Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-55/2024 10.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1988-cı ildə Tərtər rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Tərtər rayonu, Azadqaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan, Nəsimi rayon məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 360 saat ictimai işlər cəzasına məhkum olunmuş, 09 dekabr 2021-ci il tarixdə “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.9-cu bəndində əsasən cəzadan azad edilmiş, 14 avqust 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Beyləqan rayonu, Eyvazalılar kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə onun etibarından sui-istifadə edərək ona işğaldan azad olunmuş ərazilərdən gətirilən “Pick Up” markalı avtomobil satacağı barədə qəsdən yalan vəd verib aldadaraq aralarında olan razılaşmaya uyğun olaraq Zərərçəkmiş şəxs tərəfindən 11 mart 2024-cü il tarixdə, saat 22:15-də Beyləqan rayonu Daşburun-Ağcabədi avtomobil yolunun kəsişməsində yerləşən “Görüş” marketdə quraşdırılmış “mpay” ödəmə terminalından onun adına olan **********864578 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürülmüş 1000 manat, 12 mart 2024-cü il tarixdə, saat 11:19-da Beyləqan rayonu, Eyvazalılar kəndində olarkən "Birbank” tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin adına olan 416973******1342 nömrəli “KapitalBank" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabından onun adına olan **********864578 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürülmüş 1350 manat, 17 mart 2024-cü il tarixdə, saat 17:53-da Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində olarkən “Birbank” tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin adına olan 416973******6517 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabından onun adına olan **********864578 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik kart hesabına köçürülmüş 150 manat, cəmi 2500 manat pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, fəhləlilk edərək günlük qazancını təmin edir. 2024-cü ilin mart ayında Beyləqan rayonunda olarkən ona əvvəllər tanımadığı bir nəfər şəxs tərəfindən zəng edilmiş, həmin şəxs Beyləqan rayonundan olduğunu və ona maşın lazım olduğunu bildirmişdir. O, həmin şəxsə cavabında “maşın var, “Pic Up” markalıdır və qiyməti 4500 manatdır” demişdir. Həmin şəxs isə qiymətin baha olduğunu demiş və qiyməti aşağı salmağını ondan xahiş etmişdir. O, son olaraq qiymətin 2500 manat olmasını həmin şəxsə demişdir. O, 2500 manata ona “Pic Up” satacağı barədə şəxsiyyətini sonradan öyrəndiyi Zərərçəkmiş şəxs ilə razılaşmışdır. O, həmin şəxsə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə “Pic Up” markalı avtomobilin videosunu göndərmiş və Zərərçəkmiş şəxs da 2500 manat müqabilində “ Pic Up” markalı maşını ondan alacağına razılaşmışdır. Bundan sonra Tural ondan kartının kodunu “Whatsapp” nömrəsinə göndərməsini istəmişdir. O da Turala öz adına olan "xxxx" ASC-yə məxsus olan 4169 7388 3186 4578 nömrəli kartının şəklini göndərmişdir. Bundan sonra Tural ona məxsus olan həmin karta xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 1350 manat, xx.xx.2024-cü il tarixdə isə 150 manat pul göndərmişdir. Lakin o, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs nə vəd verdiyi avtomobili, nə də həmin pulu ona qaytarmamışdır. Bundan sonra o, Tərtər rayon polis şöbəsinə çağırılmış və orada Zərərçəkmiş şəxs ondan şikayət etməsi ona məlum olmuşdur. Həmin gün Tərtər rayon polis şöbəsində Zərərçəkmiş şəxs 1500 manat pul vermiş və qalan 1000 manatı da 10 gün ərzində verəcəyini demişdir. O, sözünə əməl etmiş və qalan pulu Turala ödəmişdir. Zərərçəkmiş şəxs ərizə verərək ondan şikayət və ya tələbinin olmamasını bildirmişdir. Zərərşəkmiş şəxsə dəyən ziyanı ödəmişdir, ailəsinin yeganə qazanc gətirənidir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Ziyyəddin oğlunu əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2024-cü ilin fevral ayında “Tik- Tok” sosial şəbəkəsini izləyərkən Tərtər rayonu ərazisində işğaldan azad olunmuş ərazilərdən avtomaşınlar gətirilib satıldığı barədə video görüb maşın almaq üçün Tərtər rayonuna getmişdir. Tərtər rayonunda olarkən ətrafda olan tanımadığı şəxslərdən həmin avtomomobillərin satışı ilə İsmayıl adlı şəxsin məşğul olduğunu eşitmişdir. Bir qədər maraqlandıqdan sonra bir nəfər tanımadığı şəxsdən İsmayılın mobil nömrəsini öyrənmişdir. O, İsmayılın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib onunla telefonda tanış olmuş, İsmayıla maşın almaq istədiyini demişdir. İsmayıl ona hazırda yaxşı avtomaşın olmadığını, olan zaman onunla əlaqə saxlayacığını bildirmişdir. Bu səbəbdən də o, Beyləqan rayonuna qayıtmışdır. 11 mart 2024-cü il tarixdə İsmayıl “Whatsapp” mobil tətbiqi vasitəsilə ona “Pic Up” markalı avtomobilin fotoşəkillərini göndərib həmin avtomaşının 4500 manata satıldığını, lakin həmin avtomaşını ona 2500 manata sata biləcəyini vəd vermişdir. O da İsmayılla razılaşmışdır. Bundan sonra o, İsmayılın ona “whatsapp” proqramı vasitəsilə göndərdiyi 4169 7388 3186 4578 nömrəli kart hesabına 11 mart 2024-cü il tarixdə pulunun az olması səbəbindən ilkin olaraq 1000 manat, 12 mart 2024-cü il tarixdə 1350 manat, 17 mart 2024-cü il tarixdə isə 150 manat pul göndərmişdir. Beləliklə, o, İsmayılın ondan istədiyi 2500 manat pulu ona göndərmiş və İsmayılla mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayaraq ona avtomobil satacağına dair verdiyi vədi yerinə yetirməsini bildirmişdir. Lakin İsmayıl verdiyi vədə əməl etməmişdir. 20 mart 2024-cü il tarixdə İsmayıl Beyləqan rayonuna gəlmişdir. Beyləqan rayonunda da İsmayıl ona əlavə pul müqabilində əlavə avtomaşınlar da təşkil edəcəyini bildirmişdir. Lakin o, İsmayıla daha öncə ödədiyi ödəniş müqabilində verilmiş vədə əməl olunduqdan sonra əlavə də pul verəcəyini bildirmişdir. İsmayıl avtomaşının veriləcəyininin ləngidiyini, bir neçə gün onu gözləcəyini demişdir. O, bir neçə gün gözləsə də, İsmayıldan bir xəbər çıxmamış və o, artıq İsmayılın onu aldatdığını başa düşmüşdür. O, Təqsirləndirilən şəxs zəng edib şikayət edəcəyi barədə xəbərdarlıq edib DİNin “102” xidmətinə zəng edərək hadisə barədə ətraflı məlumat vermişdir. Təqsirləndirilən şəxs dəyən ziyanı ödəmişdir, təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Tərtər rayonu, Azadqaraqoyunlu kənd sakini Təqsirləndirilən şəxs Beyləqan rayonu, Eyvazalılar kənd sakini olan Zərərçəkmiş şəxs işğaldan azad olunmuş ərazilərdən gətirilmiş texnikalardan “PicUp” markalı nəqliyyat vasitəsi satacağı adı ilə onun 2500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə etdiyi müraciəti əsasında Tərtər rayon polis şöbəsinin Təhqiqat Bölməsində daha sonra isə Beyləqan rayon Polis şöbəsinin Təhqiqat və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində 3 ədəd ödəniş qəbzinin və 1 ədəd 4169 7388 3186 4578 nömrəli "xxxx"a məxsus kartın şəkli olan sənədə baxış keçirilmişdir. Qəbzlərə tarix ardıcıllığına uyğun baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, baxış keçirilən birinci qəbzin nömrəsi 12492-dir. Həmin qəbzdə 4169 73****** 4578 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 22:15-də Beyləqan rayonu, Daşburun-Ağcabədi yolunun kəsişməsində yerləşən Görüş market adlanan ictimai iaşə obyektində "Mpay” terminal vasitəsilə 1000 (min) manat pul göndərilməsi göstərilmişdir. Bundan başqa qəbzin müştəri yazılan hissəsində A******İ******Z******* OĞLU yazılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən ikinci qəbzin nömrəsi 700922380-dir. Həmin qəbzdə “Birbank” mobil tətbiqi vasitəsilə 416973******1342 nömrəli kart hesabından 416973******4578 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 11:19-da 1350 (min üç yüz əlli) manat pul köçürülməsi göstərilmişdir. Baxış keçirilən üçüncü qəbzin nömrəsi **********-dir. Həmin qəbzdə “Birbank” mobil tətbiqi vasitəsilə 416973******6517 nömrəli kart hesabından 416973******4578 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:53-də 150 (yüz əlli) manat pul köçürülməsi göstərilmişdir. Şəkil 4-ə baxış zamanı müəyyən olunmuşdur ki, həmin şəkildə olan 4169 7388 3186 4578 nömrəli qara rəngli "xxxx" ASC-yə məxsus olan plastik bank kartıdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Eyvazalılar kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə onun etibarından sui-istifadə edərək ona işğaldan azad olunmuş ərazilərdən gətirilən “Pick Up” markalı avtomobil satacağı barədə qəsdən yalan vəd verib aldadaraq aralarında olan razılaşmaya uyğun olaraq Zərərçəkmiş şəxs tərəfindən 11 mart 2024-cü il tarixdə, saat 22:15də Beyləqan rayonu Daşburun-Ağcabədi avtomobil yolunun kəsişməsində yerləşən “Görüş” marketdə quraşdırılmış “mpay” ödəmə terminalından onun adına olan **********864578 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürülmüş 1000 manat, 12 mart 2024-cü il tarixdə, saat 11:19-da Beyləqan rayonu, Eyvazalılar kəndində olarkən "Birbank” tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin adına olan 416973******1342 nömrəli “KapitalBank" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabından onun adına olan **********864578 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına köçürülmüş 1350 manat, 17 mart 2024-cü il tarixdə, saat 17:53-da Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində olarkən “Birbank” tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin adına olan 416973******6517 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabından onun adına olan **********864578 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik kart hesabına köçürülmüş 150 manat, cəmi 2500 manat pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs 2500 manat maddi ziyan vurmaqla dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkibi vardır, ibtidai istintaq orqanı tərəfindən onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.12, dəymiş ziyanı aradan qaldırmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə təqsirli bilinib 360 saat ictimai işlər cəzasına məhkum edilmiş, 09 dekabr 2021-ci il tarixdə “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli qərarının 2.9-cu bəndində əsasən cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə edilməsini, eləcə də yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası daxilində islah işləri növündə cəzanın təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası təklif edilən əmlak və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353,23 384- 1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəza çəkməsinin başlanğıcı aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 10 (on) saat üçün 60 (altmış) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası təklif edilən əmlak və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-55/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-55/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver