Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-52/2024 29.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan, Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Beyləqan rayonunun Örənqala qəsəbəsində anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq üç ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 10,60 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı 210 manat pulun qarşılığında əldə etdikdən sonra həmin narkotik vasitəni qanunsuz olaraq üzərində daşımaqla saxlamış, 29 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, Beyləqan rayonu, Örənqala qəsəbəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki kibrit qutusunda, həmin gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda ayrı-ayrılıqda saxlamaqla daşıdığı 3,47 qram, 3,66 qram və 3,14 qram, əynində olan tünd göy rəngli cins şalvarınsağ yan cibindən bir ədəd kağız bükümdə saxlamaqla daşıdığı təmiz çəkisi 0,33 qram, cəmi 10,60 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblkərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Örənqala qəsəbəsində yaşayır. Beyləqan rayonu, Örənqala qəsəbəsində yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir. O, təxminən altı-yeddi aya yaxındır ki, narkotik vasitə qurudulmuş marixuananı kağıza büküb siqaret kimi çəkərək istifadə edir. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Zauru əvvəlcədən tanımış və aralarında normal münasibətləri olmuşdur. Narkotik vasitə qurudulmuş marixuana satdığını əvvəllər aralarında olan söhbət zamanı Zaur özü ona demişdir. O, sonuncu dəfə 29 aprel 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı Örənqala qəsəbəsində Zaura 210 manat pulu verib ona üç ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmasını istəmişdir. Zaur ondan pulu alıb oradan çıxıb getmiş və həmin gün saat təxminən 22 radələrində yaşadığı qəsəbəyə gəlib ona üç ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vermişdir. O, qutuları açıb içərisini yoxladıqdan sonra Zaur oradan uzaqlaşıb getmişdir. O, bundan sonra qutuların birinin içərisində olan qurudulmuş marixuananın üzərindən istifadə etmək üçün biraz götürüb kağız bükümdə qablaşdırmışdır. Həmin gün saat 23:00-da yaşadığı Beyləqan rayonu, Örənqala qəsəbəsində olarkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini ona təqdim etmişlər. Polis əməkdaşları onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu ona bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün orada əlverişli şərait olmadığını deyib onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birgə polis şöbəsinə gəlmişdir. Polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X5 ona təqdim edən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs qismində tutduğunu bildirmişdir. Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması barədə Rəşad Novruzov ona məlumat verdikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, həmin vaxt əlini əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə salaraq iki ədəd kibrit qutusunu, daha sonra həmin gödəkçənin sol yan cibinə salaraq bir ədəd kibrit qutusunu, sonra isə əynində olan tünd göy rəngli cins şalvarın sağ kiçik yan cibinə salaraq bir ədəd ağ rəngli kağız bükümü çıxarıb müstəntiqə təqdim etmişdir. Məhkəmə iclasında sonda təqsirləndirən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini və iki azyaşlı uşağının olduğunu və aliment ödəməsini nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Arif oğlu ifadəsində bildirmişdir ki, o, Beyləqan rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 aprel 2024-cü il tarixdə icraatına Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatını şöbənin rəhbərliyinə məruzə etdikdən sonra həmin günü ondan, istintaq bölməsinin müstəntiqi polis kapitanı X6, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirmişdilər. Bundan sonra həmin günü, yəni 29 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs Beyləqan rayonu, Örənqala qəsəbəsində saxlamışdırlar. O, həmin vaxtı digər polis əməkdaşları Şahid2 və Şahid3 birlikdə özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişdilər. O, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu və bunun üçün də önun üzərində şəxsi axtarış aparılmasını bildirmişdir. Həmin vaxtı orada şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə Təqsirləndirilən şəxs onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onların xidməti avtomobilinə əyləşərək Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra Beyləqan rayon vəkil bürosundan Təqsirləndirilən şəxs hüquqlarını müdafiyə olunması məqsədilə vəkil Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis şöbəsində X11 öz xidməti otağında vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra X11 vəkil Müdafiəçi, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi polis kapitanı Şahid3 və onun iştirakı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini elan etmiş, daha sonra video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. X11 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif etdi ki, üzərində gəzdirməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet, əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı əlini əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə salaraq iki ədəd kibrit qutusunu, daha sonra əlini əynində olan həmin gödəkcənin sol yan cibinə salaraq bir ədəd kibrit qutusunu, daha sonra isə əlini əynində olan tünd göy rəngli cins şalvarının sağ kiçik yan cibinə salaraq oradan bir ədəd ağ rəngli kağız bükümü çıxardıb müstəntiqə təqdim etmiş və həmin kibrit qutularında eləcədə bir ədəd kağız bükümdə nəşə adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin üç ədəd kibrit qutuları və bir ədəd ağ rəngli kağız büküm müstəntiq tərəfindən açılaraq baxış keçirilən zaman kibrit qutularının içərisində və bir ədəd ağ rəngli kağız bükümün arasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, kəskin qoxulu kütlə olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr daha sonra müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüş və Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. X11 bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri harada və kimdən aldığını soruşmuş, Təqsirləndirilən şəxs həmin kütlələri 210 manat pul müqabilində Ağcabədi rayonu, Kəbirli kənd sakini Zaur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iş üzrə digər şahid Beyləqan rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsini sahə rəisi Şahid3 Şahid1 Arif oğlu ifadəsi ilə eyni məzmunlu ifadə verərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X10 məhkəmə iclasında ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, təxminən iki ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuananı kağıza büküb siqaret kimi çəkərək istifadə edir. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Sonuncu dəfə 29 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Beyləqan rayonu, Bolsulu qəsəbəsində tanımadığı şəxsdən altı ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı pay olaraq əldə etmiş və əynində olan şalvarın cibinə qoyub daşımışdır. 29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək üç ədəd kibrit qutusunda nəşə kimi bildiyi narkotik vasitə qurudulmuş marixuana istəmişdir. O, hər kibrit qutusu qurudulmuş marixuana üçün 70 manat pul alacağını Ağamoğlana demişdir. Həmin günü saat 22 radələrində Ağamoğlanla Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində görüşmüşdür. Həmin vaxtı Ağamoğlan 210 manat pulu verib ona üç ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmağını istəmişdir. O, Ağamoğlandan pulu alıb ona üç ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmışdır. Sonra 30 aprel 2024-cü il tarixdə, saat 18:00-da o, yaşadığı Ağcabədi rayonu, Kəbirli kəndində olarkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini ona təqdim edib satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqda daşımaqda, yaşadığı evdə saxlamaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə getməyini ona təklif etmişlər. O, etiraz etmədən onlarla birgə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmışlar. Xidməti otaqda polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X5 ona təqdim edən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşımaqda, yaşadığı evdə saxlamaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs qismində tutduğunu bildirmişdir. O, həmin vaxtı ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini müstəntiqə bildirmişdir. Bundan sonra X7 onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. O, Fərhad Hümbətovun onun hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra X11 şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmiş və bu barədə yazılı bildiriş vermişdir. X11 polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılması barədə ona məlumat vermişdir. Daha sonra müstəntiq ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, həmin vaxt əlini əynində olan tünd boz rəngli şalvarın sağ arxa cibinə salaraq üç ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutularında nəşə olduğunu bildirmişdir. Həmin kibrit qutularının içərisinə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş və əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung Galaxy J2” markalı mobil telefon, sağ arxa cibindən bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq olmaqla 78 manat nağd pul aşkar edilərək götürülmüşdür. Üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir əşya və ya predmet, eləcə də dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlələri sonra elektron tərəzidə çəkilmiş, tünd boz rəngli şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüş kibrit qutusunda olan kütlələrin qutu ilə birlikdə ümumi çəkilərinin 9,51 qram, 9,65 qram və 9,97 qram olmuşdur. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülərək ağ rəngli zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzərinə iştirakçılar tərəfindən imzalar edilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra müstəntiq tərəfindən ona Təqsirləndirilən şəxs şübhəli şəxs qimsində tutulub üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin narkotik vasitə olduğunu və ondan almasını dediyini bildirilmiş və bu barədə fikri soruşulmuşdur. O, Təqsirləndirilən şəxs 210 manat pul qarşılığında narkotik vasitə satdığını və özünü də həmin narkotik vasitələri tanımadığı şəxsdən aldığını müstəntiqə bildirmişdir. Daha sonra müstəntiq ondan saxlanılıb polis şöbəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilib-edilməməsini soruşmuşdur. O, polis əməkdaşlarının ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq etmədiklərini bildirmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir müraciət və təklif daxil olmadığını, şəxsi axtarışın keçirilməsinə dair tərtib edilmiş protokolun iştirakçılara ucadan oxunduqdan sonra doğruluğu iştirakçılar tərəfindən təsdiq edilərək imzalandığını bildirmişdir. Şəxsi axtarış zamanı “X19 11” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmış və çəkilmiş videoçəkiliş protokola əlavə olunmuşdur. O, əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ilk dəfə üç ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı 210 manat pul müqabilində Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı həmin narkotik vasitələri öz istifadəsi üçün aldığını demişdir. O, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ arxa cibindən üç ədəd kibrit qutusunda aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı və Ağamoğlana satdığı narkotik vasitələri 29 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Beyləqan rayonu, Bolsulu qəsəbəsi ərazisində tanımadığı şəxsdən pay olaraq aldığını bildirmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, aralarında hər hansı ədavət və ya düşmənçilik olmadığını, sonuncuya cəmi bir dəfə, 29 aprel 2024-cü il tarixdə, saat 22 radələrində narkotik vasitə satdığını bildirmişdir. O, üzərindən aşkar edilmiş üç ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı və 29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satdığı üç ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 29 aprel 2024-cü il tarixdə Beyləqan rayonu, Tatalılar kəndində tanımadığı Şaiq adlı şəxsdən 420 manat pulun qarşılığında almışdır. Belə ki, o, 29 aprel 2024-cü il tarixdə təxminən saat 17 radələrində şəxsi işi ilə əlaqədar Ağcabədi rayonundan çıxıb idarə etdiyi “Mersedes C270" markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonuna gələn zaman Bolsulu qəsəbəsi ərazisindən keçərkən yolun kənarında hərbiçilərin idarə etdiyi Ural markalı avtomobilin dayandığını və iki nəfər hərbiçinin avtomobilin yanında yol kənarında durduğunu görmüşdür. O, həmin vaxtı onlara kömək etmək məqsədilə avtomobilini saxlayıb düşərək hərbiçilərə yaxınlaşmış, onlara nə kömək edə biləcəyini soruşmuşdur. Hərbiçilər ona minətdarlıqlarını bildirərək hərbi hissədən onlara kömək gələcəyini bildirmişdilər. O, bir qədər onların yanında dayanıb söhbət etmişdir. O, hərbiçilərin Qarabağ ərazisindən narkotik vasitə gətirdiklərini əvvəllər bir neçə adamlardan eşitmişdir. Odur ki, o, həmin hərbiçilərlə söhbət edən zaman onlarda narkotik vasitə olan qurudulmuş marixuana olub olmadığını soruşmuşdur. Həmin vaxtı hərbiçilərdən biri onu kənara çəkərək «istəyirsənsə təşkil edə bilərəm» demişdir. O, da həmin hərbiçiyə «təşkil edə bilsən alaram» demişdir. Bundan sonra adını bilmədiyi həmin hərbiçi mobil telefonu ilə bir nəfərə zəng edərək danışmışdır və danışdığı şəxsə Şaiq deyə müraciət etmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, həmin hərbiçi Şaiq adlı şəxslə danışır. Həmin vaxtı hərbiçi ona neçə korobka qurudulmuş marixuana lazım olduğunu ondan soruşmuşdur. O, bir kibrit qutusu ilə qurudulmuş marixuananın qiymətini adını bilmədiyi həmin hərbiçidən soruşduqda ona bir kibrit qutusunu 70 manata satdığını bildirmişdir. O, bundan sonra altı ədəd kibrit qutusu ilə dolu vəziyətdə qurudulmuş marixuana almaq istədiyini hərbiçiyə demişdir. Həmin hərbiçi telefonla danışıb qutarandan sonra ona hava qaralanda Beyləqan rayonu Tatalılar kəndi ərazisində yol kənarında yerləşən şəhid plakatının yanma getməyini, Şaiq adlı şəxs altı ədəd kibrit qutusu ilə dolu vəziyətdə olan qurudulmuş marixuananı həmin plakatın yanında yerdə olan qara rəngli rezin kəsiyinin altına qoyacağını bildirmişdir. Hərbiçi ona həmin kibrit qutularını oradan götürdükdən sonra hər bir kibrit qutusu üçün 70 manat olmaqla 420 manat pulu həmin rezin kəsiyinin altına qoymağını ona tapşırmışdır. Şaiq adlı şəxsin həmin vaxtı orada ətrafda olacağını, lakin gözə görünməyəcəyini ona demişdir. O, bundan sonra hərbiçi ilə sağollaşıb oradan uzaqlaşmışdır və Beyləqan rayonu ərazisində işlərini yekunlaşdırıb qaranlıq düşməsini gözləmişdir. Həmin günü təxminən saat 20:30 radələrində Beyləqan rayonu Tatalılar kəndinə getmiş və yol kənarında yerləşən şəhid plakatının yanında avtomobilini saxlamışdır. O, orada avtomobildən düşüb ətrafa göz gəzdirmiş, lakin ətrafda heç kimi görməmişdir. Bundan sonra şəhid plakatının yanma vaxınlaşiış və orada yerdə qara rəngli rezin kəsiyinin olduğunu görmüşdür. O, həmin rezini qaldırıb altına baxdıqda orada altı ədəd kibrit qutusu olduğunu görüb götürmüş və kibrit qutularının hər birini açıb içərisinə baxdıqda içərisində tanıdığı narkotik vasitə olan qurudulmuş marixuanın olduğunu görmüşdür. O, bundan sonra 420 manat pulu həmin rezinin altına qoymuş və altı ədəd kibrit qutularını götürüb öz avtomobilinə oturub həmin ərazidən uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə, saat 23:40-da Beyləqan rayon polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulmuş və faktiki azadlığı saat 23:00-da məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Kərimov X4 Rayon Polis Şöbəsinə gətirilmiş və həmin tarixdə üzərində aparılan axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibində iki ədəd kibrit qutusu, sol yan cibindən bir ədəd kibrit qutusu və əynində olan tünd göy rəngli cins şalvarın sağ kiçik yan cibindən ağ rəngli kağız bükümü aşkar edilərək götürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasında dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Təqsirləndirilən şəxs üzərindən..» sözləri yazılmış və imzalar olan kağız paketdə 03 ədəd kibrit qutusu ayrı-ayrılıqda təmiz çəkiləri 3,47 qram, 3,66 qram və 3,14 qram, 1 ədəd kağız bükümdə təmiz çəkisi -0,33 qram, ümumi çəkisi-10,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(020)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 aprel 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, X10 29 aprel 2024-cü il tarixdə Beyləqan rayonu Örənqala qəsəbəsi ərazisində qanunsuz olaraq üç ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 10,60 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 210 manat pulun qarşılığında tanışı Təqsirləndirilən şəxs satması ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 10,44 qram naroktik vasitə qurudulmuş marixuana saxlanılması üçün Beyləqan rayon Polis şöbəsinin maddi sübutların saxlancına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, 4474 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərinqəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beyləqan rayon İHB-ı Örənqala qəsəbə İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə ərzində özünün normal davranışı, nizam-intizamı, əməksevərliyi və vətənpərvərliyi ilə qəsəbə sakinlərinin və qonşularının hörmətini qazanmışdır və onun barəsində Örənqala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qəsəbə sakinləri və qonşuları tərəfindən heç bir ərizə, şikayət və ya hər hansı mənfi xarakterli məlumat daxil olmamışdır. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X17 «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-29/2- 921/2024 saylı məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X15n nevropsixoloji, ruhi əsəb və digər kabinetlərində dispanser qeydiyyatında yoxdur. xx.xx.2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X10 və şəxsiyyəti istintaqa məlum olmayan Şaiq adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərinə video çəkilişlə keçirilmiş «şəxsi axtarışı və götürmə haqqında» istintaq hərəkətini özündə əks etdirən bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixlə qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 29 iyul 2024-cü il tarixdə başa çatdıqdan dərhal sonra, onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılığını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Beyləqan rayonu Örənqala qəsəbə ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 29 aprel 2024-cü il tarixdə saat 23:00-da məhdudlaşdırılmış, 29 aprel 2024cü il tarixdə saat 23:40 radələrində şübhəli şəxs qismində tutulmuşdur. 02 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Beyləqan Rayon Məhkəməsinin 4(020)-12/2024 nömrəli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 29 aprel 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixlə qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 29 iyul 2024-cü il tarixdə başa çatdıqdan dərhal sonra, onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 29 aprel 2024-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək həbsdə olduğu 3(üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 10,44 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixiuana məhv edilməli və maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 49,74 (qırx doqquz manat 74 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 10 (on) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) ay azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Beyləqan rayonu, Örənqala qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon Polis Şöbəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 10,44 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixiuana məhv edilsin. Maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 49,74 (qırx doqquz manat 74 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 10 (on) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-52/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-52/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver