Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-58/2024 20.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Beyləqan rayonu,Aşıqalılar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, Bakı hərbi məhkəməsinin 04 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 32.4,312.1 -ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə 4000 manat cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.1 -ci maddəsi ilə 5000 manat cərimə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 66.2-ci madddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 5000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli, 3875 saylı “Əhv” sərəncamına əsasən cəzadan azad edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 76-da qeydiyyatda olmaqla Beyləqan rayonunun Aşıqalılar kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ağayev X1 rayonu, Milabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona əvvəlcə üçüncü qrup əlillik dərəcəsi düzəltdirəcəyinə, daha sonra ikinci qrup əlillik dərəcəsi düzəltdirəcəyinə dair yalan vəd verib aldatmaqla 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Möhtəşəm məkan” adlı kafedə 10000 manat pulunu nağd şəkildə, 2022-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Şamaxinka adlanan yerdə Zərərçəkmiş şəxs əmisi oğlu Şahid2 vasitəsilə 3000 manat pulunu nağd şəkildə alaraq, 2022-ci ilin yanvar ayında 1000 manat pulunu nömrəsi istintaqa məlum olmayan onun istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına, 06 mart 2023-cü il tarixdə 100 manat pulu, 02 aprel 2023-cü il tarixdə 600 manat pulu, 15 aprel 2023-cü il tarixdə 50 manat pulu, 24 aprel 2024-cü il tarixdə 2000 manat pulu, 29 iyul 2024-cü il tarixdə 20 manat pulu, 04 avqust 2024-cü il tarixdə 100 manat pulu onun adına olan **********508072 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına Beyləqan rayonu, Milabad qəsəbəsində olarkən mobil telefonda olan birbank tətbiqi vasitəsilə göndərilməklə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 16870 manat xeyli miqdarda pulu vahid niyyətlə törədilən qəsdlə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, özünü verilmiş ittiham üzrə deyil, Ülvidən pul alıb indiyə kimi qaytarmamaqda və işin məhkəməyədək gəlib çıxmasında təqsirli bilir. Belə ki, həmin dövrdə arvadı yanmış, buna görə də onun müalicə etdirmək üçün pul lazım olduğundan Zərərçəkmiş şəxs borc pul almışdır. Onu istintaq zamanı iki gün saxlamış, həmin vaxt səhhəti pisləşmiş, çıxarkən qarşısına sənədlər qoymuş və bildirmişlər ki, azad edilməsi üçün həmin sənədlərə imza etməlidir, odur ki, o da, sənədləri oxumadan imza etmişdir. Birinci məhkəmə iclası zamanı ona məlum olmuşdur ki, güya o, Ülvini işə düzəltmək adı ilə aldadaraq ondan 16870 manat pul almışdır. Halbukİ, o, Ülvidən pulu dediyi kimi, yanıq xəstəsi olduğu üçün borc almışdır. Həmçinin, dönərxana açmaq üçün də pul lazım olduğundan Ülvidən 10000 manat pul almış, Ülviyə işi qurduqdan sonra pulunu artıqlaması ilə qaytaracağına söz vermişdir. O, məhkəmədən çıxdıqdan sonra polis şöbəsinə gedib iradını bildirmiş, polis şöbəsində ona işin məhkəməyə verilməsi üçün belə ifadə verməsinin lazım olduğunu bildirmişlər. Bir daha bildirir ki, o, əvvəllər bir neçə müddət Ülvi ilə münasibət qurub danışdıqdan sonra ondan borc istəmiş, ilk dəfə Ülvidən pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Möhtəşəm məkan" adlı restoranda almışdır. Ülvi ilə hərbi xidmətdə olan zaman tanış olmuşlar. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir. Lakin Ülvidən pul almasını etiraf edir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsdən aldığı borcunu tam şəkildə ödəmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır, aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O N4-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmiş, N9-cu ildən xəstəliyinə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda işsizdir. 2022-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək müharibə veteranı olduğunu deyib ondan əlillik dərəcəsi düzəltdirməsini xahiş etmişdir. O, da Ülviyə köməklik edəcəyini bildirib onunla görüşmək istədiyini demişdir. Onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Möhtəşəm məkan" adlı restoranda görüşmək barədə razılaşmışlar və o, Ülviyə özü ilə xəstəliyinə dair sənədləri gətirməsini bildirmişdir. Ülvi ilə 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhərində razılaşdığı restoranda görüşmüş, Ülvi ilə söhbətləşdikdən sonra ona xəstəliyə görə üçüncü qrup əlillik düzəltdirəcəyini və buna görə ondan 13000 manat pul alacağını bildirmişdir. Ülviyə tanışlarının olduğunu, qısa zamanda işini həll edecəyini bildirmiş, Ülvi də onuna razılaşmışdır. Ülviyə xəstəliyinə dair sənədlərini də növbəti dəfə gətirməsini demişdir. Bundan sonra Ülvi ilə sağollaşmış, Ülvi kafdən çıxıb getmiş, bir neçə gün sonra Ülvi yenidən Bakı şəhərinə qayıtmışdır. Yenidən Ülvi ilə əvvəllər görüşdükləri “Möhhtəşəm məkan” adlı kefedə görüşərkən Ülvidən sənədləri alıb baxdıqdan sonra ona xəstəliyə görə üçüncü qrup əlillik dərəcəsi düzəltdirə biləcəyini demişdir. Ülvi ondan bunu necə edəcəyini soruşmuş, o, Ülviyə bundan narahat olmamasını, qısa zamanda işini həll edəcəyinə dair söz verdiyini, qalan şeylə maraqlanmamasını bildirmişdir. Bundan sonra həmin restoranda Ülvidən 10000 pulu və sənədlərini almışdır. O, Ülviyə 13000 manata razılaşdıqlarını, qalan 3000 manat pulu da lazım olduqda ondan istəyəcəyini bildirmişdir. Ülvidən pulu alan zaman restoranda Ülvinin tanışı Şahid1 Məzahir oğlu olmuş, onlar yemək yeyib sağollaşdıqdan sonra kafedən çıxmış və yaşadığı evdə getmişdir. O, görüş əsnasında Ülviyə xəstəliyinə görə müalicə almasını, həmin sənədlər əsasında ona əlillik dərəcəsi düzəltməyin mümkün olduğunu demişdir. Bundan sonra da Ülvi bir neçə xəstəxanada yatıb sənədlərini ona gətirmiş, o, 2022-ci ilin oktyabr ayının ortalarında Ülviyə zəng edib həmin xəstəxana sənədlərinin təsdiq edilməsi üçün qalan 3000 pulu da verməli olduğunu demişdir. Bundan 1-2 gün sonra Ülvi Şahid2 adlı qohumu vasitəsilə ona 3000 manat pul göndərmiş, pulu İsmayıldan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Şamaxinka deyilən yerdə alnışdır. Bir müddət keçdikdən sonra Ülvi hər gün yığaraq işinin nə yerdə olduğunu soruşmuş, o da Ülviyə xəstəliyinə dair xeyli sənəd topladığını, ona ikinci qrup əlilllik dərəcəsinin də düzəldilməsinin mümkün olduğunu bildirmiş və ondan əlavə 3000 manat da pul istəmişdir. Ülvi də onunla razılaşmışdır. Bundan sonra da Ülvi birbank mobil tətbiqi vasitəsilə ona məxsus “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə aid olan **********508072 nömrəli bank hesab kartına hissə-hissə 1000 manat, 2000 manat, 100 manat, 600 manat, 50 manat, 100 manat olmaqla 3870 manat pul göndərmişdir. O, pulların köçürülmə tarixlərini xatırlamır. Lakin sonradan onun Ülviyə əlillik dərəcəsi düzəltməsi alınmamışdır. Ülvi də artıq pulunu geri tələb etməyə başlamış, lakin onun maddi imkanı olmadığına görə Ülvinin pulunu geri qaytara bilməmişdir. O, Ülvidən ümumilikdə 16870 manat pulunu almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, N6-cı ildən müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. N9-cu ildə isə xəstəliyə görə hərbi xidmətdən təxris olmuşdur. 2022ci ildə rayon sakinlərindən Təqsirləndirilən şəxs xidmətdən xaric olan şəxslərə əlillik dərəcəsi düzəltdiyini eşitmişdir. O da heç yerdə işləmədiyi üçün və xəstəliyə görə xidmətdən xaric olunduğu üçün özünə əlillik düzəltdirmək istəmişdir. Buna görə də İqbalın nömrəsini tapıb onunla danışmış, o, telefonda İqballa danışıb özünü təqdim etdikdən sonra ona özünə əlillik dərəcəsi düzəltdirmək istədiyini bildirmiş və onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Möhtəşəm məkan” adlı restoranda görüşüb söhbətləşmək barədə razılaşmışlar. İqbal ona özü ilə xəstəliyinə dair sənədləri gətirməyini bildirmişdir. O, da 2022-ci ilin avqust ayının ortalarında İqballa Bakı şəhərində razılaşdığı restoranda görüşmüşdür. İqbal ona xəstəliyə görə əlillik düzəldəcəyini və buna görə ondan 13000 manat məbləğində pul alacağını bildirmişdir. O, İqballa razılaşmışdır. İqbal ona bundan başqa şəxsiyyət vəsiqəsinin sürətini, hərbi biletinin və xəstələnməyinə dair sənədlərini də gətirməsini bildirmişdir. O, Bakı şəhərindən yaşadığı rayona qayıtmış və bir neçə gün ərzində İqbalın dediyi sənədləri və 10000 manat pul hazırlamışdır. O, Bakı şəhərinə gedən zaman özü ilə 10000 manat pul və sənədlərini götürmüşdür. Onlar İqballa yenə həmin “Möhhtəşəm məkan” adlı kefedə görüşüb yemək yemiş, görüş əsnasında İqbal sənədlərini alıb baxmış və ona xəstəliyə görə üçüncü qrup əlillik dərəcəsi düzəldə biləcəyini demişdir. O da həmin restoranda 10000 pulu çıxarıb İqbala vermişdir. İqbal pulu alıb əlavə də pul lazım olacağını və lazım olduqda ona bildirəcəyini demişdir. O, 10000 manat pulu İqbala verən zaman restoranda başqa müştəri olmamış və ofisiantların da başı qarışıq olmuşdur. Lakin o, İqballa görüşən zaman tanışı Şahid1 Məzahir oğlu da onun yanında olmuşdur. İqbal pulu aldıqdan sonra onunla sağollaşmış və o, həmin gün yaşadığı rayona qayıtmışdı. Bundan sonra İqbalın sözü ilə o, bir neçə dəfə Bakı şəhərində yerləşən ruhi-əsəb xəstəxanalarına gedib müalicə almışdır. İqbal həmin sənədlərin onun işi üçün lazım olduğunu demişdir. O, həkim kağızlarını aldıqdan sonra 2022-ci ilin oktyabr ayının ortalarında İqbal ona zəng edərək həmin xəstəxana sənədlərinin təsdiq edilməsi üçün qalan 3000 pulu da verməli olduğunu demişdir. Həmin vaxt Bakı şəhərində yaşayan əmim oğlu Şahid2 onun evinə qonaq gəlmişdir. O, İsmayıla məsələni danışıb İqbala pul çatdırmasını xahiş etmişdir. İsmayıl da sabahı gün Bakı şəhərinə gedən zaman ona 3000 manat pul və İqbalın mobil nömrəsini İsmayıla vermişdir. İsmayıl Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Şamaxinka deyilən yerdə İqballa görüşüb ona zəng etmiş və İqbalın onun yanında olmasını bildirmişdir. O da İsmayıla pulu İqbala verməsini demişdir. İsmayıl da ona məxsus 3000 manat pulu onun xəstəxana sənədlərini təsdiq etdirməsi üçün İqbala vermişdir. Bundan bir müddət sonra İqbal ona yenidən zəng edərək ona ikinci qrup əlillik dərəcəsi düzəltməyin mümkün olduğunu bildirmişdir və ondan əlavə 3000 manat da pul istəmişdir. O, İqbaldan həkim sənədlərini təsdiq etmək üçün 3000 manat pulu almasına baxmayaraq sənədlərinə üçün ondan götürmədiyini soruşmuşdur. İqbal sənədləri yekunda ondan götürəcəyini demişdir. Bundan sonra o, İqbala hazırda bütöv 3000 manat pulu olmadığını demişdir. İqbal da həmin pulu hissə-hissə ona göndərməsini bildirmişdir. O, 2023-cü ilin təxminən yanvar ayında İqbalın dediyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan bank hesab kartına 1000 manat pulu “Birbank” tətbiqi vasitəsilə göndərmişdir. O, 1000 manatı göndərdiyi İqbala məxsus kart hesabının nömrəsini unutmuşdur. Bundan sonra 24 aprel 2023-cü il tarixdə “birbank” tətbiqi vasitəsilə 2000 manat pulu da İqbala məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan **********508072 nömrəli bank hesab kartına göndərmişdir. Bundan sonra da İqbal ona zəng edərək sənədlərin hazırlanması üçün xırda-xırda pul istəmişdir. Belə ki, 29 iyul 2023-cü il tarixdə 20 manat, 04 avqust 2023-cü il tarixdə isə 100 manat pulu İqbala məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan **********508072 nömrəli bank hesab kartına göndərmişdir. Beləliklə, İqbal əvvəlcə ona xəstəliyə görə üçüncü qrup əlillik dərəcəsi düzəldəcəyinə dair vəd verib 13000 manat, daha sonra isə xəstəliyə görə ikinci qrup əlillik dərəcəsi düzəldəcəyinə dair vəd verib əlavə də 3780 manat olmaqla ümumilikdə mənə 16780 manat maddi ziyan vurmuşdur. O, İqbala sonuncu dəfə 04 avqust 2024cü il tarixdə İqbalın adına olan **********508072 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus plastik bank kartı hesabına Beyləqan rayonu, Milabad qəsəbəsində olarkən mobil telefonda olan birbank tətbiqi vasitəsilə 100 manat pul göndərmişdir. O, birbank vasitəsilə göndərdiyi bütün pulları Milabad qəsəbəsindən göndərmişdir. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam şəkildə ödəmişdir, ondan şikayət və yələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır, Təqsirləndirilən şəxs da əvvəllər Beyləqan rayonu sakini tanımışdır. İqbal əvvəllər Beyləqan rayonunda yerləşən hərbi hissələrdən birində hərbiçi kimi işləmişdir. O da həmin vaxtlar hərbiçi işləmişdir. Lakin hazırda İqbal hərbi xidmətdən xaric olmuşdur. O da xidmət zamanı xəsarətlər aldığı üçün xidmətdən təxris olunmuşdur, İkinci Qarabağ müharibəsi qazisidir. Onun Ülvi və İqballa arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 2022-ci ilin avqust ayının ortalarında tanışı Zərərçəkmiş şəxs ilə Beyləqan rayonu, Milabad qəsəbəsində görüşüb söhbət etmişdir. Söhbət əsnasında Ülvi ona özünə əlillik dərəcəsi düzəltdirdiyini, bu işdə İqbal adlı şəxsin ona köməklik etdiyini bildirmişdir. O, Ülvidən İqbalın ona necə köməklik etdiyini soruşmuş, Ülvi İqbalın ondan 13000 manat pul istədiyini, qarşılığında 5-6 ay müddətində ona üçüncü qrup əlillik dərəcəsi düzəldəcəyinə söz verdiyini və pulu vermək üçün sabahı gün Bakı şəhərinə gedəcəyini bildirmişdir. O da Üülviyə Bakı şəhərinə getmək istədiyini demişdir. Onlar həmin günün sabahı Ülviyə məxsus avtomobillə Bakı şəhərinə gedib Nəsimi rayonu ərazisində yerləşən “Möhtəşəm Məkan” adlı kafedə görüşüb yemək yemişlər. Yemək yeyərkən Ülvi İqballa ona əlilllik dərəcəsi düzəltməsi barədə söhbət etmişdir. İqbal Ülviyə 6 ay müddətə üçüncü qrup əlillik dərəcəsi düzəltməkdə köməklik edəcəyini bildirmişdir. Ülvi cibindən 10000 manat pulu çıxarıb İqbala vermişdir. Onlar kafedə olsaq da həmin vaxt kafe boş olmuş və ətrafda heç kəs olmamışdır. İqbal pulu Ülvidən alıb saymış və sonra şalvarının cibinə qoymuşdur. Pulların konkret əskinaslardan ibarət olmasını unutmuşdur, lakin əksər hissəsi 100 manatlıq əskinaslar olmuşdur. Onlar yeməyini bitirdikdən sonra kafedən çıxmış və İqballa sağollaşıb ayrılmışlar. Onlar ayrıldıqdan sonra həmin gün Beyləqan rayonuna qayıtmışlar. Bundan sonra İqballa görüşməmişdir. O, təxminən bir ildən artıq müddət keçdikdən sonra Ülvi ilə görüşən zaman ondan İqbalın ona əlillik dərəcəsi düzəldib- düzəltmədiyini soruşmuş, Ülvi də İqbalın onu aldatdığını və 16000 manatdan artıq pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X2 onun əmisi oğludur, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2022-cü ilin oktyabr ayının ortalarında Ülvinin yaşadığı Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən evə qonaq gəlmişdir. O, bir-iki gün Ülvinin evində qalmış, o, Ülvinin evində qalan zaman Ülvi özünə əlillik dərəcəsi düzəltdiyini, Beyləqan rayonu, Aşıqalılar kənd sakini Təqsirləndirilən şəxs ona köməklik etdiyini ona bildirmişdir. Ülvi İqbalın Bakı şəhərində yaşadığını və İqbala 3000 manat pul verməli olduğunu bildirmiş və ondan həmin 3000 manat pulu ondan götürüb Bakı şəhərində görüşüb İqballa vermsini xahiş etmişdir. O, Ülvi ilə razılaşmış və ondan 3000 manat pulu götürmüşdür. Ülvi İqbalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona vermiş, o, Bakı şəhərinə getdikdən sonra həmin nömrəyə zəng edib Ülvinin ona çatacaq 3000 manat pulu onunla göndərdiyini İqbala bildirmiş və görüşüb pulu ona vermək istədiyini İqbala demişdir. Onlar İqballa razıalaşaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində Şamaxinka deyilən yerdə görüşmüşlər. O, İqbalı danışdırmış və İqbal Ülviyə üçüncü qrup əlillik dərəcəsi düzəldəcəyini, çox işləri gördüyünü və artıq işin yekunlaşmaq ərəfəsində olduğunu bildirmişdir. İqballa bundan əlavə aralarında heç bir söhbət olmamışdır. O, 3000 manat pulu cibindən çıxarıb İqbala vermiş və sağollaşıb ondan uzaqlaşmışdır. Həmin vaxtdan sonra o, İqbalı görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, Milabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Beyləqan rayonu, Aşıqalılar kənd sakini Təqsirləndirilən şəxs ona əlillik dərəcəsi düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib 16000 manat pulunu ələ keçirməsini, pulunu geri qaytarmasını tələb etdikdə isə onu öldürməklə hədələməsi barədə 25 yanvar 2024-cü il tarixdə yazdığı ərizə əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölməsində toplanmış materiallar olmuşdur İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərə və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 05 sentyabr 2024-cü il tarixli 2024/111/24269 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD-R tipli kompakt diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adına olan 416973******7316 PAN nömrəli kart hesabından 416973******8072 PAN nömrəli kart hesabına 04 avqust 2023-cü il tarixdə saat 20:14-də 100 (yüz) manat, 24 aprel 2023-cü il tarixdə saat 12:05-də 2000 (iki min) manat pul, Zərərçəkmiş şəxs adına olan 416973******5232 PAN nömrəli kart hesabından 416973******8072 PAN nömrəli kart hesabına 29 iyul 2023-cü il tarixdə 20 (iyirmi) manat pul göndərilmişdir (Qəbul edən jQ******A******). Diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adına olan 416973******7316 PAN nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan 416973******8072 PAN nömrəli kart hesabına 06 mart 2023-cü il tarixdə saat 12:22-də 100 (yüz) manat, 02 aprel 2023-cü il tarixdə saat 01:02- də 600 (altı yüz) manat pul, 15 aprel 2023-cü il tarixdə saat 11:51-də 50 (əlli) manat, 416973******8072 PAN nömrəli kart hesabına 24 aprel 2023-cü il tarixdə saat 12:05-də 2000 (iki min) manat, 04 aprel 2023-cü il tarixdə saat 20:14-də 100 (yüz) manat pul göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Kompleks ambulator məhkəmə-psixiatriya və məhkəmə-psixoloji” ekspertizasının 15 avqust 2024-cü il tarixli, 2384 nömrəli rəyindəngörünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində gğstərilmiş əməli törədərkən onda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə ğz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə eetmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinaayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənaasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinaayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş ümün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə və həmin tarixdən əvvəl ifadə və yaxud izahat verərkən psixoloji vəziyyətində hər hansı gərginlik olub-olmadığını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən pulu borca aldığını göstərsə də, məhkəmə onun həmin ifadəsini inandırıcı hesab etmir və özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir. Ona görə də onun məhkəmədəki həmin ifadəsi cinayət işinin məhkəmə iclasında araşdırılmış halları ilə təkzib edilmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş və şahid ifadələri və işin təsdiq olunmuş halları ilə Təqsirləndirilən şəxs Beyləqan rayonu, Milabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə onun etibarından sui-istifadə edərək ona əvvəlcə üçüncü qrup əlillik dərəcəsi düzəltdirəcəyinə, daha sonra ikinci qrup əlillik dərəcəsi düzəltdirəcəyinə dair yalan vəd verib aldatmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 16870 manat xeyli miqdarda pulu vahid niyyətlə törəilən qəsdlə ələ keçirib dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Bakı hərbi məhkəməsinin 04 iyun 2021 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 32.4,312.1 -ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 178.2.1 -ci maddəsi ilə 4000 manat cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4,312.1 -ci maddəsi ilə 5000 manat cərimə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 66.2-ci madddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 5000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Respublikasının Ümummilli X6 100 illlik yubileyi münaasibətilə əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli, 3875 nömrəli Sərəncamına əsasən cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu 2 nömrəli Mənzil-İstismar sahəsindən verilmiş 15 sentyabr 2024-cü il tarixli xəsiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu 2 nömrəli Mənzil-İstismar sahəsindən verilmiş 17 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 089474 saylı Veteran vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli 12718 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə yuxarıda adı göstərilən xəstəxanaya gündüz stasionarı şöbəsinə yarım stasionar rejimli müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. İş materiallarına əlavə edilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Varis” Şəhid Ailələri və X7 Birliyinin Yasamal rayon Filialının sədridir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 5230 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs N6-cı ilin aprel ayında “Lələtəpə istiqamətində gedən döyüşlərdə, “ Barotravma. Qapalı kəllə beyin travması ” xəsarəti almışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə, müharibə veteranı olmasını, Lələtəpə döyüşlərində xəsarət almasını və hazırda müalicə edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, müharibə veteranı olmasını və xəstəliyini nəzərə almaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğuna görə 19 avqust 2024-cü il tarixdə saat 22:30 radələrində polis tərəfindən saxlanılmış, 20 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə saat 21:45-də MSY-dən azad edilərək eyni tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2024cü il tarixdən 20 avqust 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddətin hər bir günü iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş materiallarına əlavə edilmiş 01 ədəd CD-R tipli kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-58/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-58/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver