Məhkəmə qərarları › İş №1(020)-64/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-64/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-64/2023 15.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxsin tərcüməçi X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, İran İslam Respublikasının Biləsuvar şəhərində pasport qeydiyyatında olan, 12 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən, həmçinin dövlət sərhədindən hərəkət etmək üçün ümumvətəndaş pasportu olmadığından Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 10 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonu ərazisində yerləşən 20-ci sərhəd zastavasının 13-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 1977-ci ildə İran İslam Respublikasının Biləsuvar şəhərində anadan olmuşdur. Ailəlidir və həmin nigahdan 3 qız övladı anadan olmuşdur. Saxlanılmasından təxminən bir ay əvvəl Kərbəla şəhərində ziyarətdə olduğu zaman ortancıl qızının üzərinə qaynar su tökülməsi səbəbindən vəfat etmişdir. Bundan sonra həyat yoldaşı ilə aralarında narazılıq yaranmış və arvadı özünün atasının evinə getmiş, o isə arvadına İran İslam Respublikasında qala bilməyəcəyini, Azərbaycan Respublikasına yaşamaq üçün gedəcəyini demişdir. Lakin pandemiya səbəbindən Azərbaycan Respublikasına quru yolla hərəkət üçün sərhədlərin bağlı olduğunu bilmiş, həmçinin də dövlət sərhədindən hərəkət edə bilməsi üçün ümumvətəndaş pasportu olmamışdır. Belə ki, adına olan ümumvətəndaş pasportunu bir müddət əvvəl, Kərbala şəhərindən ziyarətdən qayıtdığı zaman itirmişdir. Buna görə də Azərbaycan Respublikasına qanuni yolla gələ bilməyəcəyini bilmiş, məhz bu səbəbdən də qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək üçün 10 sentyabr 2023-cü il tarixdə evindən çıxıb sərhədi keçib Azərbaycan Respublikasına gəlmək üçün piyada hərəkətə başlamışdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının sərhədinə 10 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində çatmış və qarşısına çıxan Araz çayını keçib qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Bir qədər piyada yolla hərəkət etdikdən sonra qarşısına tikanlı məftillər çıxmış, həmin tikanlı məftilləri də keçib kənd ərazisinə doğru irəliləmişdir. Həmin gün, saat təxminən 14 radələrində sərhədçilər tərəfindən qəbristanlıq ərazisində saxlanılmışdır. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf edib dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyini bildirmiş və haradan dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazini göstərmişdir. 10 sentyabr 2023-cü il tarixdə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməkdə məqsədi Azərbaycan Respublikasında yaşamaq istəyi olmuşdur. Belə ki, qızı rəhmətə getdikdən sonra İran İslam Respublikasında yaşaya bilməmişdir. Dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə 10 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətimdə gəlməyində ona kimsə hər hansısa bir formada köməklik etməmiş, dövlət sərhədini qeyd olunan tarixdə tək olaraq qanunsuz yolla keçmişdir. İran İslam Respublikasında hansısa bir siyasi partiyanın, təşkilatın üzvü, sədri olmamış, hər hansısa bir əmlakına həbs qoyulmamış, özü həbs edilməmişdir. Əvvəllər dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası və əks istiqamətdə keçməmiş, ilk dəfə xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən qanunsuz yolla keçdikdən sonra tutulmuşdur. O, sərhədçilər tərəfindən saxlanılıb zastavaya aparılmış, sərhədçilərə Azərbaycan Respublikasının dövlət sərhədini hazırki ifadəsində göstərdiyi səbəbdən pozduğunu bildirmişdir. Törətdiyi həmin cinayət əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid1 həmin ifadəsindən görünür ki, o, 10 sentyabr 2023-cü il tarixdə, saat 12:30-dan saat 16:30-dək N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının hərbi qulluqçusu əsgər Şahid2 ilə birlikdə həmin sərhəd zastavasının 7-ci sahəsinə “Müşahidə Məntəqəsi” sərhəd naryadına təyin edilmişlər. Xidməti sahəyə doğru hərəkət etdikləri zaman xx.xx.2023-cü il tarixdə, saat 13:18-də sərhəd zastavasının 13-14-cü sahələrinin kəsişməsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində nəzarət iz zolağında bir nəfər şəxsə məxsus ayaq izlərinin olmasını aşkar etmişlər. O, dərhal bu barədə aidiyyəti üzrə sərhəd komendantlığına məruzə etmiş və sərhəd zastavasının şəxsi heyətini “Silaha” komandasına qaldırılması barədə göstəriş vermişdir. Ərazi qapadıldıqdan sonra sərhəd pozucusunun axtarışına başlanılmış, həmin gün saat 13:45-də 13-cü sahə istiqamətində Beyləqan rayonu, Əmirzeyidli kəndindəki qəbristanlıq ərazisində bir nəfər şəxsi aşkar edib həmin şəxsi saxlamışlar. Qeyd olunan şəxsi saxladıqdan sonra onun İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması onlara məlum olmuş və sonuncu, dövlət sərhədindən qanunsuz yolla keçərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman hansısa bir tabesizlik göstərməmiş, ona qarşı hər hansısa bir formada fiziki və psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onun əlində hansısa bir əşya və bağlama görməmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 3-cü qrupunun atıcısı, əsgər Şahid2 həmin ifadəsindən görünür ki, o, da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan: Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri polkovnik Samir Salamovun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikdən sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:45-də N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının xidməti ərazisində saxlanılmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazi 20-ci sərhəd zastavasının 13-cü sahəsinin arxa istiqaməti olmuşdur. DSX-nin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid1 və 20-ci sərhəd zastavasının hərbi qulluqçusu 3-cü qrupunun atıcısı, əsgər Şahid2 verdikləri ifadələr, iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 sentyabr 2023-cü il tarixli protokol və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətinin normal xarakterizə edilməsindən ibarət halı, əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs həmin Məcəllənin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 4(009)624/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 2 (iki) ay həddində müəyyən edilmiş həbs qətimkan tədbiri seçilmişdir Azərbaycan Respublikası DTX-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat əhəmiyyətli və nüfuzdan salan məlumatlar daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixiatriya Xəstəxanasından daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisədə müalicədə olmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji mərkəzində qeydiyyatda yoxdur. Məhkəmə həm buna, həm də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 10 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olduğuna və Azərbaycan Respublikası CM-in 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli, həmin cəza onun əsas cəzanı çəkməsindən sonra icra edilməli və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 10 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin. Həmin cəza Təqsirləndirilən şəxs əsas cəzanı çəkməsindən sonra icra edilsin. Onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar