Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-60/2023 01.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi: Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində anadan olmuş, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayan, 21 avqust 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 19 iyul 2023-cü il tarixdə, saat 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu Aşağı Çəmənli kəndində yerləşən evinin qarşısına gələrək evin darvazasından keçib evin həyətinə qanunsuz daxil olaraq evin mətbəxinin qapısını açarla açıb mətbəxə qanunsuz daxil olduqdan sonra mətbəxdə olan mebelin üzərində olan saxlanc yeri hesab olunan pul qabının içərisindən 400 manat nağd pulunu götürüb mətbəxə daxil olduğu qapıdan bayıra çıxarmaqla Zərərçəkmiş şəxs məxsus cəmi 400 manat pulu qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayır. Özü rəmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarını ödəmək üçün fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs əvvəldən tanıyır, onun həmkəndlisidir, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O 2023-cü ilin iyun ayı ərzində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində əri Şahid məxsus malqaraya baxıb, həyətdə olan müxtəlif işləri görmüşdür. Bu müddət ərzində o evin giriş-çıxışını, otaqlarının yerini görüb öyrənmişdir. 19 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs Beyləqan rayon Aşağı Çəmənli kəndində yaşadığı evin qonşuluğunda mişar daşları daşıyan zaman Aytənin evin həyətindən çıxaraq getməsini görmüşdür. Aytən getdikdən təxminən 10 dəqiqə sonra onun həyat yoldaşı Zaur evdən küçəyə çıxmışdır. Bu zaman Zaur onunla salamlaşmış və kəndin mərkəzinə doğru hərəkət etmişdir. Zaur onun yanından uzaqlaşdıqdan sonra o Aytənin də evdə olmadığını bildiyi üçün Aytən və Zaurun yaşadığı evin həyətinə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o Aytənin yaşadığı evin darvazasına yaxınlaşıb ətrafa baxmış və ətrafda kimsənin olmadığını görmüşdür. O evin darvazasının kiçik giriş qapısını açıb evin həyətinə daxil olmuşdur. Evin həyətinə daxil olduqdan sonra o evin sağ tərəfində yerləşən mətbəxin qapısına doğru hərəkət etmişdir. O mətbəxə yaxınlaşıb qapını açmaq istəmiş və qapının bağlı olduğunu görmüşdür. O açarın həyətdə harasa qoyulduğunu düşünmüş və qapını açmaq üçün açarı axtarmağa başlamışdır. Bu zaman qapının sağ tərəfində olan dolabın üzərindəki su qabının qapağını qaldırdıqda açarın qapağın altında olmasını görmüşdür. Dərhal açarı götürüb açarla mətbəxin qapısını açıb mətbəxə daxil olmuşdur. Bundan sonra mətbəxdə hər hansı dəyərli əşya və ya pul olub-olmamasını axtarmağa başlamışdır. Həmin vaxtı mətbəxə quraşdırılmış mebelin üzərində qara rəngli pul kisəsinin olduğunu görmüşdür. O pul kisəsini götürüb içərisinə baxmış və kisənin içərisində çoxlu pul olduğunu görmüşdür. Onun 400 manat pula ehtiyacı olduğu üçün o həmin pulların içərisindən 4 ədəd 100 manatlıq pulları götürüb əynində olan şalvarın cibinə qoymuşdur. Sonra o pul kisəsini bağlayaraq götürdüyü yerə qoymuş və mətbəxdən çıxmışdır. Mətbəxdən çıxdıqdan sonra açarla mətbəxin qapısını bağlayıb açarı götürdüyü qapağın altına qoyaraq evin həyətindən çıxmışdır. O təkrar ətrafa göz gəzdirib evin həyətindən çıxmağını görən şəxslərin olmadığını görüb yaşadığı ünvana doğru hərəkət etmişdir. Yaşadığı evə çatdıqda oğurladığı 400 manat pulu yataq otağında olan geyim dolabının içərisində olan geyimlərin altına qoymuşdur. 20 iyul 2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı evin pəncərəsi yararsız olduğundan yerindən çıxarıb kənd ərazisindən keçən mikroavtobusla Beyləqan rayonu Daşburun dairəsi adlanan hissəyə tərəf getmişdir. Həmin hissədə tanımadığı şəxsə pəncərəni düzəltməsi üçün təhvil verib, Beyləqan şəhərində yerləşən mərkəzi bazara gəlmişdir. Bazarda olan zaman ev üçün müxtəlif ərzaqlar alıb qarşılığında 150 manat pul vermişdir. Daha sonra marketlərin birində 7 manat qarşılığında 2 paket vinston markalı siqaret almışdır. Bu zaman tanımadığı şəxsin əlində dollar olmasını görmüş və həmin şəxsə 94 manat pul təqdim edərək həmin pulların qarşılığında ona dollar verməsini xahiş etmişdir. Tanımadığı şəxs ona verdiyi pulların qarşılığında 55 dollar pul vermişdir. O, bundan sonra pəncərəni təmir etdirdiyi yerə gələrək, pəncərəni təmir etməsi qarşılığında tanımadığı şəxsə 40 manat pul vermişdir. Həmçinin o, Beyləqan şəhərinə və Daşburun dairəsinə gəlmək üçün ümumilikdə avtobus və taksilərə 10 manat pul verib yaşadığı evə gəlmişdir. Yaşadığı evdə olan zaman cibində olan 2 ədəd 20 dolları, 1 ədəd 10 dolları, 2 ədəd 2 dolları, 1 ədəd 1 dolları, 4 ədəd 20 manatı, 1 ədəd 5 manatı və 14 ədəd 1 manatlıq pulları geyim dolabına qoymuş və bu barədə hər hansı şəxsə məlumat verməmişdir. Zərərçəkmiş şəxs məxsus olan 400 manat pulu 19 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Aytənin yaşadığı evin mətbəxində olan mebelin üzərində olan qara rəngli pul qabının içərisindən oğurlamışdır. Bu vaxt o tək olmuşdur və yanında başqa kimsə olmamışdır. Oğurluq hadisəsini törətməkdə ona kimsə köməklik etməmişdir. O oğurluq edən zaman ətrafda onu heç kim görməmişdir. Zərərçəkmiş şəxs yaşadığı evə hər hansı dəyərli əşya və ya pul oğurlamaq məqsədi ilə daxil olmuşdur. Onun oğurluq etməyindən hər hansı şəxsin xəbəri olmamışdır. O yalnız 4 ədəd 100 manatlıq pul əskinası oğurlamışdır. Onun 400 manat pula ehtiyacı olmuşdur. Buna görə də o pulların hamısını oğurlamamış və oradan cəmi 400 manat pul oğurlamışdır. Oğurladığı pullarla pəncərə düzəltdirdiyi, bazarda alver etdiyi və dollar dəyişdirdiyi şəxslər onlara verdiyi pulların oğurluq olduğunu bilməmişlər. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu 400 manat maddi ziyanın 195 manatını ödəmiş, lakin maddi imkanı olmadığından 205 manat ödənilməmiş qalmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid onun əridir, 2006-cı il tarixdə ailə həyatı qurmuşlar və birlikdə Beyləqan rayon Aşağı Çəmənli kəndində özlərinə məxsus olan fərdi yaşayış evində yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman o Şahid atasıgilin kənddə yaşadıqları evə getmək istədiyini bildirib, evdən çıxaraq həmin ünvana tərəf getmişdir. Həmin vaxt Zaur ona 5 dəqiqə sonra kəndin mərkəzinə gedəcəyini bildirmişdir. O qayınatasıgilə getdikdən, təxminən 1 saat sonra yaşadığı evə geri qayıtmışdır. Yaşadığı evə geri qayıdan zaman Zaurun evdə olmadığını görmüşdür. O evdə müxtəlif ev işləri görüb, saat təxminən 22 radələrində yataq otağına gedib yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin həyətində evə bitişik olan mətbəxə doğru şirniyyat hazırlamaq məqsədi ilə getmişdir. Mətbəxə daxil olan zaman ona məxsus qara rəngli pul kisəsinin mətbəx mebelinin üzərində olduğunu görmüşdür. Pul kisəsinin içərisində 1100 manat pulu olduğundan yoxlamaq qərarına gəlmişdir. Həmin an pul kisəsinin içərisindən 400 manat pulunun olmadığını aşkar etmişdir. Buna görə də, Zaurun istifadəsində olan mobil nömrəyə zəng edərək pul kisəsinin içərisindən 400 manat pulunun olmadığını aşkar etdiyini bildirmişdir. Zaur ona 400 manat pulu götürmədiyini bildirən zaman o 400 manat pulunun xx.xx.2023-cü il tarixdə saat 19-20 radələri arasında yaşadığı evdə olmadığı zaman naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə və Beyləqan rayon polis ərizə ilə müraciət edərək, 400 manat pulunun yaşadığı evin mətbəx hissəsində olan pul kisəsindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. O oğurluq hadisəsinin törədilməsində hər hansı şəxs və şəxslərdən şübhələnmir, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir.xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin həyətində olan və evə bitişik mətbəxə daxil olduqda mətbəx mebelinin üzərində pul kisəsini görmüşdür. Pul kisəsinin içərisində 1100 manat olduğundan yoxlamaq qərarına gəlmişdir. Həmin vaxtı pul kisəsində olan 1100 manat pulun içərisindən 400 manat pulunun oğurlanmasını aşkar etmişdir. Ona məxsus pul kisəsində olan və oğurlanmış pullar hamısı 100 manatlıq pul əskinasları olmuşdur. O oğurluq hadisəsinin törədilməsinə görə hər hansı şəxs və ya şəxslərdən şübhələnmir. Başqa hər hansı əşya oğurlanmamışdır. Ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. O qayınatasıgilə gedən zaman yaşadığı evdə yalnız Zaur olmuşdur. Ona dəymiş 400 manat maddi ziyanın 195 manatı Təqsirləndirilən şəxs tərəfindən ödənmiş, 205 manat ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini məhkəmədən xahiş edir, həmçinin, ödənilməmiş qalan 205 manat maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə baxışında iş üzrə Şahid ifadəsində göstərmişdir ki, özü rəmi olaraq heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarını ödəmək üçün fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. 2006-cı il tarixdə ailə həyatı qurmuşlar və Beyləqan rayon Aşağı Çəmənli kəndində özlərinə məxsus olan fərdi yaşayış evində yaşayırlar. 19 iyul 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı evdə olan zaman Aytən ona atasıgilin yaşadığı evə getmək istədiyini bildirib evdən çıxıb getmişdir. Aytən getdikdən təxminən 5 dəqiqə sonra o da kəndin mərkəzinə getmək üçün yaşadığı evi tərk edib getmişdir. Bu zaman yaşadığı evin qarşısında olan küçədə həmkəndlisi Təqsirləndirilən şəxs mişar daşları daşımasını görmüşdür. Təqsirləndirilən şəxsla salamlaşıb kəndin mərkəzinə doğru hərəkət etmiş və təxminən 20 dəqiqə kəndin mərkəzində dayandıqdan sonra, yonca sahəsinə gedən suyun qarşısını kəsmək məqsədi ilə çöl torpaq sahəsinə tərəf getmişdir. Təxminən saat 22 radələrində yaşadığı evə qayıdan zaman arvadı Aytənin yaşadığı evdə olduğunu görmüş və yataq otağına gedərək yatmışdır. 20 iyul 2023-cü il tarixdə, saat 09 radələrində ev üçün kamera almaq məqsədi ilə yaşadığı evdən çıxıb Beyləqan rayonu, Daşburun dairəsi adlanan əraziyə getmişdir. Daşburun dairəsi adlanan əraziyə çatan zaman Aytən istifadəsində olan mobil nömrəyə zəng edərək, yaşadığı evin mətbəxində olan pul kisəsinin içərisindəki 1100 manat puldan 400 manat pulunun oğurlandığını bildirmişdir. O Aytənə pulun oğurlanmasından xəbəri olmadığını bildirib, yaşadığı evə gəlmişdir. Yaşadığı evə gələn zaman Aytənə məxsus pul kisəsindən 400 manat pulun oğurlanmasını aşkar etmişdir. Bundan sonra Aytən 102 xidmətinə müraciət edərək, 400 manat pulunun oğurlanmasını bildirmişdir. Sonradan onlara məxsus yaşayış evindən 400 manat pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Aytənə məxsus 400 manat pul 19 iyul 2023-cü il tarixdə, saat 19-20 radələrində yaşadığı evin mətbəxində olan mebelin üzərinə qoyulmuş pul qabının içərisindən oğurlanmışdır. Başqa hər hansı əşya oğurlanmamışdır. Təqsirləndirilən şəxs əvvəllər evin həyətində olan tövlədə mal-qaraya baxmışdır, lakin mən mal-qaranı satdığı üçün Orxan həmin vaxtdan onların yaşadığı evə gəlməyib. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yerləşən evin mətbəxidir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli,2620 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs Üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq aşkar olunur. İnadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq, kinlilik, konfliktə və mübahisəyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətində asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işi üzrə 30 avqust 2023-ci il tarixli qərarla Zərərçəkmiş şəxs evindən oğurlanmış və Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd 20 dollarlıq, 01 ədəd 10 dollarlıq, 02 ədəd 2 dollarlıq, 01 ədəd 1 dollarlıq, 04 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq, 14 ədəd 1 manatlıq pul əskinasları cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində doğulmuşdur və Beyləqan rayonu, Aşağı Çəmənli kəndində yaşayır. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Aşağı Çəmənli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 sentyabr 2023-cü il tarixli, 288 nömrəli arayışa əsasən, Məmmədov X1 rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olmaqla yaşayır və himayəsində 2013-cü təvəllüdlü oğlu Mehman Məmmədli və 2015-ci il təvəllüdlü qızı Fatimə Məmmədli var. Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan rayon Aşağı Çəmənli kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs, özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus cəmi 400 manat pulu oğurlaması, yəni gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4cü maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, hazırki cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə tutulub, həmin tarixdə də təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və azad edilmişdir. Cinayət işi üzrə 02 ədəd 20 dollarlıq, 01 ədəd 10 dollarlıq, 02 ədəd 2 dollarlıq, 01 ədəd 1 dollarlıq, 04 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq, 14 ədəd 1 manatlıq pul əskinasları maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak, mülki iddia yoxdur. Zərərçəkmiş şəxs ödənilməmiş qalan 205 manat maddi ziyanla əlaqədar məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə tutulduğu 01 gün müddət 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Cinayət işi üzrə saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş maddi sübutlar- 02 ədəd 20 dollarlıq, 01 ədəd 10 dollarlıq, 02 ədəd 2 dollarlıq, 01 ədəd 1 dollarlıq, 04 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq, 14 ədəd 1 manatlıq pul əskinasları ona qaytarılsın. Zərərçəkmiş şəxs ödənilməmiş qalan 205 manat maddi ziyanla əlaqədar məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №1(020)-60/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-60/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver