Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-62/2023 02.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müşviq oğlunun, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid1 iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi taksi fəaliyyəti ilə məşğul olan, məhkum olmayan, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaracuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 1, mənzil 272-də yaşayan, 15 sentyabr 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 01 radələrində “X5” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda xx.xx.2022-ci il tarixli, ƏN-VİN 222884 nömrəli etibarnamə əsasında idarə etdiyi 22 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin İmişli rayon Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi tərəfindən verilmiş BD seriyalı, 262480 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Opel-Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Bünyadlı kəndi ərazisindəki avtomobil yolunda Bəhrəmtəpə-Mingəçevir avtomobil yolu istiqamətində hərəkətdə olarkən "X5" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “yaşayış məntəqələrinin daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etmək” və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərini rəhbər tutaraq qeyd olunan şəraitdə hərəkət təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması, hərəkət zamanı idarəetməni itirməsi ilə əlaqədar avtomobilin yoldan çıxaraq aşmaması üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkət təhlükəsizliyini təmin edən hərəkətlər (tormozlama, manevr və sair) etməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib, avtomobili yaşayış məntəqəsində saatda 60 kilometr sürətdən artıq, yəni saatda 90 kilometr sürətlə idarə edərək, hərəkətin təhlükəsizliyini təmin etməyən idarəetmə hərəkətləri edərək ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili yoldan sağa çıxararaq dərəyə aşırmaqla o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda ehtiyatsızlığından idarə etdiyi “Opel-Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin - Zərərçəkmiş şəxs Müşviq oğlunun sol ll-V qabırğaların fraqmentləri yerinidəyişən qapalı sınığı, sol körpücük sümüyünün orta üçdə birinin fraqmentləri yerinidəyişən qapalı sınığı, sol ağciyərin əzilməsi xarakerli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, bacısı X2 məxsus olan “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək həmin avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 10 iyun 2023-cü il tarixdə ailəsilə birlikdə Beyləqan rayonu, Bünyadlı kəndində yaşayan qayınatası Hüseynin evinə qonaq getmiş və 3-4 gün onun evində qalmışdır. O, 11 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən kafedə oturub iki-üc bakal pivə icdikdən sonra kafedən çıxıb qaynatasının evinə getmişdir. Həmin vaxt azyaşlı oğlu Zaur maşınla gəzmək istədiyini ona bildirmişdir. O, Zauru idarə etdiyi “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağına mindirib avtomobili Bünyadlı kəndi ərazisində idarə etməyə başlamışdır. 12 iyun 2023-cü il tarixdə, saat 01 radələrində Bünyadlı kəndinin əsas yolu ilə Bəhrəmtəpə-Mingəçevir yolu istiqamətində avtomobili təxminən saatda 90 kilometr sürətlə idarə edərkən qəflətən idarə etməni itirmiş və avtomobil yolun sağ ehtiyat hissəsinə, torpaq sahəyə çıxaraq ehtiyyat hissədən aşağı istiqamətlənmiş və bir qədər irəliyə getdikdən sonra aşmışdır. Avtomobilin aşması nəticəsində özü və oğlu Zaur xəsarət almışdır. Bundan sonra o, Zauru avtomobildən çıxartmışdır. Həmin vaxt yoldan keçən tanımadığı avtomobillərin sürücüləri ona kömək etmiş, hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Bir qədər keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, onu və Zauru Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə baş verən zaman o, avtomobili təxminən saatda 90 kilometr sürətlə idarə etmiş, avtomobildə başqa sərnişin və ya yük olmamışdır. Onun idarə etdiyi “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl heç bir nasaz hissəsi olmamış, avtomobil tam saz vəziyyətdə olmuşdur. O, hadisədən bir qədər əvvəl kafedə oturub iki-üç bakal pivə icmiş, lakin özünü idarə edə bilmişdir. Özü ailəsinin yeganə qazanc gətirənidir. Hadisəni ehtiyatsızlıqdan törətmişdir. Ailə vəziyyətini və zərərçəkmiş şəxsin öz doğma oğlu olmasını və onunla barışmasını nəzərə alıb, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə qanuni nümayəndəsi olan anası Şahid1 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Müşviq oğlu məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 10 iyun 2023-cü il tarixdə valideynləri ilə birlikdə Beyləqan rayonu, Bünyadlı kəndində yaşayan babası Hüseynin evinə qonaq getmiş və 3-4 gün orada qalmışdır. 11 iyun 2023-cü il tarixdə, saat 24 radələrində atası Müşviq onu idarə etdiyi “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə götürüb Bünyadlı kəndi ərazisində gəzdirmişdir. Təxminən saat 01 radələrində atası idarə etdiyi həmin avtomobili Bünyadlı kəndinin əsas yolu ilə Bəhrəmtəpə-Mingəçevir yolu istiqamətində hərəkət edən vaxt avtomobil yoldan çıxaraq yolun sağ tərəfində ehtiyat hissədən aşağı, dərəyə aşandan sonra dayanmışdır. O, avtomobil aşan zaman xəsarət alaraq huşunu itirmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Onu xəstəxanaya kimin apardığını bilməmişdir. Atası Müşviqin sonradan ona deməsinə görə onu təcili tibbi yardım avtomobili ilə Beyləqan rayon Mərkəzi xəstəxanasına aparmışlar. Hadisə baş verən zaman o, avtomobilin qabaq oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs idarə etməni itirərək avtomobili yolun sağ kənarındakı dərəyə salıb aşıran zaman avtomobil yolu boş olmuş, yolda heç bir maneə və təhlükə olmamışdır. Həmin vaxt o, Müşviqin avtomobili hansı sürətlə idarə etdiyini bilməmişdir. Hadisə zamanı avtomobildə atası Müşviq və ondan başqa heç kəs olmamışdır.Təqsirləndirilən şəxslə barışmış, ondan tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Müşviq oğlu məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, onun əri Təqsirləndirilən şəxs bacısı X2 məxsus olan “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 10 iyun 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Bünyadlı kəndində yaşayan atası Hüseynin evinə qonaq getmiş və 3-4 gün müddətində orada qalmışdır. 12 iyun 2023-cü il tarixdə, saat 00:30 radələrində həyat yoldaşı Müşviq evə gələn vaxt azyaşlı oğlu Zaur maşında gəzmək istədiyini bildirdiyindən Müşviq Zauru maşında gəzdirmək üçün idarə etdiyi “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib getmişdir. Təxminən 30 dəqiqə keçdikdən sonra Müşviq ona zəng edərək idarə etdiyi avtomobili Beyləqan rayonu, Bünyadlı kəndi ərazisində aşırdığını, özü və Zaurun xəsarət aldığını və xəstəxanaya getdiklərini bildirmişdir. O, bundan sonra evdən çıxıb Beyləqan rayon Mərəkəzi xəstəxanasına getmişdir. Zaurun ağır xəsarət aldığını xəstəxanada görüb onu həmin gün təcili tibbi yardım maşını ilə Bakı şəhərinə xəstəxanaya aparmışlar. O, sonradan öyrənmişdir ki, həyat yoldaşı Müşviq idarə etdiyi “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bünyadlı kəndinin əsas yolu ilə Bəhrəmtəpə-Mingəçevir yolu istiqamətində idarə edərkən idarə etməni itirərək avtomobili yoldan ehtiyat hissəyə çıxarıb yolun kənarına aşırmışdır. Həmin vaxt avtomobildə azyaşlı oğlu Zaurdan başqa heç kəs olmamışdır. Hadisə baş verməmişdən əvvəl Müşviqin kənd ərazisində yerləşən kafedə oturub yeyib-içdiyini və yol-nəqliyyat hadisəsini törədən zaman sərxoş olduğunu o, sonradan bilmişdir. İş materiallarına əlavə edilmiş «Baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokola əsasə Təqsirləndirilən şəxs idarə etdiyi həmin “Opel Corsa” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili Beyləqan rayonu Bünyadlı kəndinin əsas yolu ilə üzü Bəhrəmtəpə-Mingəçevir yolu istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili yolun sağ ehtiyat hissəsindən aşağı dərəyə salıb aşırmaqla yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 423/23 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs Müşviq oğlunun sol ll-V qabırğaların fraqmentləri yerinidəyişən qapalı sınığı, sol körpüçük sümüyünün orta üçdə-birinin fraqmentləri yerinidəyişən qapalı sınığı, sol ağciyərin əzilməsi xəsarətləri olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2308 nömrəli rəyinə əsasən “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni avtomobili 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beyləqan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 475 saylı “İnsan psixikasının təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərinin təyin edən tibbi müayinə” protokoluna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 02:25-də müayinə olunan zaman onun orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik informasiya idarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadəsi, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 01 radələrində “X5” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda xx.xx.2022-ci il tarixli, ƏN-VİN 222884 nömrəli etibarnamə əsasında idarə etdiyi 22 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin İmişli rayon Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi tərəfindən verilmiş BD seriyalı, 262480 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Opel-Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Bünyadlı kəndi ərazisindəki avtomobil yolunda Bəhrəmtəpə-Mingəçevir avtomobil yolu istiqamətində hərəkətdə olarkən "X5" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “yaşayış məntəqələrinin daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etmək” və 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələblərini rəhbər tutaraq qeyd olunan şəraitdə hərəkət təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunması, hərəkət zamanı idarəetməni itirməsi ilə əlaqədar avtomobilin yoldan çıxaraq aşmaması üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkət təhlükəsizliyini təmin edən hərəkətlər (tormozlama, manevr və sair) etməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyib, avtomobili yaşayış məntəqəsində saatda 60 kilometr sürətdən artıq, yəni saatda 90 kilometr sürətlə idarə edərək, hərəkətin təhlükəsizliyini təmin etməyən idarəetmə hərəkətləri edərək ehtiyatsızlıqdan idarəetməni itirib avtomobili yoldan sağa çıxararaq dərəyə aşırmaqla o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda ehtiyatsızlığından idarə etdiyi “Opel-Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin - Zərərçəkmiş şəxs Müşviq oğlunun sol ll-V qabırğaların fraqmentləri yerinidəyişən qapalı sınığı, sol körpücük sümüyünün orta üçdə birinin fraqmentləri yerinidəyişən qapalı sınığı, sol ağciyərin əzilməsi xarakerli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi kifayət qədər sübuta yetdi. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X5” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X5” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “X5” Azərbaycan Respublikasın Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58 və 59-cu maddələrinin tələblərini, o cümlədən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş İmişli RİH başçının Sarıxanlı və Buludlu kəndləri üzrə ərazi nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan oğlu – Zərərçəkmiş şəxs Müşviq oğlu xx.xx.2013-cü ildə anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirəni olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs Müşviq oğlunun onun öz doğma oğlu olmasını CM-nin 59.2-ci maddəsinə, himayəsində bir nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışmasını və şikayət və tələblərinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən onun iş üzrə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində bir nəfə azyaşlı uşağının olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. 15 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və eyni tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 02 sentyabr 2023-cü il tarixli qərarla “Opel Corsa” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci- 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. 02 sentyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş “Opel Corsa” markalı, **-BY- *** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 9 (doqquz) saat üçün 54 (əlli dörd) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №1(020)-62/2023
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-62/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver