Məhkəmə qərarları › İş №1(020)-61/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-61/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-61/2025 06.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasna aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Beyləqan rayonu, Tatalılar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 iyul 2025-ci il tarixdən 20 iyul 2025-ci il tarixədək olan müddətdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan rayonu, Tatalılar kəndində yerləşən Beyləqan rayon Eyvazalılar bələdiyyəsinin mülkiyyətində olmaqla 1.X=721730.9469, Y=4416263.3083; 2.X=721707.2476, Y=4416235.7332; 3.X=721664.6077, Y=4416270.4745; 4.X=721686.4146, Y=4416296.3638 koordinatlarında yerləşən, uzunluğu 55 metr, eni 36,35 metr olmaqla, ümumilikdə 0,19 hektar torpaq sahəsinin ətrafını özbaşına hasarlamaqla tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir və iki övladı vardır. O, ailəli olmasına baxmayaraq özünə məxsus evi yoxdur və valideynləri ilə birlikdə yaşayır. 2025-ci ilin aprel ayında o valideynlərindən ayrılmaq və özünə torpaq sahəsi alıb ev tikdirərək ayrı yaşamaq qərarına gəlmişdir. Buna görə də o yaşadığı Beyləqan rayonu Xatalılar kəndi ərazisində özünə uzunluğu 50 metr, eni isə 35 metr ölçüdə olan bir torpaq sahəsi seçmiş və həmin torpaq sahəsini onun adına sənədləşdirməsi üçün kənd bələdiyyəsinə müraciət etmişdir. O müraciət etdikdən sonra rəsmi sənədləşmə işlərinin aparılmasını və torpağın onun adına rəsmi olaraq keçirilməsini gözləmədən həmin ərazini hasarlamaq qərarına gəlmişdir. O bu barədə atası Şahid4 bildirərək həmin özünə almaq istədiyi torpaq sahəsini hasarlamaq istədiyini demişdir. Atası ona heç bir etiraz etməyərək onun işlərinə qarışmayacağını bildirmişdir. O atasına hörgü ustası işləyən həmkəndlisi Şahid2 hasarı hördürmək istədiyimi demiş və atası da fəhlə kimi ustaya köməklik edə biləcəyini demişdir. Bir neçə gün ərzində o tikintiyə lazım olacaq qədər daş və sement alıb torpaq sahəsinə yığmışdır. 15 iyul 2025-ci il tarixdə o yaşadığı kənd ərazisində Şahid2 ilə görüşmüş və söhbət etməyə başlamışdır. Söhbət zamanı o Mübarizə Beyləqan rayonu Tatalılar kəndi ərazisində onun yaşadığı evin yaxınlığında uzunluğu 50 metr, eni 35 metr ölçüdə ümumi sahəsi 0,19 hektar olan torpaq sahəsi aldığını, həmin ərazidə 10 daş hündürlüyündə hasar tikərək ərazini hasarlamaq istədiyimi bildirərək hasarı tikməsini ona demişdir. Mübariz etiraz etmədən onunla razılaşmışdır. O Mübarizə daşı və sementi alıb əraziyə yığdığını, atası Şahid4 və özünün ona fəhləlik edəcəklərini deyərək hasarı hörməsi qarşılığında ondan nə qədər pul alacağını soruşmuşdur. Mübariz onların fəhləlik edəcəyi halda 250 manata hasarı tikəcəyini bildirmişdir. O Mübarizlə razılaşaraq səhəri gün tezdən gəlib işə başlamasını ona bildirmişdir. Sonra sağollaşıb ayrılmışlar. Səhəri gün, yəni 16 iyul 2025-ci il tarixdə, tezdən saat 08 radələrində o atası Ağa ilə birlikdə torpaq sahəsinə getmişdir. Təxminən 5- 10 dəqiqə sonra Mübariz də onların yanına gəlmişdir. O və atası sement qarışdırıb daşları Mübarizin yanına yığmış və Mübariz hasarı tikməyə başlamışdır. Mübariz həmin gün hasarın bir hissəsini tikmiş və axşam saatlarında çıxıb evinə getmişdir. 17 iyul 2025-ci il və 18 iyul 2025-ci il tarixlərdə də Mübariz tikintiyə davam etmiş və atası ilə o da fəhləlik etmişdir. 18 iyul 2025-ci il tarixdə, saat 16 radələrində Mübariz işi dayandırıb yaşadığı evə getmişdir. Həmin vaxt hasarın 4 daş hündürlükdə tikintisi başa çatmışdır. Mübariz getdikdən sonra o ərazidə qalıb daşları tikintiyə yaxın yerə yığmağa başlamışdır. Saat 17 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları onun hasar tikdirdiyi əraziyə gələrək ondan həmin əraziyə aid sənədlərinin olub-olmadığını soruşmuş, o polis əməkdaşlarına ərazinin ona aid heç bir sənədinin olmadığını bildirmişdir. Buna görə də polis əməkdaşları ona tikintini dayandırmasını deyib getmişlər. Lakin o buna məhəl qoymadan tikinti işlərini davam etdirdiyinə görə yenidən polis əməkdaşları tərəfindən xəbərdarlıq almış və polis şöbəsinə aparılmışdır. Yalnız bundan sonra tikinti işlərini dayandırmış və bələdiyyə tərəfindən tikili sökülmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 may 2025-ci il tarixdən Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Beyləqan rayonu Tatalılar kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi uzun müddətdir ki tanıyır, onunla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs 2025-ci ilin may ayında ona yaşayış evi tikmək üçün 0,19 hektar torpaq sahəsi verilməsi üçün Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə bələdiyyədə qeydiyyata alındıqdan sonra sənədləşmə işlərinə başlanmışdır. Lakin torpağın sənədləşmə işləri aparılıb rəsmi olaraq Təqsirləndirilən şəxs verilməmişdən əvvəl Röya həmin özünə almaq üçün bələdiyyəyə müraciət etdiyi torpaq sahəsinin ətrafını hasarlamağa başlamışdır. Buna görə də Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan rayonu Tatalılar kəndində yerləşən Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinin mülkiyyətində olan 0,19 ha torpaq sahəsini özbaşına tutub həmin torpaq sahəsini hasarlaması barədə rayon polis müraciət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Beyləqan rayonu Tatalılar kəndi ərazisində hasarlama aparması, həmin torpaq sahəsinin koordinatları, torpaq sahəsinin hansı mülkiyyət növünə aid olması, həmin ərazinin kimin mülkiyyətində olması və Şahid4 Röya oğluna həmin torpaq sahəsində hasarlama aparmağa bələdiyyə tərəfindən icazə verilibverilməməsi barədə Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinə rayon polis şöbəsi tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciət əsasında da Təqsirləndirilən şəxs Beyləqan rayonu Tatalılar kəndi ərazisində hasarlama apardığı əraziyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinin mülkiyyətində olan 0,19 hektar torpaq sahəsini zəbt edərək ümumilikdə Eyvazalılar Bələdiyyəsinin mülkiyyətində olan 0,19 hektar torpaq sahəsini özbaşına tutmaqla qanunsuz hasarlama aparması və Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinə məxsus torpaq sahəsində uzunluğu 50 metr, eni isə 35 metr ölçüdə hasar tikdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hasarlama apardığı torpaq sahəsi hal-hazırda bələdiyyənin mülkiyyətindədir və Təqsirləndirilən şəxs həmin ərazidə hasarlama aparması üçün heç bir rəsmi icazə verilməmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidətində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsi Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinə məxsusdur və Eyvazalılar Bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs hasarlama üçün heç bir hüquqi sənəd verilməmişdir. Hazırda həmin tikintinin müəyyən hissəsini sökdürülmüşdür.Müvafiq sənədləşdirmə işləri aparıb qanuni icazə aldıqdan sonra Təqsirləndirilən şəxs tikintini davam etdirəcəkdir. Təqsirləndirilən şəxsdən tələb və şikayətləri yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayon Polis şöbəsinin İctimai-Təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir. 18 iyul 2025-ci il tarixdə Beyləqan RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid1 birlikdə Beyləqan rayonu, Tatalılar kəndində xidmətdə olan zaman həmin kənddə torpaq sahəsinin ətrafını hasarlandığını görmüşlər. Onlar həmin hasarlanmış ərazidə olan şəxsə yaxınlaşıb hasarlama işlərini kimin apardığını, torpaq sahəsinin kimə məxsus olduğunu soruşmuşlar. Həmin şəxs özünü Beyləqan rayonu, Tatalılar kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim edib hasarlama işlərinin onun göstərişi ilə aparıldığını bildirmişdir. Onlar Röyadan torpaq sahəsinin kimə məxsus olduğunu, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərinin olubolmadığını soruşmuşlar. Röya torpaq sahəsinin Beyləqan rayonu, Tatalılar kənd bələdiyyəsinə məxsus olduğunu, torpoq sahəsinə mülkiyyət hüququna dair hər hansı sənədinin olmadığını, hasarlama işləri aparmaq üçün icazə almadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs hasarlama işlərini saxlamasını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs dəvət edib Beyləqan RPŞ-yə gətirmişlər və onun barəsində qanuni tədbir görülməsi üçün raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs ilə arasında heç bir ədavət və düşmənçilik yoxdur. Şahid1la birlikdə Beyləqan rayonu, Tatalılar kəndində Təqsirləndirilən şəxs tərəfindən hasarlama işlərinin aparılması faktını aşkar etmişlər. Onlar yeni tikinti işlərinin aparıldığını görüb yaxınlaşmış və orada Röyanı görmüşlər. Onlar torpaq sahəsini kimin hasarladığını soruşmuşlar. Röya torpaq sahəsini özünün hasarlatdığını bildirmişdir. Lakin hasarın konkret olaraq kim tərəfindən inşa edildiyini bilmir. Hasarlama işini Təqsirləndirilən şəxs aparmışdır. Onlar soruşan zaman Röya bunu onlara bildirmişdir. Onlar həmin ərazidə başqa şəxs görməmişlər. Bundan kimlərin məlumatının olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu Tatalılar kəndində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün ustalıqla məşğul olur. O tikintidə hörgü və suvaq işləri görür, həmçinin yüngül işlər olduqda tikililərin dam ötüklərini də vurur. Təqsirləndirilən şəxs uzun müddətdir ki Röya onun tanıyır, həmkəndlisidir, aralarında heç bir ədavət və düşmənçilik yoxdur vəəvvəllər də olmamışdır. 15 iyul 2025-ci il tarixdə o yaşadığı kənd ərazisində Təqsirləndirilən şəxs ilə qarşılaşmış və söhbət etməyə başlamışdır. Söhbət zamanı Röya Beyləqan rayonu Tatalılar kəndi ərazisində onun yaşadığı evin yaxınlığında uzunluğu 50 metr, eni 35 metr ölçüdə torpaq sahəsi aldığını, həmin ərazidə 10 daş hündürlüyündə hasar tikərək ərazini hasarlamaq istədiyini ona bildirərək hasarı tikməsini ona demişdir. Onun həmin vaxt əlində işi olmadığı üçün razılaşmışdır. Röya daşı və sementi alıb əraziyə yığdığını, atası Şahid4 və özünün ona fəhləlik edəcəyini deyərək hasarı hörməsi qarşılığında ondan nə qədər pul alacağını soruşmuşdur. O onların ona fəhləlik edəcəkləri halda 250 manata hasarı tikəcəyini bildirmiş və Röya razılaşaraq səhəri gün tezdən gəlib işi başlamasını bildirmişdir. Sonra sağollaşıb ayrılmışlar. Səhəri gün, yəni 16 iyul 2025-ci il tarixdə, tezdən saat 08 radələrində o Röyanın ona dediyi, onun evi ilə qonşuluqda yerləşən torpaq sahəsinə getmişdir. Həmin vaxt Röya və atası Ağa da orada olmuşlar. Röya və atası sement qarşıdırıb daşları onun yanına yığmışlar və o hasarı tikməyə başlamışdır. Onlar həmin gün hasarın bir hissəsini tikmiş və axşam saatlarında o çıxıb evinə getmişdir. 17 iyul 2025-ci il və 18 iyul 2025-ci il tarixlərdə də o oraya gedib tikintiyə davam etmiş və Röya ilə atası da ona fəhləlik etmişlər. 18 iyul 2025-ci il tarixdə, saat 16 radələrində o işi dayandırıb yaşadığı evə getmişdir. Həmin vaxt o hasarın 4 daş hündürlükdə tikintisini aparmışdır. Səhəri gün səhər saatlarında o yenə dəəraziyə gəlmişdir. Həmin vaxt o polis əməkdaşlarının gəlib hasarın tikintisini dayandırmağı Röyaya bildirdiklərini öyrənmişdir. O tikintini dayandırıb- dayandırmayacaqlarını soruşmuş və Röya sənədləşmə işlərini aparacağını deyib tikintini davam etməyi bildirmişdir. Bundan sonra o tikintiyə davam etmiş və 20 iyul 2025-ci il tarixdə o hasarın tikintisini başa çatdırmışdır. Bundan sonra gördüyü iş qarşılığında Röya ona 250 manat pul vermişdir. Bundan sonra o sağollaşıb çıxıb getmişdir. O 16 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs göstərişi əsasında ona məxsus olduğunu qeyd etdiyi Beyləqan rayonu Tatalılar kəndi ərazisində yerləşən ərazidə hasar tikərək tikinti işləri aparmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs və atası Şahid4 ona fəhlə kimi kömək etmişlər. Təqsirləndirilən şəxs ilə şifahi razılaşmaya əsasən gördüyü hasarlama işlərinə görə Röya ona 250 manat pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən o hasarı tikmişdir. Onunla arasında heç bir müqavilə bağlanmamışdır. Hasar tikdiyi torpaq sahəsinin Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinə məxsus olduğunu bilməmişdir. Röya ona Tatalılar kəndi ərazisində özünə torpaq sahəsi aldığını, həmin ərazidə 10 daş hündürlüyündə hasar tikərək ərazini hasarlamaq istədiyini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 18 iyul 2025-ci il tarixli və 16 avqust 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs özbaşına hasarlamaqla tutduğu torpaq sahəsi Beyləqan rayonu Tatalılar kəndində yerləşən Eyvazalılar bələdiyyəsinin mülkiyyətində olan 0,19 ha torpaq sahəsidir. Torpaq sahəsinin uzunluğu 50 metr, eni isə 35 metrdir. Həmin torpaq sahəsinin üzərində mişar daşından hasar tikilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən rayon polis şöbəsinə daxil olmuş 22 iyul 2025-ci il tarixli 3-21-3-45/2-4229/2025 saylı məktuba əsasən, müraciətdə qeyd edilən torpaq sahəsi elektron məlumat bazasında yaşayış məntəqələri kateqoriyasına aid olmaqla uqodiyası qobu, yarğan, dərə və sair torpaqlar və ümumi istifadədə olan torpaqlar olmaqla bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsindən rayon polis şöbəsinə daxil olmuş 21 avqust 2025-ci il tarixli 3-21-3- 45/2-4927/2025 saylı məktuba əsasən, sözügedən torpaq sahəsi elektron məlumat bazasında yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş qoşmadan görünür ki, qeyd edilən torpaq sahəsi 1. X=721730.9469, Y=4416263.3083; 2.X=721707.2476, Y=4416235.7332; 3.X=721664.6077, Y=4416270.4745; 4. X=721686.4146, Y=4416296.3638 koordinatlarda yerləşir. Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinin 05 sentyabr 2025-ci il tarixli 141 nömrəli cavab məktubuna əsasən, Beyləqan rayonu Tatalılar kəndində yaşayan Təqsirləndirilən şəxs Beyləqan rayonu Tatalılar kəndi ərazisində hasarlama aparmış olduğu torpaq sahəsi 1. X=721730.9469, Y=4416263.3083; 2.X=721707.2476, Y=4416235.7332; 3.X=721664.6077, y=4416270.4745; 4.X=721686.4146, Y=4416296.3638 koordinatlarda yerləşir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi kateqoriyasına aid torpaq sahəsi olmaqla elektron xəritədə Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və hal-hazırda da Beyləqan rayon Eyvazalılar Bələdiyyəsinin mülkiyyətindədir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində hasarlama aparmağa bələdiyyə tərəfindən heç bir rəsmi icazə verilməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahlərin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 16 iyul 2025-ci il tarixdən 20 iyul 2025-ci il tarixədək olan müddətdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Beyləqan rayonu Tatalılar kəndində yerləşən Beyləqan rayon Eyvazalılar bələdiyyəsinin mülkiyyətində olan uzunluğu 55 metr, eni 36,35 metr olmaqla ümumilikdə 0,19 kvadratmetr torpaq sahəsini özbaşına tutaraq, həmin torpaq sahəsinin hasarlamaq məqsədilə mişar daşından həmin torpaq sahəsini hasarlamış, bununla da o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 0,19 kvadratmetr torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Eyvazalılar kənd İnzibati Ərazi Dairəsi Nümayəndəliyindən verilmiş xasiyyətnaməyəəsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş 02 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olmaqla yaşayır və himayəsində 2009-cu il təvəllüdlü qızı Hədiyyə Süleymanova və 2010-cu il təvəllüdlü oğlu Ağa Süleymanlı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, himayəsində 2 uşağının olmasını CM-ni 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona CM-in 188.1-ci maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu bir gün azadlığın məhdulaşdırılmasının 2 günü hesabı ilə hesablanmaqla, həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Beyləqan rayonunun hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 16 (on altı) saat hüquqi yardıma görə Beyləqan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 176 (yüz yetmiş altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar