Məhkəmə qərarları › İş №1(020)-56/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-56/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-56/2024 24.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Ağcabədi rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan. Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa məlum olmayan Şaiq adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 30,53 qram narkotik vasitə olan qurudulmuş marixuananı 420 manat pulun qarşılığında qanunsuz olaraq əldə edib daşıyaraq istintaqa məlum olmayan yerdə saxlamış, 29 aprel 2024-cü il tarixdə həmin narkotik vasitə olan qurudulmuş marixuananın üç ədəd kibrit qutusunda 10.60 qramını Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında tanışı X6 210 manat pulun qarşılığında qanunsuz olaraq satmış, 29 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində X2 rayonu, Örənqala qəsəbəsi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 29 aprel 2024-cü il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında ondan satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd kibrit qutusunda və 01 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,47 qram, 3,66 qram və 3,14 qram və 0,33 qram olmaqla ümumi təmiz çəkisi 10,60 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra X4 izahatında verdiyi məlumat əsasında o, 30 aprel 2024-cü il tarixdə, saat 18:00 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 29 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa məlum olmayan Şaiq adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşıdığı ümumi təmiz çəkisi 30,53 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadan Ağamoğlan Kərimova satdıqdan sonra satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşıdığı üç ədəd kibrit qutusunda təmiz çəkiləri 6,56 qram, 6,95 qram və 6,42 qram olmaqla cəmi 19,93 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan tünd boz rəngli şalvarının sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Əvvəlki məhkəmədə iclasında Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadığı ünvana gəlib onu Beyləqan rayon polis şöbəsinə aparmış, onu axşama qədər orada saxladıqdan sonra narkotik vasitə satdığını bildirmişlər. Ona zor tətbiq etdiklərinə görə qorxmuş və məcburiyyət qarşısında qalıb narkotik vasitə olan marixuananın ona məxsus olduğunu göstərmişdir. Lakin narkotik vasitə ona məxsus olmamışdır. O, narkotik vasitə marixuanadan istifadə edir, lakin satışı ilə məşğul olmamışdır. X6 narkotik vasitə satmamışdır. Həmçinin döyülməsi barədə əvvəllər heç bir orqana məlumat verməmişdir. Hazırkı məhkəmə iclasında isə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə öünü tam təqsirli bilmiş və ibtidai istintaqda verdiyiy ifadəsini təsdiq etdiyi göstərmişdir. O, həmçinin narkotik vasitənin ona məxsus olduğunu və X6 210 manat qarşılığında üç ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satdığını bildirərək himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Ağcabədi rayonu Kəbirli kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. O, təxminən iki ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuananı kağıza büküb siqaret kimi çəkərək istifadə etmişdir. Həmin narkotik vasitələri tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. 29 aprel 2024-cii il tarixdə təxminən saat 17 radələrində şəxsi işilə əlaqədar Ağcabədi rayonundan çıxıb idarə etdiyi Mersedes C270 markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonuna gələn zaman Bolsulu kəndi ərazisindən keçərkən yolun kənarında hərbiçilərin idarə etdiyi Ural markalı avtomobilin dayandığını və iki nəfər hərbiçinin avtomobilin yanında yol kənarında durduğunu görmüşdür. Həmin vaxtı onlara kömək etmək məqsədilə avtomobilini saxlayıb düşərək hərbiçilərə yaxınlaşmış, onlara nə kömək edə biləcəyini soruşmuşdur. Həmin tanımadığı hərbiçilər ona minətdarlıqlarını bildirərək hərbi hissədən onlara kömək gələcəyini bildirmişdilər. O, bir qədər onların yanında dayanıb söhbət etmişdir. O, hərbiçilərin Qarabağ ərazisindən narkotik vasitə gətirdiklərini əvvəllər bir necə adamlardan eşitmişdir. Bu səbəbdən həmin hərbiçilərlə söhbət edən zaman onlarda narkotik vasitə olan qurudulmuş marixuana olub olmadığını soruşmuşdur. Hərbiçilərdən biri onu kənara çəkərək «istəyirsənsə təşkil edə bilərəm» demişdir. O, da həmin hərbiçiyə «təşkil edə bilsən alaram» demişdir. Bundan sonra adını bilmədiyi həmin hərbiçi mobil telefonu ilə bir nəfərə zəng edərək danışmış və danışdığı şəxsə Şaiq deyə müraciət etmişdir. Hərbiçi ona neçə korobka qurudulmuş marixuana lazım olduğunu ondan soruşmuşdur. O, bir kibrit qutusu ilə qurudulmuş marixuananın qiymətini adını bilmədiyi həmin hərbiçidən soruşduqda ona bir kibrit qutusunu 70 manata satdığını bildirmişdir. O, bundan sonra altı ədəd kibrit qutusu ilə dolu vəziyətdə qurudulmuş marixuana almaq istədiyini hərbiçiyə demişdir. Həmin hərbiçi telefonla danışıb qutarandan sonra ona hava qaralanda Beyləqan rayonu Tatalılar kəndi ərazisində yol kənarında yerləşən şəhid plakatının yanına getməyini, Şaiq adlı şəxs altı ədəd kibrit qutusu ilə dolu vəziyətdə olan qurudulmuş marixuananı həmin plakatın yanında yerdə olan qara rəngli rezin kəsiyinin altına qoyacağını bildirmişdir. Hərbiçi ona həmin kibrit kibrit qutularını oradan götürdükdən sonra hər bir kibrit qutusu üçün 70 manat olmaqla 420 manat pulu həmin rezin kəsiyinin altına qoymağını ona tapşırmışdır. Şaiq adlı şəxsin həmin vaxtı orada ətrafda olacağını, lakin gözə görünməyəcəyini ona demişdir. O, bundan sonra hərbiçi ilə sağollaşıb oradan uzaqlaşmış və Beyləqan rayonu ərazisində işlərini yekunlaşdırıb qaranlıq düşməsini gözləmişdir. Həmin günü təxminən saat 20:30 radələrində Beyləqan rayonu Tatalılar kəndinə getmiş və yol kənarında yerləşən şəhid plakatının yanında avtomobilini saxlamışdır. Orada avtomobildən düşüb ətrafa göz gəzdirmiş, lakin ətrafda heç kimi görməmişdir. Bundan sonra şəhid plakatının yanına yaxınlaşmış və orada yerdə qara rəngli rezin kəsiyinin olduğunu görmüşdür. O, həmin rezini qaldırıb altına baxdıqda orada altı ədəd kibrit qutusu olduğunu görüb götürmüş və kibrit qutularının hər birini açıb içərisinə baxdıqda içərisində tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, bundan sonra 420 manat pulu həmin rezinin altına qoymuş və altı ədəd kibrit qutularını götürüb öz avtomobilinə oturub həmin ərazidən uzaqlaşmışdır. 29 aprel 2024-cü il tarixdə X10 ona zəng edərək ondan 3 ədəd kibrit qutusunda nəşə kimi bildiyi narkotik vasitə qurudulmuş marixuana istəmişdir. O Ağamoğlanı tanıdığı üçün və aralarında yoldaşlıq münasibətləri olduğundan ona inanmış və etibar etmişdir. Bunun üçün də o, Ağamoğlandan xeyir güdməmiş və hər bir kibrit qutusu qurudulmuş marixuana üçün ondan 70 manat pul alacağını ona bildirmişdir. Bundan sonra o həmin günü Ağcabədi rayonundan çıxıb Beyləqan rayonuna gəlmiş və təxminən saat 22 radələrində Ağamoğlanla Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində onun işlədiyi avtoyuma məntəqəsinin qarşısında görüşmüşdür. Ağamoğlandan 210 manat pulu alıb ona üç ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmışdır. Bundan sonra 30 aprel 2024-cü il tarixdə, saat 18:00-da yaşadığı Ağcabədi rayonu, Kəbirli kəndində olarkən üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onlar onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqda daşımaqda, yaşadığı evdə saxlamaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun üzərimə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon Polis şöbəsinə getməyini ona təklif etmişdilər. O, etiraz etmədən onlarla birgə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa aparmüşdılar. Xidməti otaqda polis geyimində olan və özünü Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X9 ona təqdim edən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşımaqda, yaşadığı evdə saxlamaqda və satışını həyata keçirməkdə şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs qismində tutduğunu bildirmişdir. Həmin vaxtı ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini müstəntiqə bildirmişdir. Bundan sonra Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini təklif etmişdir. O, həmin vaxt əlini əynində olan tünd boz rəngli şalvarın sağ arxa cibinə salaraq üç ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutularında nəşə olduğunu bildirmişdir. Həmin kibrit qutularının içərisinə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış davam etdirilmiş və əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung Galaxy J2” markalı mobil telefon, sağ arxa cibindən bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq olmaqla 78 manat nağd pul aşkar edilərək götürülmüşdür. O, üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən başqa hər hansı bir əşya və ya predmet, eləcədə dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. O, üzərindən aşkar edilmiş kütlələrin sonra elektron tərəzidə çəkilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüş kibrit qutusunda olan kütlələrin qutu ilə birlikdə ümumi çəkilərinin 9,51 qram, 9,65 qram və 9,97 qram olmasını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülərək ağ rəngli zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzərinə iştirakçılar tərəfindən imzalar edilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra ona X4 şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin narkotik vasitə olduğunu və ondan almasını dediyi bildirilmiş və bu barədə fikri soruşulmuşdur. O Ağamoğlan Kərimova 210 manat pul qarşılığında narkotik vasitə satdığını bildirmişdir. Sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş və o da həmin protokolu imza etmişdir. Daha saonra 01 may 2024-cü il tarixdə Ağeabədi rayonu Kəbiri i kəndində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün onun yaşadığı evə gedilmişdir. O ərizə yazaraq baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra iki nəfər hal şahidi dəvət edilmiş və onun, müdafiəçisinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, lakin baxış zamanı dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya kütlə aşkar edilməmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Beyləqan rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 29 aprel 2024-cü il tarixdə icraatına Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X4 qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O. həmin əməliyyat məlumatını şöbənin rəhbərliyinə məruzə etdikdən sonra həmin günü ondan, istintaq bölməsinin müstəntiqi polis kapitanı X11, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və X4 cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirmişdilər. Bundan sonra həmin günü yəni 29 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində X7 Beyləqan rayonu, Örənqala qəsəbəsində saxlanımış və polis şöbəsinə aparılmışdır. X6 hüquq və vəzifələrini elan etmiş, daha sonra video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. X12 şəxsi axtarış zamanı X6 təklif etdi ki, üzərində gəzdirməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet, əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etməsini bildirmişdir. Ağamoğlan Kərimovun həmin vaxtı əlini əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə salaraq iki ədəd kibrit qutusunu, daha sonra əlini əynində olan həmin gödəkcənin sol yan cibinə salaraq bir ədəd kibrit qutusunu, daha sonra isə əlini əynində olan tünd göy rəngli cins şalvarının sağ kiçik yan cibinə salaraq oradan bir ədəd ağ rəngli kağız bükümü çıxardıb müstəntiqə təqdim etmiş və həmin kibrit qutularında eləcədə bir ədəd kağız bükümdə nəşə adlandırdığı narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Ağamoğlan Kərimovun təqdim etdiyi həmin üç ədəd kibrit qutuları və bir ədəd ağ rəngli kağız büküm müstəntiq tərəfindən açılaraq baxış keçirilən zaman kibrit qutularının içərisində və bir ədəd ağ rəngli kağız bükümün arasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, kəskin qoxulu kütlə olduğu müəyyən olunmuşdur. Bundan sonra X12 özü Ağamoğlan Kərimovun üstünü axtarmış və onun üstündən dövrüyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra X12 Ağamoğlan Kərimovun əynində olan qara rəngli gödəkçəniıı sol yan cibindən aşkar olunmuş bir ədəd kibrit qutusunu içərisində olan həmin kütlə ilə birlikdə elektron tərəziyə qoyaraq çəkmiş və 6,54 qram olması müəyyən olunmuşdur. Daha sonra müstəntiq Ağamoğlan Kərimovun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar olunmuş iki ədəd kibrit qutularını içərisindəki kütlələr ilə birlikdə ayrı ayrılıqda elektron tərəziyə qoyub çəkmiş və 6,24 və 6,71 qram olması müəyyən olunmuşdur. X12 daha sonra Ağamoğlan Kərimovun əynində olan tünd göy rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar olunmuş bir ədəd ağ rəngli kağız bükümü içərisində olan kütlə ilə birlikdə elektron tərəziyə qoyub çəkmiş və 0,61 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr daha sonra müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılıb götürülmüş və Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. X12 bundan sonra Ağamoğlan Kərimovdan həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri harada və kimdən aldığını soruşmuş, Ağamoğlan Kərimov həmin kütlələri 210 manat pul müqabilində Ağcabədi rayonu, Kəbirli kənd sakini Zaur adlı şəxsdən aldığını bildirmişdir. Həmkəndlisi Amid adlı şəxsin ona Füzuli rayonundan olan dostunun onun bank kartına pul göndərəcəyini bildirdiyini, daha sonra kart hesabına 200 manat pulun göndərildiyini, bundan sonra 210 manat pul müqabilində Zaur adlı şəxsdən həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri aldığını bildirmişdir. Ağamoğlan Kərimov 210 manata Zaur adlı şəxsdən aldığı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri Amid adlı şəxs və onun tanışı olan tanımadığı Füzuli rayon sakininə verəcəyini bildirmişdir. Daha sonra X12 Ağamoğlan Kərimovdan narkotik vasitə istifadə edib-etməməsi, saxlanılıb polis şöbəsinə gətirilən zaman polis əməkdaşlarının ona qarşı fiziki və ya psixi zor tətbiq edib-etmədiklərini soruşmuşdur. Ağamoğlan Kərimov özünün də narkotik vasitə istifadəçisi olduğunu, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol istintaq hərəkətinin iştirakçılarına ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. O, Ağamoğlan Kərimovun verdiyi məlumat əsasında yəni narkotik vasitəni ona satan Zaur adlı şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi üçün rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilmişvə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zaur adlı şəxs kimliyi müəyyənləşdirilərək 30 aprel 2024-cü il tarixdə saat 18 radələrində o, Ağcabədi rayonu Kəbirli kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman o, və onunla olan digər polis əməkdaşları Şahid2 və Şahid3 birlikdə özlərini ona təqdim elmiş. Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişdilər. O, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, üzərində saxlamaqla daşımaqda və satmaqda şübhəli olduğunu və bunun üçün də onun üzərində şəxsi axtarış aparılmalı olduğunu bildirmişdir. Həmin vaxtı orada şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığına görə Təqsirləndirilən şəxs onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə getməsini təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onların xidməti avtomobilinə əyləşərək Beyləqan rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra X12 Beyləqan rayon vəkil bürosundan Təqsirləndirilən şəxs hüquqlarını müdafiyə olunması məqsədilə vəkil Müdafiəçi dəvət etmişdir. Bundan sonra polis şöbəsində X12 öz xidməti otağında vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim etmiş, daha sonra vəkil Müdafiəçi, şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi polis kapitanı Şahid3 və onun iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini elan etmiş və sonra video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. X12 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet, əşya və ya narkotik vasitə varsa özü könüllü olaraq təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlini əynində olan tünd boz rəngli şalvarın sağ arxa cibinə salaraq üç ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və kibrit qutularında nəşə olduğunu bildirmişdir. Həmin kibrit qutularının içərisinə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung Galaxy J211 markalı mobil telefon, sağ arxa cibindən bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd l manatlıq olmaqla 78 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilən zaman üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilən zaman əynində olan tünd boz rəngli şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüş kibrit qutusunda olan kütlələrin qutu ilə birlikdə ümumi çəkilərinin 9,51 qram, 9,65 qram və 9,97 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş və ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü vurulmuş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra Zaur X1 şübhəli şəxs qimsində tutulub üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin narkotik vasitə olduğunu və ondan almasını dediyi bildirilmiş və bu barədə onun fikri soruşulmuşdur. Təqsirləndirilən şəxs Ağamoğlan Kərimova 210 manat pul qarşılığında üç ədəd kibrit qutusu ilə narkotik vasitə satmış və özü də həmin narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Daha sonra müstəntiqin Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirtilən zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilib- edilməməsi soruşulmuş. Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri harada və kimdən aldığını müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı harada və kimdən almasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, 30 aprel 2024-cü il tarixli qərarla X4 üç ədəd kibrit qutusunda və bir ədəd kağız bükümdə ümumi təmiz çəkisi 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuananı 29 aprel 2024-cü il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsi ərazisində tanışı Zaur adlı şəxsdən qanunsuz olaraq 210 manat pulun qarşılığında əldə edib üzərində saxlamaqla daşıması, 29 aprel 2024-cü il tarixdə Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən üstünə keçirilən şəxsi axtarış zamanı onun üstündən üç ədəd kibrit qutusunda və bir ədəd kağız büküm halında ümumi təmiz çəkisi 10,60 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması faktına görə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə başlanmışdır. İş materiallarına əlavə edilmiş «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2024-cii il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə Beyləqan rayon Polis şöbəsində şöbənin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları ilə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ arxa cibindən üç ədəd kibrit qutusu, əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung Galaxy J2” markalı mobil telefon, sağ arxa cibindən bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və üç ədəd 1 manatlıq olmaqla 78 manat pul aşkar edilərək götürülmüşdür. Həmin kibrit qutularının içərisinə baxış keçirilən zaman içərilərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdi. Həmin kibrit qutuları içərilərində olan kütlə ilə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkilərinin 9,51 qram, 9,65qram və 9,97qram olması müəyyən edildikdən sonra götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-eü il tarixli, 3-16- 16/2-18/452 saylı ekspert rəyindən görünür ki, üzərində « Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış və imzalar olan kağız paketdəki 03 ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkisi- 6,56qram, 6,95qram, 6,42qram, ümumi təmiz çəkisi-19,93qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli nrkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar ilə X3 aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptikəlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. İş materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4472 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13529 saylı məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərinə «8320» sözləri yazılmış 1 ədəd C'D-R diskə Beyləqan rayon Polis Şöbəsinin inzibati binasında xidməti otağımda “Compaq 615” markalı kompyuter vasitəsi tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdu ki, 31 may 2024-cü il tarixli 5(020)-48/2024 nömrəli Beyləqan rayon məhkəməsinin qərarının icrası ilə əlaqədar "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13529 saylı məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərinə «8320» sözləri yazılmış 1 ədəd CD-R diski “Compaq 615” markalı kompyuterə qoşularaq və sonra «Kompter» pəncərəsində açıldıqda “CD-R RW Disk qurğusu” proqramı açıldı. Həmin proqrama daxil olduqda 8320 - xx.xx.2024 qovluğu acıldı, həmin qovluğa daxil oldııqduqdan sonra «504107437 - SMS Tarixçəsi», «504107437 - lekstovıy dokuıuent», «abuneçiler 8320» və «antena 8320» fayl qovluqları acıldı. Həmin «504107437 - SMS Tarixçəsi» faylna baxış keçirilən zaman faylda Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə və X4 istifadəsində olan ********** saylı mobil nömrəyə iş ücün əhəmiyyət kəsb edən mətinli sms lər daxil olmamışdır. Bundan başqa diskdə olan «504107437 - tekstovıy dokument» fayl qovluğuna baxış keçirilən zaman müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 19:20-də X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 27 saniyə danışıq qeydə alınmış və xx.xx.2024-cü il tarixdə saat 19:52-də X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng olunmuş və 31 saniyə danışıq qeydə alınmışdır. Bundan başqa «antena 8320» fayl qovluğuna baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə, saat 20:46-da Beyləqan rayonu Örənqala kəndi ərazisində olmuşdur. Bu barədə protokol tərtib edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 1(020)52/2024 saylı hökmündən görünür ki, X10 29 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu, Örənqala qəsəbəsində tanışı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 10,60 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı 210 manat pulun qarşılığında əldə etdikdən sonra həmin narkotik vasitəni qanunsuz olaraq üzərində daşımaqla saxlamış, 29 aprel 2024-cü il tarixdə, saat 23:00 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Beyləqan rayonu, Örənqala qəsəbəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki kibrit qutusunda, həmin gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda ayrı ayrılıqda saxlamaqla daşıdığı 3,47 qram, 3,66 qram və 3,14 qram, əynində olan tünd göy rəngli cins şalvarınsağ yan cibindən bir ədəd kağız bükümdə saxlamaqla daşıdığı təmiz çəkisi 0,33 qram, cəmi 10,60 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblkərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi kifayət qədər sübuta yetdiyindən X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi Mərkəzi rayon Xəstəxanasının 09 iyul 2024-cü il tarixli, 18-1-23/2- 794/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1981 -ci il təvəllüdlü, Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan Musayev X14 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin ruhi əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında deyildir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa məlum olmayan Şaiq adlı şəxs və X4 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etdiyi Şaiq adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılması və həmin cinayət işinin istintaqının davam etdirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə ərizəsi müvafiq tədbir görülməsi üçün Beyləqan rayon prokurorluğuna göndərilmiş, Beyləqan rayon prokurorluğundan Beyləqan rayon Məhkəməsinə daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi sübuta yetmədiyinə görə cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətini törətməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi vardır, ona görə də o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin Əməliyyyat-sorğu kartotekasmda heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması və özünü təqsirli bilib əməlini səmimi etiraf etməsi CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib onun hərəkətini etiraf etməsini, ailə vəziyyətini və yuxarıda sadalanan halları nəzərə alıb ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddinin təyin edilməsi qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş, Beyləqan rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Beyləqan rayon məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 30 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. İş üzrə maddi sübut- Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi 19,87 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərinə video çəkilişlə keçirilmiş «Şəxsi axtarışi və götürmə haqqında» istintaq hərəkətini özündə əks etdiriən bir ədəd DVD disk və “Azercell Telecom'’ MMC’-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13529 saylı məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərinə «8320» sözləri yazılmış 1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci-təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X5, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut- Beyləqan rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan təmiz çəkisi 19,87 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərinə video çəkilişlə keçirilmiş «Şəxsi axtarışi və götürmə haqqında» istintaq hərəkətini özündə əks etdiriən bir ədəd DVD diski və “Azercell Telecom'’ MMC’-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 13529 saylı məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan üzərinə «8320» sözləri yazılmış 1 ədəd CD-R diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci-təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat doxsan beş qəpik) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X5, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat üçün 120 (yüz iyirmi) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar