manat dəyərində 4.355 ədəd bir manatlıq, 5.882,15 manat dəyərində 3.023 ədəd iki manatlıq, 8.618,63 manat dəyərində 2.953 ədəd üç manatlıq, 1.906,84 manat dəyərində 392 ədəd beş manatlıq, 710,20 manat dəyərində 73 ədəd on manatlıq və 97,29 manat dəyərində 01 ədəd yüz manatlıq, cəmi 21.452,09 manat dəyərində danışıq kartını; 105 manat dəyərində 50 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən SİM nömrələri; 321 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ NOTE 8 4/64 markalı, 379 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10 4/64 markalı, 281 manat dəyərində 01 ədəd SAMSUNG A 125 markalı, 114 manat dəyərində 01 ədəd NOKİA 230 markalı, 152 manat dəyərində 04 ədəd NOKİA 106 DS markalı və 152 manat dəyərində 04 ədəd NOKİA 105 DUAS markalı, cəmi 1.399 manat dəyərində mobil telefonları; 2,20 manat dəyərində 01 ədəd USB REMAX, 2,40 manat dəyərində 03 ədəd USB POWER BANK, 2,20 manat dəyərində 01 ədəd USB CASİM, 40,60 manat dəyərində 58 ədəd SUSE PLYONKA 3D, 50 manat dəyərində 50 ədəd SUSE PLYONKA, 25,20 manat dəyərində 09 ədəd SİLİKON BEZEKLİ RENG, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 6 manat dəyərində 04 ədəd NAUSNİK L 29, 3 manat dəyərində 01 ədəd NAUSNİK ELMCORL, 2,20 manat dəyərində 01 ədəd FLASH PEREXOD 07G, 10 manat dəyərində 02 ədəd BATAREYKA ORG, 2 manat dəyərində 01 ədəd BATAREKA COPY, 5 manat dəyərində 02 ədəd BASLİQ MASİN SAVET, 4,50 manat dəyərində 01 ədəd BASLİQ İ PHONE ORG, 44,20 manat dəyərində 26 ədəd ADAPTOR UCUZ, 7 manat dəyərində 01 ədəd ADAPTOR SAMSUNG ORG, 15,60 manat dəyərində 06 ədəd ADAPTOR SAM+Mİ və 30 manat dəyərində 10 ədəd ADAPTOR MASİN adlanan, cəmi 292,10 manat dəyərində mobil telefon aksessuarlarını; ümumilikdə, 23.248,19 manat dəyərində məhsulları 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər ayrı-ayrı vaxtlarda satmış və həmin məshulların satışında əldə etdiyi "xxxx" firmasına məxsus olan 21.296 manat pulu firmanın xəzinəsinə ödəməli olduğu halda bunu etməyib özünə götürmüş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. 07 yanvar 2022-ci il tarixdə yoxlama aparılan zaman kassasında cəmi 1.952,19 manat pul var idi, həmin 1.952,19 manat pulu ələ keçirmək niyyəti yox idi və onu "xxxx" firmasının kassasına ödəyəcəkdi. Yoxlama sonunda kassadakı 1.952,19 manat 23.248,19 manatdan çıxılmış və yekun olaraq hesabında 21.296 manat çatışmazlığın olması müəyyən edilmişdir. 21.296 manat pulu mənimsədiyi üçün hesabında yaranmış 21.296 manat çatışmazlığa görə günahkarın özü olduğunu və həmin pulu on beş günə firmaya ödəyəcəyini göstərdiyi izahat yazmış, 07 yanvar 2022-ci il tarixli yoxlama aktı və tərtib edilmiş digər sənədlərlə tanış olaraq onlara şəxsən imza etmişdir. 08 avqust 2022-ci il tarixdə "xxxx" firmasında satıcı işlədiyi “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən mağazada 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrü əhatə edən yoxlama həyata keçirilmişdir. Bundan sonra yoxlama aparılmasına başlanmış və yoxlama nəticəsində hesabında yekun 3.400 manat çatışmazlıq aşkar edilmişdir. Belə ki, o, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər "xxxx" firmasının anbarından Elvindən şəxsən təhvil aldığı 442,96 manat dəyərində 452 ədəd bir manatlıq, 228,52 manat dəyərində 116 ədəd iki manatlıq, 309,75 manat dəyərində 105 ədəd üç manatlıq, 518,34 manat dəyərində 106 ədəd beş manatlıq, 29,40 manat dəyərində 03 ədəd on manatlıq və 98,12 manat dəyərində 04 ədəd iyirmi beş manatlıq, cəmi 1.627,09 manat dəyərində danışıq kartlarını; 6,60 manat dəyərində 03 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən E-SİM nömrələri; 66 manat dəyərində 01 ədəd NOKİA 150 markalı, 38 manat dəyərində 01 ədəd NOKİA 106 DS markalı, 245 manat dəyərində 01 ədəd SAMSUNG A 025 markalı, 456 manat dəyərində 01 ədəd SAMSUNG A 225 4/128 markalı, 45 manat dəyərində 01 ədəd NOKİA DUAS 105 markalı, 339 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10C 4/128 markalı, 197 manat dəyərində 01 ədəd SAMSUNG A032 2/32 markalı, 238 manat dəyərində 01 ədəd SAMSUNG A035 3/32 markalı və 495 manat dəyərində 01 ədəd SAMSUNG A325 4/128 markalı, cəmi 2119 manat dəyərində mobil telefonları; 6 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 7 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 3.60 manat dəyərində 02 ədəd ADAPTOR UCUZ, 20.90 manat dəyərində 19 ədəd USB SAMSUNG UCUZ, 10 manat dəyərində 01 ədəd FLASHKART 32GB, 3.50 manat dəyərində 01 ədəd USB PARCA 3/1, 7.50 manat dəyərində 03 ədəd USB SAMSUNG D880, 1.20 manat dəyərində 01 ədəd NAUSNİK L 29, 72 manat dəyərində 02 ədəd AİRPODS COPY, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 8 manat dəyərində 08 ədəd USB KOHNE MODEL və 6 manat dəyərində 01 ədəd USB REMAX RC-102 adlanan, cəmi 185,90 manat dəyərində olan mobil telefon aksessuarlarını, ümumilikdə, 3.938,59 manat dəyərində məhsulları 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər ayrı-ayrı vaxtlarda satmış və həmin məshulların satışında əldə etdiyi "xxxx" firmasına məxsus olan 3.412 manat pulu firmanın xəzinəsinə ödəməli olduğu halda bunu etməyib özünə götürmüş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. 08 avqust 2022-ci il tarixdə yoxlama aparılan zaman kassasında cəmi 526 manat var idi, həmin 526 manatı ələ keçirmək niyyəti yox idi və onu "xxxx" firmasının kassasına ödəyəcəkdi. Kassadakı 526 manat 3.938,59 manatdan çıxılmış və hesabında 3.412,59 manat çatışmazlığın olması müəyyən edilmişdir. Yoxlamanın sonunda kassada 12,59 manat dəyərində qəpik pulların olması da aşkar edilmiş, həmin 12,59 manat dəyərində qəpik pulları da ələ keçirmək niyyəti yox idi. Həmin pullar da hesabındakı çatışmazlıqdan çıxılmış və 08 avqust 2022-ci il tarixli yoxlama zamanı yekun olaraq hesabındakı çatışmazlıq 3.400 manat təşkil etmişdir. Onun vəzifəsi yuxarıda qeyd olunan məhsulların satışından əldə etdiyi 21.296 manat və 3.412 manat pulu firmanın xəzinəsinə təhvil vermək idi. Lakin bunu etməyib həmin pulları ələ keçirmiş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. 01 yanvar 2021-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər "xxxx" firmasında yalnız bir anbardar və xəzinədar olmuşdur, həmin şəxs Elvin idi. 01 yanvar 2021ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər bütün kassa ödənişlərini Elvinə vermiş və anbardan bütün məhsulları Elvindən təhvil almışdır. O, "xxxx" firmasının 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər 21.296 manat, 25 yanvar 2021-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər isə 3.412 manat pulunu mənimsəmişdir. 07 yanvar 2022-ci il tarixli akta və digər sənədlərə könüllü şəkildə imza etmiş, hesabında 21.296 manat çatışmazlığın yaranmasında günahkarın özü olmasını göstərdiyi 07 yanvar 2022-ci il tarixli izahatı və digər izahatları könüllü şəkildə yazaraq imzalamışdır. Heç kim ona təyziq göstərməmişdir. Səhv etdiyini başa düşür və əməlindən çox peşmandır. Hazırda hərəkətlərindən peşimandır. Cinayəti imkansızlıq ucbatından törətmişdir. Valideynləri "xxxx" firmasına dəymiş maddi ziyanı ödəmişlər. Hazırda zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışıq əldə etmişlər. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 aprel 1999-cu il tarixdə "xxxx" firmasını təsis etmiş və həmin vaxtdan firmanın direktorudur. "xxxx" firması təsis edildiyi vaxtdan hazırkı vaxtadək müxtəlif markalı mobil telefonların və mobil telefon aksesuarlarının, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinin və danışıq kartlarının, yəni konturların alğı-satqısı ilə məşğul olur. 2010-cu ildən bu yana "xxxx" firması qeyd edilən məhsulları bütövlükdə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xidmət təminatçıları olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alır. Həmin şirkətlərdən alınmış məhsullar "xxxx" firmasının ünvan 2-də yerləşən anbarına gətirilir və satış üçün anbardan mağazalardakı satıcılara təhvil verilir. "xxxx" firmasının əsas ofisi də həmin ünvanda yerləşir. Beyləqan şəhərində hazırda "xxxx" firmasına məxsus iki mağaza fəaliyyət göstərir. Həmin mağazalarda məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinə xidmət göstərilir. O, Təqsirləndirilən şəxs Beyləqan rayonu sakini kimi tanımış, aralarında heç vaxt ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamışdır. Təxminən 2014-cü ilin əvvəllərində Mahir satıcı kimi işə düzəlmək üçün ona müraciət etmişdir. Müraciətindən sonra o, Mahiri satıcı vəzifəsində işə götürmüşdür. Mahirlə 01 aprel 2014-cü il tarixdə əmək müqaviləsi bağlamış və həmin tarixdən 31 avqust 2022-ci il tarixədək Mahir "xxxx" firmasında satıcı işləmişdir. Mahir "xxxx" firmasının “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazasında satıcı işləmiş, həmin mağazada məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilmişdir. "xxxx" firmasında onun göstərişi ilə bir qayda olaraq ildə bir dəfə və ya altı aydan bir bütün mağazalarda yoxlama-invertarizasiya aparılır. Yoxlamalar "xxxx" firmasının əməkdaşlarından ibarət olan komissiyalar tərəfindən həyata keçirilir. Yoxlamalarda mühasibat qalığı ilə mağazalarda olan faktiki məhsullar yoxlanılır və uyğunlaşdırılır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə firmanın direktor müavini X1 işlədiyi mağazaya getmiş, Mahirdən firmanın proqram təminatında hesabında göstərilmiş qalıq danışıq kartlarını anbara geri təhvil verməsini istəmişdir. Mahir isə mağazada danışıq kartı olmadığını Elvinə bildirmişdir. Elvin Mahirə firmanın proqram təminatında onun hesabında müxtəlif məbləğlərdə çoxlu danışıq kartlarının olduğunu bildirmiş, Mahir danışıq kartlarını satdığını, lakin bu barədə sistemdə qeyd aparmadığını Elvinə demişdir. Elvin ona bu barədə məlumat vermişdir. Buna görə də, 07 yanvar 2022-ci il tarixdə Mahirin işlədiyi mağazada yoxlama aparmaq qərarına gəlmiş, yoxlama aparması üçün firmanın baş mühasibi Şahid1, Elvin, mühasib Şahid3 və digər mağazada satıcı işləyən Şahid6 ibarət komissiya yaratmışdır. Yoxlamada Mahir də iştirak etmişdir. Yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi Mahirin işlədiyi mağazaya təhvil verilmiş məhsullar üzrə aparılmışdır. Yoxlamada 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi olan dövr üçün mağazada Mahirin hesabında ümumlikdə 21.296 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, Mahirin anbardan götürərək mağazaya apardığı 21.296 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının sistemində satılmadığı göstərilmiş, lakin məhsulların mağazada olmadığı və Mahir tərəfindən faktiki olaraq satıldığı aşkar edilmişdir. Mahir həmin məhsulları sataraq pulunu kassaya daxil etməmiş və özünə götürərək mənimsəmişdir. 07 yanvar 2022-ci il tarixli yoxlama zamanı akt tərtib edilmiş, Mahir yoxlama komissiyasına öz xətti ilə yazaraq və imzalayaraq təqdim etdiyi izahatda hesabında 21.296 manat dəyərində əksik gəlmə olmasını təsdiq edib günahkarın özü olduğunu, həmin məbləği on beş günə ödəyəcəyini, ödəməni gecikdirdiyi hər günə görə 0.2 faiz əlavə cərimə ödəməyə etiraz etmədiyini göstərmişdir. Mahir həmin əməli ilə 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi "xxxx" firmasına məxsus olan ümumilikdə 21.296 manat dəyərində müxtəlif növ məhsulları satmış, bu barədə sistemdə heç bir qeyd aparmamış, əldə etdiyi həmin məbləği mənimsəmişdir. On beş gün ərzində Mahir həmin məbləği geri qaytara bilməmişdir. 2022-ci il yanvar ayında dəqiq xatırlamadığı tarixdə Mahir atası Rasimlə birlikdə onun yanına gəlmiş və onunla görüşmüşdür. Həmin görüşdə Müqdad da iştirak etmişdir. Rasim ona oğlu Mahirin səhv etdiyini, həmin məbləği birdəfəyə ödəyə bilmədiyini, Mahirin firmanın hesabından götürdüyü pulları geri qaytaracağını bildirmiş, Mahirə həmin pulu qaytarmaq üçün şərait yaratmağı, onu işdən çıxarmamağı və pulu hissə-hissə qaytarmağı xahiş etmişdir. O, humanistlik edərək Mahirin işdə qalmasına razı olmuş, barəsində şikayət etməmiş və hər ay hissə-hissə Mahirə firmaya vurduğu ziyanı geri qaytarmağa şərait yaratmışdır. Bundan sonra 25 yanvar 2022-ci il tarixdən Mahir “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazada satıcı işinə davam etmişdir. Müqdad Mahirin pulu geri qaytarması ilə bağlı cədvəl tərtib etmişdir. Həmin cədvəldə Mahirin firmaya qaytardığı pulların miqdarı, tarixi və özünün imzaları vardır. Mahir 25 yanvar 2022-ci il tarixdə 4.000 manat, 26 yanvar 2022-ci il tarixdə 92 manat, 31 yanvar 2022-ci il tarixdə 276 manat, 01 fevral 2022-ci il tarixdə 28 manat, 28 fevral 2022-ci il tarixdə 500 manat, 01 aprel 2022-ci il tarixdə 500 manat, 06 may 2022-ci il tarixdə 500 manat, 03 iyun 2022-ci il tarixdə 400 manat, 05 iyul 2022-ci il tarixdə 500 manat və 05 avqust 2022-ci il tarixdə 500 manat firmaya pul geri qaytarmışdır. Avqust ayının əvvəllərində Mahir ona maddi çətinlik çəkdiyini, buna görə də ödəniş edə bilməyəcəyini demişdir. 08 avqust 2022-ci il tarixdə Mahirin işlədiyi mağazada yenidən yoxlama aparmaq qərarına gəlmiş və yoxlama aparması üçün Elvin, Müqdad, digər mağazalarda satıcı işləyən Şahid4, satıcı Şahid5 ibarət komissiya yaratmışdır. Mahir də həmin yoxlama komissiyasının üzvü idi və yoxlamada iştirak etmişdir. Yoxlama komissiyasının üzvü olmasına baxmayaraq Fikrət həmin gün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi təlimdə işitrak etdiyi üçün həmin yoxlamada iştirak edə bilməmişdir. O özü də yoxlamanın sonlarına doğru mağazaya gəlmişdir. Həmin yoxlama 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər mağazaya verilmiş məhsullar üzrə aparılmış və yenidən mağazada Mahirin hesabında ümumlikdə 3.412 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər Mahirin anbardan təhvil aldığı 3.412 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının satış proqramında satılmadığı göstərilmiş, lakin məhsulların mağazada olmadığı, Mahir tərəfindən faktiki olaraq satıldığı, pulların kassya ödənilmədiyi aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş, Mahir həmin aktı və digər sənədləri imzalamaqdan imtina etmiş, 3.412 manat dəyərində məhsulun harada olması barədə heç bir izahat verməmişdir. Bununla da, Mahir firmanın ümumilikdə 24.708 manat (3.412 manat + 21.296 manat) pulunu mənimsəmişdir. 31 avqust 2022-ci il tarixdə o, Mahiri işdən çıxarmış və Mahirlə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 28 sentyabr 2022-ci il tarixdə Mahir firmaya 200 manat geri qaytarmışdır. Həmin vaxtdan sonra Mahir firmaya heç bir ödəniş etməmişdir. Mahir həmin pulun 7.508 manatını firmaya geri ödəmişdir. Lakin Mahir firmadan mənimsədiyi ümumi məbləğin 17.200 manatı geri ödəməmişdir. "xxxx" firması “PaşaBank”dan götürülmüş kredit hesabına biznes fəaliyyətini həyata keçirir və həmin kreditə görə banka faiz ödəyir. Mahir firmanın 17.200 manatını mənimsəyərək firmaya geri qaytarmadığı üçün firma banka olan kredit borcunu vaxtında ödəyə bilməmiş, buna görə də firmaya əlavə faiz borcu hesablanmışdır. Mahir özü yanvar ayında keçirilən yoxlamada verdiyi izahatda firmaya olan borcunu vaxtında qaytaracağını, qaytara bilmədiyi halda isə gecikən hər günə görə qalan borcunun 0.2 faizi miqdarında əlavə pul ödəməyi öz öhdəsinə götürmüşdür. Buna görə də Mahir əlavə olaraq 3.360 manat faiz borcu ödəməlidir. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində də Mahirin firmadan ümumilikdə 17.400 manat mənimsədiyi, faiz borcları ilə birlikdə onun "xxxx" firmasına 20.760 manat geri qaytarmalı olduğu öz təsdiqini tapmışdır. 08 avqust 2022-ci il tarixli yoxlamada Mahirin hesabında 3.412 manat çatışmazlıq aşkar edilmiş və həmin yoxlamadan dərhal sonra 12 manat Mahirin hesabına firmaya ödənilmişdir. Yekun olaraq həmin vaxt çatışmazlıq 3.400 manat olmuş, bu barədə 07 yanvar 2022-ci il tarixli aktın sonunda qeyd edilmişdir. Buna görə də audit rəyində konkret olan yekun çatışmazlıq, yəni 3.400 manat öz əksini tapmışdır. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində Mahirin firmadan mənimsədiyi və firmaya geri qaytardığı məbləğlər ümumi olaraq hesablanmış, yekun olaraq onun firmaya audit yoxlaması aparılan tarixdə 17.400 manat borcu olduğu göstərilmişdir. Müstəqil audit yoxlaması aparıldıqdan sonra 28 sentyabr 2022ci il tarixdə Mahir firmaya 200 manat geri ödəmişdir. Müstəqil audit yoxlaması təxminən sentyabr ayının ortalarında aparılmış, rəy isə sonradan, yəni 14 oktyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Buna görə də müstəqil auditorun rəyindəki məbləğ 200 manat çoxdur. Mahir Beyləqan şəhərində “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən "xxxx" firmasına məxsus olan mağazada tək işləmişdir. Həmin mağazada Mahirdən başqa işçi olmamışdır. Mahirin firmaya məxsus pulları mənimsəməsini görən şəxs və ya şəxslərin barəsində heç bir məlumatı yoxdur. Mahir "xxxx" firmasının anbarından mağazada satmaq üçün müxtəlif növ mobil telefonlar və mobil telefon aksesuarları, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələri və danışıq kartları (konturlar) təhvil almışdır. O, təhvil aldığı məhsulları mağazada satmış, lakin firmanın satış proqramında hesabında həmin məhuslların satılmasını qeyd etməmişdir. Bu yolla Mahir firmanın ona etibar edilmiş əmlakını satmış və pulu özünə götürmüşdür. Mağazada yalnız mobil telefon nömrələrinin və danışıq kartlarının, mobil telefonların və mobil telefon aksesuarlarının satışı həyata keçirilmişdir. Mobil telefon nömrələrinin və danışıq kartlarının satış qiyməti firma tərəfindən deyil, şirkətlərlə bağlanan müqavilə əsasında müəyyən edilir. Mobil telefonların və mobil telefon aksesuarlarının satış qiymətlərini isə Elvin müəyyən edir, həmin məhsulların satış qiymətlərini qaimələrdə qeyd edir. Mahirin hesabı barəsində tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli aktlarda olan əksik gəlmələr firmanın məhsulları aldığı qiymətlərlə hesablanmışdır. Satıcılar mağazada məhsul azaldıqda müvafiq olaraq firmanın anbarına sifariş verir, məhsullar onun üçün yığılıb hazırlanır və anbardar tərəfindən qaimə tərtib edilir. Bir qayda olaraq mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələri mağazalarda satıcılara qaimə əsasında təhvil verilir. Satıcılar qaiməni imzalayır, sifariş etdikləri mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələrini təhvil alıb bu barədə firmanın “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda həmin məhsulları təhvil aldıqlarını şəxsən təsdiq edirlər. Danışıq kartları (konturlar) barəsində isə qaimə tərtib edilmir, satıcılar danışıq kartlarını anbardardan təhvil aldıqdan sonra bu barədə “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda sifariş etdikləri danışıq kartlarını (konturları) təhvil almalarını şəxsən təsdiq edirlər. Bundan sonra məhsullar satıcının hesabına keçirilir. Mahir də məshulları satıcı kimi firmanın anbarından qeyd olunan qaydada təhvil almışdır. Mahir "xxxx" firmasının ünvan 2-də yerləşən anbarından təhvil aldığı məhsulların mağazada satışını həyata keçirmişdir. Firmanın xəzinəsinə və anbarına nəzarəti firmanın direktor müavini Şahid2 həyata keçirir. “Akinsoft” satış proqramında satıcı özünə aid olan şəxsi hesabda sifariş etdiyi danışıq kartlarını (konturları) təhvil almasını şəxsən təsdiq edir. Danışıq kartları çox sürətlə satıldığına və tez-tez sifariş edildiyinə görə çevikliyi təmin etmək üçün satıcılara təhvil verilən danışıq kartları (konturlar) barəsində qaimələr tərtib edilmir, həmin proses proqram təminatında həyata keçirilir. "xxxx" firmasında hər bir satıcı üçün “Akinsoft” satış proqramında şəxsi hesab vardır. Həmin hesaba giriş üçün şifrə satıcı tərəfindən şəxsən müəyyən edilir, giriş yalnız onun özündə olur. Proqram təminatında satıcıların hesabındakı məhsulları, satıcıların həyata keçirdikləri əməliyyatların hamısını firmanın vəzifəli şəxsləri görür və nəzarət edirlər, lakin heç bir dəyişiklik edə bilmirlər. Proqram təminatına satıcının özündən başqa kənar şəxsin müdaxilə etməsi mümkün deyil. Çünki, satıcının şəxsi hesabında onun xəbəri olmadan hər hansı əməliyyat icra olunarsa, bu barədə onun özünün dərhal məlumatı olur, proqramda həyata keçirilən bütün əməliyyatlar qeyd edilir. Hər bir yoxlama mağazada satıcının “Akinsoft” satış proqramındakı hesabından olan çıxarışlara əsasən aparılır. Yəni, hər hansı şəxsin Mahirin hesabına müdaxilə edərək onun məlumatı olmadan məhsulların təhvil alınmasını təsdiq etmək, onun adından hər hansı əməliyyatı icra etmək imkanı olmamışdır. Mahir mağazada satıcı olmuş, mağazanın fəaliyyətini təmin etmişdir. Buna görə də Mahir satış üçün lazım olan məhsulları anbardan götürmək səlahiyyətinə malik idi. O, Mahirə satıcı kimi firmanın anbarından müvafiq məhsulları götürməyə səlahiyyət vermişdir. Mahirin əmək funskiyası "xxxx" firmasında mağazada satıcı işləmək və satıcı kimi mağazanın fəaliyyətini təmin etmək idi. Mahirin vəzifəsi isə mağazanın satıcısı olmaqla bərabər firmaya məxsus olan bütün əmlakın qorunması və onların satışa hazırlanması, firmanın əmlakını qoruyub saxlamaq və eyni zamanda mağazanın daxilində firmaya məxsus olan əmlaka görə məsuliyyət daşımaq idi. Mağazada olan bütün məhsullara görə cavabdeh şəxs Mahir idi. Mahir "xxxx" firmasının “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən 2 nömrəli mağazasına orada olan məhsullarla birlikdə tam məsul şəxs idi və ona etibar edilmişdir. Mahir həmin mağazanın fəaliyyətini təmin etmiş, mağazada məhsulların satışını həyata keçirmiş, məhsul qurtardıqda anbardan mağazaya müvafiq məhsulları sifariş vermiş, həmin məhsulları anbardan təhvil almış, satılmış məhsullardan əldə edilmiş firmaya məxsus olan pulları xəzinəyə təhvil vermişdir, o, aparılmış bütün əməliyyatlar barədə firmanın “Akinsoft” elektron satış proqram təminatında qeydlər aparmalı idi. Mağazalarda satış olduqda satıcı müvafiq məhsulun satılması barədə “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda qeyd aparır. Hər bir mağazada kassa aparatı mövcuddur, satıcı eyni zamanda mağazanın kassasına həmin məbləği mədaxil edir. “Akinsoft” satış proqramında satıcıya aid şəxsi hesabda gündəlik olaraq mağazada satılmış məhsullar barəsində hesabat tərtib edilir və həmin hesabat elektron qaydada firmanın mühasibatlığına avtomatik olaraq göndərilir. Satıcılar hər gün, yaxud bir neçə gün sonra satışdan əldə olunmuş pulları nağd qaydada gətirərək firmanın ünvan 2də yerləşən xəzinəsində Elvinə təqdim edir, bu barədə Elvin kassa mədaxil kitabına pulun məbləği və tarixi göstərməklə qeyd aparır. Bundan sonra kassaya ödənilmiş həmin məbləğ barədə qeydlərini mühasib Xalidəyə təqdim edir. Xalidə də “Akinsoft” satış proqramında Elvinin təqdim etdiyi məlumatlar əsasında satıcıdan daxil olan məbləğin kassaya qəbul edilməsini təsdiq edir, beləliklə, satıcının şəxsi hesabındakı kassa qalığından həmin ödəniş məbləği silinir. Yəni, satıcı kassaya ödədiyi məbləği “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda da görür. Satıcı kassaya ödədiyi məbləğin hesabından çıxılmasını gördüyü üçün kassa ödənişləri barədə heç bir problem olmamışdır. Mahir də satıcı kimi qeyd olunan qaydada işləmişdir. Mahirlə "xxxx" firması arasında imzalanmış əmək müqaviləsinə əsasən, firmaya vurduğu ziyana görə o, maddi məsuliyyət daşıyır. Əmək müqaviləsində göstərilmişdir ki, tərəflərdən biri digərinin əmlakına, maddi, istehsal və kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır. Tərəflər biri digərinə ziyan vurarsa, dəyən ziyanı könüllü şəkildə ödəməyi öhdəsinə götürür. Mahir 300 manat əmək haqqını onun adına açılmış bank kartı vasitəsilə almış, həyata keçirdiyi satışlara uyğun olaraq ona bonus ödəmələr də verilmişdir. Mahirin işlədiyi mağazada 07 yanvar 2022-ci il tarixli yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər, 08 avqust 2022-ci il tarixli yoxlama isə 25 yanvar 2021-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrləri əhatə etmişdir. 07 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixə kimi Mahir satıcı kimi mağazadakı işinə gəlməmiş, pul mənimsədiyi üçün ona işə gəlməyə icazə verməmişdir. Mahirin işlədiyi mağazada aparılmış 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli yoxlamalar direktor kimi qəbul etdiyi qərarlar əsasında və yaratdığı komisssiyalar tərəfindən həyata keçirilmişdir. Mühasibatlıqda və "xxxx" firmasının “Akinsoft” elektron satış proqram təminatında olan faktiki mal qalığı əsasında yoxlama aparılmışdır. 2022-ci ildə həm yanvar, həm də avqust ayında aparılmış yoxlamada müəyyən edilmişdir ki, Mahir mağazada olan bir çox məhsulları satmış, lakin firmanın xəzinəsinə ödəniş etməmiş, firmanın ümumi elektron satış sistemində bu barədə qeyd aparmamışdır. Mahir aldatmaq və satdığı məhsulların pulunu mənimsəmək üçün firmanın elektron satış sistemində öz hesabında satışlar barədə heç bir qeyd aparmamış, məhsulları qalıq kimi göstərmişdir. "xxxx" firmasında mağazada işləyən satıcılar anbardan məhsulları təhvil aldıqda “Akinsoft” proqram təminatında məhsulları təhvil aldıqlarını təsdiq edirlər. Bundan sonra məhsullar onların hesabına keçir. Proqram təminatında gündəlik olaraq mağazada həyata keçirilmiş satış barəsində, yəni satılmış məhsullar barəsində gün sonunda hesabat tərtib olunur və elektron qaydada avtomatik mühasibatlığa göndərilir. Bundan əlavə, ildə bir dəfədən az olmayaraq hər bir mağazada vaxtaşırı yoxlamalar aparılır. Məsələn, Mahir gündəlik olaraq 05 ədəd mobil telefon və 20 ədəd beş manatlıq danışıq kartı satdığı halda, həmin proqram təminatında 03 ədəd mobil telefon və 12 ədəd beş manatlıq danışıq kartı satdığını qeyd etmişdir. Geri qalan 02 ədəd mobil telefon və 08 ədəd beş manatlıq danışıq kartının pulunu isə mənimsəmişdir. Firmanın bütün mağazalarında kompüterlərdə proqram təminatı vardır, həmin proqramda satıcılar tərəfindən həyata keçirilmiş alğı-satqı, mağazalara anbardan olan daxilolmaların hamısı, bir sözlə, bütün əməliyyatlar kim tərəfindən aparılması göstərilməklə qeydə alınır. Direktor müavini Elvin firmanın xəzinəsinə və anbarına tam nəzarəti edir, o, həm də anbardardır. Bundan başqa, firmada mağazalarda aparılan bütün satışlar da ümumi olaraq Elvin nəzarət edir. Həmin işləri ona direktor kimi özü tapşırmış və Elvinə səlahiyyətlər vermişdir. Yəni, anbardan bütün məhsulları satıcılara yalnız Elvin təhvil verir, satıcıların xəzinəyə etdikləri ödənişləri də yalnız Elvin qəbul etmişdir. Firmada Elvindən başqa anbardar və xəzinədar yoxdur. Mahirlə aralarında əmək müqaviləsi 01 aprel 2014-cü il tarixdə bağlanmış, o, Mahirin firmada satıcı kimi işə qəbul edilməsi barədə 01 aprel 2014-cü il tarixdə əmr vermişdir. Mahir də həmin tarixdən firmada satıcı işləmişdir. Dövlət tərəfindən yaradılmış elektron portala daxil edilmiş Mahirlə bağlanmış əmək müqaviləsindədə tarix 01 aprel 2014-cü il qeyd edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində əmək müqaviləsinin bağlandığı tarixin 07 yanvar 2013-cü il göstərilməsi texniki səhvdir. 07 yanvar 2022-ci il tarixdə "xxxx" firmasının Mahirin satıcı işlədiyi “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən mağazasında 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər olan dövrü əhatə edən yoxlama həyata keçirilmişdir. Yoxlamadan əvvəl Mahir yoxlama komissiyasına izahat yazaraq hesabında olan bütün məhsulların mağazanın daxilində yerləşdiyini, kənar heç bir şəxsdən alacağının olmadığını göstərmişdir. Bundan sonra yoxlama aparılmasına başlanmış və yoxlama nəticəsində müəyyən edilmişdir ki, Mahir 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər "xxxx" firmasının anbarından şəxsən təhvil aldığı 4.236,98 manat dəyərində 4.355 ədəd bir manatlıq, 5.882,15 manat dəyərində 3.023 ədəd iki manatlıq, 8.618,63 manat dəyərində 2.953 ədəd üç manatlıq, 1.906,84 manat dəyərində 392 ədəd beş manatlıq, 710,20 manat dəyərində 73 ədəd on manatlıq və 97,29 manat dəyərində 01 ədəd yüz manatlıq, cəmi 21.452,09 manat dəyərində danışıq kartını; 105 manat dəyərində 50 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən SİM nömrələri; 321 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ NOTE 8 4/64 markalı, 379 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10 4/64 markalı, 281 manat dəyərində 01 ədəd SAMSUNG A 125 markalı, 114 manat dəyərində 01 ədəd NOKİA 230 markalı, 152 manat dəyərində 04 ədəd NOKİA 106 DS markalı və 152 manat dəyərində 04 ədəd NOKİA 105 DUAS markalı, cəmi 1399 manat dəyərində mobil telefonları; 2,20 manat dəyərində 01 ədəd USB REMAX, 2,40 manat dəyərində 03 ədəd USB POWER BANK, 2,20 manat dəyərində 01 ədəd USB CASİM, 40,60 manat dəyərində 58 ədəd SUSE PLYONKA 3D, 50 manat dəyərində 50 ədəd SUSE PLYONKA, 25,20 manat dəyərində 09 ədəd SİLİKON BEZEKLİ RENG, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 6 manat dəyərində 04 ədəd NAUSNİK L 29, 3 manat dəyərində 01 ədəd NAUSNİK ELMCORL, 2,20 manat dəyərində 01 ədəd FLASH PEREXOD 07G, 10 manat dəyərində 02 ədəd BATAREYKA ORG, 2 manat dəyərində 01 ədəd BATAREKA COPY, 5 manat dəyərində 02 ədəd BASLİQ MASİN SAVET, 4,50 manat dəyərində 01 ədəd BASLİQ İ PHONE ORG, 44,20 manat dəyərində 26 ədəd ADAPTOR UCUZ, 7 manat dəyərində 01 ədəd ADAPTOR SAMSUNG ORG, 15,60 manat dəyərində 06 ədəd ADAPTOR SAM+Mİ və 30 manat dəyərində 10 ədəd ADAPTOR MASİN adlanan, cəmi 292,10 manat dəyərində mobil telefon aksessuarlarını; ümumilikdə, 23.248,19 manat dəyərində məhsulları faktiki olaraq satmış, lakin həmin məhsulların satışı barədə “Akinsoft” satış proqramında özünə məxsus şəxsi hesabda heç bir qeydiyyat aparmamış, məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə ödəməmişdir. 07 yanvar 2022-ci il tarixdə yoxlama aparılan zaman Mahirin kassasında cəmi 1.952,19 manat pul olduğu müəyyən edilmişdir. Kassada olan 1.952,19 manat 23.248,19 manatdan çıxılmış və yekun olaraq Mahirin hesabında 21.296 manat çatışmazlığın olması müəyyən edilmişdir. Yoxlama komissiyası tərəfindən Mahirdən həmin məhsulların və satışdan əldə edilmiş pulların harada olması barədə izahat verməsi tələb olunmuşdur. Mahir hesabında yaranmış 21.296 manat çatışmazlığa görə günahkarın özü olduğunu və həmin pulu on beş günə firmaya ödəyəcəyini izahatında göstərmiş, yoxlama aktı və tərtib edilmiş digər sənədlərlə tanış olaraq onlara şəxsən imza etmişdir. Yəni, Mahir 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər 21.296 manat dəyərində "xxxx" firmasına məxsus olan məhsulları satmış, həmin məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə təhvil verməyərək özünə götürmüş, yəni mənimsəmişdir. 08 avqust 2022-ci il tarixdə "xxxx" firmasının Mahirin satıcı işlədiyi “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən mağazasında yenidən 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrü əhatə edən yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, Mahir 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər "xxxx" firmasının anbarından şəxsən təhvil aldığı 442,96 manat dəyərində 452 ədəd bir manatlıq, 228,52 manat dəyərində 116 ədəd iki manatlıq, 309,75 manat dəyərində 105 ədəd üç manatlıq, 518,34 manat dəyərində 106 ədəd beş manatlıq, 29,40 manat dəyərində 03 ədəd on manatlıq və 98,12 manat dəyərində 04 ədəd iyirmi beş manatlıq, cəmi 1.627,09 manat dəyərində danışıq kartlarını; 6,60 manat dəyərində 03 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən E-SİM nömrələri; 66 manat dəyərində 01 ədəd NOKİA 150 markalı, 38 manat dəyərində 01 ədəd NOKİA 106 DS markalı, 245 manat dəyərində 01 ədəd SAMSUNG A 025 markalı, 456 manat dəyərində 01 ədəd SAMSUNG A 225 4/128 markalı, 45 manat dəyərində 01 ədəd NOKİA DUAS 105 markalı, 339 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10C 4/128 markalı, 197 manat dəyərində 01 ədəd SAMSUNG A032 2/32 markalı, 238 manat dəyərində 01 ədəd SAMSUNG A035 3/32 markalı və 495 manat dəyərində 01 ədəd SAMSUNG A325 4/128 markalı, cəmi 2119 manat dəyərində mobil telefonları; 6 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 7 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 3.60 manat dəyərində 02 ədəd ADAPTOR UCUZ, 20.90 manat dəyərində 19 ədəd USB SAMSUNG UCUZ, 10 manat dəyərində 01 ədəd FLASHKART 32GB, 3.50 manat dəyərində 01 ədəd USB PARCA 3/1, 7.50 manat dəyərində 03 ədəd USB SAMSUNG D880, 1.20 manat dəyərində 01 ədəd NAUSNİK L 29, 72 manat dəyərində 02 ədəd AİRPODS COPY, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 8 manat dəyərində 08 ədəd USB KOHNE MODEL və 6 manat dəyərində 01 ədəd USB REMAX RC-102 adlanan, cəmi 185,90 manat dəyərində olan mobil telefon aksessuarlarını, ümumilikdə, 3.938,59 manat dəyərində məhsulları faktiki olaraq satmış, lakin həmin məhsulların satışı barədə “Akinsoft” satış proqramında özünə məxsus şəxsi hesabda heç bir qeydiyyat aparmamış, məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə ödəməmişdir. 08 avqust 2022-ci il tarixdə yoxlama aparılan zaman Mahirin kassasında cəmi 526 manat pul olduğu müəyyən edilmişdir. Kassada olan 526 manat 3.938,59 manatdan çıxılmış və yekun olaraq Mahirin hesabında 3.412,59 manat çatışmazlığın olması müəyyən edilmişdir. Yoxlama komissiyası tərəfindən Mahirdən həmin məhsulların və satışdan əldə edilmiş pulların harada olması barədə izahat verməsi tələb olunmuşdur. Lakin, Mahir 08 avqust 2022-ci il tarixli yoxlama komissiyasına heç bir izahat verməmiş, yoxlama aktı və tərtib edilmiş digər sənədlərlə tanış olmuş, onlara imza etməkdən imtina etmişdir. Yoxlamanın sonunda kassada 12,59 manat dəyərində qəpik pulların olması müəyyən edilmiş və həmin pullar da Mahirin hesabındakı çatışmazlıqdan çıxılmışdır. Bununla da, yekun olaraq 08 avqust 2022-ci il tarixli yoxlama zamanı Mahirin hesabındakı çatışmazlıq 3.400 manat təşkil etmişdir. Yəni, Mahir 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər 3.412 manat dəyərində "xxxx" firmasına məxsus olan məhsulları satmış, həmin məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə təhvil verməyərək özünə götürmüş, yəni mənimsəmişdir. "xxxx" firmasında anbardar və xəzinədar Elvindir, firmada ondan başqa anbardar və xəzinədar yoxdur. Mahir yuxarıda qeyd olunan məhsulların hamısını anbardar Elvindən şəxsən təhvil almışdır. Mahir yuxarıda qeyd olunan məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə - xəzinadar Elvinə təhvil verməli idi. Lakin, Mahir həmin məhsulların satışından əldə etdiyi pulu firmanın xəzinəsinə ödəməmişdir. Təqsirləndirilən şəxsin valideyinləri tərəfindən, direktoru olduğu "xxxx" firmasına dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs valideyinləri tərəfində direktoru olduğu "xxxx" firmasına dəymiş maddi ziyanın ödəməsini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmamasını bildirmiş və təqsirləndiriən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, SMD-4 qəsəbəsində yaşayır. 01 aprel 2000-ci il tarixdən "xxxx" firmasında mühasib vəzifəsində işləyir. "xxxx" firması 01 yanvar 1999-cu il tarixdə Beyləqan rayonu sakini Zərərçəkmiş şəxs tərəfindən təsis edilmişdir. Zərərçəkmiş şəxs həm də "xxxx" firmasının direktorudur. "xxxx" firması təsis edildiyi vaxtdan hazırkı vaxtadək müxtəlif markalı mobil telefonların və mobil telefon aksesuarlarının, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinin və danışıq kartlarının, yəni konturların alğı-satqısı ilə məşğul olur. 2010cu ildən bu yana "xxxx" firması qeyd edilən məhsulları bütövlükdə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xidmət təminatçıları olan müxtəlif şirkətlərdən alır. Həmin şirkətlərdən alınmış məhsullar "xxxx" firmasının ünvan 2 ünvanında yerləşən anbarına gətirilir və satış üçün anbardan mağazalardakı satıcılara təhvil verilir. "xxxx" firması da həmin ünvanda yerləşir. Beyləqan şəhərində hazırda "xxxx" firmasına məxsus iki mağaza fəaliyyət göstərir. Həmin mağazalarda məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinə xidmət göstərilir. O, Təqsirləndirilən şəxs "xxxx" firmasının “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazasında işləmiş satıcı kimi tanımış, aralarında heç vaxt ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamışdır. Mahir "xxxx" firması ilə 01 aprel 2014-cü il tarixdə əmək müqaviləsi bağlamış və həmin tarixdən 31 avqust 2022-ci il tarixədək mağazada satıcı işləmişdir. "xxxx" firmasında direktor Zərərçəkmiş şəxs göstərişi ilə, bir qayda olaraq, ildə bir dəfə və ya altı aydan bir bütün mağazalarda yoxlamainvertarizasiya aparılır. Həmin yoxlamalarda mühasibat qalığı ilə mağazalarda olan faktiki məhsullar yoxlanılır və uyğunlaşdırılır. Yoxlamalar firmanın direktoru Zərərçəkmiş şəxs əmri ilə yaradılmış "xxxx" firmasının əməkdaşlarından ibarət olan komissiya tərəfindən həyata keçirilir. 07 yanvar 2022-ci il tarixdə Mahirin satıcı işlədiyi mağazada yoxlama aparılmışdır. Yoxlamanı həyata keçirən komissiyanın sədri o, üzvləri isə firmanın direktor müavini X3, mühasibi Şahid3 və digər mağazanın satıcısı Şahid6 idi. Yoxlamada Mahir də iştirak etmişdir. Yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi Mahirin işlədiyi mağazaya təhvil verilmiş məhsullar üzrə aparılmışdır. Yoxlamada 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi olan dövr üçün mağazada ümumlikdə 21.296 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, Mahirin anbardan götürərək mağazaya apardığı 21.296 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının sistemində satılmadığı göstərilmiş, lakin məhsulların mağazada olmadığı və Mahir tərəfindən satıldığı aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş və Mahir həmin aktı imzalamışdır. Mahir yoxlama komissiyasına təqdim etdiyi izahatda mağazada 21.296 manat dəyərində əksik gəlmə olmasını təsdiq edərək günahkarın özü olduğunu, həmin məbləği on beş günə ödəyəcəyini, ödəməni gecikdirdiyi hər günə görə 0.2 faiz əlavə ödəməyə etiraz etmədiyini bildirmişdir. Mahir həmin əməli ilə 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi "xxxx" firmasına məxsus olan ümumilikdə 21.296 manat dəyərində müxtəlif növ məhsulları satmış, bu barədə sistemdə heç bir qeyd aparmamış, əldə etdiyi həmin məbləği mənimsəmişdir. On beş gün ərzində Mahir həmin məbləği geri qaytara bilməmişdir. 2022-ci il yanvar ayında dəqiq xatırlamadığı tarixdə Mahir atası Rasimlə birlikdə firmanın direktoru Zərərçəkmiş şəxsla görüşmüşdür. Həmin görüşdə o da iştirak etmişdir. Rasim oğlu Mahirin səhv etdiyini, həmin məbləği birdəfəyə ödəyə bilmədiklərini bildirmiş və Zərərçəkmiş şəxs Mahiri işdən çıxarmamağı, pulu hissə-hissə qaytarmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs Mahirin işdə qalmasına razı olmuş, barəsində şikayət etməyəcəyini və hər ay hissə-hissə pul qaytarmağa şərait yaradacağını demişdir. Bundan sonra 25 yanvar 2022-ci il tarixdən Mahir “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazada satıcı işinə davam etmişdir. O, Mahirin mənimsədiyi pulu geri qaytarması ilə bağlı cədvəl tərtib etmişdir. Həmin cədvəldə Mahirin firmaya qaytardığı pulların miqdarı və özünün imzaları vardır. Mahir 25 yanvar 2022-ci il tarixdə 4.000 manat, 26 yanvar 2022-ci il tarixdə 92 manat, 31 yanvar 2022-ci il tarixdə 276 manat, 01 fevral 2022-ci il tarixdə 28 manat, 28 fevral 2022-ci il tarixdə 500 manat, 01 aprel 2022-ci il tarixdə 500 manat, 06 may 2022-ci il tarixdə 500 manat, 03 iyun 2022-ci il tarixdə 400 manat, 05 iyul 2022-ci il tarixdə 500 manat, 05 avqust 2022-ci il tarixdə 500 manat firmaya pul geri qaytarmışdır. 08 avqust 2022-ci il tarixdə Mahirin işlədiyi mağazada yenidən yoxlama aparılmışdır. Həmin yoxlamanı həyata keçirən komissiyanın sədri Elvin, üzvləri isə o, digər mağazanın satıcıları Şahid4 və Şahid5 idi. Mahir də həmin yoxlama komissiyasının üzvü idi və yoxlamada iştirak etmişdir. Yoxlama komissiyasının üzvü olmasına baxmayaraq Fikrət həmin gün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi təlimdə işitrak etdiyi üçün həmin yoxlamada iştirak edə bilməmişdir. Zərərçəkmiş şəxs yoxlamanın sonlarına doğru mağazaya gəlmişdir. Həmin yoxlama 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər mağazaya verilmiş məhsullar üzrə aparılmış və yenidən mağazada ümumlikdə 3.412 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər Mahirin anbardan təhvil aldığı 3.412 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının satış proqramında satılmadığı göstərilmiş, məhsulların faktiki mağazada olmadığı və Mahir tərəfindən satıldığını aşkar etmişlər. Bu barədə akt tərtib edilmiş, Mahir həmin aktı və digər sənədləri imzalamaqdan imtina etmiş, 3.412 manat dəyərində məhsulun harada olmasını yoxlama komissiyasına izah etməmişdir. 31 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Mahiri işdən çıxarmış və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bununla da, Mahir firmanın ümumilikdə 24.708 manat (3.412 manat + 21.296 manat) pulunu mənimsəmişdir. 28 sentyabr 2022-ci il tarixdə Mahir firmaya 200 manat geri qaytarmışdır. Lakin Mahir firmadan mənimsədiyi 17.200 manatı geri ödəmir. "xxxx" firması “PaşaBank”dan götürülmüş kredit hesabına biznes fəaliyyəti həyata keçirir və həmin kreditə görə banka faiz ödəyir. Mahir firmanın 17.200 manatını mənimsədiyi üçün firma banka olan kredit borcunu vaxtında ödəyə bilməmiş, buna görə də firmaya əlavə faiz borcu hesablanmışdır. Mahir özü yanvar ayında keçirilən yoxlamada verdiyi izahatda firmaya olan borcunu vaxtında qaytaracağını, qaytara bilmədiyi halda isə gecikən hər günə görə qalan borcun 0.2 faizi miqdarında əlavə pul ödəməyi öhdəsinə götürmüşdür. Buna görə də, işdən çıxdığı tarixə qədər Mahir firmaya ödəmədiyi 14.000 manata görə əlavə olaraq 3.360 manat faiz ödəməlidir. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində də Mahirin firmadan ümumilikdə 17.400 manat mənimsədiyi, faiz borcları ilə birlikdə onun "xxxx" firmasına 20.760 manat qaytarmalı olduğu öz təsdiqini tapmışdır. 08 avqust 2022-ci il tarixli yoxlamada Mahirin hesabında 3.412 manat çatışmazlıq aşkar edilmiş və həmin yoxlamadan dərhal sonra 12 manat Mahirin hesabına firmaya ödənilmişdir. Yekun olaraq həmin vaxt çatışmazlıq 3.400 manat olmuş, bu barədə 07 yanvar 2022ci il tarixli aktın sonunda qeyd edilmişdir. Buna görə də audit rəyində konkret şəkildə yekun çatışmazlıq, yəni 3.400 manat öz əksini tapmışdır. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində Mahirin firmadan mənimsədiyi və firmaya geri qaytardığı məbləğlər ümumi olaraq hesablanmış, yekun olaraq onun firmaya audit yoxlaması aparılan tarixdə 17.400 manat borcu olduğu göstərilmişdir. Müstəqil audit yoxlaması aparıldıqdan sonra 28 sentyabr 2022-ci il tarixdə Mahir firmaya 200 manat geri ödəmişdir. Müstəqil audit yoxlaması təxminən sentyabr ayının ortalarında aparılmış, rəy isə sonradan, yəni 14 oktyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Buna görə də müstəqil auditorun rəyindəki məbləğ 200 manat çoxdur. Mahir Beyləqan şəhərində “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən "xxxx" firmasına məxsus olan mağazada tək işləmişdir. Həmin mağazada ondan başqa işçi olmamışdır. Mahirin firmaya məxsus pulları mənimsəməsini görən şəxs və ya şəxslərin barəsində heç bir məlumatı yoxdur. Mahir "xxxx" firmasının anbarından mağazada satmaq üçün müxtəlif növ mobil telefonlar və mobil telefon aksesuarları, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələri və danışıq kartları (konturlar) təhvil almışdır. O, həmin məhsulları mağazada satmış, lakin firmanın satış proqramında öz hesabında həmin məhuslların satılmasını qeyd etməmişdir. Bu yolla Mahir firmanın ona etibar edilmiş əmlakını satmış və həmin pulu özünə götürmüşdür. Mağazada yalnız mobil telefon nömrələrinin və danışıq kartlarının, mobil telefonların və mobil telefon aksesuarlarının satışı həyata keçirilir. Mobil telefon nömrələrinin və danışıq kartlarının satış qiyməti firma tərəfindən deyil, şirkətlərlə bağlanmış müqavilə əsasında müəyyən edildir. Mobil telefonların və mobil telefon aksesuarlarının satış qiymətlərini isə Elvin müəyyən edir, həmin məhsulların satış qiymətini qaimələrdə qeyd edir. Mahirin hesabı barədə tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli aktlarda olan əksik gəlmələr firmanın məhsulları aldığı qiymətlərlə hesablanmışdır. Satıcılar mağazada məhsul azaldıqda müvafiq olaraq firmanın anbarına sifariş verir, məhsullar onun üçün yığılıb hazırlanır və anbardar tərəfindən qaimə tərtib edilir. Bir qayda olaraq, mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələri mağazalarda satıcılara qaimə əsasında təhvil verilir. Satıcılar qaiməni imzalayır, sifariş etdikləri mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələrini təhvil alıb bu barədə firmanın “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda həmin məhsulları təhvil aldıqlarını özləri şəxsən təsdiq edirlər. Danışıq kartları (konturlar) barədə isə qaimə tərtib edilmir, satıcılar danışıq kartlarını anbardardan təhvil aldıqdan sonra bu barədə “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda sifariş etdikləri danışıq kartlarını (konturları) təhvil almalarını şəxsən təsdiq edirlər. Bundan sonra məhsullar satıcının hesabına keçirilir. Mahir də məshulları satıcı kimi firmanın anbarından qeyd olunan qaydada təhvil almışdır. Mahir "xxxx" firmasının ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulların mağazada satışını həyata keçirmişdir. Satıcılara təhvil verilən danışıq kartları (konturlar) barədə nə üçün qaimələr tərtib edilməməsi barədə heç bir məlumatı yoxdur. “Akinsoft” satış proqramında satıcı özünə aid olan şəxsi hesabda sifariş etdiyi danışıq kartlarını (konturları) təhvil almasını şəxsən təsdiq edir. "xxxx" firmasında hər bir satıcı üçün “Akinsoft” satış proqramında şəxsi hesab vardır. Həmin hesaba giriş üçün şifrə satıcının özü tərəfindən şəxsən müəyyən edilir, giriş yalnız onun özündə olur. Proqram təminatında satıcıların hesabındakı məhsulları, satıcıların həyata keçirdikləri əməliyyatların hamısını firmanın vəzifəli şəxsləri görə bilir və nəzarət edirlər, lakin heç bir dəyişiklik edə bilmirlər. Proqram təminatına satıcının özündən başqa kənar şəxsin müdaxilə etməsi mümkün deyil. Çünki, satıcının şəxsi hesabında onun xəbəri olmadan hər hansı əməliyyat icra olunarsa, bu barədə onun özünün dərhal məlumatı olur, proqramda həyata keçirilən bütün əməliyyatlar qeyd edilir. Hər bir yoxlama mağazada satıcının “Akinsoft” satış proqramındakı hesabından olan çıxarışlara əsasən aparılır. Yəni, hər hansı şəxsin Mahirin hesabına müdaxilə edərək onun məlumatı olmadan məhsulların təhvil almasını təsdiq etmək, onun adından hər hansı əməliyyat icra etmək imkanı olmamışdır. Mahir mağazada satıcı olmuş, mağazanın fəaliyyətini təmin etmişdir, buna görə də, o, satış üçün lazım olan məhsulları anbardan götürmək səlahiyyətinə malik idi. Mahirin əmək funskiyası "xxxx" firmasında mağazada satıcı işləmək və satıcı kimi mağazanın fəaliyyətini təmin etmək idi. Mahirin vəzifəsi isə mağazanın satıcısı olmaqla bərabər firmaya məxsus olan bütün əmlakın qorunması və onların satışa hazırlanması, firmanın əmlakını qoruyub saxlamaq və eyni zamanda mağazanın daxilində firmaya məxsus olan əmlaka görə məsuliyyət daşımaq idi. Mağazada olan bütün məhsullara görə cavabdeh şəxs Mahir idi. Mağazalarda satış olduqda satıcı müvafiq məhsulun satılması barədə “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda qeyd aparır. Hər bir mağazada kassa aparatı mövcuddur, satıcı eyni zamanda mağazanın kassasına həmin məbləği mədaxil edir. “Akinsoft” satış proqramında satıcıya aid şəxsi hesabda gündəlik olaraq mağazada satılmış məhsullar barədə hesabat tərtib edilir və həmin hesabat elektron qaydada firmanın mühasibatlığına avtomatik olaraq göndərilir. Satıcılar hər gün, yaxud bir neçə gün sonra satışdan əldə olunmuş pulları nağd qaydada gətirərək firmanın ünvan 2 ünvanında yerləşən xəzinəsində Elvinə təqdim edir, bu barədə Elvin kassa mədaxil kitabına pulun məbləği və tarixi göstərməklə qeyd aparır. Bundan sonra kassaya ödənilmiş həmin məbləğ barədə qeydlərini mühasib Xalidəyə təqdim edir. Xalidə də “Akinsoft” satış proqramında Elvinin təqdim etdiyi məlumatlar əsasında satıcıdan daxil olan məbləğin kassaya qəbul edilmsəini təsdiq edir, beləliklə, satıcının şəxsi hesabındakı kassa qalığından həmin ödəniş məbləği silinir. Yəni, satıcı kassaya ödədiyi məbləği “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda da görür. Satıcı kassaya ödədiyi məbləğin onun hesabından çıxılmasını özü gördüyü üçün kassa ödənişləri barədə heç bir problem olmamışdır. Mahir də satıcı kimi qeyd olunan qaydada işləmişdir. Mahirlə "xxxx" firması arasında imzalanmış əmək müqaviləsinə əsasən, firmaya vurduğu ziyana görə Mahir maddi məsuliyyət daşıyır. Əmək müqaviləsində göstərilmişdir ki, tərəflərdən biri digərinin əmlakına, maddi, istehsal və kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır. Tərəflər biri digərinə ziyan vurarsa, dəyən ziyanı könüllü şəkildə ödəməyi öhdəsinə götürür. Mahirin işlədiyi mağazada aparılmış 07 yanvar 2022-ci il tarixli yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər, 08 avqust 2022-ci il tarixli yoxlama isə 25 yanvar 2021-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrləri əhatə etmişdir. 07 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixə kimi Mahir satıcı kimi mağazadakı işinə gəlməmiş, buna Zərərçəkmiş şəxs icazə verməmişdir. Direktor müavini Elvin firmanın xəzinəsinə və anbarına tam nəzarəti edir, o, həm də anbardardır. Bundan başqa, firmada mağazalarda aparılan bütün satışlara da ümumi olaraq Elvin nəzarət edir. Həmin işləri ona direktor Zərərçəkmiş şəxs tapşırmış və ona səlahiyyətlər vermişdir. Yəni, anbardan bütün məhsulları satıcılara yalnız Elvin təhvil verir, satıcıların xəzinəyə etdikləri ödənişləri də yalnız Elvin qəbul edir. Firmada Elvindən başqa anbardar və xəzinədar yoxdur. "xxxx" firmasında mağazada işləyən satıcılar anbardan məhsulları təhvil aldıqda “Akinsoft” proqram təminatında məhsulları təhvil aldıqlarını təsdiq edirlər. Bundan sonra məhsullar onların hesabına keçir. Proqram təminatında gündəlik olaraq mağazada həyata keçirilmiş satış, yəni satılmış məhsullar barədə gün sonunda hesabat tərtib olunur və elektron qaydada avtomatik mühasibatlığa göndərilir. Bundan əlavə, ildə bir dəfədən az olmayaraq hər bir mağazada vaxtaşırı yoxlama aparılır. Məsələn, Mahir gündəlik olaraq 02 ədəd mobil telefon və 15 ədəd beş manatlıq danışıq kartı satdığı halda, həmin proqram təminatında 01 ədəd mobil telefon və 10 ədəd beş manatlıq danışıq kartı satdığını qeyd etmişdir. Geri qalan 01 ədəd mobil telefon və 05 ədəd beş manatlıq danışıq kartının pulunu isə mənimsəmişdir. Firmanın bütün mağazalarında kompüterlərdə proqram təminatı vardır, həmin proqramda satıcılar tərəfindən həyata keçirilmiş alğı-satqı, mağazalara anbardan olan daxilolmaların hamısı, bir sözlə, bütün əməliyyatlar kim tərəfindən aparılması göstərilməklə qeydə alınır. Ona təqdim edilmiş 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli yoxlama aktı, 08 avqust 2022-ci il imtina aktı ilə tam tanış olmuşdur. Həmin aktlardakı “Şahid1” yazısının qarşısındakı imzalar ona məxsudur və tərəfindən şəxsən icra edilmişdir. 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli yoxlama ilə əlaqədar tərtib edilmiş bütün sənədlərə özü şəxsən imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri, Rəşid Behbudov küçəsi, ev 17-də yaşayır. 2017-ci ildən "xxxx" firmasında müxtəlif vəzifələrdə işləmişdir. Hazırda "xxxx" firmasında direktor müavini işləyir. "xxxx" firması 1999-cu ildə Beyləqan rayonu sakini Zərərçəkmiş şəxs tərəfindən təsis edilmişdir. Zərərçəkmiş şəxs həm də "xxxx" firmasının direktorudur. "xxxx" firması təsis edildiyi vaxtdan hazırkı vaxtadək müxtəlif markalı mobil telefonların və mobil telefon aksesuarlarının, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinin və danışıq kartlarının, yəni konturların alğı-satqısı ilə məşğul olur. "xxxx" firması qeyd edilən məhsulları bütövlükdə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xidmət təminatçıları olan müxtəlif şirkətlərdən alır. Həmin şirkətlərdən alınmış məhsullar "xxxx" firmasının ünvan 2 ünvanında yerləşən anbarına gətirilir və satış üçün anbardan mağazalardakı satıcılara verilir. "xxxx" firması da həmin ünvanda yerləşir. Beyləqan şəhərində hazırda "xxxx" firmasına məxsus iki mağaza fəaliyyət göstərir. Həmin mağazalarda məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinə xidmət göstərilir. O, Təqsirləndirilən şəxs "xxxx" firmasının “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazasında işləmiş satıcı kimi tanımış, aralarında ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamışdır. Mahir "xxxx" firması ilə 2014-cü ildə əmək müqaviləsi bağlamış və həmin tarixdən 31 avqust 2022-ci il tarixədək mağazada satıcı işləmişdir. "xxxx" firmasında direktor Zərərçəkmiş şəxs göstərişi ilə bir qayda olaraq ildə bir dəfə və ya altı aydan bir bütün mağazalarda yoxlama-invertarizasiya aparılır. Həmin yoxlamalarda mühasibat qalığı ilə mağazalarda olan faktiki məhsullar yoxlanılır və uyğunlaşdırılır. Yoxlamalar firmanın direktoru Zərərçəkmiş şəxs əmri ilə yaradılmış "xxxx" firmasının əməkdaşlarından ibarət olan komissiya tərəfindən həyata keçirilir. 07 yanvar 2022-ci il tarixdə Mahirin satıcı işlədiyi mağazada yoxlama aparılmışdır. Həmin yoxlamanı həyata keçirən komissiyanın sədri Şahid1, üzvləri isə o, firmanın mühasibi Şahid3, satıcısı Şahid6 idi. Yoxlamada Mahir də iştirak etmişdir. Yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi Mahirin mağazasına təhvil verilmiş məhsullar üzrə aparılmışdır. Yoxlamada 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi olan dövr üçün mağazada ümumlikdə 21.296 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, Mahirin anbardan götürərək mağazaya apardığı 21.296 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının sistemində satılmadığı göstərilmiş, lakin məhsulların mağazada olmadığı və Mahir tərəfindən satıldığı aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş və Mahir özü də həmin aktı imzalamışdır. Mahir yoxlama komissiyasına təqdim etdiyi izahatda mağazada 21.296 manat dəyərində əksik gəlmə olmasını təsdiq edərək günahkarın özü olduğunu, həmin məbləği on beş günə ödəyəcəyini bildirmişdir. Mahir həmin əməli ilə 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi "xxxx" firmasına məxsus olan ümumilikdə 21.296 manat dəyərində müxtəlif növ məhsulları satmış, bu barədə sistemdə heç bir qeyd aparmamış, əldə etdiyi həmin məbləği mənimsəmişdir. On beş gün ərzində Mahir həmin məbləği geri qaytara bilməmişdir. 2022-ci il yanvar ayında dəqiq xatırlamadığı tarixdə Mahir atası Rasimlə birlikdə firmanın direktoru Zərərçəkmiş şəxsla görüşmüşdür. Mahir və onun atası Rasimin birlikdə Zərərçəkmiş şəxs yanına gəldiyini görmüş, ancaq konkret olaraq həmin görüşdə iştirak etməmişdir. Mahirin X11 Kərimovla görüşdükdən bir neçə gün sonra Zərərçəkmiş şəxs Mahirin satıcı kimi həmin işdə qalmasına razı olmuş, barəsində şikayət etməmiş və ona hər ay götürdüyü pulu hissə-hissə qaytarmağa şərait yaratmışdır. Bundan sonra 25 yanvar 2022-ci il tarixdən Mahir “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazada satıcı işinə davam etmişdir. Müqdad Mahirin pulu geri qaytarması ilə bağlı cədvəl tərtib etmişdir. Həmin cədvəldə Mahirin firmaya qaytardığı pulların miqdarı və özünün imzası vardır. Mahir 25 yanvar 2022-ci il tarixdə 4.000 manat, 26 yanvar 2022-ci il tarixdə 92 manat, 31 yanvar 2022-ci il tarixdə 276 manat, 01 fevral 2022-ci il tarixdə 28 manat, 28 fevral 2022-ci il tarixdə 500 manat, 01 aprel 2022-ci il tarixdə 500 manat, 06 may 2022-ci il tarixdə 500 manat, 03 iyun 2022-ci il tarixdə 400 manat, 05 iyul 2022ci il tarixdə 500 manat, 05 avqust 2022-ci il tarixdə 500 manat firmaya pul geri qaytarmışdır. 08 avqust 2022-ci il tarixdə Mahirin işlədiyi mağazada yenidən yoxlama aparılmışdır. Həmin yoxlamanı həyata keçirən komissiyanın sədri o, üzvləri isə Müqdad, satıcılar Şahid4 və Şahid5 idi. Mahir də həmin yoxlama komissiyasının üzvü idi və yoxlamada iştirak etmişdir. Yoxlama komissiyasının üzvü olsa da, Fikrət həmin gün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi təlimdə işitrak etdiyi üçün yoxlamada iştirak edə bilməmişdir. Zərərçəkmiş şəxs özü yoxlamanın sonlarına doğru mağazaya gəlmişdir. Həmin yoxlama 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər mağazaya verilmiş məhsullar üzrə aparılmış və yenidən mağazada ümumlikdə 3.412 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər Mahirin anbardan təhvil aldığı 3.412 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının satış proqramında satılmadığı göstərilmiş, lakin məhsulların faktiki mağazada olmadığı və Mahir tərəfindən satıldığını aşkar etmişlər. Bu barədə akt tərtib edilmiş, Mahir həmin aktı və digər sənədləri imzalamaqdan imtina etmişdir, 3.412 manat dəyərində məhsulun harada olmasını onlara izah etməmişdir. 31 avqust 2022-ci il tarixdə Mahir Zərərçəkmiş şəxs tərəfindən işdən çıxarılmış və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bununla da Mahir firmanın ümumilikdə 24.708 manat (3.412 manat + 21.296 manat) pulunu mənimsəmişdir. Müqdadın Mahirin konkret olaraq nə qədər pulu geri ödəməsi barədə məlumatı vardır. 28 sentyabr 2022-ci il tarixdə Mahir firmaya 200 manat geri qaytarmışdır. Lakin Mahir firmadan mənimsədiyi 17.200 manatı geri ödəmir. "xxxx" firması “PaşaBank”dan götürülmüş kredit hesabına biznes fəaliyyətini həyata keçirir və həmin kreditə görə banka faiz ödəyir. Mahir firmanın pulunu mənimsədiyi üçün firma banka olan kredit borcunu vaxtında ödəyə bilməmiş, buna görə də firmaya əlavə faiz borcu hesablanmışdır. Mahir özü 07 yanvar 2022-ci il tarixdə keçirilən yoxlamada verdiyi izahatda firmaya olan borcunu vaxtında qaytaracağını, qaytara bilmədiyi halda isə gecikən hər günə görə qalan borcunun 0.2 faizi miqdarında əlavə pul ödəməyi öz öhdəsinə götürmüşdür. Buna görə də, işdən çıxdığı tarixə qədər Mahir firmaya ödəmədiyi 14.000 manata görə əlavə olaraq 3.360 manat faiz borcu ödəməlidir. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində də Mahirin firmadan ümumilikdə 17.400 manat mənimsədiyi, faiz borcları ilə birlikdə onun "xxxx" firmasına 20.760 manat qaytarmalı olduğu öz təsdiqini tapmışdır. 08 avqust 2022-ci il tarixli yoxlamada Mahirin hesabında 3.412 manat çatışmazlıq aşkar edilmiş və həmin yoxlamadan dərhal sonra 12 manat Mahirin hesabına firmaya ödənilmişdir. Yekun olaraq həmin vaxt çatışmazlıq 3.400 manat olmuşdur. Buna görə də audit rəyində konkret olan yekun çatışmazlıq, yəni 3.400 manat öz əksini tapmışdır. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində Mahirin firmadan mənimsədiyi və firmaya geri qaytardığı məbləğlər ümumi olaraq hesablanmış, yekun olaraq onun firmaya audit yoxlaması aparılan tarixdə 17.400 manat borcu olduğu göstərilmişdir. Müstəqil audit yoxlaması aparıldıqdan sonra 28 sentyabr 2022-ci il tarixdə Mahir firmaya 200 manat geri ödəmişdir. Buna görə də, müstəqil auditorun rəyindəki məbləğ 200 manat çoxdur. Müstəqil audit yoxlaması təxminən sentyabr ayının ortalarında aparılmış, rəy isə sonradan 14 oktyabr 2022-ci il tarixdə tərtib edilmişdir. Mahir Beyləqan şəhərində “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən "xxxx" firmasına məxsus olan mağazada tək işləmişdir. Həmin mağazada ondan başqa işçi olmamışdır. Mahir "xxxx" firmasının anbarından mağazada satmaq üçün müxtəlif növ mobil telefonlar və mobil telefon aksesuarları, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələri və danışıq kartları (konturlar) təhvil almışdır. O, həmin məhsulları mağazada satmış, lakin firmanın satış proqramında həmin məhuslların satılmasını qeyd etməmişdir. Bu yolla Mahir firmanın ona etibar edilmiş əmlakını satmış və həmin pulu özünə götürmüşdür. Mağazada yalnız mobil telefon nömrələrinin və danışıq kartlarının, mobil telefonların və mobil telefon aksesuarlarının satışı həyata keçirilir. Mobil telefon nömrələrinin və danışıq kartlarının satış qiyməti firma tərəfindən deyil, şirkətlərlə bağlanan müqavilə əsasında müəyyən edilir. Mobil telefonların və mobil telefon aksesuarlarının satış qiymətlərini isə o müəyyən edir, həmin məhsulların satış qiymətini qaimələrdə qeyd edir. Mahirin hesabı barədə tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli aktlarda olan əksik gəlmələr firmanın məhsulları aldığı qiymətlərlə hesablanmışdır. Satıcılar mağazada məhsul azaldıqda müvafiq olaraq firmanın anbarına sifariş verir, məhsullar onlar üçün yığılıb hazırlanır və tərəfindən anbardar kimi qaimə tərtib edilir. Bir qayda olaraq, mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələri mağazalarda satıcılara qaimə əsasında təhvil vermişdir. Satıcılar qaiməni imzalamış, sifariş etdikləri mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələrini təhvil alıb bu barədə firmanın “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda həmin məhsulları təhvil aldıqlarını özləri şəxsən təsdiq edirlər. Danışıq kartları (konturlar) barədə isə qaimə tərtib etməmiş, satıcılar danışıq kartlarını ondan təhvil aldıqdan sonra bu barədə “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda sifariş etdikləri danışıq kartlarını (konturları) təhvil almalarını şəxsən təsdiq etmişlər. Bundan sonra məhsullar satıcının hesabına keçirilir. Mahir də məshulları satıcı kimi firmanın anbardından qeyd olunan qaydada ondan təhvil almışdır. Mahir "xxxx" firmasının ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulların mağazada satışını həyata keçirmişdir. Satıcılara təhvil verilən danışıq kartları (konturlar) barədə nə üçün qaimələr tərtib edilməməsi barədə heç bir məlumatı yoxdur. “Akinsoft” satış proqramında satıcı özünə aid olan şəxsi hesabda sifariş etdiyi danışıq kartlarını (konturları) təhvil almasını şəxsən təsdiq edir. "xxxx" firmasında hər bir satıcı üçün “Akinsoft” satış proqramında şəxsi hesab vardır. Həmin hesaba giriş üçün şifrə satıcının özü tərəfindən şəxsən müəyyən edilir, giriş yalnız onun özündə olur. Proqram təminatında satıcıların hesabındakı məhsulları, satıcıların həyata keçirdikləri əməliyyatların hamısını firmanın vəzifəli şəxsləri görə bilir və nəzarət edir, lakin heç bir dəyişiklik edə bilmirlər. Proqram təminatına satıcının özündən başqa kənar şəxsin ona müdaxilə etməsi mümkün deyil. Çünki, satıcının şəxsi hesabında onun xəbəri olmadan hər hansı əməliyyat icra olunarsa, bu barədə onun dərhal məlumatı olur, proqramda həyata keçirilən bütün əməliyyatlar qeyd edilir. Hər bir yoxlama mağazada satıcının “Akinsoft” satış proqramındakı hesabından olan çıxarışlara əsasən aparılır. Yəni, hər hansı şəxsin Mahirin hesabına müdaxilə edərək onun məlumatı olmadan məhsulların təhvil alınmasını təsdiq etmək, adından hər hansı əməliyyat icra etmək imkanı olmamışdır. Mahir mağazada satıcı olmuş, mağazanın fəaliyyətini təmin etmiş, buna görə də, satış üçün lazım olan məhsulları anbardan götürmək səlahiyyətinə malik idi. Mahirin əmək funskiyası "xxxx" firmasında mağazada satıcı işləmək və satıcı kimi mağazanın fəaliyyətini təmin etmək idi. Mahirin vəzifəsi isə mağazanın satıcısı olmaqla bərabər firmaya məxsus olan bütün əmlakın qorunması və onların satışa hazırlanması, firmanın əmlakını qoruyub saxlamaq və eyni zamanda mağazanın daxilində firmaya məxsus olan əmlaka görə məsuliyyət daşımaq idi. Mağazada olan bütün məhsullara görə cavabdeh şəxs Mahir idi. Mağazalarda satış olduqda satıcı müvafiq məhsulun satılması barədə “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda qeyd aparır. Hər bir mağazada kassa aparatı mövcuddur, satıcı eyni zamanda mağazanın kassasına həmin məbləği mədaxil edir. “Akinsoft” satış proqramında satıcı özünə aid şəxsi hesabda gündəlik olaraq mağazada satılmış məhsullar barədə hesabat tərtib edilir və həmin hesabat elektron şəkildə firmanın mühasibatlığına avtomatik qaydada göndərilir. Satıcılar hər gün, yaxud bir neçə gün sonra satışdan əldə olunmuş pulları nağd qaydada gətirərək firmanın ünvan 2 ünvanında yerləşən xəzinəsində ona təqdim edir, bu barədə o, kassa mədaxil kitabına pulun məbləğini və tarixi göstərməklə qeyd aparır. Bundan sonra kassaya ödənilmiş həmin məbləğ barədə qeydlərini Xalidəyə təqdim etmişdir. Xalidə də “Akinsoft” satış proqramında onun qeydləri əsasında satıcıdan daxil olan məbləği qəbul edir və satıcının şəxsi hesabındakı kassa qalığından həmin ödəniş məbləği silinir. Yəni, satıcı kassaya ödədiyi məbləği “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda da görür. Mahir də satıcı kimi qeyd olunan qaydada işləmişdir. "xxxx" firması arasında imzalanmış əmək müqaviləsinə əsasən, Mahir firmaya vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Əmək müqaviləsində göstərilmişdir ki, tərəflərdən biri digərinin əmlakına, maddi, istehsal və kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır. Tərəflər biri digərinə ziyan vurarsa, dəyən ziyanı könüllü şəkildə ödəməyi öhdəsinə götürür. Mahir mağazada tək işləmişdir. Orada ikinci bir şəxs olmamışdır. Mahirin firmaya məxsus pulları mənimsəməsini görən şəxs və ya şəxslərin barəsində heç bir məlumatı yoxdur. Mahirin işlədiyi mağazada aparılmış 07 yanvar 2022ci il tarixli yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər, 08 avqust 2022-ci il tarixli yoxlama isə 25 yanvar 2021-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrləri əhatə etmişdir. 07 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixə kimi Mahir satıcı kimi mağazadakı işinə gəlməmiş, buna Zərərçəkmiş şəxs icazə verməmişdir. Firmanın xəzinəsinin və anbarının fəaliyyətini bütövlükdə o, həyata keçirir, yəni firmada həm anbardar, həm də xəzinədardır. Anbardan bütün məhsulları satıcılara yalnız o, təhvil verir, satıcıların xəzinəyə etdikləri ödənişləri də yalnız o qəbul edir. Firmada ondan başqa anbardar və xəzinadar yoxdur. 08 avqust 2022-ci il tarixli və 07 yanvar 2022-ci il tarixli yoxlama aktlarında göstərilmiş "xxxx" firmasına məxsus olan Mahirin hesabında yaranmış 24.708 manatlıq çatışmazlığa aid olan bütün məhsulları o, şəxsən Mahirə təhvil vermiş, Mahir həmin məhsulları şirkətin anbarından şəxsən təhvil almışdır. Lakin, Mahir həmin məhsulları satmış, pulunu xəzinəyə ödəməmiş və özünə götürmüşdür. "xxxx" firmasında mağazada işləyən satıcılar anbardan məhsulları təhvil aldıqda “Akinsoft” proqram təminatında məhsulları təhvil aldıqlarını təsdiq edirlər. Bundan sonra məhsullar onların hesabına keçir. Proqram təminatında gündəlik olaraq mağazada həyata keçirilmiş satış barədə, yəni satılmış məhsullar barədə gün sonunda hesabat tərtib olunur və elektron qaydada avtomatik mühasibatlığa göndərilir. Bundan əlavə, ildə bir dəfədən az olmayaraq hər bir mağazada vaxtaşırı yoxlama aparılır. Məsələn, Mahir gündəlik olaraq 02 ədəd mobil telefon və 10 ədəd beş manatlıq danışıq kartı satdığı halda, həmin proqram təminatında 01 ədəd mobil telefon və 03 ədəd beş manatlıq danışıq kartı satdığını qeyd etmişdir. Geri qalan 01 ədəd mobil telefon və 07 ədəd beş manatlıq danışıq kartının pulunu isə mənimsəmişdir. Firmanın bütün mağazalarında kompüterlərdə proqram təminatı vardır, həmin proqramda satıcılar tərəfindən həyata keçirilmiş alğı-satqı, mağazalara anbardan olan daxilolmaların hamısı, bir sözlə, bütün əməliyyatlar kim tərəfindən aparılması göstərilməklə qeydə alınır. Ona təqdim edilmiş 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli yoxlama aktı, 08 avqust 2022-ci il imtina aktı ilə tam tanış olmuşdur. Həmin aktlardakı “Şahid2” yazısının qarşısındakı imzalar ona məxsudur və tərəfindən şəxsən icra edilmişdir. 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli yoxlama ilə əlaqədar tərtib edilmiş bütün sənədlərə özü şəxsən imza etmişdir. Mahir ifadəsində tamamilə yalan göstərmişdir. Mahirlə aralarında firmanın xəzinəsinə edilmiş ödənişlərin gec qeyd olunmasına görə heç bir sözlü mübahisə və münaqişə olmamışdır. O, heç bir zaman Mahiri təhqir etməmişdir. Belə bir hal yoxdur. Yoxlamalardan əvvəl o, bir neçə dəfə Mahirin anbardan götürdüyü məhsula nisbətdə xəzinəyə az ödəniş etdiyini görmüş və bunun səbəbini Mahirdən soruşmuşdur. Mahir də ona satışların yaxşı olmadığını deyib aqressiv qaydada cavab qaytarmışdır. Xəzinəyə edilmiş bütün kassa ödənişləri barədə “Akinsoft” proqram təminatında qeydiyyat aparılır, Mahir özü bunu görmüşdür. 07 yanvar 2022-ci il tarixdə "xxxx" firmasının Mahirin satıcı işlədiyi “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən mağazasında 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər olan dövrü əhatə edən yoxlama həyata keçirilmişdir. Yoxlamadan əvvəl Mahir yoxlama komissiyasına izahat yazaraq hesabında olan bütün məhsulların mağazanın daxilində yerləşdiyini, kənar heç bir şəxsdən alacağının olmadığını göstərmişdir. Bundan sonra yoxlama aparılmasına başlanmış və yoxlama nəticəsində müəyyən edilmişdir ki, Mahir 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər "xxxx" firmasının anbarından şəxsən təhvil aldığı 4.236,98 manat dəyərində 4.355 ədəd bir manatlıq, 5.882,15 manat dəyərində 3.023 ədəd iki manatlıq, 8.618,63 manat dəyərində 2.953 ədəd üç manatlıq, 1.906,84 manat dəyərində 392 ədəd beş manatlıq, 710,20 manat dəyərində 73 ədəd on manatlıq və 97,29 manat dəyərində 01 ədəd yüz manatlıq, cəmi 21.452,09 manat dəyərində danışıq kartını; 105 manat dəyərində 50 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən SİM nömrələri; 321 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ NOTE 8 4/64 markalı, 379 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10 4/64 markalı, 281 manat dəyərində 01 ədəd SAMSUNG A 125 markalı, 114 manat dəyərində 01 ədəd NOKİA 230 markalı, 152 manat dəyərində 04 ədəd NOKİA 106 DS markalı və 152 manat dəyərində 04 ədəd NOKİA 105 DUAS markalı, cəmi 1.399 manat dəyərində mobil telefonları; 2,20 manat dəyərində 01 ədəd USB REMAX, 2,40 manat dəyərində 03 ədəd USB POWER BANK, 2,20 manat dəyərində 01 ədəd USB CASİM, 40,60 manat dəyərində 58 ədəd SUSE PLYONKA 3D, 50 manat dəyərində 50 ədəd SUSE PLYONKA, 25,20 manat dəyərində 09 ədəd SİLİKON BEZEKLİ RENG, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 6 manat dəyərində 04 ədəd NAUSNİK L 29, 3 manat dəyərində 01 ədəd NAUSNİK ELMCORL, 2,20 manat dəyərində 01 ədəd FLASH PEREXOD 07G, 10 manat dəyərində 02 ədəd BATAREYKA ORG, 2 manat dəyərində 01 ədəd BATAREKA COPY, 5 manat dəyərində 02 ədəd BASLİQ MASİN SAVET, 4,50 manat dəyərində 01 ədəd BASLİQ İ PHONE ORG, 44,20 manat dəyərində 26 ədəd ADAPTOR UCUZ, 7 manat dəyərində 01 ədəd ADAPTOR SAMSUNG ORG, 15,60 manat dəyərində 06 ədəd ADAPTOR SAM+Mİ və 30 manat dəyərində 10 ədəd ADAPTOR MASİN adlanan, cəmi 292,10 manat dəyərində mobil telefon aksessuarlarını; ümumilikdə, 23.248,19 manat dəyərində məhsulları faktiki olaraq satmış, lakin həmin məhsulların satışı barədə “Akinsoft” satış proqramında özünə məxsus şəxsi hesabda heç bir qeydiyyat aparmamış, məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə ödəməmişdir. 07 yanvar 2022-ci il tarixdə yoxlama aparılan zaman Mahirin kassasında cəmi 1.952,19 manat pul olduğu müəyyən edimişdir. Kassada olan 1.952,19 manat 23.248,19 manatdan çıxılmış və yekun olaraq Mahirin hesabında 21.296 manat çatışmazlığın olması müəyyən edilmişdir. Yoxlama komissiyası tərəfindən Mahirdən həmin məhsulların və satışdan əldə edilmiş pulların harada olması barədə izahat verməsi tələb olunmuşdur. Mahir hesabında yaranmış 21.296 manat çatışmazlığa görə günahkarın özü olduğunu və həmin pulu on beş günə firmaya ödəyəcəyini izahatında göstərmiş, yoxlama aktı və tərtib edilmiş digər sənədlərlə tanış olaraq onlara şəxsən imza etmişdir. Yəni, Mahir 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər 21.296 manat dəyərində "xxxx" firmasına məxsus olan məhsulları satmış, həmin məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə təhvil verməyərək özünə götürmüş, yəni mənimsəmişdir. 08 avqust 2022-ci il tarixdə "xxxx" firmasının Mahirin satıcı işlədiyi “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən mağazasında yenidən 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrü əhatə edən yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, Mahir 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər "xxxx" firmasının anbarından şəxsən təhvil aldığı 442,96 manat dəyərində 452 ədəd bir manatlıq, 228,52 manat dəyərində 116 ədəd iki manatlıq, 309,75 manat dəyərində 105 ədəd üç manatlıq, 518,34 manat dəyərində 106 ədəd beş manatlıq, 29,40 manat dəyərində 03 ədəd on manatlıq və 98,12 manat dəyərində 04 ədəd iyirmi beş manatlıq, cəmi 1.627,09 manat dəyərində danışıq kartlarını; 6,60 manat dəyərində 03 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən E-SİM nömrələri; 66 manat dəyərində 01 ədəd NOKİA 150 markalı, 38 manat dəyərində 01 ədəd NOKİA 106 DS markalı, 245 manat dəyərində 01 ədəd SAMSUNG A 025 markalı, 456 manat dəyərində 01 ədəd SAMSUNG A 225 4/128 markalı, 45 manat dəyərində 01 ədəd NOKİA DUAS 105 markalı, 339 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10C 4/128 markalı, 197 manat dəyərində 01 ədəd SAMSUNG A032 2/32 markalı, 238 manat dəyərində 01 ədəd SAMSUNG A035 3/32 markalı və 495 manat dəyərində 01 ədəd SAMSUNG A325 4/128 markalı, cəmi 2119 manat dəyərində mobil telefonları; 6 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 7 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 3.60 manat dəyərində 02 ədəd ADAPTOR UCUZ, 20.90 manat dəyərində 19 ədəd USB SAMSUNG UCUZ, 10 manat dəyərində 01 ədəd FLASHKART 32GB, 3.50 manat dəyərində 01 ədəd USB PARCA 3/1, 7.50 manat dəyərində 03 ədəd USB SAMSUNG D880, 1.20 manat dəyərində 01 ədəd NAUSNİK L 29, 72 manat dəyərində 02 ədəd AİRPODS COPY, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 8 manat dəyərində 08 ədəd USB KOHNE MODEL və 6 manat dəyərində 01 ədəd USB REMAX RC-102 adlanan, cəmi 185,90 manat dəyərində olan mobil telefon aksessuarlarını, ümumilikdə, 3.938,59 manat dəyərində məhsulları faktiki olaraq satmış, lakin həmin məhsulların satışı barədə “Akinsoft” satış proqramında özünə məxsus şəxsi hesabda heç bir qeydiyyat aparmamış, məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə ödəməmişdir. 08 avqust 2022-ci il tarixdə yoxlama aparılan zaman Mahirin kassasında cəmi 526 manat pul olduğu müəyyən edilmişdir. Kassada olan 526 manat 3.938,59 manatdan çıxılmış və yekun olaraq Mahirin hesabında 3.412,59 manat çatışmazlığın olması müəyyən edilmişdir. Yoxlama komissiyası tərəfindən Mahirdən həmin məhsulların və satışdan əldə edilmiş pulların harada olması barədə izahat verməsi tələb olunmuşdur. Lakin, Mahir 08 avqust 2022-ci il tarixli yoxlama komissiyasına heç bir izahat verməmiş, yoxlama aktı və tərtib edilmiş digər sənədlərlə tanış olmuş, lakin onlara imza etməkdən imtina etmişdir. Yoxlamanın sonunda kassada 12,59 manat dəyərində qəpik pulların olması müəyyən edilmiş və həmin pullar da Mahirin hesabındakı çatışmazlıqdan çıxılmışdır. Bununla da, yekun olaraq 08 avqust 2022-ci il tarixli yoxlama zamanı Mahirin hesabındakı çatışmazlıq 3.400 manat təşkil etmişdir. Yəni, Mahir 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər 3.412 manat dəyərində "xxxx" firmasına məxsus olan məhsulları satmış, həmin məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsinə təhvil verməyərək özünə götürmüş, yəni mənimsəmişdir. O, "xxxx" firmasında anbardar və xəzinədardır, firmada ondan başqa anbardar və xəzinədar yoxdur. 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər 4.236,98 manat dəyərində 4.355 ədəd bir manatlıq, 5.882,15 manat dəyərində 3.023 ədəd iki manatlıq, 8.618,63 manat dəyərində 2.953 ədəd üç manatlıq, 1.906,84 manat dəyərində 392 ədəd beş manatlıq, 710,20 manat dəyərində 73 ədəd on manatlıq və 97,29 manat dəyərində 01 ədəd yüz manatlıq, cəmi 21.452,09 manat dəyərində danışıq kartını; 105 manat dəyərində 50 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən SİM nömrələri; 321 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ NOTE 8 4/64 markalı, 379 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10 4/64 markalı, 281 manat dəyərində 01 ədəd SAMSUNG A 125 markalı, 114 manat dəyərində 01 ədəd NOKİA 230 markalı, 152 manat dəyərində 04 ədəd NOKİA 106 DS markalı və 152 manat dəyərində 04 ədəd NOKİA 105 DUAS markalı, cəmi 1.399 manat dəyərində mobil telefonları; 2,20 manat dəyərində 01 ədəd USB REMAX, 2,40 manat dəyərində 03 ədəd USB POWER BANK, 2,20 manat dəyərində 01 ədəd USB CASİM, 40,60 manat dəyərində 58 ədəd SUSE PLYONKA 3D, 50 manat dəyərində 50 ədəd SUSE PLYONKA, 25,20 manat dəyərində 09 ədəd SİLİKON BEZEKLİ RENG, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 6 manat dəyərində 04 ədəd NAUSNİK L 29, 3 manat dəyərində 01 ədəd NAUSNİK ELMCORL, 2,20 manat dəyərində 01 ədəd FLASH PEREXOD 07G, 10 manat dəyərində 02 ədəd BATAREYKA ORG, 2 manat dəyərində 01 ədəd BATAREKA COPY, 5 manat dəyərində 02 ədəd BASLİQ MASİN SAVET, 4,50 manat dəyərində 01 ədəd BASLİQ İ PHONE ORG, 44,20 manat dəyərində 26 ədəd ADAPTOR UCUZ, 7 manat dəyərində 01 ədəd ADAPTOR SAMSUNG ORG, 15,60 manat dəyərində 06 ədəd ADAPTOR SAM+Mİ və 30 manat dəyərində 10 ədəd ADAPTOR MASİN adlanan, cəmi 292,10 manat dəyərində mobil telefon aksessuarlarını; ümumilikdə, 23.248,19 manat dəyərində məhsulları şəxsən o, anbardan Mahirə təhvil vermişdir. Bundan başqa, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər 442,96 manat dəyərində 452 ədəd bir manatlıq, 228,52 manat dəyərində 116 ədəd iki manatlıq, 309,75 manat dəyərində 105 ədəd üç manatlıq, 518,34 manat dəyərində 106 ədəd beş manatlıq, 29,40 manat dəyərində 03 ədəd on manatlıq və 98,12 manat dəyərində 04 ədəd iyirmi beş manatlıq, cəmi 1.627,09 manat dəyərində danışıq kartlarını; 6,60 manat dəyərində 03 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən E-SİM nömrələri; 66 manat dəyərində 01 ədəd NOKİA 150 markalı, 38 manat dəyərində 01 ədəd NOKİA 106 DS markalı, 245 manat dəyərində 01 ədəd SAMSUNG A 025 markalı, 456 manat dəyərində 01 ədəd SAMSUNG A 225 4/128 markalı, 45 manat dəyərində 01 ədəd NOKİA DUAS 105 markalı, 339 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10C 4/128 markalı, 197 manat dəyərində 01 ədəd SAMSUNG A032 2/32 markalı, 238 manat dəyərində 01 ədəd SAMSUNG A035 3/32 markalı və 495 manat dəyərində 01 ədəd SAMSUNG A325 4/128 markalı, cəmi 2119 manat dəyərində mobil telefonları; 6 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 7 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 3.60 manat dəyərində 02 ədəd ADAPTOR UCUZ, 20.90 manat dəyərində 19 ədəd USB SAMSUNG UCUZ, 10 manat dəyərində 01 ədəd FLASHKART 32GB, 3.50 manat dəyərində 01 ədəd USB PARCA 3/1, 7.50 manat dəyərində 03 ədəd USB SAMSUNG D880, 1.20 manat dəyərində 01 ədəd NAUSNİK L 29, 72 manat dəyərində 02 ədəd AİRPODS COPY, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 8 manat dəyərində 08 ədəd USB KOHNE MODEL və 6 manat dəyərində 01 ədəd USB REMAX RC-102 adlanan, cəmi 185,90 manat dəyərində olan mobil telefon aksessuarlarını, ümumilikdə, 3.938,59 manat dəyərində məhsulları şəxsən o, anbardan Mahirə təhvil vermişdir. Həmin məhsulların hamısını Mahir ondan şəxsən təhvil almış, təhvil aldıqdan sonra “Akinsoft” satış proqramında özünə məxsus şəxsi hesabda həmin məhsulları anbardan təhvil almasını şəxsən təsdiq etmiş, bu barədə heç bir problem olmamışdır. Mahir qeyd olunan məhsulların satışından əldə edilmiş pulları firmanın xəzinəsində ona təhvil verməli idi. Lakin, Mahir həmin məhsulların satışından əldə etdiyi pulu firmanın xəzinəsinə, yəni ona ödəməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, "xxxx" firmasında işləyir. "xxxx" firması 1999-cu ildə Beyləqan rayonu sakini Zərərçəkmiş şəxs tərəfindən təsis edilmişdir. Zərərçəkmiş şəxs həm də "xxxx" firmasının direktorudur. "xxxx" firması təsis edildiyi vaxtdan hazırkı vaxtadək müxtəlif markalı mobil telefonların və mobil telefon aksesuarlarının, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinin və danışıq kartlarının, yəni konturların alğı-satqısı ilə məşğul olur. "xxxx" firması qeyd edilən məhsulları bütövlükdə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin xidmət təminatçıları olan müxtəlif şirkətlərdən alır. Həmin şirkətlərdən alınmış məhsullar "xxxx" firmasının ünvan 2 ünvanında yerləşən anbarına gətirilir və satış üçün anbardan mağazalardakı satıcılara verilir. "xxxx" firması da həmin ünvanda yerləşir. Beyləqan şəhərində hazırda "xxxx" firmasına məxsus iki mağaza fəaliyyət göstərir. Həmin mağazalarda məhsulların həm pərakəndə, həm də topdan satışı həyata keçirilir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələrinə xidmət göstərilir. O, Təqsirləndirilən şəxs "xxxx" firmasının “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazasında işləyən satıcı kimi tanımış, aralarında heç vaxt ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamışdır. Mahir "xxxx" firması ilə 2014-cü ildə əmək müqaviləsi bağlamış və həmin tarixdən 31 avqust 2022-ci il tarixədək mağazada satıcı işləmişdir. "xxxx" firmasında direktor Zərərçəkmiş şəxs göstərişi ilə bir qayda olaraq ildə bir dəfə və ya altı aydan bir bütün mağazalarda yoxlama-invertarizasiya aparılır. Həmin yoxlamalarda mühasibat qalığı ilə mağazalarda olan faktiki məhsullar yoxlanılır və uyğunlaşdırılır. Yoxlamalar firmanın direktoru Zərərçəkmiş şəxs əmri ilə yaradılmış "xxxx" firmasının əməkdaşlarından ibarət olan komissiya tərəfindən həyata keçirilir. 07 yanvar 2022-ci il tarixdə Mahirin satıcı işlədiyi mağazada yoxlama aparılmışdır. Həmin yoxlamanı həyata keçirən komissiyanın sədri firmanın baş mühasibi Şahid1, üzvləri isə o, firmanın direktor müavini Şahid2, satıcı Şahid6 idi. Yoxlamada Mahir də iştirak etmişdir. Yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi Mahirin mağazasına təhvil verilmiş məhsullar üzrə aparılmışdır. Yoxlamada 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi olan dövr üçün Mahirin hesabında ümumlikdə 21.296 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, Mahirin anbardan götürərək mağazaya apardığı 21.296 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının elektron satış proqramında satılmadığı göstərilmiş, məhsulların mağazada olmadığı və Mahir tərəfindən faktiki olaraq satıldığı aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş və Mahir özü də həmin aktı imzalamışdır. Mahir yoxlama komissiyasına təqdim etdiyi özünün yazdığı izahatda mağazada 21.296 manat dəyərində əksik gəlmə olmasını təsdiq edərək günahkarın özü olduğunu, həmin məbləği on beş günə geri ödəyəcəyini göstərmişdir. Mahir həmin əməli ilə 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə kimi "xxxx" firmasına məxsus olan ümumilikdə 21.296 manat dəyərində müxtəlif növ məhsulları satmış, bu barədə sistemdə heç bir qeyd aparmamış, əldə etdiyi həmin məbləği mənimsəmişdir. On beş gün ərzində Mahir həmin məbləği geri qaytara bilməmişdir. 2022-ci il yanvar ayında dəqiq xatırlamadığı tarixdə Mahir atası Rasimlə birlikdə firmanın direktoru Zərərçəkmiş şəxsla görüşmüşdür. Mahir və onun atası Rasimin birlikdə Zərərçəkmiş şəxs yanına gəldiyini və onunla görüşdüyünü bilir, ancaq konkret olaraq həmin görüşdə iştirak etməmişdir. Mahirin X11 Kərimovla görüşdükdən bir neçə gün sonra Zərərçəkmiş şəxs Mahirin satıcı kimi həmin işdə qalmasına razı olmuş, barəsində şikayət etməmiş və Mahirə hər ay götürdüyü pulu hissə-hissə qaytarmağa şərait yaratmışdır. Bundan sonra 25 yanvar 2022-ci il tarixdən Mahir “Beyləqan bazarı” adlanan yerin yaxınlığında yerləşən mağazada satıcı işinə davam etmişdir. 08 avqust 2022-ci il tarixdə Mahirin satıcı işlədiyi mağazada təkrar yoxlama aparılmışdır. Həmin yoxlamanı həyata keçirən komissiyanın sədri Elvin, üzvləri isə Müqdad, digər mağazalarda satıcı işləyən Şahid4 və Şahid5 idi. Mahir də həmin yoxlama komissiyasının üzvü idi və yoxlamada iştirak etmişdir. O, həmin yoxlamada iştirak etməmiş, çünki Zərərçəkmiş şəxs yaratdığı yoxlama komissiyasın üzvü olmamışdır. Yoxlama komissiyasının üzvü olsa da, Fikrət də həmin gün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi təlimdə işitrak etdiyi üçün yoxlamada iştirak edə bilməmişdir. Həmin yoxlama 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər mağazaya verilmiş məhsullar üzrə aparılmış və yenidən mağazada Mahirin hesabında ümumlikdə 3.412 manat əksik gəlmə olması aşkar edilmişdir. Yəni, 25 yanvar 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər Mahirin anbardan təhvil aldığı 3.412 manat dəyərində müxtəlif növ məhsulların "xxxx" firmasının elektron satış proqramında satılmadığı göstərilmiş, məhsulların faktiki mağazada olmadığı və Mahir tərəfindən satıldığını aşkar edilmişdir. Bu barədə akt tərtib edilmiş, Mahir həmin aktı və digər sənədləri imzalamaqdan imtina etmiş, yoxlamaya 3.412 manat dəyərində məhsulun harada olmasını izah etməmişdir. Bununla da, Mahir firmanın ümumilikdə 24.708 manat (3.412 manat + 21.296 manat) pulunu mənimsəmişdir. Mahir götürdüyü pulun bir hissəsini Zərərçəkmiş şəxs geri qaytarmışdır. Konkret olaraq Mahirin Zərərçəkmiş şəxs nə qədər pul qaytarması barədə heç bir məlumatı yoxdur. Müqdad Mahirin pul geri qaytarması barədə cədvəl tərtib etmişdir və bu barədə Müqdadın konkret məlumatı vardır. 08 avqust 2022-ci il tarixli yoxlama aktı ilə müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyi arasında qeyd edilən 12 manat fərqin nə üçün olması barədə heç bir məlumatı yoxdur. Yəqin ki, həmin məbləğ Mahirin hesabına ödənildiyi üçün arada 12 manat fərq yaranmışdır. Müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində Mahirin firmadan mənimsədiyi və firmaya geri qaytardığı məbləğlər ümumi olaraq hesablanmış, yekun olaraq onun firmaya həmin vaxt 17.400 manat borcu olduğu göstərilmişdir. Mahirin firmaya konkret olaraq nə qədər pul geri qaytardığı və faiz borcları barədə isə heç bir məlumatı yoxdur. Mahir Beyləqan şəhərində “Beyləqan bazarı” deyilən yerin yaxınlığında yerləşən "xxxx" firmasına məxsus olan mağazada tək işləmişdir. Həmin mağazada Mahirdən başqa işçi olmamışdır. Mahir "xxxx" firmasının anbarından mağazada satmaq üçün müxtəlif növ mobil telefonlar və mobil telefon aksesuarları, eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi mobil telefon nömrələri və danışıq kartları (konturlar) təhvil almışdır. Mahir həmin məhsulları mağazada satmış, lakin firmanın satış proqramında həmin məhuslların satılmasını qeyd etməmişdir. Bu yolla Mahir firmanın ona etibar edilmiş əmlakını satmış və pulu özünə götürmüşdür. Mağazada yalnız mobil telefon nömrələrinin və danışıq kartlarının, mobil telefonların və mobil telefon aksesuarlarının satışı həyata keçirilir. Mobil telefon nömrələrinin və danışıq kartlarının satış qiyməti firma tərəfindən deyil, şirkətlərlə bağlanan müqavilə əsasında müəyyən edilir. Mobil telefonların və mobil telefon aksesuarlarının satış qiymətlərini isə Elvin müəyyən edir və məhsulların satış qiymətini qaimələrdə qeyd edir. Mahirin hesabı barədə tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli və 08 avqust 2022-ci il tarixli aktlarda olan əksik gəlmələr firmanın məhsulları aldığı qiymətlərlə hesablanmışdır. Satıcılar mağazada məhsul azaldıqda müvafiq olaraq firmanın anbarına sifariş verir, məhsullar onun üçün yığılıb hazırlanır və Elvin tərəfindən anbardar kimi qaimə tərtib edilir. Bir qayda olaraq mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələri mağazalarda satıcılara qaimə əsasında təhvil vermişdir. Satıcılar qaiməni imzalamış, sifariş etdikləri mobil telefonlar, mobil telefon aksessuarları və mobil telefon nömrələrini təhvil alıb bu barədə firmanın “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda məhsulları təhvil aldıqlarını şəxsən təsdiq edirlər. Danışıq kartları (konturlar) barədə isə qaimə tərtib edilməmiş, satıcılar danışıq kartlarını təhvil aldıqdan sonra bu barədə “Akinsoft” satış proqramında özlərinə aid olan şəxsi hesabda sifariş etdikləri danışıq kartlarını (konturları) təhvil almalarını şəxsən təsdiq etmişlər. Bundan sonra məhsullar satıcının hesabına keçirilir. Mahir də məshulları satıcı kimi firmanın anbardından qeyd edilən qaydada təhvil almışdır. Mahir "xxxx" firmasının ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulların mağazada satışını həyata keçirmişdir. Satıcılara təhvil verilən danışıq kartları (konturlar) barədə nə üçün qaimələr tərtib edilməməsi barədə heç bir məlumatı yoxdur. “Akinsoft” satış proqramında satıcı özünə aid olan şəxsi hesabda sifariş etdiyi danışıq kartlarını (konturları) təhvil almasını şəxsən təsdiq edir. "xxxx" firmasında hər bir satıcı üçün “Akinsoft” satış proqramında şəxsi hesab vardır. Həmin hesaba giriş üçün şifrə satıcının özü tərəfindən şəxsən müəyyən edilir, giriş yalnız onun özündə olur. Proqram təminatında satıcıların hesabındakı məhsulları, satıcıların həyata keçirdikləri əməliyyatların hamısını firmanın vəzifəli şəxsləri görə bilir və nəzarət edirlər, lakin heç bir dəyişiklik edə bilmir. Proqram təminatına satıcının özündən başqa kənar şəxsin ona müdaxilə etməsi mümkün deyil. Çünki, satıcının şəxsi hesabında onun xəbəri olmadan hər hansı əməliyyat icra olunarsa, bu barədə onun özünün dərhal məlumatı olur, proqramda həyata keçirilən bütün əməliyyatlar qeyd edilir. Hər bir yoxlama mağazada satıcının “Akinsoft” satış proqramındakı hesabından olan çıxarışlara əsasən aparılır. Yəni, hər hansı şəxsin Mahirin hesabına müdaxilə edərək onun məlumatı olmadan məhsulların təhvil alınmasını təsdiq etmək, onun adından hər hansı əməliyyat icra etmək imkanı olmamışdır. Mahir mağazada satıcı olmuş, mağazanın fəaliyyətini təmin etmişdir, buna görə də satış üçün lazım olan məhsulları anbardan götürmək səlahiyyətinə malik idi. Mahirin əmək funskiyası "xxxx" firmasında mağazada satıcı işləmək və satıcı kimi mağazanın fəaliyyətini təmin etmək idi. Mahirin vəzifəsi isə mağazanın satıcısı olmaqla bərabər firmaya məxsus olan bütün əmlakın qorunması və onların satışa hazırlanması, firmanın əmlakını qoruyub saxlamaq və eyni zamanda mağazanın daxilində firmaya məxsus olan əmlaka görə məsuliyyət daşımaq idi. Mağazada olan bütün məhsullara görə cavabdeh şəxs Mahir idi. Mağazalarda satış olduqda satıcı müvafiq məhsulun satılması barədə “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda qeyd aparır. Hər bir mağazada kassa aparatı mövcuddur, satıcı eyni zamanda mağazanın kassasına həmin məbləği mədaxil edir. “Akinsoft” satış proqramında satıcının özünə aid şəxsi hesabda gündəlik olaraq mağazada satılmış məhsullar barədə hesabat tərtib edilir və həmin hesabat elektron qaydada firmanın mühasibatlığına avtomatik olaraq göndərilir. Satıcılar hər gün, yaxud bir neçə gün sonra satışdan əldə olunmuş pulları nağd qaydada gətirərək firmanın ünvan 2 ünvanında yerləşən xəzinəsinə təqdim edir, bu barədə xəzinədar Elvin kassa mədaxil kitabında pulun məbləğini və tarixi göstərməklə qeydiyyat aparır. Bundan sonra kassaya ödənilmiş həmin məbləğ barədə Elvin ona məlumat verir. Bundan əlavə, satıcı həm də “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda kassa ödənişi etməsi barədə qeydiyyat aparır. Bundan sonra o da “Akinsoft” satış proqramında Elvinin məlumatı əsasında satıcıdan daxil olan kassa ödənişi barədə qeyd məbləğini qəbul edir, kassaya ödənilmiş həmin məbləğ “Akinsoft” satış proqramında satıcının şəxsi hesabındakı kassa qalığından silinir. Yəni, satıcı ödədiyi məbləği “Akinsoft” satış proqramında özünə aid şəxsi hesabda da görür. Bütün ödənişlər sistemdə təsdiq olunur, kassa ödənişi təsdiq olunmadıqda bunu satıcı görür, buna görə də kassa ödənişləri ilə bağlı hər hansı problemin olması mümkün deyil. Mahir də satıcı kimi qeyd olunan qaydada işləmiş, kassa ödənişləri barədə Mahir heç bir zaman ona narazılığını bildirməmişdir. O, "xxxx" firmasında mühasib olmaqla, əsasən, firmada həm anbara, həm də xəzinəyə nəzarət edən direktor müavini Elvin tərəfindən ona təqdim edilmiş məlumatlar əsasında firmanın “Akinsoft” satış proqramında anbardan satıcılara təhvil verilməli olan məhsulları sistəmə işləyib təsdiq etməsi üçün satıcıya göndərir və satıcılardan kassa ödənişləri barədə daxil olmuş qeydləri təsdiq edir. "xxxx" firması arasında imzalanmış əmək müqaviləsinə əsasən, firmaya vurduğu ziyana görə Mahir maddi məsuliyyət daşıyır. Əmək müqaviləsində göstərilmişdir ki, tərəflərdən biri digərinin əmlakına, maddi, istehsal və kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi məsuliyyət daşıyır. Tərəflər biri digərinə ziyan vurarsa, dəyən ziyanı könüllü şəkildə ödəməyi öhdəsinə götürür. "xxxx" firmasında mağazada işləyən satıcılar anbardan məhsulları təhvil aldıqda “Akinsoft” proqram təminatında məhsulları təhvil aldıqlarını təsdiq edirlər. Bundan sonra məhsullar onların hesabına keçir. Proqram təminatında gündəlik olaraq mağazada həyata keçirilmiş satış barədə, yəni satılmış məhsullar barədə gün sonunda hesabat tərtib olunur və elektron qaydada avtomatik mühasibatlığa göndərilir. Bundan əlavə, ildə bir dəfədən az olmayaraq hər bir mağazada vaxtaşırı yoxlama aparılır. Firmanın bütün mağazalarında kompüterlərdə “Akinsoft” proqram təminatı vardır, həmin proqramda satıcılar tərəfindən həyata keçirilmiş alğı-satqı, mağazalara anbardan olan daxilolmaların hamısı, kassa ödənişləri, bir sözlə, həyata keçirilmiş bütün əməliyyatlar kim tərəfindən aparıldığı göstərilməklə qeydə alınır. Mahirin fəaliyyətinə nəzarət həmin qaydada aparılmışdır. Direktor müavini Elvin firmanın xəzinəsinə və anbarına tam nəzarəti edir, Elvin həm də anbardardır. Bundan başqa, firmada mağazalarda aparılan bütün satışlara da ümumi olaraq Elvin nəzarət edir. Həmin işləri Elvinə direktor Zərərçəkmiş şəxs tapşırmış və ona səlahiyyətlər vermişdir. Yəni, anbardan bütün məhsulları satıcılara yalnız Elvin təhvil verir, satıcıların xəzinəyə etdikləri ödənişləri də yalnız Elvin qəbul edir. Firmada Elvindən başqa anbardar və xəzinədar yoxdur. Mahir mağazada tək işləmiş, orada ikinci bir şəxs olmamışdır. Mahirin firmaya məxsus pulları mənimsəməsini görən şəxs və ya şəxslərin barəsində heç bir məlumatı yoxdur. Mahirin işlədiyi mağazada 07 yanvar 2022-ci il tarixli yoxlama 01 yanvar 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə qədər, 08 avqust 2022-ci il tarixli yoxlama isə 25 yanvar 2021-ci il tarixdən 08 avqust 2022-ci il tarixə qədər olan dövrləri əhatə etmişdir. 07 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixə kimi Mahir satıcı kimi mağazadakı işinə gəlməmiş, buna Zərərçəkmiş şəxs icazə verməmişdir. Ona təqdim edilmiş 07 yanvar 2022-ci il tarixli yoxlama aktı ilə tam tanış olmuşdur. Həmin aktdakı “Şahid3” yazısının qarşısındakı imza ona məxsudur və tərəfindən şəxsən icra edilmişdir. 07 yanvar 2022-ci il tarixli yoxlama ilə əlaqədar tərtib edilmiş bütün sənədlərə özü şəxsən imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 və Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadələr verdilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş 17 mart 2023-cü il tarixli, **********568300 nömrəli məktubdan görünür ki, uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs (FİN kodu: xxxxxxx) 16 may 2013-cü il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi (VÖEN: **********) müəyyən edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən "xxxx" firması (VÖEN: **********) ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Məktuba əlavə edilmiş cədvəllərdə qeyd edilən məlumatlara əsasən, Təqsirləndirilən şəxs ilə "xxxx" firmasının icraçı direktoru Zərərçəkmiş şəxs arasında bağlanmış və başlama tarixi 07 yanvar 2013-cü il qeyd edilmiş əmək müqaviləsinin bağlanması barədə bildiriş 13 avqust 2014-cü il tarixdə, həmin müqavilənin ləğv edilməsi barədə bildiriş isə 31 avqust 2022-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən daxil olmuş 12 aprel 2023-cü il tarixli, 3-17-5/2- 12622/2023 nömrəli məktuba əsasən, "xxxx" firması ilə Təqsirləndirilən şəxs arasında bağlanmış və başlanğıc tarixi sistemdə 07 yanvar 2013-cü il qeyd edilmiş əmək müqaviləsinə 31 avqust 2022ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmiş və bu barədə bildiriş həmin tarixdə “Əmək və məşğulluq” altsisteminə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş “Sənədlərin baxışının aparılması haqqında” 31 may 2023-cü il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş "xxxx" firmasının iki ədəd əmrlər kitabının baxışı aparılmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" firmasının birinci əmrlər kitabı A4 kağız formatı ölçüsündə olan 34 vərəqdən ibarət olmaqla qaytanlanmış, möhürlənmiş və 68 səhifədə səhifələnmişdir. Həmin kitabın 33-cü səhifəsində Təqsirləndirilən şəxs "xxxx" firmasında satıcı vəzifəsinə işə qəbul edilməsi barədə 01 aprel 2014-cü il tarixli, 08 nömrəli əmr qeydə alınmışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" firmasının ikinci əmrlər kitabı A4 kağız formatı ölçüsündə olan 109 vərəqdən ibarət olmaqla 218 səhifədə səhifələnmişdir. Həmin kitabın 40-cı səhifəsində firmanın iki nömrəli mağazasında yoxlama aparılması və yoxlama komissiyasının yaradılması barədə 07 yanvar 2022-ci il tarixli, 223 nömrəli əmr; 52 və 53-cü səhifələrində iyirmi gün müddətində firmaya məxsus bütün maddi dəyərlilərin və pul vəsaitlərinin yoxlanması və yoxlama komissiyasının yaradılması barədə 06 avqust 2022-ci il tarixli, 293 nömrəli əmr; 54 və 55-ci səhifələrində Təqsirləndirilən şəxs işdən azad olunması barədə 31 avqust 2022-ci il tarixli, 304 nömrəli əmr qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli, **********089900 nömrəli çıxarışından görünür ki, "xxxx" firması 20 aprel 1999-cu ildə qeydiyyata alınmış və ********** nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. "xxxx" firmasının hüquqi ünvanı AZ1200, ünvan 5 təmsilçisi Zərərçəkmiş şəxsdur, firmanın nizamnamə kapitalının miqdarı 20.00 manat həcmindədir və təsisçi Zərərçəkmiş şəxs nizamnamə kapitalında 100% paya sahibdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinin surətindən və 13 avqust 2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" firmasında satıcı (mağaza) vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli yoxlama aktı və həmin yoxlama ilə əlaqədar tərtib edilmiş anbar qalıq raportlarından görünür ki, 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satıcı işlədiyi firmanın iki nömrəli mağazasında mühasibatlıqda qeyd olunmuş mal qalığı ilə mağazada olan faktiki malların uçota alınması zamanı 4.236,98 manat dəyərində 4.355 ədəd bir manatlıq, 5.882,15 manat dəyərində 3.023 ədəd iki manatlıq, 8.618,63 manat dəyərində 2.953 ədəd üç manatlıq, 1.906,84 manat dəyərində 392 ədəd beş manatlıq, 710,20 manat dəyərində 73 ədəd on manatlıq və 97,29 manat dəyərində 01 ədəd yüz manatlıq, cəmi 21.452,09 manat dəyərində danışıq kartı; 105 manat dəyərində 50 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən SİM nömrələr; 321 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ NOTE 8 4/64 markalı, 379 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10 4/64 markalı, 281 manat dəyərində 01 ədəd SAMSUNG A 125 markalı, 114 manat dəyərində 01 ədəd NOKİA 230 markalı, 152 manat dəyərində 04 ədəd NOKİA 106 DS markalı və 152 manat dəyərində 04 ədəd NOKİA 105 DUAS markalı, cəmi 1399 manat dəyərində mobil telefonlar; 2,20 manat dəyərində 01 ədəd USB REMAX, 2,40 manat dəyərində 03 ədəd USB POWER BANK, 2,20 manat dəyərində 01 ədəd USB CASİM, 40,60 manat dəyərində 58 ədəd SUSE PLYONKA 3D, 50 manat dəyərində 50 ədəd SUSE PLYONKA, 25,20 manat dəyərində 09 ədəd SİLİKON BEZEKLİ RENG, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 6 manat dəyərində 04 ədəd NAUSNİK L 29, 3 manat dəyərində 01 ədəd NAUSNİK ELMCORL, 2,20 manat dəyərində 01 ədəd FLASH PEREXOD 07G, 10 manat dəyərində 02 ədəd BATAREYKA ORG, 2 manat dəyərində 01 ədəd BATAREKA COPY, 5 manat dəyərində 02 ədəd BASLİQ MASİN SAVET, 4,50 manat dəyərində 01 ədəd BASLİQ İ PHONE ORG, 44,20 manat dəyərində 26 ədəd ADAPTOR UCUZ, 7 manat dəyərində 01 ədəd ADAPTOR SAMSUNG ORG, 15,60 manat dəyərində 06 ədəd ADAPTOR SAM+Mİ və 30 manat dəyərində 10 ədəd ADAPTOR MASİN adlanan, cəmi 292,10 manat dəyərində mobil telefon aksessuarları; ümumilikdə, 23.248,19 manat dəyərində məhsullar üzrə əksikgəlmə aşkar edilmiş və kassada 1.952 manat pul vəsaiti olmuş, beləliklə, yekun olaraq Təqsirləndirilən şəxs hesabında 21.296 manat çatışmazlıq aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən yoxlama komissiyasına verilmiş 07 yanvar 2022-ci il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs öhədliyində 21.296 manat əksik gəlmə aşkar edildiyini, həmin məbləğin öz günahına görə yarandığını və həmin məbləği on beş günə firmaya geri ödəyəcəyini, ödəməni gecikdirdiyi hər günə görə məbləğə 0.2 faiz əlavə edilməsinə etiraz etmədiyini göstərmişdir İş materiallarına əlavə edilmiş 08 avqust 2022-ci il tarixli yoxlama aktı və həmin yoxlama ilə əlaqədar tərtib edilmiş anbar qalıq raportlarından görünür ki, 08 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs satıcı işlədiyi firmanın iki nömrəli mağazasında yoxlama zamanı 442,96 manat dəyərində 452 ədəd bir manatlıq, 228,52 manat dəyərində 116 ədəd iki manatlıq, 309,75 manat dəyərində 105 ədəd üç manatlıq, 518,34 manat dəyərində 106 ədəd beş manatlıq, 29,40 manat dəyərində 03 ədəd on manatlıq və 98,12 manat dəyərində 04 ədəd iyirmi beş manatlıq, cəmi 1.627,09 manat dəyərində danışıq kartları; 6,60 manat dəyərində 03 ədəd "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən E-SİM nömrələr; 66 manat dəyərində 01 ədəd NOKİA 150 markalı, 38 manat dəyərində 01 ədəd NOKİA 106 DS markalı, 245 manat dəyərində 01 ədəd SAMSUNG A 025 markalı, 456 manat dəyərində 01 ədəd SAMSUNG A 225 4/128 markalı, 45 manat dəyərində 01 ədəd NOKİA DUAS 105 markalı, 339 manat dəyərində 01 ədəd XİAOMİ REDMİ 10C 4/128 markalı, 197 manat dəyərində 01 ədəd SAMSUNG A032 2/32 markalı, 238 manat dəyərində 01 ədəd SAMSUNG A035 3/32 markalı və 495 manat dəyərində 01 ədəd SAMSUNG A325 4/128 markalı, cəmi 2119 manat dəyərində mobil telefonlar; 6 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 7 manat dəyərində 01 ədəd FLASH KART 4 GB, 3.60 manat dəyərində 02 ədəd ADAPTOR UCUZ, 20.90 manat dəyərində 19 ədəd USB SAMSUNG UCUZ, 10 manat dəyərində 01 ədəd FLASHKART 32GB, 3.50 manat dəyərində 01 ədəd USB PARCA 3/1, 7.50 manat dəyərində 03 ədəd USB SAMSUNG D880, 1.20 manat dəyərində 01 ədəd NAUSNİK L 29, 72 manat dəyərində 02 ədəd AİRPODS COPY, 40 manat dəyərində 01 ədəd POWERBANK Mİ 20000, 8 manat dəyərində 08 ədəd USB KOHNE MODEL və 6 manat dəyərində 01 ədəd USB REMAX RC-102 adlanan, cəmi 185,90 manat dəyərində olan mobil telefon aksessuarları, ümumilikdə, 3.938,59 manat dəyərində məhsullar üzrə əksikgəlmə aşkar edilmiş və kassada 538,59 manat pul vəsaiti olmuş, beləliklə, yekun olaraq Təqsirləndirilən şəxs hesabında 3.400 manat çatışmazlıq aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin auditoru X8 tərəfindən verilmiş müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyinə əsasən, Beyləqan şəhərində fəaliyyətdə olan "xxxx" firmasının işçisi (satıcı) Təqsirləndirilən şəxs, 01 aprel 2014-cü ildən etibarən 08 saylı əmrlə müqavilə əsasında firmada satıcı vəzifəsində işə başlamışdır. "xxxx" firmasının rəhbərliyinin 223 saylı əmri ilə yaradılmış komissiya tərəfindən 07 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs hesabı yoxlanarkən 21.296 (iyirmi bir min iki yüz doxsan altı) manat məbləğində maddi əmlaklar (pul vəsaitləri) üzrə əskik gəlmə aşkar olunmuşdur. Rəhbərlik, öz işində işləməklə həmin əskikgəlməni hissə-hissə ödəmək üçün ona şərait yaratmış, yanvar 2022-ci il tarixdən iyul 2022-ci il tarixədək olan müddətdə əksik gəlmədən 7.296 manat firmaya ödənildiyindən qalıq borc məbləği azalaraq 14.000,00 manat (21.296 manat – 7296 manat) məbləğində qalmışdır. "xxxx" firmasının rəhbərliyinin 06 avqust 2022-ci il tarixli, 293 saylı əmri ilə yaradılmış komissiya tərəfindən 08 avqust 2022-ci il tarixdə Tahiri i Mahir Rasim oğlunun hesabı yenidən yoxlanarkən 07 yanvar 2022-ci il – 08 avqust 2022-ci il aralıq tarixlərində əlavə olaraq 3.400 (üç min dörd yüz) manat məbləğində maddi əmlaklar (pul vəsaitləri) üzrə əskik gəlmə aşkar olunmuşdur. Beləliklə, 09 avqust 2022-ci il tarixinə Təqsirləndirilən şəxs "xxxx" firmasına, maddi əmlaklar (pul vəsaitləri) üzrə əskik gəlmə hesabına 17.400,00 (on yeddi min dörd yüz) manat (14.000 + 3.400) məbləğində borcu yaranmışdır. "xxxx" firması, təsərrüfat-maliyyə fəaliyyətinin tənzimlənməsi məqsədilə dövri olaraq bank kreditindən istifadə etdiyindən və Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə imzaladığı izahatında gecikən hər günə görə 0.2 faiz civarında cərimə tətbiq edilməsinə etiraz etmədiyindən, yanvar 2022-ci il tarixdən iyul 2022-ci il tarixədək olan müddətdə əskik gəlmədən firmaya ödənilməmiş 14.000,00 manat məbləğində borc qalığına həmin cərimə faizi tətbiq edilməlidir. Yəni, o, 3.360 manat (14.000 x 0.2% x 30 günə x 4 ay) məbləğində əlavə faiz ödəməlidir. Nəticədə, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixə "xxxx" firmasına, maddi əmlaklar (pul vəsaitləri) üzrə əskik gəlmələr hesabına borcu 20.760,00 (iyirmi min yeddi yüz altmış) manat (17.400,00 + 3.360) təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibat ekspertizasının 25 may 2023-cü il tarixli, 9/1748 nömrəli rəyindən görünür ki, iş materiallarında olan anbar qalıq raportu, akt, müqavilələr və “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 14 oktyabr 2022-cü il tarixli müstəqil auditorun rəyini tədqiq edərək qeyd olunan məlumatların düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla "xxxx" firması Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq satıcısı işləmiş Təqsirləndirilən şəxs hesabı üzrə 09 avqust 2022-ci il tarixə 17.400,00 manat çatışmazlıq aşkar edilmişdir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. Ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, müstəqil auditorun 14 oktyabr 2022-ci il tarixli, DX05 nömrəli rəyində 0.2 faiz civarında cərimənin tətbiq edilməsi ilə hesablanmış 3.360 manat məbləğində əlavə faiz borcu hazırkı ekspertiza tədqiqatı ilə çatışmazlıq kimi qiymətləndirilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 23 iyun 2023-cü il tarixli, 4/1076 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 07 yanvar 2022-ci il tarixli aktın ikinci vərəqində “Təqsirləndirilən şəxs” yazısı önündəki imza və həmin aktın ikinci vərəqinin arxa tərəfində “İmzalar” hissəsində “5.”, “Təqsirləndirilən şəxs” yazıları arasında olan imza; 25 yanvar 2022-ci il tarixli anbar qalıq raportunun birinci-ikinci vərəqlərində və beşinci-altıncı-yeddinci vərəqlərində “5.”, “Təqsirləndirilən şəxs” yazıları arasında olan beş ədəd imzalar və həmin anbar qalıq raportunun yeddinci vərəqinin arxa tərəfində “Təqsirləndirilən şəxs” yazıları önündəki imza; Təqsirləndirilən şəxs adından olan 07 yanvar 2022-ci il tarixli izahatın mətni və “İmza M.Tahir” yazıları arasında olan imza; Təqsirləndirilən şəxs adından olan 07 yanvar 2022-ci il tarixli izahatın mətni, “İmza” yazısının qarşısındakı imza və izahatın sonunda “Aktın surətini aldım” yazıları qarşısındakı imza; Təqsirləndirilən şəxs adından olan 25 yanvar 2022-ci il tarixli izahatın mətni, “İmza: M.Tahir” yazıları arasında olan imza; Təqsirləndirilən şəxs adından olan ödənişlər barədə tərtib edilmiş cədvəldə “İmza” qrafasındakı on bir ədəd imzalar; "xxxx" firması ilə Təqsirləndirilən şəxs arasında olan 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinin kserosurətinin dördüncü vərəqində “İşçi” qrafalarında əks olunmuş imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş 04 mart 2023-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs "xxxx" firmasının əmlakını, yəni ona etibar edilmiş özgə əmlakını təkrar talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.12-ci , cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində cəzasını ağrlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyəti ilə yanaşı zərərçəkmiş şəxlərin əksəriyyətinə dəymiş ziyanı ödəməməsini və həmin zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını nəzərə alıb ona Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət əməlini törətməsinə görə, həmin maddələrin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədəmüvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə iş materiallarını tədqiqi edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 46.2-ci maddəsinə əsasən ona dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsi qanuni və əsaslıdır. Belə ki, CM-nin 46.2-ci maddəsinə görə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İş materiallarına əsasən, Təqsirləndirilən şəxsn 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Cəza təyini zamanı həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsinə əsasən ona 1 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) müddətin hər bir günü 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum etmə və 2(iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 225 (iki yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. İşdə mülki iddia, maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar