Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-55/2023 26.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Füzuli rayonu, Musabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Musabəyli kəndində qeydiyyatda olub, Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsi ev 114-də yaşayan, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə, saat 01:45 radələrində Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Araz Elektron" mağazasının qarşısından keçərkən Beyləqan şəhəri, SMD-42 qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gələrək həmin mağazanın qarşısında olan Zərərçəkmiş şəxs məxsus “Mainstay” markalı, 1800 W gücündə, MİG-ZP4-380 kodlu, 280 manat dəyərində elektrikii otbiçən aparatını və “Mainstay” markalı, 1200 W gücündə, MİG-ZP4-320 kodlu, 250 manat dəyərində elektrikii otbiçən aparatını oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 530 manat dəyərində əmlakı gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 20 mart 2023-cü il tarixdə Novruz bayramı münasibəti ilə yaşadığı evdə axşam yeməyi yeyib istirahət etmiş, həmin gün saat 23 radələrində Bakı şəhərində yaşayan nəvəsi Renatın Beyləqan rayonunda yaşayan qayını Hafizin evinə gəldiyini öyrənib Rünatla görüşmək üçün Beyləqan rayonuna gəlmişdir. Gecə saatları olduğu üçün o, Hafizin evini tapmamış, Beyləqan şəhəri, Magistral küçəsində “Araz Elektron” adlı mağazanın qarşısından keçərkən mağazanın qarşısında açıq ərazidə təsərrüfat təyinatlı əşyaların olduğunu görmüşdür. Həmin əşyaların sahibsiz olduğunu və oğurluq etmək üçün münasib şərait olduğunu görüb oğurluq etmək qərarına gəlmişdir. O, həmin əşyalara yaxınlaşıb baxdıqda bir- birinə zəncirlə bağlı olan iki ədəd ot biçən aparatını görmüşdür. Bundan sonra həmin ot biçən aparatlarını oğurlamaq qərarına gəlmiş, dərhal mağazanın qarşısından iki ədəd ot biçən aparatını götürüb piyada oradan uzaqlaşmışdır. Mağazadan uzaqlaşandan bir qədər sonra Beyləqan rayon polis şöbəsinin tanımadığı əməkdaşı onu Beyləqan şəhəri, Magistral küçəsində əlində olan iki ədəd ot biçən aparatı ilə birlikdə saxlayıb Beyləqan rayon polis şöbəsinə dəvət etmişdir. O, həmin polis əməkdaşı ilə birlikdə rayon polis şöbəsinə gəlmiş və polis şöbəsində iki ədəd ot biçən aparatını oğurladığını etiraf etmişdir. Bundan sonra o, oğurladığı otbiçən aparatlarını rayon polis şöbəsinə təhvil vermiş və yaşadığı evə qayıtmışdır. İki ədəd elektrikli otbiçən aparatından başqa mağazadan və ya mağazanın qarşısından heç bir əşya oğurlamamışdır. Oğurluq edərkən onun yanında başqa şəxs olmamışdır. O, həmin əşyaları mağazanın qarşısından tək oğurlamışdır. Qeyd olunan oğurluqlardan başqa tək və ya digər şəxslə birlikdə oğurluq cinayəti törətməmişdir. Həmin oğurluğu sərxoş vəziyyətdə olduğuna görə törətmişdir. Hazırda zərərçəkmişlə barışmışdır, zərərçəkmişə dəymiş maddi ziyanı ödəmişdir, göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, onun Beyləqan şəhəri, Magistral küçəsində yerləşən özünə məxsus “Araz Elektron” adlı mağazası vardır. Həmin mağazada elektriklə işləyən avadanlıqlar və təsərrüfat mallarının satışı ilə məşğul olur. Hər gün saat 08:00-da mağazanı açıb satışa başlamış və saat 19:00-da mağazanı bağlamışdır. 20 mart 2023-cü il tarixdə hər zaman olduğu kimi saat 19:00-da mağazanı bağlayaraq yaşadığı evə getmişdir. Növbəti gün, yəni 21 mart 2023-cü il tarixdə saat 08:00-da mağazanı açmağa gələn zaman mağazanın qarşısında olan 2 ədəd elektrikli otbiçən aparatının yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazanın qarşısından ona məxsus olan bir ədəd “Mainstay” markalı, 1800 W gücündə, MİG-ZP4-380 kodlu, 280 manat dəyərində yeni elektirikli otbiçən aparatını və bir ədəd “Mainstay” markalı, 1200 W gücündə, MİG-ZP4-320 kodlu, 250 manat dəyərində yeni elektirikli otbiçən aparatını oğurlamışdır. Daha sonra o, Beyləqan rayon polis şöbəsinə gələrək oğurluq barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus 2 ədəd elektitikli otbiçən aparatı 21 mart 2023-cü il tarixdə saat 01:45 radələrində Beyləqan şəhəri, Magistral küçəsində yerləşən özünə məxsus “Araz Elektron” adlı mağazasının qarşısından oğurlanmışdır. Oğurlanmış otbiçən aparatının biri “Mainstay” markalı, 1800 W gücündə, MİG-ZP4-380 kodlu, yeni, üzərində qırmızı zolaqlar olan 280 manat dəyərində, digəri isə “Mainstay” markalı, 1200 W gücündə, MİG- ZP4-320 kodlu, yeni, üzərində qırmızı zolaqlar olan, 250 manat dəyərindədir. O, rayon pois şöbəsində ərizə ilə müraciət edən zaman ona məlum olmuşdur ki, oğurluq cinayətini törətmiş şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanlılmış və ona məxsus 2 ədəd elektirikli otbiçən aparatı geri qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Beyləqan rayon polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün manqa komandiri vəzifəsində xidmət edir. Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə arasında ədavət və ya düşmənçilik olmamışdır. 21 mart 2023-cü il tarixdə, saat 03 radələrində Beyləqan şəhəri, Magistral küçəsində Post-patrul xidmətinin fəaliyyətini yoxlayarkən bir nəfər şəxsin həmin küçədə əlində 2 ədəd elektirikli ot biçən aparatı ilə birlikdə yolun Daşburun stansiyası istiqamətində piyada hərəkət etdiyini görmüşdür. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və həmin şəxsin hərəkətlərindən şübhələnib rayon polis şöbəsinə dəvət etmişdir. Bundan sonra həmin şəxs əlindəki iki ədəd elektrikli otbiçən aparatı ilə onunla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1967-ci ildə Füzuli rayonu, Musabəyli kəndində anadan olmuş, Füzuli rayonu, 11 saylı Qayıdış qəsəbəsi, 114 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs iki ədəd elektrikli otbiçən aparatını haradan əldə etdiyini və həmin otbiçən aparatlarını haraya aparacağını soruşduqda Məcnun qeyd olunan ot biçən aparatlarını Beyləqan şəhəri, Magistral küçədə yerləşən “Araz Elektron" mağazasının qarşısından oğurladığını və həmin otbiçən aparatlarını satacağını bildirmişdir. Bundan sonra o, bu barədə raportla rayon polis şöbəsinin rəisinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas 21,03.2023-cü il tarixdə Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Beyləqan şəhəri. Magistral küçədə yerləşən “Araz Elektron” mağazasının qarşısından ona məxsus 530 manat dəyərində iki ədəd elektirili otbiçən aparatının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə 21,03.2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə yazdığı ərizə əsasında əvvəlcə Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş 11 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və eyni tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2812 saylı rəyindən görünür ki, bir ədəd “Mainstay” markalı, 1800 W gücündə, MİG-ZP4- 380 kodlu, yeni elektirikli otbiçən aparatının 2023-cü ilin mart ayına orta bazar qiyməti nəzəri qaydada 280,0 manat və bir ədəd “Mainstay” markalı, 1200 W gücündə, MİG-ZP4-320 kodlu, yeni elektirikli otbiçən aparatının 2023-cü ilin mart ayına orta bazar qiyməti nəzəri qaydada 250,0 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, bir ədəd “Mainstay” markalı, 1800 W gücündə, MİG-ZP4-380 kodlu, yeni elektirikli otbiçən aparatı və bir ədəd “Mainstay” markalı, 1200 W gücündə, MİG-ZP4-320 kodlu, yeni elektirikli otbiçən aparatı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gələrək həmin mağazanın qarşısında olan Zərərçəkmiş şəxs məxsus “Mainstay” markalı, 1800W gücündə, MİG- ZP4-380 kodlu, 280 manat dəyərində elektrikii otbiçən aparatını və “Mainstay” markalı, 1200 W gücündə, MİG-ZP4-320 kodlu, 250 manat dəyərində elektrikii otbiçən aparatını oğurlamaqla Zərərçəkmiş şəxs məxsus cəmi 530 manat dəyərində əmlakı gizli olaraq talaması kifayət qədər sübut olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” İş materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyətinin başçısının 11 saylı Qayıdış qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş, xx.xx.2023-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus oğuranmış 02 (iki) ədəd elektrikli ot biçən aparatının zərərçəkçiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus oğurlanmış 02 (iki) ədəd elektrikli ot biçən aparatının zərərçəkçiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-55/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-55/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver