Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-5/2025 16.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan, Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən,məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad şəhəri, Səttarxan küçəsi ev 151-də yaşayan Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinə işə düzəldəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə ilk öncə 13 sentyabr 2022-ci il tarixdə Masallı şəhəri ərazisində 10000 manat, 05 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 3000 manat, ümumilikdə 13000 manat mələğində pul vəsaitini ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs3 13000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad rayonu, Cəlayir kəndində yaşayan Zərərçəkmiş şəxs2 onun oğlu X4 gözündə olan görmə zəifliyinə görə hərbi xidmətdən azad etdirəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə ilk öncə 09 aprel 2023-cü il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu, Keşlə qəsəbəsi ərazisində 1000 manat, 13 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə məxsus Birbank mobil tətbiqi vasitəsilə onun kart hesabına göndərdiyi 500 manat, 25 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə məxsus Birbank mobil tətbiqi vasitəsilə onun kart hesabına göndərdiyi 500 manat, ümumilikdə N0 manat məbləğində pul vəsaitini ələ keçirib, vədinə əməl etməyib, əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs2 N0 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yaşayan Zərərçəkmiş şəxs1 onun oğlu Şahid2 Beyləqan rayon hərbi polisdə zabit kimi işə düzəltməyinə köməklik göstərəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə ilk öncə 04 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 eManat ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 6000 manat, 29 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin Beyləqan filialının yanında olan ödəmə terminalı vasitəsilə onun kart hesabına göndərdiyi 1000 manat, ümumilikdə 7000 manat məbləğində pul vəsatini ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs1 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə təsdiq edərək, bildirmişdir ki, o, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etmiş və orada onunla eyni vaxtda çağırışçı olan əsgər Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Onunla aralarında səmimi dostluq münasibətləri yaranmışdır. Hərbi xidməti başa vurduqdan sonra da dostluq münasibətlərini saxlamışlar. 2022-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 ilə zəngləşib Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində görüşmüşlər. Söhbət zamanı Nicat Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzəlmək istədiyini bildirdikdə, o, Nicata bu məsələ ilə maraqlanacağını bildirmişdir. Həmin ərəfədə 2-3 şəxsə ümumilikdə təxminən 20 min manat borcu olmuşdur. Ona görə məcbur olub Zərərçəkmiş şəxs3 onu işə düzəldəcəyinə dair yalan vədlər verərək ondan müəyyən miqdarda pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs3 zəng edib tanışları ilə danışdığını, eləcə də onu 13000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsində təhsilinə uyğun işə düzəldə biləcəyini bildirmişdir. Nicat razılaşaraq tələb etdiyi məbləği evdən götürmək üçün Cəlilabad rayonuna gedəcəyini bildirmişdir. Növbəti gün Nicat ondan Cəlilabad rayonuna gəlməyini istəmiş və 12 sentyabr 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs3 valideynlərinin Cəlilabad rayonunda yaşadıqları evə getmişdir. Növbəti gün o, Zərərçəkmiş şəxs3 ilə birlikdə Masallı rayonunda fəaliyyət göstərən “ASAN” Xidmətdə yerləşən notariat ofisinə getmişlər. Orada Zərərçəkmiş şəxs3 onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzəltməyi üçün ona 10000 manat nağd pul vermişdir. Nicatın ona 10000 manat borc pul verməsi barədə müqavilə bağlamış və həmin müqavilə qeyd edilən notariat ofisində təsdiqlənmişdir. O, Zərərçəkmiş şəxs3 təxminən 2 ay müddətinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsində işə düzələcəyinə söz vermişdir. Lakin həmin gün Sumqayıt şəhərinə gedib 10000 manat nağd pulu hissə-hissə olmaqla borclu olduğu şəxslərə vermişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşadığı evdə olarkən ona zabit kimi X6 işləmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs3 zəng edib əlavə 3000 manat verəcəyi təqdirdə onu X6 işə düzəldə biləcəyi barədə yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs3 bununla razılaşmış və 05 dekabr 2022-ci il tarixdə o, Nicatın Sabunçu qəsəbəsində yaşadığı mənzildə olarkən onunla Masallı rayonunda aralarında notariat qaydada təsdiqlənmiş borc müqaviləsinin arxa hissəsində ondan 3000 manat nağd pul almağı barədə qeydlər aparmışdır. Təxminən 2-3 gün sonra o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs3 atası Şahid5 ilə görüşmüş və Şahid5 həmin ərəfədə icarəyə götürdüyü etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona oğlu Zərərçəkmiş şəxs3 işə düzəlməsi üçün tələb etdiyi 3000 manatdan 1000 manatını nağd vermişdir. Bundan başqa, Şahid5 ona əlavə 50 manat pul verib, oğlu Zərərçəkmiş şəxs3 çatdırmağını xahiş etmişdir. O, oradan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə gəlib, Zərərçəkmiş şəxs3la görüşmüş və atasının verdiyi 1050 manat pulu ona vermişdir. Sonra oradan birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Bankı”na getmişlər. Zərərçəkmiş şəxs3 həmin bankdan N0 manat kredit pul götürmüş və sonuncu həmin bankın qarşısında 3000 manat nağd pulu ona vermişdir. O, 3000 manat pulu hissə-hissə olmaqla borclu olduğu şəxslərə vermişdir. 2023-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs3 ona zəng edib işə düzəlmək istəmədiyini və ona verdiyi ümumilikdə 13000 manat pulunu qaytarmağını tələb etmişdir. Ona görə də, anası X5 2023-cü ilin fevral ayının sonlarında "xxxx"dan N0 manat məbləğində kredit götürərək, metronun “Koroğlu” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3la görüşüb ona N0 manat nağd pul vermişdir. Bundan başqa, o, 2023-cü ilin mart ayının əvvəllərində tanışlarından N0 manat borc pul alıb Zərərçəkmiş şəxs3 qaytarması üçün anası Elvira Şirinovaya vermişdir. Anası metronun “Koroğlu” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3la görüşüb, ona N0 manat nağd pul vermişdir. Beləliklə, onun Zərərçəkmiş şəxs3 ümumilikdə 9.000 manat məbləğində borcu qalmışdır. Bundan başqa Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yaşayan X1 tanıyır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. O, Zərərçəkmiş şəxs1 tanışı Şahid3 Səhrəman oğlu vasitəsilə tanımışdır. Belə ki, o Babəklə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində qonşuluqda yaşamışdır. Həmin müddət ərzində onunla dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin mart ayında o, Babəklə söhbət edən zaman Babək ondan əvvəllər nə işlə məşğul olduğunu soruşduqda, o, əvvəllər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAHHXHQ işlədiyini və 2019-cu il tarixdə müqavilə vaxtı bitdiyi üçün işdən çıxdığını bildirmişdir. Həmin vaxt Babək dayısı oğlu Malikin hal-hazırda əsgər olduğunu və zabit kimi hərbi polisdə işə düzəltmək istədiklərini ona bildirdikdə, ona hərbidə çoxlu tanışlarının olduğunu və dayısı oğlu Malikin zabit kimi işə düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. Bu vaxt Babək dayısı oğlu Malikə zəng edərək, hərbi polisdə işləmək istəyib-istəmədiyini soruşmuş və Malik hərbi polisdə zabit kimi işləmək istədiyini bildirmişdir. Daha sonra Babək dayısı Zərərçəkmiş şəxs1 zəng edərək, onun çoxlu tanışlarının olduğunu, əgər istəsə oğlu Maliki hərbi polisdə zabit kimi işə qəbul etdirə biləcəyini bildirmişdir. O da Sərvanla telefon vasitəsilə danışaraq, tanışları vasitəsilə Maliki hərbi polisdə zabit kimi işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Sərvan razı olmuş və Babəkdən Malikin işə düzəlməsi üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Babək ondan nə qədər pul lazım olduğunu soruşduqda o, Babəkə 7000 manat pul lazım olduğunu bildirmişdir. Babək 7000 manat pul lazım olduğunu dayısı Sərvana bildirsə də, Sərvan həmin məbləğin yüksək olması ilə əlaqədar razılaşmamışdır. Səhəri gün o yenə də Babəklə görüşmüş və bu vaxt Babək işi bir az aşağı qiymətə həll etməsini ona bildirdikdə, o, işi 6000 manata düzəldə biləcəyini bildirmişdir. Bu vaxt Babək dayısı Sərvana zəng edərək onunla danışdığını, 6000 manata işi düzəldə biləcəyini bildirmiş və Sərvan razı olmuşdur. Həmin gün o, Sərvana zəng edərək 2 ay müddətində Maliki hərbi polisə zabit kimi işə əmrini verdirəcəyini və 6000 manat pulu göndərməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, “Whatsapp” vasitəsilə Sərvana kartının şəklini göndərmiş və Sərvan göndərdiyi karta 6000 manat pul göndərmişdir. Bundan sonra o Sərvana zəng edərək, kurs qurtaran zaman Malikin Beyləqan hərbi polisə təyinat alacağını bildirmişdir. Bir neçə gün sonra isə Babəkin onun dayısı ilə görüşmək təklifi ilə razılaşmış və Xocavənd rayonuna Sərvanın yaşadığı evə getmişlər. Həmin vaxt o, Sərvana işi düzəldəcəyini, əgər iş düzəlməsə pulu qaytaracağını bildirmişdir. Bir neçə gün sonra Malik Bakıda tibb komissiyasından keçməyə gəlmiş və həmin vaxt o Sərvana dediyi pulun qalan hissəsini almaq qərarına gəlmiş, sonuncuya zəng edərək işin yekunlaşmaq üzrə olduğunu və yekun komissiyalardan keçmək üçün N0 manat pul lazım olduğunu bildirmişdir. Sərvan ona pulunun olmadığını, lakin bir neçə dəqiqə sonra o, yenidən ona zəng edərək pulu 1500 manata endirdiyini, bu qədər əziyyət çəkdiyini və işi pozmamağını bildirmişdir. Sərvan ona 1000 manat pul düzəldib göndərə biləcəyini söyləmiş və o da razılaşmışdır. Bundan sonra o, Sərvana yenə də kartının şəklini göndərmiş və Sərvan göndərdiyi kart hesabına 29 aprel 2024-cü il tarixdə 1015 manat pul göndərmişdir. Sərvan ona zəng edərək, 1000 manatı işə görə, 15 manatı isə Babəkin Malikə verdiyi borcu qaytarmaq üçün göndərdiyini və 15 manatı Babəkə verməsini bildirmişdir. O, həmin pulun 1000 manatını öz ehtiyacları üçün xərcləmiş, 15 manatı isə Babəklə əlaqə saxlayıb ona vermişdir. Təxminən 15-20 gün sonra Malikin kursu başa çatmış və ona leytenant rütbəsi verərək Şuşa şəhərində yerləşən N saylı hərbi hissəyə göndərmişlər. Bu vaxt Sərvan ona zəng edərək, oğlunun təyinatının Beyləqan hərbi polisinə deyil, Şuşa şəhərində olan hərbi hissələrdən birinə verildiyini bildirmişdir. O, yenə də onu aldadaraq Malikin iş yerini dəyişdirtdirəcəyini, bir neçə müddət ərzində Sərvan ona zəng edərək iş yerini dəyişdirtməyini bildirmiş və o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sərvan ondan verdiyi 7000 manat pulunu geri istəmiş və o, hər dəfə bəhanə gətirərək pulunu verəcəyini bildirmiş, lakin bir neçə ay da keçməsinə baxmayaraq pulunu qaytarmamışdır. Sərvan onun barəsində şikayət etmişdir. Cəlilabad rayonu, Cəlayir kəndində yaşayan Zərərçəkmiş şəxs2 tanıyır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. O, Zərərçəkmiş şəxs2 da Şahid3 vasitəsilə tanımışdır. Belə ki, o 2023-cü ilin aprel ayının əvvəllərində Babəklə Bakı şəhərində görüşüb söhbət edən zaman Babək Zərərçəkmiş şəxs2 adlı qohumu olduğunu, Rəşadın oğlu X2 hərbi xidmətdə olduğunu ona bildirərək, Miradəmin gözündə zəiflik olduğu üçün atasının onu hərbi xidmətdən təxris etdirmək istədiyini ona bildirib nəsə köməklik edə bilibbilməyəcəyini ondan soruşmuş, həmin vaxt onun pula ehtiyacı olduğu üçün o, Babəki aldadaraq Miradəmi hərbi xidmətdən təxris etdirəcəyini deyib, Rəşaddan bir az pul əldə etmək qərarına gəlmişdir. O, Babəkə narahat olmamağını, hərbidə olan tanışları vasitəsilə ona köməklik edəcəyini demişdir. Bundan sonra Babəkə Rəşadı Bakıya çağırmasını bildirmiş və Babək Rəşadı görüşmək üçün Bakı şəhərinə çağırmışdır. Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gəlmiş və Babəklə görüşüb bir yerdə Keşlə qəsəbəsində olan kafelərdən birinə gəlmişlər. Babək onu da oraya çağırmış, o, həmin kafeyə gedib onlarla görüşmüş və Rəşadla oğlu Miradəmin təxris olunması barədə söhbət etmişdir. O, Rəşada Miradəmi hərbi xidmətdən təxris etmək üçün N0 manat pul lazım olduğunu bildirmiş və Rəşad onunla razılaşmışdır. Həmin vaxt Rəşad cibindən 1000 manat pul çıxarıb Babəkə vermiş və Babək də həmin pulu Rəşadın yanında ona vermişdir. Bir həftə sonra ona pul lazım olmuş və o, Babəkə zəng edərək həkimlərə pul verməli olduğunu deyib Rəşada yerdə qalan 1000 manat pulu da göndərməyi deməsini ona bildirmişdir. Babək ona Rəşadla danışacağını və onun da Rəşada zəng etməsini bildirmişdir. O, Rəşada zəng edib 1000 manat pulun ödənilməsini istəmiş, Rəşad pulu bir ay sonra verməli olduğunu bildirdikdə, onu aldadaraq həkimlərə pul verməli olduğunu bildirmişdir. Rəşad razılaşmış və o, Rəşada özünə məxsus kart hesabını göndərmişdir. Rəşad həmin gün onun verdiyi hesab kartına 500 manat pul göndərmiş, xx.xx.2023-cü il tarixdə ona yenidən pul lazım olmuş və o, yenə də Babəkə zəng edərək, Miradəmin artıq hərbi hissədən çıxıb hospitala gedəcəyini, həkimlərə pul verməli olduğunu bildirib yerdə qalan 500 manat pulun da lazım olduğunu bildirmişdir. Babək Rəşada zəng etmiş və Rəşad həmin gün Babəkin hesab kartına 500 manat pul göndərmişdir. Babək həmin gün həmin 500 manatı onun hesab kartına göndərmiş və Rəşad ona ümumilikdə N0 manat pul vermişdir. Lakin buna baxmayaraq o, Rəşadın oğlu Miradəmin hərbi xidmətdən təxris etdirmək üçün heç bir iş görməmiş və Rəşaddan aldığı bütün pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Babək və Rəşad dəfələrlə ondan Miradəmin nə səbəbə təxris olunmadığını soruşmuş və o onlara pulu xərclədiyini, Miradəmi hərbi xidmətdən təxris etdirməyəcəyini demişdir. Buna görə də Babək və Rəşad ona aldığı pulları geri qaytarmağını bildirmişlər. Lakin onun pulu olmadığı üçün Rəşaddan aldığı N0 manat pulu Rəşada geri qaytara bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, Nicatla aralarında kredit müqaviləsi bağlanmış olsa da, onun həmin pulu qaytarmaq fikri olmamış və o, həmin pulu X11 Nazirliyinə işə düzəldəcəyi adı ilə aldığını, onun kiminsə işə düzəltmək və hərbi xidmətdən tərxis edilməsi ilə əlaqədar hər hansı bir səlahiyyətinin olmadığını, istintaq zamanı Babəkə dayısı Sərvana verilməsi üçün 1000 manat məbləğində pul vəsaitinin verildiyini bildirmişdir və sonda isə törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini, azadlıqda olarsa zərərçəmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyəcəyini bildirərək, ona həbslə bağlı olmayan daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs əməlində 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olmuş ifadəsinə təsdiq edərək, bildirmişdir ki, Şahid3 Səhrəman oğlu onun bacısı oğludur və Bakı şəhərində yaşayır. Onun oğlu Şahid2 ali təhsillidir. Malik 2022-ci ilin əvvəllərində həqiqi hərbi xidmətə getmişdir. Malik hərbi xidməti başa vurmağa üç ay qalmış ona Müdafiə Nazirliyində zabit kimi işə düzəlmək istədiyini bildirmiş və o da razılıq vermişdir. Bundan sonra Malik öz istəyi əsasında Müdafiə Nazirliyinə ərizə yazaraq zabit kimi Müdafiə Nazirliyində xidmətə qəbul olunmasını xahiş etmiş və onu Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində 3 aylıq kursa göndərmişlər. Malik kursda olan zaman bacısı oğlu Şahid3 Səhraman oğlu ona zəng edərək, Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində Səlyanski kazarma adlanan hərbi hissədə gizir rütbəsində xidmət edən Fərid adlı dostunun olduğunu, Fəridin yaxşı tanışlarının olduğunu, Maliki hərbi polisdə zabit kimi xidmətə qəbul etdirə biləcəyini bildirmişdir. O, əvvəlcə buna razı olmamış, lakin Babək yenə də ona zəng edərək Fəridlə danışdığını, Maliki hərbi polisdə zabit kimi işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Fərid də Babəkin yanında olmuş və o da telefonu alaraq tanışları vasitəsilə Maliki hərbi polisdə zabit kimi işə düzəldə biləcəyini ona bildirmişdir. Bundan sonra o, razı olmuş və Babək ilk öncə ona 7000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin pulun çox olduğunu bildirərək razı olmamış, səhəri gün Babək yenidən ona zəng etmiş və Fəridlə danışdığını, 6000 manata işi düzəldə biləcəyini bildirdiyindən, o da razı olmuşdur. Həmin gün Fərid ona zəng edərək, 2 ay müddətində Maliki hərbi polisə zabit kimi işə əmrini verdirəcəyini bildirmişdir. Buna görə də o, Fəridə inanmış və X12 filialına gedərək 6000 manat məbləğində kredit götürmüş, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Fərid “Whatsapp” vasitəsilə ona kartının şəklini göndərmiş və o, Xocavənd rayonu ərazisində yerləşən “OBA” marketdə olan eManat terminalı vasitəsilə Fəridin ona göndərdiyi karta 6000 manat pul göndərmişdir. Bundan sonra Fərid zəng edərək kurs qurtaran zaman Malikin Beyləqan hərbi polisə təyinat alacağını ona bildirmiş və 2 gün sonra Babək və Fərid onun yaşadığı evə gəlmişlər. Həmin vaxt Fərid yenə də işi düzəldəcəyini, əgər iş düzəlməsə pulu qaytaracağını bildirmişdir. Bir neçə gün sonra Fərid ona zəng edərək, Malikin həkim komissiyasından keçəcəyini və buna görə N0 manat pul lazım olduğunu bildirmişdir. O, ümumi işin düzəlməsi üçün 6000 manat pula razılaşdıqlarını bildirmiş və pul göndərməyəcəyini demişdir. Təxminən 5-6 gün sonra Fərid yenə də ona zəng edərək işin yekunlaşmaq üzrə olduğunu və yekun komissiyalardan keçmək üçün N0 manat pul lazım olduğunu bildirmişdir. O, pulunun olmadığını bildirmiş və bir neçə dəqiqə sonra Fərid yenidən ona zəng edərək, pulu 1500 manata endirdiyini, bu qədər əziyyət çəkdiklərini və işi pozmamağını bildirmişdir. O, 1000 manat pul düzəldib göndərə biləcəyini söyləmiş və Fərid də razılaşmışdır. 29 aprel 2023-cü il tarixdə X12 filialının yanında olan ödəmə terminalından Fəridin ona göndərdiyi kart hesabına 1015 manat pul göndərmişdir. O, Fəridə zəng edərək 1000 manatı işə görə göndərdiyini, 15 manatı isə Babəkin Malikə verdiyi borcu qaytarmaq üçün göndərdiyini, 15 manatı Babəkə verməsini ona bildirmişdir. O, pulu göndərdikdən təxminən 15-20 gün sonra Malikin kursu başa çatmış və ona leytenant rütbəsi verərək, Şuşa şəhərində yerləşən N saylı hərbi hissəyə göndərmişlər. Bu vaxt o, Fəridə və Babəkə zəng edərək, oğlunun təyinatının Beyləqan hərbi polisinə deyil, Şuşa şəhərində olan hərbi hissələrdən birinə verildiyini bildirmişdir. Fərid Malikin iş yerini dəyişdirtdirəcəyini ona bildirmişdir. Lakin bir müddət də keçməsinə baxmayaraq Fərid Malik iş yerini dəyişdirə bilməmişdir. Buna görə də o, Fəriddən ona verdiyi 7000 manat pulunu geri istəmişdir. Fərid hər dəfə bəhanə gətirərək pulunu verəcəyini bildirmiş, lakin bir neçə ay da keçməsinə baxmayaraq pulunu qaytarmamışdır. Buna görə də o, onun barəsində şikayət etmişdir. O, təqsirləndirilən şəxsdən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında suallara cavab olaraq isə bildirmişdir ki, bacısı oğlu Babək ona zəng edərək, Fəridin dəymiş ziyana görə vermiş olduğu 1000 manat pulun onda olduğunu bildirsə də, lakin Babək həmin pulu ona verməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə təsdiq edərək, bildirmişdir ki, oğlu Miradəm Babayevin gözü zəif gördüyü üçün o, Cəlilabad rayon Komissarlığına Miradəmin hərbi xidmətə getməməsi üçün müraciət etmişdir. Lakin buna baxmayaraq, Miradəmi hərbi xidmətə aparmışlar. Miradəm xx.xx.2023-cü il tarixdə hərbi xidmətə getmiş və həmin vaxt bibisi oğlu X3 ona bildirmişdir ki, tanış adam var, onunla danışsın, bəlkə Miradəmi hərbi xidmətdən azad etdirə bilər. İlyas onu Bakı şəhərində yaşayan Şahid3 ilə tanış etmişdir. O, Babəklə telefonda danışmış və telefonla danışan zaman Babək ona narahat olmamasını, Miradəmi hərbi xidmətdən azad etdirəcəyini, hətta 2-ci qrupla pensiya da alacağını bildirmişdir. Sonra Babək görüşmək üçün onu Bakıya çağırmış və xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərinə getmiş və Babəklə görüşmüşdür. Həmin vaxt Babəkin yanında Fərid adlı şəxs də olmuş və Babək ona işi Fəridin düzəldəcəyini bildirmişdir. Onlar Keşlə kəndində tanımadığı bir kafeyə getmiş və söhbət etmişlər. Söhbət zamanı Babək və Fərid ona oğlu Miradəmi hərbi hissədən təxris etmək üçün N0 manat pul lazım olduğunu bildirdikdə, o da həmin vaxt üzərində olan 1000 manat pulu Babəkə vermiş, Babək də həmin pulu onun yanında Fəridə vermiş, qalan 1000 manatı isə bir ay müddətinə çatdıracağını bildirmişdir. Kafedə Babəkə və Fəridə verən zaman oğlu Mirhadı və dayısı oğlu Şahid4 yanlarında olmuşdur. xx.xx.2023-cü il tarixdə Fərid ona zəng edərək yerdə qalan 1000 manatı da göndərməsini bildirmiş qalan pulu bir ay müddətinə verəcəyini dediyini bildirmişdir. Lakin onlar ona həkimə pul verməli olduqlarını, pulu göndərməyinin vacib olduğunu dedikləri üçün, o, həmin gün Cəlilabad rayonundan Fəridin ona dediyi hesab kartına telefon vasitəsilə 500 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə də Babəkin ona dediyi hesab kartına 500 manat da pul göndərmişdir. Beləliklə o, oğlu Miradəmi hərbi xidmətdən təxris etmələri üçün Babək və Fəridə N0 manat pul vermişdir. Lakin buna baxmayaraq, onlar ona heç bir köməklik etməmiş, oğlu Miradəmi hərbi xidmətdən azad etdirməmiş və ondan aldıqları pulu da geri qaytarmamışlar. O, Babəklə danışıb ondan pulunu geri istədikdə Babək hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Babəklə telefonla danışan zaman Babək Fəridin onu da aldatdığını, istəyirsə polisə şikayət etməsini, lakin onu qohum kimi qeyd etməsini, pulları Fəridin verməli olduğunu bildirmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Şahid3 və Təqsirləndirilən şəxs oğlu X4 hərbi xidmətdən təxris etdirəcəkləri barədə ona vəd vermişlər. O, Şahid3 ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə təsdiq edərək, bildirmişdir ki, o, 2012-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. Orada onunla eyni vaxtda çağırışçı olan əsgər Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla arasında səmimi dostluq münasibətləri yaranmış və hərbi xidməti başa vurduqdan sonra da dostluq münasibətlərini saxlamışlar. 2022-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə zəngləşib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində görüşmüşlər. Söhbət zamanı o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona əlaqələrinin geniş olduğunu və böyük vəzifələrdə işləyən tanışlarının vasitəsi ilə onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzəldə biləcəyini bildirmişdir. Sonuncu onu həmin şöbəyə 10.000 manat pul müqabilində düzəldəcəyinə söz vermişdir. Aralarında bu barədə şifahi razılaşmışlar. xx.xx.2022-ci il tarixdə o Təqsirləndirilən şəxsla birlikdə ünvan 2 ünvanında yerləşən valideynlərinə məxsus evə getmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonuna dəvət edib onu valideynləri və qohumları ilə tanış etmişdir. Sonuncu valideynlərinə də onu 10.000 manat pul müqabilində təxminən 1 ay müddətdən sonra Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzəldəcəyinə söz vermişdir. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxsla birlikdə Masallı şəhərində fəaliyyət göstərən notariat ofisinə getmişlər. Orada o, Təqsirləndirilən şəxs 10.000 manat borc verməyi barədə müqavilə bağlamış və həmin müqavilə notariat ofisində təsdiqlənmişdir. Sonuncu 1 ay müddətinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzələcəyinə söz verməsinə baxmayaraq, vədinə əməl etməmişdir. O, tez-tez zəng edib Təqsirləndirilən şəxs işi ilə bağlı məlumat almış və sonuncu işin uzandığını bildirib, onu Cəlilabad rayon polis şöbəsində polis nəfəri vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində isə ona əlavə 3.000 manat pul verməli olduğunu bildirmişdir. O, Fəridin bu təklifi ilə razılaşmış və 05 dekabr 2022-ci il tarixdə onun Sabunçu qəsəbəsində yaşadığı mənzildə olarkən Təqsirləndirilən şəxs Masallı rayonunda notariat qaydada təsdiqlənmiş borc müqaviləsinin arxa hissəsində ondan 3.000 manat nağd pul almağı barədə qeydlər aparmışdır. Təxminən 2-3 gün sonra atası Şahid5 Bakı şəhəri, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin yaxınlığında Fəridlə görüşərək ona işə düzəlməsi üçün tələb etdiyi 3000 manatdan 1000 manatını nağd şəkildə vermişdir. Təqsirləndirilən şəxs oradan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə gəlib onunla görüşmüş və onlar birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Bankı”na getmişlər. O, həmin bankdan N0 manat kredit pul götürmüş və həmin Bankın qarşısında N0 manat nağd pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin tələb etdiyi ümumilikdə 13000 manat nağd pulu Təqsirləndirilən şəxs verməsinə baxmayaraq o, vədinə etməmiş və müxtəlif bəhanələr göstərərək pulunu qaytarmaqdan imtina etmişdir. 2023-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs anası Elvira Şirinova metronun “Koroğlu” stansiyasının yaxınlığında onunla görüşərək, orada ona N0 manat nağd pul vermişdir. Bundan başqa, sonuncu 2023cü ilin mart ayının əvvəllərində yenidən onunla metronun “Koroğlu” stansiyasının yaxınlığında görüşüb, ona N0 manat nağd pul vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona ümumilikdə 9000 manat məbləğində pul verilməlidir. Təqsirləndirilən şəxs onu kimlərin vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə və ya X9 işə düzəldəcəyi barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs ondan aldığı 13000 manat pulun 4000 manatını hissə-hissə olmaqla, anası Elvira Şirinova qaytarmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs ona ümumilikdə 9000 manat maddi ziyan vurmuşdur. O, təqsirləndirilən şəxsdən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə qohumluq əlaqələri var və Təqsirləndirilən şəxs isə təxminən 2 il yarım olar ki, tanıyır və əvvəllər onunla qonşuluqda yaşamışdır. Fərid ona Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində işlədiyini bildirmişdir. Fəridi hərbi qara rəngli formada gördüyü üçün onun hərbçi olduğuna inanmış və Fəridlə söhbət edən zaman ona Müdafiə Nazirliyində çoxlu tanışları olduğunu, çox adamlara işə düzəlməkdə köməklik etdiyini bildirmişdir. Təxminən 2023-cü ilin aprel ayının əvvəlində qohumu X3 ona zəng edərək, Zərərçəkmiş şəxs2 oğlu Miradəmin hərbi xidmətə aparıldığını, lakin Miradəmin gözlərinin zəif gördüyünü bildirərək, onu hərbi xidmətdən təxris etmək üçün nəsə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O, Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, kömək etsə onun kömək edə biləcəyini bildirərək, bu barədə Fəriddən soruşacağını demişdir. Bundan sonra o bu barədə Fəridə demiş, Fərid isə ona narahat olmamasını və ona köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Rəşadı Bakıya çağırmış və Rəşad Bakı şəhərinə gəlmişdir. Rəşad onunla görüşmüş və bir yerdə Keşlə qəsəbəsində olan kafelərdən birinə gəlmişlər. Fərid də oraya gəlmiş və onlar orada Fəridlə görüşmüşlər. X13 hərbi xidmətdən təxris etmək üçün N0 manat pula razılaşmışlar və həmin vaxt Rəşad işlə bağlı ona 1000 manat pul vermiş, o da həmin pulu Rəşadın yanında Fəridə vermişdir. Bundan bir həftə sonra Fərid ona zəng edərək, həkimlərə pul verməli olduğunu deyib yerdə qalan 1000 manat pulu da göndərməyi Rəşada deməyini ona bildirmişdir. O, Fəridə Rəşadla danışacağını bildirmiş və özünün də Rəşada zəng etməsini bildirmişdir. Sonra o, Rəşada zəng edib Fəridin 1000 manatı da istədiyini, 500 manat göndərməsini, işi düzəltsə 500 manatı da göndərməli olmasını demişdir. Daha sonra isə Fərid Rəşad ilə əlaqə saxlayaraq danışmış və Rəşad Fəridin dediyi hesab kartına 500 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə Fərid yenidən ona zəng edərək, Miradəmin artıq hərbi hissədən çıxıb hospitala gedəcəyini, həkimlərə pul verməli olduğunu bildirib, yerdə qalan 500 manat pulun da lazım olduğunu bildirmişdir. O, Rəşada zəng etmiş və bu barədə ona bildirmişdir. Rəşad ona kart hesabı göndərməsini demiş və ona öz kart hesabının nömrəsini göndərmişdir. Rəşad həmin gün onun hesab kartına 500 manat pul göndərmiş, o da həmin 500 manatı Fəridin hesab kartına göndərmişdir. Bununla da Rəşad Fəridə ümumilikdə N0 manat pul vermiş olmuşdur. Lakin buna baxmayaraq Fərid vədinə əməl etməmiş və Miradəmi hərbi xidmətdən təxris etdirməmişdir. Bundan sonra o və Rəşad dəfələrlə Fəridə aldığı pulu geri qaytarmasını bildirmişlər. Lakin buna baxmayaraq Fərid indiyə kimi onu və Rəşadı aldadaraq N0 manat pulu Rəşada geri qaytarmamışdır. Zərərçəkmiş şəxs1 isə onun dayısıdır. 2023-cü ilin mart ayında, dəqiq xatırlamadığı tarixdə dayısı Zərərçəkmiş şəxs1 ona zəng edib oğlu Şahid2 həqiqi hərbi xidmətini başa vurub zabit kimi hərbi kursa getdiyini demişdir. O, bu barədə Fəridə demiş və Fərid isə ona tanışı olduğunu, dayısı oğlu Maliki hərbi polisdə işə düzəldə biləcəyini demişdir. O da bu barədə dayısı Sərvana demiş və onun razılığını almışdır. Fərid Maliki hərbi polisdə işə düzətmək üçün 7000 manat məbləğində pulun lazım olduğunu bildirsə də, dayısı bununla razılaşmamış və daha sonra 6000 manat məbləğ ilə razılığa gəlmişlər. Bununla bağlı dayısı Sərvan özü də Fəridlə zəngləşib danışmışdır. 04 aprel 2023-cü il tarixdə Fərid ona bildirmişdir ki, dayısı Sərvan pulu göndərmədiyi üçün iş pozulur və o da Sərvana zəng edib bu barədə bildirmişdir. Həmin günü axşam vaxtı Sərvan ona zəng edib demişdir ki, Fəridin kart hesabına 6000 manat pul göndərmişdir. Hələ Sərvanla onun oğlunun işə düzəlməsi barədə söhbət olmamışdan əvvəl Fərid ondan hissə-hissə təxminən 800 manat borc pul almışdır. Dayısı 6000 manat pul göndərən günü Fərid onun kart hesabına 1000 manat pul göndərmişdir. Fəridin ona borclu olduğu məbləğdən təxminən N manat artıq göndərdiyi üçün narahat olmuş və Fəriddən niyə borcunu dayısından aldığı puldan göndərdiyini və artıq verdiyini soruşmuş, Fərid də ona bunun ona aidiyyəti olmadığını və narahat olmamasını bildirmişdir. O da fikirləşmişdir ki, yəqin Fərid işin düzəlməsində vasitəçilik etdiyi üçün pulun bir hissəsi də ona çatır, buna görə ona olan borcunu artıqlaması ilə verir. Bir neçə gün sonra Fərid ona demişdir ki, Beyəqan rayonuna gedib Malikin işi ilə bağlı hərbi polisdə olan ştatlarla maraqlanmalıdır. Fərid Beyləqan rayonunu tanımadığından, onun da onunla birlikdə getməsini xahiş etmişdir. O da Fəridlə birlikdə Beyləqan rayonuna gəlmiş, ancaq Fərid Beyləqan rayonunda hərbi polisə getməmiş, kiminləsə telefonla danışmışdır. Ondan sonra Fəridlə birlikdə Xocavəd rayonu 500 ailəlik qəsəbəyə dayısı Sərvanın yaşadığı evə getmişlər və onlar oturub yemək yedikdən sonra Fərid dayısına narahat olmamağını, oğlu Malikin işini düzəldəcəyini bildirmişdir. Bir müddət keçəndən sonra dayısı oğlu Malik Bakı şəhərində yerləşən hərbi hospitalda tibb komissiyadan keçən zaman problem yaranmışdır. Həmin vaxt Fərid dayısı Sərvandan əlavə 1000 manat pul istəmiş və Sərvan da onun kart hesabına 1015 manat pul göndərmişdir. Həmin pulun 15 manatı onun Malikə xərclik verdiyi pul olmuşdur. Fərid pulu kartdan çıxartmış və 15 manatını ona vermişdir. 18 iyul 2023-cü il tarixdə dayısı Sərvan ona zəng edib oğlu Malikin əmrinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə verildiyini, lakin Fəridə 7000 manat pulu Maliki hərbi polisə işə düzəltməsi üçün verdiyini bildirmişdir. Bundan sonra o Fəridə zəng edib nə məsələ olduğunu, Malikin işinin niyə düzəlmədiyini soruşmuşdur. Fərid ona anlaşılmazlıq olduğunu, məsələni həll edəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, Fərid Malikin işini həll etməmiş və onu hərbi polisə işə düzəltməmişdir. Bundan sonra dayısı Sərvan Fəridə verdiyi 7000 manat pulu geri istəmişdir. İstintaq zamanı Fəridgil dayısına vurulmuş 7000 manat məbləğində ziyanın 1000 manatını dayısına vermək üçün ona vermişlər, o da həmin məbləği dayısına vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, onun qardaşı Miradəm Babayevin gözü zəif gördüyü üçün atası Cəlilabad rayon Komissarlığına müraciət etmişdir ki, Miradəm hərbi xidmətə getməsin. Lakin buna baxmayaraq Miradəmi hərbi xidmətə aparmışlar. Həmin vaxt atasının bibisi oğlu X3 atasına tanış adam olduğunu, bəlkə Miradəmi hərbi xidmətdən azad etdirə biləcəyini bildirmişdi. Bundan sonra İlyas atasını Şahid3 ilə tanış etmiş, atası Babəklə telefonla danışmış və Babək görüşmək üçün atasını Bakıya çağırmışdır. xx.xx.2023-cü il tarixdə atası, atasının dayısı oğlu Vahid və o, Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhərində Babəklə görüşmüşlər və həmin vaxt Babəkin yanında Fərid adlı şəxs də var idi. Babək atasına işi Fəridin düzəldəcəyini bildirmişdir. Onlar Keşlə kəndində tanımadığı bir kafeyə getmişlər və söhbət zamanı Babək və Fərid atasına Miradəmi hərbi hissədən təxris etmək üçün N0 manat pul lazım olduğunu bildirmişlər. Atası da həmin vaxt üzərində olan 1000 manat pulu Babəkə vermiş, Babək də həmin pulu onların yanlarında Fəridə vermişdir. Atası qalan 1000 manat pulu bir ay müddətinə onlara çatdıracağını bildirmiş və daha sonra telefonunda olan proqramdan Babək və Fəridin verdiyi kart hesablarına hər dəfə 500 manat olmaqla, 2 dəfə də pul göndərmişdir. Atası Miradəmi hərbi xidmətdən təxris etmələri üçün ümumilikdə Babək və Fəridə N0 manat pul vermişdir. Lakin buna baxmayaraq onlar Miradəmi hərbi xidmətdən azad etdirmədilər və atasından aldıqları pulu da geri qaytarmadılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək, bildirmişdir ki, oğlu Nicat Təqsirləndirilən şəxs ilə əsgərlikdə tanış olmuş və onların arasında səmimi dostluq münasibətləri yaranmışdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində oğlu Zərərçəkmiş şəxs3 ona zəng edərək, əsgərlik yoldaşı Təqsirləndirilən şəxs onu 10000 manat müqabilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzəldə biləcəyinə söz verdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs3 yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinə gəlmiş və sonuncu həmin işlə bağlı ona ətraflı məlumat vermişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özü tək Cəlilabad rayonuna gəlmişdir. O, tanışlarının vasitəsi ilə oğlu Zərərçəkmiş şəxs3 10000 manat pul müqabilində, təxminən 1 ay müddətdən sonra Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzəldəcəyinə söz vermiş və xx.xx.2022-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla birlikdə Masallı şəhərində fəaliyyət göstərən notariat ofisinə getmişlər. Orada oğlu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 10000 manat borc verməsi barədə notarial qaydada müqavilə bağlamışlar. Sonuncu 1 ay müddətinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon şöbəsinə işə düzələcəyinə söz verməsinə baxmayaraq, vədinə əməl etməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs3 onu Cəlilabad rayon Polis Şöbəsində polis nəfəri vəzifəsinə düzəldə biləcəyini, bunun müqabilində isə oğluna əlavə 3000 manat pul verməli olduğunu bildirmişdir. Oğlu Zərərçəkmiş şəxs3 Fəridin bu təklifi ilə razılaşmış və 05 dekabr 2022-ci il tarixdə Nicatın Sabunçu qəsəbəsində kirayə yaşadığı mənzildə olarkən Təqsirləndirilən şəxs Masallı rayonunda notariat qaydada təsdiqlənmiş borc müqaviləsinin arxa hissəsində ondan 3000 manat nağd pul alması barədə qeydlər aparmışdır. Bundan təxminən 2-3 gün sonra o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxsla görüşərək ona oğlu Zərərçəkmiş şəxs3 işə düzəltməsi üçün tələb etdiyi 3000 manatdan 1000 manatını nağd vermiş, oğlu Zərərçəkmiş şəxs3 isə bankdan N0 manat kredit pul götürüb Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs3 işə düzəltmək adı ilə aldadaraq ümumilikdə 13.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Lakin, 2023-cü ilin fevral və mart aylarında Təqsirləndirilən şəxs anası Elvira Şirinova metronun “Koroğlu” stansiyasının yaxınlığında oğlu Zərərçəkmiş şəxs3la görüşərək ona hər dəfə 2.000 manat olmaqla ümumilikdə 4.000 manat nağd pul vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs3 ümumilikdə 9.000 manat borcu qalmışdır. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında 16 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuşdur (cild 1, i.v 37). Cinayət işlərinin br icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi il bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqının davam etdirilməsi və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır (cild 1, i.v 49-50). 01 avqust 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki,Zərərçəkmiş şəxs3 yaşadığı Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış ünvanına baxış keçirilmiş və baxış zamanı Zərərçəkmiş şəxs3 bildirmişdir ki, əsgərlik yoldaşı Təqsirləndirilən şəxs onu FHN-yə işə düzəldəcəyi adı ilə ondan ümumilikdə 13000 manat pul almış, sonuncu dəfə 3000 manat pulu Fəridə yaşadığıvə Sabunçu qəsəbəsində yerləşən evin qarşısında, küçədə vermişdir. Lakin Fəridin onu aldadaraq, ona qarşı dələduzluq etməsini bildirmişdir. Hadisənin 2023-cü ilin əvvəllərində baş verməsinu bildirmiş, həmin vaxt orada ikisinin olmasını bildirmişdir.Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilmişdir(cild 1, i.v 95-97). X5 tərəfindən verilmiş iltizamdan görünür ki, oğlu Təqsirləndirilən şəxs FHN-ə işə düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs3 aldığı, ümumilikdə 13000(on üç min) manat pulun 4000(dörd min) manat hissəsi tərəfindən hissə-hissə sonuncuya qaytarılmış, həmçinin qalan 9000(doqquz min) manat hissəsini ilkin olaraq xx.xx.2023-cü il tarixdə 500(beş yüz) manat olmaqla hissə-hissə ödəyəcəyinə söz vermişdir(cild 1, i.v 105). 13 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək10.000 (on min) manat məbləğində borc vermişdir və həmin kredit müqaviləsinin sonuncu səhifəsinə əllə yazılmışdır ki “Mən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 3000 min AZN pul aldım. Öz imzam ilə təsdiq edirəm”(cild 1, i.v 118-119). 230051408 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş,13 oktyabr 2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 4(008)- 775/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal həbsdən azad edilərək, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 130, 142- 143,161-172). Bakı şəhəri Sabunçu RPİ-nin 12 dekabr 2023-cü il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğu vasitəsi ilə ərazi aidiyyəti üzrə Beyləqan rayon Polis Şöbəsinə göndərilmişdir”(cild 1, i.v 191-192). "xxxx"MTK tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək Sumqayıt şəhəri, 14-cü məhəllə,112C saylı binanın 7 saylı mənzilində yaşayır. Yaşadığı müddətdə səmimi davranışı ilə özünü nizam-intizamlı aparmış və qohum qonşuların dərin hörmətini qazanmışdır. Heç bir mübahisəli məsələlərdə adı çəkilməmişdir(cild 1, i.v 217). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.2 v’ 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 223-224). Qətimkan tədbiri seçilməsi barədə 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 25 gün müddətinə, yəni 11 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablanmışdır (cild 1, i.v 247-250). 04 aprel 2023-cü il tarixli ödəniş qəbzindən və 24 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd ödəniş qəbzinə baxış keçirilmiş və baxış keçirilən zaman müəyyən edilmişdir ki, baxış keçirilən qəbzin nömrəsi 46217-dir. Həmin qəbzdə 523915******2253 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 21:53-də Beyləqan rayonu Xocavənd qəsəbəsində yerləşən OBA Xocavənd 1 adlanan ictimai iaşə obyektində “e Manat” terminal vasitəsilə 6000(altı min) manat pul göndərilməsi göstərilmişdir. Bundan başqa qəbzin müştərisinin adı, soyadı yazılan hissəsində T*****F*****F*****OĞLU yazılmışdır. Baxış yekunlaşdırıldıqdan sonra protokol tərtib olunmuş və baxış keçirildikdən sonra 01 ədəd qəbz cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, i.v 56, cild 2, i.v 1). Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd ödəniş qəbzi iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i.v 2-3). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş digər ittihamlarla yanaşı, onun «təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cəlilabad rayonu, Cəlayir kəndində yaşayan Zərərçəkmiş şəxs2 onun oğlu X4 gözündə olan görmə zəifliyinə görə hərbi xidmətdən azad etdirəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə ilk öncə 09 aprel 2023-cü ildə Bakı şəhəri, N.Nərimanov rayonu, Keşlə qəsəbəsi ərazisində 1000 manat pulu, sonra 13 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Kapital Banka məxsus Birbank mobil tətbiqi vasitəsilə onun kart hesabına göndərdiyi 500 manat pulu, sonra 25 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Kapital Banka məxsus Birbank mobil tətbiqi vasitəsilə onun kart hesabına göndərdiyi 500 manat pulu, ümumilikdə N0 manat pulunu ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyacına sərf edərək Zərərçəkmiş şəxs2 N0 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi» qeyd edilmişdir. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinə əsasən, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq cinayəti əməli nəticəsində zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 N0 manat məbləğində, yəni xeyli miqdarda olmayan məbləğdə ziyan vurmuş olsa da, ittihamda xeyli miqdarda ziyan vurması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə xeyli miqdar sözü ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul N4-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v 174-175). Məhkəmə, törətmiş olduğu cinayət əməllərini səmimi olaraq etiraf edib törətdiyi əməllərdən peşman olmasını və dəymiş zərərin bir qisminin ödənilmiş olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu ziyanı ödəmədiyi nəzərə alınaraq ona təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 16 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs halhazırki cinayət işinə birləşdirilmiş və Sabunçu Rayon Polis İdarəsində istintaq aparılan zaman ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş,13 oktyabr 2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 4(008)- 775/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal həbsdən azad edilərək, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında qəti imkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 2(iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə müddətinin 1 gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Maddi sübutlar – Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddia verilməmişdir. Odur ki, zərər çəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 15 (on beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N1-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – ödəniş qəbzi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Zərər çəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 90 (doxsan) manat ödənilsin. Hökm elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-5/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-5/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver