Məhkəmə qərarları › İş №1(020)-51/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-51/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-51/2024 21.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan,Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçilər Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, evli(himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı var), məhkumluğu olan, Beyləqan rayonunun Dünyamalılar kəndində qeydiyyatda olan , barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə, 16 avqust 1996-cı il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, ailəli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, məhkəməyə verilmişdir ki, ona görə ki, “o, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində onun gəlməsini gözləmiş, o, özünə məxsus atla Saleh Mustafayevin yaşadığı evin həyətinin çölündə yerləşən tövlənin yaxınlığına gedib heyvanların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan şiferdən və taxta materialdan inşa edilmiş tövləyə qapıdan qanunsuz daxil olub iki yaşlı, erkək cinsli, diri çəkisi 320 kiloqram olan, 2160 manat dəyərində bir baş iribuynuzlu heyvanının ipini kəsərək oğurlayıb tövlədən çıxarıb Beyləqan rayonu, Dünyamalılar kəndinə apararaq əvvəlcədən aralarında olan razılığa əsasən həmkəndlisi Təqsirləndirilən şəxs2 800 manat pula satmaqla Zərərçəkmiş şəxs4 məxsus cəmi 2160 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Qəhrəmanli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində onun gəlməsini gözləmiş, o, özünə məxsus atla Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında yerləşən otlaq sahəsinə gedib iki yaşlı, erkək cinsli, diri çəkisi 140-150 kiloqram olan, 1300 manat dəyərində bir baş iribuynuzlu heyvanının ipini kəsərək oğurlayıb Beyləqan rayonu, Dünyamalılar kəndinə apararaq əvvəlcədən aralarında olan razılığa əsasən həmkəndlisi Təqsirləndirilən şəxs2 600 manat pula satmaqla Zərərçəkmiş şəxs1 məxsus cəmi 1300 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Qaradağlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 fevral 2024-cü il tarixdə, saat 21 radələrində aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində onun gəlməsini gözləmiş, o, özünə məxsus atla Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinin yaxınlığına gedib həyətin kənarında olan açıq yerdən həyətə qanunsuz daxil olub həyətdə yerləşən heyvanların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından inşa edilmiş tövləyə qapıdan qanunsuz daxil olub üç aylıq, dişi cinsli, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 60 kiloqram, təmiz ətinin çəkisi 30 kiloqram olan, 750 manat dəyərində bir baş və üç aylıq, erkək cinsli, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 60 kiloqram, təmiz ətinin çəkisi 30 kiloqram olan, 750 manat dəyərində bir baş olmaqla cəmi 1500 manat dəyərində iki baş iribuynuzlu heyvanının ipini açaraq həyətdən çıxarmaqla oğurlayıb Beyləqan rayonu, Dünyamalılar kəndinə apararaq əvvəlcədən aralarında olan razılığa əsasən həmkəndlisi Təqsirləndirilən şəxs2 580 manat pula satmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 1500 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 30 aprel 2024-cü il tarixdə, saat 22 radələrində özünə məxsus atla Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətinin yaxınlığına gedib həyətin kənarına çəkilmiş metal toru əyərək üzərindən həyətə qanunsuz daxil olub həyətdə ağaca bağlanmış üç yaşlı, dişi cinsli, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 280 kiloqram, təmiz ətinin çəkisi 140 kiloqram olan, 2000 manat dəyərində bir baş iribuynuzlu heyvanının ipini açaraq metal torun üzərindən həyətdən çıxarmaqla oğurlayıb Zərərçəkmiş şəxs3 məxsus 2000 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır”. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ki, ona görə ki,o, “Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində aralarında olan razılaşmaya uyğun olaraq Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 özünə məxsus atla Saleh Mustafayevin yaşadığı evin həyətinin çölündə yerləşən tövlənin yaxınlığına gedib heyvanların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan şiferdən və taxta materialdan inşa edilmiş tövləyə qapıdan qanunsuz daxil olub iki yaşlı, erkək cinsli, diri çəkisi 320 kiloqram olan, 2160 manat dəyərində bir baş iribuynuzlu heyvanının ipini kəsərək oğurlayıb tövlədən çıxarıb Beyləqan rayonu, Dünyamalılar kəndinə apararaq əvvəlcədən aralarında olan razılığa əsasən ona 800 manat pula satmış, bununla da o, Zərərçəkmiş şəxs4 məxsus cəmi 2160 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 21 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində aralarında olan razılaşmaya uyğun olaraq Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 özünə məxsus atla Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında yerləşən otlaq sahəsinə gedib iki yaşlı, erkək cinsli, diri çəkisi 140-150 kiloqram olan, 1300 manat dəyərində bir baş iribuynuzlu heyvanının ipini kəsərək oğurlayıb Beyləqan rayonu, Dünyamalılar kəndinə apararaq əvvəlcədən aralarında olan razılığa əsasən ona 600 manat pula satmış, bununla da o, Zərərçəkmiş şəxs1 məxsus cəmi 1300 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır. Bundan başqa o, təkrarən Beyləqan rayonu, Qaradağlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus əmlakı tamah məqsədilə, hüquqa zidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 10 fevral 2024-cü il tarixdə, saat 21 radələrində aralarında olan razılaşmaya uyğun olaraq Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində Təqsirləndirilən şəxs1 gəlməsini gözləmiş, Təqsirləndirilən şəxs1 özünə məxsus atla Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinin yaxınlığına gedib həyətin kənarında olan açıq yerdən həyətə qanunsuz daxil olub həyətdə yerləşən heyvanların saxlanılması üçün nəzərdə tutulan saxlanc yeri hesab olunan mişar daşından inşa edilmiş tövləyə qapıdan qanunsuz daxil olub üç aylıq, dişi cinsli, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 60 kiloqram, təmiz ətinin çəkisi 30 kiloqram olan, 750 manat dəyərində bir baş və üç aylıq, erkək cinsli, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 60 kiloqram, təmiz ətinin çəkisi 30 kiloqram olan, 750 manat dəyərində bir baş olmaqla cəmi 1500 manat dəyərində iki baş iribuynuzlu heyvanının ipini açaraq həyətdən çıxarmaqla oğurlayıb Beyləqan rayonu, Dünyamalılar kəndinə apararaq əvvəlcədən aralarında olan razılığa əsasən ona 580 manat pula satmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 1500 manat dəyərində əmlakı oğurlamış, yəni özgənin əmlakını gizli olaraq təkrar talamışdır”. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı vermiş ifadəsinə təsdiq edərək, bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onlarla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 isə onun həmkəndlisi və qohumudur. O, maddi imkanı olmadığına görə, heyvan oğurlayaraq satmaq qərarına gəlmiş və bu barədə Təqsirləndirilən şəxs2 ilə danışmış və onun heyvanı oğurlayıb, Əliyə satacağı barədə öz aralarında razılıq əldə etmişlər. Əli ilə razılaşdıqdan bir neçə gün sonra 2023-cü ilin oktyabr ayının əvvəllərində axşam saat 20 radələrində atla Beyləqan rayonu, Qəhrəmanlı kəndi ərazisində gəzərkən kəndin kənarında bir tövlənin olduğunu görmüş, o atı biraz uzaqda hörükləyib piyada tövləyə yaxınlaşmış, tövlənin ətrafının açıq olmasından və ətrafda it olmamasından istifadə edib tövlənin qapısına yaxınlaşmış və tövlənin taxta qapısını açıb içəri keçmiş, tövlədə bir neçə baş iribuynuzlu heyvan olduğunu görmüş, o həmin heyvanlardan bir baş erkək cinsli heyvanın ipini açıb tövlədən çölə çıxarmış və ipindən tutaraq atın yanına aparmış, sonra atın üzərinə minib heyvanı atla qovaraq Əlinin yaşadığı evin yaxınlığına aparmışdır. Əvvəlcə danışdıqları kimi Əlinin evinin yaxınlığında olan yaşayış olmayan evin yaxınlığında Əli ilə görüşmüş, Əli ilə 800 manata razılaşıb heyvanı ona satmışdır. Bu hadisədən təxminən 15 gün sonra o yenə oğurluq etmək qərarına gəlmiş və Əli ilə görüşüb bu barədə danışmış, Əli yenə də ondan oğurlayacağı heyvanı alacağını bildirmiş, həmin günün sabahısı gün, 2023-cü ilin oktyabr ayının sonlarında saat 20 radələrində atla Qəhrəmanlı qəsəbəsi ərazisində gəzərkən qəsəbə ərazisindən keçən su kanalının yaxınlığına dörd baş iribuynuzlu heyvanın hörükləndiyini görmüş, o həmin heyvanlardan birini oğurlamaq qərarına gəlib heyvanlardan bir baş dişi cinsli, qara rəngli olanının ipini kəsərək ipi əlində yaşadığı Dünyamalılar kəndində aparmış, o həmin heyvanı Dünyamalılar kəndində apardıqdan sonra saat 21 radələrində Əli ilə razılaşdıqları kimi meşə ərazisində görüşmüş, Əliyə 600 manata sataraq oradan uzaqlaşmışdır. 2024-cü ilin fevral ayında təxminən saat 21 radələrində Beyləqan rayonu, Qaradağlı kəndi ərazisində at ilə gəzərək kəndin kənarında yerləşən evlərdən birinin həyətində tövlə olduğunu görüb atı həyətin kənarında saxlayıb yerə düşmüş və atı ağaca bağlamış, o həyətin kənarının uçuq yer olduğunu görüb rahatca həyətə daxil olmuş, tövlənin dəmir qapısının örtülü olduğunu görmüş, lakin qapının kilidi olmamış, o qapını çəkib açmış və tövləyə daxil olmuş, o tövlədə dəmirə iplə bağlı bir neçə baş iribuynuzlu mal-qara olduğunu görmüşdür. Heyvanların balaları da onların yanında olmuş, o baladan iki başının çox balaca olduğunu görüb onların ikisini də at ilə apara biləcəyi üçün ikisini də oğurlamağı düşünmüş, heyvanların ipini növbə ilə açıb tövlədən çıxarıb atın yanına apardıqdan sonra ayaqlarını bağlayıb atın üzərinə qoymuş, heyvanların ayaqlarını atı hörükləmək üçün istifadə etdiyi iplə bağlamış, sonra özü də atın üzərinə minib heyvanları Əlinin yaşadığı Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən evin yaxınlığında yerləşən yaşayış olmayan evin yaxınlığına aparmış, orada iki ədəd kisə tapıb heyvanları kisənin içərisinə qoymuş, o heyvanları orada qoyub yaşadığı evə getmiş, sabahısı gün axşam saatlarında Əli ilə orada görüşmüş, Əli cibindən çıxarıb 580 manatı ona vermişdir. Daha sonra 30 aprel 2024-cü il tarixdə axşam saat 22 radələrində yaşadığı Dünyamallar kəndindən Beyləqan rayon Qəhrəmanlı kəndinə heyvan oğurlamaq üçün getmiş, Qəhrəmanlı qəsəbəsinin kənarı ilə gedəndə sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs3 həyətinin yanından keçəndə Mübarizin həyətində bir neçə baş iribuynuzlu heyvan olduğunu və həyətdə heç kimin olmadığını görmüş, bundan sonra o metal torun üzərindən həyətə daxil olub həyətdə bağlı olan heyvanların bir baş iribuynuzlu heyvanının ipini kəsmiş, sonra həmin heyvanı metal torun yerə yıxılmış hissəsindən çıxararaq sahə ilə Dünyamallar kəndi istiqamətində aparmış, yolda heyvan yorularaq dayanmış, o ayağında elektron nəzarət cihazı olduğunu üçün məcbur qalıb oğurladığı heyvanı sahəyə buraxıb evə getmiş, heyvanı sahəyə buraxıb getdikdən sonra həmin heyvan hansı istiqamətə getməsindən və kimlər aparmasından məlumatım olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq, heyvanları oğurladığı yerləri təsadüfi seçdiyini və həmin heyvanları oğurladıqdan sonra Əliyə satdığını, törətdiyi cinayət əməlindən peşmançılıq çəkdiyini, evli olmasını və iki azyaşlı övladı olmasını, zərərçəkmiş şəxslərin şikayətinin olmamasının nəzərə alınmasını və ona daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, istintaq zamanı vermiş ifadəsinə təsdiq edərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onun həmkəndlisidir, eyni zamanda Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur. 2023-cü ilin oktyabr ayında Beyləqan rayonu, Dünyamalılar kənd ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq onunla görüşmüş, Elnur ona torpaq sahəsini su ilə suvardığı üçün ona bir baş iribuynuzlu heyvan veriləcəyini və həmin iribuynuzlu heyvanı satmaq istədiyini bildirmiş, həmin vaxtı o Təqsirləndirilən şəxs1 iribuynuzlu heyvanı gətirməsini və baxdıqdan sonra alacağını demiş, həmin günün səhəri saat 16 radələrində çöl torpaq sahəsindən evə gedən zaman kənd ərazisində Təqsirləndirilən şəxs1 onunla görüşərək axşam saat 21 radələrində yaşadığı evdən təxminən 200 metr kənarda yaşayış olmayan evin yaxınlığına gəlməsini demiş, o, həmin günü axşam saat 21 radələrində evdən çıxaraq həmin yaşayış olmayan evin yaxınlığına getmiş, Təqsirləndirilən şəxs1 bir baş erkək cinsli ağ-qara rəngli iribuynuzlu heyvanı oraya gətirmiş və o Elnurla danışaraq iribuynuzlu heyvanı 800 manata almağa razılaşmış, həmin vaxtı o, 800 manat pulu sayaraq Elnura verdikdən sonra aldığı heyvanı yaşadığı evin həyətinə aparmış, bundan sonra o, Elnurun ona satdığı iribuynuzlu heyvanın oğurluq olduğundan şübhələnmiş, həmin günün səhəri o, Təqsirləndirilən şəxs1lə görüşərək ona satdığı heyvanın oğurluq olub-olmamasını soruşduqda Elnur həmin heyvanın oğurluq olmadığını demiş, o, bir neçə dəfə Elnurdan soruşduqdan sonra Elnur ona satdığı erkək cinsli iribuynuzlu heyvanı oğurladığını etiraf etmişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxs1 aldığı iribuynuzlu heyvanı həmkəndlisi Şahid məxsus “Qazel” markalı yük avtomobili ilə İmişli rayonuna apraraq mal-qara bazarında 970 manata tanımadığı kişi cinsli şəxsə satmışdır. Bundan təxminən 15 gün sonra Təqsirləndirilən şəxs1 onunla görüşərək yenidən iribuynuzlu heyvan oğurlamaq istədiyini demiş və ondan heyvan almaq istəyib-istəmədiyini soruşmuş, o, Elnura alacağını, lakin heyvana baxdıqdan sonra qiymətdə razılaşacığımı bildirmişdir. Bir-iki gün sonra Elnur ona zəng edərək axşam saat 21 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən meşədən keçən su kanalının yanında olmasını, heyvan oğurlayıb oraya gətirəcəyini demiş, o, həmin gün 20 radələrində yaşadığı evdən çıxıb Elnurun dediyi yerə getmiş, saat 21 radələrində oraya çatan zaman Elnurun orada olduğunu və yanında bir iribuynuzlu dişi cinsli, qara rəngli heyvan olduğunu görmüş, o Elnurla həmin heyvanı 600 manata almaq barədə razılaşmış, pulu sayıb Elnura verdikdən sonra Elnur ata minib oradan uzaqlaşmışdır. O da heyvanın ipindən tutub yaşadığı evə getmiş, həmin heyvanı da bir neçə gün sonra həmkəndlisi Ramillə danışıb İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına aparıb tanımadığı şəxsə 600 manata satmışdır. O hər dəfə Ramilə heyvanları aparması üçün 15 manat pul vermişdir. Ramilin heyvanların oğurluq olmasından məlumatı olmamışdır. Bundan bir neçə ay sonra 2024-cü ilin fevral ayının əvvəllərində Elnur onunla kənd ərazisində görüşən zaman oğurluq etmək və oğurladığı heyvanı ona satmaq istədiyini bildirmiş, o da Elnura heyvanı alacağını demiş, bundan bir gün sonra Elnur ona zəng edərək axşam saat 22 radələrində kənd ərazisində olan yaşayış olmayan evin yaxınlığına gəlməsini bildirmiş, o, Elnurun dediyi vaxtda ora getmiş və ora çatan zaman iki ədəd kisə və kisələrin hər birinin içində iribuynuzlu heyvan olduğunu görmüşdür. Heyvanların biri erkək cinsli, digəri isə dişi cinsli olmuş, o həmin iki baş buzovu bir-bir götürərək yaşadığı evin həyətində yerləşən tövləyə aparmış və iki baş buzovu 580 manata almağa razılaşmış, o, pulu sayıb Elnura vermişdir. Bundan 2-3 gün sonra Təqsirləndirilən şəxs1 oğurlayaraq gətirib ona satdığı iki baş buzovun bir başı ölmüş, 5 gün sonra o bir baş buzovu özünə məxsus göy rəngli “Vaz 2106” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə qoyaraq İmişli rayonu ərazisində yerləşən mal-qara bazarına apararaq tanımadığı kişi cinsli şəxsə 520 manata satmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, o, Elnurun ilk dəfə gətirdimi heyvanın oğurluq olduğunu bilməmişdir. Elnurla aralarında heyvanların oğurlanıb ona satması barədə razılaşma olmuş və onun oğurluq olan yerlər barədə hər hansı bir məlumatı olmamışdır. O, hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlində CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin və Təqsirləndirilən şəxs2 isə əməlində isə 32.5, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o özünə məxsus dörd baş iribuynuzlu heyvanı yaşadığı evin yaxınlığında yerləşən boş sahədə otarıb, axşamlar isə heyvanları evinin yaxınlığında yerləşən boş sahədə hörükləyir və heyvanlar axşamlar hörükləndikləri yerdə qalır. 21 oktyabr 2023-cü il tarixdə o yenə də axşam saat 07 radələrində heyvanlarını həmin yerdə hörükləmiş, 22 oktyabr 2023-cü il tarixdə səhər saat 04 radələrində o yuxudan oyanıb gedib heyvanlara baxmış, heyvanlara baxan zaman heyvanlarının orada olmadığını görmüşdür. O, bir qədər heyvanları axtarandan sonra heyvanlardan 3 başının ipindən açılmış vəziyyətdə evinin yaxınlığında olduğunu görmüş, lakin 1 baş heyvanını tapa bilməmişdir. Ona görə də, heyvanının oğurlanması barədə Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. Halhazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir və onun hər hansı, şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun özünə məxsus olan on baş iribuynuzlu heyvanı vardır. 11 fevral 2024-cü il tarixdə o səhər saatlarında yuxudan oyanaraq heyvanları saxladığı tövləyə yaxınlaşmış, qapını açıb tövləyə daxil olduqda iki baş iribuynuzlu heyvanının yerində olmadığını aşkar etmiş, 10 fevral 2024-cü il tarixdən, 11 fevral 2024-cü il tarixə keçən gecə ona məxsus Beyləqan rayonu, Qaradağlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətindəki tövləyə naməlum şəxslərin daxil olub iki baş iribuynuzlu heyvanını oğurlaması ona məlum olmuşdur. Təqsirləndirilən şəxslər ittihamda qeyd edilən məbləği ona ödəmişlər və o, notariusda heç bir tələbinin olmamasına dair ərizə yazmış və həmn ərizəni məhkəməyə təqdim etsə olsa da, hal-hazırda o, hesab edir ki, ona məxsus heyvanların dəyəri 1500 manatdan daha baha olduğu üçün, ona əlavə olaraq pul ödənilməlidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, özünə məxsus səkkiz baş iribuynuzlu heyvanlarını yaşadığı evin həyətində yerləşən tövlədə saxlayır və həyətdə də yemləyir. 29 aprel 2024-cü il tarixdə heyvanlarından iki başını həyətə çıxararaq ağaca bağlamış, gecə və gündüz heyvanı həyətdə qalmışdır. 01 may 2024-cü il tarixdə o səhər saatlarında yuxudan oyanaraq heyvanlarını saxladığı həyətə yaxınlaşmış, iki baş iribuynuzlu heyvanının bir başının yerində olmamasını görmüş, 30 aprel 2024-cü il tarixdən 01 may 2024-cü il tarixə keçən gecə ona məxsus olan Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindən bir baş iribuynuzlu heyvanı oğurlanmışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir və onun hər hansı, şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərk bildirmişdir ki, Təqsirləndirilən şəxs2 həmkəndlisidir. Onun özünə məxsus “Qazel” markalı, 11-BX- 823 dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobillə yük daşıyır, həmçinin heyvan bazarına heyvan aparır. Əli iribuynuzlu heyvanları onun avtomobili ilə satmağa aparmış və onun həmin heyvanların oğurluq olması barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən faktla bağlı CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 08 may 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin kənarıdır, Qəhrəmanlı qəsəbəsindən keçən əsas avtomobil yolundan sol hissədə yerləşir. Əsas yoldan üzü sola tərəf dayandıqda solda Zərərçəkmiş şəxs1 yaşadığı ev, sağ isə su arxı, su arxından sonra otlaq sahələri yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs1 su arxının təqdim edərək özünə məxsus iribuynuzlu heyvanın oradan oğurlandığını bildirmişdir. 11 may 2024-cü il tarixli “Üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 istintaq zamanı ifadəsində göstərdiklərini üzləşmə zamanı iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. 12 may 2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi sakinləri Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında yerləşən otlaq sahəsini, Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətini, Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətinin kənarında yerləşən tövləni, Beyləqan rayonu, Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətini təqdim edərək həmin şəxslərə məxsus iribuynuzlu heyvanları oğurladığını, daha sonra Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən meşəlik ərazini və kənd ərazisində yerləşən yarımçıq tikilmiş evin yaxınlığını təqdim edərək oğurladığı heyvanları tanışı Təqsirləndirilən şəxs2 orada satdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 məxsus heyvanı oğurladıqdan sonra həyətdən çıxarıb apardığı istiqaməti təqdim edərək heyvan yorulduğu üçün otlaq sahəsində buraxdığını bildirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2024-cü il tarixli 9/4027 nömrəli ekspert rəyindən görünür ki, 01 baş dişi cinsli, iki yaşlı, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 150 kiloqram olan iri buynuzlu heyvanın dəyəri 1200 manat,01 başdişi cinsli üç yaşlı, yerli Beyləqan cinsinə mənsub, diri çəkisi 280 kiloqram olan iribuynuzlu heyvanın dəyəri 1800 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. 12 may 2024-cü il tarixli "Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Hümbətov X8 rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən meşəlik ərazini və kənd ərazisində yerləşən yarımçıq tikilmiş evin yaxınlığını təqdim edərək həmin yerlərdə tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında əvvəlcədən olan razılığa əsasən oğurluq heyvanları orada Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. 13 may 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* saylı nömrə altında istintaq davam etdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 06 oktyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin həyətinin kənarıdır. Həyətin girişində darvaza vardır. Darvazadan girişdə sağ tərəfdə ev yerləşir. Evin ön və sağ hissəsində həyət vardır. Həyətin qurtaracağı torpaq sahəsidir. Həyətdən çölündə tövlə vardır. Tövlə qamışdan düzəldilmişdir, üzəri şiferlə örtülmüşdür. Tövlənin bir giriş qapısı vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2024-cü il tarixli 9/7846 nömrəli ekspert rəyindən görünür ki, bir baş erkək cinsli, diri çəkisi 320 kiloqram olan, iki yaşlı iribuynuzlu heyvanın 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2160,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. 15 fevral 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Beyləqan rayonu, Qaradağlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətidir. Həyətin girişində dəmir materialdan hazırlanmış qapı vardır. Həyətə daxil olduqda sol tərəfdə ev yerləşir, evdən 10 metr məsafədə tövlə vardır. Tövlə mişar daşından inşa edilmişdir. Tövlənin qırmızımtıl rəngli, paslanmış dəmir qapısı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs2 tövləni təqdim edərək özünə məxsus iribuynuzlu heyvanın oradan oğurlandığını bildirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2024-cü il tarixli 9/1434 nömrəli ekspert rəyindən görünür ki, 01 baş dişi cinsli, 3 aylıq, qırmızımtıl rəngli, yerli(Beyləqan) cinsə mənsub, təxmini diri çəkisi 60 kq olan, təmiz ətinin çəkisi 30 kiloqram olan iribuynuzlu heyvan-500 manat, 01 baş erkek cinsli, 3 aylıq, qırmızımtıl rəngli, yerli(Beyləqan) cinsə mənsub, təxmini diri çəkisi 60 kq olan, təmiz ətinin çəkisi 30 kiloqram olan iribuynuzlu heyvanın dəyəri 500 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 may 2024-cü il tarixli protokola əsasən hadisə yeri Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətidir. Həyətin ətrafı metal torla əhatələnmişdir. Həyətdə ağac və kollar, ev istiqamətində isə yarımçıq tikili vardır. Baxış zamanı Zərərçəkmiş şəxs3 həyətini təqdim edərək özünə məxsus iribuynuzlu heyvanın oradan oğurlandığını bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.2 və 177.2.3-cü maddələrindən, həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 4(020)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində DİN BƏSİİ əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan Rayon Məkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 2 il 3 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beyləqan Rayon Məhkməsinin 1(020)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 3 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beyləqan rayon İHB-nın Dünyamalılar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beyləqan rayon İHB-nın Dünyamalılar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs4 tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərər ödənilmişdir, şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərər ödənilmişdir, şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir şikayət və tələbi olmayacaqdır. X7 tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi zərər ödənilmişdir, şikayəti yoxdur. Gələcəkdə bununla bağlı heç bir şikayət və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs3 tərəfindən notarial qaydada tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ndan heç bir şikayəti yoxdur. Bununla bağlı, heç bir iddiası və tələbi olmayacaqdır. Beyləqan rayon icra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 03/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1xx.xx.2024-cü il tarixə çəkilməmiş 01 il 11 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2006-cı il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşaqları var. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlləri törətməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bununla əlaqədar məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir. “... Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Həmin Qərarda qeyd olunur ki, İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: -cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; -cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. -Bir iştirakçının hərəkətinin icraçının hərəkəti üçün şərait yaratdığı hal təhrikçi, təşkilatçı və köməkçinin (mürəkkəb iştirakçılıq) hərəkətlərini ehtiva edir və heç bir halda birgə icraçılıq kimi tövsif edilə bilməz. Məsələn, özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə müvafiq olaraq köməkçi formada iştirakçı kimi qiymətləndirilməlidir.” Həmin qərarda həmçinin qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar”. Konstitusiya Məhkəməsi qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli plenum qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı, eləcə də məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 ilə birgə o razılığa gəlmişlər ki, o, heyvanları oğurladıqdan sonra həmin heyvanları sonuncuya satacaq və eyni ilə razılaşdıqları kimi, Təqsirləndirilən şəxs1 heyvanları oğurlamış və həmin heyvanları Təqsirləndirilən şəxs2 satmışdır. Bu fakt təqsirləndirilən şəxslərin ifadələri və eyni zamanda onlara elan edilmiş ittihamla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin oyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında, yəni əmlakı gizli olaraq talamada bilavasitə iştirak etməmiş, oğurlanan əmlakı satın alacağına dair vəd vermişdir. Belə olan halda isə işin bu faktiki hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarının müddəaları ilə müqayisəli şəkildə hüquqi qiymət verib məhkəmə belə hesab edir ki, onların cinayətləri məhz qabaqcadan əlbir olaraq törətmələri təsdiq olunmur. Odur ki, Təqsirləndirilən şəxs2 cinayətin Təqsirləndirilən şəxs1 törətdiyi cinayətdə köməkçi qismində iştirak etdiyindən onun əməli CM-nin 32.5-ci maddəsinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri, yəni 177.2.2 və 177.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 əməli də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz və ona görə də ona elan edilmiş AR CM-nin 177.2.1-ci maddəsi ittihamdan xaric edilməli və onun əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə qiymətləndirilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə təqsirləndirildikləri maddələr cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini və onlarının şikayətinin olmaması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(020)-84/2022 saylı hökmü ilə 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 3 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Beyləqan rayon icra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 03/2024 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs1xx.xx.2024-cü il tarixə çəkilməmiş 01 il 11 gün müddətə çəkilməmiş cəzası qalmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(020)-84/2022 saylı hökmü ilə məhkumluğu azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmaması, törətdiyi əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması - Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də CM-in 177.2.1 və 177.2.2-ci maddəsi ilə məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(020)-84/2022 saylı hökmü ilə məhkum olunduğu və çəkilməmiş 1 (bir) il 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 6 (altı) ay 5 (beş) gün gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1428/2022 saylı qərarı ilə 2 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmışdır Göründüyü kimi, Təqsirləndirilən şəxs1 13 may 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəmiş şəxslərə dəymiş ziyanın ödənilməsi və onların şikayətinin olmaması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını, cinayətin törədilməsində rolu), təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 32.5, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasındə nəzərdə tutulmuş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan Beyləqan rayonu, Dünyamalılar kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Beyləqan hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ekspertiza xərcinin 100 (yüz) manatı X1, 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutulmalıdır Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X5 Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən X2 Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(020)-84/2022 hökmü ilə məhkum edildiyi 2 (iki) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 6 (altı) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 06 (altı) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və X3 qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X2 cəzaçəkmə müddətinin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin 100 (yüz) manatı X1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə ekspertiza xərcinin 50 (əlli) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar