Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-56/2023 27.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təxminən 2023-cü ilin iyun ayında, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,540 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 iyun 2023-cü il tarixdə, saat 11:45-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan şəhəri, X4 küçəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 12:35-də üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,540 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddələri arabir tapdıqda istifadə edir. 11 iyun 2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxarkən darvazanın qarşısında olan otların aparatla biçildiyini, lakin təmizlənmədiyini görmüş, buna görə də evə qayıdıb otları təmizləmək üçün yaba götürüb yenidən darvazanın qarşısına çıxmışdır. O, darvazanın qarşısında və yan tərəfində olan otları təmizləyən zaman darvazanın yan tərəfində olan ağacın alt tərəfində otların arasında sellofan büküm olduğunu görmüş və sellofan bükümünün içərisində nəsə duza oxşar maddə olduğunu görüb götürərək içərisinə baxmışdır. Həmin bükümün içərisinə baxan zaman içərisində olan maddənin şüşə kimi tanıdığı metamfetamin olduğunu görmüşdür. O, psixotrop maddə istifadəçisi olduğu üçün dərhal həmin maddəni tanımış və özü istifadə etməsi üçün sellofanı büküb cibinə qoymuşdur. Bundan sonra darvazanın qarşısını təmizləyib yaşadığı evə qayıtmışdır. Tapdığı maddəni evdə kiminsə görməməsi üçün həmin maddəni cibində daşımağa başlamışdır. 13 iyun 2023-cü il tarixdə, saat 11:30 radələrində o, hava almaq üçün yaşadığı evdən küçəyə çıxmaq qərarına gəlmiş, tapdığı həmin psixotrop maddəni də əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Yaşadığı küçə ilə Beyləqan rayon İcra Hakimiyyətinə tərəf piyada hərəkətdə olan zaman mülki formada olan 4 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə getməsini bildirmiş, o, etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa aparmışlar. Həmin vaxt polis geyimində olan və özünü Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qoşqar Hacıyev kimi ona təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, daha sonra ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini müstəntiqə bildirmişdir. Bundan sonra vəkil Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq video-çəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılacağını bildirmiş və üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olubolmadığını yoxlamaq üçün üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Müstəntiq tərəfindən üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibindən ona məxsus “Nokia” markalı sadə mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şalvarının digər ciblərinə baxış keçirilmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü aşkar edilmişdir. X3 tərəfindən həmin büküm açılaraq içərisinə baxış aparılan zaman həmin sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, iysiz psixotrop maddə olan metamfetamin olduğu məlum olmuşdur. O, həmin bükümün içərisində olan kütlənin psixotrop maddə şüşə adlanan metamfetamin olduğunu, həmin psixotrop maddəni tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Daha sonra müstəntiq tərəfindən üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.67 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 86 saylı ştamp əksi ilə möhürlənmiş, iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar imzalarla həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və zor tətbiq eməmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə və psixotrop maddələri arabir tapdıqda istifadə etmişdir. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş 1 ədəd “Nokia” markalı mobil telefonun üzərində 1 ədəd ***-***-**-** saylı sim kart nömrəsi olmuş, həmin sim kart nömrəsi onun öz adına rəsmiləşdirilmiş və həmin nömrəni özü istifadə etmişdir. Onun başqa mobil nömrəsi yoxdur. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, sonradan əməlindən peşman olmuş və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, sadaladığı halların və yaşının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid2 ifadəsində göstərdi ki, o, Beyləqan rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 iyun 2023-cü il tarixdə icraatına Beyləqan şəhəri, X4 küçəsi, ev 46-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatı şöbənin rəhbərliyinə məruzə etdikdən sonra Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X1, Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. O, həmin əməkdaşlar ilə birlikdə 13 iyun 2023-cü il tarixdə, saat 11:45-də Təqsirləndirilən şəxs Beyləqan şəhəri, X4 küçəsində saxlamış, özlərini təqdim edərək Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmiş və bunun üçün də Beyləqan rayon polis şöbəsinə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs onun təklifinə etiraz etməmiş və onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiyə olunması üçün X3 tərəfindən Beyləqan rayon vəkil bürosundan vəkil Müdafiəçi dəvət olunmuşdur. Bundan sonra polis şöbəsində X3 öz xidməti otağında vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim etmiş, vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini elan etmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı sadə mobil telefon, şalvarın sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bukum aşkar olunmuşdur. Aşkar edilmiş həmin bir ədəd şəffaf rəngli sellofan büküm X3 tərəfindən açıldıqda bükümün içərisində ağ rəngli, kristall formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin şüşə-metamfetamin olduğunu, həmin kütləni tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini onlara bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,67 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin bir ədəd şəffaf rəngli selofan büküm içərisində olan ağ rəngli, kristall formalı, iysiz psixotrop maddə olan metamfetaminə bənzər kütlə ilə birlikdə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü vurulmuş və iştirakcılar tərəfindən zərfin üzərinə imza edilərək qablaşdırılmışdır. Bundan sonra müstəntiq tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, həmin protokol istintaq hərəkətinin iştirakcılarına ucadan oxunmuş və düzgün tərtib olunduğu onun və iştirakçıların imzaları ilə təstiq edilmişdir. Şahidlər - Şahid1, Şahid4 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 0,670 qram psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18\629 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,540 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na daxildir.Keçirilmiş ekspertizadan sonra qalıq 0.490 qram psixotrop maddə olan metamfetamin təşkil edir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4425 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə ducar olunmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təstiq edilməsi barədə” qərarı ilə təstiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə ducar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi barədə 24 avqust 2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 0.540 qram psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, M.D. Babaşovun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Təqsirləndirilən şəxs cinayət əməlindən peşman olması Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır, CM-nin 61-ci maddəsində sadalanan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından M.D. Babaşova azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi cinayət əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işi üzrə Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15 iyun 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, M.D. Babaşova təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza növü nisbətən yuxarı həddə təyin edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən M.D. Babaşovun şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla təyin olunmuş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. M.D. Babaşovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. M.D. Babaşov ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 49,74 manat pul M.D. Babaşovdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Beyləqan rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı” saxlanılan iş üzrə maddi sübut- keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0.490 qram psixotrop maddə olan metamfetamini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə haqqında” haqqında 03 avqust 2023-cü il tarixli protokola əlavə edilmiş, 24 avqust 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə “məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Beyləqan rayonu İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 49,74 manat pul Təqsirləndirilən şəxs tularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE**********00********) hesabına keçirilsin. Beyləqan rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertizadan sonra qalıq qalmış 0.490 qram psixotrop maddə olan metamfetamini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “şəxsi axtarış və götürmə haqqında” haqqında 03 avqust 2023-cü il tarixli protokola əlavə edilmiş, 24 avqust 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs X2 ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 7 (yeddi) saat üçün 42 (qırx iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin . Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim : Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №1(020)-56/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-56/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver