Məhkəmə qərarları › İş №1(020)-6/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-6/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-6/2024 27.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1964-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ali təhsilli, azərbaycanlı, Beyləqan rayonu, Əlinəzərli kəndində yaşayan, 22 may 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyətilə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Beyləqan rayon şöbəsində işə düzəltməkdə köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 21 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx"ndə nağd şəkildə 500 manat, 2018-ci ilin iyun ayında qızı X6 adına poçt vasitəsilə göndərtməklə 500 manat, 2018-ci ilin noyabr ayında şəxsiyyəti istintaqa məlum olmayan avtobus sürücüsü vasitəsilə nağd şəkildə 300 manat, 2019-cu ilin taksi sürücüsü Şahid4 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 20 yanvar metrostansiyası yaxınlığında nağd şəkildə 250 manat, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs oğlu Şahid2 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” deyilən yerdə nağd şəkildə 150 manat, 2019-cu ilin mart ayında taksi sürücüsü X5 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında nağd şəkildə 600 manat, 24 aprel 2020-ci ildə Zərərçəkmiş şəxs qızı Şahid3 yaşadığı Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs nağd şəkildə 4500 manat, 2021 -ci ilin fevral ayında şəxsiyyəti istintaqa məlum olmayan avtobus sürücüsü vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında nağd şəkildə 100 manat, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs Beyləqan şəhəri, Magistral küçəsində nağd şəkildə 100 manat olmaqla, cəmi 7000 manat xeyli miqdarda pulunu vahid niyyətlə törədilən qəsdlə alaraq ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. X16 isə Tahirin oğludur, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2018-ci ildə “Hünər” adlı tikinti şirkətində usta kimi işləmişdir. Şirkətdə işləyən zaman onları "xxxx"nə ziyarətə aparmışlar. O, ziyarət zamanı Şirkətin təsisçisi X8 ilə tanış olmuş, Əlövsət onun usta olduğunu bilib onu bir neçə dəfə muzeydə işləmək üçün dəvət etmişdir. O, bir neçə dəfə işlə bağlı muzeyə getmiş və bundan sonra Əlövsətlə yaxşı münasibətləri yaranmışdır. Bir dəfə Əlövsətin xidməti otağında masa arxasında oturub söhbət edən zaman o, Əlövsətə işləməyən bir oğlu olduğunu bildirib oğlunu işə düzəltməkdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Onun böyük oğlu Samir hərbi xidmətdə müddətdən artıq xidmət etmiş, lakin uyğunsuzluqla ordudan təxris olunmuşdur. O, Əlövsətə bu barədə bildirdikdə Əlövsət Samirin işə düzəlməsinin mümkünsüz olduğunu bildirmişdir. O da Samirə bu barədə demişdir. Bir müddət sonra Samir qaynı Nəsirgilin evində qonaq olarkən Nəsirə bu iş barəsində danışmışdır. Bu zaman Nəsirin həyat yoldaşı Şəhri qardaşı Soltanın işsiz olduğunu və işə ehtiyacı olduğunu Samirə bildirmişdir. Bundan sonra Şəhrinin atası Tahir onun telefonuna zəng edərək oğlu Soltanı işə düzəltmək üçün ondan kömək istəmişdir. O, Tahirə kömək edəcəyini bildirmiş və ona Bakı şəhərində görüşməyi təklif etmişdir. 21 fevral 2018-ci il tarixdə Tahir danışdıqları kimi Bakı şəhərinə gəlib onunla görüşmüşdür. Onlar birlikdə Əlövsətin yanına gedib X4 otağında görüşmüşlər. X1 Fövqəladə Hallar Nazirliyində işə düzəltməkdə kömək etməsini istəmişdir. X3 normativləri verə bilib-bilməyəcəyini soruşmuşdur. Tahir oğlu Soltanın normativləri verə bilməsi üçün fiziki hazırlığının yerində olmadığını, lakin idmanla məşğul olaraq zamanla lazımi normativləri verəcəyini bildirmişdir. Əlövsət isə Soltanın normativlərə hazır olmadığını bildirərək hazırda nəsə etməyin mümkün olmadığını bildirmişdir. Bundan sonra o, Tahirlə birlikdə otaqdan çölə çıxmışdır. O, otaqdan çölə çıxdıqdan sonra Tahirə oğlu Soltanı işə düzəltməkdə özünün köməklik edəcəyini bildirmişdir. Tahir ondan bunu necə edəcəyini soruşmuş, o da Tahirə oğlu Soltanı işə düzəltmək istəyirsə bunu edəcəyini və gerisi ilə maraqlanmamasını bildirmişdir. O, Tahirlə ona 5000 manat pul verməsi qarşılığında Soltanı işə düzəltmək barədə razılaşmışdır. O, alacağı pulu kiməsə vermək niyyətində olmamış, Soltanın müraciət edib işə qəbul olacağını və işə qəbul olduqdan sonra onun köməkliyi nəticəsində işə qəbul olunduğunu deməyi düşünmüşdür. Tahir həmin vaxt cibindən 500 manat pul çıxarıb ona vermişdir. O, pulu götürüb cibinə qoymuş və sonra Tahirlə muzeydən çıxmışdır. X24 rayonuna qayıtmışdır. O da bir müddət sonra Beyləqan rayonuna gəlmişdir. O, Beyləqan rayonunda olan zaman Tahirdən Soltanın işinin düzəlməsi üçün 4500 manat pul istəmişdir. O, Beyləqan rayonunda olan zaman qudası Akif Nəsirovun evinə qonaq getmiş, Tahir də ailə üzvləri ilə birlikdə Akifin evinə qonaq gəlmişdir. Tahir orada onu çölə çağırmış və ona istədiyi 4500 manat pulu ona vermişdir. O, Soltanın sənədləri ilə Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, bundan sonra Soltanı normativlərə çağırmışlar. O, Soltandan Bakı şəhərində 150 manat almış, lakin Soltan normativləri verə bilməmişdir. Bundan sonra Soltanı ikinci dəfə normativə çağırmışlar. Soltan bu dəfə də normativi verə bilməmişdir. Bir dəfə də 100 manat onun özünə vermişdir. Taksi sürücüsü gətirib ona pul verməmişdir. Bundan sonra sənəd işləri ilə əlaqədar Tahirdən 500 manat istəmiş, Tahir poçt vasitəsilə qızı Nərgiz Əliyevanın adına 250 manat pul göndərmişdir. O, Nərgizlə birlikdə poçta getmiş, qızı Nərgiz də həmin pulu poçtdan alıb ona vermişdir. Şahid4 Adil oğlu ona 250 manat pul verməmişdir. Beləliklə, o, Tahirdən 5650 manat pul almışdır. O, ilk başda pulu alan zaman Tahirin ona Soltanın normativləri verə biləcəyini dediyini, o da buna arxayın olub Tahirdən pul alıb Soltanı işə düzəldəcəyinə dair vəd vermiş və X17 Nazirliyinə işə düzəldiyi halda onun köməkliyi sayəsində işin alındığını deyəcəyini fikirləşmişdir. Lakin Soltan normativləri verə bilməmişdir. Tahirin guya ona 7000 manat pul verməsi barədə dedikləri yalandır. Yuxarıda da qeyd etdiyi kimi Zərərçəkmiş şəxs ona cəmi 5650 manat pul vermişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyandan 3300 manatını ödəmişdir. Qalan ziyanı ödəməyə çalışır. İmkanı olan kimi qalan ziyanı da ödəyəcəkdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Qızı Şahid3 baldızı Elvira Təqsirləndirilən şəxs oğlu Şahid1 ilə ailə həyatı qurmuşdur. 2018-ci ilin fevral ayında qızı Şəhri ona zəng edərək Samirin atası Nazimin oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Beyləqan rayon şöbəsində işə düzəldə biləcəyini, bu barədə Samirin ona dediyini bildirmişdir. Ertəsi gün o, Samirin mobil nömrəsini tapıb zəng edərək atası Nazimlə onu calaşdırmasını istəmiş, Samir onu Nazimlə calaşdırmışdır. O da Nazimə zəng edib telefonda danışmışdır. Həmin danışıq zamanı o, Nazimdən oğlu X14 Nazirliyinin Beyləqan rayon şöbəsində işə düzəltməkdə köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Nazim də ona köməklik edəciyini bildirmişdir. Bir gün sonra Nazim ona zəng edərək Bakı şəhərində bir tanışı olduğunu, Soltanı işə düzəltməsi üçün həmin tanışının yanına gedib ondan köməklik istəyəcəyini bildirmişdir. Nazim onunla telefonda danışan zaman ona tanışının kim olması barədə heç bir söz deməmişdir. Nazim onu dərhal Bakı şəhərinə çağırmış, o, ertəsi gün, yəni 21 fevral 2018-ci il tarixdə Bakı şəhərinə gedib Nazimlə görüşmüşdür. Bundan sonra Nazim onu Əlövsət Qasımov adlı şəxsin yanına aparmışdır. O, Əlövsəti əvvəllər tanımamışdır. Əlövsətlə onun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Şəhidlər Muzeyi”ndə yerləşən ofisində görüşən zaman Əlövsətdən oğlu X14 Nazirliyində işə düzəltməkdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. X15 Nazirliyinə qəbul olmaq üçün normativlər verilməli olduğunu bildirmişdir. O isə Soltanın hazırda yaxşı idman edə bilmədiyini, lakin fərdi qaydada idman məşqləri etdiyini və yaxın zamanda normativləri verə biləcəyini demişdir. Əlövsət Qasımov isə ona normativləri verə bilməyəcəyi üçün oğlu Soltanı işə düzəltməkdə heç bir kömək edə bilməyəcəyini ona demişdir. O, Nazimlə birlikdə Əlövsətin otağından çölə çıxmışdır. Nazim otaqdan çölə çıxdıqdan sonra Əlövsətin köməklik etmədiyini, buna baxmayaraq özünün ona köməklik edəcəyini bildirmişdir. O, Nazimdən ona necə kömək edəcəyini soruşmuşdur. Nazim ona Soltanı işə düzəltmək istəyirsə bunu edəcəyini, gerisi ilə maraqlanmamasını ona bildirmişdir. Nazim bunun qarşılığında ondan 5000 manat alacağı barədə onunla razılaşmışdır. Onun həmin vaxt cibində 500 manat pul olmuş, o, həmin pulu cibindən çıxarıb təklikdə əlbəəl Nazimə vermişdir. Bundan sonra muzeydən çıxmışlar. O, Nazimlə sağollaşıb getmiş və həmin gün də Beyləqan rayonuna qayıtmışdır. Nazim bundan sonra onunla telefon vasitəsilə danışaraq Soltanı işə düzəltmək üçün pul lazım olacağını, lazım olduqca ondan istəyəcəyini bildirmişdir. Sonra 2018-ci ilin iyul ayında Nazim ona zəng edərək 500 manat pul lazım olduğunu bildirmişdir. O, Nazimin qızı Nərgizin adına Beyləqan rayon Mərkəzi poçtundan 500 manat pulu Bakı şəhərinə göndərmiş, Nazim bundan sonra da telefon vasitəsilə onunla əlaqə saxlayıb pul istəməyə davam etmişdir. 2018-ci ilin noyabr ayında Bakı şəhərinə gedən marşrut üzrə sürücü işləyən, hazırda adını xatırlamadığı avtobus sürücüsü vasitəsilə 300 manat pulu, 2019-cu ilin mart ayında taksi sürücüsü işləyən həmkəndlisi Şahid4 250 manat pulu Nazimə göndərmişdir. Nazim həmin pulları götürdükdən sonra ona zəng edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtovağzalda avtobus sürücülərindən həmin pulları götürdüyünü bildirmişdir. Nazim Bakı şəhərində işləyib yaşamışdır. Nazim ona zəng edərək pul lazım olduğunu bildirmiş, o da Nazimin dediyi məbləğlərdə pulları ona göndərmişdir. 2019-cu ilin dekabr ayında Nazim ona zəng edərək Soltanın idman normativi verməli olduğunu demiş, o, oğlu Soltana pul verərək ona Bakı şəhərinə gedib Nazimlə görüşməsini və normativdən keçməsini bildirmişdir. Soltan Bakı şəhərinə gedib Nazimlə görüşmüş və normativ imtahanına getmişlər. Soltan həmin gün normativlərdə iştirak etmiş, lakin kəsilmişdir. Soltan normativləri verə bilmədiyi üçün Nazim ondan normativlərin cavabının yaxşı yazılması üçün 150 manat pul istəmiş, yol pulu olaraq ona verdiyi puldan 150 manatını Soltan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” deyilən yerdə Nazimə vermişdir. Lakin normativin cavabı dəyişməmişdir. 2020- ci ilin mart ayında Nazim ona təkrar zəng edərək 600 manat pul istəmişdir. O, həmin gün tanıdığı taksi sürücüsü X2 600 manat pulu Bakı şəhərində Nazimə verməsi üçün göndərmiş və sonra Nazim ona Maisin həmin pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında ona verməsini telefon vasitəsilə bildirmişdir. 2020-ci ilin aprel ayının ortalarında Nazim ona zəng edərək 4500 manat pul istəmişdir. O, həmin pulu ona necə göndərəcəyini soruşduqda Nazim 24 aprel 2020-ci il tarixdə Beyləqan rayonunda olacağını demiş və həmin gün pulu ondan götürəcəyini bildirmişdir. 24 aprel 2020-ci il tarixdə o, qızı Şəhrinin yaşadığı Beyləqan rayonu, 1-ci Aşıqlı kəndi ərazisində yerləşən evə getmiş, Nazim də oraya gəlmişdir. O, həmin gün Nazimə 4500 manat pulu qızı Şəhrinin yaşadığı evin həyətində vermiş, həmin vaxt Şəhri həyətdə yerləşən yardımçı tikilidə olmuşdur. O, Şəhrinin Nazimə pul verdiyini görüb- görmədiyini bilməmişdir. 2021-ci ilin fevral ayında Nazim ona zəng edərək Soltan üçün narkoloji analiz cavabları almaqdan ötrü 100 manat pul istəmişdir. O, həmin gün 100 manat pulu yenə də hazırda adını xatırlamadığı avtobus sürücüsü vasitəsilə Bakı şəhərində Nazimə verməsi üçün göndərmiş və sonra Nazimə zəng edərək pulun ona çatıb-çatmadığını dəqiqləşdirmişdir. Nazim 100 manat pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında avtobus sürücüsündən aldığını demişdir. Sonuncu dəfə 2021 -ci ilin oktyabr ayında Nazim ona zəng edərək Soltan üçün alınmış narkoloji analizinin cavabını dəyişdirmək lazım olduğunu bildirmiş və buna görə 100 manat verməli olduğunu demişdir. O, Nazimə oğlunun narkoloji analizini nə üçün dəyişmək lazım olduğunu soruşmuş və oğlu Soltanın analizlərinin təmiz olduğunu bildirmişdir. Nazim də narkoloji analiz barədə arayışın müddətinin altı ay olduğunu, ilk arayışın alındığı vaxtdan artıq on ay keçdiyi üçün onu yeniləmək lazım olduğunu bildirmişdir. O da Nazimə inanıb pulu ona necə və harada verəcəyini soruşmuşdur. Nazim ona Beyləqan rayonunda olduğunu, görüşüb ondan həmin 100 manatı götürəcəyini bildirmişdir. O, Nazimlə Beyləqan şəhəri, Magistral küçəsində görüşüb 100 manat pulu Nazimə əlbəəl vermişdir. Bununla da Təqsirləndirilən şəxs ona 7000 manat maddi ziyan vuraraq onu aldatmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, onuunla barışmır. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2018-ci ilin fevral ayında bacısı Şəhri atasına zəng edərək Samirin atası Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini, bu barədə Samirin ona dediyini bildirmişdir. Ertəsi gün Samir atası Tahirə zəng edərək Nazimlə atası Tahiri əlaqələndirmişdir. Onlar telefonla danışmış və Nazim atası Tahirə bir tanışı vasitəsilə onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Nazim bir gün sonra Bakı şəhərində olarkən atasına zəng etmiş və tanışının onu işə düzəldəcəyini öhdəsinə götürdüyünü atasına bildirmişdir. Nazim atası Tahiri Bakı şəhərinə çağırmışdır. Atası ertəsi gün Bakı şəhərinə gedib Nazimlə görüşmüş və Nazim atasından 500 manat pul almışdır. Daha sonra atası Tahir Beyləqan rayonuna qayıtmış və Nazimin onu 3-4 ay müddətinə işə düzəldəcəyini vəd etdiyini bildirmişdir. Təxminən 5 ay sonra Nazim atası Tahirə zəng edərək əlavə 500 manat pul istəmiş, atası həmin pulu da Nazimə göndərdiyini bildirmişdir. Bir müddət sonra Nazim onu Bakı şəhərinə imtahan vermək üçün çağırmışdır. O, 2019-cu ilin dekabr ayında Bakı şəhərinə getmiş və Nazim Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Şamaxinka deyilən yerdə onu normativ imtahandan keçirmək üçün ondan 150 manat pul almışdır. O, 3 gün Bakı şəhərində qaldıqdan sonra Nazim ona zəng edərək normativdən kəsildiyini bildirmişdir. O da Beyləqan rayonuna qayıtmışdır. 2020-ci ilin mart ayında Nazim yenidən atası Tahirə zəng edərək onun işi üçün 600 manat pul lazım olduğunu bildirmiş və atası da X9 adlı taksi sürücüsü vasitəsilə Nazimə 600 manat pulu göndərmişdir. Həmin ilin aprel ayının 24-də isə Nazim atası Tahirdən 4500 manat pul istəmiş, həmin gün axşam atası Tahir bacısı Şəhrigilə gedərək orada 4500 manat pulu Nazimə vermişdir. O, konkret olaraq atasının Nazimə neçə dəfə pul verdiyini xatırlamır. Sonuncu dəfə Nazim onu narkomaniya analizindən keçirmək adı ilə atası Tahirdən Beyləqan şəhərində 100 manat pul almışdır. Bu formada Nazim atası Tahirdən 7000 manat pul alaraq aldatmış və hazırki vaxta qədər onu işə düzəltməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur, Təqsirləndirilən şəxs isə onun atasıdır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. 19 fevral 2018-ci il tarixdə o, qaynı Nəsirin evinə qonaq getmişdir. O, orada söhbət əsnasında Nəsirin yoldaşı Şəhriyə atası Nazimin tanışı olduğunu, onu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini, lakin onun xidmətə uyğunsuzluqla hərbi xidmətdən xaric olduğu üçün heç bir yerə işə düzələ bilmədiyini və qardaşı Soltanın bəlkə həmin işə düzələ biləcəyini bildirmişdir. Şəhri də qardaşı Soltanın işsiz olduğunu və iş axtardığını ona demişdir. O, atası Nazimin mobil nömrəsini atası Nazimlə əlaqə saxlamaları üçün Şəhriyə vermişdir. Bundan bir müddət sonra atası Nazimin Tahirlə danışıb Tahirin oğlu Şahid2 işə düzəltmək barədə razılaşdıqlarını atası Nazim ona demişdir. Həmin vaxt atası Nazim Bakı şəhərində işləmişdir. Bir müddət sonra Tahir dəfələrlə ona zəng edərək atası Nazimin verdiyi vədi yerinə yetirmədiyini və aldığı pulu geri qaytarmadığını bildirmiş, o, Tahirdən atasına nə qədər pul verdiyini soruşmuşdur. Tahir atasına 7000 manat pul verdiyini bildirmişdir. O, dərhal atasına zəng edərək Tahirin pulunu geri qaytarmasını bildirmişdir. Atası Nazim də Tahirin oğlu Soltanı işə düzəltməyin alınmadığını, buna görə də pulu qaytaracağını demişdir. Lakin maddi çətinliklərlə bağlı atası Nazim hələ də həmin pulu geri qaytarmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 2013cü ildə X19 ilə ailə həyatı qurmuş və hazırda qayınatasının evində birlikdə yaşayırlar. Elvira onun baldızıdır, Elviranın ərinin adı Samir, qayınatasının adı isə Nazimdir. 2018-ci ilin fevral ayının 19-da Samirgil onlara qonaq gəlmişlər. Söhbət əsnasında Samir ona atası Nazimin tanışının olduğunu və həmin şəxsin X18 Nazirliyində işə düzəltməkdə köməklik etmək istədiyini, həmçinin Samirin hərbi xidmətdən xaric olunduğu üçün həmin işə düzələ bilmədiyini bildirmişdir. O da həmin adamın qardaşı X14 Nazirliyində işə düzəldə bilib-biləcəyini Samirdən soruşmuş, Samir də atası Nazimə bu barədə deyəcəyini bildirmişdir. O, da atası Tahirə zəng edərək bu barədə məlumat vermişdir. Samir bundan sonra onun atası Tahirin mobil nömrəsini alaraq onunla danışacağını bildirmişdir. Bundan bir neçə gün sonra o, Samirin atası Təqsirləndirilən şəxs qardaşı X14 Nazirliyində işə düzəltmək üçün atası Tahirdən pul aldığını öyrənmişdir. Bir müddət sonra Nazim qardaşı Soltanı imtahan vermək üçün Bakı şəhərinə çağırmış və orada da Soltandan 150 manat pul alsa da sonda Soltana imtahandan kəsildiyini demişdir. 24 aprel 2020-ci ildə Nazim onların Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində yerləşən evlərinə qonaq gəlmiş, həmin gün atası Tahir də onlara qonaq gəlmişdir. Onların evinin həyətində yardımçı tikili olmuşdur. O, həmin tikilidə olan zaman atası Tahir Nazimlə birlikdə həyətə çıxmışlar və atası Tahir 4500 manat pulu sayaraq Nazimə vermişdir. Onun olduğu yardımçı tikilinin qapısı açıq olduğu üçün o, baş verənləri görmüş, lakin onlar onu görməmişlər. Nazim pulu alandan sonra Soltanı işə düzəldəcəyini atası Tahirə bildirmişdir. Nazim bu minvalla atasından 7000 manat pul almışdır. Atası özü ona 7000 manat Nazimə pul verməsini demişdir. Bundan sonra Nazim müxtəlif bəhanələrlə atası Tahiri aldatmağa başlamış və hazırki vaxtadək atasının pulunu qaytarmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır, onlarla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, 2019-cu ildə özünə məxsus “Mercedes Benz” markalı avtomobili olmuş, o, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin mart ayında Zərərçəkmiş şəxs ona 250 manat pul verərək Bakı şəhərində bir nəfər Nazim adlı şəxsə çatdırmasını bildirmişdir. O, çatdırmalı olduğu şəxsin mobil nömrəsini götürmüş, Tahirdən pulu alaraq Bakı şəhərinə getmiş və Bakı şəhərində Tahirin verdiyi nömrəyə zəng edərək 20 yanvar metrostansiyası yaxınlığında həmin şəxslə görüşüb pulu ona vermişdir. Həmin şəxs adının Nazim olduğunu bildirmişdir. O, pulu Nazimə verdikdən sonra avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. İş üzrə şahid qismində dindirilmiş X13 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, evlidir, Beyləqan şəhəri, Magitsral küçəsində yerləşən beşmərtəbəli binada kirayə evdə yaşayır. Atası Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayında Bakı şəhərində işləmiş, o da həmin vaxt atası ilə birlikdə yaşamışdır. Atası Təqsirləndirilən şəxs bir dəfə onu da özü ilə poçta aparmış və onun adına özü üçün 250 manat pul göndərildiyini bildirmişdir. O da atası Nazimlə birlikdə gedib həmin pulu poçtdan götürüb atasına vermişdir. O, atası Nazimdən həmin pulun nə üçün ona göndərilməsi barədə soruşduqda Nazim ona heç bir söz deməmişdir. O, 250 manat pulu çəkib tam şəkildə atasına vermişdir və onlar kirayə yaşadıqları evə qayıtmışlar. İbtidai istintaq dövründə müstəntiq onun ifadəsinin səhv yazmışdır. O, oxumayıb ifadəyə imza etmişdir. Tahir 500 manat deyil, 250 manat onun adına poçt vasitəsilə pul göndərmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üşün səbəb və əsas Təqsirləndirilən şəxs ona oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Beyləqan rayon şöbəsində işə düzəltməkdə köməklik edəcəyi barədə vəd verib onu aldadaraq 7000 manat pulunu ələ keçirməsi barədə Zərərçəkmiş şəxs Beyləqan rayon Polis şöbəsinə və Beyləqan rayon prokurorluğuna ərizə ilə etdiyi müraciətləri əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra isə İstintaq bölməsində toplanmış materiallar olmuşdur. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Beyləqan rayon şöbəsində işə düzəltməkdə köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 21 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx"ndə nağd şəkildə 500 manat, 2018-ci ilin iyun ayında qızı X6 adına poçt vasitəsilə göndərtməklə 500 manat, 2018-ci ilin noyabr ayında şəxsiyyəti istintaqa məlum olmayan avtobus sürücüsü vasitəsilə nağd şəkildə 300 manat, 2019-cu ilin taksi sürücüsü Şahid4 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 20 yanvar metrostansiyası yaxınlığında nağd şəkildə 250 manat, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs oğlu Şahid2 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” deyilən yerdə nağd şəkildə 150 manat, 2019-cu ilin mart ayında taksi sürücüsü X5 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında nağd şəkildə 600 manat, 24 aprel 2020-ci ildə Zərərçəkmiş şəxs qızı Şahid3 yaşadığı Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində yerləşən evin həyətində Zərərçəkmiş şəxs nağd şəkildə 4500 manat, 2021 -ci ilin fevral ayında şəxsiyyəti istintaqa məlum olmayan avtobus sürücüsü vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında nağd şəkildə 100 manat, 2021ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs Beyləqan şəhəri, Magistral küçəsində nağd şəkildə 100 manat olmaqla, cəmi 7000 manat xeyli miqdarda pulunu vahid niyyətlə törədilən qəsdlə alaraq ələ keçirib dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən yalnız 5650 manat pul aldığını göstərsə də, məhkəmə onun həmin ifadəsini inandırıcı hesab etmir və özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir. Təqsirləndirilən şəxsin vəkili Müdafiəçi vəsatəti əsasında 10 yanvar 2024-cü ildə qərar qəbul edilərək 2018-2019-cu illərdə Şahid4 istifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs oğlnuun istifadəsində olan ***-***-**-** nömrəli telefon danışıqlarının müəyyən edilməsi barədə "xxxx" MMC-yə və Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsin qızı iş üzrə şahid qismində dindirilən X10 2018-ci ildə göndərilən pulun məbləği barədə Bakı şəhəri, Sabunçu rayon poçt şöbəsinə sorğular verilmişdir. Lakin Sabunçu rayon poçt şöbəsindən cavab almaq mümkün olmamışdır. Məhkəmə həmin epizod üzrə hesab edir ki, şahid Nərgiz Əliyeva Təqsirləndirilən şəxs qızıdır və o, ibtidai istintaqda zərərçəkmiş şəxsin ona 500 manat pul göndərməsini göstərsə də, məhkəmədə verdiyi ifadəsində həmin məbləğin 250 manat olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, onun məhkəmədə verdiyi həmin ifadəsi təqsirləndirilən şəxs olan atasını müdafiə etmək xarakteri daşıyır. Onun istintaqda sərbəst şəkildə verdiyi ifadəsi daha inandırıcıdır və onun həmin ifadəsi əsas götürülməlidir. Digər tərəfdən "xxxx" MMC-in məhkəmənin qərarı əsasında verilmiş sorğuya cavabından görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olduğu göstərilən ***-***-**-** nömrənin 2018-2019-cu illərdə istifadəsi müəyyən edilməmişdir. Şahid4la Zərərçəkmiş şəxs arasında 2019-cu ilin mart ayında telefon danışıqlarının olması müəyyən edilmişdir ki, həmin hal da zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə Şahid4 vasitəsilə həmin vaxt 250 manat göndərməsinə sübutdur. Beləliklə Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs vahid niyyətlə törədilən qəsdlə 7000 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etməsi kifayət qədər sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Əlinəzərli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş 26 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən göünür ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu 7000 manat maddi ziyanın 3300 manatını ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə tutulması barədə qərar qəbul edilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış, o, 20 may 2023-cü il tarixdə tutularaq cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildiyindən cinayət işi üzrə icraat eyni tarixli qərarla təzələnərək istintaq davam etdirilmiş, 20 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY –dən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirəsi tələb edilən əmlak, mülki iddia və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək saxlanıldığı iki gün müddətin hər bir günü iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat üçün 180(yüz səksən) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X12 və Tədris Mərkəzinə göndərilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. İş üzrə maddi sübut və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar