Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-63/2024 11.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1982-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işsiz, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 6,59 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 22 iyul 2024-cü il tarixdə, saat 18:30-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonu, Təzəkənd kəndi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 19:35- də üzərində şəxsi axtarış aparılarkən onun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 6,59 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Təzəkənd kəndində yaşayır, heç bir yerdə işləmir, lakin gündəlik tələbatlarını ödəmək üçün özünə məxsus Mercedes Benz C 250 markalı avtomobillə taksiliklə məşğul olur. Təxminən 4-5 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 21 iyul 2024-cü il tarixdə, saat 15 radələrində o, özünə məxsus olan Mercedes Benz C 250 markalı avtomobillə Beyləqan şəhərindən yaşadığı Beyləqan rayonu Təzəkənd kəndinə gedərkən kənd qəbiristanlığına çatmağa az qalmış avtomobili yolun kənarı ilə axan kanalın yanında saxlayıb avtomobildən aşağı düşmüş, kanala yaxınlaşıb əl-üzünü yumuşdur. O, əl-üzünü yuyub kanalın kənarında olan söyüd ağacının altında olan beton döşəmənin üstündə oturarkən ağacın gövdəsinin dibində bir ədəd kibrit qutusu olduğunu görmüş və kibrit qutusunu götürmüşdür. Qutunu açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü qurudulmuş marixuana istifadə etdiyi üçün dərhal onu tanımış və özünün istifadə etməyi üçün onu götürmək qərarına gəlmişdir. O, həmin kibrit qutusunu içərisində olan qurudulmuş marixuana ilə birgə götürüb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra o, oradan qalxıb avtomobilinə qayıtmışdır. Sonfra oradan uzaqlaşmışdır. Tapdığı qurudulmuş marixuananı istifadə etməmiş və əynində olan şalvarın cibində daşımağa başlamışdır. 22 iyul 2024cü il tarixdə, saat 18:30 radələrində yaşadığı Beyləqan rayonu Təzəkənd kəndi ərazisində piyada gəzən zaman mülki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməyini ona bildirmişlər. O, etiraz etməmiş, onlarla birgə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları onu xidməti otaqlardan birinə aparmışlar. Polis geyimində olan bir nəfər şəxs ona özünü Beyləqan rayon polis şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Qoşqar Hacıyev kimi təqdim etmiş, müstəntiq qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini ona deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə müstəntiq məlumat vermişdir. Müstəntiq üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olub-olmadığını soruşmuş və o, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddə olduğunu bildirmişdir. Bu zaman X6 üzərinə əli ilə şəxsi axtarış keçirməyə başlamışdır. İlk öncə əynində olan boz rəngli şalvarın sol yan cibinə baxış keçirilmiş və oradan bir ədəd alışqan və bir ədəd “Sobranie” markalı siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusu açılıb içərisinə baxış keçirilmiş və içərisində 8 ədəd siqaret dənəsi olduğu məlum olmuşdur. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Müstəntiq həmin kibrit qutusunu açıb içərisinə baxış keçirmiş və içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuana olduğu məlum olmuşdur. X1 qutusunun içərisində olan kütlənin nə olduğunu soruşmuş və o, həmin kütlənin nəşə olduğunu bildirmişdir. Sonra müstəntiq həmin kütləni haradan əldə etdiyini soruşmuş və o, çəkəni olduğunu, yolda avtomobili saxlayıb əl-üzünü yuyan zaman panelin yanından tapdığını, çəkmək üçün götürdüyünü və satışı ilə məşğul olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən dövriyyəsi qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində olan kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmişdir və çəkisinin 10,11 qram olması müəyyən edilmişdir. Sonra üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır, üzəri DİN-nin 86 nömrəli möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq edilmişdir. Əməlindən peşmandır. Bir daha narkotik vasitədən istifadə etməyəcəkdir. Himayəsində azyaşlı uşaqları vardır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. 22 iyul 2024-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndi sakini olan Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitə və prekursor maddələrin əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 bu barədə Beyləqan rayon Polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməyini xahiş etmişdir. Rayon polis şöbəsinin rəisi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş vermiş, daha sonra Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Vüsal Səfərovun və Beyləqan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid3 iştirakı ilə əvvəlcədən qurulmuş plan əsasında Beyləqan rayon Təzəkənd sakini Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş və Beyləqan rayonu, Təzəkənd kəndi sakini olan Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs satış məqsədi olmadan narkotik vasitələrin və psixotrop maddələrin əldə edib saxlamaqla üzərində daşımaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu dəvət edib Beyləqan rayon Polis şöbəsinə gətirilmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, ona hüquq və vəzifələri izah edilərək tutulması barədə qərar qəbul olunmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Sonra Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Qoşqar Hacıyevin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə hal şahidləri və Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa onu təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş maddə, predmet və ya əşya varsa iştirakçılara təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş maddə, olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd alışqan və 1 ədəd “Sobranie” markalı siqaret qutusu çıxartmışdır. Siqareti açıb içərisinə baxış keçirdikdə isə içərisində 8 ədəd siqaret dənəsi olması aşkar edilmişdir. Sonra həmin şalvarın sağ yan cibinə baxış keçirilən zaman oradan 1 ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutusu açılaraq içərişinə baxış keçirilmişdir və içərisində tünd yaşıl rəngli, kəskin qoxulu, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş və 10,11 qram olduğu müəyyən olunmuşdur. Daha sonra video çəkiliş vasitəsilə, iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq istifadəsi, saxlanması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və ya predmet aşkar olunmamışdır. Sonra bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs ilə yanaşı o da həmin protokolu imza etmişdir. İş üzrə Şahid1 və Şahid3 məhkəmədə Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə 22 iyul 2024-cü il tarixli raportu əsasında Beyləqan rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Beyləqan rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən aşkar edilmiş bir ədəd kibrit qutusuna baxış keçirilən zaman həmin kibrit qutusunun içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı çəkisi 10,11 qram narkotik vasitə qurudulmuş marixuananaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın 23 iyul 2024-cü il tarixli, 3-16- 16/2-18/684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(tədqiqata sərf edildi 0,02 qram, qalıq 6,57 qram) İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 01 avqust 2024-cü il tarixli 483 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2024-cü il tarixli, 5949 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs etirafı ilə yanaşı, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 6,59 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli tələbnamədən və işə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Təzəkənd ərazi üzrə icra nümayəndəsinin 26 iyul 2024-cü il tarixli, 373 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il və 2010-cu il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin Təzəkənd ərazi üzrə icra nümayəndəsinin 26 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, kənddə keçirilən bütün mədəni-kütləvi tədbirlərdə iştirak edir, kənddə böyük hörmət qazanmış və onun haqqında nümayəndəliyə keç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması, hərəkətlərini etiraf edib səmimi peşimançılıq çəkməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşayış yerindən müsbət xarakterizə olunması, ailə vəziyyəti, ilk dəfə olaraq az ağır cinayət törətməsi, nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədəmüvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsində olan maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 6.57 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X2, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdən 24 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02(iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Beyləqan rayon polis şöbəsində olan maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 6.57 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X2, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat üçün 132 (yüz otuz iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-63/2024
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-63/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver