Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-53/2023 14.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Beyləqan şəhərndə anadan olmuş, Beyləqan şəhəri, Bülbül küçəsi ev 2-də pasport qeydiyyatında olmaqla yaşayan, ali təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, 19 iyul 2023-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində 27dekabr 2022-ci il tarixli, 29507 nömrəli etibarnamə əsasında idarə etdiyi 16 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş BB seriyalı,181682 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən 30-cu kilometrliyində Horadiz istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirməməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib avtomobili 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq, yəni 64 km/saat sürətdən artıq sürətlə idarə edərək həmin vaxt Horadiz-Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Bəhrəmtəpə istiqamətində hərəkət edib yolu sağdan sola dönmək istəyən Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyat hissəyə bitişik, Beyləqan rayonu, Mil qəsəbəsinə gedən ikinci dərəcəli yolda yol çiynindən sağa doğru 2,3 metr məsafədə ehtiyatsızlıqdan vurmuş, nəticədə onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs sağ Vİİ-Vİİİ-İX qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sağtərəfli hemopnevmotoraks, döş qəfəsinin sağ yarısının dərialtı emfizeması xarakterli, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən ehtiyatsızlığından yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Onun özünə məxsus “Toyota Prius” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O həmin avtomobili 2022-ci ilin dekabr ayında Bakı şəhər sakini Ramidə Səfərovadan almışdır, lakin işlərinin çoxluğu ilə əlaqədar o həmin avtomobili öz adına sənədləşdirməmiş, etibarnamə əsasında idarə etmişdir. 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində o özünə məxsus “Toyota Prius” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi Füzuli Hərbi Məhkəməsinə gedərkən Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu Mil qəsəbəsi ərazisindən keçən hissəsində Horadiz istiqamətində hərəkətdə olan zaman onunla əks istiqamətli hərəkət zolağında yolun ehtiyat hissəsində üzü Bəhrəmtəpə istiqamətində dayanmış VAZ 2106 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onun hərəkət yoluna çıxaraq onun hərəkət istiqamətində yolun sağ tərəfində olan ikinci dərəcəli yola girmək istəmişdir. Bu zaman onunla həmin avtomobil arasında təxminən 20 metr məsafə olmuşdur. Həmin avtomobil onun qarşısına çıxan kimi o onu vurmamaq üçün tormozlama əməliyyatı etmiş və avtomobili yolun sağ tərəfinə ehtiyat hissəsinə çıxararaq qəzadan yayınmağa çalışmışdır. Lakin bu zaman onun qarşısına çıxmış avtomobilin sürücüsü də hərəkətini dayandırmamış və o da avtomobilini onun avtomobili istiqamətləndirdiyi yerə tərəf hərəkət etdirmişdir. Bu zaman onun avtomobilinin qabaq hissəsi yolun sağ tərəfində olan yardımçı yolda qarşısına çıxmış avtomobilin sağ tərəfindən dəymişdir. Avtomobillər toqquşduqdan sonra onun avtomobili əks tərəfə fırlanaraq dayanmışdır. Onun toqquşduğu avtomobil isə qarşı tərəfə hərəkət edərək yolun kənarında olan kolluğa dəyərək dayanmışdır. Avtomobil dayanan kimi o avtomobildən düşmüş və toqquşduğu avtomobilin də sürücüsü avtomobildən aşağı düşmüşdür. O həmin avtomobilin sürücüsünə baxdıqda onda gözlə görünən hər hansısa bir xəsarət görməmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinin baxışını aparmışlar. O nəqliyyat vasitəsini idarə edən zaman içkili olmamışdır. O avtomobildə tək olmuşdur və toqquşduğu avtomobilin də sürücüsü də avtomobildə tək olmuşdur. O ətrafdan kiminsə hadisəni görüb-görmədiyini bilmir. “Toyota Prius” markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və etibarnamə əsasında idarə edir. Bundan əlavə “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Hadisə zamanı o heç bir xəsarət almamışdır. Avtomobili ilə toqquşduğu avtomobilin sürücüsündə hadisə zamanı xəsarətlər görməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, toqquşduğu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qabırğaları sınmışdır. O avtomobili təxminən 60 km/saat surətlə hərəkət etdirmişdir. Avtomobil onun qarşısına çıxan kimi o siqnal verərək tormozlama əməliyyatı etmiş və avtomobili yolun sağ tərəfinə yardımçı yola tərəf istiqamətləndirmişdir. Lakin həmin avtomobil hərəkətini dayandırmayaraq onun istiqamətləndiyi tərəfə hərəkət etdiyi üçün o hadisənin qarşısını ala bilməmişdir. Toqquşduğu avtomobil dönmə əməliyyatına başlayan zaman onunla arasında təxminən 20 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında həmçinin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəməsini, Zərərçəkmiş şəxs onunla barışmasını bildirib, həmin halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli öz ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayonu Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Özü heç bir yerdə işləmir, lakin fərdi təsərrüfatla məşğul olur. Onun özünə məxsus VAZ 21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində o özünə məxsus VAZ 21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə gedərkən üzü Daşburun dairəsi istiqamətində hərəkət edib yolun sol tərəfinə döngə olan yerə çatmışdır. O arxadan və qarşıdan avtomobil gəldiyi üçün onları buraxmaq məqsədilə avtomobili yolun sağ tərəf ehtiyat hissəsinə çəkib saxlamış və sola dönmə işığını yandırmışdır. O arxadan və qarşıdan gələn avtomobillər keçib getdikdən sonra yolun boşaldığını görüb sola dönmə əməliyyatı etməyə başlamışdır. Bu vaxt hava bir az dumanlı olmuş, lakin təxminən 40-50 metr məsafədə yol görünmüş və bu məsafədə heç bir avtomobilin gəlməsi görünməmişdir. O yolu sağdan sola dönüb əsas yolu keçərək kəndin girişində olan torpaq yola, yəni ikinci dərəcəli yola çıxmışdır. O, həmin yolla təxminən 2-3 metr hərəkət etmişdir ki, qəfildən sağ tərəfdən bir avtomobil onun avtomobilinin sağ tərəfindən sürətlə çırpılmışdır. Zərbənin təsirindən onun avtomobili sol tərəfə istiqamətlənərək təxminən 5-6 metr gedib dayanmışdır. O, avtomobildən aşağı düşüb toqquşduğu avtomobilə baxmış və həmin avtomobilin göy rəngli Toyota markalı avtomobil olduğunu və toqquşmadan sonra üzü Daşburun dairəsi istiqamətində dayandığını görmüşdür. VAZ 21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Nəqliyyat vasitəsini idarə edən zaman içkili olmamışdır. Hadisə baş verən zaman VAZ 21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etmişdir. Hadisə baş verərkən o avtomobildə tək olmuşdur. O, ətrafda kiminsə hadisəni görüb-görmədiyini bilmir. Hadisə zamanı toqquşduğu avtomobilin sürücüsü heç bir xəsarət almamışdır. Lakin hadisə zamanı onun qabırğaları qırılmışdır və o ağır xəsarət almışdır. Hadisə zamanı avtomobili təxminən 20- 25 km/saat sürətlə hərəkət etdirmişdir. Hadisədən sonra hadisəni törədən şəxs Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəyən ziyanı ödəmiş və barışmışlar. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını göstərib, Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 2019-cu ildən isə Beyləqan rayon Polis şöbəsinin X4 Bölməsinin yol-patrul xidməti baş inspektoru vəzifəsində xidmət edir. 24 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində ekipaj üzvü, Beyləqan rayon Polis şöbəsinin X4 Bölməsinin yol-patrul xidməti inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Beyləqan rayonu Daşburun dairəsi deyilən ərazidə xidmətdə olan zaman Beyləqan rayon polis şöbəsinin növbətçi hissəsindən Hacıqabul-Bəhrəmtəpə- Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən 30-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat almış və dərhal hadisə yerinə gəlmişlər. Onlar hadisə yerinə çatdıqda hadisə yerində “Toyota Prius” markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş yolun ehtiyat hissəsinə bitişik, Beyləqan rayonu, Mil qəsəbəsinə gedən ikinci dərəcəli yolda toqquşduğunu, toqquşmadan sonra “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzü Horadiz istiqamətində dayandığını, “Toyota Prius” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə üzü Daşburun dairəsi istiqamətində dayandığını görmüşdür. Bu vaxt “Toyota Prius” markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs da hadisə yerində olmuşlar. Sonra hadisə yerinə gəlmiş Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Xalid Məmmədov tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Beyləqan rayon şöbəsindən verilmiş 18 fevral 2023-cü il tarixli 93/23 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ Vİİ-Vİİİ-İX qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, sağtərəfli hemopnevmotoraks, döş qəfəsinin sağ yarısının dərialtı emfizeması aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Beyləqan rayon şöbəsindən verilmiş 25 yanvar 2023-cü il tarixli 55/23 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarına əlavə edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 13 aprel 2023-cü il tarixli 8/776 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, sürücü Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsindən sonra, Zərərçəkmiş şəxs üzr isəmiş, ona dəyən maddi ziyanı tamamilə ödəmiişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü, Zərərçəkmiş şəxs barəsində CMnin 263-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati icraat başlanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, ona vurulmuş ziyanı tamamilə ödədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1- 1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla, barəsində cinayət təqibinə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə barəsində olan cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut- saxlanması üçün Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilən Toyota Prius markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, VAZ 21063 markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs qayrarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat üçün 90 (doxsan) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin . Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-53/2023
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-53/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver