Məhkəmə qərarları › İş №1(020)-5/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-5/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-5/2024 16.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxx 1992-ci ıl tarixdə Xanlar rayonunda doğulmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsil, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2 və 32.3, 29, 318.2-ci maddələri ilə, 13 avqust 1998-ci ıl tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonunun Qaynaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxx 1991-ci ıl tarixdə Xanlar rayonunda doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 təmiz halda çəkisi 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdən satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etməklə saxlamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan cinayət işi ilə bağlı 4 aprel 2023-cü il tarixdə onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən qeyd edilən narkotik vasitə həmin evin ikinci mərtəbəsindəki pilləkən meydançasından qalxdıqda soldakı yataq otağına daxil olduqda üzbəüz olan çəkməcəsinin yuxarı rəfində gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa, verilmiş ittihama görə o, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Rəbbəli adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdə əldə edilmiş, miqdarı istintaqa məlum olmayan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikası ərazisində əldə etmək, daşıyaraq qəsdən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmək məqsədilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçmələrini təşkil edərkən 2 aprel 2023-cü il tarixdə, saat 09:00 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa Rəbbəli adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdə əldə edilmiş, miqdarı istintaqa məlum olmayan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikası ərazisində əldə etmək, daşıyaraq qəsdən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmək məqsədilə cinayətkar qrupun digər üzvləri tərəfindən həmin narkotik vasitənin qanunsuz satışı icra edilənədək Təqsirləndirilən şəxs3 ilə birlikdə girov qalmaq üçün Təqsirləndirilən şəxs1 təşkil etməsi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Rəbbəli adlı İran İslam Respublikası vətəndaşı kimi məlum olan şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdə əldə edilmiş, miqdarı istintaqa məlum olmayan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədilə İran İslam Respublikası ərazisində əldə etmək, daşıyaraq qəsdən qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmək məqsədilə cinayətkar qrupun digər üzvləri tərəfindən həmin narkotik vasitənin qanunsuz satışı icra edilənədək Təqsirləndirilən şəxs2 ilə birlikdə girov qalmaq üçün Təqsirləndirilən şəxs1 təşkil etməsi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Lakin ittiham aktının məzmunundan ayrı-ayrı bəndlərin xaric edilməsi və bu dəyişikliklərlə ittiham aktının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalovun 18 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittiahamlar aşağıdakı kimi oxunmuş və qəbul edilmişdir. Yeni redaksiyada Təqsirləndirilən şəxs1 ittiham olunmuşdur ki, o, təmiz halda çəkisi 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdən satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etməklə saxlamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan cinayət işi ilə bağlı 4 aprel 2023-cü il tarixdə onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən qeyd edilən narkotik vasitə həmin evin ikinci mərtəbəsindəki pilləkən meydançasından qalxdıqda soldakı yataq otağına daxil olduqda üzbəüz olan çəkməcəsinin yuxarı rəfində gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçmələrini təşkil edərkən 2 aprel 2023-cü il tarixdə, saat 09:00 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Yeni redaksiyada Təqsirləndirilən şəxs2 ittiham olunmuşdur ki, o, Təqsirləndirilən şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs1 təşkil etməsi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Yeni redaksiyada Təqsirləndirilən şəxs3 ittiham olunmuşdur ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 təşkil etməsi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. O, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində müvvəqəti yaşayır. Evin açarları üstində olmuşdur. Müstəntiq axtarış zamanı üzərində çıxan açarların kimə məxsus olmasını soruşduqda, müvəqqəti yaşadığı evin açarı olmasını bildirmişdir. O, Beyləqan rayon ərazisində tutulduqdan sonra 04 aprel 2023-cü il tarixdə kirayə yaşadığı evdə axtarş keçirilmiş, axtarış zamanı nə evin sahibi, nə onun vəliki, nə də ki, şahidlər olmamışdır. Evdə 3 saat axtarış aparıldıqdan sonra evin 2-ci mərtəbəsində güya 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuana tapılmışdır. Onun yaşadığı evdə əvvəllər başqa bir qadınla kişi qalmışdır. Axtarış zamanı orada olan sahə müvəkkili və qonşular də həmin qadın və kişinin bir müddət əvvəl narkotik üstündə tutulduğunu bildirmişlər. O, müstəntiqə etirazını bildirmişdir ki, vəkili və ev sahibi olmadan evdə axtarış apara bilməz. Narkotik vasitə daşıyıb satmaq məqsədi olmamışdır. Həmin bir büküm narkotik vasitə ona məxsus deyildir. Müstəntiq çəkiliş apararkən həmin narkotik vasitənin ona məxsus olması barədə deməsini məcbur etmişdir. O, da həmin narkotik vasitənin ona məxsus olduğunu, tanışlarından özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əslində həmin narkotik vasitə marixuananın ona heç bir aidiyyəti yoxdur. Evdə tapılan elektron tərəzi də ona aid deyildir. O, həmin tərəzidə narkotik vasitə çəkib kiməsə satmamışdır. Ona səhrədi keçməyə cəhd maddəsi ilə ittiham verilmişdir. Halbuki o, digər təqsirləndirilən şəxslər Orxan və Rəfaili tanışı kimi Beyləqan rayonuna gətirmişdir. Rəfail tik-tok sosial şəbəkəsində iş tapdığını və onları Beyləqan rayonuna çağırdıqlarını bildirmişdir. O, da tanış maşınla Rəfail və Orxanı Beyləqan rayonuna gətirmişdir. Ona yer barədə məkan bildirişi atılmış, həmin bildirşə əsasən gəlmişdir. Hansı ərazi olduğunu bilməmişdir. O, sərhəd zastavasının ərazisində tutulmamışdır. Onlara deyilən ərazidə Orxanı və Rəfaili maşından düşürmüşdür. Sonra həmin maşınla geri qayıtmaq istəmişdir. Yanacaqdoldurma məntəqəsində gəldiyi maşınla yanacaq doldurub Bakı şəhərinə qayıdarkən sərhəd xidmətinin əsgərləri tərəfindən tutulmuşdur. Hadisə 2023-cü ilin aprel ayının 2-nə keçən gecə baş vermişdir. Həmin ərazinin dövlət sərhədi olduğunu bilməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 1 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid7 və Şahid8 kirayə yaşadıqları ünvana getmiş, sonuncularla İran İslam Respublikasına qaçaq yolla keçmək və oradan narkotik vasitələri Azərbaycan Respublikasına gətirmək barəsində söhbət etmişlər. Bundan sonra onlar Beyləqan rayonuna getmək qərarına gəlmiş, 1 aprel 2023-cü il tarixdə "Bakı Beynəlxalq Avtovağzalı"nda onlar görüşmüş və sürücüsünü tanımadıqları "Toyota Prius" markalı, tünd boz rəngli taksiyə əyləşərək saat 20 radələrində Bakı şəhərindən Beyləqan rayonu istiqamətində yola düşmüşlər. Onlar Bakı şəhərini çıxıdıqdan sonra yol kənarında yerləşən dükanlardan birində dayanaraq əvvəllər tanıdığı İran islam Respublikası vətəndaşı olan Rəbbəli adlı tanışına müəyyən miqdarda müxtəlif adda spirtli içki almışdır. Sonra onlar dükandan çıxaraq taksiyə əyləşmiş və yollarına davam etmiş, saat 01 radələrində Beyləqan rayonuna çatmışlar. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid7 və Şahid8 taksidən düşərək sonuncunun mobil telefonuna İran İslam Respublikası vətəndaşı Rəbbəli tərəfindən "WhatsApp" vasitəsi ilə göndərilmiş məkan paylaşımını izləyərək hərəkətə davam etmişlər. Bu zaman o, Bakı şəhərindən gəldiyi taksiyə əyləşərək geriyə qayıtmış, onlar Beyləqan rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birinə yaxınlaşmış və orada bir qədər istirahət etmək qərarına gəlmişlər. Onlar taksi sürücüsü ilə birlikdə avtomobildə təxminən 3 saat yatmışlar. Taksi sürücüsü oyandıqdan sonra onlar Bakı şəhəri istiqamətində yollarına davam etmək qərarına gəlmiş, yanacaqdoldurma məntəqəsindən çıxmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışlar. O, qeyd olunan əraziyə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid7 və Şahid8 adlı şəxsləri İran İslam Respublikasına qaçaq yolla narkotik vasitələri gətirmək üçün yola salmağa getmişdir. O, Rafail Əsgərov və Təqsirləndirilən şəxs3 İran İslam Respublikasına qaçaq yolla keçərək narkotik vasitələri Azərbaycan Respublikasına gətirərək Şahid7 və Şahid8 verərək təkrar İran İslam Respublikasına girov kimi qayıtmalı sonuncular isə əldə etdikləri narkotik vasitələri Bakı şəhərinə aparmalı olmuşlar. O, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahid7 və Şahid8 hər hansı məbləğdə pul müqabilində narkotik vasitə istəməmişdir. O, təxminən 2-3 aydır ki, müxtəlif tanışlarının tanışları vasitəsilə narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, həmin narkotik vasitəni aldığı şəxsləri xatırlamamış, yaşadığı evdən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni təxminən 1 ay öncə tanışlarının tanışları vasitəsilə götürmüşdür. Həmin narkotik vasitəyə görə pul verməmiş, ona həmin narkotik vasitəni pay vermişlər. Lakin ondan istifadə etməmiş, nə qədər vermişdilərsə hamısını olduğu kimi aşkar edilmiş yerə qoymuşdur. O, narkotik vasitə satmamış, son 2-3 ay ərzində, yəni özü narkotik vasitə istifadə etməyə başladıqdan sonra tanışlarının vasitəsilə ondan narkotik vasitə istəyən şəxslərə bir dəfə çəkmək üçün nəzərdə tutulan miqdarda narkotik vasitə qurudulmuş marixuananı vermiş, bunun müqabilində hər hansı məbləğdə pul almamış, necə ki ona pay vermişlər, o da kiməsə pay vermişdir. Saxlanılanadək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində aparılmış axtarış zamanı bir qədər həyəcanlı olmuş, ona görə də istintaq qrupunun üzvü, müstəntiq ədliyyə kapitanı X5 həmin vaxt verdiyi “narkotik vasitənin satışı ilə məşğul olmusunuzmu?” sualına cavab olaraq “çox elə satmağı ilə məşğul olmamışam, bir-iki dəfə amma belə satmışam” sözləri ilə müşayiət olunan cavabı vermiş, narkotik vasitə satdığını bildirmiş, lakin əslində heç vaxt heç kimə heç bir miqdarda narkotik vasitə satmamış, evdən aşkar olunaraq götürülmüş narkotik vasitə sırf öz istifadəsi üçün nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Orxanı və Röyalı tanıyır, aralarında heç bir qohumluqları və ədavətləri yoxdur. Əvvəllər Bakı şəhərində 8-ci km bazarında işləmiş və Qaraçuxur qəsəbəsində yaşamışdır. O, tik-tok sosial şəbəkəsində iş axtararkən Beyləqan ryonunda mal-qaraya baxmaq üçün fəhlə axtarıldığını görmüş, nömrə götürüb əlaqə saxlamış, həmin şəxs onu Beyləqan rayonuna dəvət etmişdir. Bu barədə Orxanla da razılaşmışdır. O, tanış maşın tapmaq üçün Röyala Kazımova demiş, Röyal da tanış maşın olduğunu bildirib onları aparmağa razılaşmışdır. Onlara 450 manat əmək haqqı verəcəkdilər. Röyal tanışının maşını ilə onları Beyləqan rayonunda deyilən əraziyə aparmağa söz vermişdir. 31 mart 2023-cü il tarixdə saat 21 radələrində Röyal maşınla gəlib onları götürmüş və birlikdə Beyləqan rayonuna gəlmişlər. Maşın onları tanımadığı ərazidə düşürdükdən sonra qayıtmışdır. Röyal həmin maşınla qayıtmışdır. Onlara söz verən adam həmin yerə gəlməmiş və onlar orada qalmışlar. Sonradan isə əsgərlər gəlib onu və Orxanı tutmuşlar. Onlardan sonra Röyalı da tutmuşlar. O, istintaq vaxtı Röyalın onları tanış maşınla gətirib yenidən Bakıya qayıtdığını və Röyalın günahının olmadığını bildirmişdir. İran vətəndaşı ilk dəfə ona zəng etmişdir. Lakin həmin İran vətəndaşını tanımamış, onun İran vətəndaşı olmasını bilməmişdir. İbtidai istintaq zamanı ona təsir göstərdiklərinə görə başqa cür ifadə vermişdir. İbtidai istintaqda ifadə verərkən yanında vəkili olmamışdır. Vəkili məhkəmədə onlara həbs qətimkan tədbiri seçilərkən görmüşdür. İran İslam Respublikasına keçmək niyyəti olmamışdır. Gəldikləri ərazinin İran İslam Respublikası ilə sərhəd olduğunu bilməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azər, Orxan və Elnurla birlikdə “8-ci kilometr bazarı”nda işləmiş və həmin şəxslərlə birlikdə Qaraçuxur qəsəbəsində yaşamışlar. 31 mart 2023-cü il tarixdə, saat 12 radələrində əvvəllər tanıdığı, həmkəndlisi olan Röyal adlı şəxs yaşadıqları evə gəlmiş və onlara İran İslam Respublikasına qanunsuz yolla keçib oradan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirmək lazım olduğunu bildirmişdir. Bu işdə Röyala köməklik etməyə razı olacaqları halda hər birinə 2000 (iki min) manat pul veriləcəyi bildirilmişdir. Onlar da imkansızlıq səbəbindən Royalın təklifi ilə razılaşmışlar. Bundan sonra Röyal onlara qaçaq yolla gətirəcəkləri narkotik vasitənin necə və hansı qaydada gətirəcəklərinə dair plan hazırlamışlar. Plana görə, Röyal onları iranlının deyəcəyi yerə aparmalı, orada Orxan və o, qaçaq yolla Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçirməli, orada iranlının verəcəyi içərisində narkotik vasitə olmalı olan bağlamanı götürüb yenidən sərhəddən qanunsuz yolla gələrək sərhədin Azərbaycan Respublikası tərəfində gözləyən Azər və Elnura verəcəklərmiş. Bundan sonra isə qaçaq yolla gətirəcəkləri narkotik vasitənin qarşılığında Orxan və o, girov qalmaq üçün yenidən İrana qanunsuz yolla qayıtmalı olmuşlar. Bundan sonra Röyal onların yanından iranlıya zəng etmiş və həmin şəxsə Rəbbəli adı ilə müraciət etmişdir. İranlı ilə danışdığı zaman Röyal narkotik vasitənin qaçaq yolla gətirilməsi üçün adamlar tapdığını demiş və iranlının istəyi ilə onları videogörüntü ilə iranlıya göstərmişdir. İranlı Rəbbəli adlı şəxs də danışıq zamanı Royalın onlarla birlikdə hazırladığı plana uyğun danışmışdır. Sonra onlar hamısı razılaşmış və Röyal evdən çıxıb getmişdir. Həmin gün, saat 20 radələrində Röyal Orxanın mobil telefonuna zəng edib hamısı taksiyə oturub Bakı Beynəlxalq Avtovağzalına gəlmələrini və birlikdə Beyləqan rayonuna gedəcəklərini demişdir. Həmin vaxt onlar taksi sifariş vermiş və avtovağzala getmişlər. Avtovağzala çatdıqda orada Röyalın onları gözlədiklərini görmüşdür. Təxminən 5 dəqiqə sonra isə “Toyota Prius" markalı taksi yaxınlaşmış, həmin vaxt Röyal avtomobilin ön oturacağında, o, Orxan, Elnur və Azər isə arxa oturacaqda əyləşib xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhərindən Beyləqan rayonuna yola düşmüşlər. Yolda olduqları zaman iranlı Rəbbəli Röyalın mobil telefonuna zəng etmiş və Röyal yolda olduqlarını bildirmişdir. Hətta avtomobilin salonunun işığını yandırıb mobil telefonun ekranını böyütməklə iranlıya inanması üçün hamısını göstərmiş və yollarına davam etmişlər. Yolda olduqları zaman iranlı Rəbbəli Röyalın mobil telefonuna gedəcəkləri yerin konumunu göndərmiş, 1 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonuna Röyala göndərilən konuma çatmışlar. Həmin vaxt Röyal avtomobili saxlatdırmış və onlara, yəni Azər, Orxan, Elnur və ona avtomobildən düşmələrini, hansı istiqamətdə irəliləyəcəklərini demiş və plana uyğun hərəkət etmələrini bildirmişdir. Avtomobildən düşüb bir qədər aralanmışlar ki, Röyal Orxanın mobil telefonuna iranlının Röyala göndərdiyi konumu göndərmiş və həmin konum istiqamətində irəliləyib qarşılarına çıxan çayı keçməklə İran İslam Respublikasına getmələrini bildirmişdir. O, Orxan, Azər və Elnurla birlikdə konum istiqamətində təxminən 1 saat piyada yol getmişlər. Qarşılarına çayın 3 qolu çıxmış, həmin vaxt dördü də birlikdə çayın birinci qolunu keçmişlər. Yollarına davam etmək istədikdə Elnurun halı pisləşdiyindən Azər və Elnur olduqları yerdə qalmış, Orxan və o isə yola davam etmişlər. Orxan və o, qarşılarına çıxan ikinci çay qolunu da keçmiş, bu vaxt sərhədçilərin “Dayan!” çağırış komandası verib tutulacaqlarından qorxaraq yaxınlıqdakı kolluqda Orxanla birlikdə gizlənmişlər. Həmin vaxt ərazidə əsgərlərin axtarışlar apardıqlarını gördüklərindən qorxub kolluqdan çıxmamış və gizlənməyə davam etmişlər. X22 mobil telefonuna zəng edib harda qaldıqlarını maraqlandıqda Röyaldan xəbərlərinin olmadığını, Elnurun halının pisləşməsi səbəbindən Azər və Elnurdan aralandıqları, əsgərləri gördükdən sonra isə ərazidə gizləndiklərini bildirmiş və həmin gecəni kolluqda keçirmişlər. Səhərə yaxın Rəbbəli Orxanla yenidən danışıb onlara İrana keçmələrini, orada onları sərhəd yaxınlığında olan evdə qarşılayacağını demişdir. Sonrakı danışıqlarında isə onlara Elnur və Azərin tutulduğunu demiş və onlara 2 aprel 2023-cü il tarixdə hava qaralan kimi sərhəddən qanunsuz yolla keçərək İrana getmələrini istəmiş, onlar da Rəbbəlinin təklifi ilə razılaşmışlar. Bundan sonra 2 aprel 2023-cü il tarixdə Orxan sərhəddən qanunsuz yolla keçərək İrana getmək istəmədiyini demiş və ona orada qaçaq yolla gedib qayıdacağı halda onları əsgərlərin öldürə biləcəyini demişdir. Bundan sonra onlar kolluqda gizləndikləri yerdə 2 aprel 2023-cü il tarixdə, saat 18 radələrində saxlanılmışlar. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və göstərdi ki, əvvəllər Bakı şəhəri 8-ci km bazarında işləmiş, Qaraçuxur qəsəbəsində qalmışdır. Təqsirləndirilən şəxs2 qaldığı evdə o, da kirayədə yaşamışdır. Rəfail ona mal-qara saxlamaq üçün fəhlə işi oldğuğunu və aylıq əmək haqqının 450 manat olacağını bildirmişdir. İlk dəfə olaraq Bakı şəhərində ona zəng gəlmiş, zəng azərbaycan nömərsi olmuşdur. Zəng edən şəxsin İran vətəndaşı olduğunu bilməmişlər. Həmin şəxs onları işləməyə dəvət etmişdir. Rəfail də deyilən yerə getmək üçün tanışları Röyala müraciət etmiş, Röyal tanış maşın olduğunu və onları həmin maşınla aparıb sonra özünün geri qayıdacağını bildirmişdir. 01 aprel 2023-cü ildə gecə saatlarında deyilən əraziyə çatmışlar. Ərazinin boş sahə olduğunu görmüşdür. Orada olanda yenə ona zəng gəlmiş, zəng edən İran vətəndaşı olduğunu bildirmiş və onlardan səhrədi keçib İrana keçməyi demişdir. İranlı onlara demişdir ki, mal var onu verəcəklər ki, dedikləri ünvana təslim etsinlər. O, sərhədi keçməyə qorxmuş və orada olan əsgərlərə yaxınlaşmış və əsgərlər onu və Rəfaili tutumuşlar. Oradan qaça da bilərdi, lakin bunu etməmişdir. O, Beyləqan ərazisinə gəldiyini də bilməmişdir. Həmin ərazinin dövlət sərhədi olduğunu sonradan bilmişdir. Onların olduğu yerlə məftil çəkilmiş ərazi təxminən 200 metr aralıda olmuşdur. Röyal onları düşürdükdən sonra həmin maşınla geri qayıdarkən onun da tutulduğunu öyrənmişlər. Sərhədi qanunsuz keşmək fikri olmamışdır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Rəfail, Azər və Elnurla birlikdə “8-ci kilometr bazarı”nda işləmiş və həmin şəxslərlə birlikdə Qaraçuxur qəsəbəsində yaşamışlar. 31 mart 2023-cü il tarixdə, saat 12 radələrində əvvəllər tanıdığı, Röyal adlı şəxs yaşadıqları evə gəlmiş və onlara İran İslam Respublikasına qanunsuz yolla keçib oradan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirmək lazım olduğunu bildirmişdir. Bu işdə Röyala köməklik etməyə razı olacaqları halda hər birinə 2000 (iki min) manat pul veriləcəyi bildirilmişdir. Onlar da imkansızlıq səbəbindən Röyalın təklifi ilə razılaşmışlar. Bundan sonra Röyal onlara qaçaq yolla gətirəcəkləri narkotik vasitənin necə və hansı qaydada gətirəcəklərinə dair plan hazırlamışlar. Plana görə Röyal onları iranlının deyəcəyi yerə aparmalı, orada Rəfail və o, qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçəcək, orada iranlının verəcəyi içərisində narkotik vasitə olmalı olan bağlamanı götürüb yenidən sərhəddən qanunsuz yolla gələrək sərhədin Azərbaycan Respublikası tərəfində gözləyən Azər və Elnura verəcəklərmiş. Bundan sonra isə qaçaq yolla gətirəcəkləri narkotik vasitənin qarşılığında Rəfail və o, girov qalmaq üçün yenidən İrana qanunsuz yolla qayıtmalı olmuşlar. Bundan sonra Röyal onların yanından iranlıya zəng etmiş və həmin şəxsə Rəbbəli adı ilə müraciət etmişdir. İranlı ilə danışdığı zaman Röyal narkotik vasitənin qaçaq yolla gətirilməsi üçün adamlar tapdığını demiş və iranlının istəyi ilə onları videogörüntü ilə iranlıya göstərmişdir. İranlı Rəbbəli adlı şəxs də danışıq zamanı Royalın onlarla birlikdə hazırladığı plana uyğun danışmışdır. Sonra onlar hamısı razılaşmış və Röyal evdən çıxıb getmişdir. Həmin gün, saat 20 radələrində Röyal onun mobil telefonuna zəng edib hamısı taksiyə oturub "Bakı Beynəlxalq Avtovağzalı"na gəlmələrini və birlikdə Beyləqan rayonuna gedəcəklərini demişdir. Həmin vaxt onlar taksi sifariş vermiş və avtovağzala getmişlər. Avtovağzala çatdıqda orada Röyalın onları gözlədiklərini görmüşdür. Təxminən 5 dəqiqə sonra isə “Toyota Prius" markalı taksi yaxınlaşmış, həmin vaxt Röyal avtomobilin ön oturacağında, o, Rəfail, Elnur və Azər isə arxa oturacaqda əyləşib 31 mart 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhərindən Beyləqan rayonuna yola düşmüşlər. Yolda olduqları zaman iranlı Rəbbəli Royalın mobil telefonuna zəng etmiş və Röyal yolda olduqlarını bildirmişdir. Hətta avtomobilin salonunun işığını yandırıb mobil telefonun ekranını böyütməklə inanması üçün hamısını iranlıya göstərmiş və yollarına davam etmişlər. Yolda olduqları zaman iranlı Rəbbəli Röyalın mobil telefonuna gedəcəkləri yerin konumunu göndərmiş, 1 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonuna Röyala göndərilən konuma çatmışlar. Həmin vaxt Röyal avtomobili saxlatdırmış və onlara, yəni Azər, Rəfail, Elnur və ona avtomobildən düşmələrini demiş, hansı istiqamətdə irəliləyəcəklərini demiş və plana uyğun hərəkət etmələrini bildirmişdir. Avtomobildən düşüb bir qədər aralanmışlar ki, Röyal onun mobil telefonuna iranlının Röyala göndərdiyi konumu göndərmiş və həmin konum istiqamətində irəliləyib qarşılarına çıxan çayı keçməklə İran İslam Respublikasına getmələrini bildirmişdir. O, Rəfail, Azər və Elnurla birlikdə konum istiqamətində təxminən 1 saat piyada yol getmişlər. Qarşılarına çayın 3 qolu çıxmış, həmin vaxt dördü də birlikdə çayın birinci qolunu keçmişlər. Yollarına davam etmək istədikdə Elnurun halı pisləşdiyindən Azər və Elnur olduqları yerdə qalmış, Rəfail və o isə yola davam etmişlər. Rəfail və o, qarşılarına çıxan ikinci çay qolunu da keçmiş, bu vaxt sərhədçilərin “Dayan!” çağırış komandası verib tutulacaqlarından qorxaraq yaxınlıqdakı kolluqda Rəfaillə birlikdə gizlənmişlər. Həmin vaxt ərazidə əsgərlərin axtarışlar apardıqlarını gördüklərindən qorxub kolluqdan çıxmamış və gizlənməyə davam etmişlər. İranlı Rəbbəli onun mobil telefonuna zəng edib harada qaldıqlarını maraqlandıqda Royaldan xəbərlərinin olmadığını, Elnurun halının pisləşməsi səbəbindən Azər və Elnurdan aralandıqları, əsgərləri gördükdən sonra isə ərazidə gizləndiklərini bildirmiş və həmin gecəni kolluqda keçirmişlər. Səhərə yaxın Rəbbəli onun yenidən danışıb onlara İrana keçməklərini, orada onları sərhəd yaxınlığında olan evdə qarşılayacağını demişdir. Sonrakı danışıqlarında isə onlara Elnur və Azərin tutulduğunu demiş və onlara 2 aprel 2023-cü il tarixdə hava qaralan kimi sərhəddən qanunsuz yolla keçərək İrana getməklərini istəmiş, onlar da Rəbbəlinin təklifi ilə razılaşmışlar. Bundan sonra 2 aprel 2023-cü il tarixdə sərhəddən qanunsuz yolla keçərək İrana getmək istəməmiş və Rəfailə orada qaçaq yolla gedib qayıdacağı halda onları əsgərlərin öldürə biləcəyini demişdir. Bundan sonra onlar kolluqda gizləndikləri yerdə 2 aprel 2023-cü il tarixdə, saat 18 radələrində saxlanılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının təminat qrup komandiri, baş gizir Şahid6 ifadəsində göstərdi ki, 2 aprel 2023-cü il tarixdə, saat 04:55-də təlimata uyğun olaraq əmr və tapşırıqlar aldıqdan sonra həyəcan qrupu tərkibində xidmətə təyin edilmiş, xidmətdə olarkən 20-ci sərhəd zastavasının 27-ci sahəsində səs eşitmiş, dərhal maskalanma tədbirlərini həyata keçirmiş, səs gələn istiqamətdə qaraltı görmüş və həmin istiqamətdə hərəkətə başlamışdır. Hərəkətdə olan zaman 27-ci sahənin arxa istiqamətində iki nəfər şübhəli şəxs görmüş və dərhal uca səslə “Dayan!” komandası vermiş, bu komandadan sonra hər iki şübhəli şəxs dayanaraq əmrə tabe olmuşlar. Daha sonra sərhəd zastavası silaha komandasına qalxaraq hadisə baş vermiş əraziyə getmiş, hərbi pərdələyici dəstə dövlət sərhəd xəttini qapamışdır. Axtarış tədbirləri zamanı dövlət sərhədinin pozulması hal və əlamətləri aşkar edilməmişdir. Ərazidə axtarış aparan zaman həmin şəxslərdən başqa ərazidə başqa heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 4-cü Sərhəd komendantlığı komendantının əməliyyat-axtarış işləri üzrə müavini, kapitan Şahid3 ifadəsində göstərdi ki, hərbi hissənin 4-cü sərhəd komendantlığının 20-ci sərhəd zastavasında şübhəli şəxs qismində tutulan şəxslərin verdiyi məlumat əsasında 2 aprel 2023-cü il tarixdə, saat 09 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində, kəndin giriş hissəsində "Toyota Prius" markalı AZ **-DC-*** qeydiyyat nişanlı, tünd boz rəngli nəqliyyat vasitəsi onlar tərəfindən saxlanılaraq 20-ci sərhəd zastavasına aparılmışdır. Saxlanılan zaman nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşları, 1 may 1992-ci il təvəllüdlü, Göygöl rayon sakini Təqsirləndirilən şəxs1 və Cəlilabad rayon sakini, xx xxxxxx 1989-cu il təvəllüdlü Şahid9 olması müəyyən edilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs1 və Şahid9 qarşı onlar tərəfindən heç bir zor tətbiq olunmamışdır. Ərazidə axtarış aparan zaman həmin şəxslərdən başqa ərazidə heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin 4-cü Sərhəd komendantlığının əməliyyat müvəkkili vəzifəsində xidmət edən, baş gizir Şahid4 da Şahid3yev Hikmət oğlu ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərdi ki, Bakı şəhərində Orxan, Rəfaillə bir yerdə yaşamışlar. Onlara zəng gəlmiş və işə çağırmışlar. Zənglə onları işə Beyləqan rayonuna dəvət etmişlər. İş fermada mal-qaraya baxmaqla bağlı olmuşdur. Ayda onlara 400 manat əmək haqqı verməyi təklif etmişlər. Onlar da razılaşmış, lakin getməyə maşınları olmamışdır. Maşınla bağlı tanıdıqları Təqsirləndirilən şəxs1 müraciət etmişlər. Təqsirləndirilən şəxs1 özünün də maşını olmadığını bildirmiş, lakin maşın tapacağını demişdir. Sonra Röyal maşın tapmış, 31 mart 2023-cü il tarixdə, saat 20 radələrində Beyləqan rayonu istiqamətində hərəkətə başlamışlar. Deyilən yerə çatdıqda onlara zəng gəlmişdir. Zəng edən İran vətəndaşı olmuşdur. Həmin vaxt qaranlıq olmuşdur. Oraya çatdıqdan sonra onlara İrana keçməyi təklif etmişlər. Qaranlıq olduğundan onlar yolu itirmişlər. Yaxında səhrəd olduğuni bilmişlər. Lakin İrana keçmək istəməmişlər. Həmin vaxt sərhədçilər, yəni əsgərlər onları saxlamışlar. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə bir yerdə tikintidə işlədiyi tanışı Röyal adlı şəxs kirayə yaşadığı mənzilə gedərək Elnur, Rəfail, Orxan və onunla söhbət edərək İran İslam Respublikasına qaçaq yolla keçərək orada adını bilmədiyi şəxsdə olan narkotik vasitələri geriyə qaçaq yolla Azərbaycan Respublikasına gətirməyi və bu işin müqabilində hər adama 2000 manat pul verəcəyini bildirmişdir. Röyal onların hər birinə 2000 manat pul təklif etdikdən sonra onlar Röyalın təklifi ilə razılaşmışlar. Sonra onlar İran İslam Respublikasından tanımadıqları şəxsdən narkotik vasitəni Azərbaycan Respublikasına qaçaq yolla hansı qaydada gətirəcəkləri barəsində plan qurmuşlar. Röyal onlara bildirmişdir ki, iki nəfər Rafail və X27 Respublikasına keçərək oradan adını bilmədiyi şəxslə görüşəcək və həmin şəxsdə olan narkotik vasitələri qaçaq yolla Azərbaycan Respublikasına keçirəcəklər. Daha sonra həmin narkotik vasitələri Enur və o, Rafail və Orxandan götürərək Röyala verəcəklər. Rəfail və Orxan narkotik vasitələri onlara verdikdən sonra təkrarən qaçaq yolla İran İslam Respublikasına qayıdacaqdılar. Bundan sonra onlar 31 mart 2023-cü il tarixdə, saat 20 radələrində "Bakı Beynəlxalq Avtovağzalı"nda görüşmüşlər. Sürücüsünü tanımadığı, tünd boz rəngli, "Toyota Prius" markalı taksiyə əyləşərək Bakı şəhərindən Beyləqan rayonu istiqamətində hərəkətə başlamışlar. Onlar Bakı şəhərindən çıxaraq Qobustan qəsəbəsinə çatdıqda Röyal taksini saxladaraq yol kənarında yerləşən dükanlardan birinə daxil olmuş və tanımadığı İran İslam Respublikası vətəndaşı ilə mobil telefon vasitəsi ilə "WhatsApp" üzərindən görüntülü danışaraq həmin şəxsin sifariş etdiyi spirtli içkiləri dükandan aldıqdan sonra onlar taksiyə əyləşərək yollarına davam etmişlər. Yolda olarkən X28 Respublikası vətəndaşı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Orxanın mobil telefon nömrəsini ona vermişdir. Adını bilmədiyi İran İslam Respublikası vətəndaşı isə Orxanın mobil telefonuna "WhatsApp" üzərindən narkotik vasitələri götürəcəkləri yerin məkanın paylaşımını göndərmişdir. Onlar 01 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonunda tanımadıqları yerə çatmış və qəbristanlıq olan ərazidən bir qədər kənarda taksidən düşmüşlər. Onlar ərazidə bir qədər gəzdikdən sonra hava qaranlıq və yağışlı olduğu üçün o və X13 ayrı düşmüşlər. Elnurla ərazini gəzib Rəfaillə Orxanı axtararkən sərhədçilər tərəfindən saxlanılmışlar. Onlar qeyd olunan əraziyə, qanunsuz yolla İran İslam Respublikasına keçərək orada adını bilmədiyi şəxsdən təxminən 2 kisə narkotik vasitə olan qurudulmuş marixuananı İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmək istəmişlər. Rafail və X27 Respublikasına keçərək adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə görüşüb, həmin şəxsdə olan narkotik vasitələri qaçaq yolla Azərbaycan Respublikasına keçirib ona və Elnura sərhədin dibində verdikdən sonra özləri yenidən İran İslam Respublikasına qayıdıb orada həmin şəxsin evində girov qalacaqdılar. Daha sonra, həmin narkotik vasitələri Elnurla götürərək Röyala verməli idilər. O, da öz növbəsində narkotik vasitələri satıb pulu İran İslam Respublikasında olan həmin şəxsə göndərdikdən sonra, Rəfail və Orxanı həmin şəxs girovluqdan azad edərək yenidən qanunsuz yolla Azərbaycan Respublikasına göndərməli idilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 31 mart 2023-cü il tarixdə, saat 20 radələrində "Bakı Beynəlxalq Avtovağzalı"nda Şəki restoranının yanında Royal ona yaxınlaşaraq Beyləqan rayonu Daşburun qəsəbəsi istiqamətində getməsini istəmiş, sonuncu ilə 150 manat pul müqabilində razılığa gəlmiş və özündən əlavə tanımadığı 4 nəfər şəxsi də öz avtomobilinə əyləşdirərək yola düşmüşlər. "Bakı-Ələt" avtomobil yolunda yerləşən marketlərin birində saxlamış, Röyal marketdə müəyyən qədər spirtli işki aldıqdan sonra onlar yenidən Beyləqan rayonu istiqamətində hərəkətə başlamış və 1 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Beyləqan rayonuna çatmışlar. O, Röyala və onunla birlikdə 4 nəfər olan şəxsə ünvana çatdıqlarını bildirdikdə, Röyal ona mobil telefonunda olan məkan paylaşımını göstərərək həmin ünvana avtomobilini sürməsini xahiş etmiş və əlavə ödəniş edəyəcəyini bildirmişdir. O, Röyalla razılaşaraq avtomobili həmin ünvana sürmüş, həmin məkana çatdıqda Röyal ilə gələn 4 nəfər şəxs avtomobildən düşmüş, o və Röyal isə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. O, Beyləqan rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olmuş, bu zaman Röyal avtomobildən düşərək mağazadan özünə şirinyyat və su almış, avtomobilə əyləşdikdə Röyal ona bir qədər gözləməyi xahiş etmiş və Bakı şəhərindən gətirdiyi 2 nəfərin yenidən Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Sonra təxminən 3 saat gözlədikləri üçün o, narazılıq etmiş və etirazını bildirərək Bakı şəhəri istiqamətində qayıtmışdır. Bu zaman yanacaqdoldurma məntəqəsindən çıxmaq istəyərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılaraq sərhəd zastavasına aparılmışlar. O, Röyal və digərlərini əvvəllər tanımamış, həmin əraziyə taksi fəaliyyəti ilə məşğul olduğu üçün Röyalın 150 manat təklifi müqabilində həmin şəxsləri Beyləqan rayonuna aparmaq məqsədi ilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasında qumbaraatan vəzifəsində xidmət edən, əsgər Şahid1 21 aprel 2023-cü il tarixli ifadəsində göstərdi ki, 2 aprel 2023-cü il tarixdə, saat 12:30-da təlimata uyğun olaraq əmr və tapşırıqlar aldıqdan sonra əsgər Şahid2 ilə birlikdə 30/31-ci sahələrdə sərhəd gözətçisi xidmətinə təyin edilmiş, xidmətdə olarkən 20-ci sərhəd zastavasının 31ci sahəsinin arxa istiqamətində sıx kolluq və qamışlıqların içərisində iki nəfər şübhəli şəxsin olmasını aşkar etmiş, şübhəli şəxslərə uca səslə “Dayan!” komandası vermiş, həmin şəxslər əmrə tabe olmuşlar. Daha sonra sonra sərhəd zastavası silaha komandasına qalxaraq hadisə baş vermiş əraziyə gəlmiş, hərbi pərdələyici dəstə dövlət sərhəd xəttini qapamış, axtarış tədbirləri zamanı dövlət sərhədinin pozulması hal və əlamətləri aşkar edilməmişdir. Saxlanılmış şübhəli şəxslər sərhəd zastavasına aparılmış, sərhəd zastavasında dindirilmə zamanı saxlanılan şübhəli şəxslərin Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması barədə qərardan görünür ki, cinayət işinin başlanılmasına səbəb Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Samir Salamovun 2 aprel 2023-cü il tarixli məlumatı, əsas isə Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid7, Şahid8, Şahid9 və qeyrilərinin həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etməklə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitələrin keçirilməsi, satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınmasına cəhd etmələrini təsdiq edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının rəisi, baş leytenant Rauf Mustafayevin 2 aprel 2023-cü il tarixli raportundan görünür ki, 2 aprel 2023-cü il tarixdə, saat 03:00-dan saat 08:30-dək 20-ci sərhəd zastavasının 31-31 sahələrində xidmət aparan "Sərhəd Gözətçisi" sərhəd naryadı başçısı, əsgər Şahid1 Hümbət oğlu və sərhəd naryadı üzvü, əsgər Şahid5 saat 04:30 radələrində 29-cu sahədə mühəndis çəpərindən arxa tərəfdə 2 nəfərin hərəkətini müşahidə etməsi barədə verdiyi məlumata əsasən 31-ci sahədə arxa hüdudda "Pusqu" sərhəd naryadı başçısı, baş leytenant Rauf Mustafayev həmin istiqamətdə hərəkət etmiş, saat 05:05-də 28-ci sahədə mühəndis çəpərindən 500 metr arxada 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır. Saxlanılan şəxslər özlərini Göygöl rayon sakini, xx.xx.1988-ci il təvəllüdlü Şahid7 və xx.xx.1985-ci il təvəllüdlü, Salyan rayon sakini Şahid8 kimi təqdim etmişlər. Saat 05:05-də sərhəd zastavası, sərhəd komendantlığı və sərhəd dəstəsi "Silaha" komandasına qaldırılmış, sərhəd axtarışı filtirasiya tədbirləri və əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. X24 Nazirliyinin Füzuli və Beyləqan rayon polis şöbələrinə məlumat verilmişdir. Məlum olmuşdur ki, 6 nəfər Azərbaycan Respublikası vətəndaşı Beyləqan rayonunun 1-ci Şahsevən kəndinə gedərək, 2 nəfər vətəndaş avtomobildə gözləmiş, 4 nəfər Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmaq məqsədilə mühəndis çəpərinə doğru hərəkət etmişlər. Məqsədlərinin onlardan 2 nəfərin İran İslam Respublikası ərazisində narkotik vasitəni götürmək üçün girov qalması, digər 2 nəfərin isə narkotik vasitəni götürərək Azərbaycan Respublikasına qayıdıb avtomobildə gözləyən digər 2 nəfər şəxslə Bakı şəhərinə qayıdacağı olmuşdur. Axtarış tədbirləri zamanı hərbi hissə komandiri polkovnik Samir Salamov, kapitan Hikmət Əlizadə və gizir Fərid Ağazadə tərəfindən 1-ci Şahsevən kəndi yaxınlığında saat 06:20-də "Toyota Prius" markalı, AZ **-DC-*** qeydiyyat nişanlı avtomobil içərisində 2 nəfər şəxslə birlikdə saxlanılaraq sərhəd zastavasına aparılmışdır. Avtomobildə olan şəxslərin xx.xx.1989-cu il təvəllüdlü Cəlilabad rayon sakini (sürücü) Şahid9 və xx.xx.1992-ci il təvəllüdlü, Göygöl rayon sakini Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Saat 15:45-də qaçmağa cəhd edən digər 2 şəxs də saxlanılmışdır. Həmin şəxslər Tərtər rayon sakini Təqsirləndirilən şəxs3 və Göygöl rayon sakini X6 olmuşdur. İş materiallarına əlavə edilmiş 2 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış aparılan yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 20-ci sərhəd zastavasının 31-ci sahəsinin arxa hüdududur. Hadisə yeri Beyləqan rayonu Əmirzeyidli kəndinin ərazisində, dövlət sərhəd xəttindən 50-60 metr aralı ərazidə yerləşən sıx qamışlıq və kolluq ərazidir. Baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 və X1 yeri əlləri ilə göstərmiş və həmin əraziyə dövlət sərhədini pozaraq qanunsuz yolla İran islam Respublikasına getmək üçün gəldiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 saxlanılanadək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evinin olduğu ünvanda axtarış aparılması haqqında 4 aprel 2023-cü il tarixli protokoldan görünür ki, axtarış zamanı evin 2ci mərtəbədə yerləşən yataq otağının çəkməcəsinin 1-ci süyürtməsində 1 ədəd üzərində "spiçki" sözləri yazılmış kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunaraq götürülmüş, həmin kibrit qutusu ilə birlikdə 1 ədəd ağ rəngli kağız zərfin içərisinə müvafiq qaydada qablaşdırılmış və istintaq hərəkətlərinin iştirakçıları tərəfindən imzalanmışdır. Eyni zamanda yataq otağındakı həmin süyürtmədən üzərində "SH 131" sözləri və rəqəmləri yazılmış 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Axtarış istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə lentə alınmış və 2 ədəd "DVD" diskə köçürülərək qeyd olunan protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5 aprel 2023-cü il tarixli, 7/479 nömrəli ekpert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 0,93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (qurudulmuş marixuananın təmiz çəkisi - 0,93 qram, tədqiqata sərf edildi cəmi 0,05 qram, qalıq 0,88 qram). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kompleks məhkəmə-kimyəvi, məhkəmə-sənədin texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 6 adda alkoqollu içkilərin ümumilikdə orta bazar qiyməti təxminən 62.50 manatdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli məktubuna və ona əlavə edilmiş bir ədəd "CD" diskdəki məlumatlara baxış keçirilməsi haqqında 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ittiham olunduğu cinayətlərin törədildiyi ərəfədə – 2 aprel 2023-cü il tarixdə, saat 04:36dan saat 07:23-dək Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında çoxsaylı danışıqlar aparılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 10 iyul 2023-cü il tarixli məktubuna və ona əlavə edilmiş bir ədəd "CD" diskdəki məlumatlara baxış keçirilməsi haqqında 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ittiham olunduğu cinayətin törədildiyi ərəfədə – 2 aprel 2023-cü il tarixdə, saat 04:36-dan saat 07:23-dək Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında çoxsaylı danışıqlar aparılmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsindən N iyun 2023-cü il tarixdə istintaqa daxil olmuş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 20-ci sərhəd zastavasının 31-ci sahəsi istiqamətdə dövlət sərhədinin AR-dən İİR-ə qaçaq yolla keçməyə cəhd edərkən AR vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Şahid7, Şahid8 və Şahid9 saxlanılmışlar. Saxlanılmış şəxslərin hər biri ilə ayrı-ayrılıqda aparılmış filtirasiya tədbirləri zamanı onlar hadisədən təxminən 10-15 gün öncə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində görüşərək Təqsirləndirilən şəxs1 rəhbərliyi altında İİR-dən AR-ə dövlət sərhədindən qaçaq yolla ölkə ərazisinə külli miqdarda narkotik vasitələr gətirmək barədə razılığa gəldiklərini bildirmişlər. Həmçinin qrup üzvləri AR tərəfinə keçirmək niyyətində olduqları narkotik vasitələri Bakı şəhərinə çatdırdıqdan sonra Təqsirləndirilən şəxs1 müəyyən məbləğdə pul alacaqlarını da etiraf etmişlər. Həyata keçirilmiş filtirasiya tədbirləri zamanı qrup üzvlərinə Azərbaycan Respublikası-İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən hər hansısa bir kənar şəxsin (qrup üzvlərindən başqa) köməklik etmədiyini bildirmişlər. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən N iyun 2023-cü il tarixdə istintaqa daxil olmuş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının xidməti ərazisində 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır. Saxlanılan şəxslərlə filtirasiya tədbirləri həyata keçirilmiş, nəticədə onlara AR-İİR istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən zaman hər hansısa bir şəxs və ya şəxslərin köməklik etmədiyi müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsinin 27 may 2023-cü il tarixli, 3276 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə etmə halları olmuş, lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-in 22-ci maddəsinin təsiri altına düşmür. İşdə olan 10 oktyabr 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, həmçinin barələrində cinayət təqibi aparılan Şahid7, Şahid8 və Şahid9 barələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz olaraq əldə edilərək daşınmaqla qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi, saxlanılması və daşınmasına cəhd etmələri fakları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 206.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmadığına görə xitam verilmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmələri faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəllənin 29, 318.2-ci maddəsi ilə Şahid9 barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni əməlində cinayət tərkibi olmadığına görə, Şahid7 və Şahid8 barəsində isə aparılan həmin cinayət təqibinə Cinayət- Prosessual Məcəllənin 39.2-ci maddəsinə əsasən, yəni təqsirlilikləri sübuta yetirilmədiyinə görə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxslər özlərini tam təqsirli bilməsələr də məhkəmə iclasında dindirilmiş şahid ifadələri və cinayət işinin məhkəmə iclasında araşdırılmış materialları ilə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tərəfindən təşkil olunaraq onun digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qəsdən qanunsuz olaraq keçməyə cəhd etmələri kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, həmin hərəkətlərinə görə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 29, 318.2-ci, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsinin əlamətləri olduğundan ibtidai istintaq orqanı tərəfindən onların əməlləri həmin maddələrlə düzgün tövsüf edilmişdir. Lakin məhkəmə işin faktiki hallarını araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməlidir. Belə ki, cinayət işinə məhkəmə iclasında baxarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda qanunsuz keçməyə cəhd göstərərkən tutulduqdan sonra yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Zərifə Əliyeva küçəsində yerləşən və saxlandığı vaxtadək yaşadığı həmin evdə narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan edilmiş digər predmetlərin olmasını ehtimal etməyə kifayət qədər əsasların olduğu nəzərə alınıb Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsinin müstəntiqi X12 tərəfindən 04 aprel 2023-cü il tarixdə axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş axtarış istintaq hərəkətlərinin aparılmasını özündə əks etdirən video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, müstəntiq, Təqsirləndirilən şəxs1 saxlanılanadək yaşadığı həmin evin yerləşdiyi ərazidən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna 04 aprel 2023-cü il tarixdə 15:50 radələrində zəng etmiş və Təqsirləndirilən şəxs1 yaşadığı, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən evində təqsirləndirilən şəxsin özünün razılıq ərizəsinə əsasən axtarış keçiriləcəyini və həmin axtarışda iştirak etmək istəyib istəmədiyini soruşmuş, lakin vəkil Leyla İsgəndərova axtarışda iştirak etmək arzusunda olmadığını bildirmişdir. Bundan sonra evdə axtarış aparılmağa başlanılmış, axtarış zamanı evin 2-ci mərtəbəsində yerləşən yataq otağının çəkməcəsinin 1-ci süyürtməsində 1 ədəd üzərində "spiçki" sözləri yazılmış kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin marixuananın kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin ona məxsus olduğunu, cəmi bircə bükümdə olduğunu, həmin narkotik vasitədən istifadə etmədiyini, əvvəllər bir-iki dəfə narkotik vasitə satdığını göstərmişdir. Bundan sonra qurudulmuş marixuanaya bənzər maddə həmin kibrit qutusu ilə birlikdə 1 ədəd ağ rəngli kağız zərfin içərisinə müvafiq qaydada qablaşdırılmış və istintaq hərəkətlərinin iştirakçıları tərəfindən imzalanmışdır. Eyni zamanda yataq otağındakı həmin süyürtmədən üzərində "SH 131" sözləri və rəqəmləri yazılmış 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Həmin qərarda o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Bundan başqa, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir.Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Beləliklə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməyə cəhd göstərərkən tutulduqdan sonra yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi Zərifə Əliyeva küçəsində yerləşən və saxlandığı vaxtadək yaşadığı həmin evdə narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan edilmiş digər predmetlərin olmasını müəyyən etmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsinin müstəntiqi X12 tərəfindən 04 aprel 2023-cü il tarixdə axtarış və götürmə aparılması zamanı cinayət prosssual qabunvericiliyin tələbləri kobud surətdı pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair yuxarıda şərh etdiyimiz 28 mart 2019-cu il tarixli qərardan da görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Beləliklə də, Təqsirləndirilən şəxs1 müdafiəçisi- Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X8, Təqsirləndirilən şəxs1 yaşadığı, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən evində axtarış keçirilən zaman axtarışda iştirak etməkdən imtina edə bilməzdi. İşin halları ilə müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 evində axtarış aparılması ilə bağlı əvvəlcədən deyil, həmin əraziyə gəldikdən sonra vəkilə məlumat verilmiş, vəkilin iştirakının təmin edilməsi üçün müvafiq tədbir görməməklə qanunun nəzərdə tutulan tələblərini pozmuşdur. Halbu ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində kirayədə yaşadığı həmin evin sahibinin və qonşuların dəvət edilməsi ilə yanaşı vəkilin də axtarışda iştirak etməsini tələb etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdən satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etməklə saxlaması ibtidai istintaq dövründə də sübuta yetməmişdir. Bununla əlaqədar iş materiallarında sübutlar mövcud deyildir. Təqsirləndirilən şəxs1 narkotik vasitə satması müəyyən edilməmişdir. Evdə müəyyən edilən həmin narkotik vasitə bir bükümdə olmuş, ondan kiməsə satılması halları olmamışdır. Həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi daşıması və saxlaması barədə nəticəyə müstəntiq tərəfindən haradan və necə gəlməsi, hansı sübutlara əsaslanması müəyyən edilmir. Bundan əlavə cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizanın 19 may aprel 2023-cü il tarixli, 7/691 nömrəli ekpert rəyindən də görünür ki, tədqiqata təqdim edilmiş üzərində “SH-131” yazılar olan gümüşü rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri, narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparılarkən müəyyən edilmiş narkotik vasitə həmin elektron tərəzidə çəkilərkən tərəzinin işləməmsi müəyyən edilmişdir. Həmin hallar da Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin satılmasının müəyyən edilmədiyinə dəlalət edir. Bundan əlavə Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində yaşadığı evə baxış keçirilərkən evin 2-ci mərtəbəsində yerləşən yataq otağının çəkməcəsinin 1-ci süyürtməsində aşkar olunaraq götürülmüş 1 ədəd üzərində "spiçki" sözləri yazılmış kibrit qutusunun içərisində 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmiş, lakin hazırkı məhkəmə iclasında həmin ifadəsini danmışdır. Lakin məhkəmə hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşıyır. Onun bir bükümdə həmin narkotik vasitəni satış məqsədi olmadan əldə edib yaşadığı evdə saxlaması sübut olunur. Lakin onun həmin əməli cinayət tərkibi yaratmır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci siyahısının 109.1-ci sırasında qurudulmuş marixuananın miqdarı 5 qram nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 evində axtarış zamanı müəyyən edilən narkotik vasitə qurudulmuş marixuana 0,93 qram olmuşdur. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42-ci maddəsində bəraətin əsasları göstərilmişdir. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 57-ci bəndində göstərilir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Həmin qərarın 58-ci bəndinə görə əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Beləliklə cinayət işi üzrə toplanmış və məhkəmə iclasında araşdırlmış sübutlara hüquqi cəhətdən obyektiv və qərəzsiz qiymət verən məhkəmə hesab edir ki, tərsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmadığına görə bəraət verilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 29, 318.2-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 29, 318.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 29, 318.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 29, 318.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 2 aprel 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 3 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 5 aprel 2023cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.2 və 32.3, 29, 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 5 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 32.3, 318.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 206.3.2-ci maddələri başlanılmış cinayət işi həmin Məcəllənin 234.2 və 32.3, 29, 318.2-ci maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işinin mürəkkəbliyi ilə əlaqədar Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti 2 ay müddətinə, yəni 2 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti 2 ay müddətinə, yəni 2 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 2 aprel 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 3 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 5 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin hakiminin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 5 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 29, 318.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 206.3.2-ci maddələri ilə başlanılmış cinayət işi həmin Məcəllənin 29, 318.2-ci maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işinin mürəkkəbliyi ilə əlaqədar Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti 2 ay müddətinə, yəni 2 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti 2 ay müddətinə, yəni 2 noyabr 2023-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs3 2 aprel 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 3 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 5 aprel 2023-cü il tarixli qərarımla Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin hakiminin həmin tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 5 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 29, 318.2, 29, 234.4.1, 29, 234.4.3 və 29, 206.3.2-ci maddələri ilə başlanılmış cinayət işi həmin Məcəllənin 29, 318.2-ci maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın 26 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işinin mürəkkəbliyi ilə əlaqədar Təqsirləndirilən şəxs3 həbsdə saxlanılması müddəti 2 ay müddətinə, yəni 2 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar Təqsirləndirilən şəxs3 həbsdə saxlanılması müddəti 2 ay müddətinə, yəni 2 noyabr 2023-cü il tarixədək uzadılmışdır. İşdə olan Göygöl rayon İcra və Probasiya şöbəsinin 16 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Göygöl rayon Məhkəməsinin 1(066)-33/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göygöl rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü il AR CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan aylıq qazancından dövlət nəfmə 10% məbləğində pul tutulmaqla 08 ay islah işləri cəzası, CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, CM-nin 67.1 -ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilmiş, o. qəti olaraq 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən məhkumun stansionar qaydada tibb müəssisəsində və həbsdə saxlanıldığı 01 ay 05 gün müddət ona təyin edilmiş cəzadan çıxarılmış, üzərində 02 il 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti təyin edilməklə, 02 (iki) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 Göygöl rayon Məhkəməsinin 1 (066)- 33/2017 saylı xx.xx.2017-ci hökmü ilə ləyin olunmuş 02 il 11 ay 25 gün sınaq müddəti cəzasını xx.xx.2019-cu il tarixdə tam çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. İşdə olan Göygöl rayon İcra və Probasoiya şöbəsinin 16 may 2024-cü il tarixli məktubundan görünür ki, X2 Hərbi Məhkəməsinin 1-1(095)-261/2018 saylı xx.xx.2018- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-eü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törəkməkdə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmiş, AR CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-201/2018 saylı xx.xx.2018-ci il tarixli hökmünə ilə təyin olıınmuş 600 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 600 manat cərimə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 700 (yeddi yüz) manat cərimə cəzasına təyin edilmişdir.Məhkum Təqsirləndirilən şəxs1 hökm üzrə təyin olunmuş 700 (yeddi yüz) manat cərimənin 600 manatını xx.xx.2018-ci il tarixdə 100 manatını isə xx.xx.2018-ci il tarixdə dövlət nəfinə tam şəkildə ödəmişdir. İşdə olan tələbnamələrdən görünür ki, X9, X4 və Təqsirləndirilən şəxs3 məhkumluqları yoxdur. İş üzrə maddi sübut Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan - üzərində "SH-131" sözləri olan elektron tərəzi cinayət işi materiallarında saxlanılmalı, 1 ədəd 1 litrlik üzərində “XAN ÇİNAR” yazılmış spirtli içki, 1 ədəd 0,75 litrlik üzərində “MRVARİ” yazılmış spirtli içki, 1 ədəd 0,75 litrlik üzərində “DİVA” yazılmış spirtli içki, 1 ədəd 0,75 litrlik üzərində “MADRASA SAPERAVİ” yazılmış spirtli içki, 1 ədəd 0,70 litrlik üzərində “BLAST” yazılmış spirtli içki dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə kompleks məhkəmə-kimyəvi, məhkəmə-sənədin texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 185 (yüz səksən beş) manat təqsirləndirilən şəxslər X15, X10 və Təqsirləndirilən şəxs3 hər birindən 61.60 (altmış bir manat altmış qəpik) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə keçirilən məhkəmə-bioloji ekspertizaları narkotik vasitə və elektron tərəzi ilə bağlı olmuş, həmin iş üzrə Təqsirləndirilən şəxs1 tərsirli bilinmədiyinə görə ekspertiza xərcləri ondan tutula bilməz. Həmçinin Təqsirləndirilən şəxs1 həmin əməlində cinayət tərkibi olmadığına görə 0,93 qram qurudulmuş marixuana hazırkı iş üzrə maddi sübut kimik tanına bilməz. Həmçinin məhkəmə hesab edir ki, 0,93 qram narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin və hansı şəxslər tərəfindən əldə edilməsi, saxlanılması və daşınmasının müəyyən edilməsi və araşdırılıb hüquqi qiymət verilməsi ilə bağlı narkotik vasitənin saxlanıldığı yer üzrə prokurorluğa məlumat verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349 , 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 29, 318.2-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3, 29, 318.2-ci maddəsi ilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Cəzasının əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan - üzərində "SH-131" sözləri olan elektron tərəzi cinayət işi materiallarında saxlanılsın, 1 ədəd 1 litrlik üzərində “XAN ÇİNAR” yazılmış spirtli içki, 1 ədəd 0,75 litrlik üzərində “MRVARİ” yazılmış spirtli içki, 1 ədəd 0,75 litrlik üzərində “DİVA” yazılmış spirtli içki, 1 ədəd 0,75 litrlik üzərində “MADRASA SAPERAVİ” yazılmış spirtli içki, 1 ədəd 0,70 litrlik üzərində “BLAST” yazılmış spirtli içki dövlət nəfinə müsadirə edilsin. İş üzrə kompleks məhkəmə-kimyəvi, məhkəmə-sənədin texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 185 (yüz səksən beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 61.60 (altmış bir manat altmış qəpik) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat üçün 210(iki yüz on) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 31 (otuz bir) saat üçün 186(yüz səksən altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat üçün 210(iki yüz on) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X14 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar