Məhkəmə qərarları › İş №1(020)-53/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-53/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-53/2025 29.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, X5 оğlunun katibliyi, Dövlət ittihamçısı-Аzərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Тəqsirləndirilən şəxs -Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, М üəyyən etdi : Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında “Beyləqan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin aptek bölməsinin əczaçısı işləyən Zərərçəkmiş şəxs müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən keçiriləcək sertifikasiya imtahanında uğursuz olacağını düşünərək imtahandan keçməsinə kömək edəcək şəxs axtardığını bilib, yaranmış vəziyyətdən istifadə edərək onun xeyrinə hər hansı hərəkət etmək niyyəti olmadan, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni Zərərçəkmiş şəxsm aldadıb pulunu qəsdən ələ keçirmək qərarına gəlib həmin məsələni həll etmək səlahiyyətinə malik olmadığı və həmin işin həllinə kömək etməyə real imkanı olmadığı halda Zərərçəkmiş şəxs qeyd edilən imtahandan uğurla keçməsini təmin edəcəyinə dair yalan vəd verərək sonuncunu aldatmış, aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs 2024-cü il aprel ayında, istintaqa məlum olmayan gündə və vaxtda Beyləqan şəhərində yerləşən marketlərdən birində quraşdırılmış ödəmə terminalı vasitəsilə ona məxsus olmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “5239 1517 7364 0704” nömrəli bank kartının hesabına göndərdiyi 1600 manat, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs əri Şahid1 tərəfindən Beyləqan şəhəri, X4 küçəsi, ev 30 ünvanında yaşadığı evdə 16 sentyabr 2024-cü il tarixdə saat 15:16-da mobil tətbiq vasitəsilə ona məxsus olmaqla "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid “5239 1517 7364 0704” nömrəli bank kartının hesabına göndərilən 650 manat pulu əldə etməklə, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 2250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Şamaxı şəhəri, H.Əliyev küçəsi ev 49-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 20 yanvar küçəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və gündəlik tələbatını fərdi taksi fəaliyyəti ilə məşğul olmaqla ödəyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, 20 ilə yaxın müddətdə X3 İdarəsində matorçu vəzifəsində işləmiş, həmin dövrdə Beyləqan rayon sakini Şahid3 tanımış və ailəvi dostluq etmişlər. 2024-cü ilin aprel ayında Məhiyyəddin ona zəng edərək bir tanışının olmasını, həmin tanışının sertifikasiya imtahanı verməli olduğunu, imtahandan kəsiləcəyi üçün qorxduğunu bildirərək ondan bu məsələ ilə bağlı köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. O, pul almaq məqsədi olduğu üçün Məhiyyədinə köməklik etməsi müqabilində dediyi şəxsin 3000 manat pul verməli olduğunu demişdir. Məhiyəddinlə söhbət əsnasında Məhiyyədinə Zərərçəkmiş şəxs onun nömrəsini verməsini demişdir. Gülçöhrə ilə bir dəfə mobil telefonda danışmış, sonradan Gülçöhrənin əri Nazimlə danışmağa başlamışdır. O, Gülçöhrə və Nazimə Gülçöhrənin imtahandan keçəcəyini deyərək onlardan 3000 manat pul istəmişdir. Gülçöhrə isə imkanının aşağı olmasını bildirmişdir. O, 2024-cü ilin aprel ayında özünə məxsus, "xxxx" ASC-yə məxsus olan 5239 1517 7364 0704 nömrəli bank kartını məlumatlarını Nazimə göndərmiş, Zərərçəkmiş şəxs həmin karta 1600 manat pul göndərmişdir. Hər dəfə Nazimə işin tezliklə düzələcəyini demişdir. O, aldığı pulu hissə-hissə xərcləmiş, bir müddət sonra Nazim və Gülçöhrənin Məhiyyədinə və onun arvadı Rahiləyə zəng edib pulu geri istədiyini eşitmişdir. Buna görə 2024-cü ilin sentyabr ayında Gülçöhrənin əri Nazimlə telefonla danışmış və işin düzəldiyini, lakin əlavə olaraq 650 manat da pul vermək lazım olduğunu demişdir. Nazim 650 manat pulu ona məxsus olan 5239 1517 7364 0704 nömrəli bank hesabına göndərmiş, o, həmin pulu bankomatda nağdlaşdırmışdır. Pulu zərərçəkmişdən alıb onunla bir binada yaşayan Vüsal adlı şəxsə vermişdir ki, Gülçöhrənin işini düzəltsin. Pulun üzərinə özündən 750 manat da qoymuşdur. Vüsaləyə iş düzəltməsi üçün 3000 manat pul vermişdir. Hazırda Vüsalə həbsdədir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişin ondan tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 30 ilə yaxındır ki, Beyləqan rayon mərkəzi xəstəxanasında əczaçı vəzifəsində işləmişdir. Rahilə adlı qadın onun iş yoldaşı olmuş, İlqar adlı şəxsi isə əvvəllər ümumiyyətlə tanımamışdır. Heç biri ilə arasında ədavət və düşmənçilik olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə əməkdaşlarının ixtisası üzrə biliklərinin kifayət dərəcədə olub-olmamasının yoxlanılması üçün imtahanlar keçirildiyi üçün 2023-cü ilin noyabr ayının sonlarında ona xx.xx.2023-cü il tarixdə imtahan keçiriləcəyi və həmin imtahanda iştirak etməli olduğu barədə məlumat verilmiş, o, həmin imtahanda iştirak edərək kəsilmişdir. Bundan sonra ona 2024-cü ilin aprel ayında ikinci dəfə imtahan verəcəyi, əgər həmin imtahandan da kəsiləcəyi halda işdən azad olunacağı barədə məlumat verilmişdir. O, imtahandan kəsiləcəyi, buna görə də işdən qovulacağını düşünüb qorxmuş, işlədiyi xəstəxanada təsərüfat-tibb bacısı kimi işləyən Şahid2 ilə söhbət edən zaman bu barədə danışdıqda Rahilə əri Məhiyyədinin bir tanışının olmasını, həmin tanışının çox yerlərdə dostlarının olmasını deyib köməklik edə biləcəyini bildirmişdir. O, bunu bildikdən sonra işinin düzəlməsi üçün həmin şəxslə əlaqə qurmaqlarına köməklik etməsini Rahilədən xahiş etmişdir. Bu barədə əri Şahid1 danışmış, Nazim onunla razılaşmışdır. Bundan sonra o, hər ay maaşından yığdığı puldan 1600 manatı Nazimdən almış və həmin pulu terminal vasitəsilə İlqarın ona göndərdiyi 5239 1517 7364 0704 nömrəli kart hesabına göndərmişdir. Pulu iş yoldaşı Rahilənin yanında göndərmişdir. İlqar pulu Vüsalə adlı qadına verəcəyini və işi də Vüsalənin düzəldəcəyini demişdir. Həmin vaxtdan uzun müddət keçsə də, İlqar hər dəfə müxtəlif bəhanələrlə onları aldatmış, həm vədinə əməl etməmiş, həm də aldığı pulu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə evdə əri Nazimlə söhbət edən zaman İlqarın işin yekunlaşma mərhələsində olduğunu deyib, əlavə 650 manat istədiyini bilmiş və İlqarın istifadəsində olan 5239 1517 7364 0704 nömrəli bank hesabına 650 manat əlavə pul göndərmişdir. Həmin müddətdən xeyli vaxt keçsə də, İlqar zənglərinə cavab verməmiş, müxtəlif bəhanələrlə aldatmışdır. O, aldanıldığını başa düşərək Beyləqan RPŞ-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını göstərmiş və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Şahid1 məhkəmədə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Gülçöhrə ilə birlikdə Beyləqan rayon mərkəzi xəstəxanasında işləmiş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 2024-cü ilin aprel ayında o, Beyləqan rayon mərkəzi xəstəxanasında Zərərçəkmiş şəxs ilə söhbət edən zaman Gülçöhrə ona imtahan olacağını, imtahandan kəsiləcəyini və işdən azad olunacağını demiş, o, əri Məhiyəddinin tanışı olduğunu, həmin şəxsin Gülçöhrəni imtahandan keçirə biləcəyini söyləmiş, Gülçöhrə əri ilə bu barədə danışaraq köməklik göstərməsini xahiş etmişdir. O, əri Məhiyəddinə məlumat verdikdən sonra sonuncu İlqar adlı şəxsin bu işi düzəldəcəyini demişdir. Məhiyəddin İlqarla danışdıqdan sonra işin düzələcəyini deyib sonuncunun nömrəsini Gülçöhrəyə vermişdir. Bundan sonra isə Gülçöhrə və əri Nazim özləri İlqarla danışmağa başlamışlar. 2024-cü ilin aprel ayında Gülçöhrə ona İlqarın işin düzəlməsi üçün 1600 manat pul istədiyini, pulu göndərdiyi bank kartının hesabına göndərəcəyini demişdir. Xatırlamadığı gündə o, Gülçöhrə ilə birlikdə rayonda xatırlamadığı marketlərin birinə gedib 1600 manat pulu İlqarın Gülçöhrəyə göndərdiyi 5239 1517 7364 0704 saylı bank hesabına göndərmişdir. Bundan sonra Gülçöhrənin əri Nazimin həmin karta əlavə olaraq 650 manat pul göndərdiyini eşitmişdir. Həmin vaxtdan sonra Gülçöhrə və Nazim ona və əri Məhiyyədinə dəfələrlə zəng edib İlqarın Gülçöhrənin 2250 manat pulunu aldadaraq almasını, işini düzəltməməsini deyərək əlaqələndirdikləri üçün pulu onlardan istəmişlər. Sonradan Gülçöhrə bu barədə Beyləqan RPŞ-yə ərizə ilə müraciət etmişdir.Gülçöhrənin İlqara göndərdiyi puldan nə ona, nə də əri Məhiyyədinə çatmamış, İlqarla Gülçöhrəni əlaqələndmirəklə sonuncuya kömək etmək məqsədləri olmuşdur, ilqarın Gülçöhrəni aldadacağından məlumatları olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə Şahid2 ilə eyniməzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Zərərçəkmiş şəxs Şamaxı şəhər sakini “İlqar” adlı şəxs tərəfindən onu sertifikasiya imtahanından keçirəcəyi adı ilə onun 2250 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Beyləqan rayon polis şöbəsinə ünvanladığı müraciəti əsasında Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş Baxış keçirilməsi haqqında 09 may 2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs təqdim etdiyi 2 ədəd fotoşəkilə baxış keçirilmiş, baxış keçirilən birinci şəkildə 1 ədəd qara rəngli "xxxx" a məxsus olan 5239 1517 7364 0704 nömrəli bank kartının fotoşəklinin, ikinci fotoşəkildə isə 1 ədəd qəbzin əks olunduğunu müəyyən edilmişdir. Qəbzdə olan məlumatlara əsasən “Yelo bank” mobil tətbiqi vasitəsilə 47********047662 nömrəli kart hesabından 52********640704 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə saat 15:16-da 650 (altı yüz əlli) manat pul köçürülmüş, həmin bank əməliyyatının nömrəsi **********dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu və ya çəkilməmiş cəzası yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Şamaxı Şəhər İcra hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 10 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş Şamaxı Şəhər icra hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, iş üzrə törətdiyi cinayət əməli nəticəsində sonuncuya vurduğu maddi ziyanı tam ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 18 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasın və Azərbaycan Respublikası CM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddərilini rəhbər tutaraq məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin еdilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 20 saat üçün 220 (iki yüz iyirmi) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar