Məhkəmə qərarları › İş №1(020)-58/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-58/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-58/2025 20.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi – Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2005-ci ildə Beyləqan rayonu, Bahar qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, Beyləqan rayonu, Bahar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs2 və baldızı Zərərçəkmiş şəxs1 məxsus əmlakı qəsdən tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə 26 oktyabr 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək olan dövr ərzində, istintaqa məlum olmayan gün və vaxtda Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən evdə olan zaman sonuncunun yataq otağında yerləşən paltar dolabının içərisindəki saxlanc yeri hesab edilən qızıl-zinət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş qutuya qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 2100 manat nağd pulu və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 3,36 qram çəkidə, 585 əyarlı 800 manat dəyərində qızıl üzüyü və bir cüt 6,76 qram çəkidə, 585 əyarlı, 1200 manat dəyərində qızıl sırğanı götürüb özü ilə aparmaqla vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 2100 manat pulu və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 2000 manat dəyərində əmlakı qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında iştirak etmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Şahid2 ilə 25 fevral 2024-cü il tarixdə ailə qurmuşdur və Zərərçəkmiş şəxs2 onun qayınatasıdır.lakin, onlar ailə qurduqdan sonra ayrı evə köçüb orada yaşamışlar. Ailə qurduqları zaman həyat yoldaşı ona 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd boyunbağı və 1 ədəd bilərzik olan qızıl komplekti, ərinin ailə üzvləri isə 2 qızıl üzük və 1 qızıl bilərzik də almışlar. Lakin, o, qızıl-zinət əşyaları gəzdirməyi sevmədiyinə görə demək olar ki, heç istifadə etməmişdir. Qızıldan mütəmadi olaraq istifadə etmədiyinə görə öz qızıllarını yığdığı qutuya baxarkən orada bir cüt sırğa və bir ədəd üzük komplektinində olduğunu görmüş və onların da toyda alınan qızıllardan olduğunu hesab etmiş, baldızına aid olduğunu bilməmişdir. Həyat yoldaşının bank kreditləri olduğuna görə və özü də qızıllardan istifadə etmədiyinə görə həmin qızılları satmaq qərarına gəlmişdir. Lakin, özü bu işi tək edə bilməyəcəyini bildiyinə görə əvvəldən tanıdığı və ailə qurduqdan sonra yenidən instaqram sosial şəbəkəsində münasibət querduğu Səhram adlı tanışına kömək etməsini demişdir. Sonuncu qızılları nə üçün satmaq istədiyini soruşmuş, o da ehtiyacı olduğunu bildirsə də nəyə görə ehtiyacı olduğunu deməmişdir. O, Səhrama səhəri gün qızılları yaşadığı evin qarşısına atacağını, oradan götürüb satdıqdan sonra pulunu ona məxsus "xxxx" ASC-yə aid 4169-7388-4100-3738 nömrəli kart hesabına göndərməsini bildirmişdir. Səhram onunla razılaşdığı üçün o, qızılları 2024-cü ilin oktyabr ayının axırlarında, lakin dəqiq xatırlamadığı bir gündə öz qızıl komplektini sellofan torbaya qoyub yaşadığı evin hasarından küçəyə atmış və həmin vaxt Səhrama qızılları götürməsini bildirmişdir. Səhram qızılları götürdükdən sonra onları Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Asif adlı şəxsə məxsus qızıl mağazasında 570 manata satdığını bildirmiş, 31 oktyabr 2024-cü il tarixdə qızılları satıb ona zəng etmiş, qızılları 570 manata satdığını, həmin pulu onun kart hesabına göndərdiyini bildirmişdir. Bir neçə gün sonra o, digər qızılları da satmaq qərarına gəlmiş və həmin qızılları da Səhrama eyni formada satması üçün vermişdir. Səhram həmin qızılları 1000 manata satdığını deyib, pulu onun kart hesabına göndərmişdir. Bir müddət sonra Səhram onun yaşadığı evin qarşısına gəldikdə qayınatası Famil və qaynı Emin Səhramı tutmuşlar. Səhramla əlaqəsi aşkar olunmuşdur. O, Zərərçəkmiş şəxs2 məxsus 2100 manat pulu oğurlamamışdır. O, Zərərçəkmiş şəxs1 məxsus qızılların onun qızıllarının içərisinə hansı formada, kim tərəfindən qoyulmasını bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu Elşənin həyat yoldaşıdır. 26 oktyabr 2024-cü il tarixdə oğlu Eminin qız toyu şənliyindən sonra qızı Fəridə özünəməxsus qızıl komplektini onun evində arvadının qızıllarının yanına qoymuşdur. 03 noyabr 2024-cü il tarixdə oğlu Eminin oğlan toyu şənliyi günü Fəridə ailəsi ilə birlikdə yaşadıqları evə gəlmişlər və sonuncu qızıllarını götürmək istəyən zaman qızılların yerində olmadığını aşkar etmişdir. Bu zaman o, gedib qutuya baxmış və ona məxsus 2100 manat pulun da orada olmadığını aşkarlamışdır. Lakin, həmin vaxt evdə öz qohumları olduğuna görə, yaxşı alınmaz deyə, yəni onları şübhə altında saxlamamaq məqsədilə bu barədə heç kimə heç bir söz deməmiş və şikayət etməmişlər. Bundan təxminən bir ay əvvəl, Elşən və Fidanın yaşadığı evə qonaq getmişdir. O, həyətdə yerləşən ayaqyoluna gedən zaman yataq otağının pəncərəsinin qarşısında çöl tərəfdə ayaq izi olduğunu görüb, kiçik oğlu Şahid1 məlumat vermiş, o da gəlib baxmışdır. Bundan sonra onlar Fidanın hərəkətlərinə fikir verməyə başlamışlar. Elşən Beyləqan rayonu, Hava Bürosunda işlədiyinə görə bəzi günlər növbədə olduğu üçün Fidan evdə tək qalırdı. O və Emin Elşən növbədə olduğu günlərdə onların həyətinin kənarında birlikdə dayanıb, həyətə kiminsə daxil olubolmadığını güdməyə başlamışlar. 07 mart 2025-ci il tarixdə oğlu Elşən yenə növbədə olmuşdur. Onlar həmin gün, saat 21 radələrində yenə birlikdə Elşənin həyətinin yaxınlığında dayanıb, həyəti güdürmüşlər. Bu zaman bir nəfər şəxs qırmızı rəngli “Vaz 21011” markalı, dövlət-qeydiyyat nişanını bilmədiklər avtomobillə gəlib, həyətin ətrafında dövr etməyə başlamış, sonra isə darvazanın qarşısında dayanmışdır. Ardınca həmin şəxs avtomobildən bir nəfər şəxs düşmüşdür. Oğlu Emin avtomobillə gəlib həmin şəxsin yanında dayanmışdır. Bu zaman həmin şəxs Emini görən kimi maşına əyləşib sürərək oradan qaçmışdır. O, dayandığı yerdən çıxıb Elşəngilin evinə getmişdir. Oğlu Emin isə avtomobillə həmin şəxsin arxasınca getmişdir. Bir neçə dəqiqə sonra Emin ona zəng edib qaçan şəxsi tapdığını, hazırda həmin şəxslə Elşəngilin evinə gəldiklərini demişdir. Emin qaçan şəxslə oraya gələnə qədər o, Fidanla bu mövzuda heç nə danışmamışdır. Eminlə adını sonradan bildiyi Səhram adlı şəxs evə gəlmişlər. O, Səhramdan və Fidandan aralarında olan əlaqə barədə soruşmuşdur. Səhram Fidanla münasibət saxladığını, Fidanın ona əzilmiş qızıl-zinət əşyaları verdiyini, sonra həmin qızılları satıb pulunu Fidanın kart hesabına göndərdiyini demişdir. Məhz bundan sonra bilmişlər ki, evlərindən yoxa çıxmış qızına məxsus qızılları Fidan götürüb Səhramın vaxitəsilə satmışdır. Bu səbəbdən də qızıllar olan yerə qoyduğu 2100 manat pulun da Fidan tərəfindən götürüldüyünü düşünmüşdür. Bütün bunlara əmin olduqdan sonra isə Beyləqan rayon Polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Elşənin həyat yoldaşıdır. 26 oktyabr 2024-cü il tarixdə balaca qardaşı Eminin qız toy şənliyi olmuşdur. O, ailə üzvləri ilə həmin toy şənliyində iştirak etdikdən sonra özünə məxsus qızıl komplektini atası Familgilin evində qoymuşdur. O, oğlan toyunda da həmin qızılları taxacağı üçün yaşadığı evə aparmaq istəməmişdir. 03 noyabr 2024-cü il tarixdə isə Eminin oğlan toyu şənliyi olmuşdur. O, ailə üzvləri ilə birlikdi həmin toy şənliyində iştirak etmək üçün getmişdir. O, həmin gün Beyləqan şəhəri ərazisində yerləşən gözəllik salonunda bəzəndikdən sonra atası evinə getmiş və qızıl komplektini qoyduğu yerə, yəni valideynlərinin yataq otağında, paltar dolabının içərisində qızıl qoymaq üçün qaba baxdığı zaman komplektin tərkibində olan bir ədəd qızıl üzüyün və bir cüt qızıl sırğanın orada olmadığını görmüşdür. O, bu barədə valideynlərinə desə də həmin vaxt yaxın qohumları orada olduğuna görə kənar heç kimsəyə deməmiş və şikayət etməmişdir. 07 mart 2025-ci il tarixdə axşam saatlarında atasıgil ona zəng edib qızıllarını qardaşı Elşənin arvadı Fidanın oğurladığını bildirmişdir. Ona məxsus komplektin tərkibində bir ədəd boyunbağı, bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa olmuşdur. Həmin komplektin tərkibində olan bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa oğurlanmışdır. Həmin qızılların əyarı 585 əyar olmuş, üzüyün çəkisi təxminən 3,5 qram, sırğaların ümumi çəkisi isə təxminən 7 qrama yaxın olmuşdur. Qızıl və üzüklərin ümumi çəkisi təxminən 10 qram olmuşdur. Bir ədəd qızıl üzüyün və bir cüt qızıl sırğanın birlikdə qiyməti 2000 manat olmuşdur. Belə ki, həmin qızıl üzük və bir cüt qızıl sırğa ona 2017-ci ildə evlənən zaman alınmış qızıl komplektinin bir hissə olmuşdur. O, Eminin toyunda həmin komplektdə olan bilərzikdən başqa digər qızılları taxmışdır. Toydan sonra da qızılları çıxarıb anasının qızıllarının yanına qoymuşdur. Qızıl üzüyün qiyməti 800 manat, bir cüt qızıl sırğanın qiyməti 1200 manat, bir ədəd qızıl bilərziyin qiyməti 500 manat, bir ədəd qızıl boyunbağının qiyməti isə 1500 manat olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi 26 oktyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixədək olan müddət ərzində baş vermişdir. O, qızıllarını qutuya qoyan zaman qutuda xeyli pul əskinazları da olmuşdur. Pul əskinazlarının əksəriyyəti 100 manatlıq olmuşdur. Lakin, o, pulun valideynlərinə məxsus olduğunu bildiyi üçün götürüb saymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Allahverdi oğlu ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 rayon sakini kimi tanıyır. O, Fidanı ailə qurmamışdan əvvəl tanımış və elçi göndərsə də sonuncu razı olmamışdır. Fidan evləndikdən sonra isə o, Fidana “instagram” sosial şəbəkəsində mesaj yazmış və onlar bu yolla danışıb əlaqə saxlamışlar. Daha sonra onlar bir-birlərinə telefon nömrələrini vermişlər. O, bir neçə dəfə Fidanı görmək üçün onun yaşadığı evə getmişdir. Fidanın əri Elşən Beyləqan şəhəri, Hava Bürosunda işlədiyinə görə növbədə olduğu zamanlarda Fidanın dəvəti ilə yaşadığı evə gedib çay içib söhbət etdikdən sonra çıxıb getmişdir. Fidanla arasında başqa hər hansı intim və ya başqa münasibət olmamışdır. 28 oktyabr 2024-cü il tarixdə Fidan ona bir cüt qızıl sırğanın şəklini göndərərək həmin sırğaların özünə məxsus olduğunu, lakin bəyənmədiyi üçün və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirərək həmin qızılları satmaqda ona köməklik etməsini xahiş etmişdir. O, Fidanla razılaşmış, qızılları nə üçün satmaq istədiyini soruşmuş, o da ehtiyacı olduğunu bildirmiş, lakin nəyə görə ehtiyacı olduğunu deməmişdir. Fidan ona qızılları satıb pulunu ona verməsini bildirmişdir. Daha sonra 30 oktyabr 2024-cü il tarixdə Fidan ona sırğalarla birlikdə bir ədəd üzük şəklidə göndərərək həmin üzüyü də sırğalarla birlikdə satmaq istədiyini demişdir. Fidan ona qızılları yaşadığı evin qarşısına atacağını, oradan götürüb, satdıqdan sonra pulunu ona məxsus olan Kapital Bank ASC-yə aid kart hesabına göndərməsini söyləmişdir. Daha sonra səhəri gün o, avtomobillə Fidanın yaşadığı evin qarşısına gedib qızılları götürmüş və həmin qızılları Beyləqan rayonu, Daşburun adlanan ərazidə qızıl mağazası olan Asif adlı tanışının mağazasına aparıb, sonuncunun müəyyən etdiyi ümumilikdə 800 manat pula ona satmışdır. Əvvəl həmin pulun 570 manatını sonra isə qalan 230 manatını da ona vermişdir. Bundan bir neçə gün sonra Fidan telefonla danışan zaman yenə pula ehtiyacının olduğunu deyərək, özünə məxsus qızıllarından bir neçə ədədini də satmaq istədiyini bildirmiş, o da razılaşmışdır. Fidan qızılları qapının qarşısına atacağını demişdir. O, Fidanın yaşadığı evin qarşısına gedib sellofanda olan qızılları götürüb, Bakı şəhərinə aparmış və həmin qızılları Bakı şəhəri, Nəsimi rayonunda 28 may metrostansiyasının yaxınlığında yerləşən adını bilmədiyi başqa qızıl mağazasında 1000 manata satmışdır. Daha sonra isə pulu Fidanın kart hesabına göndərmişdir. O, 07 mart 2025-ci il tarixdə Fidanla telefonda danışan zaman Fidan ona bir neçə ədəd kosmetik ləvazimat almasını və ona verməsini xahiş etmişdir. O da Fidanın dediyi kosmetik ləvazimatları alıb həmin gün saat 21 radələrində yaşadığı evin qarşısına getmiş və Fidana qapının qarşısına çıxması barədə mesaj yazmışdır. O, avtomobildən yerə düşdükdə sonradan adını bildiyi Emin adlı şəxs öz avtomobili ilə gəlib onun yanında dayanmışdır. O, Eminin Fidanın yaxın qohumlarından olacağını hesab edib dərhal avtomobilinə əyləşərək oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman Emin də avtomobili ilə onun arxasınca gəlmişdir. Emin Beyləqan şəhəri ərazisində küçələrdən birində avtomobili onun idarə etdiyi avtomobilin yanına verərək dayanmasını bildirmişdir. O, qaçmağın mənasız olduğunu görüb avtomobili yolun kənarna verib saxlamış və maşından düşmüşdür. Bundan sonra Emin də avtomobli yolun kənarında saxlayıb və maşından düşmüşdür. Emin ona yaxınlaşaraq Fidanla münasibətinin olub-olmadığını soruşmuş, o isə əlaqəsinin olduğunu demişdir. Bundan sora Emin ona birlikdə Fidangilə getmələrini dediyinə görə, birlikdə getmişlər. Orada Fidanın sonradan adını bildiyi Famil adlı qayınatasına da hər şeyi danışmışdır. O, Fidanın evində olan zaman həmin yerə sonradan adını bildiyi Vəfalı adlı şəxsdə gəlmişdir. O, Vəfalıyada Fidanla münasibətinin olduğunu, Fidanın ona satması üçün 1-ci dəfə bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, 2-ci dəfə isə qızıl komplekti verdiyini demişdir. Fidanın qızıl-zinət əşyalarının hamısının özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satmaq istədiyini söylədiyini bildirmişdir. O, nə pul, nə də qızıl-zinət əşyası oğurlamamışdır. Fidanın da oğurlayıb-oğurlamamasından məlumatı olmamışdır. Fidan ona pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, Şahid4 Allahverdi oğlu isə işlətdiyi mağazanın yaxınlığında plastik qapı-pəncərə sexiində işlədiyinə görə onu bu formada tanımışdır. Həmin şəxslərlə arasında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Onun Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən qızıl mağazası vardır. 31 oktyabr 2024-cü ildə Şahid4 onun işlədiyi mağazaya gələrək ona ailəsinə məxsus qızıl-zinət əşyaları olduğunu, həmin qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O həmin qızıl-zinət əşyalarını alıb baxmış və Səhrama qızılları 800 manata ala biləciyini, lakin Bakı şəhərinə gedib daha da baha qiymətə sata biləcəyini demişdir. Səhram isə təcili pula ehtiyacının olduğunu deyib, ona satmaq istədiyini söyləmişdir. O, bir-iki saat sonra 800 manat pul tapıb Səhrama verərək, qızılları almışdır. O, qızılları alan zaman Səhramın şəxsiyyət vəsiqəsinin sürətini almış və qızıl alışına dair tərtib etdiyi kitabda bu barədə qeydiyyat aparmışdır. Şahid4 Allahverdi oğlunun ona satdığı qızılların oğurluq yolu ilə əldə edilməsindən heç bir məlumatım olmamışdır. O, Səhramdan ümumi çəkisi təxminən 10 qram olan, 585 əyarlı bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa almış və həmin vaxt qızılın qiyməti 80 manat olduğuna görə 800 manat pul vermişdir. Səhram 10-15 gün sonra təkrar zəng edərək yenə də qızıl satmaq istədiyini bildirsə də o, Ucar rayonunda olduğu üçün ala bilməyəcəyini demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid6 və Şahid3 ifadələrində Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi süsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. “Baxış keçirilməsi haqqında” 21 mart 2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, “Samsung Galaxy A24” markalı mobil telefonda olan instagram sosial şəbəkəsinin mesajlar bölməsində Təqsirləndirilən şəxs Şahid4 bir cüt sırğa şəkili göndərərək, həmin sırğaların özünə məxsus olduğunu, lakin bəyənmədiyinə görə satmaq istədiyini və hansı qiymətə satıla biləcəyini soruşması, sonuncunun isə təxminən 350 manata satıla biləcəyini deməsi, ardınca Təqsirləndirilən şəxs yenidən bir ədəd üzük şəkli göndərərək, əvvəl göndərdiyi sırğaların üzüyü olduğunu, eyni zamanda onu da satmaq istətədiyini və götürməsi üçün yaşadığı evin hasarının kənarına atacağını bildirməsi, Şahid4 isə səhəri gün həmin qızılları Şahid5 göstərdiyini və üzüyü 250 manata, sırğaları isə 350 manata alacağını qeyd etməsi, Təqsirləndirilən şəxs isə əvvəl qiymətin ucuz olduğunu desə də, sonradan təcili pula ehtiyacının olduğunu deyərək, öz bank kartının şəklini Şahid4 göndərməsi, ardınca sonuncu 570 manat pulu Təqsirləndirilən şəxs göndərək, qəbzini atması öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş 06 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, “Samsung Galaxy A24” markalımobil telefon baxış keçirildikdən sonra Şahid4 Allahverdi oğluna qaytarılmışdır. “Baxış keçirilməsi haqqında” 25 mart 2025-ci il tarixli protokola əsasən "xxxx" ASC-ə aid 4169-7388-3783-7925 nömrəli kart hesabının Təqsirləndirilən şəxs adına olması, həmin kart hesabına 31 oktyabr 2024-cü il tarixdə 570 manat pul vəsaitinin mədaxil olması məlum olmuşdur. “Baxış aparılması və götürmə haqqında” 22 mart 2025-ci il tarixli protokola əsasən Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qızıl alışı və satışı mağazası işlədən Şahid5 təqdim etdiyi və Şahid4 Allahverdi oğlunun ona satdığını bildirdiyi 585 əyarlı, 3,36 qram çəkidə bir ədəd qızıl üzük və 585 əyarlı, 6,76 qram çəkidə bir cüt qızıl sırğa Beyləqan rayon Polis şöbəsində götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 24 iyul 2025-ci il tarixli protokola əsasən Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurluq olması ilə bağlı Azərbaycan Respublikasının baş Prokurorluğuna ünvanlandığı ərizəyəəlavə etdiyi 01 ədəd “flaş kart”a baxış keçirilmiş, baxış zamanı “flaş karfın içərisində olan video və fotoşəkil görüntülərinin Şahid4 Allahverdi oğlu ilə Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə danışıqlarının görüntülərinin olması məlum olmuş, həmçinin həmin görüntülərin 23 aprel 2025-ci il tarixdə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş “flaş kaıf’da olan görüntülərlə eyni olması məlum olmuşdur. Əşyanın maddi sübut kimi tanınması haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 Allahverdi oğlu arasında aparılan yazışmaların əks olunduğu 01 ədəd “flaş kart” iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə-tibb ekspertinin 15 aprel 2025-ci il tarixli, 206/25 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hət hansı bir xəsarət aşkar olunmamışdır. "xxxx" MMC-nin 19 iyun 2025-ci il tarixli, ƏEM/İ 36-298/25 nömrəli mütəxəssis rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanın 29 oktyabr 2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1012,0 manat təşkil edir.

1. 585 əyarlı, 3,36 qram çəkidə bir ədəd qızıl üzük - 336,0 manat

2. 585 əyarlı, 6,76 qram çəkidə bir cüt qızıl sırğa - 676,0 manat “Əşyanın tanınmasının aparılması haqqında” 23 iyul 2025-ci il tarixli protokola əsasən Şahid5 tərəfindən təqdim edilmiş bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa komplekti tanınması üçün şahid Təqsirləndirilən şəxs eyni növdən olan nömrələnmiş vəziyyətdə ayrıayrılıqda bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət 4 ədəd qızıl komplekti arasında təqdim edilmiş, Təqsirləndirilən şəxs 2 rəqəmi ilə nömrələnmiş bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa komplektinin keçmiş baldızı Zərərçəkmiş şəxs1 məxsus olduğunu, lakin yaşadığı evdə öz qızıllarının arasına baxarkən həmin qızıllarında onun qızıllarının arasında olduğunu gördüyünü, qızılların özünə məxsus olduğunu hesab etdiyini və satması üçün Şahid4 Allahverdi oğluna verdiyini bildirmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 23 iyul 2025-ci il tarixli protokola əsasən Şahid5 tərəfindən təqdim edilmiş bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa komplekti tanınması üçün Zərərçəkmiş şəxs1 eyni növdən olan nömrələnmiş vəziyyətdə ayrıayrılıqda bir ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət 4 ədəd qızıl komplekti arasında təqdim edilmiş, Zərərçəkmiş şəxs1 2 rəqəmi ilə nömrələnmiş bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa komplektinin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs tərəfindən oğurlnadığını bildirmişdir. Əşyanın maddi sübut kimi tanınması haqqında 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, 585 əyarlı, 3,36 qram çəkidə bir ədəd qızıl üzük və 585 əyarlı, 6,76 qram çəkidə bir cüt qızıl sırğa iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. “Baxış keçirilməsi haqqında” 24 iyul 2025-ci il tarixli protokola əsasən hadisə yeri Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış zamanı Zərərçəkmiş şəxs2 yaşadığı evin yataq otağındakı paltar dolabında yerləşən qızılzinət əşyalarının saxlanılması üçün istifadə edilən qutunu təqdim edib göstərərək Təqsirləndirilən şəxs ona məxsus 2100 manat nağd pulu və qızı Zərərçəkmiş şəxs1 məxsus bir cüt qızıl sırğanı və bir ədəd qızıl üzüyü həmin qutudan oğurlandığını bidirmişdir. Əşyanın maddi sübut kimi tanınması haqqında 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “flaş kart” iş üzrə maddi sübut kimi tanınmışdır.

Təqsirləndirilən şəxs səciyyələndirən hallar: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2005-ci ildə anadan olmuşdur. Beyləqan rayon İcra Hakimiyyəti başçısının Bahar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 14 iyul 2025-ci il tarixli, 112 nömrəli arayışa əsasən Mövsümlü X5 rayonu, Bahar qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və himayəsində bir azyaşlı uşağı vardır. Beyləqan rayon İcra Hakimiyyəti başçısının Bahar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnaməyəəsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 evindən oğurluq etmədiyini, baldızı Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarını və qayınatası Zərərçəkmiş şəxs2 məxsus 2100 manat pulu oğurlamadığını, yaşadığı evdə öz qızıllarını saxlamaq üçün qutuya baxan zaman qutuda həmin qızılların olduğunu gördüyünü, həmin vaxt qızılların baldızı Zərərçəkmiş şəxs1 məxsus olmasını deyil, əri Şahid2 ilə evlənən zaman Şahid2 ailə üzvlərinin onun üçün aldıqları qızıllarından olduqlarını hesab etdiyini buna görə də özünə məxsus qızılları satmaq qərarına gəldikdə həmin qızıllarıda satması üçün Şahid4 Allahverdi oğluna verdiyini bildirmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində istintaq zamanı tanınmış Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən sonuncunun qızı Zərərçəkmiş şəxs1 aid qızıl-zinət əşyalarını oğurlaması halı məhkəmə istintaqı zamanı öz təsdiqini tapsa da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 2100 manat pulu oğurlaması barədə heç bir sübut əldə olunmamış, iş materiallarında olan sübutlar isə həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini əks etdirməmiş, həmin əməllərin onun tərəfindən törədilməsi sübut olunmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində ona məxsus evdən 2100 manat məbləğində pulun hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını, məhz sonuncu tərəfindən qızıl-zinət əşyalarının oğurlanması və pulun da həmin yerdə olması əsası ilə bildirmiş, təqsirləndirilən şəxs isə ümumiyyətlə pul götürmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan, onun zərərçəkmiş şəxs qismində istintaq zamanı tanınmış Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 2100 manat pulu oğurlamasına dair hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Eyni zamanda həmin pulun təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsi əsasında irəli sürülmüşdür. Təkcə zərərçəkmiş şəxsin ifadəsi şəxsə qarşı ittiham elan edilməsi üçün əsas sayıla bilməz. Belə ki, zərər çəkmiş şəxs işdə maraqlı olan şəxsdir və onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun zərər çəkmiş şəxs X3 məxsus fərdi yaşayış evindən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 2100 manat pulu oğurlamasına dair epizod ümumi ittihamdan xaric olunmalı və o, 26 oktyabr 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək olan dövr ərzində, istintaqa məlum olmayan gün və vaxtda qayınatası Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən evin yataq otağında yerləşən paltar dolabında olan qızıl-zinət əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş qutudan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 3,36 qram çəkidə, 585 əyarlı 800 manat dəyərində qızıl üzüyü və bir cüt 6,76 qram çəkidə, 585 əyarlı, 1200 manat dəyərində qızıl sırğanı oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 cəmi 2000 manat məbləğdə maddi ziyan vurması, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etməsi hissəsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göstərilən maddənin tələbini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun 2100 manat pulu oğurlamasına dair epizodun ittihamdan xaric olunması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Beynəlxalq qanunvericilik aktları: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi halları təqsirləndirilən şəxs X1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

Plenum Qərarları: “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması(oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd). Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Həmin qərarın 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarım olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58, 59 və 61-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarını oğurlaması məhkəmə tədqiqatı zamanı araşdırılan sübutlarla üst-üstə düşür. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini isə özünümüdafiə və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut olan 02 ədəd “flaş kart” cinayət işi materialları arasında saxlanılmalı, bir ədəd 3,36 qram çəkidə, 585 əyarlı qızıl üzük və bir cüt 6,76 qram çəkidə, 585 əyarlı qızıl sırğa Zərərçəkmiş şəxs1 qaytarılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Azərbaycan Respublikasının CM-in dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-in 99- 1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat (20 saat x 11 manat=220 manat), ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 2100 manat məbləğində pulu oğurlamasına dair epizod ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək, həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icra olunduğu müddət ərzində yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “flaş kart” cinayət işinin materiallarında saxlanılsin, bir ədəd 3,36 qram çəkidə, 585 əyarlı qızıl üzük və bir cüt 6,76 qram çəkidə, 585 əyarlı qızıl sırğa Zərərçəkmiş şəxs1 qaytarılsın. Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Beyləqan rayon Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxs X4 isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar