Məhkəmə qərarları › İş №1(020)-49/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-49/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-49/2025 27.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 16 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Şahid5 20 manat pulun qarşılığında aldığı təmiz çəkisi 0,840 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşımış, 15 aprel 2025-ci il tarixdə, saat 06:12-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbiri nəticəsində Beyləqan rayonu, SMD-42 qəsəbəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan tünd boz rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümün içərisindəki gümüşü rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı təmiz çəkisi 0,840 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır, ailəlidir, dörd azyaşlı övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin maddi tələbatını ödəmək üçün Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən “3 Qardaş” adlı kafedə ofisiant işləyir. Təxminən 1 ilə yaxındır psixotrop maddə olan metamfetamin istifadə etmiş, başqa hər hansı narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. Şahid5 rayon sakini kimi tanıyır. Təxminən 1 il bundan əvvəl Beyləqan şəhərində yerləşən “Murad inşaat” adlı tikinti materialları mağazasında birlikdə fəhlə işləmişlər. O, çox vaxt Zəkariyyəyə “Zəka” demişdir. Həmin vaxtlar Zəkariyyə bir neçə dəfə onun yanında olanda psixotrop maddə istifadə etmiş, ona da istifadə etməyi təklif edərək psixotrop maddə vermiş və o, da həmin psixotrop maddədən istifadə etmişdir. Həmin ərəfədə və sonrakı vaxtlarda da bir neçə dəfə Zəkariyyə ilə birlikdə psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Zəkariyyə ilk əvvəllər metamfetamini ona pulsuz, özü istifadə etdiyindən bir hissə vermişdir. Sonradan o, özüdə psixotrop maddə aludəçisi olmuşdur. Bundan sonra bir neçə dəfə Zəkariyyədən psixotrop maddə almaq istəmiş Zəkariyyə pul qarşılığında ona psixotrop maddə satmışdır. O, bir neçə dəfə Zəkariyyədən birdəfəlik istifadə etmək üçün 10, 15, 20 manata metamfetamin almışdır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, yenə də metamfetamin almaq üçün Zəkariyyəyə zəng etmişdir. Həmin gün Zəkariyyə ona üzərində metamfetamin olmadığını, növbəti gün ona metamfetamin verə biləcəyini bildirmişdir. xx.xx.2025ci il tarixdə səhər saatlarında Zəkariyyə ona zəng edərək üzərində metamfetamin olduğunu bildirmiş, almaq istəyib-istəmədiyini soruşmuş, o, almaq istədiyini bildirərək 20 manatlıq metamfetamin almaqla bağlı razılaşmışdır. Həmin gün saat 11 radələrində onlar Beyləqan şəhəri, X10 küçəsində yerləşən istirahət parkının qarşısından görüşmüşlər. O, Zəkariyyənin idarə etdiyi avtomobilə əyləşmişdir. Zəkariyyə ona bir ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş gümüşü rəngli kağız bükümdə metamfetamin vermiş və o, Zəkariyyəyə 20 pul vermişdir. Daha sonra avtomobildən düşüb işə getmişdir. Lakin həmin gün işləri çox olduğu üçün başı işlərə qarışmış, buna görə də metamfetamindən istifadə etməmişdir. Üzərində saxlamışdır ki, nə vaxt ürəyi istəsə istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 05:45 radələrində o, işə getmək üçün evdən çıxmışdır. İş saatının başlamasına təxminən yarım saat qaldığı üçün o, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən Real market adlı ərzaq mağazasına siqaret almaq üçün getmək qərarına gəlmiş, lakin ərzaq mağazasının qarşısına çatdıqda mağazanın bağlı olduğunu görmüş və geri qayıtmaq istəmişdir. Lakin həmin vaxt onun təbii ehtiyacı gəldiyini hiss etmiş. Həmin ətrafda ayaqyolu olmadığı üçün o, yaxınlıqda olan uçuq sökülü halda olan binalardan birinin kənarına təbii ehtiyacını ödəmək qərarına gəlmişdir. O, həmin binalardan birinin kənarına getmiş təbii ehtiyacını ödəyib qayıdarkən qarşıdan bir ədəd avtomobil gəldiyini görmüş, avtomobil ona yaxınlaşdıqdan sonra avtomobildən bir neçə nəfər mülki geyimli şəxs düşmüş, o, həmin şəxslərin polis əməkdaşları olduğunu hesab edərək qaçmaq istəmişdir. Lakin həmin şəxslər ona yaxınlaşıb onu saxlamış, onlardan bir nəfəri qolundan tutmuş, daha sonra isə ona tərpənməməsini bildirmişlər. Həmin şəxslərdən biri onları videoya çəkirmiş. Daha sonra bir nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin vaxt hava yağışlı olduğu üçün həmin şəxs kənarda olan sökülü halda olan binanın altına daxil olmalarını xahiş etmişdir. Onlar həmin yerə getdikdən sonra həmin şəxs ona özünü təqdim etmiş, onada özünü təqdim etməsini bildirmişdir. O, həmin şəxsə özünü təqdim etdikdən sonra həmin şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində narkotik vasitələr saxlamağı barədə məlumat daxil olduğunu və bununla bağlı saxlanıldığını bildirmişdir. Sonra ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmaması soruşmuş və o, olduğunu bildirmiş, bu zaman həmin maddəni təqdim etməsini bildirmişdir. O, əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Ondan həmin maddənin nə olduğu soruşulmuş və o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyi soruşulmuş və o, həmin maddəni Beyləqan rayon sakini “Zəka” adlı şəxsdən aldığını bildirmişdir. Sonra onun təqdim etdiyi büküm açılaraq baxış keçirilmimş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz maddə olması müəyyən olunmuş, həmin polis əməkdaşları tərəfindən gətirilmiş, sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1.29 qram olması məlum olmuş, daha sonra ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş predmet olubolmaması soruşulmuş, o, olmadığını bildimişdir. Bundan sonra polis əməkdaşı özü onun üzərinə baxış keçirtmiş və əynində olan gödəkçənin sağ yan cibində olan özünə məxsus “Redmi" markalı mobil telefonu götürmüş, ondan telefonun kimə məxsus olduğunu soruşmuş, o, telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin polis əməkdaşı telefonun iş üzrə baxış keçirilməsi üçün götürüldüyünü bildirmişdir. Bundan başqa onun həmin cibində olan bir ədəd alışqanı və bir ədəd “astma” xəstələri üçün olan sprey formalı dərmanını müəyyən edib götürmüşdür. O, həmin əşyaların özünə məxsus olduğunu, astma-bronxit xəstəsi olduğunu və təngənəfəs olarkən həmin dərmandan istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı həmin əşyaları onun özünə qaytarmış, üzərindən başqa hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş predmet aşkar olunmamışdır. Daha sonra onu üzərindən aşkar edilmiş bükümlə birlikdə Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Rayon Polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirən mülki geyimli polis əməkdaşı protokol tərtib etmiş, o, digər iştirakçılarla bərabər protokolu imzalamışdır. Sonra polis əməkdaşları onu Beyləqan rayon polis şöbəsinin inzibati binasında digər xidməti otağa aparmışlar. Polis geyimində olan bir nəfər şəxs ona özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rübail Hidayətli kimi təqdim etmişdir. Müstəntiq qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmiş. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı zərfə və “Redmi” markalı mobil telefona videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə onlara hüquq və vəzifələri elan edilmişdir, bundan sonra üzərindən aşkar edilmiş metamfetaminin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş, gümüşü rəngli kağız bükümün olduğu, həmin kağız bükümün bir qədər açıldığı üçün içərisində olan kütlənin bir hisəsinin zərfin içərisinə dağılmış formada olması müəyyən edilmişdir. Həmin bükümün içərisində olan maddəyə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. Müstəntiq aşkar edilmiş kütlənin nə olduğunu soruşmuş və o, metamfetamin olduğunu demişdir, ondan aşkar olunduğunu bildirmişdir. Müstəntiq həmin kütlənin haradan əldə etdiyini soruşmuş, o, həmin metamfetamini Beyləqan rayon sakini “Zəka” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul qarşılığında aldığını bildirmişdir. Sonra həmin büküm sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1,22 qram olması müəyyən olunmuşdur, daha sonra bükümün açılması nəticəsində kağız zərfin içərisinə dağılmış kütlə elektron tərəzinin üstündə olan bükümün üzərinə əlavə edilmiş və bükümün həmin kütlə ilə birlikdə çəkisinin 1,27 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş, özünə məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, müstəntiq mobil telefonun kimə məxsusolduğunu soruşduqda o, mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Müstəntiq araşdırma dövründə həmin mobil telefona baxış keçiriləcəyini və iş üçün əhəmiyyətli xüsusatlar aşkar olunarsa iş materiallarına əlavə olunacağını bildirmişdir, daha sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş iştirakçılar tərəfindən imzalanmışdır. Sonra müstəntiq polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilib-edilmədiyini soruşmuş, o, edilmədiyini bildirmişdir. Müstəntiq videoçəkilişin DVD diskə köçürülülərək protokola əlavə ediləcəyi bildirilmişdir. Bundan sonra istintaq hərəkəti barədə protokol tərtib edilmiş, o, iştirakçılarla bərabər həmin protokolu imzalamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı təyin edilmiş ekspertiza rəyinə əsasən üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış maddənin psixotrop maddə olan metamfetamin olması və təmiz çəkisinin 0,840 qram olması müəyyən olunmuşdur. Polis əməkdaşları ona yaxınlaşan zaman və onun üstünün yoxlanılması zamanı ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Beyləqan rayon sakini Zəkariyyə adlı şəxsdən 20 manat pul qarşılığında şəxsi istifadə məqsədi ilə almış və üzərimdə daşımışdır. O, özü isə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, lakin psixotrop maddə istifadəçisidir. O, çox vaxt Zəkariyyəyə Zəka dediyi üçün Beyləqan rayon Polis şöbəsinin əməkdaşları onu saxlayarkən o, üzərinizdən aşkar edilərək götürülmüş maddəni “Zəka” adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin onun üzərindən götürülmüş mobil telefon “Redmi” markalı olmuşdur. Telefonunun üzərində ***-***-**-** nömrəsi vardır. O, Zəkariyyənin ona satdığı psixotrop maddə metamfetamini haradan əldə etməsini, kimdən almasını bilmir, həmçinin o, Babək Hümbətov adlı şəxsi tanımır, Zəkariyyənin həmin şəxsdən hər hansı narkotik vasitə və ya psixotrop maddə almasından xəbəri yoxdur. O, Şahid5 ilə birlikdə istifadə etmək üçün psixotrop maddə almaq barədə razılığa gəlmişdir. Zəkariyyənin bu barədə dedikləri yalandır. Bir neçə dəfə birlikdə psixotrop maddə qəbul etmişlər, lakin bu dəfə o, Zəkariyyədən psixotrop maddə alıb pulunu vermiş, Zəkariyyə ona həmin maddəni pul qarşılığında satmışdır. Törətdiyi əməli etiraf edir. Əməlindən peşimandır. Bir daha cinayət törətməyəcəkdir. Himayəsində azyaşlı uşaqları vardır və xəstədir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Şahid5 şahid qismində çıxışından sonra Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, o, əvvəllər Zəkariyyə ilə bir yerdə işləmiş, birlikdə narkotik vasitələri qəbul etmişlər. Həmin gün də bir yerdə narkotik vasitələr qəbul etmək üçün əvvəlcədən razılığa gəlmişlər. Sonra Zəkatiyyə zəng etmiş, 20 manatlıq özü üçün, 20 manatlıq isə onun üçün “mal” aldığını demişdir. Onun özündə pul olmamış, Şükür adlı iş yoldaşından 20 manat borc almış və gedib həmin 20 manatı Zəkariyyəyə verib bir bükümdə metamfetamin götürmüş, birlikdə qəbul etməyə vaxt olmadığını bildirərək çıxıb getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Beyləqan şəhəri, Nəriman Nərimanov küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 15 aprel 2025-ci il tarixdə etibarlı, qərəz doğurmayan mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə ona məlumat daxil olmuşdur. Buna görə də o, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul etmiş və onun tərəfindən rəhbərliyi altında Beyləqan rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və keçiriləcək əməliyyat-axtarış tədbirinin videoyazı ilə qeydə alınması üçün Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 iştirakları ilə əməliyyat qrupu təşkil olunmuşdur. 15 aprel 2025-ci il tarixdə saat 06 radələrində ona Təqsirləndirilən şəxs Beyləqan şəhəri, SMD-42 qəsəbəsinin ərazisində olması və piyada hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Bundan sonra o, əməliyyat qrupunun üzləri ilə dərhal həmin əraziyə getmişdir. Onlar həmin yerə getdikdən sonra Təqsirləndirilən şəxs SMD-42 qəsəbəsinin ərazisində istifadəsiz, sökülmüş vəziyyətdə olan binaların yaxınlığı ilə piyada hərəkətdə olmasını görüb dərhal ona yaxınlaşmış, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə saat 06:12-də başlanmış videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı saxlanılmışdır. Təqsirləndirilən şəxs o, həmin vaxt hava şəraiti əlverişsiz, yəni yağışlı olduğu üçün Təqsirləndirilən şəxs üstünün yoxlanılması məqsədi ilə onun saxlanıldığı yerin yanında olan istifadəsiz binanın içərisində əməliyyat tədbirinin davam etdirilməsinə qərar vermişdir. Daha sonra Təqsirləndirilən şəxs və digər əməliyyat müvəkkilləri ilə həmin binaya daxil duqdan sonra Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğu üçün saxlanıldığını, onun üzərinə baxış keçiriləcəyini bildirmişdir, daha sonra isə baxış zamanı iştirak edən əməliyyat müvəkkillərindən özlərini təqdim etmələrini bildirmişdir. Əməliyyat müvəkkilləri özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, müdafiəçi ilə təmin olunmaq istəyib-istəməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuş, o, olduğunu bildirmiş və əynində olan tünd boz rəngli gödəkçənin sol iç cibində bir ədəd sellofon büküm çıxardıb təqdim etmişdir, o, bükümün içərisinə baxdıqda bükümün içərisində ağ rəngli, kristal formalı, qoxusuz, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Onun tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu olduğunu, həmin psixotrop maddəni özü istifadə etmək üçün üzərində daşıdığını, Beyləqan rayon sakini “Zəka” adlı şəxsdən 20 manat pul qarşılığında aldığını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan sellofon büküm tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1.29 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddənin çəkisi ilə razı olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə onun tərəfindən ağ rəngli boş zərfə qoyulmaqla qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyini 86 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı dövriyyəsi qadağan olunmuş əşya və predmet olduğunu soruşmuş, o, olmadığını bildirmişdir. Bundan sonra o, özü Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmiş, onun əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon müəyyən edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs mobil telefonun onun özünə məxsus olduğunu bildirmişdir. O, mobil telefonu iş üzrə baxış keçirilməsi üçün götürmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs həmin cibində bir ədəd alışqan və bir ədəd “astma” xəstələri üçün olan sprey formalı dərman olduğunu müəyyən etmiş, Təqsirləndirilən şəxsnədən həmin əşyaların nə olduğunu soruşmuş, o, astma-bronxit xəstəsi olduğunu və təngənəfəs olarkən həmin dərmandan istifadə etdiyini bildirmişdir. Bu səbəbdəndə həmin əşyalar iş üçün əhəmiyyət kəsb edən əşyalar olmadığı üçün o, əşyaları Təqsirləndirilən şəxs özünə qaytarmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokolun şəraitə uyğun olaraq Beyləqan rayon polis şöbəsində tərtib olunacağını bildirmişdir. Bundan sonra isə baxışın sona çatmasını bildirmiş və mobil telefonuna baxaraq saatın 06:26 olmsını müəyyən etmiş və həmin tarixi kameraya nümayiş etdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş predmetlərlə birlikdə müvafiq istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Ardınca onu Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. O, rayon polis şöbəsində xidməti otağında baxış keçirilməsi barədə protokol tərtib etmiş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 xidməti otağına aparmış. X6 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğu üçün saxlanıldığını bildirərək şübhəli şəxs kimi hüquq və vəzifələrini onlara elan etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. X12 Xanlarzadəyə 15 aprel 2025- ci il tarixdə saat 06:12-dən 06:26-dək olan müddət ərzində Beyləqan rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin və X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığını bildirmişdir. Daha sonra müdafiəçi və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər predmetin qablaşdırıldığı zərfə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. Müstəntiq tərəfindən onun təqdim etdiyi həmin zərfin baş hissəsi kəsilmiş və zərfin içərisində bir ədəd üzəri şəffaf sellofanla örtülmüş gümüşü rəngli kağıza bükülmüş bükümün olduğu məlum olmuşdur. Həmin bükümün içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, iysiz, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu, kağız bükümün bir qədər açıldığı üçün içərisində olan kütlənin bir hisəsinin zərfin içərisinə dağılmış formada olması müəyyən edilmişdir. Həmin büküm müstəntiq tərəfindən sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1,22 qram olması müəyyən olunmuş, daha sonra bükümün açılması nəticəsində kağız zərfin içərisinə dağılmış kütlə elektron tərəzinin üstündə olan bükümün üzərinə əlavə edilmiş və bükümün həmin kütlə ilə birlikdə çəkisinin 1.27 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi qeyd edilən kütlənin ona məxsus olub-olmadığı, haradan əldə etməsi, hansı məqsədlə üzərində daşıması soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, Beyləqan rayon sakini Zəka adlı şəxsdən şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını soruşmuş, o, psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olmadığını demişdir. Sonra həmin büküm qablaşdırıldığı zərflə birlikdə yenidən başqa ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşmanın üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin məhkəmə-kimyəvi ekspertizasına təqdim olunacağı və ekspertin rəyi daxil olduqda sonra rəylə tanış ediləcəyi ona bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonun kimə məxsus olması soruşulmuş o, mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs həmin mobil telefona iş üzrə baxış keçiriləcəyini sübut əhəmiyyətli xüsuatlar aşkar olunacağı halda tanış ediləcəyini bildirmişdir. Daha sonra həmin mobil telefon ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan və üstü yoxlanılan zaman ona qarşı fizki və ya psixi zorakılıq edilib-edilmədiyi soruşulmuş. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini bildirmişdir. Sonra müstəntiq istintaq hərəkətini yekunlaşdırmazdan əvvəl kiminsə etirazı, vəsatəti və ya qeydi olub- olmadığını soruşmuş, lakin iştirakçılardan hər hansı biri etiraz və ya vəsarətinin olduğunu bildirməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılarkən, ondan psixotrop maddə aşkar edilərkən və baxış aparılan zaman ona qarşı fiziki və ya psixi təsir göstərməmiş, onunla kobud davranmamış və davranan şəxs də olmamışdır. Əgər belə bir şey olsa idi o, bunu bilərdi. O, texniki səhv olaraq 15 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokolda Təqsirləndirilən şəxs üzərindən götürülmüş mobil telefonun “Samsung A12" markalı olduğunu qeyd etmişdir. Reallıqda isə Təqsirləndirilən şəxs üzərindən “Redmi” markalı mobil telelfon götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır, ailəlidir, 2 azyaşlı övladı vardır. Təxminən 1 il olar ki, psixotrop maddə olan metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs tanıyır. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, hadisəyə qədər təxminən 8-9 ay bundan əvvələ qədər bəzən işdən sonra Beyləqan şəhərində yerləşən Murad inşaat tikinti materialları mağazasında sürücü işləmişdir. Həmin vaxtlar Cahiddə orada fəhlə işləmişdir. Birlikdə işlədikləri vaxtdan Cahidlə arasında münasibət yaranmışdır və birlikdə bir neçə dəfə “patı” adlanan psixotrop vasitə olan metamfetamin istifadə etmişlər. Təxminən 8-9 ay olar ki, həmin tikinti materialları mağazasında işləmirlər. Lakin işdən çıxdıqdan sonra da birlikdə bir neçə dəfə metamfetamin istifadə etmişlər. O, metamfetamini Beyləqan rayon sakini Babək adlı şəxsdən almışdır. Bir neçə dəfə Cahiddə onunla əlaqə saxlayaraq metamfetamin istifadə etmək istədiyini, ona metamfetamin tapmasını bildirmişdir. Cahid bir neçə dəfə ona 20 manat pul vermişdir ki, ona metamfetamin alsın. Oda həmin pul ilə Babəkdən metamfetamin alıb Cahidə vermişdir. Lakin Cahid onun metamfetamini Babəkdən almasını bilməmişdir. Həmçinin Babəkində onun aldığı metamfetamindən Cahidə verməsindən xəbəri olmamışdır. Belə ki, o, Babəkdən özü istifadə etmək üçün metamfetamin almışdır. Aldığından bir hissə, yəni Cahidin istədiyi qədər ona verirmiş. Cahiddə həmin hissəsinin pulunu vermişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Cahid ona zəng edərək metamfetamin istifadə etmək istədiyini, lakin metamfetamin satan şəxs tanımadığını bildirərək ona metamfetamin almasını xahiş etmişdir. O, yenə Cahidə birlikdə pul qoyub metamfetamin almağı və birlikdə istifadə etməyi təklif etmişdir. Cahid onunla razılaşmışdır. O, ümumilikdə 40 manatlıq metamfetamin alacağını, 20 manatlığını özü üçün 20 manatlığını isə Cahid üçün alacağımı bildirmişdir. Cahid onunla razılaşmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə günorta saat 13 radələrində o, işdən çıxıb evə gedərkən Beyləqan şəhəri, X10 küçəsində yerləşən “Al market” ərzaq mağazasının yaxınlığında Babəki görmüşdür. Babəkin evidə həmin ərazidə, mağazaya yaxın yerləşir. O, Babəki görüb ona metamfetamin lazım olduğunu bildirmiş, Babək təşkil edəcəyini bildirərək ondan xəbər gözləsini demişdir. Həmin gün saat 19 radələrində Babək ona zəng edərək metamfetamin tapdığını, metamfetamini götürmək üçün Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə getməli olduqlarını bildirmişdir. O, Babəklə razılaşmış və onlar görüşüb onun avtomobili ilə Beyləqan rayonu, 1-ci Şahsevən kəndinə getmişlər. Həmin kənd ərazisində olan “pambıq məntəqəsinin” yaxınlığından keçən dəmiryolu xəttinin kənarında olan şəhid bulağının yaxınlığında maşını saxlamış, Babək maşından düşüb kəndin ara məhlələrinə piyada getmiş, bir qədər sonra isə geri qayıtmış və “malı” götürdüyünü bildirib onun evinə getmələrini demişdir. Onlar həmin yerdən çıxıb Babəkin yaşadığı evə getmişlər. Saat təxminən 20 radələrində Babəkin evinə çatmışlar. Babəkin evinə daxil olduqdan sonra Babək tanımadığı şəxsdən aldığı metamfetamin bükümlərini ona göstərmişdir. O, Babəkə iki büküm almaq istədiyini bildirmiş, Babək ona iki büküm verərək 40 manat verməli olduğunu bildirmişdir. O, Babəkə 40 manat pul vermiş, daha sonra Babəkin evindən çıxmışdır. Səhəri gün, yəni 14 aprel 2025-ci il tarixdə saat 10 radələrində o, Cahidə zəng edərək metamfetamin tapdığını, 40 manata iki büküm aldığını bildirmiş, lakin Cahid işinin olduğunu, birlikdə istifadə edə bilməyəcəyini, götürüb gedəcəyini demişdir. O, Cahidin bu hərəkətinə narazılığını bildirmişdir. Bir qədər sonra, yəni saat təxminən 11 radələrində onlar Beyləqan şəhəri, X10 küçəsində yerləşən istirahət parkının qarşısında görüşmüşlər. Cahid onun idarə etdiyi avtomobilə əyləşmiş və “malı”, yəni metamfetamini götürüb gedəcəyini, işlərinin olduğu üçün tələsdiyini bildirmişdir. O, Cahidə incikliyini bildirərək etdiyi hərəkətin düz olmadığını demişdir. Daha sonra aldığı metafetamin bükümlərindən birini Cahidə vermişdir. Cahiddən buna görə pul almamışdır. Daha sonra isə Cahid maşından düşüb çıxıb getmişdir. Cahidlə metamfetaminləri birlikdə istifadə edəcəkləri barədə razılaşsalarda Cahid onunla birlikdə istifadə etməkdən imtina etdiyi üçün oda özü üçün aldığı metamfetamini istifadə etməmiş və üzərində saxlamışdır ki, nə vaxt ürəyi istəsə istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 07:40 radələrində o, evdən çıxıb piyada işə getdiyi vaxt metamfetamin bükümünüdə üstündə götürmüşdür. O, ara yollarla Beyləqan şəhəri, Gəray Əsədov küçəsinə çıxmış və Mədəniyyət sarayının arxa tərəfinə çatdıqda təbii ehtiyacının gəldiyini hiss etmiş, təbii ehtiyacını ödəmək üçün Mədəniyyət sarayının arxa tərəfində olan kimsəsiz yerə getmək qərarına gəlmişdir. O, həmin yerə gedərkən qarşıdan bir ədəd avtomobil gəldiyini görmüşdür. Avtomobil ona yaxınlaşdıqdan sonra avtomobildən bir neçə nəfər mülki geyimli şəxs düşmüş, o, onların polis əməkdaşları olduğunu hesab edərək qorxmuş və qaçmaq istəmişdir. Lakin həmin şəxslər ona yaxınlaşıb onu saxlamışlar, onlardan 2 nəfəri hərəsi bir qolundan tutmuş, daha sonra isə ona tərpənməməsini bildirmişlər. Həmin şəxslərdən biri onları videoya çəkmişdir. Həmin şəxslər onu saxlayan zaman hava yağışlı olmuşdur. Buna görə də onu saxlayan şəxslərdən biri onu Mədəniyyət sarayının arxa tərəfində olan qapılardan birinin qarşısında olan çardağın altına aparmalarını bildirmişdir. Daha sonra polis əməkdaşlarından iki nəfəri, hərəsi bir qolundan tutub dayanmış və ona qaçmamasını bildirmişlər. Qolundan tutub saxlayan şəxslərdən biri ona özünü təqdim edib Beyləqan rayon Polis şöbəsinin X2 əməkdaşı Şahid1 olduğunu bildirmiş və onunda öz adını deməsini bildirmişdir. O, öz adını dedikdən sonra həmin şəxs onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Təqsirləndirilən şəxs satmaqda şübhəli olduğu üçün saxlanıldığını, üzərinə baxış keçiriləcəyini bildirmişdir. Sonra ona hüquq və vəzifələrini izah edərək müdafiəçiyə ehtiyacının olubolmadığını soruşmuşdur. O, olmadığını demişdir. Daha sonra ondan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa bir qanunsuz əşya, predmet olub-olmamasını soruşmuş və o, olduğunu bildirmişdir. O, həmin maddəni təqdim etməsini bildirmişdir. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Ondan həmin maddənin nə olduğu soruşulmuş və o, həmin maddənin “patı” olduğunu demişdir. O, “patı” dedikdə psixotrop maddə metamfetamini nəzərdə tutmuşdur. Ondan həmin maddəni haradan əldə etdiyini soruşmuş, o, həmin maddəni Beyləqan rayon sakini Babək adlı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşı həmin maddəni neçəyə aldığını soruşmuş, o, 40 manata aldığını demişdir. Sonra həmin şəxs ondan Təqsirləndirilən şəxs psixotrop maddə satıb-satmadığını soruşmuş, o, Babəkdən aldığı maddədən Cahidə verdiyini bildirmişdir. Cahidə satmaq məqsədi ilə həmin maddəni verməmişdir. Sonra onun təqdim etdiyi büküm açılaraq baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz maddə olması müəyyən olunmuşdur. Sonra həmin büküm polis əməkdaşları tərəfindən gətirilmiş, sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1,52 qram olması məlum olmuşdur. Sonra həmin metanfetamini ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra həmin polis əməkdaşı üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş predmet olub-olmamasını soruşmuş, o, üzərində mobil telefon olduğunu bildirib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan özünə məxsus “Redmi” markalı mobil telefonu çıxardıb təqdim etmiş və üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş predmet olmadığını bildirmişdir. Ondan telefonun kimə məxsus olması soruşulduqda o, özünə məxsus olduğunu bildirmişdir. Daha sonra mülki geyimdə olan polis əməkdaşı onunu üstünü, üzərində olan paltarların ciblərini yoxlamağa başlamışdır. Onun şalvarının sağ yan cibində olan özünə məxsus pulları götürmüşdür, lakin həmin pul əskinazlarının sübut üçün əhəmiyyət kəsd etmədiyini deyib yerinə qoymuşdur. Daha sonra isə həmin şəxs onun şalvarının sol yan cibinə baxmışdır. Cibində özünə məxsus alışqan olduğunu görmüş, həmin alışqanında sübut üçün əhəmiyyət kəsd etmədiyini deyib yerinə qoymuşdur. Bundan başqa üzərindən hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş predmet aşkar olunmamışdır. Ardınca həmin polis əməkdaşı onun təqdim etdiyi mobil telefonun iş üçün əhəmiyyət kəsb etməsinə görə götürüldüyünü bildirmişdir. Bundan sonra o, baxışın keçirilməsi ilə bağlı protokolun şəraitə uyğun olaraq Beyləqan rayon Polis şöbəsində tərtib ediləcəyini demiş və baxışın sona çatmasını bildirərək mobil telefonuna baxıb telefonun ekranını kameraya nümayiş etmiş, telefonun ekranında saatın 08:03 olması görünmüşdür. Bundan sonra həmin şəxs ondan hər hansı şikayətinin, etirazının olub-olmadığını soruşmüş, o, heç bir şikayət və etirazının olmadığını bildirmişdir. Sonra onun üzərindən aşkar edilmiş premetlərlə birlikdə Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Rayon Polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirən mülki geyimli polis əməkdaşı protokol tərtib etmiş, o, digər iştirakçılarla bərabər protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları onu Beyləqan rayon polis şöbəsinin inzibati binasında digər otağa aparmışlar. Polis geyimində olan bir nəfər şəxs ona özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Rübail Hidayətli kimi təqdim etmişdir. Müstəntiq satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan rayon sakini Təqsirləndirilən şəxs satmaqda şübhəli olduğu üçün saxlanıldığımı və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmiş, ondan müdafiəçiyə ehtiyacının olub-olmadığını soruşmuşdur. O, ehtiyacının olduğunu, lakin maddi imkanının olmadığını demişdir. Bundan sonra ona dövlət hesabına müdafiəçi ilə təmin oluna biləcəyi deyilmiş. Buna görə də o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Quliyev Vəkil Yelmar oğlu hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı zərfə və “Redmi” markalı mobil telefona videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə hüquq və vəzifələri elan edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş metamfetaminin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində 01 ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş, qızılı rəngli kağız bükümün olduğu məlum olmuşdur. Həmin bükümün içərisində olan maddəyə baxış keçirildi və içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetamin olduğu məlum oldu. Müstəntiq aşkar edilmiş kütlənin nə olduğunu soruşmuş və o, “patı” yəni metamfetamin olduğunu demiş və ondan aşkar olunduğunu bildirmişdir. Müstəntiq həmin kütləni haradan əldə etdiyini soruşmuş, o, həmin metamfetamini Beyləqan rayon sakini Babək adlı şəxsdən şəxsi istifadə üçün aldığını bildirmişdir. Sonra həmin büküm sıfırlanmış vəziyyətdə olan elektron tərəzidə çəkilmiş və çəkisinin 1,50 qram olması məlum olmuşdur. Sonra aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi ona bildirilmişdir. Sonra həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və daha sonra həmin zərf də başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və onlar tərəfindən üzəri imzalanmışdır. Daha sonra üzərindən aşkar edilərək götürülmüş, özünə məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş. Müstəntiq mobil telefonun kimə məxsus olduğunu soruşduqda o, mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Daha sonra müstəntiq araşdırma dövründə həmin mobil telefona baxış keçiriləcəyini və iş üçün əhəmiyyətli xüsusatlar aşkar olunarsa iş materiallarına əlavə olunacağını bildirmiş, daha sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürləndi və onlar tərəfindən üzəri imzalanmışdır. Daha sonra müstəntiq onun Beyləqan rayon sakini Təqsirləndirilən şəxs psixotrop maddə satıb-satmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə verdiyini və Cahiddən pul almadığını bildirmişdir. Daha sonra müstəntiq polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilib-edilmədiyini soruşmuş, o, edilmədiyini bildirmişdir. Daha sonra videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmişdir. Daha sonra istintaq hərəkəti barədə protokol tərtib edilmiş, oda iştirakçılarla bərabər həmin protokolu imzalamışdır. Bir neçə saat sonra təqdim etdiyi psixotrop maddə metamfinlə bağlı təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi ona elan olunmuş, ekspertiza rəyində üzərindən aşkar edilərək götürülərək qablaşdırılmış maddənin psixotrop maddə olan metamfetamin olması və təmiz çəkisinin olan 1,142 qram olması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə ilə eyni tərkibli olması qeyd olunmuşdur. Polis əməkdaşları ona yaxınlaşan zaman və onun üstünün yoxlanılması zamanı ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd üzəri şəffaf rəngli sellofanla örtülmüş qızılı rəngli kağız bükümdə olan təmiz çəkisi 1,142 qram miqdarda psixotrop maddə olan metamfetamini xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Beyləqan rayon sakini Babək adlı şəxsdən 40 manat pul qarşılığında şəxsi istifadəsi məqsədi ilə almışdırş O, iki büküm metamfetamin almışdır. Bir bükümün Cahid üçün digərini özü üçün almışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs onun tanışıdır. Əvvəllər birlikdə işləmişlər və yaxşı münasibətləri yaranmışdır. Birlikdə dəfələrlə metamfetamin istifadə etmişlər. Cahid bir neçə dəfə metamfetamin istəyən zaman onun üçün almasını xahiş etmişdir. O, Cahid üçün metamfetamin alıb vermiş, Cahid pulunu ona vermişdir. Lakin o, Cahidə psixotrop maddə metamfetamin, nə də qanunsuz başqa bir şey satmamışdır. Onun təqdim etdiyi “Redmi” markalı mobil telefon onun özünə məxsusdur, telefonunun üzərində ***-***-**-** nömrəsi olmuşdur. O, 24 aprel 2025-ci il tarixdə X7 ilə üzləşdirmə istintaq hərəkəti zamanı tutulduğuna görə qorxduğu üşün və həyacalı olduğu üçün Babək Hümbətovdan psixotrop maddəni həm 13 aprel 20205-ci il tarixdə, həm 14 aprel 2025-ci il tarixdə aldığını bildirmiş, lakin rallıqda o, üzərindən aşkar edilərək götürülmüş metamfetamini 13 aprel 2025-ci il tarixdə saat 20 radələrində Babək Hümbətovdan 40 manat pul qarşılığında iki büküm metafetamin almışdır, bükümlərdən birini Cahidə vermişdir. O, 15 aprel 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl işlədiyi Beyləqan rayon Su meliorasiya idarəsi tərəfindən ona təhkim olunmuş yük avtomobilindən düşən zaman ayağı sürüşüb yıxılmış və burnu avtombilin roluna dəydiyi üçün xəsarət almışdır. Xəsarət alması öz ehtiyyatsızlığından olduğuna görə heç kimdən şikayət və tələbi yoxdur. O, məhkəmə narkoloji ekspertizasında müayinə zamanı psixotrop maddə istifadəçisi olmasını deyəcəyi halda məsuliyyətinin dahada ağırlaşacağıı hesab etdiyi üçün psixotrop maddə istifadəçisi olmadığını demişdir. Bundan başqa o, kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasında müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə verməsini deyəcəyi halda məsuliyyətini dahada ağırlaşacağını hesab etdiy üçün Cahidi taksi sürücüsü kimi dediyi yerə çatdırdığını, Cahid maşından düşdükdən sonra onu polislərin tutduğunu və üstündə narkotik aşkar etdiklərini, Cahid yalan danışaraq onun üzünə durduğunu demişdir. Reallıqda isə o, Cahidlə birgə istifadə etmək üçün psixotrop maddə almaq bardə razılaşmışlar. O, Babəkdən metamfetamin alıb Cahidədə vermişdir. O, Babək Hümbətovdan 2-3 dəfə həm özü üçün həmdə Cahid üçün psixotrop maddə almışdır. Lakin Cahid onun kimdən psixotrop maddə almasını bilməmişdir. Həmçinin Babəkdə onun Cahid üçün psixotrop maddə aldığını bilməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 Beyləqan şəhəri, N.Nərimanov küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması və Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 39-da qeydiyyatda olmaqla yaşayan Şahid5 satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Təqsirləndirilən şəxs satmaqda şübhəli olması barədə 15 aprel 2025-ci il tarixli raportları əsasında Beyləqan rayon polis şöbəsinin Cinayət axtarış bölməsində və İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2025-ci il tarixli, 18/309 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: "..Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,840 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: "... Təqsirləndirilən şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,142 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2025-ci il tarixli, 18/340 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: "..X5 üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,617 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.X7 ilə Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 12 may 2025-ci il tarixli, 1526 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, inadkarlıq, başqalarına qarşı laqeydlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı psixi-emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 may 2025-ci il tarixli, 2843 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan tünd boz rəngli gödəkçənin sol iç cibindən bir ədəd bükümün içərisində ümumi çəkisi 1,29 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş kütləni Beyləqan rayon sakini Təqsirləndirilən şəxs 20 manat pul qarşılığında aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokola əsasən, Şahid5 üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümün içərisində ümumi çəkisi 1,52 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şahid5 üstündən aşkar edilərək götürülmüş kütləni Beyləqan rayon sakini X4 40 manat pul qarşılığında aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokola əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə təqdim edildikdən sonra yoxlanılmış və həmin kütlənin bükümlə birlikdə çəkisinin 1,27 qram olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokola əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 saxlanılaraq üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bəznzər kütlə təqdim edildikdən sonra tərəfimdən yoxlanılmış və həmin kütlənin bükümlə birlikdə çəkisinin 1,50 qram olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı şahidlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Şahid5 20 manat pulun qarşılığında aldığı təmiz çəkisi 0,840 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşımış, 15 aprel 2025-ci il tarixdə, saat 06:12-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonu, SMD-42 qəsəbəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan tünd boz rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümün içərisindəki gümüşü rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı təmiz çəkisi 0,840 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inziati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 aprel 2025-ci il tarixli 542 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd uşaqları vardır, onlardan üşü azyaşlı, biri isə yetkinlik yaşına çatmayandır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər inziati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş xəstəlik sənədlərindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Preqressivləşən irsi əzələ 6.71.2 distrofiyası, miopatiya diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, xəstə olması,əməlindən şəmimi peşimna olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini, xəstə olmasını və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə saat 06:12-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16 aprel 2025-ci il tarixdə 09.00-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və eyni tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0.517 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 31,95 (otuz bir manat doxsan beş qəpik) manatın yarısı 15.95 (on beş manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384-1ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin hər bir günü 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0.517 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd “Redmi Note 12 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın, 2 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 31,95 (otuz bir manat doxsan beş qəpik) manatın yarısı 15.95 (on beş manat doxsan beş qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat üçün 176 (yüz yetmiş altı) manat onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar