Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-63/2025 05.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Beyləqan rayonu, Orta Əlinəzərli kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, Beyləqan rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, halhazırda cəza çəkən, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə özgənin əmlakını hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədi ilə 29 oktyabr 2024-cü il tarixdə, saat 01:30 radələrində qonşusu Zərərçəkmiş şəxs Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşadığı evinin qarşısına gələrək evin həyətinin hasarından həyətə qanunsuz daxil olub evin həyətində yerləşən qarğıdan tikilmiş, Zərərçəkmiş şəxs ev quşlarını saxladığı hinin qapısını açmaqla içəriyə qanunsuz daxil olduqdan sonra oradan sonuncuya məxsus çəkisi 4,5 kiloqram, 1 yaşlı, qiyməti 65 manat olan 1 ədəd hinduşkanı, çəkisi 3 kiloqram, 5 aylıq, qiyməti 30 manat olan 1 ədəd toyuq xoruzunu, hər birinin çəkisi 1,5 kiloqram, hər ikisi 5 aylıq, hər birinin qiyməti 15 manat olan 2 ədəd toyuq fərəsini götürüb hinə daxil olduğu qapıdan bayıra çıxarıb aparmaqla Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 125 manat olan ev quşlarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmədə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur, aralarında hər hansı bir ədavət və düşmənçilik yoxdur. Səadət yaşadığı evin həyətinin kənarına dəmir tordan hasar çəkmişdir. Həmin hasarın sol tərəfində isə taxta qapı vardır. Səadətin həyətində özünə məxsus ev quşlarını, yəni hinduşkalarını və toyuqlarını saxladığı, qarğıdan tikilmiş hin vardır. Həmin hinlə onun yaşadığı evin arasında təxminən 30-40 metr məsafə vardır. 29 oktyabr 2024-cü il tarixdə yaşadığı evdə yemək yeyərkən spirtli içki qəbul edərək sərxoş olmuşdur. Bundan sonra gecə saat 01:30 radələrində evinin həyətinə siqaret çəkmək üçün çıxarkən qonşusu Zərərçəkmiş şəxs evinin həyətindəki hinin işığının yanılı olduğunu görmüşdür. Pulu olmadığından Səadətin ev quşlarından bir neçəsini oğurlayıb satmaq qərarına gəlmiş və oğurlayacağı toyuqları qoymaq üçün həyətindən bir ədəd ağ rəngli kisə götürmüşdür. O, Zərərçəkmiş şəxs evinin həyətinin kənarına çəkdiyi dəmir tordan olan hasarın sol tərəfindən bir qədər açıq olduğunu görüb həmin yerdən keçib həyətə daxil olmuşdur. Həyətdəki hinin taxta qapısının qarşısında daş parçası olduğunu görüb daş parçasını kənara itələyərək qapını açıb hinə daxil olmuşdur. Hində xeyli sayda hinduşka və toyuqlar olmuşdur. Hinduşkadan 1 ədədini, toyuqlardan isə 3 ədədini tutub kisəyə qoyub hindən çıxıb getmişdir. Oğurladığı hinduşka və toyuqlar olan kisəni yaşadığı evin yaxınlığında olan böyürtkən kolunun arasında gizlətmişdir. Səhər saat 07 radələrində gizlətdiyi kisəni götürərək hinduşka və toyuqların nə vəziyyətdə olmalarına baxmaq üçün kisənin ağzın açmışdır. Bu vaxt toyuq fərələrindən biri kisədən çıxıb qaçmışdır. O, toyuğu tuta bilməyəciyini hesab edərək digər toyuqların və hinduşkanın sağ olduğunu görüb kisənin ağzın bağlamışdır. Kəndin əsas yoluna çıxıb tanımadığı ağ rəngli Mersedes markalı avtomobillə Beyləqan şəhərinə gəlmişdir. Mərkəzi bazarın qarşısında düşüb kisəni götürüb bazarın arxa tərəfinə gedib toyuqları və hinduşkanı kisədən çıxarıb əlində tutmuşdur. Həmin vaxt tanımadığı 3 nəfər şəxsə hinduşkanı 35 manata, toyuq xoruzu və toyuq fərələri isə 15 manat olmaqla cəmi 50 manata satmışdır. Hinduşka və toyuqları satdıqdan sonra yaşadığı kəndə qayıtmaq qərarına gəlmişdir. Lakin daha sonra isə o, barəsində olan azadlığın məhdudlaşdırılması cəzasına görə imza etmək üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə getmək qərarına gəlmişdir. İcra və Probasiya şöbəsinin qarşısına çatdıqda orada olan polis əməkdaşı onu görmüş və onu etdiyi oğurluğa görə Beyləqan rayon Polis şöbəsinə dəvət etmişdir. O, oğurluq etdikdən sonra atası Şahid1 Zərərçəkmiş şəxs 1 ədəd fərə hinduşka və 30 manat pul vermişdir. O, oğurladığı ev quşlarını satdığı şəxsləri tanımamış, həmin şəxlsərdə ondan aldıqları ev quşlarının oğurluq olduğunu bilməmişlər. Əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla yaşayır. 29 oktyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək və Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək qonşusu Təqsirləndirilən şəxs ev quşlarını oğurlaması barədə məlumat vermişdir. O, yaşadığı evin həyətində ev quşları, yəni toyuqlar və hinduşkalar saxlayır. 28 oktyabr 2024-cü il tarixdə o, toyuqlarını və hinduşkalarını yaşadığı evin həyətində yerləşən qarğıdan tikdiyi hinə salıb qapısını bağlamışdır. Hinin qapısını bağladıqdan sonra qapının açılmaması üçün qapının qarşısına daş parçası qoymuşdur. Növbəti gün, yəni 29 oktyabr 2024-cü il tarixdə səhər saat 07 radələrində yuxudan oyanıb həyətə çıxan zaman hinin qapısının qarşısında olan daşın olmadığını görmüşdür. Daha sonra o, hinə baxaraq toyuqları saymış, toyuqları sayan zaman 2 ədəd toyuq fərəsinin, 1 ədəd toyuq xoruzunun və 1 ədəd hinduşka fərəsinin olmadığını görmüşdür. Bundan sonra o, toyuqlarını və hinduşkalarını axtarmağa başlamışdır. Qonşusu Təqsirləndirilən şəxs yaşadığı evin yanından keçən zaman toyuqlarının tükünə bənzər, yəni toyuqlarının rəngi ilə eyni rəngli toyuq tüklərinin onun evinin qarşısında olduğunu görmüş, Rəvan əvvəllərdə qonşulardan oğurluq etdiyi üçün öz toyuqlarının və hinduşkasınında Rəvan tərəfindən oğurlandığını hesab etmiş və bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, daha sonra isə polis əməkdaşları onun yaşadığı evə gəldikdə o, hadisə barədə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin müraciət etdikdən sonra isə o, toyuqları yenidən sayan zaman 1 ədəd toyuq fərəsinin qayıtdığını və toyuqlarının içində olduğunu müəyyən etmişdir. Müraciət etdikdən təxminən 10-15 gün sonra Rəvanın atası Şahid1 Cəlal oğlu ona 1 ədəd fərə hinduşka və 30 manat pul vermişdir. Bir ədəd toyuq fərəsi sonradan qayıtdığı üçün Şakir ona digər 1 ədəd toyuq fərəsinə görə 15 manat, toyuq xoruzuna görə də 15 manat pul vermişdir. O, Rəvanın atası Şakirin və digər ailə üzvlərinin maddi imkanının aşağı olduğunu nəzərə alaraq verdiyi pulu və hinduşkanı qəbul etmiş, Rəvandan heç bir şikayətinin olmadığını bildirmişdir. Hazırda da onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona məxsus 1 ədəd çəkisi 3 kiloqram olan, 5 aylıq toyuq xoruzu, 2 ədəd hər birinin çəkisi 1.5 kiloqram olan, hər ikisi 5 aylıq olan toyuq fərələri, 1 ədəd çəkisi 4.5 kiloqram olan 1 yaşlı, hinduşka fərəsi 28 oktyabr 2024-cü il tarixdən 29 oktyabr 2024-cü il tarixə keçən gecə yaşadığı evin həyətində yerləşən qarğıdan tikdiyi hindən qonşusu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Toyuq xoruzunun qiyməti 30 manat, toyuq fərələrinin hər birinin qiyməti 15 manat, hinduşka fərəsinin qiyməti isə 65 manat olmuş, oğurluq nəticəsində ona ümumilikdə 125 manat maddi ziyan dəymişdir. Lakin hazırda ona dəymiş ziyan ödənildiyi üçün onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs isə onun oğludur. Rəvan spirtli içki aludəçisidir, tez-tez xeyli miqdarda spirtli içki qəbul edib sərxoş vəziyyətdə yaşadıqları evdə onunla mübahisələr edir. Rəvan spirtli içki qəbul edərkən öz hərəkətlərini idarə etməyi bacarmır. Bir neçə dəfə sərxoş halda digər kənd sakinlərinə məxsus ev quşlarını və ya digər əmlakları oğurlamış və buna görə də məhkum olunmuşdur. Rəvan xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən hindən 1 ədəd fərə hinduşkasını, 1 ədəd toyuq xoruzunu və 2 ədəd toyuq fərəsini oğurlamışdır. Lakin Rəvanın oğurladığı fərələrdən biri əlindən qaçmışdır. Rəvan oğurladığı ev quşlarını Beyləqan şəhərində tanımadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında Rəvan polis əməkdaşları tərəfindən saxlanılıb Beyləqan rayon Polis şöbəsinə aparılmışdır. O, Rəvanın oğurluq etməsindən xəbər tutduqdan sonra Zərərçəkmiş şəxs ilə danışmış və ona dəymiş ziyanı ödəyəcəyini bildirnişdir. Həmin vaxt maddi imkanı yaxşı olmadığı üçün bir neçə gün sonra Zərərçəkmiş şəxs 1 ədəd hinduşka, Rəvanın oğurladığı toyuq xoruzunun və toyuq fərəsinin hər birinə görə 15 manat olmaqla ümumilkdə 30 manat pul vermiş, Səadət bununla razılaşmışdır. Digər toyuq fərəsi Rəvanın əlindən qaçıb Səadətin yaşadığı ünvana getdiyi üçün həmin toyuğa görə Səadətə pul verməmişdir. O, Səadətə hinduşka və 30 manat pul verdikdən sonra Səadət Rəvandan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Rəvan mütəmadi olaraq spirtli işki qəbul edir, ailə üzvlərini incidir, onlara rahat yaşamağa imkan vermir. Tez-tez qonşuların ev quşlarını oğurlayır. Çox adam qonşuluğu nəzərə alıb şikayət etmir. İş üzrə Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Beyləqan rayonu, Orta Əlinəzərli kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Rəvan əvvəllər bir neçə dəfə oğurluq cinayətini törətdiyiüçün məhkum olunmuşdur. Zərərçəkmiş şəxs isə tanımır. Həmin şəxslərlə arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 29 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Beyləqan rayon polis şöbəsinə eyni məzmunlu müraciət edərək həmin gün gecə saatlarında yaşadığı evin həyətində yerləşən hindən 3 ədəd toyuğunun və 1 ədəd hinduşkasının oğurlandığını , nəticədə ona 125 manat maddi ziyan dəydiyini bildirmişdir. Bununla bağlı Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Əli Hacıyev həmin tarixdə oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin şəxsiyyətinin müəyyən edilməsi, oğurlanmış ev quşlarının yerinin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı vermişdir. Əməliyyat tapşırığının icrası ilə bağlı Beyləqan rayon Polis şöbəsinin Cinayət- axtarış bölməsinin əməkdaşları tərəfindən dərhal bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən ev quşlarının qonşusu, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən olunmuş, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmaqla izahatının alınması üçün Təhqiqat bölməsinə təqdim edilmişdir. Lakin Təqsirləndirilən şəxs oğurladığı ev quşlarını Beyləqan şəhəri ərazisində tanımadığı şəxslərə satması müəyyən olunsada həmin şəxslərin şəxsiyyətini müəyyən etmək və oğurlanmış ev quşlarının yerini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa baş vermiş hadisədən məlumatlı olan şəxslərin olub-olmamasını əməliyyat yolu ilə müəyyən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ilə eyni məzmunda ifadə verdi. İş materiallarına əlavə edilmiş cinayətişinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması üçün səbəb və əsas Beyləqan rayonu, Orta Əlinəzərli kənd sakini Zərərçəkmiş şəxs 28 oktyabr 2024-cü il tarixdən 29 oktyabr 2024-cü il tarixə keçən gecə qonşusu Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətində yerləşən hinindən ümumi dəyəri 125 manat olan ev quşlarını oğurlaması barədə 29 oktyabr 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Beyləqan rayon polis şöbəsinə ünvanladığı ərizəsi əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yerləşən yaşadığı evin həyətidir. Baxış zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən qarğıdan tikilmiş toyuq hinini təqdim edib göstərərək özünə məxsus 1 ədəd hinduşka fərəsinin, 2 ədəd toyuq fərəsinin və 1 ədəd toyuq xoruzunun həmin hindən oğurladığını bidirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2024-cü il tarixli 9/10070 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən ev quşlarının 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 122,00 manat müəyyən edilir, o cümlədən - 01 ədəd çəkisi 3 kq olan, 5 aylıq toyuq xoruzu - 30 manat; - 02 ədəd hər birinin çəkisi 1.5 kq olan, hər ikisi 5 aylıq olan toyuq fərələri - 32,00 (2 ədədx16manat) manat; - 01 ədəd çəkisi 4.5 kq olan 1 yaşı olan hinduşka fərəsi - 60,00 manat təşkil edir. Ekspertiza rəyinin qeyd hissəsinə əsasən ev quşlarının satışı bazarlarında mövcud olmuş tələb-təklifdən, onların sağlamlıq durumundan, yaşından, cinsindən, çəkisindən və digər əlamətlərindən asılı olaraq müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 125 manat olan ev quşlarını saxlanc yerinə daxil olmaqla oğurlaması, yəni gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlava edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X1 rayon Məhkəmsinin 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməkdən boyun qaçırdığına görə Beyləqan rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 08 ay 01 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Beyləqan rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 128-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tədbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlava edilmiş Beyləqan rayon İcra və Probasiya şöbəsinin 30 oktyabr 2025-ci il tarixli, 287794/2024 nömrəli məktubundan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 1(020)- 44/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəfərov X1 Rayon Məhkəməsinin 1(020)-44/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən hal hazırda Beyləqan rayon İcra və Probasiya şöbəsində cəza çəkir, çəkilməmiş 01 il 05 ay 08 gün cəzası qalmışdır. İş materiallarına əlava edilmiş Beyləqan rayon İcra və Probasiya şöbəsinin 05 noyabr 2025-ci il tarixli, 287794/2024 nömrəli məktubundan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 1(020)- 44/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası ilə əlaqədar məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Lakin məhkum Təqsirləndirilən şəxs cəzanı çəkməkdən qərəzli oaraq boyun qaçıraraq elektron nəzarət vasitəsi tətbiq edildikdən bir gün sonra, yəni xx.xx.2025-ci il tarixdə qolbağın kəmərinin bərkidici hissəsini qırmış, enerji toplayıcı adapterin uc hissəsini kəsərək yararsız hala salmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailədə davranışını, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmasını, azadlığın məhdudlaşdırlıması növündə cəza çəkdiyi halda islah olunmayaraq yenidən oğurluq cinayti törətməsini, cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə ona tətbiq edilən qolbağın kəmərinin bərkidici hissəsini qırmasını və enerji toplayıcı adapterin uc hissəsini kəsərək yararsız hala salmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, İş üzrə Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1(bir) il 5 (beş) ay 3 (üç) gün hissəsinin hər iki günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla cəmi 8(səkkiz) ay 16 (on altı) gün cəza hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3(üç) ay müddət azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05.11. 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbir ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Tqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaq dövründə göstərdiyi hüquqi yardıma görə cəmi 17(on yeddi) saat üçün 187 (yüz səksən yeddi) manat Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №1(020)-63/2025
Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-63/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver