Məhkəmə qərarları › İş №1(020)-53/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-53/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-53/2024 26.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Beyləqan, Füzuli və Xocavənd rayon məhkəmələri üzrə) Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən adsız parkda təmiz çəkisi 0,680 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini tanışı Şahid5 50 manat pulun qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, o, 30 aprel 2024-cü il tarixdə, saat 18:30-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 19:30-da üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pulqabının içərisində saxlamaqla daşıdığı bir ədəd qızılı rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,680 qram xeyli mqidarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 4-5 aydır ki psixotrop maddə olan metamfetamin istifadə edir. O, istifadə etdiyi psixotrop maddələri həmişə Beyləqan şəhər sakini kimi tanıdığı Şahid5 alır. O, aldığı psixotrop maddələri bir istifadəlik miqdarını 10 manat pul qarşılığında almışdır. 30 aprel 2024-cü il tarixdə o, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən parkda İlkindən 50 manat pul qarşılığında psixotrop maddə metamfetamin almışdır. Həmin gün saat təxminən 18:30 radələrində o, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan zaman mülki formada olan üç nəfər şəxs ona yaxınlaşaraq, Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmişlər. O, etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə ona məlumat verilmişdir. Müstəntiq tərəfindən üzərinə axtarış keçirilmiş, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ona məxsus “Samsung A 01” markalı mobil telefon aşkar edilib götürülmüşdür. Sonra əynində olan cins şalvarın sağ yan cibinə baxış keçirilmiş və ona məxsus pul qabı aşkar edilib götürülmüşdür. Pul qabının cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd qızılı rəngli falqa bükümü aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs sonda əməlindən peçman olduğunu və ona yungül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə Beyləqan şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etdikdən sonra “təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar qəbul etmiş, rayon polis şöbəsinin rəhbərliyinin müvafiq əmri ilə onun rəhbərliyi altında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X4, Beyləqan rayon Polis şöbəsinin Kibercinayətkarlığa qarşı Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Beyləqan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. O, əməliyyat-istintaq qrupunun iştirakçılarını təlimatlandırdıqdan sonra qrupunun iştirakçıları ilə birlikdə Beyləqan rayonu ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə başlamışdır. 30 aprel 2024-cü il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış, onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman hərəkətləri ilə özünü daha da şübhəli aparmış, həmin ərazidə onun üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onlar Təqsirləndirilən şəxs dəvət edib Beyləqan rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs istintaq əməliyyat qrupunun üzvü, Beyləqan rayon polis şöbəsinin müstəntiqi polis baş leytenantı Qoşqar Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istəmişdir. X7 Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin edib ona hüquq və vəzifələrini izah edərək hüquq və vəzifələrinə dair yazılı bildirişi təqdim etmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra həmin gün saat 19:30-da Təqsirləndirilən şəxs üzərinə polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının, Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. X7 şəxsi axtarışın keçirilməsinə başlayaraq Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş kütlə olduğunu bildirmişdir. X11 Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ona məxsus “Samsung A 01” markalı mobil telefon aşkar etmişdir. Sonra həmin şalvarın sağ yan cibinə baxış keçirilmiş və qara rəngli pul qabı aşkar edilmişdir. Aşkar edilmiş pul qabının içərisindən 01 ədəd qızılı rəngli falqa bükümü aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütlənin “patı” olduğunu, Beyləqan şəhər sakini kimi tanıdığı İlkin adlı şəxsdən 50 manat pul qarşılığında aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin əlavə olaraq istifadəsi, saxlanması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar edilmiş bir ədəd falqa bükümünün içərisində olan kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,89 qram olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə metamfetaminə bənzər kütlə vidoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxış iclasında dindirilmiş şahid Beyləqan rayon Polis şöbəsinin Kibercinayətkarlığa qarşı Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Beyləqan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 cinayət işi üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il, saat 19:05-də Beyləqan RPİ-nin inzibati binasında xidməti otaqlarının birində şübhəli şəxs qismində tutulmuş və onun faktiki azadlığı 18:30-da məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan pul qabının içərisindən 01 ədəd qızılı rəngli falqaya bükülmüş halda olan təmiz çəkisi 0,680 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 4(020)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin ayrılması və və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə olan ********* nömrəli cinayət iyinin materiallarından Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca başlanılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/453 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,680 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/455 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid5 üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 1,272 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Şahid5 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. xx.xx.2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,630 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü həll edilənədək saxlanması üçün Beyləqan rayon Polis şöbəsinin “maddi sübutların saxlanılma otağı”-na təhvil verilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğluna məxsus “Samsung A01” markalı mobil telefona baxış keçirilən zaman telefonun ekran şifrəsi “OOOOp” yığılaraq telefona daxil olunmuşdur. Telefonun ekranında “Telefon” bölməsinə daxil olundu. “Telefon” bölməsində “İlkin” adı qeyd olunmuş +**********11 saylı mobil nömrə olması müəyyən edilmişdir. 30 aprel 2024-cü il tarixdə, saat 12:22-də +**********11 saylı mobil nömrəyə zəng edilmiş və 1 dəqiqə 3 saniyə danışıq aparılmış, saat 12:18-də həmin nömrədən zəng daxil olmuş və 10 saniyə danışıq aparılmış, saat 11:55-də həmin nömrəyə zəng edilmiş və 14 saniyə danışıq aparılmış, saat 11:31 -də həmin nömrəyə zəng edilmiş və 11 saniyə danışıq aparılmışdır. 26 aprel 2024cü il tarixdə, saat 20:15-də +**********11 saylı mobil nömrədən zəng daxil olmuş və 46 saniyə danışıq aparılmışdır. Daha sonra telefonun ekranında olan “Whatsapp” proqramında daxil olunaraq baxış keçirilən zaman Təqsirləndirilən şəxs “Whatsapp” proqramında istifadəsində olan +**********31 saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb edə biləcək mesajlaşmaların olub-olmaması yoxlanılmış, “Whatsapp” proqramında “İlkin” adı ilə adı ilə qeydiyyatdan keçmiş +**********11 saylı mobil nömrə ilə mesajların olması müəyyən edilmişdir. Həmin mobil nömrəyə 30 aprel 2024- cü il tarixdə, saat 09:19-da “nağarsan qaqa sabahın xeyir” məzmunlu mesaj yazılmış, saat 09:24-də isə həmin nömrədən “sabahın xeyir qaqa” məzmunlu cavab mesajı göndərilmişdir. Həmin gün saat 10:00-da +**********11 saylı mobil nömrəyə “Whatsapp” proqramında zəng edilmiş və iki dəqiqə danışıq davam etdirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı məlumat aşkar edilməmiş, baxış zamanı video çəkilişdən istifadə edilmiş və çəkilmiş videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, 3678 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş “Samsung A01”markalı və X3 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş “Samsung Galaxy A24” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs məxsus “Samsung A01” markalı mobil telefonun saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş “Samsung A01”markalı və X3 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş “Samsung Galaxy A24” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs məxsus “Samsung A01” markalı mobil telefonun saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1640 №-li Xasiyyətnamədən görünür ki, Mirzəyev X6 şəhəri ərazisində yaşadığı müddətdə onun barəsində Beyləqan şəhər ərazi Nümayəndəliyinə indiyədək sakinlərdən şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşmançılığını və onun cinayətin açılmasına kömək etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 30 aprel 2024-cü il tarixdə saat 18:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 02 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:05-dən 11:50-ə qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Beyləqan rayon prokurorluğuna müraciət edilmiş, Beyləqan rayon prokuroru Ramazan Hadıyev həbsin seçilməsinə dair təqdimatla Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə saat 18:45 də keçirilmiş məhkəmə iclasında 4(020)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 30 aprel 2024-cü il tarixdən 02 may 2024-cü il tarixədək həbsdə olduğu 3(üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Beyləqan rayon Polis Şöbəsində saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,630 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış “Samsung A01” markalı mobil telefonun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalı və 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5(beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon Polis Şöbəsinə təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,630 qram çəkidə olan metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış “Samsung A01” markalı mobil telefonun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49,74 (qırx doqquz manat 74 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar